Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-16/2023 17.05.2023 XIZI RAYON MƏHKƏMƏSİ X40 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X24, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Dəvəçi (hazırki Şabran) rayonu, Uzunboyad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, üzərində məhkumluğu olan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Verilmiş ittihamın mahiyyəti: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,659 qram narkotik vasitə heroini üzərində saxlamış, 28 mart 2022-ci il tarixdə, saat 16:30 radələrində Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək Xızı rayonu, Giləzi qəsəbəsində dəmiryolu adlanan ərazidə saxlanılaraq Xızı Rayon Polis Şöbəsinə gətirilmiş, RPŞ-nin Növbətçi Hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükülüdə 0,659 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 24 mart 2022-ci il tarixdə atasının velosipedini satdığı üçün onun şikayəti əsasında polis əməkdaşları tərəfindən öz evindən Xızı RPŞ-yə gətirilmişdir. Həmin gündən polis şöbəsində növbətçi hissənin qarşısındakı müvəqqəti saxlanma məntəqəsində olmuş və ona müxtəlif təzyiqlər edilmişdir. İlk öncə velosipedi satdığı Mehrab adlı şəxsdən narkotik maddə almasını deməyini istəmişlər. Buna görə ona çox təzyiqlər olunmuşdur. O, isə Mehrabdan narkotik vasitə deyil, pul almışdır. Belə ki, velosipedi pul qarşılığında Mehraba 100 manata satmağa razılaşmış, sonuncu ona 40 manat vermiş, 60 manat da borclu qalmışdır. Onu polis şöbəsində dindirərkən də velosideti Mehraba satdığını bildirmişdir. Bundan sonra polislər ona 1 kq narkotik maddəni şəxsi istifadəçi kimi üzərinə götürməli olmasını demişlır, razılaşmadıqda onu döyərək təzyiq göstərmişlər. İlk döyülmə faktı mart ayının 25-də olmuş, üzərində zədə izləri indi də qalmışdır. Həmin vaxt onun üçün həkim çağırılmış və ayağına sarğı edilmişdir. 1 kq narkotik maddəni boynuna götürməsi üçün mart ayının 26-27-si də ona qarşı olan təzyiqlər davam etmiş, hər gün döyülmüşdür. Mart ayının 28-i atası onun üçün yemək, paltar gətirərək polis şöbəsinə gəlmiş və onunla görüşmək istəmiş, lakin onları görüşdürməmişlər. Bundan əlavə ona psixoloji təzyiqlər göstərərək, valideynlərinin ondan üz döndərdiklərini demişlər. Həmçinin ona bildirmişlər ki, “narkotikin 1 kq olmasına baxma, bunun istifadəçisi kimi gedirsən. İfadəni də belə verəcəksən ki, hansısa bir İran vətəndaşından bunu öz istifadən üçün nisyə almısan”. Razılaşmadığı üçün onu çılpaq soyundurub döymüşlər. Daha sonra o, artıq bezdiyi, yorulduğu üçün razılaşmış, həmçinin fikirləşmişdir ki, vəkil gələndə səs-küy salar, ona kömək edən olar. Mart ayının 28-də çəkiliş olmuş və guya polislər onu 1 qram narkotiklə tutublar. Çəkilişdən qabaq bir az səs-küy salmış, onu yenə döyərək qulağını partlatmışlar. O, razılaşdıqdan sonra həyətlərinə gedərək yenidən 1 kq ilə çəkiliş olmuş, daha sonra onu 3 saylı İstintaq təcridxanasına aparmışlar. Təcridxanaya getdikdən sonra artıq oradan şikayətlər etməyə başlamış və 1 kq narkotiki olan adamın atasının velosipedini aparıb girov qoymasının inandırıcı olmamasını sübut etməyə çalışmışdır. Eyni zamanda onun mart ayının 28-i deyil 24-ü tutulmağının sübutu kimi müstəntiqdən kamera görüntülərini tələb etmiş və yalandan məlumat vermək, dövlət əməkdaşını şərləməyin məsuliyyətə səbəb olacağını bildiyini demişdir. Belə ki, onun mart ayın 24-ü polis şöbəsinə girməsi kameralara düşmüş, hətta elə o yerdə də döyülmüş və mart ayının 24-dən 28-nə kimi şöbədə saxlanılmışdır. Çəkiliş olmamışdan 15 dəqiqə əvvəl, onlar artıq Giləzi qəsəbəsində Hacıağanın mağazasının yanında olanda həmin 1 kq narkotikin hara qoyulduğu ilə bağlı əməliyyat müvəkkili Şahid2 zəng gəlmiş və deyilmişdir ki, “qaraja daxil olan kimi soyuducunun yanındakı çəlləyin içinə qoymuşam, üzdə, qara salafandadır”. Lakin onun hər hansı bir İran İslam Respublikasının vətəndaşı ilə söhbəti olmamış, üzərindən çıxan narkotik vasitə də ona aid olmamışdır. Bütün bunlardan sonra hazırki vəkilin köməkliyi ilə anası Baş prokuror Kamran Əliyevin qəbulunda olmuş və cinayət işi Xızı RPŞ-dən alınaraq davam etdirilməsi üçün Siyəzən rayon X26 Bölməsinə həvalə edilmişdir. Hazırda fikirləşir ki, günahsızlığını yetərincə sübut etməyə çalışmışdır. Sonda Təqsirləndirilən şəxs verilmiş ittihamın uydurma və yalan olduğunu bildirərək, məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 05 yanvar 2023-cü il tarixli protokol elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 7-8 ildir “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin istifadə etmişdir. Əvvəllər heroini kef çəkmək üçün istifadə etmiş, son iki ildə isə bədənində şiddətli ağrılar yaranmış və bu səbəbdən heroin istifadə etməyə davam etmişdir. O, heroini tibbi şpris vasitəsi ilə qollarında olan damarlarına vuraraq qəbul etmişdir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 2021-ci ilin avqust ayında tutulmuşdur. Xızı Rayon Məhkəməsinin 2021-ci ilin noyabr ayında çıxardığı hökmlə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2021-ci ilin dekabr ayında İcra və Probasiya şöbəsinin əməkdaşları onun sol ayağının topuq nahiyyəsinə elektron nəzarət cihazı bağlamışdır. 23 mart 2022-ci il tarixdə ona 50 manat pul lazım olmuşdur. O, qəsəbədə yaşayan tanışlarından borc şəklində pul axtarmaq üçün qəsəbəyə çıxmaq qərarına gəlmişdir. Bu səbəbdən o, qəsəbəyə atası Yusifə məxsus velosipedlə getmək üçün atasına velosipedini ona verməsini, velosipedlə Şövkətin mağazası istiqamətində gedəcəyini demişdir. Atası Yusif velosipedi ilə getməyinə icazə vermiş, heç bir etiraz etməmişdir. O, atasına məxsus velosipedə minmiş və sürə-sürə yaşadığı qəsəbədə yerləşən mağazanın yaxınlığına getmişdir. Həmin vaxt o, həmkəndlisi Mehrabla rastlaşmışdır. O, Mehrabla söhbət edərkən pula ehtiyacı olduğunu, velosipedi 100 manata satmaq istədiyini demişdir. Mehrab mobil telefonla kiməsə zəng edib danışmışdır. Sonra Mehrab ona velosipedi almaq istədiyini, lakin üstündə 100 manat pulunun olmadığını, cəmi 40 manat pulunun olduğunu demişdir. Mehrab velosipedi 100 manata almağa razı olmuş, 40 manatını həmin vaxt, qalan 60 manatını isə sonra verə biləcəyini demişdir. O, Mehrabla razılaşmış və velosipedi Mehraba satmışdır. Mehrab ona 40 manat pul vermiş, 60 manat pulu isə bir gün sonra verəcəyini demişdir. O, yaşadığı qəsəbədə yerləşən mağazalara olan borcunu ödəmiş və yaşadığı evə qayıtmışdır. Həmin gün axşam saatlarında atası Yusif ondan velosipedinin harada olduğunu soruşmuşdur. O, atasına velosipedi yaxın dostuna verdiyini, velosipedi qaytaracağını demişdir. Atası Yusif ona əsəbləşmiş, velosipedini qaytarmağını tələb etmişdir. Lakin o, atasının velosipedini qaytarmamışdır. 24 mart 2022-ci il tarixdə səhər saatlarında yuxudan oyandıqdan sonra atası Yusifin evdə olmadığını görmüşdür. O, anası Gülzardan atasının harada olduğunu soruşmuşdur. Anası ona atasının hara getdiyini bilmədiyini demişdir. Həmin gün saat 13:00 radələrində atası Yusif evə gəlmişdir. O, atasından harada olduğunu soruşmuşdur. Atası ona velosipedini götürdüyü üçün Xızı rayon polis şöbəsinə gedib onun barəsində şikayət etdiyini demişdir. O, atasının şikayətinə görə əsəbləşmiş və yaşadığı evi tərk edərək qəsəbənin mərkəzinə getmişdir. Təxminən iki-üç saat sonra o, yaşadığı evə qayıtmışdır. O, həyətdə yerləşən ikinci ev hesab etdiyi birotaqlı evə daxil olub masada əyləşmişdir. Saat 17:00 radələrində Xızı rayon polis şöbəsinin iki nəfər polis əməkdaşı yaşadığı evin həyətinə gəlmişdir. O, həmin polis əməkdaşlarının əvvəllər tanıdığı Orxan və Mədəd adlı şəxslər olduğunu görmüşdür. Həmin polis əməkdaşları ona birlikdə Xızı rayon polis şöbəsinə gəlməli olduğunu demişlər. O, polis əməkdaşlarından nə səbəbə polisə getməli olduğunu soruşmuşdur. Polis əməkdaşları ona ayağında olan elektron nəzarət cihazı ilə bağlı polis şöbəsinə gəlməli olduğunu demişlər. O, həmin gün polis əməkdaşları ilə birlikdə Xızı RPŞ-nə getmiş və bir neçə saatdan sonra sərbəst buraxılaraq yaşadığı ünvana qayıtmışdır. Polis əməkdaşları ona 25 mart 2022-ci il tarixdə yenidən Xızı RPŞ-nə gəlməyini bildirmişlər. O, polis əməkdaşlarına həmin tarixdə oğlu Ülvinin doğum günü olmasını bildirsə də, polis əməkdaşları ona RPŞ-nə gəlməli olduğunu bildirmişlər. O, xx.xx.2022-ci il tarixdə RPŞ-nə getdiyi üçün oğlu Ülvinin ad günü məclisində iştirak edə bilməmişdir. Həmin gün saat təxminən 17-18 radələrində Xızı RPŞ-dən yaşadığı ünvana qayıtmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Xızı rayonu ərazisindən keçən Bakı-Quba magistral yolunun kənarında olarkən yerdə bir ədəd bükülü görmüş və həmin bükülü diqqətini cəlb etdiyi üçün onu açaraq içərisinə baxmışdır. Bu zaman o, bükülünün içərisində qəhvəyi rəngli kütlə olmasını görmüş və narkotik vaitə olan heroin istifadəçisi olduğundan həmin kütlənin narkotik vasitə olan heroin olmasını bilmişdir. Bundan sonra həmin bükülünü əynində olan qara rəngli cins şalvarın cibinə qoymuş və yaşadığı ünvana qayıtmışdır. Həmin gün saat təxminən 15:00 radələrində yaşadığı ünvanda həmin narkotik vasitənin bir hissəsini istifadə etmiş və qalan hissəsini isə sonra tələbatına uyğun şəkildə istifadə etmək məqsədilə əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra evdə sıxıldığı üçün saat təxminən 16:30 radələrində Xızı rayonu Giləzi qəsəbəsi ərazisindən keçən dəmir yolunun yaxınlığına getmiş və orada bir qədər gəzişmişdir. Bu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar və üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirməkə onu RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq onlarla birlikdə RPŞ-nə getmişdir. RPŞ-nə gətirildikdən sonra o, müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. O, Vəkil Bürolarının siyahısı ilə tanış olub Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 özünə vəkil seçmişdir. Bundan sonra Pərvanə xanım Xızı rayon polis şöbəsinə dəvət edilmiş və ona təqdim edilmişdir. Hüquq və vəzifələri ona izah edilmiş və bu barədə ona yazılı bildiriş təqdim edilmişdir. Xızı rayon polis şöbəsinin inzibati binasında müdafiəçi Pərvanə Hüseynovanın və polis əməkdaşlarının iştirakı ilə müstəntiq üzərində şəxsi axtarış aparmışdır. Müstəntiq tutulmağı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri və şəxsi axtarışda iştirak edən şəxslər barədə məlumat vermişdir. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Müstəntiq üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əynindəki şalvarının sağ yan cibində olan bir ədəd kağız bükümdəki heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, üzərində başqa qanunsuz əşyanın olmadığını demişdir. Polis əməkdaşlarından biri onun üzərini yoxlamış, üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. O, həmin vaxt narkotik vasitənin təsiri altında olduğundan şüursuz şəkildə ona öncədən bildirildiyi kimi, heroini təxminən bir həftə əvvəl onlayn formada İran İslam Respublikasının tanımadığı vətəndaşından aldığını və öz istifadəsi üçün üzərində saxladığını demişdir. Polis əməkdaşları bükümün içərisindəki maddəyə baxaraq heroinə bənzədiyini demişlər. Sonra ona məxsus heroin kağız bükümü ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Müstəntiq heroini bükümü ilə birlikdə ağ rəngli zərfə qoymuş, zərfin açıq yerini yapışdırmışdır. O və müdafiəçi Pərvanə Hüseynova zərfin üzərinə imza çəkmişlər. Müstəntiq heroini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Müstəntiq tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. Bundan sonra o, polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana baxış keçirilməsi üçün getmişlər. Həmin vaxt Emin ona Orxanın bir kiloqram narkotiki qarajdakı çəlləyin içərisinə qoyduğunu, videoçəkiliş zamanı heroini çəlləyin içərisindən götürüb müstəntiqə təqdim etməyini bildirmişdir. O, həyətdə səs-küy edib valideyinlərindən kömək istəmişdir. Lakin, yaşadığı ünvanda heç kimin olmadığını görmüşdür. Polis əməkdaşları ona ailə üzvlərinin baxışda iştirak edəcəyi halda onların da şahid olacağını, ailə üzvlərinin də polis şöbəsinə aparılacağını, onlara ziyan olacağını demişlər. Bundan sonra o, sakitləşmişdir. Müstəntiq baxışda iştirak edən şəxslər barədə məlumat vermişdir. Bir nəfər polis əməkdaşı kamera cihazı vasitəsi ilə videoçəkiliş aparmışdır. Baxış zamanı o, iştirakçılarla birlikdə yaşadığı evin həyətinə, sonra həyətdəki qaraj tikilisinə daxil olmuşdur. O, həmin qarajdakı su çəlləyinin içərisinə baxmış, orada bir ədəd içərisi doldurulmuş halda sellofan bağlamanın olduğunu görmüşdür. O, həmin bağlamada heroinin olduğunu bilmiş və bağlamanı götürüb təqdim etmişdir. Müstəntiq sellofan bağlamanı açmış və içərisində olan maddənin həqiqətən də heroinə bənzədiyini demişdir. Sonra həmin bağlama elektron əl tərəzində çəkilmiş, ümumi çəkisi 1 kiloqram 085 qram miqdarında olduğu məlum olmuşdur. Müstəntiq heroini bağlamada ağ rəngli zərfə qoymuş, zərfin açıq yerini yapışdırmışdır. O və müdafiəçi Pərvanə Hüseynova zərfin üzərinə imza çəkmişlər. Müstəntiq heroini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. O, yenidən polis şöbəsinə qaytarılmış və bu dəfə müvəqqəti saxlama yerinin kamerasında saxlanılmışdır. Həmin müddətdə Orxan və digər polis əməkdaşları iki gün sonra həbsə çıxarılacağını, prokuror və məhkəmənin öz adamları olduğunu, prokurora və hakimə də narkotikin ona məxsus olduğunu bildirməyini, artıq videoçəkiliş olduğunu və sənədlərə imza çəkdiyini demişlər. 01 aprel 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün o, əvvəlcə Xızı rayon prokurorunun yanına aparılmışdır. O, qorxduğu üçün prokurora da, yaşadığı ünvandan aşkar olunmuş narkotikin özünə məxsus olduğunu demişdir. Sonra o, Məhkəməyə aparılmışdır. İclas zamanı o, hakimə də, qorxduğu və narkotik vasitənin təsiri altında olduğu üçün aşkar edilmiş narkotikin özünə məxsus olduğunu demişdir. Məhkəmənin qərarı ilə onun barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Bir neçə gün sonra o, Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına aparılmış və orada saxlanılmışdır. O, mobil telefonla anasına zəng edərək həqiqətləri ona demişdir. Bir həftə sonra anası təcridxanaya gəlmiş, görüş otağında şüşənin arxasından mobil telefon vasitəsi ilə anası ilə danışmışdır. O, anasına narkotikin ona məxsus olmadığını, polislərin onu yüklədiyini demişdir. O, anasından xahiş edərək ona vəkil tutmasını və işinə kömək etməsini, heç bir günahı, təqsirinin olmadığını demişdir. 28 mart 2022-ci il tarixdə saat 17:30 dəqiqədən saat 17:42 dəqiqəyədək olan müddət ərzində Xızı rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılmış, həmin vaxt əyninizdə olan şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə aşkar edilmiş 0,659 qram miqdarında heroin ona məxsus olmuşdur. Lakin 28 mart 2022-ci il tarixdə saat 19:23 dəqiqədən saat 19:35 dəqiqəyədək olan müddət ərzində Xızı rayonu Giləzi qəsəbəsində yaşadığı evin həyətinə baxış zamanı həyətdəki qaraj tikilsindən çənin içərisindən bir ədəd sellofan bağlamada 1050 qram miqdarında narkotik vasitə heroin ona məxsus olmamışdır. Üzərində şəxsi axtarış keçirildikdən sorna polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana baxış keçirilməsi üçün getmişlər. Həmin vaxt Emin ona Orxanın bir kiloqram narkotiki qarajdakı çəlləyin içərisinə qoyduğunu, videoçəkiliş zamanı heroini çəlləyin içərisindən götürüb müstəntiqə təqdim etməyini bildirmişdir. Polis əməkdaşları ona ailə üzvlərinə də ziyan olacağını dedikləri üçün, o, təzyiq və narkotik vasitənin təsiri altında yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Lakin həmin narkotik vasitə ona məxsus olmamışdır. O, ümumiyyətlə ilkin ifadəsi ilə tanış olmadan özündə olmadığı üçün imza etmişdir. Hal-hazırda polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir olunmamışdır. O, ifadəsini özü sərbəst formada vermişdir. Məhkəmə baxışı zamanı elan olunan etirafedici ifadəsinə münasibət bildirən Təqsirləndirilən şəxs göstərdi ki, ibtidai istintaq zamanı sonda onun barəsində qaldırılmış Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı ittihamı qəbul etməyinə səbəb artıq bu işin uzanmasından bezməsi və işin uzanmasını istəməməsi, həmçinin məhkəmədə hakimin işi araşdırmaq səlahiyyəti olduğunu bildiyi üçün məhkəmə qarşısına çıxmaq istəməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, 23 mart 2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs atasının velosipedini aparmışdır. Martın 24-ü əri Yusif Muxtarov bununla bağlı Xızı PRŞ-yə şikayət etmiş, lakin ərinin polisə şikayət etməsindən onların xəbəri olmamışdır. Həmin gün saat 17-18 radələrində iki nəfər qapını döyüb oğlu Nurlanı soruşmuşdur. Həmin şəxslərdən biri uzun, digəri isə orta boylu olmuşdur. Onlara təəccüblə baxdığını görüb ona xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt oğlu Nurlan uşağı bağçadan gətirib təzə uzanmışdır. Nurlan səs eşidərək gəlib polis əməkdaşları ilə görüşmüşdür. Nurlanın ayağındakı elektron qolbaq iki gün idi işləmədiyi və səsi çıxmadığından elə bilmişdir ki, polis əməkdaşları ona görə gəliblər. Bundan sonra polislər Nurlanı aşağı düşürüb darvazaya sarı aparmışlar. Atası onların dalınca getmək istəyəndə, polislər buna imkan verməyərək söz soruşub buraxacaqlarını demişlər. Lakin həmin gün oğlu Nurlan geri qayıtmamışdır. Səhəri günü, yəni martın 25-i Nurlanın uşağının ad günü olduğundan oğlunun qaynı, qaynanası, qohum-qonşu onlara gəlmişdir. Həmin vaxt Nurlanın arvadı evdə ağlayırdı. Gələn qonaqlar ağlamağının səbəbini soruşduqda Nurlanın polislər tərəfindən tutulub aparıldığını demişdir. Sonradan atası onlara velosipedi oğurladığı üçün martın 24-ü səhər polisə şikayət etdiyini demişdir. Daha sonra Nurlanın qaynı Sərxan Bağırov və atası Yusif Xızı rayon Polis Şöbəsinə getmişlər, lakin onları yaxın buraxmamışlar. Mart ayının 26-sı, təxminən saat 23:30 radələrində darvazaları döyülmüş, qapını döyən şəxsin qonşuluqdakı oğlan olmasının görmüşdür. Həmin oğlan ona Nurlanın polis şöbəsindən qaçdığını demiş, evdə olub-olmaması ilə maraqlanmışdır. Bundan sonra o, əlaqəsi olan uşaqlardan 1- 2 yerə zəng eləmiş, onlar da maraqlandıqda Nurlanın polis şöbəsində olduğunu dəqiqləşdirmişdir. Mart ayının 28-i əri Yusif Xızı RPŞ-yə gedərək, ərizəsini geri götürmək istədiyini bildirmiş, lakin polislər ona çıxıb getməsini, birazdan gəlib evi axtaracaqlarını demişlər. Əri də evə gələrək ona bu barədə demişdir. Daha sonra o, hər ehtimal üçün həyətdəki qaraja gedərək Nurlanın orada içində şprist olan qara kaşlokunu götürmüşdür. Təxminən saat 15-16 radələrində polis şöbəsindən ona zəng edib evi axtarmağa gələcəklərini bildirmişlər. Bundan sonra saat 19-20 radələrində həyətlərinə maşın gəlmiş və o, aşağı düşmüşdür. Darvazaya çatar çatmaz həm mülki, həm də polis geyimində olan 4 nəfər pilləkənin ağzında qabağını kəsərək ona “evinizi axtarmağa gəlmişik, Nurlanı müalicəyə aparacayıq, özü deyir ki, orada mənim şpristlərim var, onları götürməliyik” demişlər. Həmin vaxt gəlini pəncərədən baxarkən daha bir neçə avtomobilin onların həyətinə gəldiyini görmüşdür. Bu zaman polis işçilərindən biri gəlinin üstünə qışqıraraq pəncərədən baxmamasını demişdir. Bundan sonra 3 nəfər polis əməkdaşı onları evin pilləkənində saxlamış, qalanları isə qaraja getmişlər. Təxminən 40-45 dəqiqə sonra işləri qurtarmış və çıxıb getmişlər. Nurlan polislərin avtomobilinə minərkən başını pəncərədən çıxarıb “məni bədbəxt elədilər, 8 il apardılar” demişdir. Bu sözləri eşidəndən sonra fikirləşmişdir ki, yəqin oğlunu silah-sursatla tutublar. Səhəri günü əri Yusiflə polis şöbəsinə getmiş, onlara qarajdan 1 kq narkotik vasitə çıxdığını demişlər. O, polislərə “onun evində bu miqdarda narkotik vasitə ola bilməz” desə də, cavabında lazım olsa 10 kq-da ola bilər cavabını vermişlər. Bir müddət sonra o, oğlu Nurlanla görüşmək üçün 3 saylı İstintaq təcridxanasına getmiş və oğlundan “bu nə oyun idi mənim başıma gətirdin?” deyə soruşmuşdur. Oğlu Nurlan isə ona “ana məni döydülər, şantaj etdilər, olmayan oyunu gətirdilər başıma, sən də yaxşı bilirsən ki, o mal mənim deyil, məcburiyyətdən almışam boynuma” demişdir. Bundan sonra o, vəkil tutmuş, lazımi yerlərə məktub yazmış və şikayətlər etmişdir. Həmçinin o, Baş prokurorun da qəbulunda olmuş, bütün baş verənləri olduğu kimi ona danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, oğlu Nurlan onun velosipetini apardığı üçün 24 mart 2022-ci il tarixdə polis şöbəsinə gedərək şikayət etmişdir. Həmçinin polislərə demişdir ki, “mənim oğlum xəstədi, bunu ya müalicəyə aparın ya da bir əncam eləyin”. Polislər də ona “arxayın ol, get evə gəlib götürərik onu, görək necə olur” bildirmişlər. Evə gəldikdən sonra, təxminən saat 17-18 radələrində polislər gəlib oğlunu aparmışlar. Mart ayın 28-i axşam təxminən saat 19-20 radələrində bir xeyli polis əməkdaşı onlara gələrək evlərində axtarış aparacaqlarını bildirmişlər. O, bundan əvvəlcədən məlumatlı olmuşdur. Belə ki, bir neçə saat əvvəl polis əməkdaşları özləri onlara bu barədə xəbər vermişlər. Bundan sonra polislər Nurlanla birlikdə qaraja girmiş, daha sonra nəsə yazıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, 25 mart 2022-ci il tarixdə Nurlanın uşağının ad gününə getmişdir. Onlar həm ailəvi dost, həm də qonşudurlar. Belə ki, qəsəbə ərazisindən keçən dəmir yolu xəttinin aşağı tərəfində onlar, qarşı tərəfdə isə Nurlanın anası, yəni Gülzar yaşayır. Həmin vaxt Gülzargilin evlərinə girəndə qan-qaraçılıq olduğunu görmüş, səbəbini soruşduqda isə ona Nurlanın tutulmasını bildirmişlər. Mart ayının 28-i yenə Gülzargilin evlərində olmuş, sonuncu ağlayaraq Nurlanın hələ də, həbsdən azad olunmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 25 mart 2022-ci il tarixdə Nurlanın uşağının ad gününə getmişdir. O, Nurlanın anası Gülzarla neçə ildir qonşu kimi rəfiqəlik edir. Belə ki, qəsəbə ərazisindən keçən dəmir yolu xəttinin aşağı tərəfində onlar, qarşı tərəfdə isə Gülzar yaşayır. Onlara getdikdə evlərində qan-qaraçılıq olduğunu və gəlinin ağladığını görmüş, səbəbini soruşduqda isə ona Nurlanın tutulmasını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, 25 mart 2022-ci il tarixdə bacısı oğlunun ad günü olduğundan ayın 24-ü günorta, təxminən saat 13-14 radələrində ailəsi ilə birlikdə bacısıgilə, Xızı rayonunun Giləzi qəsəbəsinə gəlmişdir. Həmin vaxt Nurlan evdə olmamış, harda olduğunu soruşduqda, Nurlanın atası Yusif ona demişdir ki, velosipedini oğurlayıb satdığı üçün polisə ərizə yazıb vermişdir. O, Yusifə “bir velosipedə görə ata oğlunu tutdurmaz, gedək ərizəni geri götür” demişdir. Səhəri gün Yusiflə birlikdə Xızı Rayon Polis Şöbəsinə gedərək, sonuncu şikayətini geri götürmək istədiyini polislərə bildirmiş, lakin polislər ərizəni geri qaytarmamışlar. Bundan 1-2 gün sonra polislərdən kimsə bacısıgilə evə zəng edib axtarışa gələcəklərini və həmin vaxt evdə başqa adamanın olmamasını bildirmişlər. Bundan sonra, onlar evdən çıxmış, polislər gəlib evdən 1 kq narkotik vasitə çıxarıb sənədləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xızı RPŞ-nin CAB-nin rəisi Şahid1 ifadəsində göstərdi ki, 28 mart 2022-ci il tarixdə Xızı rayonu Giləzi qəsəbə sakini Nurlan adlı şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əldə etmişlər. Həmin gün, saat təxminən 16:00 radələrində CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və həmin vaxt RPŞ-in NMQ-nun əməliyyat müvəkkili işləmiş Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Giləzi qəsəbəsi ərazisində saxlayıb, rayon Polis Şöbəsinə gətirmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən sonuncu könüllü olaraq üzərində olan narkotik vasitəni təqdim etmiş və şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Bundan sonra, Nurlan dindirilərkən onlara yaşadığı evin həyətyanı sahəsində qaraj dediyi yerdə yenə narkotik vasitə gizlətdiyini demişdir. Daha sonra, yaşadığı evə gedib baxış keçirilmiş və həqiqətən də, həyətdə olan qarajdan narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xızı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və həmin vaxt RPŞ-in NMQ-nun əməliyyat müvəkkili işləmiş Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xızı RPŞ-in MSY-nin rəisi X25 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə, saat 21:00 radələrində müvəqqəti saxlama yerinə təhvil verilmiş, onun üzərinə baxış keçirilmiş və müayinə üçün həkim də çağırmışlar. Həmin gün gec olduğu üçün səhəri günü, yəni martın 29-u səhər saatlarında Sumqayıt şəhər probasiya şöbəsinin icra məmuru Adil Bünyadova zəng edərək, müvafiq qaydalara uyğun olaraq Nurlana tətbiq olunmuş elektron qolbağın açılması barədə danışmışlar. Bundan sonra, aprel ayının 1-i Adil müəllimə RPŞ-yə gələrək sənədləşdirmə aparmış və Nurlana tətbiq olunmuş elektron qolbağı açmışdır. Nurlanın RPŞ-yə hansı vaxtda gətirilməsi və saxlanılması barədə məlumatı yoxdur. O, şəxs müvəqqəti saxlanma yerinə təhvil verildiyi vaxtdan cavabdehlik daşıyır. Eyni zamanda, pandemiya ilə əlaqədar olaraq saxlanılan şəxs istintaq təcridxanasına yerləşdiriləndə mütləq onun Covid-19 testinin cavabı təqdim olunmalıdır. Xızı rayon Mərkəzi Xəstəxanasında hər həftənin 4-cü günü analizlər aparılır və 4-cü gün də martın ayın 31-i olduğundan aprelin ayın 1-i cavab çıxmış, rəisə ezamiyyət vərəqələrini yazdırıb, 6-cı gün, yəni aprelin 2-si səhər Nurlanı 3 saylı İstintaq təcridxanasına aparıb təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər probasiya şöbəsinin icra məmuru X19 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Xızı Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü 12 yanvar 2022-ci ildə probasiya şöbəsinin icraatına daxil olmuş və 25 yanvar 2022-ci ildə məhkuma elektron qolbaq tətbiq olunmuşdur. Həmin hökmə əsasən məhkumun hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmuşdur. Yanvar ayının 25-dən saxlanılana, yəni mart ayının 28-nə qədər Nurlan tərəfindən hərhansı bir pozuntuya yol verilməmişdir. Ayın tarixi dəqiq yadında deyil, ona zəng gəlmişdir ki, Nurlanı polislər tutub aparıblar. O da, bir gün sonra Nurlanın anası ilə danışmış və atasının velosipetini oğurlayıb satdığına görə polislər tərəfindən saxlanıldığını bilmişdir. 01 aprel 2022-ci il tarixdə Nurlangilin evlərinə gəlmiş, elektron qolbağın enerji mənbəyini götürmüş, daha sonra Xızı RPŞ-yə gedərək Nurlanın ayağında olan elektron qolbağı açmış və bu barədə akt yazaraq sonuncunun özünə də qol çəkdirmişdir. Cinayət işinin İ cild 26-29-cu vərəqələrində olan 28 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda göstərilmişdir ki, şəxsi axtarış Xızı RPŞ-nin inzibati binasında həyata keçirilmiş və müdafiə hüquqları təmin olunması üçün Xırdalan şəhər Vəkil bürosunun vəkili X15 dəvət olunmuşdur. Şübhəli şəxs olan Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuş, olduğu təqdirdə könüllü surətdə təqdim etməsi təklif edilmiş, o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükülü açılmış və içərisində qəhvəyi rəndli narkotik vasitə - heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Aşkar olunmuş kütlə barədə şübhəli şəxs Təqsirləndirilən şəxs soruşduqda o, bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir və həmin narkotik vasitəni 1 həftə olar İran vətəndaşından əldə etmişdir. Aşkar olunmuş kütlə ekspertiza tədqiqatı üçün müvafiq şəkildə qablaşdırılmış və üzəri DİN-nin zərflər üçün olan 131 nömrəli möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü kompakt diskə köçürülməklə protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 17:30-da başlanmış, 17:42-də bitmiş və bununla bağlı protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin İ cild 32-35-ci vərəqələrində olan 28 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokolda göstərilmişdir ki, baxış keçirilən yer Xızı rayonu Giləzi qəsəbəsində şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yardımçı - qaraj tikilisidir. Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının 28 mart 2022-ci ildə keçirtdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə saxladığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə etirazın olmadığını bildirmişdir. Bundan sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olmuşlar. Nurlan qabaq tərəfdə hərəkət edib həyətdə yerləşən yardımçı tikiliyə - qaraja daxil olmuşdur. Nurlan qarajda yerləşən su çəninin üstündəki qutunu, taxtanı götürüb kənara qoymuş və çənin içərisindən bir ədəd bağlama götürüb təqdim etmişdir. Bağlama-büküm qara rənglidir, sellofan materialdandır, dolu vəziyyətdədir. Bağlama açılmış və içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs verilən suallar və onların cavabı: Sual: Nədir bu? Cavab: Həmin maddədən. Sual: Nədir, adını de. Cavab: Kakos. Sual: Yəni heroin? Cavab: Bəli. Sual: Təxminən nə qədər olar? Cavab: Bir kiloqram. Sual: haradan əldə etmisiniz? Cavab: İranlıdan. Sual: Nə vaxt? Cavab: Bir həftə olar. Sual: Hansı məqsədlə əldə etmisiniz? Satmaq məqsədiniz olub? Cavab: Özüm istifadə etmək üçün. İranlıya nisyə almaq üçün demişəm satacam, lakin heç vaxt satmamışam. Sual: Açmısınız bunu? Cavab: Bira az üstündən götürmüşəm. Sual: İstifadə etmisiniz? Cavab: Bəli. Müdafiəçi Pərvanə Hüseynovanın Nurlana sualları və onun cavabı: Sual: Bu sənə aiddir? Cavab: Bəli. Sual: Nə üçün əldə etmisiniz? Cavab: İstifadəm üçün, heç vaxt satmamışam, fikrim olmamışdır. Bundan sonar qarajdan iştirakçılarla birlikdə çıxaraq qablaşdırma aparmaq üçün həyətdən çöldə dayanan xidməti avtomobilə yaxınlaşmışlar. Bir ədəd bağlama elektron əl tərəzisində çəkilmiş və 1085 qram olduğu müəyyən edilmişdir. Bundan sonra 1 ədəd ağ rəngli zərfin üzərinə “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən bir ədəd bükümdə aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə” sözləri, iştirakçıları adı, soyadı yazılmışdır. Bir ədəd bağlama həmin zərfə qoyulmuş, iştirakçılar zərfin üzərinə imza çəkmiş, zərfin açıq yeri yapışdırılmış və möhürlənmişdir. Baxış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü kompakt diskə köçürülməklə protokola əlavə edilmişdir. Baxış istintaq hərəkəti 19:23-də başlanmış, 19:35-də bitmiş və bununla bağlı protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin İ cild 48-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2022-ci il tarixli, 6/1683 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,659 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: ”Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə” yazısı və imzalar olan paketdəki 1(bir) ədəd bağlamada təmiz çəkisi 1050 qr qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 1050,659 qram (1 kq 50,659 qr) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tədqiqata ümumi 0,25 qram (0,2 qr və 0,05 qr) sərf edildikdən sonra narkotik maddə heroinin qalıq çəkisi cəmi 1050,409 qram təşkil etmişdir. Cinayət işinin İ cild 47-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Cinayət işinin İ cild 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X39 Şəxsi Ambulator X3 Ekspert komissiyası tərəfindən 16 iyun 2022-ci il tarixdə verilmiş 3257 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məhləhət görülür. Cinayət işinin İİ cild 189-cu vərəqəsində olan baxış keçirilməsi haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs anası X8 istifadəsində olan “***-***-**-**” saylı, atası X4 istifadəsində olan “***-***-**-**” saylı və həyat yoldaşı X2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrələrdən edilmiş giriş və çıxış zənglərinin nömrələrini, həmin abonent nömrələrinin sahiblərinin adları, soyadları və ünvanları göstərilməklə siyahısı, göndərilən və daxil olan SMS-lərin məzmunlarının əldə edilməsi barədə məlumatların yaddaşına köçürüldüyü 1 (bir) ədəd kompakt diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vaitə əldə etməsi və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumata rast gəlinməmişdir. Məhkəmə araşdırmaları zamanı cinayət işinin İ cild 185-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş kompakt diskə baxış zamanı - “Siyəzən RPŞ 183-14176-1222_B- S yer dəyişdirmə (Hamısı – abunə ilə) **********53 adlı 1-ci faylda olan mobil telefon nömrəsinin X20 məxsus olması, onun 28 mart 2022-ci il tarixdə, saat 16:30 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində olmaması, **********32 adlı 2-ci faylda olan mobil telefon nömrəsinin Şahid2 məxsus olması, onun 28 mart 2022-ci il tarixdə, saat 16:30 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində olmaması, 3-cü faylda olan mobil telefon nömrəsinin Şahid1 məxsus olması, onun 28 mart 2022-ci il tarixdə, saat 16:30 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində olmaması müəyyən edilmişdir. Cinayət işinin İ cild 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 aprel 2022-ci il tarixdə verilmiş tələbnamədən, işin İ cild 91-93-cü vərəqələrindəki Xızı Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 1(068)-45/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Cinayət işinin İ cild 17-ci vərəqəsində olan 28 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmasına qərar verilmişdir. Cinayət işinin İ cild 18-ci vərəqəsində olan 28 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:25-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 75-76-cı vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 4(068)-5/2022 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 04 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 mart 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Xızı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 1(068)-16/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin İİ cild 4-cü vərəqəsində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 27 iyul 2022-ci il tarixdə verilmiş arayışdan, eləcə də işə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Ülvi adında övladı vardır və Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Xızı rayon prokurorluğundan göndərilmiş 18- C-22 saylı materialdan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Azərbaycan Respublikası Ombudsman Aparatından daxil olmuş X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizəsində, əri Təqsirləndirilən şəxs ittiham edildiyi 1 kiloqram narkotik vasitənin ona məxsus olmadığını, 24 mart 2022-ci il tarixdə onun Xızı rayon polis şöbəsinə gətirildiyini, orada polis əməkdaşları tərəfindən bədəninin müxtəlif nahiyələrindən döyülərək işgəncələrə məruz qaldığını, məcbur qalıb etmədiyi əməli, yəni 1 kiloqram narkotik vasitənin ona məxsus olmasını boynuna götürdüyünü, bununla əlaqədar hazırlanmış bütün sənədləri məcburən imzaladığını, törətmədiyi əmələ görə ittiham olunduğunu, haqqındakı cinayət işinin qeyri-obyektiv aparıldığını göstərmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasından eyni məzmunlu ərizəsi rayon prokurorluğuna daxil olmuşdur. Araşdırma zamanı vətəndaş X2 müraciətində və Təqsirləndirilən şəxs izahatında göstərdiyi hallar öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası DİN-nin Xızı RPŞ-nin rəis müavini X17, RPŞ İTB-nin rəisi X35, RPŞ CAB-ın rəisi Şahid1, RPŞ CAB-ın əməliyyatçısı Şahid2 RPŞ NMQ-nin əməliyyat müvəkkili Şahid3 hərəkətlərində qulluq mənafeyi əleyhinə olan cinayətlərə dair hər hansı hal müəyyən edilmədiyindən, toplanmış materialda cinayət təqibini istisna edən hallar müəyyən olunduğundan, cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X18» X42 canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında 15 iyul 2022-ci il tarixli, 1483 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ baldırın çapıq toxumaları hansı ki, keçmişdəki əzilmiş-cırılmış yaranın izləri olub bərk-küt əşyanın (əşyalar) təsirindən törənmişlər, müayinə olunan şəxsin qeyd etdiyi müddətlərdə və şəraitdə, yəni 24-xx.xx.2022-ci il tarixlərdə əmələ gələ bilərdilər; dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin İİ cild 19-20-ci vərəqələrində olan Azərbaycan Respublikasının Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən qəbul edilmiş 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işinin ibtidai istintaqının davam etdirilməsi Siyəzən rayon X26 Bölməsinə həvalə edilmişdir. Cinayət işinin İİ cild 16-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən 23 sentyabr 2022-ci il tarixdə verilmiş yazılı göstərişdən görünür ki, cinayət işi Respublika Baş Prokurorluğunda öyrənilərkən iş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmadığı müəyyən edilmiş, göstərişin müddəalarında bir sıra zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi və Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması ilə əlaqədar müdafiəçi Pərvanə Hüseynovanın müdafiəçi kimi iştirakına xitam verilməsi, eləcə də ibtidai istintaq zamanı qeyd olunanlarla kifayətlənməməli, ortaya çıxan hər bir xüsusat tam, hərtərəfli və obyektiv araşdırılmaqla ibtidai istintaqın qısa müddət ərzində yekunlaşdırılmasının təmin edilməsi barədə göstəriş verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 31 mart 2023-cü il tarixli məktubu ilə daxil olmuş “Attenti” elektron monitorinq sistemi vasitəsilə daxil olmuş pozuntular barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs tətbiq olunmuş elektron qolbağın 22 mart 2022-ci il tarixdə saat 23:39-dan enerji ehtiyatının tükənməsi ilə əlaqədar olaraq izlənmə məlumatları gəlməmişdir. Cinayət işinin İİ cild 205-226-cı vərəqələrində olan 06 yanvar 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkibi olmadığından, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunmuş 29 mart 2022-ci il tarixli, 6/1683 №-li ekspert rəyinə əsasən 0,25 qramı tədqiqata sərf edilməsi nəzərə alınmaqla 1050,659 qram qalıq çəkidə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Xızı RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, habelə 28 mart 2022-ci il tarixdə saat 17:30 dəqiqədən saat 17:42 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin tarixdə saat 19:23 dəqiqədən saat 19:35 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilmiş baxışın görüntülərinin köçülürdüyü 02 (iki) ədəd kompakt disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, Siyəzən Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1(bir) ədəd kompakt disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmiş, eləcə də cinayət işinin materiallarına uyğun olmaqla obyektiv rəylər olduğundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2022-ci il tarixli, 6/1683 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair məhkəmə-narkoloji ekspertizası üzrə 16 iyun 2022-ci il tarixli, 3257 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin İİ cild 228-ci vərəqəsində olan 06 yanvar 2023-cü il tarixli cinayət işinin ayrılması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, aparılmış istintaqla Təqsirləndirilən şəxs yaşadığı ünvanda olan qarajdan aşkar edilərək götürülmüş 1050 qram çəkidə narkotik vasitənin kimə məxsus olduğu və həmin narkotik vasitənin əldə olunduğu mənbəni müəyyən etmək mümkün olmamışdır. Odur ki, həmin cinayət işinin materiallarından ayrıca cinayət işi materialları ayrılaraq aidiyyəti üzrə Xızı RPŞ-nə göndərilməsi və ayrılmış ********* nömrəli cinayət işinə ********* nömrəli cinayət işindən müvafiq sənədlərin surəti siyahı üzrə əlavə edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır. Məhkəmənin ilkin mövqeyi və yuxarıda tədqiq olunan sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsi: Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,659 qram narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Əvvəla, cinayət işinin materialları ilkin olaraq tədqiq edilərkən ittihamda göstərilən halların həqiqiliyinə dair məhkəmədə ciddi şübhələr yaranmışdır. Buna əsas olan ilkin məqam təqsirləndirilən şəxsin və digər şahidlərin ittihamda göstərilən halların əksinə olaraq onun 24 mart 2022-ci il tarixdə saat 17-18 radələrində atasının şikayəti əsasında yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində yerləşən evindən Xızı RPŞ-yə gətirilməsi, 3 gün boyunca həmin şöbədə saxlanılması, yalnız 28 mart 2022-ci il tarixdə müvafiq sənədləşdirmə aparılmaqla üzərində videoçəkilişlə axtarış aparılması və digər xüsusatlar üzrə verdiyi ifadələri əsas olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2022-ci il tarixli, 6/1683 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Eyni zamanda 06 yanvar 2023-cü il tarixli cinayət işinin ayrılması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, aparılmış istintaqla Təqsirləndirilən şəxs yaşadığı ünvanda olan qarajdan aşkar edilərək götürülmüş 1050 qram çəkidə narkotik vasitənin kimə məxsus olduğu və həmin narkotik vasitənin əldə olunduğu mənbəni müəyyən etmək mümkün olmadığından həmin cinayət işinin materiallarından ayrıca cinayət işi materialları ayrılaraq aidiyyəti üzrə Xızı RPŞ-nə göndərilməsi qərara alınmışdır. Belə olan halda ekspert rəyinə əsasən xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan heroinlərin ibtidai istintaq zamanı bir hissəsinin kimə məxsus olmasının müəyyən edilməməsi, digər hissəsinin isə Təqsirləndirilən şəxs aid olmasının müəyyən edilməsi əsaslı şübhə doğurur. Bu səbəbdən həmin narkotik vasitə Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Göründüyü kimi, 28 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol Azərbaycan Respublikası CPM-nin 247-ci maddəsinin tələblərinə əməl edilməməklə insan və vətəndaşın konstitusion hüquq və azadlıqları pozulmaqla əldə edilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, şəxsin əməlində cinayət tərkibinin olması və törədilən cinayətdə təqsirli olması ibtidai istintaq zamanı toplanmış sübutlar əsasında müəyyən edilir. Belə sübutlar silsiləsinə aid sənədlər qanunvericiliklə müəyyən olunmuşdur ki, onlardan biri də istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən protokollardır. Hazırkı iş üzrə ibtidai istintaq orqanının tərtib etdiyi protokollar şəxsin ictimai təhlükəli əməli törətdiyini sübut edən hal kimi qanunvericiliyin tələb etdiyi tərzdə tərtib edilməmiş və həqiqi reallığı əks etdirmir. Belə ki, şəxsin hansısa əməli törədib-törətməməsini təsdiq edən sənədlər özünü təkcə hərəkətlərin rəsmiləşdirilməsində deyil, həmin hərəkətlərin məkan və zaman baxımından reallığında və qərəzsizliyində də ehtiva edir. Çünki, rəsmiləşdirilməsi zəruri olan hal özünü mütləq şəkildə reallığın (faktiki mövcudluğun) təzahürü kimi göstərməlidir. Lakin, məhkəmə istintaqı zamanı ətraflı və obyektiv araşdırma nəticələri mövcud ibtidai istintaq araşdırmasının əksini sübut edir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında protokolda həmin istintaq hərəkətinin 28 mart 2022-ci il tarixdə, saat 17:30-dan 17:42-dək aparılması göstərilmişdir. Məhkəmə araşdırması zamanı istər təqsirləndirilən şəxsin, istərsə də, şahidlərin bir qisminin (təqsirləndirilən şəxsin atasının, anasının, qaynının və qonşuların) verdiyi ifadələr əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr saxtalaşdırılmaqla həqiqəti əks etdirmir. Məhz məhkəmə istintaqı zamanı verilmiş ziddiyyətli ifadələr və digər şübhə yaradan hallar ibtidai istintaq hərəkətlərinin qanuniliyini əlavə sübutlar toplamaqla araşdırma zərurəti yaratmışdır. Belə ki, məhkəmə istintaqı zamanı verilmiş ifadələr, ilk növbədə təqsirləndirilən şəxsin (özünün dediyinə görə 24 mart 2022-ci il tarixdə, təxminən saat 17-18 radələrində evdən aparılmış və saxlanılmışdır) tutulması vaxtını şübhə altına alır. Çünki, iş materiallarında olan 28 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da tutulmuşdur, lakin Təqsirləndirilən şəxs atasının, anasının, qaynının və qonşuların verdiyi ifadələr bunun əksini göstərir. İbtidai istintaq dövründə həyata keçirilən prosessual hərəkətlərin dəqiq və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə bu və digər halların müəyyən edilməsi üçün təkcə verilən ifadələri deyil, eyni zamanda, ittihamın qanuni həlli üçün lazımı sənədlərin əldə edilməsini də zəruri hesab etmişdir. Ona görə də məhkəmə tərəfindən araşdırma predmeti olan sübutlar silsiləsindən hesab edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş kompakt diskə baxış zamanı Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə, saat 16:30 radələrində Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək Xızı rayonu, Giləzi qəsəbəsində dəmiryolu adlanan ərazidə saxlanılarkən (ittiham aktında qeyd edildiyi kimi) əməliyyatda iştirak etmiş polis əməkdaşları X28, Şahid2 və Şahid1 anten dairəsi Xızı rayonu, Giləzi qəsəbəsi deyil, Xızı rayonu, Xızı qəsəbəsi olması müəyyən edilmişdir. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülməsi halını şübhə altına alır və ümumiyyətlə həmin vasitənin ona məxsusluğunu qeyri-müəyyən edir. Məhkəmə qeyd edilən hallardan başqa, onu da qeyd etməyi vacib hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən 23 sentyabr 2022-ci il tarixdə verilmiş yazılı göstərişdə cinayət işi Respublika Baş Prokurorluğunda öyrənilərkən iş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmadığı müəyyən edilmiş, göstərişin müddəlarında bir sıra zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi və Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması ilə əlaqədar müdafiəçi Pərvanə Hüseynovanın müdafiəçi kimi iştirakına xitam verilməsi qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məclləsinin 90.7.2 və 90.7.5-ci maddələrinə əsasən şübhəli şəxs tutulduğu və ya barəsində qətimkan tədbiri seçildiyi andan müdafiəçiyə malik olmaq və müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. Qeyd edilən pozuntular bir daha onu göstərir ki, sübutların əsasını təşkil edən protokollar qanunvericiliyin ziddinə olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitusiyası və Azərbycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə təsbit olunmuş müdafiə hüquqlarının pozulması ilə tərtib olunmuşdur. Bu da protokola həqiqətə uyğun olmayan məlumatların daxil edildiyini bir daha sübut edir. Belə olan halda həmin protokol və bu protokol əsasında götürülməsi qeyd edilmiş narkotik vasitə Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutlar kimi qəbul oluna bilməz. Daha sonra cinayət işinin materiallarında olan Xızı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən qəbul edilmiş 28 mart 2022-ci il tarixli təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərarın əsaslandırma hissəsində Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və satması barədə etibarlı mənbədən məlumat daxil olmasını nəzərə alaraq ətrafında əməliyyat tədbirlərinin keçirilməsi zərurətinin yarandığı qeyd edilmiş, CPM-nin 445.2-ci maddəsinin və “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 4-cü hissəsinin 3-cü bəndinə istinad olunmuşdur. Lakin “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 4-cü hissəsinin 3-cü bəndi ümumiyyətlə movcud deyil. Bununla yanaşı həmin qərarın “qərar verdim” hissəsində Təqsirləndirilən şəxs ətrafında konkret olaraq məhz hansı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməsi göstərilməmiş, yalnız Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra şübhəli şəxs qismində tutularaq üzərində və yaşadığı evdə şəxsi axtarış və baxış keçirilməsi üçün Xızı RPŞ-yə gətirilib RPŞ-nin İstintaq Qrupunun əməkdaşlarına təhvil verilməsi qərara alınmışdır. CPM-nin 445.1-ci maddəsinə və “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 4-cü bəndinə əsasən əməliyyat-axtarış fəaliyyətinin subyektləri çoxsaylı fərqli əməliyyat tədbirləri keçirmək səlahiyyətinə malikdirlər. Lakin, cinayət prosessual qanunvericiliyin tələbinə görə hər hansı bir konkret əməliyyat tədbirinin keçirilməsinə dair əsaslandırılmış qərar qəbul edilməli olduğu halda, Xızı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 qərarda Təqsirləndirilən şəxs ətrafında məhz konkret hansı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar verilməsini göstərməmiş, bununla da CPM-nin tələblərinin pozuntusuna yol vermişdir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın 28 mart 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərlyi həyata keçirən prokurorla yanaşı Xızı Rayon Məhkəməsinə də göndərilməsi qeyd olunsa da, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanılması və daha sonra həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilməsi təmin olunmamış, bununla da prosessual qanunvericiliyin aşağıda qeyd edilən tələblərinin pozuntusuna yol vermişdir. Belə ki, CPM-nin 445.2-ci maddəsinə əsasən, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini şərh edən Avropa Məhkəməsi bildirir ki, “dərhal anlayışı” həftəsonu, istirahət günlərində və ya gecə yarısı, yaxud da bayram günlərində səlahiyyətli orqanlar tərəfindən iş üzrə araşdırmanın lazımı cəldliklə və müttəhimin hüquqları təmin edilməklə keçirilməsini nəzərdə tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 saylı Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPMnin 153cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən isə tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir. Məhkəmə, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs üstündən “tapılmış” narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması, tutularkən üzərində heç bir narkotik vasitənin olmaması, sonradan prosessual qanunvericilik pozulmaqla üstündə axtarışın aparılması, bu zaman prosessual hüquqlarının pozulması və onların ittihamı üçün sübutlar bazasının məhz bu yolla, yəni qanunsuz yolla əldə edilməsi ilə əlaqələndirildiyindən, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin də bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan və işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” və “Zayidov Azərbaycana qarşı” işləri arasında bənzərlik olduğundan həmin presedentin hazırki işə tətbiq edilməsini zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. “Layıcov Azərbaycana qarşı iş”. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Anoloji mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin digər qərarlarında da formalaşdırılmışdır. Məhkəmə, həmçinin onu qeyd edir ki, Avropa Məhkəməsinin formalaşdırdığı mövqeyə görə Avropa Konvensiyasının 6-cı maddəsi təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyəqədərki mərhələyə də tətbiq edilir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq edilməlidir (Salduz Türkiyəyə qarşı iş) Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə deyil, bir neçə gün saxlanıldıqdan sonra polis şöbəsində xidməti otaqda keçirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamış və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə üçün anlaşılan deyildir ki, qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında ittiham olunan təqsirləndirilən şəxs üzərində şəxsi axtarış nəyə görə tutuluğu yerdə və ya ən azından şöbəyə gətirildikdən dərhal sonra deyil, uzun müddət sonra həyata keçirilmişdir. Şəxsi axtarışı şəxsin tutulmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur və ittiham tərəfindən belə dəlillər məhkəməyə təqdim edilməmişdir. Şübhəsiz ki, belə hallara tutulan şəxslərin ağır xəstəliyi, axtarışın həyata keçirilməsinə digər şəxslər tərəfindən yaradılacaq maneələr, texnogen qəzalar, sosial kataklizmlər (müharibə vəziyyəti, fövqəladə vəziyyət və s. bu kimi hallar), təbii kataklizimlər (zəlzələ, sel, daşqınlar) və s. aiddir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırılması ilə onun üzərinə həyata keçirilən şəxsi axtarış arasında uzun müddət keçmiş, yəni Təqsirləndirilən şəxs saxlanılması ilə onun şəxsi axtarışı arasında uzun vaxt boşluğu olmuşdur. Ona görə də saxlanılmayla şəxsi axtarış arasında olan bu vaxt boşluğu sübutların (narkotik vasitənin) təqsirləndirilən şəxsin “üstünə qoyulması”nın mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar ortaya qoyur. Belə ki, həmin vaxt ərzində Təqsirləndirilən şəxs müdafiəçisiz və prosessual hüquqlarının həyata keçirilməsinə şarait yaradılmadan tamamilə polisin nəzarətində olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. 243.4-cü maddəsinə əsasən bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir; 245.2-ci maddəsinə əsasən axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir; 246.2.1-ci maddəsinə əsasən şübhəli şəxs tutulduqda və polis və ya digər hüquqmühafizə orqanına gətirildikdə məhkəmənin qərarı alınmadan şəxsi axtarış və götürmə aparıla bilər; 177.5-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilməyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq bu Məcəllənin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. 443.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməlidir. Lakin, cinayət təqibini həyata keçirən orqan cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla müvafiq əsaslandırılmış qərar qəbul etmədən, şübhəli şəxsi və onun müdafiəçisini həmin qərarla tanış etmədən şəxs barəsində heç bir hüquqi əsası olmayan istintaq hərəkəti keçirmiş, bununla da, öz “sübut”-larının yararsızlığını bir qədər də artırmışdır. Hər hansı şəxs barəsində aparılan istintaq hərəkətinin ilkin qanunilik şərti və hüquqi əsası bu barədə prosessual qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş müvafiq qərarın mövcudluğudur. Bundan əlavə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti artıq həqiqi sübutlarla müəyyən edildiyi üçün və şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri həmin mötəbər sübutlarla təkzib edildiyi üçün artıq həmin ifadələrin həqiqiliyi “ipso facto” (təbiəti etibarilə) qəbuledilməzdir. Bu səbəbdən, həmin ifadələrin mötəbərliyi və həqiqiliyi ilə bağlı əlavə qiymətləndirməyə ehtiyac yoxdur. Bununla belə, məhkəmə, həmin ifadələrinin sübut kimi qəbuledilən olmadığını, mötəbərliyinə və işin həqiqi hallarını əks etdirməsinə dair ciddi şübhələrin olduğunu əlavə olaraq aşağıdakılarla əsaslandırır: Yuxarıda qeyd olunan hallara əsasən polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrinin mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. X5rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları təqsirləndirilən şəxsin ittihamda təsvir edilmiş şəraitdə saxlanılması, şöbəyə gətirilməsi, “baxış keçirilməsi” və digər istintaq hərəkətlərinin aparılmasına dair şahidlər kimi ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə hesab edir ki, adları çəkilən polis əməkdaşları ibtidai istintaqı aparan orqanda, yəni Xızı rayon Polis Şöbəsinin tabeliyində müxtəlif vəzifələrdə çalışırlar, onların verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. İttiham tərəfinin təqsirləndirilən şəxsə qarşı ittihamın irəli sürülməsində və müdafiə edilməsində əsaslandığı digər sübut növü isə təqsirləndirilən şəxsin istintaq zamanı verdiyini iddia etdikləri etirafedici ifadələridir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sayılmalı və qəbul ediməlidir. Onun ibtidai araşdırmada bu xüsusda şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs 24-28 mart 2022-ci il tarixlərdə 3 gündən artıq müddətdə polisin tam nəzarətinə keçərək tutulması və şöbədə uzun müddət saxlanması rəsmiləşdirilməmiş, hüquq və vəzifələri izah edilməmiş, o, həmin vaxt müdafiəçi ilə təmin olunmamış, sonrakı hərəkətlər zamanı da onun bir sıra hüquqları kobud şəkildə pozulmuşdur, hər cür prosessual təminatdan kənar “özbaşına” saxlanılmışdır. Ona qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş maddi sübut heroin təşkil etmişdir. Eyni zamanda iş materiallarından o da görünür ki, tutulma və axtarış zamanı təqsirləndirilən şəxsə müdafiəçi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Təqsirləndirilən şəxsin uzun müddət ərzində müdafiəçisiz tam şəkildə polisin nəzarəti altında olduğu, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özü üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, həmin şəraitdə verdiyi ifadələri həqiqi iradə ifadəsinin nəticəsi (bəyanı) kimi qəbul oluna bilməz. Digər tərəfdən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmuş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Əksinə onların məhkəmə iclasında verdiyi ifadələri işin real faktiki halları ilə tam təsdiqini tapır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxsə qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə iclasında verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs ilk andan və davamlı olaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə özünü təqsirli bilməmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsini polisin onun üstünə və yaşadığı evə narkotik vasitə qoyması ilə əlaqələndirmişdir. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də Təqsirləndirilən şəxs məhkəmədə bildirdiklərinin həqiqəti əks etdirdiyi, yəni ona qarşı ittihamın əsasını təsdiq edən maddi sübutun qanunsuz yolla əldə edildiyi və həmin sübutların və bunların əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ona verilən ittihamda öz təqsirini etiraf etməmiş və onun ibtidai araşdırmada CM-nin 234.1-ci maddəsi üzrə ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübutlar kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, yuxarıda sadalananları və daxili inamını əsas tutaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin istintaq zamanı etirafedici ifadələrini, o cümlədən üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılarkən sorğu zamanı etirafedici izahatını müxtəlif təsir, təzyiq, hədə və təhdid altında imzalaması inandırıcıdır. Cinayət-prosessual qanunvericilik təkcə zorakılıq, aldatma, işgəncə ilə yanaşı həm də hədə-qorxu ilə alınmış əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol vermir (CPM-nin 125.2.2-ci maddəsi). Hədə-qorxu anlayışı isə müxtəlif formalarda təzahür oluna bilər. Təkcə tutulmuş şəxsə edilə biləcək hər hansı təhdidləri deyil, eyni zamanda dolayısı ilə onun mənafeyinə toxuna biləcək yaxın qohumlarının, tanışlarının barəsində qanunsuz hərəkətlərin ediləcəyi ilə hədələmə formasında da ifadə oluna bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2022-ci il tarixli, 6/1683 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair məhkəmə-narkoloji ekspertizası üzrə 16 iyun 2022-ci il tarixli, 3257 nömrəli rəylərinin sübutedici qüvvəsinə münasibətdə qeyd edir ki, həmin rəylər də mənbə olaraq Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübuta - narkotik vasitəyə söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübutlar mötəbər sübut sayılmadığı halda, bu sübutlardan törəyən sözügedən ekspert rəyləri və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Çünkü, məntiqi baxımından “əsasın yalan olması, onun nəticəsinin də yalan olması deməkdir” və ya “zəhərli ağacın meyvələri də zəhərlidir” formulu sübut qaydasıdır. Belə olan halda, qeyrimötəbər, həqiqiliyi digər sübutlarla təsdiq edilməyən, əksinə təkzib olunan sübutlar (sənədlər) əsasında aparılan ekspertizanın nəticəsi də mötəbər hesab edilə bilməz. Digər tərəfdən, ambulator məcburi X23 dair rəy təqsirləndirilən şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr əldə etməsi və saxlamasını sübut etmir. Hətta həmin rəyə inanılaraq, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu, təqsirləndirilən şəxsin müvafiq olaraq heroin narkotik vasitəsini qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşınması və saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında da istehlak edilə, həmçinin hazırlana, əldə edilə, saxlanıla, daşına və ya göndərilə bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyət nəzərdə tutulur. Həmçinin həmin rəydə hansı tədqiqat metodlarına və anamnez məlumatlarına əsaslanaraq, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi göstərilmir. Qeyd edilənlər əsasında məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2022-ci il tarixli, 6/1683 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair məhkəmə-narkoloji ekspertizası üzrə 16 iyun 2022-ci il tarixli, 3257 nömrəli rəylərini təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir. Sübutlara məcmu halda yekun qiymət verilməsi və iş üzrə gəlinən nəticənin hüquqi əsaslandırılması: Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını və daxili inamını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin X34 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin Qərarda göstərilir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPMnin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublkası Konstitusiyasının (bundan sonra Konstitusiya) 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi Konstitusiya, həqiqətin müəyyən edilməsi vəzifəsini məhkəmə icraatının üzərinə qoymuşdur. Məhkəmə icraatı hakim tərəfindən təmin edildiyindən, bu vəzifə hakimlərin üzərinə qoyulmuş bir vəzifədir. Yəni məhkəmə icraatı zamanı hakim həqiqətin müəyyən edilməsinə nail olmalıdır. Həqiqətin müəyyən edilməsi isə yalnız sübutlar vasitəsi ilə və onların qanunun tələblərini və vicdanını rəhbər tutan hakim tərəfindən qiymətləndirilməsi yolu ilə mümkündür. Həyata keçirilmiş məhkəmə istintaqının nəticələrinə, yuxarıda şərh edilən işin faktiki hallarına əsaslanan, hazırki iş üzrə həqiqəti müəyyən edərək ədaləti bərqərar edən məhkəmə, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə dair yekun qəti nəticəyə gəlir. İş üzrə yekun müddəalar: Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan heroinin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra çəkisi 0,609 qram olan narkotik vasitə heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilməsi faktı müəyyən olunmamış qalır. Məhkəmə hesab edir ki, göstərilən faktın araşdırılması və ona hüquqi qiymət verilməsi üçün Xızı rayon prokurorluğuna məlumat göndərilməlidir. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan – hökm qanuni qüvvəyə mindikdən sonra bu narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması ücün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra çəkisi 0,609 qram olan narkotik vasitə heroin isə aparılan araşdırma sona çatanadək Xızı RPŞ-də saxlanılmalıdır. İş üzrə maddi sübut - 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 56, 59 və 60-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs cinayət prosesini həyata kecirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və ona mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci-keçirilmiş ekspertizanın dəyərini təşkil edən 114 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2, 42.1.4, 42.2.4, 61, 62, 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xızı Rayon Prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra çəkisi 0,609 qram narkotik vasitə olan heroin araşdırma sona çatanadək Xızı Rayon Polis Şöbəsində saxlanılsın. İş üzrə maddi sübut - 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş 114 manat ekspertiza xərci Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-16/2023
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-16/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver