Məhkəmə qərarları › İş №1(068)-17/2020

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-17/2020

16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-17/2020 16.10.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil X4 iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə, Tıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Xızı rayonu, Tıxlı kəndində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs evdə olmamasından istifadə edərək, sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən evin pəncərəsini açma yolu ilə evə qanunsuz daxil olub, evdən 12000 manat və Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə olan manat məzənnəsi ilə 2382 manat 80 qəpik təşkil edən 1400 ABŞ dolları nağd pulu, 01 ədəd 375 manat dəyərində halqavari formalı ağ qızıldan olan, 750 əyarlı 5 qram çəkidə kişi boyunbağını, 01 ədəd 275 manat dəyərində halqavari formalı 585 əyarlı 5 qram çəkidə sarı qızıldan olan kişi boyunbağını, 01 cüt 330 manat dəyərində “abadok” formalı 585 əyarlı, 6 qram çəkidə qızıl sırğanı, 01 cüt 330 manat dəyərində ortasında qırmızı qaşı, kənarlarında isə brilyant qaşlar olan 585 əyarlı 6 qram çəkidə qızıl sırğanı və 01 ədəd 1800 manat dəyərində “Samsung” markalı BN68-02462E- 00 modelli televizoru gizli olaraq talamaqla Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 17492 manat 80 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan narkotik vasitə olan heroin əldə edərək daşıyıb, üzərində saxlamış və xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən dayanacaqda saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ cibinin yardımçı cibindən şəxsi istifadəsi üçün qanunsuz əldə edib gizlətdiyi, bir ədəd gümüşü rəngli siqaret kağızı kəsiyinin içərisində, təmiz çəkisi 0,254 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xızı rayonu, Tıxlı kəndində qeydiyyatda olsa da, Yasamal rayonunda kirayədə yaşamışdır. Həmin vaxt onunla qonşuluqda yaşayan Afət adlı qadınla qonşu kimi normal münasibətləri olmuşdur. Hətta, 2019-cu ilin yanvar ayının əvvəllərində o, sonuncunun həyətində fəhlə kimi söküntü işləri aparmış və işlərinin müqabilində ona 30 manat zəhmət haqqı vermişlər. O, 2019-cu ilin fevral ayının əvvəllərində Afətin yaşadığı evinə gedərək sonuncudan qonşu kimi 10 manat borca pul istədikdə Afət ona hal hazırda pulu olmadığını və 2-3 günə pulu olacağını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 10 radələrində o, borca pul almaq məqsədilə Afətin yaşadığı həyət evinin qapısını döymüş, lakin qapını açan olmadığından o, əmin olmuşdur ki, evdə hec kəs yoxdur və həmin evdən oğurluq etmək fikrinə düşmüşdür. Evin qapısı bağlı olduğu üçün o, mətbəxtin həyətə baxan pəncərəsini əli ilə fiziki güc tətbiq edərək açmış və evə daxil olmuşdur. Evə daxil olduqda onun gözünə «Samsung» markalı televizor sataşmış və o, evdə olan yorğana həmin televizoru bükərək yenidən mətbəxtin pəncərəsindən evi tərk etmişdir. Daha sonra, o, yorğana bükülmüş televizoru yaxınlıqda, uçuq vəziyyətdə olan sahibsiz tikilidə gizlətmiş və televizoru satmaq üçün Yasamal rayonu ərazisində müştəri axtarmağa başlamışdır. Bununla əlaqədar o, küçədə tanımadığı bir neçə nəfər şəxsə yaxınlaşıb televizor satdığını bildirsə də, alıcı tapa bilməmişdir. Bu zaman Rəşad adlı tanışı onun yadına düşmüş və istifadəsində olan 070 ***-**-** telefon nömrəsindən Rəşadın istifadəsində olan 055 ***-**-** nömrəyə zəng edərək özünə məxsus televizoru satmaq istədiyini bildirmişdir. Rəşad cavab olaraq, həmin televizora baxdıqdan sonra ala biləcəyini demişdir. O, yenidən həmi tikiliyə qayıdaraq televizoru oradan götürmüş və tanımadığı taksi vasitəsi ilə Rəşadın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində olan yaşadığı evə gedərək orada onunla görüşmüşdür. Rəşad televizora baxdıqdan sonra bəyənmiş və onlar 250 manata razılaşmışlar. Onun əvvəlcədən Rəşada 200 manat borcu olduğundan, Rəşad həmin borcu çıxdıqdan sonra ona 50 manat pul vermiş və onlar ayrılmışlar. Bundan başqa, o, 6 ilə yaxındır ki, narkotik vasitə aludəçisidir və hazırda narkomaniya xəstəliyindən əziyyət çəkir. Belə ki, o, əvvəllər narkotik vasitə olan tiryəkdən istifadə etmişdir. Həmin tiryəki o, Bakı şəhəri, Sovetski adlanan ərazidə “nənə” ləqəbli qoca arvaddan almış, 2 il bundan əvvəl həmin arvad dünyasını dəyişmişdir. Onun bədənində ağrılar baş qaldırdığından kakos kimi tanıdığı heroindən istifadə etməyə məcbur olmuşdur. İlk əvvəl heroini burnuna çəkmiş, sonradan isə inyeksiya vasitəsi ilə qəbul etməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında işləri ilə əlaqədar Xızı rayonu, Sitalçay kəndinə getmiş və işlərini görüb geri qayıtmaq üçün asfalt yolun kənarına çıxdıqda yerdə gümüşü rəngli siqaret kağızı diqqətini cəlb etmiş və həmin bükümü yerdən götürüb açdıqda kokos olduğunu görmüşdür. Həmin vaxt ətrafa diqqət yetirib heç kimin olmadığını görüb həmin bükümü cibinə qoyaraq yoldan keçən avtomobillərin biri ilə Giləzi qəsəbəsinə gəlmişdir. Daha sonra, Tıxlı kəndinə getmək üçün dayanacaqda dayanarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını və onu narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxladıqlarını bildirdilər. Sonra ora polis formasında müstəntiq gələrək ona müdafiəçi təqdim edib üzərində şəxsi axtarış aparılacağını bildirdi. O da, artıq ifşa olunduğunu görüb üzərində olan narkotik vasitə-heroini polislərə təqdim edib törətdiyi cinayəti etiraf etmişdir. Həmin proses video vasitə ilə qeydə alınaraq üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmiş, onu isə polis əməkdaşları Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, həmçinin, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, əri ilə birlikdə Yasamal rayonu, M.Əliyev küçəsi, dalan 2, ev 3 ünvanda yaşayır. X17 çox vaxt işi ilə bağlı ezamiyyətlərdə olur. O, isə Xətai rayonu 316 saylı körpələr evi uşaq bağçasında müəllimə işlədiyindən və yolu uzaq olduğundan həftədə iki dəfə səhər tezdən, yəni saat 05:50 radələrində və həftədə üç dəfə isə saat 13 radələrində evdən çıxıb metro ilə işə gedir. xx xxxxxx 2019-cu il tarixdə axşam evdə tək olmuş və səhər saat 05:50 radələrində işə getmək üçün evdən çıxmışdır. Ona görə də mənzilin qapı pəncərələrinin həmişə olduğu kimi bağlı olduğunu nəzərdən keçirib işə getmişdir. Onların evinin ətrafında olan mənzillər və həyətin hasarı söküldüyündən həyət açıqdır. O, həmin gün işdən saat 16:00 radələrində evə qayıtmış və mənzilin giriş qapısının kilidini açarla açaraq mənzilə daxil olmuşdur. Dəhlizdə olarkən uzadıcı naqilin qoşulduğunu görmüşdür. O, buna görə həyat yoldaşı ilə əlaqə saxlamış və evə gəlib-gəlmədiyini soruşmuş, Mir Ələkbər isə evə gəlmədiyini bildirmişdir. O, Mir Ələkbərlə telefonla danışa-danışa divara baxdıqda şkafın üzərində olan televizorun olmadığını və eyni zamanda döşəyin altında gizlətdiyi pullara baxdıqda həmin pulların da orada olmadığını görmüş və bunu Mir Ələkbərə söyləmişdir. Bundan sonra, Mir Ələkbər ona DİN-in 102 xidmətinə zəng etməyini və oğurluq barədə məlumat verməyini bildirmişdir. O da, belə etmiş, bundan sonra polis əməkdaşları və bir az sonra isə Mir Ələkbər evə gəlmiş, polis əməkdaşları müvafiq sənədləşmə aparmışlar. Həmçinin, xx xxxxxx 2019-cu il tarixdə yaşadığı evdən 01 ədəd “Samsung” markalı televizordan başqa, 12000 manat və 1400 ABŞ dolları məbləğində nağd pul, ümumi dəyəri 5000 manat təşkil edən 01 ədəd halqavari formalı ağ qızıldan olan 750 əyarlı 5 qram çəkidə kişi boyunbağı, 01 ədəd halqavari formalı 585 əyarlı 5 qram çəkidə sarı qızıldan olan kişi boyunbağı, 01 cüt “abadok” formalı 585 əyarlı 6 qram çəkidə qızıl sırğa, 01 cüt ortasında qırmızı qaşı, kənarlarında isə brilyant qaşlar olan 585 əyarlı 6 qram çəkidə olan qızıl sırğa oğurlandığını da müəyyənləşdirmişlər. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd “Samsung” markalı televizordan başqa, pul və qızılzinət əşyaları və ya onların dəyəri ona qaytarılmadığından, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncunun ciddi cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid Mahmudzadə X6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadı olmaqla, birgə nikahdan olan övladlarının hər ikisi xaricdə təhsil alır. Xidməti işi ilə əlaqədar olaraq mütəmadi ezamiyyətlərdə olduğundan əksər vaxtlar Bakı şəhərində olmur. Arvadı Zərərçəkmiş şəxs isə Xətai rayonu 316 saylı uşaq bağçasında müəllimə işləyir. xx xxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində arvadı Afət ona zəng edib evə gəlib-gəlmədiyini soruşmuş, o, isə öz növbəsində sonuncuya evə gəlmədiyini bildirmişdir. O, Afətdən nə üçün belə sual verməsinin səbəbini aydınlaşdırdıqda, sonuncu ona evdəki uzadıcı naqilin qoşulu vəziyyətdə olduğunu bildirmişdir. Həmçinin, Afət onunla telefonla danışan zaman televizorun və həmin otaqda döşəyin altında gizlətdiyi pulların və qızıl-zinət əşyalarının da yerində olmadığını aşkar etdiyini demişdir. O, bu zaman Afətə evə oğru girdiyini və sonuncuya dərhal DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat verməsini söyləmişdir. Sonradan yaşadıqları evdə baş vermiş oğurluq nəticəsində onlara məxsus 12000 manat və 4500 ABŞ dolları nağd pulun, 5000 manat dəyərində qızıl-zinət əşyalarının və 01 ədəd 5000 manat dəyərində “Samsung” markalı televizorun oğurlanması müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin Nakotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Xızı rayon Polis Şöbəsinə Xızı rayonu, Tıxlı kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və onun Giləzi qəsəbəsində yerləşən dayanacağa tərəf getməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatın yoxlanılması üçün sahə rəisi Şahid4, müstəntiq Vüqar Orucov və vəkil Arif Həbibzadə ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsinə gedərək saat təxminən 20 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində dayanacağın yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq çəkiliş vasitəsi ilə özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs da özünü təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs özünü onlara təqdim etdikdən sonra şöbənin müstəntiqi Vüqar Orucov narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyini bildirərək, ona hüquq və vəzifələri izah edilərək, sonuncuya hüquqlarını müdafiə etmək üçün Siyəzən rayonunda fərdi fəaliyyət göstərən vəkil X5 təqdim edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq hər hansı bir əşya olub-olmaması soruşulduqda o, da əynində olan qara rəngli cins şalvarın sağ cibinin yardımçı cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı kəsiyində qəhvəyi rəngli tozşəkilli bir büküm kütləni onlara təqdim edərək, həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonuncudan həmin narkotik vasitəni haradan əldə etməsini soruşduqda, o, həmin narkotiki saxlanıldığı gün Xızı rayonu, Sitalçay kəndindən yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin kütlə zərfə qoyularaq tərəflərdən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid4 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər eyni məhəllədə yaşamış, sonuncunu tanımış, lakin son zamanlar çox nadir hallarda əlaqə saxlamışlar. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında o, atasıgilin kirayədə qaldığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evində olarkən Qəzənfər ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edərək görüşməyi təklif etmişdir. O, razılaşmış və bir müddət sonra Qəzənfər Sulutəpə qəsəbəsinə gələrək, orada görüşmüşlər. Həmin vaxt Qəzənfər özü ilə böyük ekranlı “Samsung” markalı televizor da gətirmişdir. Sonuncu ona həmin televizoru satmaq istədiyini və ondan almaq istəyibistəmədiyini soruşmuşdur. O, Qəzənfərdən televizorun qiymətini soruşduqda, sonuncu köhnədən ona olan 200 manat borcunun və əlavə 50 manat pulun qarşılığında televizoru sata biləcəyini demişdir. O, dərhal razılaşmış, çünki həmin televizorun bahalı olduğunu görmüş və bu onun üçün əlverişli olmuşdur. Bundan sonra, ona Qəzənfərin həmin televizoru bu cür ucuz qiymətə satması maraqlı gəldiyindən o, sonuncudan bunun səbəbini və televizoru haradan əldə etdiyini soruşmuşdur. Qəzənfər cavabında həmin televizoru ona tanışı hədiyyə etdiyini və televizoru evdə quraşdırdığını, lakin maddi vəziyyəti pis olduğundan və televizor artıq evdə lazım olmadığından satmaq qərarına gəldiyini bildirmişdir. O, Qəzənfərə inanmış və sonuncuya 50 manat pul verib televizoru götürmüşdür. Daha sonra, həmin televizoru atasının kirayədə qaldığı Sulutəpə qəsəbəsində yerləşən evinə aparmış və evin içində yer olmadığından, tövlədə yerləşdirmişdir ki, sonradan götürüb Yasamal rayonunda yerləşən evinə aparsın. Bundan sonra, onun işləri çıxmış və televizoru evinə aparmağa vaxt tapa bilməmişdir. Bir neçə gün sonra o, Tovuz rayonuna getmiş və orada olduğu zaman ona məlum olmuşdur ki, Yasamal rayonunun polis əməkdaşları onu axtarır. Daha sonra, Qəzənfərin ona satdığı həmin televizorun sonuncu tərəfindən oğurlandığı və ona satarkən yalan dediyini bilmişdir. Həmin vaxt telefon danışığı zamanı polis əməkdaşlarına televizorun harada olduğunu izah etmiş və Bakı şəhərinə qayıtdıqda polis bölməsinə gəlib izahat verəcəyini bildirmişdir. Bundan sonra, polis əməkdaşları onun atasının qaldığı evə gedib, həmin evi kirayə verən Sabir Dursunovun iştirakı ilə oradan televizoru götürüb Polis Bölməsinə aparmışlar. Daha sonra o, xx xxxx 2019-cu il tarixdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə getmiş və orada izahatını vermişdir. Sonradan o, Qəzənfərlə əlaqə saxlasa da, sonuncu ilə görüşə bilməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 128-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, 9542 saylı məhkəməəmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsunq” markalı, BN68-02462E-00 modelli televizorun köhnəlməsi nəzərə alınmaqla orta bazar qiyməti təxminən 1800 manat müəyyən edilir. Cinayət işinin İ cildinin 127-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 100 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 147-148-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 17923 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki,01 ədəd halqavari formalı ağ qızıldan olan, 750 əyarlı 5 qram çəkidə kişi boyunbağı - 375 manat; 01 ədəd halqavari formalı 585 əyarlı 5 qram çəkidə sarı qızıldan olan kişi boyunbağı - 275 manat; 01 cüt “abadok” formalı 585 əyarlı, 6 qram çəkidə qızıl sırğa - 330 manat; 01 cüt ortasında qırmızı qaşı, kənarlarında isə brilyant qaşlar olan 585 əyarlı 6 qram çəkidə olan qızıl sırğa - 330 manat olmaqla, qeyd edilən qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1310 manat müəyyən olunur. Cinayət işinin İ cildinin 146-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 27-28-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2396 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs…» sözlər və imzalar olan 01 ədəd bükümdə, təmiz çəkisi - 0,254 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respubikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik maddə heroinin qalıq çəkisi 0,204 qram təşkil etmişdir. Cinayət işinin İ cildinin 26-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 249-250-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 648 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı X2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 19-20-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli cins şalvarın sağ cibinin yardımçı cibindən gizlətdiyi, bir ədəd gümüşü rəngli siqaret kağızı kəsiyindəolan kütləni çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 129-130-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X3 tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş tələbnamədən, işin 131-135-ci vərəqələrindəki Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(004)-118/2018 saylı və işin 137-144-cü vərəqələrindəki Xızı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(068)-14/2019 saylı hökmlərinin surətindən, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, üzərində qəti olaraq 02 il 04 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla qəti olaraq təyin edilmiş 02 il 04 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmiş, daha sonra, Xızı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasından 05 ay müddətini çəkmiş, lakin cəza müddəti başa çatmamış, həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü isə bugünədək icra edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Cinayət işinin İ cildinin 12-13-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 54-56-cı vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(068)-3/2020 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 58-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli və 156-cı vərəqəsində olan xx xxxxxxxx 2019-cu il tarixli maddi sübut kimi tanınma haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza sərfiyatından sonra qalıq qalmış 0,204 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, həmçinin 1 ədəd “Samsung” markalı, BN68-02462E-00 modelli televizor cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs verilmişdir. Cinayət işinin İ cildinin 252-262-ci vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuş, əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.2-ci maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibi rədd edilmiş, eləcə də, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 194-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə 1 ədəd “Samsung” markalı, BN68-02462E-00 modelli televizorun maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi prosesinin video görüntüsü köçürülmüş 01 ədəd CD disk, «xxxxxxx» MMC və «xxxxxxx» MMC-dən əldə edilmiş 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd “Samsung” markalı televizordan başqa, pul və qızıl-zinət əşyaları və ya onların dəyəri ona qaytarılmadığından, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncunun ciddi cəzalandırılmasını xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri iləona elan olunmuş ittiham üzrə tam təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin, əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən, sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum edilməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(004)-118/2018 saylı hökmü ilə təyin edilmiş 02 il sınaq müddəti verilməklə şərti məhkum etmə o, sınaq müddətində qəsdən az ağır cinayətlər törətdiyinə görə ləğv edilməli və həmin hökm ilə təyin edilmiş və çəkilməmiş 02 il 04 ay 09 gün azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmçinin, məhkəmə hesab edir ki, Xızı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(068)-14/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ayı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli, tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,204 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Samsung” markalı, BN68-02462E-00 modelli televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, həmçinin Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk, «xxxxxxx» MMC və «xxxxxxx» MMC-dən əldə edilmiş 02 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 215 (iki yüz on beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(004)-118/2018 saylı hökmü ilə təyin edilmiş 02 il sınaq müddəti verilməklə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il 04 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək onun üzərində 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Xızı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(068)-14/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ayı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,204 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Samsung” markalı, BN68-02462E-00 modelli televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 01 ədəd CD disk, «xxxxxxx» MMC və «xxxxxxx» MMC-dən əldə edilmiş 02 ədəd CD disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 215 (iki yüz on beş) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar