Məhkəmə qərarları › İş №1(068)-17/2023

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-17/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-17/2023 17.07.2023 XIZI RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128, 177.1, 185.2.2 və 322.2-ci maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1, 128 və 322.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yaranmışdır. Odur ki, Xızı Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 1(068)-17/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128 və 322.2-ci maddələri ilə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə həmin maddələr üzrə xitam verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin 127.1, 128 və 322.2-ci maddələri üzrə cinayət məsuliyyətindən azad edildiyindən yalnız CM-nin 177.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmışdır. Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) məqsədi ilə 22 noyabr 2019-cu il tarixdə, saat 01:00 radələrində atası Zərərçəkmiş şəxs1 məxsus Xızı rayonu Yaşma Stansiyası ərazisində yerləşən fermanın yaxınlığına gələrək fermadan təxminən 150 metr aralıda dayandırılmış qardaşı Zərərçəkmiş şəxs5 mülkiyyətində olan, faktiki olaraq Zərərçəkmiş şəxs6 sahibliyində olan “VAZ-2121” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşərək mühərriki işə salıb idarə edib apararaq həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrar olaraq avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) məqsədi ilə 11 dekabr 2021-ci il tarixdə, saat 13:00 radələrində Xızı rayonu Yaşma Stansiyasında yerləşən fermanın həyətində dayandırılmış atası Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2121” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşərək mühərriki işə salıb idarə edib apararaq həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 yanvar 2022-ci il tarixdə, saat 02:00 radələrində Xızı rayonu Yaşma Stansiyası ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus torpaq sahəsindəki 700 manat dəyərində bir ədəd vaqonu, 900 manat dəyərində bir ədəd işıq generatorunu, 150 manat dəyərində bir ədəd su motorunu və 50 manat dəyərində qırx metr uzunluqda su borusunu gizli yolla talayıb apararaq Zərərçəkmiş şəxs3 cəmi 1800 manat məbləğində maddi ziyan vuraraq qəsdən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrar olaraq avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) məqsədi ilə 06 yanvar 2022-ci il tarixdə, saat 19:00 radələrində Xızı rayonu Yaşma kəndi ərazisində Zərərçəkmiş şəxs2 məxsus “VAZ- 21074” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun sükan arxasından yerə düşməsindən istifadə edib avtomobilin sükanı arxasında əyləşərək idarə edib apararaq həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 22 noyabr 2019-cu il tarixdə, saat 01:00 radələrində qardaşı Zərərçəkmiş şəxs5 məxsus “VAZ-2121” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili, 11 dekabr 2021-ci il tarixdə, saat 13:00 radələrində atası Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2121” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili və 06 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21074” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri qaçırmış, sonradan avtomobilləri sahiblərinə qaytarmışdır. 04 yanvar 2022-ci il tarixdə, saat 02:00 radələrində atası Gülyara məxsus fermanın qonşuluğunda yerləşən Zərərçəkmiş şəxs3 məxsus torpaq sahəsindən bir ədəd vaqon oğurlamış, sonra həmin vaqon da sahibinə qaytarılmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək vurulmuş maddi ziyanın ödənilməsini nəzərə alaraq, ona CM-nin 177.1 və 185.2.2-ci maddələri ilə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, həmçinin ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ona məxsus “VAZ-2121” markalı, **-GP- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 11 dekabr 2021-ci il tarixdə günorta saatlarından sonra onun həmin avtomobili fermada olmuş, oğlu Təqsirləndirilən şəxs onun fermada olmamağından istifadə edərək ondan xəbərsiz və icazəsiz olaraq avtomobilini işə salıb idarə etməklə qaçırmışdır. Bu səbəbdən də o, həmin gün DİN-nin 102 xidmətinə zəng edərək avtomobilinin qaçırılması barədə məlumat vermişdir. Xızı rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. O, “VAZ-2121” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin oğlu Emin tərəfindən qaçırılması barədə ərizə yazmış və avtomobili özünə qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxs olan oğlu Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmənin əvvəlki iclasında ifadəsində göstərmişdir ki, bu hadisə 1 il əvvəl baş vermişdir. Belə ki, Xızı rayonu Yaşma ərazisində yerləşən torpaq sahəsində əkin-biçinlə məşğul olmuş və həmin torpaq sahəsinə nəzarət etməyi qohumu Şahid4 tapşırmışdır. Təqsirləndirilən şəxs 04 yanvar 2022-ci il tarixdə ona məxsus torpaq sahəsindən 700 manat dəyərində bir ədəd vaqonu, vaqonun içərisində olan 900 manat dəyərində bir ədəd işıq generatorunu, 150 manat dəyərində bir ədəd su motorunu, 50 manat dəyərində qırx metr uzunluqda su borusunu oğurlamış və ona cəmi 1800 manat məbləğində maddi ziyan vurmuşdur. Sonradan ona məxsus bir ədəd vaqon Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində tapılsa da, digər əmlakı tapılmamış və ona qaytarılmamışdır. Bununla bağlı qohumu Ülvü 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermiş və həmin tarixdə Xızı rayon polis şöbəsinə ərizə yazmışdır. Həmçinin, Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram və notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını göstərmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 22 noyabr 2019-cu il tarixdə səhər saatlarında qardaşı Zərərçəkmiş şəxs5 mülkiyyətində olan və faktiki olaraq onun sahibliyində olan “VAZ-2121” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yerində olmadığını aşkar etmiş və mobil telefonla 102-yə zəng edərək avtomobilinin oğurlanması barədə məlumat vermişdir. Araşdırma zamanı həmin gün avtomobili polis əməkdaşları tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbəsində aşkar olunmuş və avtomobili özünə qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxs olan qardaşı Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 22 noyabr 2019-cu il tarixdə gecə qardaşı Xanəli ona zəng vuraraq digər qardaşı Eminin ona məxsus “VAZ-2121” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilini apardığını bildirmişdir. Qardaşı Eminin avtomobili idarə etmək üçün adına etibarnamənin olmaması üzündən və hadisə törətməyindən ehtiyat edərək 102 xidmətinə zəng edərək avtomobilinin qaçırılması barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxs olan qardaşı Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş və ailəsini dolandırmaq üçün idarə etdiyi “VAZ-21074” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi xidməti göstərmişdir. 06 yanvar 2022-ci il tarixdə axşam saatlarında əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş Təqsirləndirilən şəxs sifarişi əsasında sonuncunu idarə etdiyi avtomobillə H.Z.Tağıyev qəsəbəsindən Xızı rayonu Yeni Yaşma kəndi ərazisinə aparmışdır. Saat 19 radələrində o, idarə etdiyi avtomobillə hərəkətdə olarkən “N” saylı hərbi hissənin yaxınlığında hərbi avtomobilə yol vermək məqsədi ilə avtomobilini dayandırmışdır. Emin avtomobildən düşərək hərbi avtomobilin sürücüsü ilə mübahisə etməyə başlamışdır. O, Emini sakitləşdirmək üçün avtomobildən düşmüş və Eminə yaxınlaşmış, hərbiçilərlə mübahisə etməməsini, oradan getmələrini demişdir. Həmin vaxt Emin onun avtomobilinə doğru hərəkət edib qəflətən sükanın arxasına əyləşmiş və avtomobilini işə salıb idarə edərək qaçmışdır. O, qışqırıb Eminə avtomobilini dayandırmasını desə də, Emin ona məhəl qoymamışdır. Emin avtomobilini ondan icazəsiz qaçırmışdır. O, Eminin getdiyi istiqamətdə avtomobilini axtarmış, bir neçə saat sonra avtomobilini açıq ərazidən tapmışdır. Bundan sonra o, istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla 102-yə zəng edərək avtomobilinin qaçırılması barədə məlumat vermişdir. Xızı rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. O, “VAZ-21074” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini Eminin qaçırması barədə ərizə yazmışdır. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdə onun qohumu Zərərçəkmiş şəxs3 Xızı rayonu Yaşma ərazisindən Məmməd Qiyasov adlı şəxsdən 67,95 ha ölçüdə torpaq sahəsi almışdır. O, həmin torpaq sahəsində nəzarətçi işləmişdir. 04 yanvar 2022-ci il tarixdə səhər saatlarında torpaq sahəsinə gələrkən Orxana məxsus bir ədəd vaqonun yerində olmadığını görmüşdür. Həmin gün o, mobil telefonu ilə DİN-in “102” xidmətinə zəng edərək vaqonun içərisindəki əşyalarla birlikdə oğurlanması barədə məlumat vermişdir. Bundan sonra Xızı rayon Polis Şöbəsinin əməkdaşları torpaq sahəsinə gəlmişlər. O, bir ədəd vaqonun, vaqonun içərisində olan bir ədəd işıq generatorunun, bir ədəd su motorunun və qırx metr uzunluqda su borusunun oğurlanması barədə ərizə yazmışdır. Araşdırma zamanı Orxana məxsus əşyaları Gülyarın oğlu Eminin oğurladığı müəyyən edilmişdir. Səhəri gün Orxana məxsus bir ədəd vaqon Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində tapılmışdır. Lakin, Orxana məxsus oğurlanmış digər əşyalar tapılmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 23-25-ci vərəqələrində olan 04 yanvar 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Xızı rayonu Qızıldərə adlanan ərazidə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı orada yerləşən fermadan Zərərçəkmiş şəxs3 məxsus bir ədəd vaqonun, bir ədəd işıq generatorunun, bir ədəd su motorunun və qırx metr uzunluqda su borusunun oğurlandığı müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 35-37-ci vərəqələrində olan 05 yanvar 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində hadisə yerinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs3 məxsus oğurlanmış bir ədəd vaqon aşkar olunaraq sonuncuya təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 95-ci vərəqəsində olan Abşeron RPİ-nin DYPŞ-nin baş inspektoru Əli Cavadovun tərtib etdiyi 22 noyabr 2019-cu il tarixli raportdan görünür ki, qaçırılmış Zərərçəkmiş şəxs5 məxsus “VAZ-2121” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayonu Mehdiabad qəsəbəsində Novxanı yolunun sağ istiqamətində aşkar olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 221-224-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 iyun 2022-ci il tarixli tələbnaməsindən, eləcə də iş materiallarına əlavə edilmiş müvafiq hökmün surətindən və Sumqayıt şəhər probasiya şöbəsinin 17 iyul 2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 1(005)-142/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun istintaq zamanı tutma altında və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (01 il 01 ay 26 gün) çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və hazırda cəzası çəkilməmiş qalmışdır. Bununla da, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 134-135-ci vərəqələrində olan 03 fevral 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 322.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 163-164-cü vərəqələrində olan 05 fevral 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 58-60-cı vərəqələrində olan 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilmiş və “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİİ cildinin 63-77-ci vərəqələrində olan 17 yanvar 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə, Azərbaycan Respublikası CM-nin 127.1, 128, 177.1, 185.2.2 və 322.2-ci maddələrində nəzərdə tutulmuş dəqiqləşdirilmiş məzmunda elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, barəsində 10 yanvar 2023-cü il tarixli qərarla seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, həmçinin Şahid3 05 noyabr 2019-cu il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən fərdi yaşayış evinin qarşısında baş vermiş hadisə zamanı aldığı “sol diz oynağı nahiyəsinin və sol ayağın üst səthinin sıyrıqları” xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər alması xüsusatı üzrə Təqsirləndirilən şəxs əməlində hər hansı bir cinayətin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, istintaq zamanı aşkar olunaraq götürülmüş Zərərçəkmiş şəxs3 məxsus bir ədəd vaqon, Zərərçəkmiş şəxs4 məxsus 36 baş xırdabuynuzlu keçi heyvanları, cinayətin predmeti olan Zərərçəkmiş şəxs5 məxsus “VAZ-2121” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2121” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21074” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və sahiblərinə qaytarılması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 128-129-cu vərəqələrində olan Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 23 saylı MKS tərəfindən 08 fevral 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 2 yaşayır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə verilmiş ittihamın bir epizodunu 22 noyabr 2019-cu il tarixdə törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) məqsədi ilə 22 noyabr 2019-cu il tarixdə, saat 01:00 radələrində atası Zərərçəkmiş şəxs1 məxsus Xızı rayonu Yaşma Stansiyası ərazisində yerləşən fermanın yaxınlığına gələrək fermadan təxminən 150 metr aralıda dayandırılmış qardaşı Zərərçəkmiş şəxs5 mülkiyyətində olan, faktiki olaraq Zərərçəkmiş şəxs6 sahibliyində olan “VAZ-2121” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşərək mühərriki işə salıb idarə edib apararaq həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə təqdim edərək, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, müddətin tətbiq edilib, təqsirləndirilən şəxsin CM-nin 185.2.2-ci maddəsi verilmiş ittihamdan həmin epizodu xaric edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə verilmiş ittihamdan həmin epizodun xaric edilməsini xahiş etmiş, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan və müdafiə tərəfinin razılığı olduğundan məhkəmə tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 185.2.2-ci maddəsi ilə verilmiş ittihamın həmin epizodu xaric edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 185.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə tam təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 177.1 və 185.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin könüllü olaraq tamamilə ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 14 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 14 sentyabr 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 04 mart 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır. Bununla da, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsi nəzərə alınmaqla residiv və cinayətlərin təkrar törədilməsini yaratmır, ona görə də belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halın olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.1 və 185.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 1(005)-142/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 fevral 2020-ci il tarixdən 05 fevral 2020-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 2 (iki) gün müddət, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək tutulduğu (həbsdə saxlanıldığı) 2 (iki) gün müddət, xx.xx.2022ci il tarixindən xx.xx.2022-ci il tarixinədək tutulduğu (həbsdə saxlanıldığı) 06 ay 26 gün müddət, cəmi 07 (yeddi) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun və Sumqayıt şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun və Sumqayıt şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs3 məxsus bir ədəd vaqon, Zərərçəkmiş şəxs4 məxsus 36 baş xırdabuynuzlu keçi heyvanları, Zərərçəkmiş şəxs5 məxsus “VAZ- 2121” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2121” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21074” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 1(005)- 142/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək, 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 03 fevral 2020-ci il tarixdən 05 fevral 2020-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 2 (iki) gün müddət, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək tutulduğu (həbsdə saxlanıldığı) 2 (iki) gün müddət, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək tutulduğu (həbsdə saxlanıldığı) 06 (altı) ay 26 (iyirmi altı) gün müddət, cəmi 07 (yeddi) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonu və Sumqayıt şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonu və Sumqayıt şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış - Zərərçəkmiş şəxs3 məxsus bir ədəd vaqon, Zərərçəkmiş şəxs4 məxsus 36 baş xırdabuynuzlu keçi heyvanları, Zərərçəkmiş şəxs5 məxsus “VAZ-2121” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2121” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21074” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar