Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-15/2022 27.07.2022 XIZI RAYON MƏHKƏMƏSİ X12 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1963-cü il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, cəmi 1,922 qram miqdarında narkotik vasitə olan heroin əldə edərək, həmin heroindən 1,869 qramını Xızı rayonu Giləzi qəsəbəsində yaşadığı evin yataq otağında güzgülü termonun birinci gözündə bir ədəd şəffaf sellofan kəsiyi bükümündə, 0,053 qramını isə həmin evin həyətindəki ev quşları saxlanılan tikilinin dam örtüyünün altında bir ədəd ağ-göy rəngli kağız kəsiyi bükümündə saxlamış, Xızı Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 5(068)-07/2021 saylı qərarı əsasında Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 15 noyabr 2021-ci il tarixdə, saat 12:53 dəqiqədən saat 13:16 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsindəki evində onun və müdafiəçisinin iştirakı ilə videoçəkiliş tətbiqi ilə aparılmış axtarış zamanı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 1,869 qram miqdarında narkotik vasitə - heroin yaşadığı evin yataq otağındakı güzgülü termonun birinci gözündən bir ədəd şəffaf sellofan kəsiyi bükümündə, 0,053 qram miqdarında narkotik vasitə - heroin həmin evin həyətindəki ev quşları saxlanılan tikilinin dam örtüyünün altından bir ədəd ağ-göy rəngli kağız kəsiyi bükümündə olmaqla, cəmi şəxsi istehlak miqdarından artıq miqdarda 1,922 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunana qədər ailəsi ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşamış və fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər uzun illər ərzində narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, təxminən iki il əvvəl isə narkotik vasitə olan heroin istifadə etməyə başlamışdır. O, heroini əsasən ətraf rayonlarda yaşayan və narkotik vasitə istifadə edən ayrı-ayrı tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 10 noyabr 2021-ci il tarixdə onunla bir həyətdə yaşamış mərhum qardaşı Yazifə məxsus otaqda təmizlik işləri apararkən bir ədəd sellofan torbacıq aşkar etmiş və bükümü açdıqda içərisində heroin olmasını görmüşdür. Bundan sonra o, heroini istifadə etmək məqsədi ilə götürmüş və özünə məxsus otaqdakı güzgülü termonun siyirməsinə qoymuşdur. 15 noyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində sellofan torbacıqdakı heroindən istifadə etmək üçün az miqdarda götürüb özünə məxsus siqaretin göy rəngli kağızına bükmüş və evin həyətinə çıxmışdır. O, həyətdə gəzişərkən yaşadığı ünvana naməlum şəxslərin gəldiyini görmüş və əlindəki heroini həyətdəki quş damının şiferinin altına qoymuşdur. Daha sonra, həyətdən küçəyə çıxmış və həmin şəxslərin Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları olduğunu bilmişdir. Həmin vaxt polis əməkdaşları ona cinayət işi üzrə tutulmuş X5 izahatında üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitəni ondan aldığını göstərdiyindən, bununla bağlı yaşadığı ünvanda Xızı Rayon Məhkəməsinin qərarı əsasında axtarış aparılacağı və axtarışın video görüntüyə alınacağı da bildirilmişdir. Bundan sonra, polis əməkdaşları onun yaşadığı evə daxil olmuş və axtarışa başlamışlar. Axtarış zamanı polis əməkdaşları ona məxsus yataq otağındakı güzgülü termonun üst gözündən onun istifadə etdiyi heroini aşkar etmişlər. Müstəntiq aşkar edilmiş sellofan torbacıqdakı heroini ağ rəngli bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmışdır. O, zərfin üzərinə imza çəkmişdir. Daha sonra, polis əməkdaşları evdən çıxaraq həyətdəki tikililərdə axtarış aparmışlar. Axtarış zamanı polis əməkdaşları həyətdəki quş damının şiferinin altından istifadə etmək üçün qoyduğu bir büküm heroini aşkar etmişlər. Müstəntiq həmin heroini bir ədəd zərfin içərisinə qoymuş, zərfin açıq yerini yapışdırmış və zərfin üzərinə imza çəkmişdir. Bununla da polis əməkdaşları onun yaşadığı ünvanda axtarış və götürməni başa çatdırmış, bu barədə protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunduqdan sonra imzası ilə düzgünlüyünü təsdiq etmişdir. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, himayəsində heç yerdə işləməyən arvadının olmasını nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid Siyəzən RPŞ-nin CAB-nin rəisi Şahid3 oğlu ifadəsində göstərdi ki, Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində yerləşən evində Xızı Rayon Məhkəməsinin qərarı əsasında müstəntiq Şamil Rzayev tərəfindən 15 noyabr 2021-ci il tarixdə saat 12:50 radələrində axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Həmin vaxt Siyəzən RPŞ-nin əməliyyat müvəkkilləri Şahid1, X4, məlumat portalının operatoru X10 оğlu, eləcə də Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və müdafiəçi X6 ilə birlikdə həmin qəsəbəyə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdən küçəyə çıxmışdır. Onlar özlərini Riada təqdim etmiş, Riada qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı yaşadığı evdə, həyətyanı sahədə və tikililərdə videoçəkilişdən istifadə edilməklə müdafiəçi Yəhyə Nəzərovun iştirakı ilə axtarış və götürmə istintaq hərəkətləri keçiriləcəyi və bu barədə Xızı Rayon Məhkəməsi tərəfindən qərar qəbul edildiyini bildirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs yaşayış evində, həyətyanı sahədə və tikililərdə axtarış və götürmənin keçirilməsinə dair qərarla tanış olmuş, həmin istintaq hərəkətinin keçirilməsinə hər hansı etirazının olmadığını bildirmişdir. İlk növbədə Riadın yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Riada məxsus yataq otağında yerləşən güzgülü əl dolabının birinci siyirməsindən bir ədəd şəffaf sellofan torbada qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra, müstəntiq tərəfindən bir ədəd şəffaf rəngli sellofanda olan narkotik vasitə heroinə bənzər kütlə zərfin içərisinə qoyulmuşdur. Bundan sonra, Riadın yaşadığı evin həyətyanı sahəsində axtarış keçirilmişdir. Axtarış zamanı həyətdəki taxta tikilinin dam örtüyünün altından bir ədəd göy rəngli kağız büküm aşkar olunmuşdur. Bir ədəd bükümə baxış keçirilmiş, baxış zamanı həmin bükümün içərisindən toz şəkilli qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin aşkar edilərək götürülmüş bir ədəd göy rəngli kağız büküm də, müstəntiq tərəfindən zərfdə qablaşdırılmışdır. Zərflərin üzəri DİN-in 96 nömrəli möhürü ilə möhürlənmişdir. Riad və digər iştirakçılar həmin zərfin üzərinə imza çəkmişlər. Bu barədə müstəntiq protokol tərtib etmiş və protokol ucadan oxunmuşdur. O, Riad və digər iştirakçılar protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 və Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 131-134-cü vərəqələrində olan 15 noyabr 2021-ci il tarixli baxış, axtarış və götürmə haqqında protokoldan görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs Xızı rayonu Giləzi qəsəbəsində yaşadığı evin yataq otağındakı güzgülü termonun birinci gözündən bir ədəd şəffaf sellofan kəsiyi bükümündə və həmin evin həyətindəki ev quşları saxlanılan tikilinin dam örtüyünün altından bir ədəd ağ-göy rəngli kağız kəsiyi bükümündə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 152-155-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2021-ci il tarixli 6/5069 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 96” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında ...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,869 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ...” yazı və imzalar olan zərfdə 1 ədəd ağ-göy rəngli kağız kəsiyi bükümdə təmiz çəkisi 0,053 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata hər bir obyektdən 0,05 qram olmaqla, cəmi 0,1 qram sərf edildikdən sonra narkotik vasitə olan heroinin qalıq çəkisi cəmi 1,822 (1,819 və 0,003) qram təşkil etmişdir. Cinayət işinin İ cildinin 151-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 88,70 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 01-02-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 09 dekabr 2021-ci il tarixdə verilmiş 4986 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 218-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 126-cı vərəqəsində olan 15 noyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 177-179-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 4(059)-53/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 172 -195-ci vərəqələrində olan 16 mart 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və ibtidai istintaq həmin maddə ilə aparılmış, Təqsirləndirilən şəxs 17 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs 1,922 qram miqdarında narkotik vasitə - heroini haradan əldə etdiyini, mənbəyini müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərarın surəti Xızı rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinə göndərilmiş, X3 üzərindən aşkar edilmiş 8,974 qram miqdarında heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün cinayət işindən material ayrılmış və qərarla birlikdə Siyəzən rayon Polis Şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs 1,922 qram miqdarında narkotik vasitə - heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması istintaqla müəyyən edilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilməmiş, istintaq zamanı 1,922 qram miqdarında narkotik vasitə - heroinin X2 məxsus olduğunu müəyyən etmək mümkün olmadığından və onun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdən 15 noyabr 2021-ci il tarixədək olan müddət ərzində təxminən 0,5 qram miqdarında narkotik vasitə heroin istifadə etdiyini bildirməsi xüsusatı üzrə ona ittiham elan edilməmiş, Zöhrab Lətifovun 29 oktyabr 2021-ci il tarixli, 30 oktyabr 2021-ci il tarixli, 31 oktyabr 2021-ci il tarixli və Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixli, 17 noyabr 2021-ci il tarixli ifadələri istintaq materialları ilə təkzib edildiyindən nəzərə alınmamış, istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan baxış, axtarış və götürmə istintaq hərəkəti aparılarkən götürülmüş, ekspertiza tədqiqatına təqdim edilmiş və kağız paketdə qablaşdırılaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 №75” mətninə malik ştampla ştamplanmış vəziyyətdə, bir ədəd bükümdə 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş 1,869 qramdan qalmış 1,819 qram miqdarında narkotik vasitə heroin və bir ədəd bükümdə 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş 0,053 qramdan qalmış 0,003 qram miqdarında narkotik vasitə - heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və Xızı rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılmış, eləcə də istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış, axtarış və götürmə istintaq hərəkəti aparılmasının videoçəkilişini özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 155-156-cı vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 dekabr 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin miqdarını, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi cəmi 1,822 (1,819 və 0,003) qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış, axtarış və götürmə istintaq hərəkəti aparılmasının videoçəkilişini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88,70 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi cəmi 1,822 (1,819 və 0,003) qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış, axtarış və götürmə istintaq hərəkəti aparılmasının videoçəkilişini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(068)-15/2022
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-15/2022
27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver