Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-17/2021 10.06.2021 XIZI RAYON MƏHKƏMƏSİ X5 Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xızı rayonu, Giləzi qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26 may 2020-ci il tarixdə, saat 04-05 radələri aralığında Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər dəfələrlə mübahisə olması, zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs narkoman olmasından, tüfeyli həyat tərzi sürməsindən əl çəkməsi, xalasının əlil olması ilə əlaqədar ailəsinə baxmasını tələb etməsi və narkomanlığının ağır nəticələrə gətirib çıxara biləcəyi xəbərdarlığı ilə bağlı yaranmış şəxsi münasibətlər zəminində yaşadığı evin darvazasının qırağında yaranmış mübahisə zamanı sərxoş halda hər hansı əsaslı səbəb olmadan, özünün təkəbbürünü göstərmək məqsədi ilə təhlükəli davranaraq əvvəlcədən əldə edib üzərində daşıdığı kustar və dəstəyi əldə düzəldilmə üsulu ilə hazırlanıb, qatlanmayan tipli ov bıçaqlarının analoqu üzrə hazılanmış, küpü, kafi itiliklə olan ülgücü və iti ucu olan, məişət təyinatlı, tiyəsinin uzunluğu 10 sm olan, soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs hücum edərək sonuncunun bədəni üzərində ön səthinin sağ yuxarı nahiyəsinə 2 dəfə, arxa səthinin sol yuxarı nahiyəsinə 1 dəfə, arxa səthinin sol aşağı nahiyəsinə 1 dəfə və bədəninin arxa səthinin sol aşağı nahiyəsinə 1 dəfə bıçaq zərbələri vurmaqla, sonuncunun bədəni üzərində sol bazunun orta-iç qrup əzələlərinin kəsilməsi və orta sinirin zədələnməsi ilə müşaiyət olunan sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol çiyin qurşağının 1 ədəd, döş qəfəsinin sol yarısının 1 ədəd, bel nahiyəsinin sol yarısının 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan, zərərçəkmiş şəxs üçün həyati-təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Mənsur oğlu xalası Validənin oğludur, onlar Xızı rayonu, Giləzi qəsəbəsində eyni həyətdə, lakin ayrı-ayrı evlərdə qalırlar və normal qohumluq münasibətləri vardır. Xalası oğlu Elçinlə aralarında yaranmış anlaşılmazlıq səbəbindən əvvəllər də, bir neçə dəfə mübahisələri olmuş, sonuncu uzun müddət güləşlə məşğul olmaqla, fiziki cəhətdən ondan güclü olduğundan hər dəfəsində onu döymüş, lakin sonradan barışmışlar. 25 may 2020-ci il tarixdə, axşam təxminən saat 19:00 radələrində xalası oğlu Elçin həyətlərində qonaqlıq məclisi təşkil etmiş, həmin məclisdə o, Elçin, böyük xalası Xalidənin nəvəsi Vüsal və digər xalası Mailənin kürəkənini Qalib olmuş və onlar birlikdə yeyib-içmişlər. Həmin vaxt Qalib spirtli içki içməsə də, onlar üçü, yəni o, Elçin və Vüsal 2 ədəd 750 qramlıq araq içmişlər. Bundan sonra, Qalib və Vüsal çıxıb getmiş, o isə Elçinlə həyətdə əyləşib söhbət etmişlər. Söhbət zamanı Elçinin ona «narkomansan, tüfeyli həyat tərzi sürürsən, yeri gəlsə ananı da satarsan» dedikdə aralarında mübahisə düşmüş və həmin sözlər ona çox pis təsir etdiyindən dalaşmışlar. Hər ikisi sərxoş olduğundan başqa nə söhbət etdikləri tam yadında qalmamış, eyni zamanda yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs neçə dəfə bıçaq zərbəsi vurmasını və sonuncunun xəstəxanaya aparılmasını bilməmişdir. Həmçinin, istifadə etdiyi bıçağı hadisədən təxminən 3-4 ay əvvəl yaşadığı qəsəbə ərazisində yerləşən əkin sahəsindən tapmış, həmin bıçağı evdə, həyətdə, mətbəxdə işlətmiş, lakin hadisə zamanı üzərində olmasını və ya evdən götürməsini xatırlamamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə zərərçəkmiş şəxs olan xalası oğlu Elçinlə barışdığını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. onlar Xızı rayonu, Giləzi qəsəbəsində eyni həyətdə, lakin ayrı-ayrı evlərdə qalırlar və normal qohumluq münasibətləri vardır. 25 may 2020-ci il tarixdə xalası Mailənin kürəkəni Qalibin Giləzi qəsəbəsinə qonaq gələcəyini eşitmiş, buna görə də, həyətlərində qonaqlıq məclisi təşkil etməyi fikirləşmiş və xalası oğlu Tərlanın da bu barədə məlumatı olmuşdur. Bu məqsədə də, həmin gün təxminən saat 19:00 radələrində evlərinin həyətində stol hazırlamış, həmin məclisdə o, Tərlan, böyük xalası Xalidənin nəvəsi Vüsal və digər xalası Mailənin kürəkənini Qalib olmuş və onlar birlikdə yeyib-içmişlər. Həmin vaxt Qalib spirtli içki içməsə də, onlar üçü, yəni o, Tərlan və Vüsal 2 ədəd 750 qramlıq araq içmişlər. Bundan sonra, ilk öncə Qalib, arxasınca isə Vüsal çıxıb getmiş, o isə Tərlanla həyətdə əyləşib söhbət etmişlər. Hər ikisi sərxoş olduğundan nə söhbət etdikləri yadında qalmamış, yalnız əynində olan köynəyin cırılmış şəkildə və qan içində evin həyətinə daxil olması, həmin vaxt anasının onu görüb həyəcanlanması və ağlamağa başlaması yadında qalmışdır. Daha sonra, daha heç nə xatırlamamış, ayıldıqda isə xəstəxanada olduğunu və xalası oğlu Tərlan tərəfindən bıçaqlandığını bilmişdir. Hal hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və maddi tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Mənsur oğlu onun anası Xalidənin xalası oğlanlarıdır. 25 may 2020-ci il tarixdə, saat 16 radələrində özünə məxsus “Mercedes- Benz” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayan Elçingilə gəlmişdir. Axşam saat 19-20 radələrində o, Elçin, Tərlan və qohumları Varisin kürəkəni Qalib həyətdə əyləşib yeyib-içmişlər. Təxminən saat 22-23 radələrində əvvəlcə Qalib, daha sonra isə o, sağollaşaraq qonşuluqda yaşayan qohumları Əhməd müəllimin evnə getmiş, Tərlanla Elçin isə həyətdə qalmışlar. Gecəni Əhməd müəllimin evində qalmış, səhərə yaxın təxminən saat 05:00 radələrində səs-küyə yerindən oyanıb eyvana çıxmış və Elçinin evin kəndarında qan içində yerə uzandığını, anası Validənin isə təlaş içində kömək istədiyini görmüşdür. Tez özlərini itirmədən köməkləşib Elçini yerdən qaldırmış və qohumları Varisin “Opel” markalı avtomobilinin arxa oturacağına mindirmişlər. Həmin vaxt o, Elçinin anası Validə və Varisin atası Əhməd müəllim də, avtomobilə əyləşmiş və Varis avtomobili birbaşa Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanaya sürmüşdür. Xəstəxanada Elçini təcili olaraq əməliyyata götürmüşlər və saat 14:00 radələrində Elçin əməliyyat olunub reanimasiyaya yerləşdirildikdən sonra onlar geri qayıtmışlar. Bundan sonra, onları Xızı RPŞ-yə çağıraraq izahatları alınmış və Elçinin öz xalası oğlu Tərlan tərəfindən bıçaqlandığı məlum olmuşdur. Məhkəmə istintaqında digər şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şahid5 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində ailəsi ilə birgə yaşayır və Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının zədə məntəqəsində tibb bacısı vəzifəsində işləyir. 25 may 2020-ci il tarixdə, saat 21:00-dan 26 may 2020-ci il tarixdə, saat 09:00-a qədər Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının zədə məntəqəsində növbədə olmuşdur. 26 may 2020-ci il tarixdə 05:45-05:55 radələrində adını sonradan öyrəndiyi Elçin adlı şəxsi bıçaqlanmış vəziyyətdə xəstəxanaya gətirmişlər. Həmin xəstəni gətirərkən ətrafdan eşitdiyinə görə xəstəni bıçaqlayan xalası oğlu olmuşdur. Xatırladığı qədəri ilə xəstənin bıçaq yarası sol qolunun bazu nahiyyəsindən və döş qəfəsindən biraz yuxarı, yəni ürəyinin üstü olmasıdır. Bıçaq zərbələrinin sayı barədə məlumatı yoxdur. Bundan əlavə, xəstəxananın iş jurnalında xəstə huşsuz olanda xəstənin kim tərəfindən gətirilməsi barədə qeydlər aparırlar. Lakin, Zərərçəkmiş şəxs xəstəxanaya qan içində gəlsə də, özündə olduğu üçün heç bir qeyd aparmamışdır. Xəstənin kim tərəfindən gətirilməsini xatırlamır. Məhkəmə iclasında elan edilmiş işin 111-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X6 10 iyul 2020-ci il tarixli, 27 saylı ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - kəskin qanitirmə ilə, sol bazunun orta-iç qrup əzələlərinin kəsilməsi və orta sinirin zədələnməsi ilə müşaiyət olunan sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol çiyin qurşağının 1 ədəd, döş qəfəsinin sol yarısının 1 ədəd, bel nahiyəsinin sol yarısının 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları; travmatik-hemorragik şok İİ-İİİ dərəcə - iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə, yəni 26 may 2020-ci il tarixə uyğun gəlir; dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin özü-özünə yetirilməsi nəticəsində törənməsi inandırıcı deyildir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2020-ci il tarixli, 6/1345 saylı məhkəmə-lifli materiallarının tədqiqi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərlərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 nömrəli cədvəlində göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında - Zərərçəkmiş şəxs köynəyinin üzərindən tapılmış tünd qırmızı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs idman gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər; Təqsirləndirilən şəxs idman gödəkçəsinin üzərindən tapılmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 124-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X6 12 avqust 2020-ci il tarixli, 537/2020-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu - A(İİ). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus kofta, şalvar və alt mayka üzərində Abeta(İİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. Məhkəmə iclasında elan edilmiş işin 129-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X6 27 avqust 2020-ci il tarixli, 344-MTKŞ/2020 saylı ekspert rəyindən görünür ki, İ. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yuxarı nahiyəsində 2 ədəd, arxa səthinin sol yuxarı nahiyəsində 1 ədəd, arxa səthinin sol aşağı nahiyəsində 1 ədəd və maykanın arxa səthinin sol aşağı nahiyəsində 1 ədəd deşilmişkəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itiliklə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus köynəyin sol qoltuqaltı nahiyəsində 1 ədəd sökülmə vardır. Bu sökülmə küt yaranma mexanizminə malikdir, küt qüvvənin təsiri ilə köynəyin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus uzunqol köynək və qolsuz mayka üzərində aşkar edilmiş zədələr müxtəlif şəraitlərdə, o cümlədən, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus şalvarda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarda və jaketdə (montda) əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. İİ. Ekspertizaya təqdim olunmuş bıçaq tiyəsi kustar və dəstəyi əldə düzəldilmə üsulu ilə qatlanmayan tipli ov bıçaqlarının analoqu üzrə hazırlanmışdır, məişət təyinatlıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişəcək heç bir əlavə və ya dəyişiklik edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 99-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X6 16 iyun 2020-ci il tarixli, 1661/K saylı maddi sübutların ekspertizası aktından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 195-196-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 21 oktyabr 2020-ci il tarixdə verilmiş 2926 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 138-139-cu vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin 12 sentyabr 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət aləti kimi istifadə olunan 1 (bir) ədəd qəhvəyi tutacaqlı bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-17-ci vərəqələrində olan 26 may 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 63-64-cü vərəqələrində olan 28 may 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 iyun 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 198-208-ci vərəqələrində olan 30 oktyabr 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2020-ci il tarixdə Azərbaycan Respublikası CMnin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham, həmçinin, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-97-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 23 iyun 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 04 mart 2021-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığından və sonuncu tərəfindən ona maddi yardım olunduğundan təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və məhkəmə istintaqının nəticələrinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi yuxarıda şərh edilən əməl cinayət hadisəsidir və həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyati-təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, eləcə də, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 30 oktyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs 28 may 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılmasına dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə araşdırmasında Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini, eləcə də, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, üzrlü səbəb olmadan məhkəmə çağırışlarına gəlməməsini və barəsində məcburi gətirilmə tətbiq edilməsini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə yaxın cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 may 2020-ci il tarixdən 28 may 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 10 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs tərəfindən cinayət aləti kimi istifadə olunan 1 (bir) ədəd qəhvəyi tutacaqlı bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 10 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs tərəfindən cinayət aləti kimi istifadə olunan 1 (bir) ədəd qəhvəyi tutacaqlı bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142593, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ**********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(068)-17/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-17/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver