Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-16/2022 06.07.2022 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Abşeron rayonu, Şuraabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Xızı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 yanvar 2022-ci il tarixdə, saat 19:30 radələrində Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətə hasardan keçərək qanunsuz olaraq daxil olub, həyətdə yerləşən köhnə tikili evə pəncərəni açıb daxil olaraq evin yataq otağındakı şkafın sürməsindən Zərərçəkmiş şəxs məxsus 16 manat dəyərində bir ədəd gümüşü rəngli bujiteriya üzüyü, 5 manat dəyərində qızılı rəngli bir cüt bujiteriya sırğanı, 5 manat dəyərində bir ədəd bujiteriya üzüyü, 6 manat dəyərində bir cüt qızılı-gümüşü rəngli bujiteriya sırğanı, 8 manat dəyərində qızılı rəngli bir ədəd bijuteriya boyunbağını, 357 manat dəyərində Rusiya istehsallı, 583 əyarlı, çəkisi 4,2 qram olan bir ədəd qızıl kişi üzüyünü, 170 manat dəyərində Rusiya istehsallı, 583 əyarlı, çəkisi cəmi 2 qram olan bir cüt qızıl sırğanı, 250 manat dəyərində “Swarovski” göy-ağ rəngli qaşlardan ibarət bir dəst bijuteriyanı (bir ədəd klon-boyunbağı, bir ədəd qolbaq və bir cüt qızıl sırğa), 100 manat dəyərində qadın üçün bir ədəd qol saatını, 80 manat dəyərində “Çexiski” bir ədəd qol saatını, 80 manat dəyərində qızılı rəngli bir ədəd qol saatını, 10 manat dəyərində bir ədəd qol saatını, otaqdakı təkərli çamadandan 60 manat dəyərində kişi üçün bir ədəd isti gödəkçəni gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 1147 manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 yanvar 2022-ci il tarixdə, saat 01:00 radələrində Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətə hasardan keçərək qanunsuz olaraq daxil olub, həyətdə yerləşən yeni tikilmiş evə giriş qapının daxili qıfılını açarla açıb daxil olaraq, evin təmiri başa çatdırılmamış otağında olan Zərərçəkmiş şəxs məxsus 7 manat dəyərində bir ədəd elektrik paylayıcını, 90 manat dəyərində “Smarter MM-250” markalı, bir ədəd qaynaq aparatını, 250 manat dəyərində “Karadeniz” markalı, “KD022N” modelli, bir ədəd unitazı, 80 manat dəyərində “Oushute” markalı, bir ədəd əl-üz yuyan moykanı, həyətdəki köhnə tikili evə bitişik otaqların qapısında olan asma qıfılı açaraq qanunsuz olaraq içəri daxil olub, oradan 4 manat dəyərində bir ədəd taxta kəsən mişarı, 1,90 manat dəyərində “Kronenflex” markalı bir ədəd dəmir kəsən daşı, 2,50 manat dəyərində “Zuvr” markalı bir ədəd taxta kəsən mişar başlığını, 2 manat dəyərində “Shark” markalı bir ədəd laqonda üçün başlığı, 140 manat dəyərində 5 litr tutumlu bir ədəd samovarı, 20 manat dəyərində “Uşm” markalı bir ədəd laqondanı, 30 manat dəyərində “Berkhof” alman firmasına məxsus iki ədəd bıçağı, 75 manat dəyərində bir ədəd alətlər dəstini (bir ədəd vintaçan on ədəd başlığı ilə birlikdə, bir ədəd çəkic, bir ədəd dəmir kəsən qayçı, bir ədəd kəlbətin), 55 manat dəyərində plastik boru qaynaq etmək üçün istifadə olunan bir ədəd ütünü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 757,40 manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 yanvar 2022-ci il tarixdə, saat 03:00 radələrində Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətə hasardan keçərək qanunsuz olaraq daxil olub, həyətdə yerləşən köhnə tikili evə bitişik otaqların qapısında olan asma qıfılı açaraq qanunsuz olaraq içəri daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 80 manat dəyərində “Beuchat Powenjet” markalı bir cüt dəniz ayaq pərini, 80 manat dəyərində “Kasimsot 520 L” markalı bir ədəd otbiçən aləti, 250 manat dəyərində “Jotun” markalı bir ədəd qabda boyanı, 120 manat dəyərində “Cressisub” markalı bir ədəd balıq ovu üçün istifadə olunan bir ədəd oxatanı, 30 manat dəyərində “Homend Dustbredk 1213/2000w” markalı bir ədəd tozsoranı, 30 manat dəyərində “SS- WS 85” markalı bir ədəd səs gücləndirici dinamiki, 200 manat dəyərində Holfman markalı bir ədəd mikrodalğalı sobanı, bir dəstinin dəyəri 200 manat olan 600 manat dəyərində üç dəst qab-qacağı, 24 manat dəyərində uşaq paltarlarını (üç ədəd şalvar, üç ədəd mayka, üç ədəd finka, üç ədəd qısaqol fubolka) gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 1414 manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunana kimi Xızı rayonu, Şorabad qəsəbəsində yaşamış və rəsmi olaraq heç bir yerdə işləməmişdir. 2022-ci ilin yanvar ayının əvvəlində yaşadığı qəsəbədə yerləşən evlərdən pul, qızıl-zinət əşyaları, digər satıla bilən əşyalar oğurlamağı və həmin əşyaları satıb pul əldə etməklə dolanışığını təmin etməyi qərara almışdır. Həmin ərəfədə yaşadığı qəsəbədə Bakı şəhər sakini Kamil adlı şəxsin həyət evi aldığını və həmin evdə daimi yaşamadığını bilmişdir. O, bir neçə gün müddətində həmin evi müşahidəyə götürmüş, nəticədə evdəki işıqların yanmadığını görmüş və evdə daimi yaşayış olmadığına bir daha əmin olmuşdur. 06 yanvar 2022-ci il tarixdə, saat 19:00 radələrində hava qaranlıq olduqdan sonra yaşadığı evdən çıxıb həmin fərdi yaşayış evinin yerləşdiyi həyət darvazasının qarşı tərəfinə getmişdir. Ətrafa baxmış, heç kimin olmadığını görmüş və onu heç kimin görmədiyinə əmin olmuşdur. O, həyətə daxil olmaq üçün əvvəlcə darvazanı və giriş qapının açıq olub-olmadığını yoxlamış, lakin darvaza və qapı bağlı, kilidlənmiş vəziyyətdə olduğu üçün aça bilməmiş, oradan həyətə daxil ola bilməmişdir. Bu səbəbdən də, həyətə hasardan aşmaqla daxil olmaq qərarına gəlmişdir. Bu məqsədlə də, hasarın ətrafı ilə fırlanmış və nisbətən alçaq olan hasarın üstünə çıxıb həyətə düşmüşdür. Bundan sonra, evin plastik pəncərəsinə yaxınlaşmış, yerdən tapdığı dəmir əşya ilə pəncərəni açmış və həmin pəncərədən içəri daxil olmuşdur. O, otaqdakı şkafın sürməsindən qızıl-zinət əşyalarına bənzər əşyaları, qol saatlarını, otağın giriş qapısının yanında olan təkərli çamadandan isə bir ədəd isti gödəkçəni götürüb evdən çıxmış, hasardan aşaraq yaşadığı evə getmişdir. Səhəri gün, yəni 07 yanvar 2022ci il tarixdə səhər saatlarında oğurladığı əşyalara diqqət yetirmiş və qızıla oxşatdığı əşyalardan yalnız bir ədəd kişi üzüyünün və bir cüt uşaq sırğasının qızıl olduğunu, qalan əşyaların isə bujiteriya olduğunu görmüşdür. Bundan sonra, qızılları və bijuteriya əşyalarını götürüb satmaq məqsədi ilə Sumqayıt şəhərinə getmiş və bazarda həmin əşyaların hamısını 300 manat pulun müqabilində bir nəfər tanımadığı şəxsə satmışdır. Bir neçə gün ərzində pulun hamısını xərcləyib qurtardıqdan sonra yenə də oğurluq etməyi qərara almışdır. Bu məqsədlə də, 15 yanvar 2022-ci il tarixdə gecə saatlarında yaşadığı evdən çıxaraq əvvəl oğurluq etdiyi evin yerləşdiyi ünvana getmiş, həyətə giriş qapısının açıq olub-olmadığını yoxlamışdır. Qapı bağlı olduğu üçün yenə də hasardan keçib həyətə daxil olmuş və evin plastik pəncərəsini dəmir parçası ilə açıb oradan keçməklə evin içərisinə daxil olmuşdur. Bundan sonra, evin işıqlarını yandırmış və otaqları axtarmışdır. Həmin vaxt divarda asılqanda təzə formada bir neçə ədəd qıfıl açarının olduğunu görmüş və həyətdə təzə tikilmiş evin qapısının açarı olduğunu güman etmişdir. Daha sonra o, pəncərədən çölə çıxaraq təzə tikilmiş evin giriş qapısının qıfılını açaraq, evdən bir ədəd unitaz, bir ədəd əl-üz yuyan moyka, bir ədəd qaynaq aparatı, bir ədəd elektrik paylayıcı götürüb həyətə çıxarmış və həmin əşyaları daşıyıb hasarın yanına aparmışdır. Bundan sonra, köhnə tikili evə bitişik otağın taxtadan olan qapısına asılmış qıfılı əli ilə dartıb açmış və oradan bir ədəd taxta kəsən mişar, bir ədəd dəmir kəsən daş, bir ədəd taxta kəsən mişar başlığı, bir ədəd laqonda üçün başlıq, bir ədəd laqonda, iki ədəd bıçaq, plastik boru qaynaq etmək üçün istifadə olunan bir ədəd ütü, bir ədəd alətlər dəsti götürmüş, həmin əşyaları da daşıyıb hasarın yanına aparmışdır. O, götürdüyü əşyaların çox sayda və ağır çəkidə olduğunu, həmin əşyaları yaşadığı evə aparmaqda çətinlik çəkəcəyini görüb, əşyaları daşımağı asanlaşdırmaq üçün yaşadığı evə gedərək bir ədəd əl arabası götürüb oğurladığı əşyaların yanına qayıtmışdır. Həmin əşyaları əl arabası vasitəsi ilə iki dəfə olmaqla, yaşadığı ünvana aparmış və evə yığmışdır. Səhər açıldıqdan sonra əşyalardan bəzilərini satıb pul əldə etməyi qərara almışdır. Buna görə də, bir ədəd laqondanı, iki ədəd bıçağı, plastik boru qaynaq etmək üçün istifadə olunan bir ədəd ütünü, bir ədəd alətlər dəstini, bir ədəd çəkici, bir ədəd dəmir kəsən qayçını və bir ədəd kəlbətini çantada götürüb tanımadığı şəxsin idarə etdiyi yol avtomobili ilə Sumqayıt şəhərində yerləşən bazara getmişdir. O, həmin əşyaları bazarda tanımadığı şəxslərə satmış, 150 manat pul əldə etmişdir. Həmin pulla özünə çörək, yemək, siqaret və digər tələbat malları almış, həmin pulu da bir neçə gün ərzində tamamilə xərcləmişdir. 21 yanvar 2022-ci il tarixdə yenidən həmin evdən müxtəlif əşyalar oğurlayıb satmaqla pul əldə etməyi qərara almış və gecə saat 03 radələrində hasardan keçib həyətə daxil olmuşdur. O, əşyaların saxlandığı otağın taxtadan olan qapısına asılmış qıfılı əli ilə dartıb açmış və otaqlardakı əşyaların arasından bir ədəd otbiçən aləti, bir ədəd qabda boyanı, bir ədəd tozsoranı, bir ədəd səs gücləndirici dinamiki, bir cüt dəniz ayaq pərini, bir ədəd oxatanı, bir ədəd mikrodalğalı sobanı, üç dəst qab-qacağı və uşaq paltarlarını götürüb otaqdan çıxmış və götürdüyü əşyaların hamısını əl arabasına yığıb yaşadığı ünvana daşımışdır. Səhər açıldıqdan sonra həmin əşyalardan bir ədəd mikrodalğalı sobanı, üç dəst qab-qacağı və uşaq paltarlarını götürüb yol avtomobili ilə Sumqayıt şəhərinə getmiş və həmin əşyaları 210 manat pulun müqabilində tanımadığı şəxslərə satmışdır. 25 yanvar 2022-ci il tarixdə yaşadığı qəsəbədə olarkən Xızı rayon Polis Şöbəsinin əməkdaşları onu saxlamış və qəsəbədə yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər. O, oğurluq etdiyini etiraf etmiş və oğurladığı əşyaların çox hissəsini yaşadığı ünvanda saxladığını demişdir. Bundan sonra, polis əməkdaşları onu oğurladığı əşyalarla birlikdə Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə, həmçinin ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və 09 sentyabr 2020-ci il tarixdə Xızı rayonu, Şorabad qəsəbəsində fərdi yaşayış evi almışdır. Həmin evin yerləşdiyi həyətin kənarları mişar daşından hörülmüş hasarla əhatələnmiş, həyətə giriş iki taylı dəmir darvazadan, evin giriş qapısı isə dəmir materialdan olmuş və qapı qıfılla kilidlənmişdir. Bundan başqa, həyətdə evə bitişik yardımçı tikililər də inşa edilmiş və onlara məxsus əşyalar həm köhnə tikili evdə, həm də yeni tikilmiş evdə və yardımçı tikilidə saxlanılmışdır. Sonuncu dəfə 2022-ci ilin yanvar ayının 4-də həmin evdə olmuş, daha sonra ailə üzvləri ilə birlikdə Bakı şəhərinə daimi yaşadığı evə getmişdir. 07 yanvar 2022-ci il tarixdə günorta saatlarında əri Kamillə birlikdə Şorabad qəsəbəsinə, yaşadığı evə gəlmiş və evin mətbəxinin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra, evə daxil olmuş və otaqlardakı əşyaların dağınıq, səliqəsiz vəziyyətdə olduğunu, şkafların açıldığını, sürmələrin çəkildiyini görmüşdür. O, hansısa bir şəxsin pəncərəni açıb gizli yolla evə daxil olduğunu və oğurluq etdiyini başa düşmüşdür. Həmin vaxt evdəki əşyalara baxmış və evdə təkərli çamadanda olmuş əri Kamilə məxsus bir ədəd gödəkçənin, “Swarovski” göy-ağ rəngli qaşlardan ibarət bir dəst bijuteriya əşyasının, bir ədəd gümüşü rəngli bujiteriya üzüyün, bir cüt bujiteriya sırğanın, bir ədəd bujiteriya üzüyün, bir cüt qızılı-gümüşü rəngli bujiteriya sırğasının, bir ədəd bijuteriya boyunbağının, bir ədəd qızıl kişi üzüyünün, bir dəst qızıl sırğanın, dörd ədəd qol saatının oğurlandığını müəyyən etmişdir. Daha sonra o, telefonla DİN-nin 102 xidmətinə zəng edərək Şorabad qəsəbəsində yerləşən evinə pəncərədən naməlum şəxsin daxil olaraq qızıl-zinət əşyalarını oğurlaması barədə məlumat vermişdir. Bundan sonra, Xızı rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlmiş və əşyalarının oğurlanması barədə ərizə yazmışdır. Bundan bir həftə sonra, yəni 15 yanvar 2022-ci il tarixdə səhər saatlarında əri Kamillə birlikdə yenidən Şorabad qəsəbəsindəki evinə gəlmiş və həyətdəki yeni tikilmiş evin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. O, evə daxil olduqda evdən bir ədəd unitazın, bir ədəd əl-üz yuyulan moykanın, bir ədəd elektrik paylayıcının, plastik boru qaynaq etmək üçün istifadə olunan bir ədəd ütünün oğurlandığını müəyyən etmişdir. Daha sonra o, köhnə tikili evin otaqlarına baxmış və həmin otaqların da giriş qapısında olan asma qıfılların açıldığını, qapıların açıq vəziyyətdə olduğunu görmüşdür. O, Kamillə birlikdə həmin otaqlara baxmış və bir ədəd qaynaq aparatının, bir ədəd taxta kəsən mişarın, bir ədəd dəmir kəsən daşın, bir ədəd taxta kəsən mişar başlığının, bir ədəd laqonda üçün başlığın, bir ədəd laqondanın, iki ədəd bıçaq dəstinin, bir ədəd vintaçanın on ədəd başlığı ilə birlikdə, bir ədəd çəkicin, bir ədəd dəmir kəsən qayçının, bir ədəd kəlbətinin və bir ədəd samovarın oğurlandığını müəyyən etmişdir. Bundan sonra, DİN-nin 102 xidmətinə zəng edərək Şorabad qəsəbəsində yerləşən evindən elektrik tikinti alətlərinin, laqondanın və bu kimi digər əşyalarının oğurlanması barədə məlumat vermiş və Bakı şəhərinə qayıtmışlar. 21 yanvar 2022-ci il tarixdə səhər saatlarında əri Kamillə birlikdə Şorabad qəsəbəsindəki evinə gələrkən, otaqların qapısının yenə də açıldığını görmüş və oğurluq edildiyini yəqin etmişdir. O, otaqlara baxmış, oradan bir ədəd otbiçən alətin, bir ədəd qabda boyanın, bir ədəd tozsoranın, bir ədəd səs gücləndirici dinamikin, bir cüt dəniz ayaq pərinin, bir ədəd oxatanın, bir ədəd mikrodalğalı sobanın, üç dəst qab-qacağın, uşaq paltarlarının oğurlandığını müəyyən etmişdir. O, telefonla DİN-nin 102 xidmətinə zəng edərək Şorabad qəsəbəsində yerləşən evindən təkrarən oğurluq edilməsi barədə məlumat vermiş, bundan sonra Xızı rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək əşyalarının oğurlandığı otaqlara baxış keçirmiş və fotoşəkillər çəkmişlər. Daha sonra, onun yaşadığı evdən üç dəfə oğurluq etmiş şəxsin müəyyən edilməsi üçün Xızı rayon Polis Şöbəsində araşdırma aparılmış və həmin oğurluqların Xızı rayonu, Şorabad qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən edilməsi müəyyən olunmuşdur. Hazırda onlara dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Şahid Zərərçəkmiş şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 232-235-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli, 9/1789 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, qərarda və fotoşəkillərdə göstərilən malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1764,40 manat müəyyən olunur. O cümlədən: Tədqiqata təqdim edilən 11 adda malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 137,40 manat müəyyən olunur. Fotoşəkilləri təqdim edilmiş 09 adda malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 880,00 manat müəyyən olunur. Digər qərarın təsviri hissəsində göstərilən 2021-ci il tarixdə Bakı şəhərindən alınmış, istifadə edilməmiş, “JOTUN” markalı qabda boyanın həcmi haqqında məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qərarın təsviri hissəsində göstərilən, lakin tədqiqata təqdim edilməyən 04 adda malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 747,00 manat müəyyən olunur. Digər qərarın təsviri hissəsində göstərilən 12 adda mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istismar müddəti, təyinatı və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: tədqiqata təqdim edilməyən obyektlər üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Cinayət işinin 231-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-93-cü vərəqələrində olan 25 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı və Xızı rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək istintaqa təqdim edilmiş 21 adda əşyalara keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 1) bir cüt dəniz ayaq pəri istifadə edilmiş, istifadəyə yararlı, “Beuchat Powenjet” markalı, 2) bir ədəd taxta kəsən mişar istifadə edilmiş, istifadəyə yararlı, 3) bir ədəd elektrik paylayıcı ağ rəngli, üç yerlik, uzunluğu 10 metr, 4) bir ədəd dəmir kəsən daş istifadə olunmamış, istifadəyə yararlı, “Kronenflex” markalı, 5) bir ədəd taxta kəsən mişar başlıq istifadə olunmamış, istifadəyə yararlı, “Zuvr” markalı, 6) bir ədəd laqonda üçün başlıq istifadə olunmamış, istifadəyə yararlı, “Shark” markalı, 7) bir ədəd gümüşü rəngli bujiteriya üzük istifadə edilmiş, üzərində qaşlar olan, 8) bir cüt bujiteriya sırğa istifadə edilmiş, qızılı rəngli, 9) bir ədəd bujiteriya üzük istifadə edilmiş, 10) bir cüt qızılı-gümüşü rəngli bujiteriya sırğa istifadə edilmiş, qızılı rəngli 11) bir ədəd bijuteriya boyunbağı istifadə edilmiş, qızılı rəngli, 12) bir ədəd isti gödəkçə dəri və yun materialdan, dəri hissəsi qəhvəyi rəngli, istifadə edilmiş, ön tərəfdən zəncirbəndlə açılıb-bağlanan, etiketində “RUİYİNGHONGFEİ 4XL” sözləri yazılmış, 13) bir ədəd qaynaq aparatı 2021-ci il tarixdə alınmış, bir dəfə istifadə edilmiş, istifadəyə yararlı, “Smarter MM-250” markalı, 14) bir ədəd unitaz təzə, istifadə edilməmiş, “Karadeniz” markalı, “KD022N” modelli, 15) bir ədəd əl-üz yuyan moyka təzə, istifadə edilməmiş, “Oushute” markalı, 16) bir ədəd otbiçən alət istifadə edilmiş, istifadəyə yararlı, “Kasimsot 520 L” markalı, 17) bir ədəd qabda boya istifadə edilməmiş, “Jotun” markalı, 18) bir ədəd oxatan istifadə edilmiş, istifadəyə yararlı, “Cressi-sub” markalı, 19) bir ədəd tozsoran istifadə edilmiş, istifadəyə yararlı, “Homend Dustbredk 1213/2000w” markalı, 20) bir ədəd səs gücləndirici dinamik “SS-WS 85” markalı, 21) bir ədəd samovar qapaqlı, qulplu, istifadəyə yararlı, mis materialdan, 5 litr tutumlu, çəkisi 5 kiloqram, diametri 21 sm, dərinliyi 25 sm olmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin əşyaların ona məxsus olduğunu və 2022-ci ilin yanvar ayında üç dəfə təkrar olmaqla oğurlandığını bildirmişdir. Baxış keçirilməsi başa çatdıqdan sonra protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-129-cu vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin 25 yanvar 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, bir ədəd unitaz, bir ədəd əl-üz yuyulan moyka, bir ədəd qaynaq aparatı, bir ədəd elektrik paylayıcı, bir ədəd taxta kəsən mişar, bir ədəd dəmir kəsən daş, bir ədəd taxta kəsən mişar başlıq, bir ədəd laqonda üçün başlıq, bir ədəd otbiçən alət, bir ədəd qabda boya, bir ədəd tozsoran, bir ədəd səs gücləndirici dinamik, bir cüt dəniz ayaq pəri, bir ədəd oxatan, bir ədəd isti gödəkçə, iki ədəd bujiteriya üzük, iki cüt bujiteriya sırğa, bir ədəd bijuteriya boyunbağı və bir ədəd samovar cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 177-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 02 fevral 2022-ci il tarixli, 011-1198-1222 nömrəli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş, əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 01 ədədinin (ADİS-in məlumat bankına Xızı RPŞ və BƏSİİ-dən daxil olmuş) xx.xx.1985-ci ildə Abşeron rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağı ilə eynilik müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 193-195-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən və işin 218-229-cu vərəqələrində olan müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan 25 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 153-156-cı vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 4(068)-2/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 241-257-ci vərəqələrində olan 30 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan edilmiş, həmçinin əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 200-201-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 mart 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və mənfi xarakterizə olunur. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs yaşayış sahəsinə ayrı-ayrı vaxtlarda təkrarən qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həyat şəraitini, habelə şəxsiyyətini, onun tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 25 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Xızı RPŞdə saxlanılan - bir ədəd unitaz, bir ədəd əl-üz yuyulan moyka, bir ədəd qaynaq aparatı, bir ədəd elektrik paylayıcı, bir ədəd taxta kəsən mişar, bir ədəd dəmir kəsən daş, bir ədəd taxta kəsən mişar başlıq, bir ədəd laqonda üçün başlıq, bir ədəd otbiçən alət, bir ədəd qabda boya, bir ədəd tozsoran, bir ədəd səs gücləndirici dinamik, bir cüt dəniz ayaq pəri, bir ədəd oxatan, bir ədəd isti gödəkçə, iki ədəd bujiteriya üzük, iki cüt bujiteriya sırğa, bir ədəd bijuteriya boyunbağı və bir ədəd samovar zərərçəkmiş şəxsə qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 25 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də saxlanılan - bir ədəd unitaz, bir ədəd əl-üz yuyulan moyka, bir ədəd qaynaq aparatı, bir ədəd elektrik paylayıcı, bir ədəd taxta kəsən mişar, bir ədəd dəmir kəsən daş, bir ədəd taxta kəsən mişar başlıq, bir ədəd laqonda üçün başlıq, bir ədəd otbiçən alət, bir ədəd qabda boya, bir ədəd tozsoran, bir ədəd səs gücləndirici dinamik, bir cüt dəniz ayaq pəri, bir ədəd oxatan, bir ədəd isti gödəkçə, iki ədəd bujiteriya üzük, iki cüt bujiteriya sırğa, bir ədəd bijuteriya boyunbağı və bir ədəd samovar Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(068)-16/2022
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-16/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver