Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-18/2021 15.04.2021 XIZI RAYON MƏHKƏMƏSİ X7 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1964-cü il tarixdə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olan, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı Xızı rayonu, Sitalçay kəndində yerləşən birmərtəbəli fərdi evin həyətyanı sahəsinin bağında - nar ağacının yanında dəmir tor çəpərə alınmış kiçik sahədə cari ilin mart ayında qanunsuz olaraq 03 ədəd əkilibbecərilməsi qadağan olunan narkotik xassəli çətənə bitkilərini əkib, onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirmiş, xx xxxxxx 2020-ci il tarixdə, saat 14:40 radələrində Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı mənzilə baxış keçirilən zaman qeyd olunan yerdə əkilib becərilmiş, yaş halda çəkisi 8010 qram olan, ümumilikdə 03 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2020-ci ilin mart ayının ortalarında uzun müddət əvvəl özündə olan çətənə bitkisinin 3 ədəd toxumunu yaşadığı evin həyətindəki bağda - nar ağacının yanında əkmiş və toyuq-cücə əzməsin deyə ətrafını dəmir torla çəpərləmişdir. Bir neçə gün sonra toxumların cücərməyə və boy atmağa başladığını görüb onlara mütəmadi olaraq qulluq göstərmişdir. Vaxtı-vaxtında sulamış, diblərni belləmiş və peyinlə gübrələmişdir ki, bitkilər daha da, keyfiyyətli yetişsin. Beləcə, 5 ay müddətində yetişmiş olan 3 ədəd çətənə bitkisinə qulluq etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, günorta saatlarda evin həyətində olarkən cip modelli bir qara maşının həyətinə tərəf gəldiyini gördükdə polis əməkdaşları olduğu ürəyinə dammışdır. Maşın gəlib həyətin hasarının yanında dayanmış və üç nəfər mülki geyimli şəxs maşından düşüb həyətin qapısını döyüb icazə alaraq polis əməkdaşları olduqlarnı bildirib, həyətə daxil olmuşlar. Daha sonra, ora başqa bir maşın da, gəlmiş və içərisindən həm mülki, həm də polis geyimli şəxslər və kəndin icra nümayəndəsi düşərək onunla birlikdə evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. O, səbəbi ilə maraqlandıqda polis əməkdaşları onlarda çətənə kolları əkməyi ilə bağlı məlumat olduğunu bildirmişlər. O, artıq polislərin çətənə kolları əkdiyindən xəbər tutduqlarını başa düşərək etiraz etməyin mənasız olduğunu dərk edib, baxış üçün razılaşmışdır. Bundan sonra, polis əməkdaşlarına və icra nümayəndəsinə çətənə kollarını əkdiyi yeri göstərmiş, videoçəkilişlə çətənə kollarına baxış keçirilmiş, nəticədə kollar polis əməkdaşları tərəfindən əkdiyi yerlərdən kökləri ilə birlikdə çıxarılaraq qablaşdırılmış və bununla bağlı müstəntiq tərəfindən protokol tərtib olunmuşdur. Daha sonra, polis əməkdaşları izahatının alınması üçün onu Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri ilə, həmçinin, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 ifadəsində göstərdi ki, Xızı rayonu, Sitalçay kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkibbecərməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixdə qərar qəbul edilərək, həmin gün təxminən saat 14:00 radələrində şöbənin əməkdaşları ilə birgə Xızı rayonu, Sitalçay kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı əraziyə getmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs iştirakı ilə kənd ərazisində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətin bağ sahəsinin sol qurtaracağında, nar ağacının yanında dəmir tor çəpərə alınmış kiçik sahədə 03 ədəd narkotik tərkibli çətənə kolları əkildiyi müəyyən olunmuşdur. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs qeyd olunan yerdə əkilən bitkilər barədə soruşulduqda, sonuncu həmin bitkilərin həqiqətən də, əkilib-becərilməsi qanunla qadağan olunan, tərkibində narkotik maddələr olan çətənə bitkiləri olmasını və həmin bitkilərin onun tərəfindən öz şəxsi istifadəsi üçün mart ayında əkilməsini bildirmişdir. Bitkilərinin növünün müəyyən olunması məqsədilə dəvət olunmuş mütəxəssis-aqronom bitkilərə baxış keçirib onların həqiqətən də, spesifik qoxuya malik, tərkibində narkotik maddələr olan çətənə kollarına bənzər bitkilər olmasını təsdiq etmiş, bundan sonra həmin bitkilər aqronomun iştirakı ilə kökləri ilə birlikdə əkildikləri torpaqdan çıxarılmış və məhkəmə-bioloji ekspertiza tədqiqatına göndərilməsi üçün müvafiq şəkildə qablaşdırılmışdır. Daha sonra, müstəntiq tərəfindən bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə istintaqında dindirilmiş şahid - aqronom mütəxəssis Şahid3, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin vaxt Xızı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Həmçinin, Şahid1 məhkəməyə teleqram ünvanlayaraq xidməti iş yerinin dəyişdirilməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 15-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli aqronom rəyində göstərilmişdir ki, həmin tarixdə tərkibində narkotik maddə olan bitkilərin əkilib-becərilməsini müəyyən etmək məqsədilə Xızı rayonu, Sitalçay kəndində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən əkilmiş tərkibində narkotik maddə olan çətənə bitkisinə oxşar, spesifik qoxuya malik cəmi 03 ədəd bitkilər aşkar edilmiş, həmçinin həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 7/504 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs ... 03 ədəd ...” yazıları və imzalar olan ağ rəngli sintetik torbadakı sayı 03 (üç) ədəd yaş vəziyyətdə, ümumi çəkisi - 8010 qram (8 kq 10 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqdim edilmiş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata cəmi 0,15 qram sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin qalıq çəkisi 8009,85 qram təşkil etmişdir. Cinayət işinin 43-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 69,82 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 2874 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 12-14-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirlən yer Xızı rayonu, Sitalçay kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsidir. Evin həyətyanı sahəsinə 2 yerdən giriş qapısı vardır. Həmin girişlər evin yerləşməsinə görə həyətin sağında və solundadır. Baxış üçün həyətyanı sahəyə sağdakı girişdən daxil olmuşlar. Girişdən solda 1 mərtəbəli, kürsüsüz ev yerləşir. Həmin evə bitişik tikilmiş, əsas yaşayış olan kürsülü ev sağ girişdən solda, həyətin sol girişinin yanında yerləşir. Əsas yaşayış olan evlə üzbəüz, həyətyanı sahədə ayrıca tikli halında hamam otağı vardır. Girişdən sağda isə bağ sahəsi yerləsir. Baxışda iştirak edən ev sahibi Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində qanunsuz olaraq əkilmiş, tərkibində narkotik maddələr olan bitkilər olub-olmaması soruşulmuş, sonuncu da, cavab olaraq həyətyanı sahəsində tərkibində narkotik məddələr olan çətənə kolları əkməsini etiraf etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs çətənə kollarını əkdiki yeri göstərməsi tələb olunmuşdur. Bu zaman onun göstərdiyi yerə baxış keçirilmiş və evin həyətyanı sahəsində olan bağın sol qurtaracağında, nar ağacının yanında dəmir tor çəpərə alınmış kiçik yerdə 03 ədəd çətənə bitkisinə bənzər kollar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkilər barədə soruşduqda sonuncu bildirmişdir ki, həmin bitkilər əkilib-becərilməsi qanunla qadağan olunan tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və həmin bitkilər onun özü tərəfindən öz şəxsi istifadəsi üçün həmin ilin mart ayında əkilmişdir. Daha sonra mütəxəssis aqronom qismində dəvət olunmuş Xızı RİH-nin baş məsləhətçisi, ixtisasca ali təhsilli aqronom olan Şahid3 bitkilərə baxış keçirib, onların həqiqətən də, tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzər olduğunu qeyd etmişdir. Ölçmə ilə müəyyən olunmuşdur ki, həmin bitkilərin hündürlükləri 100-130 sm arasında dəyişir. Bundan sonra, həmin bitkilər əkildikləri yerdən kökləri ilə birgə çıxarılaraq, müvafiq şəkildə qablaşdırılmış və əraziyə baxışın video görüntüləri mobil telefon vasitəsi ilə qeydə alınaraq, protokola əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 64-65-ci vərəqələrində olan Xızı RPŞnin İQ-nun müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd, yaş vəziyyətdə ümumi qalıq çəkisi 8009,85 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 118-123-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə olan ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, eyni zamanda onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-112-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən, işin 113-114-cü vərəqələrində olan qərarın və iş materiallarına əlavə edilmiş hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxx 2006cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 237.1 və 234.2-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsnin xx xxx 2008-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 il 6 ay 4 gün hissəsini çəkmək üçün PX-nin 6 saylı MTCMnə köçürülmüş, daha sonra yenə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək, 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 18 günü yeni təyin edilmiş cəza ilə qismən toplanmaqla, qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsnin xx xxxxxxx 2015-ci il tarixli qərarı ilə çəkilməmiş qalan cəzasının 07 ay 13 gün çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-32-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-72-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(068)-17/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xızı rayon Polis Şöbəsinin istintaq qrupunun müstəntiqi X3 vəsatəti təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-85-ci vərəqələrində olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(105)-75/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina barədə Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 116-117-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, onun tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halın olmasını nəzərə alaraq, təqsirləndirilən şəxsin islah olunmasının yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olacağı qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısında cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 8009,85 qram təşkil edən narkotik təbiətli 03 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, cəmi 69,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 8009,85 qram təşkil edən narkotik təbiətli 03 (üç) ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-18/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-18/2021
15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver