Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-18/2020 17.09.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1975-ci il tarixdə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində məhkumluğu olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar üzərində olan məhkumluğu ödənilmədiyi halda satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq, yəni 475,456 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 23:10 radələrində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Xızı rayonu, Sitalçay kəndi ərazisində saxlanılmış, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq, üzərində şəxsi axtarış aparılan zaman əynində olan mavi rəngli cins materialından olan gödəkçənin sağ döş cibindən 1 ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 5,456 qram narkotik vasitə olan qurudulmuş marixuana və sol əlində tutduğu açıqyaşıl rəngli sellofan paketin içərisində əlavə olaraq rəngli sellofan paketə qoyulmuş ümumi çəkisi 470 qram, ümumilikdə 475,456 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2019-cu ilin dekabr ayının axırlarında qohumu Şahid1 Xızı rayonu, Sitalçay kəndində yerləşən və daxil olmaq icazəsi olduğu fərdi yaşayış evindən sonuncunun tanışı Zərərçəkmiş şəxs məxsus və zərərçəkmiş şəxsin özü tərəfindən dəyəri 200 manat qiymətləndirilən 1 ədəd ətçəkən maşını, dəyəri 25 manat qiymətləndirilən 1 ədəd ütünü, dəyəri 20 manat qiymətləndirilən 1 ədəd “Tefal” markalı elektrik çaydanını, ümumi dəyəri 120 manat qiymətləndirilən 2 ədəd böyük ölçülü meyvə qabı, dəyəri 230 manat qiymətləndirilən Almaniya istehsalı 24 predmetdən ibarət çəngəl-qaşıq-bıçaq dəstini, dəyəri 180 manat qiymətləndirilən Çexiya istehsalı 24 predmetdən ibarət xrustal stəkan-bakal dəstini, dəyəri 700 manat qiymətləndirilən farfor materialından 32 predmetdən ibarət qab-qacaq dəstini və son olaraq ümumi dəyəri 250 manat qiymətləndirilən adi qab-qacaq və alüminium qazanı gizli yolla talamış və oğurluq predmeti olan əşyaları tanımadığı şəxsə ümumilikdə 430 manata satmaqla zərər çəkmiş şəxsə ümumilikdə 1725 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər dəfələrlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Narkomaniya xəstəliyindən əziyyət çəkir və 2008-ci ildən narkotik vasitə qəbul edir. xx xxxxxx 2019-cu il tarixdə Sitalçay kəndinin içərisində gəzərkən dəmir yolunun kənarında açıq yaşıl rəngli sellofan paket görmüş və həmin paket onda maraq yaratdığından həmin paketin içərisinə baxdıqda içərisində əlavə olaraq başqa rəngli paket və onun da içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Uzun müddət narkotik vasitə istifadəçisi olduğuna görə həmin kütlənin narkotik vasitə olduğunu başa düşmüş və buna görə də, həmin paketi götürmüşdür. Paketin içərisindən bir az narkotik vasitə götürüb üzərində olan kibrit qutusuna doldurmuş və imkan edib istifadə edəcəyini düşünmüşdür. Həmin kibrit qutusunu əynində olan cins materialından olan gödəkçənin sağ döş cibinə qoymuş, paketi isə özü ilə götürərək evə aparmağı düşünmüş və ev istiqamətinə getmişdir. Evinin yaxınlığında saat təxminən 23:00 radələrində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra ona qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etdiyinə görə saxlanıldığı və şübhəli şəxs qismində tutulduğu izah edilmişdir. Bununla əlaqədar olaraq hüquqlarının müdafiəçi vəkil Müdafiəçi tərəfindən qorunduğu bildirilərək ona təqdim edilmişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılacağı, axtarışın video görüntüyə alınacağı da bildirilmişdir. Çəkiliş altında ondan ilkin olaraq üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulmuş, varsa digər əşyalarla birlikdə könüllü şəkildə çıxarıb təqdim etmək təklif edilmişdir. O da, həmin vaxt əynində olan gödəkçənin sağ döş cibindən kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra, isə əlində olan paketi təqdim edib, içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra, polis əməkdaşları onlara təqdim etdiyi narkotik vasitəni ağ rəngli kağız zərfə qoyaraq qablaşdırmış və üzərindən aşkar olunmuş narkotik vasitəyə dair protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunmuş və imzası ilə həmin protokolun düzgünlüyünü təsdiq etmişdir. Bundan başqa, o, 2019-cu ilin dekabr ayının axırlarında xalası oğlu Şahid1 Xızı rayon, Sitalçay kəndində yerləşən evindən qabqacaq, alüminium qazan, ütü, meyvə qabları, qaşıq-bıçaq-çəngəl dəstləri, ətçəkən maşın oğurlamışdır. Həmin əşyaların hamısını elə həmin vaxtlarda kəndə köhnə əşyalar almağa gələn şəxslərə satmışdır. Mirzəmməd bu oğurluqdan yalnız yeni il günü xəbər tutmuşdur. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, həmçinin, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, əvvəllər ailəliklə Xızı rayonu, Sitalçay kəndində yaşamışlar və təxminən 3 il olar, Sitalçay kəndindən çıxaraq, Bakı şəhərinə köçüb orada yaşayırlar. Onlardan sonra Xızı rayon, Sitalçay kəndində yaşayan ailəvi dostları Mirzəmməd də ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. OnlarBakı şəhərinə köçəndə bir çox məişət əşyalarını, qab-qacaq, bahalı xrustal əşyaları, eləcə də, soyuducu, televizor, divan-kreslo və sairəşyalarınıMirzəmmədin Sitalçay kəndindəki evinin bir otağına yığmışlar. Təxminən 1 il yarım bundan qabaq Mirzəmmədin evindən oğurluq olmuş və sonuncuya məxsus çoxlu sayda məişət əşyaları oğurlanmışdır. Daha sonra, dəfələrlə yenə də xırda oğurluq halları olmuşdur. Sonuncu dəfə Mirzəmmədin onunəşyaları yığılan otağından təxmini qiyməti 200 manat olan elektriklə işləyən istifadə olunmamış ətçəkən maşın, təxmini qiyməti 25 manat olan istifadə olunmamış ütü, təxmini qiyməti 20 manat olan istifadə olunmamış elektrik çaydanı, təxmini qiyməti 230 manat olan istifadə olunmamış qaşıq-çəngəl-bıçaq dəsti, təxmini ümumi qiyməti 180 manat olan xrustal stəkan-bakal dəsti, təxmini qiyməti 120 manat olan 2 ədəd meyvə qabı, təxmini qiyməti 700 manat olan farfor materialından qab-qacaq dəsti, bundan başqa təxmini ümumi qiyməti 250 manat olan adi qab-qacaq, alüminium qazan və sairəşyalar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Onlarbu oğurluq faktından xx xxxxxx 2020-ci il tarixdə Mirzəmməd kənddəki evinə baş çəkən zaman xəbər tutmuşlar. Hadisə ilə bağlı Mirzəmməd onaməlumat vermişdir. Bundan sonra, o, oğurluq faktı ilə əlaqədar DİN-in “102” xidmətinə müraciət etmişdir. Daha sonra, hadisə yerinə gələn müstəntiq evə baxış keçirib, onaməxsus əşyaların yığıldığı otağın pəncərəsinin şüşəsi orada, naməlum əl-barmaq izləri olduğu üçün çərçivəsindən çıxarılaraq maddi sübut kimi götürülmüşdür. Baş vermiş oğurluq nəticəsində onatəxminən 2200 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyindən, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncunun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, hazırda ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və kiçik biznes fəaliyyəti ilə məşğul olur.Əvvəllər ailə dostları Zərərçəkmiş şəxs ilə birlikdə Xızı rayonu, Sitalçay kəndində yaşamışlar və təxminən 3 il olar, Sitalçay kəndindən çıxmışdır. Onlar Bakı şəhərinə köçəndə Zərərçəkmiş şəxs bir çox məişət əşyalarını, qab-qacaq, bahalı xrustal əşyaları, eləcə də, soyuducu, televizor, divan-kreslo və sairəşyalarınıonun Sitalçay kəndindəki evinin bir otağına yığmışlar. Təxminən 1 il yarım bundan qabaq evindən oğurluq olmuş və ona məxsus çoxlu sayda məişət əşyaları oğurlanmışdır. Daha sonra, evindən dəfələrlə yenə də xırda oğurluq halları olmuşdur. Sonuncu dəfə evinin Zərərçəkmiş şəxs əşyaları yığılan otağından elektriklə işləyən istifadə olunmamış ətçəkən maşın, ütü, elektrik çaydanı, qaşıq-çəngəlbıçaq dəsti, xrustal stəkan-bakal dəsti, 2 ədəd meyvə qabı, farfor materialından qabqacaq dəsti, bundan başqa qab-qacaq, alüminium qazan və sairəşyalar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O, bu oğurluq faktından xx xxxxxx 2020-ci il tarixdə kənddəki evinə baş çəkən zaman xəbər tutmuşvəbu barədə Zərərçəkmiş şəxs da məlumat vermişdir. Bundan sonra, onlaroğurluq faktı ilə əlaqədar DİN-in “102” xidmətinə müraciət etmişlər. Daha sonra, hadisə yerinə gələn müstəntiq evə baxış keçirib, Zərərçəkmiş şəxs məxsus əşyaların yığıldığı otağın pəncərəsinin şüşəsi orada, naməlum əl-barmaq izləri olduğu üçün çərçivəsindən çıxarılaraq maddi sübut kimi götürülmüşdür. Bu hadisədən bir müddət sonra, təxminən yanvar ayının axırlarında Xızı rayon Polis Şöbəsindən ona zəng olunaraq, evindən oğurluq edən şəxsin saxlanıldığı bildirilmiş və ifadə vermək üçün Xızı RPŞ-yə dəvət olunmuşdur. Polis Şöbəsində olarkən həmin oğurluğun doğma xalası oğlu, uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs tərəfindən edilməsini bilmişdir. O, evinin açarını qalmaq üçün Təqsirləndirilən şəxs verdiyinə peşiman olmuş və buna çox təəssüf etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin Nakotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Xızı rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupuna Xızı rayonu, Sitalçay kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də, həmin məlumatın yoxlanılması üçün tərəfindən xx xxxxxx 2020-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Daxil olmuş əməliyyat məlumatın yoxlanılması üçün polis əməkdaşları ilə birlikdə Xızı rayonu, Sitalçay kəndinə gedərək əməliyyat-istintaq tədbiri həyata keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs saxlayaraq çəkiliş vasitəsi ilə özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs da, özünü təqdim etməsini təklif etmişlər. Özünü onlara təqdim etdikdən sonra şöbənin müstəntiqi Rəşad Cavadov narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyini bildirərək, ona hüquq və vəzifələrini izah edib, sonuncuya hüquqlarını müdafiə etmək üçün Siyəzən rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq hər hansı bir əşya olub-olmaması soruşulduqda, o da əynində olan göy rəngli cins materialından olan gödəkçənin sağ döş cibindən bir ədəd kibrit qutusu çıxarıbonlara təqdim etmiş və həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Kibrit qutusu tərəflərindən açılmış və içərisində həqiqətən də narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər quru-yaşıl ot kütləsi olduğu müəyyən edilmişdir. Daha sonra, şübhəli şəxsdən sol əlində tutduğu yaşıl rəngli sellofan paketdə nə olduğunu soruşduqda, sonuncu həmin paketi təqdim edərək, onun da içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Paket açılmışvə içərisindən əlavə olaraq rəngli polietilen paketə qoyulmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, spesifik qoxuya malik, quru-yaşıl ot kütləsi aşkar olunaraq götürülmüşdür. Sonuncudan həmin narkotik vasitələri haradan əldə etməsini soruşduqda, o, həmin narkotik maddə olan marixuananı kənd ərazisində dəmir yolunun kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra, həmin narkotik maddə olan marixuana zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahidlər Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3 və Xızı RPŞ-nin Post patrul xidməti taqımının polis nəfəri Şahid4Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2917 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 4 adda malların, o cümlədən ətçəkən maşın 120 manat, ütü 25 manat, tefal markalı elektrik çaydanı 20 manat, 2 ədəd meyvə qabı 70 manat olmaqla, 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 235 manat müəyyən edilir. Digər 3 adda mal haqqında kifayət qədər məlumat olmadığı üçün həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Cinayət işinin 117-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2393 saylı ekspert rəyindən görünür ki, 1) tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,456 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) tədqiqata təqdim olunmuş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri yazılmış yaşıl rəngli sellofan torbadakı bir ədəd polietilen torbada təmiz çəkisi 470,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 3) marixuananın ümumi çəkisi - 475,456 qramdır. 4) tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə və bir ədəd yaşıl rəngli sellofan torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata cəmi 0,1 qram sərf edildikdən sonra narkotik maddə marixuananın qalıq çəkisi 475,356 qram təşkil etmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 89 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 148-149-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 398 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-24-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan mavi rəngli cins materialından olan gödəkçənin sağ döş cibindən 1 ədəd kibrit qutusunu, eləcə də sol əlində tutduğu açıq-yaşıl rəngli sellofan paketi təqdim etmiş və onların içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-78-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, baxış keçirilən yer Xızı rayonu, Sitalçay kəndində yerləşən vətəndaş Şahid1 məxsus birmərtəbəli fərdi yaşayış evidir. Evin yerləşdiyi həyətyanı sahəyə daxil olarkən sol tərəfdə hamam otağı və tualet yerləşir. Həmçinin, hamam otağına bitişik bir neçə yardımçı tikililər vardır. Sağ tərəfdə isə uzunluğu 10-12 metr, eni 4 metr olan birmərtəbəli yaşayış evidir. Evin ümumilikdə 1 mətbəxi və 3 otağı vardır. Mətbəxt və otaqların hər birinin girişi ayrıdır və üzü həyətə baxır. Mətbəx sonradan evin daş tikilisinə əlavə olunmuş çiy kərpicdən tikilmişdir. Evin otaqlarının ümumilikdə 5 pəncərəsi vardır. Pəncərələrdən birinin şüşəsi sındırıldığı üçün yerinə taxta dikt vurulmuşdur. Ev sahibinin deməsinə görə həmin hissə indiki oğurluq baş verməmişdən bir neçə ay əvvəl olmuş və taxta dikt də oraya ev sahibinin özü tərəfindən qoyulmuşdur. Evin oğurluq baş verdiyi otağı həyətin baş tərəfində yerləşir. Həmin otağın biri həyətə, digəri evin arxa tərəfinə baxan iki pəncərəsi vardır. Həmin otağın giriş qapısına baxış zamanı qapının kilidində və üzərində heç bir zorakılıq əlamətlərinə rast gəlinmir. Otağın həyətə baxan pəncərəsi tamlığı pozulmamış şəkildədir, eləcə də, pəncərənin şüşələri tamdır. Sadəcə pəncərənin yuxarı sağ hissəsindəki eni və uzunluğu 30 sm olan şüşənin sol üst kənarı qeyri-simmetrik şəkildə sınıb düşmüşdür. Həmin yerdən evə daxil olunması qeyir-mümkün olduğundan bu hissə şübhə doğurmur, lakin pəncərənin sağ aşağı hissəsindəki eni 30 sm, uzunluğu 75 sm olan şüşəsinin üzərində əl-barmaq izləri olduğundan tədqiq olunması üçün tərəfindən yerindən çıxarılaraq götürülmüşdür. Oğurluq baş verən otağa daxil olarkən orada üstünü toz basmış və ayaq izləri olan divan, kreslo, stullar, qab-qacaq, televizor, paltaryuyan maşın, 2 ədəd velosiped, yorğan-döşək-balış qalağı, çanaq antena və şkaflar vardır və dağınıq haldadır. Baxış zamanı “Xiaomi Mi 8” markalı mobil telefonun kamerası vasitəsilə şəkillər çəkilib protokola əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-113-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən, işin 122-126-cı vərəqələrindəki Xızı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 1(068)-07/2014 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxx 2019-cu il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Cinayət işinin 14-15-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 64-66-cı vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(068)-4/2020 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 134-135-ci vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd yaşıl rəngli sellofan paketin və 1 ədəd kibrit qutusunun içərisində ümumi təmiz çəkisi 475,456 (tədqiqatdan qalıq qalmış 475,356) qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat hissəsinin saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in X1 xx xxxxx 2020-ci il tarixli, 011-3916-1220 saylı məktubundan görünür ki, Xızı rayonu Sitalçay kənd sakini Şahid1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri ümumi və xüsusi əlamətləri, izlərin mərkəzi və deltası aydın əks olunmadığına görə müqayisəli tədqiqat aparılması üçün yararsızdır. Cinayət işinin 153-160-cı vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.1-ci və 234.1-ci maddələrinə tövsüf olunmuş, ona həmin maddələr ilə yenidən ittiham elan edilmiş, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.2-ci maddələrinin tərkib əlamətlərinin olması sübuta yetmədiyindən barəsində həmin maddələrilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işinin 34-35-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd X7 üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Sitalçay kəndində yaşayır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyindən, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncunun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə tam təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə münasibətdə, yəni bu cinayət az ağır cinayət olduğuna görə cinayətin residivini yaradır. Bundan başqa, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkumluğu ödənilməsə də, hazırki törətdiyi digər əməl (CM-nin 177.1-ci maddəsi) böyük ictimai təhlükə törətməyən cinayət olduğu üçün, bu hal Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinin tələbinə görə residiv müəyyən edilərkən nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi maddələrdən yalnız birinin, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməllərdə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının, mülkiyyətinin təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən yenidən qəsdən eyni və başqa kateqoriyadan olan cinayət əməllərinin törədilməsi ilə onun törətdiyi əməllərin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halın olmasını nəzərə alaraq, təqsirləndirilən şəxsin islah olunmasının yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olacağı qənaətinə gələrək, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 475,356 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 139 (bir yüz otuz doqquz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 02 (iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 475,356 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 139 (bir yüz otuz doqquz) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-18/2020
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-18/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver