Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-16/2021 19.03.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1964-cü il tarixdə Qazax rayonu, Əli Bayramlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Qazax rayonu, Aslanbəyli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Ceyranbatan bağlarında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs əmək müqaviləsi əsasında «xxxx» MMC-də operator-sürücü kimi işə qəbul edilərək, ona xx xxxxx 2020-ci il tarixli, 16-1 saylı əmrlə texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməklə, təlimatlar verilməsinə baxmayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC ilə bağlanmış müqavilə əsasında Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində yerləşən, Bakı-Quba-Rostov avtomobil yolunun 12-ci km-də «Pitstop» tikintisinə xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində betonvuran nasos vasitəsilə betonun vurulması işini apararkən, «Tikində təhlükəsizlik texnikası» İİİ-4-80 «Tikinti norma və qaydaları» nın 11.13, 11.14 bəndləri və «xxxx» MMC-nin sürücü-operator təlimatının 2.12, 5.3, 5.4, 5.5 bəndlərini pozmaqla yolun əks tərəfində beton töküldükdən sonra təmizləyici topu boruya yerləşdirib uzaqdan idarəedici vasitəsilə geriyə əmiş edilməklə sorulmuş, yenidən beton vurularkən topu çıxarmadan nasosu işə salmış, bu vaxt boruda beton sıxılıb və ani olaraq topla birlikdə buraxıldıqda yüksək təzyiq yaranaraq hortumunda güclü silkələnmənin baş verməsi nəticəsində həmin vaxt borunun hortumunu karkasın üzərində tutub saxlamış fəhlə X5 yerə çırpmış, sonuncu aldığı daxili qanaxma ilə müşayiət olunan sağ ağ ciyərin cırılması, sağ körpücük sümüyünün, sağ tərəfli 1-2-3-4-cü qabırğalarının qapalı, yerdəyişən sınıqları; ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası; baş-beyin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızma bədən xəsarətlərindən Sumqayıt şəhər travmatologiya xəstəxanasına çatdırılsa da, orada ölmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ildə «xxxx» MMC-də betonvuran pompa avtomobilinin sürücüsü kimi işə başlamış, sonradan orada əmək haqqları gecikdirildiyindən və axır vaxtlar iş olmadığından 2020-ci ilin aprel ayında rəhbəri Mübariz adlı şəxs olan «xxxx» MMC-də betonvuran pompa avtomobilinin sürücüsü kimi işə qəbul edilmiş və işə qəbul olunarkən onunla əmək müqaviləsi bağlanılmışdır. İşlədiyi şirkətdə beton hazırlanır və rəhbərlik tərəfindən hansı şirkətə lazım olarsa onları həmin obyektlərə göndərirlər. Bunun müqabilində şirkət aylıq əmək haqqı ödəyir. Şirkətdə beton qarışdıran və beton vuran pompa avtomobilinin hər birindən 2 ədəd vardır. İdarə etdiyi Mersedes Benz» markalı, **-ML-*** nömrə nişanlı xüsusi təyinatlı «Beton Nasos» tipli avtomobil ona təhfil verilərkən sənədləşdirilmiş, avtomobilin üzərində olan cihaz barədə əvvəl işlədiyi şirkətdə pompa işi ilə bağlı təcrübəsinin olmasına və uzun müddət həmin cihazları işlətməyinə baxmayaraq, işə qəbul edilərkən direktor Məzahir müəllim tərəfindən cihazın işləmə qaydası barədə ona yenidən təlimlər, texniki təhlükəsizlik barədə təlimatlar verilməklə biliklərinin qiymətləndirilməsi aparılmışdır. İdarə etdiyi pompa avtomobilinin borusu beton tökərkən həmin obyektin işçiləri tərəfindən tutularaq lazım olan yerlərə beton tökülür, iş qurtardıqdan sonra borunun içərisinə silgi topunu yerləşdirməklə kompüter vasitəsilə geriyə sorulma edib borunun içərisini təmizlədikdən sonra topu çıxarmaqla, borunu yığışdıraraq şirkətə qayıdır. 6 saylı Xüsusi Təyinatlı Yol idarəsinə iki dəfə işlə əlaqədar müdiriyyət tərəfindən göndərilmiş, biri təxminən hadisədən bir ay əvvəl, digəri isə xx xxxxxx 2020-ci il tarixdə olmuşdur. Sonuncu gün şirkətdə beton qarışdıran avtomobil birinci reys beton gətirmiş və həmin betonu saat 10 radələrində idarə etdiyi «Mersedes akturos-4041» markalı avtomobillə Bakıdan gələndə yolun sol tərəfində yerləşən və orada tikilən obyektə təxminən 10 kub beton vurduqdan sonra yolun əks tərəfinə keçərkən silgi topunu boruya yerləşdirərək cihazı işə salıb geriyə sordurmuşdur ki, içərisində olan beton yerə tökülməsin. Sonradan həmin top yadından çıxaraq boruda qalmış, saat 11 radələrində yolun sağ tərəfində yerləşən obyektə ikinci reys betonu vurarkən beton vurulan obyektin yanında dayanmış, bu vaxt həmin şirkətdə fəhlə işləyən İlqar adlı şəxs boruya yaxınlaşaraq tutub hazırlanmış karkasın üzərinə istiqamətləndirərək saxladıqdan sonra təlimata görə həmin topu təzyiqi aşağı salmaqla borudan çıxartmadan və fəhlənin borudan 10 metr aralı məsafədə durmasını gözləmədən, belində olan uzaqdan idarəedicini işə salmış, boruda silgi topunun sıxılması nəticəsində yaranan yüksək təzyiq borunun hortumunda silkələnməyə səbəb olmuş və İlqar Bəylərovu vurub yerə çırpmışdır. Bundan sonra, İlqarı Sumqayıt şəhər xəstəxanasına aparsalar da, bir müddət sonra sonuncunun orada öldüyünü eşitmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə məhkum olunmasının və ailəli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının, habelə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə, həmçinin, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində bildirdi ki, atası İlqar Bəylərov uzun müddət tikinti şirkətlərində işləmiş, sonuncu dəfə 2020-ci ilin iyun ayında 6 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC-də fəhlə kimi işə qəbul olunmuşdur. O, Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Hava Limanında nəzarətçi işlədiyindən, xx xxxxxx 2020-ci il tarixdə gecə növbəsindən sonra saat 10 radələrində evə qayıtmış, saat 12 radələrində dayısı Şirin anasına zəng edərək atası İlqarın Sumqayıt şəhərində yerləşən travmotologiya xəstəxanasının renimasiya şöbəsində olmasını bildirmiş, anası əvvəl inanmasa da, sonradan birlikdə xəstəxaya gedib çatanda atasının artıq öldüyünü bildirmişlər. Daha sonra, atası İlqarın meyiti müayinə edilməsi üçün Sumqayıt şəhər morquna verilmiş və meyit müayinə edildikdən sonra onlara təhvil verilmiş, həmin gün onu Sumqayıt şəhər qəbirstanlığında övladlarının yanında dəfn etmişlər. Atası İlqarla işləyən fəhlələrin deməsinə görə tikintiyə beton vurularkən İlqar rezin borudan tutub karkasın üzərinə gətirmiş, nasosu işlədən sürücü betonvuranı işə salsa da, əvvəl beton gəlməmiş, sonradan beton təzyiqlə gəldikdə onu vurub tullamış və yerə yıxılaraq xəsarət almış, dərhal xəstəxanaya çatdırsalar da, orada ölmüşdür. Hal hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və maddi tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, 2003-cü ildən hazırkı dövrədək Azəryolservisdə, sonra isə adı dəyişərək 6 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-də usta işləyir. Vəzifə səlahiyyətinə müxtəlif tikinti işlərinin görülməsi və sair daxildir. 6 saylı Xüsusi Təyinatlı Yol İstismarı idarəsi tərəfindən adını xatırlamadığı beton zavodla bağlanılan müqaviləyə əsasən tikintisi aparılan obyektə betonun daşınması və nasos vasitəsilə vurulmasının təmin edilməsi vəzifəsi həmin zavodun üzərinə qoyulmuşdur. Buna görə də, zavod tərəfindən bir neçə dəfə beton göndərilmiş və obyektdə istifadə edilmişdir. Pompa avtomobilini idarə edən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən əvvəl bir dəfə görmüş, onunla hər hansı münasibəti olmamışdır. Həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində yolun sol tərəfində yerləşən obyektə 10 kub beton vurulduqdan sonra, yolun əks tərəfində yerləşən obyektə beton tökülməsi üçün hazırlıq işləri görülmüşdür. Əvvəlcə vurulan betonun borusu Anar adlı şəxs, sonradan isə İlqar Bəylərov tərəfindən tutulmuşdur. Belə ki, ustaların öz aralarında olan razılığa əsasən pompanın rezin borusunu hər dəfə biri tutmuşdur. Həmin vaxt sahə rəisi Şahid2 ərazidə yolun əks tərəfində, o, isə pompanın yanında olmuşdur. Bu vaxt sürücü pompanın içərisini təmizləmək üçün çıxış tərəfindən yumuşaq maçalkadan olan topu salmış və kompressor tərəfindən geri sorulmuş, lakin yadından çıxaraq borudan çıxarılmadığından sürücüoperator tərəfindən beton vurularkən İlqar Bəylərov borunun rezin hissəsindən tutub hazırlanmış karkasın üzərində saxlamış, təzyiqlə vurulan betonu top buraxmadığından təzyiq yüksəlmiş və beton qəflətən buraxıldıqda isə rezin boru silkələnərək İlqarı vurub yerə yıxmışdır. Bundan sonra, işçilər dərhal ora gələrək İlqarın üstü betonlu paltarlarını soyundurub, bədənini su ilə yuyub onun idarə etdiyi «Mersedes-190» markalı avtomobillə Sumqayıt şəhər travmotologiya xəstəxanasına aparmaq üçün yola düşmüşlər. H.Z.Tağıyev qəsəbəsinə çatdıqda İlqarı X17 avtomaşınına qoyaraq özləri isə arxasınca xəstəxanaya getmişlər. Xəstəxanada həkimlər İlqarı reanimasiyaya götürmüş, təxminən saat yarım keçdikdən sonra İlqarın öldüyünü demişlər. Hadisə günü bütün işçilərin hamısında, o cümlədən İlqar Bəylərovun başında dəbilqə olmuş, lakin İlqar yerə yıxılandan sonra dəbilqə başından çıxmışdır. Məhkəmə istintaqında Şahid3, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, 2020-ci ilin aprel ayından «xxxx» MMC-də mexanik vəzifəsində işləyir. Hazırda işlədiyi şirkət Sumqayıt şəhəri sənaye zonasında yerləşir və əsasən beton istesal edib satır, daşınmasını və betonun nasos vasitəsilə vurulmasını həyata keçirir. 6 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC ilə 2020-ci ilin may ayında bağlanılmış müqaviləyə əsasən həmin şirkətə lazım olan qədər betonun verilməsi, həmin betonun daşınması və nasos vasitəsilə vurulmasının həyata keçirilməsi onların şirkətinin üzərinə qoyulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə həmin şirkətin sahə rəisi Şahid2 tərəfindən «xxxx» MMC-nin direktoru Məzahir müəlimə zəng edilərək, xx xxxxxx 2020-ci il tarixdə 50 kub beton lazım olduğu bildirildiyindən, bununla əlaqədar iki beton qarışdıran və bir betonvuran nasos avtomobili onlar üçün ayrılmışdır. xx xxxxxx 2020-ci il tarixdə o, «pompa təmiri» servisində, avtomobilin təmir işlərinin aparılmasına nəzarət etmişdir. Nahar fasiləsindən sonra operator Həsən adlı şəxs ona zəng edərək, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin rezin borusunun İlqar adlı fəhləni vurub yerə yıxmasını və sonuncunun xəstəxanaya aparılmasını bildirmişdir. O, dərhal şirkətə gəlmiş və direktorla görüşdükdə İlqarın artıq öldüyünü bilmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz» markalı, **-ML-*** nömrə nişanlı xüsusi təyinatlı «Beton Nasos» tipli avtomobil şirkət tərəfindən 2020-ci ilin aprel ayında fiziki şəxs İsgəndər Namazovdan müqavilə ilə bir il müddətinə icarəyə götürülmüşdür. Təqsirləndirilən şəxs bundan əvvəl başqa şirkətdə betonvuran nasos avtomobilini işlətdiyindən, 2020-ci ilin aprel ayında şirkətə işə qəbul edilmiş, bu sahədə təcrübəsi olduğundan direktorun əmri ilə avtomobil idarə edilməsi üçün ona verilmişdir. «Mercedes Benz» markalı ** ML *** nömrə nişanlı xüsusi təyinatlı «Beton Nasos» tipli avtomobilin üzərində olan betonvuran nasos cihazının işlədilməsi ilə bağlı təlim keçirilmiş və bununla bağlı sənədləşmə aparılmışdır. Qeyd edilən avtomobilin üzərində olan betonvuran nasosun işlədilməsi ilə bağlı təhlükəsizlik qaydalarına cavabdeh şəxs sürücüoperatorun özüdür. Belə ki, daxili təlimata görə avtomobil şirkət ərazisindən çıxdıqdan sonra bütün təhlükəsizlik qaydalarına sürücü-operator cavabdehdir. «xxxx» MMC-də texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi direktorun üzərindədir. Nasosun borusunu təmizləmək üçün beton vurulub qurtardıqdan sonra borunun uc hissəsindən rezindən olan boruya yumuru formada olan yumuşaq top qoyulur, cihaz geriyə əmiş etdirməklə sorulur və həmin top onun içərisində qalan betonu təmizləyir, ilkin beton verilən hissədən top çıxarılır, sonra həmin hissə su ilə yuyulur. X12 ölümü ilə bağlı ona deyilənə görə Təqsirləndirilən şəxs idarə etdiyi betonvuran nasosla birinci dəfə beton vurulduqdan sonra yolun digər tərəfinə beton vurulması üçün keçdikdə borunu təmizləyən topu boruya yerləşdirmiş və yadından çıxıb top borunun içərisində qalmış, yenidən beton vurulduqda boruda bununla bağlı təzyiq yaranmış, topun yerə düşməsini gözləməyən fəhlə İlqar Bəylərov borunu karkasın üstünə aparmaq istədikdə boru təzyiqdən silkələnərək İlqarı yerə çırpmış və nəticədə sonuncu ölmüşdür. Məhkəmə iclasında iştirak edən Şahid5 ifadəsində göstərdi ki, 2018-ci ilədək fiziki şəxs kimi beton zavodu açmış və onun nəzdində «xxxx» MMC-ni yaratmış, hazırda həmin şirkətin direktoru işləyir. Şirkət hazırda Sumqayıt şəhəri sənaye zonasında yerləşir, əsasən beton istesal edib satır, daşınmasını və beton nasos vasitəsilə vurulmasını həyata keçirir. 6 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC ilə 2020-ci ilin may ayında bağlanılmış müqaviləyə əsasən həmin şirkətə beton verilməsi, betonun daşınması və nasos vasitəsilə vurulması həyata keçirilməsi rəhbərlik etdiyi şirkətin üzərinə qoyulmuşdur. xx xxxxxx 2020ci il tarixdə həmin şirkətin sahə rəisi Şahid2 tərəfindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edilərək xx xxxxxx 2020-ci il tarixdə 50 kub beton lazım olduğu bildirildiyindən, iki beton qarışdıran və bir betonvuran avtomobilini şifahi olaraq onlar üçün ayırmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində ikinci maşın beton gedəndən sonra, ona beton qarışdıran avtomobilin sürücülərindən biri zəng edərək Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin rezin borusunun bir nəfər fəhləni vurub yerə yıxması və onu xəstəxanaya aparmaları barədə məlumat vermişdir. O, tez 6 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin sahə rəisi İlqarla telefonla danışmış, sonuncu da, fəhlə işləyən İlqar Bəyələrovun yıxılaraq xəsarət aldığını və onu xəstəxanaya apardıqlarını bildirmişdir. Bundan sonra o, xəstəxanaya getmiş, orada İlqarın artıq öldüyünü bilmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz» markalı, **-ML-*** nömrə nişanlı xüsusi təyinatlı «Beton Nasos» tipli avtomobil 2020-ci ilin aprel ayında fiziki şəxs İsgəndər Namazovdan müqavilə ilə bir il müddətinə icarəyə götürülmüşdür. Təqsirləndirilən şəxs başqa şirkətdə beton nasos avtomobilini işlətdiyindən 2020-ci ilin aprel ayında onu işə qəbul etməklə, avtomobil ona verilmiş, cihazın işlədilməsi üçün təlim keçirilmiş və bununla bağlı sənədləşmə aparılmışdır. Avtomobil sonuncu dəfə təxminən 2020-ci ilin yanvar ayında texniki baxışdan keçirilmiş və avtomobilin beton nasosunu işlətməsi üçün Təqsirləndirilən şəxs yol vərəqi verilmişdir. Şirkətdə işə başlanmazdan əvvəl və sonra onun tərəfindən texniki təhlükəsizliklə bağlı Təqsirləndirilən şəxs və digər işçilərə təlimatlar verilmiş, bu barədə kitabda qeydiyyat aparılmaqla imza etdirilmiş, həmçinin işçilər xüsusi geyim vasitələri ilə təmin edilmişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 173-175-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 10/2265 nömrəli ekspert rəyindən görünür ki, «xxxx» MMC və «xxxx» MMC arasında bağlanılmış müqaviləyə əsasən Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində yerləşən Bakı-Rostov avtomobil yolunun 11-ci km-də aparılan tikintiyə betonun daşınması və vurulması işləri aparılarkən, avtomobil üzərində quraşdırılmış beton nasosunun (pompanın) betonu nəql edən boruların (kəmərlərin) içərisinə boruların təmizlənməsi üçün nəzərdə tutulmuş silgi topunu saldığı halda, həmin topu təzyiqi aşağı salmaqla borudan çıxartmadan və fəhlələrin (konkret olaraq zərərçəkmiş X3) həmin borudan aralı (10 metr məsafədən artıq məsafədə) durmasını gözləmədən beton vurulma işini aparıldığına görə, baş vermiş hadisə ilə əlaqədar «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80, «Tikinti norma və qaydaları»nın 11.13, 11.14 bəndlərinin və «xxxx» MMC-nin sürücü-operator təlimatının 2.12, 5.3, 5.4, 5.5 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbidir. Ekspertizaya təqdim edilmiş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, «xxxx» MMC və «xxxx» MMC arasında bağlanılmış müqaviləyə əsasən Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində yerləşən, Bakı-Rostov avtomobil yolunun 11-ci kmdə aparılan tikintiyə betonun daşınması və vurulması işləri aparılarkən, avtomobil üzərində quraşdırılmış beton nasosunun (pompanın) betonu nəql edən boruların (kəmərlərin) içərisinə boruların təmizlənməsi üçün nəzərdə tutulmuş silgi topunu saldığı halda, həmin topu təzyiqi aşağı salmaqla, borudan çıxartmadan və fəhlələrin (konkret olaraq zərərçəkmiş X3) həmin borudan aralı (10 metr məsafədən artıq məsafədə) durmasını gözləmədən beton vurulma işinə başladığına görə, «Tikində təhlükəsizlik texnikası» İİİ-4- 80, «Tikinti norma və qaydaları» nın 11.13, 11.14 bəndlərinin və «xxxx» MMC-nin sürücüoperator təlimatının 2.12, 5.3, 5.4, 5.5 bəndlərinin tələbləri «xxxx» MMC-nin sürücüoperatoru Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Ekspertizaya təqdim edilmiş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini, yəni avtomobil üzərində quraşdırılmış beton nasosunun (pompanın) betonu nəql edən boruların (kəmərlərin) içərisinə boruların təmizlənməsi üçün nəzərdə tutulmuş silgi topunu saldığı halda, həmin topu çıxartmadan beton vurma işinin aparılmasını nəzərə aldıqda, zərərçəkmiş şəxs fəhlə X8 tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması müəyyən edilmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 172-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə təhlükəsizlik-texnikası ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 157-159-cu səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 xx xxxxxxxx 2020-ci il tarixli, 04 nömrəli ekspert rəyindən görünür ki, X1 meytinin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir- baş-beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızma; daxili qanaxma ilə müşayiət olunan sağ ağ ciyərin cırılması, sağ körpücük sümüyünün, sağ tərəfli 1-2-3-4-cü qabırğalarının qapalı, yerdəyişən sınıqları; ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası. Bu xəsarətlər ümumilikdə həyatidirlər, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əşyaların təsiri nəticəsində törənmişlər, qərarda göstərilən vaxta, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, müxtəlif şəraitlərdə o cümlədən, qərarda göstərilən şəraitdə yəni, beton vuran nasosla beton tökərkən, boruda yaranmış yüksək atmosfer təzyiqinin onu sirkələyərək, bədənin müxtəlif hissələrinə dəyməsi nəticəsində əmələ gəlməsi istisna olunmur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub və baş vermiş ölümlə bir başa əlaqəlidir. X1 ölümünə səbəb - daxili qanaxma ilə müşayiət olunan sağ ağ ciyərin cırılması, sağ körpücük sümüyünün və sağ tərəfli qabırğaların çoxsaylı sınıqları fonunda baş-beyinin əzilməsi, baş- beyin maddəsinə və qişaları altına qansızma olmuşdur. Ölüm Sumqayıt şəhər X17 Xəstəxanasında xx xxxxxx 2020-ci il tarixdə, saat 12:50-də baş vermişdir. X1 meytindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-99-cu səhifələrində olan 6 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, 02/91 saylı məktubu ilə daxil olmuş sənədlərdən görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə 6 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC arasında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolunun 12-ci km-də «Pitstop» məntəqələrinin tikintisinin aparılması üçün xx xxx 2020-ci il tarixli, 24 saylı podrat müqaviləsi bağlanılmış, X8 xx xxxx 2020-ci il tarixli əmək müqaviləsi əsasında 6 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-də çilingər vəzifəsinə qəbul edilmiş və əmək funksiyasına dəmir beton işləri və müxtəlif köməkçi işləri görmək aid olmuş, xx xxxxxxx 2019-cu il tarixli əmrlə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riyayət olunması mühəndis Dəyanət Süleymanova və sahə rəisi Şahid2 tapşırılmış, həmçinin betonçular və fəhlələr üçün əməyin mühafizəsi üzrə təlimatlar mövcud olmuş və təlimatlandırmaların qeydiyyat jurnalına əsasən işçilərə giriş, ilkin və təkrar təlimatlar verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-145-ci səhifələrində olan «xxxx» MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, 001 saylı məktubu ilə daxil olmuş sənədlərdən görünür ki, «xxxx» MMC ilə 6 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC arasında işlərin görülməsinə dair xx xxx 2020-ci il tarixli, 22 saylı müqavilə bağlanılmış, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs operator-sürücü vəzifəsinə qəbul edilməsinə dair əmr verilərək, onunla əmək müqaviləsi bağlanılmış, xx xxxxx 2020-ci il tarixli, 16-1 saylı əmrlə **-ML-*** nömrə nişanlı, X16 xüsusi təyinatlı avtomobil beton pompası və bununla əlaqədar texniki təhlükəsizlik əməyin mühafizəsi qaydaları Təqsirləndirilən şəxs həvalə edilmiş, operator-sürücünün texniki təhlükəsizlik təlimatının qeydiyyat jurnalında xx xxxxx 2020-ci il tarixdə təlimatlar verilmiş, xx xxxxx 2020-ci il tarixdə qiymətləndirmə aparılmış, 01-xx xxxxxx 2020-ci il tarixlərində avtomobilin idarə edilməsi üçün yol vərəqi verilmiş və həmin avtomobilin icarəyə götürülməsi xx xxxxx 2020-ci il tarixli 03/20 saylı müqavilə əsasında olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 183-190-cı səhifəsində olan Azərbaycan Respublikasının Əmək və Əhalinn Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli, **********5 saylı məktubu ilə daxil olmuş 6 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin işçisi X4 xx xxxxxx 2020-ci il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat materialından görünür ki, X3 ölümü ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq İZ forimalı aktla rəsmiləşdirilməli və xxxx MMC-də uçota alınmalıdır. Komissiya təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində «xxxx» MMC-nin operator sürücüsü Təqsirləndirilən şəxs cavabdehliyi müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 151-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 317-ci səhifəsində olan xx xxxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 181-ci səhifəsində olan xx xxxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, X1 əynində olmuş bir ədəd tünd qəhvəyi rəngli, uzunqol köynək və bir ədəd qara şalvar, həmçinin «Mersedes Benz» markalı, **-ML-*** nömrə nişanlı xüsusi təyinatlı «Beton Nasos» tipli avtomobilin borusunun təmizlənməsi üçün nəzərdə tutulan 15 sm diametli, narıncı rəngli yumuşaq top cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 289-298-ci vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xxxx» MMC-də texniki təhlükəsizliyə cavabdeh olan Şahid5, 6 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-də texniki təhlükəsizliyə cavabdeh olan X2 və Şahid2 vəzifələrinin icrası ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmadığından və onların əməlini istisna edən hallar olduğundan həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, eləcə də X1 əynində olmuş bir ədəd tünd qəhvəyi rəngli, uzunqol köynək və bir ədəd qara şalvar, həmçinin «Mersedes Benz» markalı, **-ML-*** nömrə nişanlı xüsusi təyinatlı «Beton Nasos» tipli avtomobilin borusunun təmizlənməsi üçün nəzərdə tutulan 15 sm diametli, narıncı rəngli yumuşaq top olan maddi sübutlar Xızı rayon prokurorluğunun arxivində saxlanılmışdır. Cinayət işinin 152-ci vərəqəsində olan Qazax Rayon İcra Hakimiyyəti başçısının Aslanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan və işin 153-154-cü vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu, Aslanbəyli kəndində qeydiyyatdadır və himayəsində xx xxxxxx 2009-cu il təvəllüdlü İdris və xx xxxxxx 2011-ci il təvəllüdlü Elcan adlı iki övladı vardır. Cinayət işinin 155-ci vərəqəsində olan «xxxx» MMC tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi müddətdə səmimi və mehriban rəftarı, işə olan ciddi məsuliyyəti ilə müdiriyyət və işçilər arasında böyük hörmət qazanmış, işlədiyi müddətdə heç bir xəbərdarlıq və töhmət almamış, 2-ci dərəcəli pompaçı peşəsindən 6-cı dərəcəyə yüksəlmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X7 xx xxxxxx 2021-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs barışıq əldə etdiyindən, hal-hazırda təqsirləndirilən şəxsdən hər hansı bir şikayət və tələbi, eyni zamanda maddi tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olmasını, iş üzrə müxxxxət xarakterizə edilməsini, həmçinin ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.4-cü bəndinə əsasən şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsi tövsiyə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunanları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, hadisədən sonrakı davranışını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə real cəza təyin ediləcəyi halda onun maddi yardımı ilə yaşayan ailə üzvləri maddi və mənəvi mərhumiyyətlərə məruz qala bilər, bu səbəbdən də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi və barəsində CM-nin 70-ci maddəsi tədbiq edilərək əsas cəzanın şərti olaraq tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmçinin, Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının tətbiq olunub olunmaması məsələsinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının tətbiqi Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsində məhkəmənin hüququ kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə, hazırkı iş üzrə işin hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində operator-sürücü vəzifəsi tutma hüququndan məhrum etmə əlavə cəzasının tətbiq edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi və ümumiyyətlə hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Xızı rayon prokurorluğunun arxivində saxlanılan, X1 əynində olmuş bir ədəd tünd qəhvəyi rəngli, uzunqol köynək və bir ədəd qara şalvar ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinə, «Mersedes Benz» markalı, **-ML-*** nömrə nişanlı xüsusi təyinatlı «Beton Nasos» tipli avtomobilin borusunun təmizlənməsi üçün nəzərdə tutulan 15 sm diametli, narıncı rəngli yumuşaq top isə «xxxx» MMC-yə qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö km et d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə operator-sürücü vəzifəsi tutma hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə operator-sürücü vəzifəsi tutma hüququndan məhrum etmə cəzası onun əsas cəza müddətinə və bundan sonrakı 02 (iki) il müddətinə şamil edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi və ümumiyyətlə hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Xızı rayon prokurorluğunun arxivində saxlanılan, X1 əynində olmuş bir ədəd tünd qəhvəyi rəngli, uzunqol köynək və bir ədəd qara şalvar ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinə, «Mersedes Benz» markalı, **-ML-*** nömrə nişanlı xüsusi təyinatlı «Beton Nasos» tipli avtomobilin borusunun təmizlənməsi üçün nəzərdə tutulan 15 sm diametli, narıncı rəngli yumuşaq top isə «xxxx» MMC-yə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 150 (bir yüz əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142593, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ**********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-16/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-16/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver