Məhkəmə qərarları › İş №1(068)-18/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-18/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-18/2022 02.11.2022 XIZI RAYON MƏHKƏMƏSİ X9 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1964-cü il tarixdə Şamaxı rayonu, Bağırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə, saat 21:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E 220 CDİ minik” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Xızı rayonu, Yeni Yaşma kəndi ərazisindən keçən 56,5-ci kilometrliyində, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək, 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 90 km/saat sürətə qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90-100 km\saat sürətlə idarə edib Bakı istiqamətindəki sol hərəkət zolağı ilə hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməmiş, qarşıda onunla eyni istiqamətdə eyni hərəkət zolağında iki yük avtomobilinin düzünə hərəkətdə olduğunu görüb avtomobilin uzaq vuran işıqlarını yandırıb-söndürməklə sürücülərə yol vermələri üçün işarə etsə də, yol verilmədiyini görüb idarə etdiyi avtomobili sağ hərəkət zolağına çıxaranda idarə etməni itirdiyindən avtomobil yolun hərəkət hissəsinin sağ kənarında dayanmış sürücü Şahid1 idarə etdiyi “Daımler Chrysler D minik” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tin hissəsi ilə toqquşaraq yolun sağ kənarına aşmış, nəticədə ehtiyatsızlıqdan sərnişin X4 döş qəfəsinin küt travması, sağ İV-X, sol İİİ-İX qabırğaların ön qoltuqaltı xətt üzrə yerdəyişən qapalı sınıqları, sağ və sol ağ ciyərlərin yaraları, daxili qanaxma, sağ almacıq nahiyəsinin qançırı, qarnın ön divarının sağ hissəsinin sıyrığından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1981-ci il tarixdən “C” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla, avtomobil idarə edir, son dəfə sürücülük vəsiqəsini 12 oktyabr 2016-cı il tarixdə dəyişmiş və hazırki sürücülük vəsiqəsi “B” kateqoriyalıdır. Avtomobil idarə etdiyi müddət ərzində yol-nəqliyyat hadisəsi törətməmiş və sürücülük hüququndan məhrum olunmamışdır. 27 iyul 2021-ci il tarixdə, saat 21:50 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E 220 CDİ» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə 90-100 km/saat sürətlə Bakı istiqamətində düzünə hərəkət etmiş, həmin vaxt avtomobilində bir sərnişin olmuş, həmin sərnişin - X6 avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Yolun Xızı rayonu, Yeni Yaşma kəndi ərazisindən keçən 56,5-ci kilometrində hərəkətdə olarkən qarşısında eyni istiqamətdə markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi iki yük avtomobili düzünə hərəkət etmişdir. Avtomobilinin uzaq vuran işıqlarını yandırıb-söndürməklə qarşısında hərəkət edən yük avtomobillərinə ona yol vermələri üçün işarə etsə də, onlar yol verməmişlər. O, məcbur olub yolun sağ hərəkət zolağına keçəndə həmin zolağda qarşıda nisbətən aşağı sürətlə düzünə hərəkət edən avtomobili görüb ayağını tormoz pedalına sıxmış və idarə etdiyi avtomobil tormozlanmış halda sürüşməklə irəliyə doğru hərəkət etmişdir. Bu zaman o, bir neçə dəfə avtomobilinin səs siqnalından istifadə etməklə qarşıda gedən “Daımler Chrysler D minik” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə işarə etmiş, həmin avtomobilin sürücüsü ona yol vermək üçün idarə etdiyi avtomobili yolun Bakı istiqamətində sağ ehtiyat hissəsinə çıxarmış və qarşıda sağ ehtiyat hissə üzərində dayandırmışdır. Bundan sonra o, avtomobili dayandıra bilməyəcəyini, qarşıda eyni hərəkət zolağında hərəkət edən digər avtomobillərlə toqquşa biləcəyini görüb, sükanı sol tərəfə burmuş, lakin sürət yüksək olduğu üçün idarə etdiyi avtomobil yolun hərəkət hissəsində sürüşmüş, bununla da avtomobil idarəetmədən çıxmış və avtomobilinin qabaq sağ hissəsi Bakı istiqamətində yolun sağ ehtiyat hissəsi üzərində dayanmış “Daımler Chrysler D minik” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq buferinin sol künc hissəsinə dəyərək yolun Bakı istiqamətində sağ kənarındakı çökək sahəyə düşüb aşmışdır. Aşmış avtomobildən düşəndən sonra baş vermiş hadisə nəticəsində avtomobilində olan sərnişin X4 ölməsini görmüşdür. “Daımler Chrysler D minik” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sonradan adını bildiyi sürücüsü Şahid1, həmin avtomobildə olan adını sonradan bildiyi sərnişin Şahid2 və o, heç bir xəsarət almamışlar. Hadisə vaxtı onun diqqətini yol şəraitindən yayındıran hərhansı bir səbəb olmamış, onun səhhəti ilə bağlı heç bir problem olmamış, yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü quru, asfaltbeton olmuş, hadisə vaxtı onun avtomobilində bir nəfər sərnişin olsa da, yük olmamış, hadisədən əvvəl spirtli içki, narkotik vasitə və ya hansısa psixotrop maddə qəbul etməmişdir. Bundan sonra, mərhum Anar Hüseynovun ailəsi ilə barışıq əldə edərək onlara maddi cəhətdən köməklik etmişdir. Hazırda əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq təqsirləndirilən şəxslə barışdıqlarından, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum X6 onun oğludur, fiziki cəhətdən tam sağlam idi və heç bir xəstəlikdən əziyyət çəkmirdi. 27 iyul 2021-ci il tarixdə, saat 22:14 radələrində onlara telefon zəngi ilə xəbər verilmişdir ki, həmin gün saat 21:50-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Xızı rayonu, Yeni Yaşma kəndi ərazisindən keçən 56,5-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı oğlu Anar Hüseynov müxtəlif bədən xəsarətləri almış və ilkin tibbi yardım üçün hadisə yerindən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən xəstəxanaya aparmışlar. Bu xəbəri eşidən kimi digər oğlu Elnur Hüseynov dərhal yaşadığı evdən çıxıb Sumqayıt şəhərinə getmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, 27 iyul 2021-ci il tarixdə, saat 21:50 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Xızı rayonu Yeni Yaşma kəndi ərazisindən keçən 56,5-ci kilometrində mərhum oğlu Anar Hüseynovun sərnişini olduğu, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz E 220 CDİ» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməni itirməsi səbəbindən yolun Bakı istiqamətində sağ kənarına çıxaraq aşmış, nəticədə oğlu Anar Hüseynov hadisə yerində ölmüşdür. Mərhum oğlu Anar Hüseynovun meyiti Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinin meyitxanasında məhkəmə tibbi müayinədən keçirildikdən sonra dəfn edilməsi üçün onlara təhvil verilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, 27 iyul 2021-ci il tarixdə, saat 21:50 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Daımler Chrysler D minik” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağı ilə 65-70 km/saat sürətlə Bakı istiqamətində düzünə hərəkət etmiş və avtomobilində bir nəfər sərnişin, yəni Şahid2 avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Yolun Xızı rayonu Yeni Yaşma kəndi ərazisindən keçən 56,5-ci kilometrində hərəkətdə olarkən arxadan gələn bir avtomobilin tormoz səsini eşidib, təhlükə hiss etdiyi üçün idarə etdiyi avtomobili yolun Bakı istiqamətində sağ ehtiyat hissəsinə çıxarıb dayandırmışdır. Bundan sonra, idarəetmədən çıxıb sağ tərəfə istiqamətlənmiş həmin avtomobilin qabaq sağ hissəsi onun dayanmış vəziyyətdə olan avtomobilinin qabaq buferinin sol künc hissəsinə dəyərək buferi qoparmış və yolun Bakı istiqamətində sağ kənarındakı çökək sahəyə düşüb aşmışdır. O, aşan avtomobildə olan şəxslərə kömək etmək məqsədi ilə öz avtomobilinin qəza işıqlarını qoşmuş və avtomobilində olan sərnişin Şahid2 ilə birlikdə avtomobildən düşüb aşmış avtomobilə yaxınlaşmış, eyni zamanda mobil telefonla “102” zəng xidmətinə və təcili yardıma zəng vurub hadisə barədə məlumat vermişdir. Daha sonra, hadisə yerində olan tanımadıqları şəxslərin köməyi ilə aşmış avtomobili itələyərək təkərləri üstə qoymuşlar. Bundan sonra, avtomobilin sükanı arxasında olan və adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs avtomobildən düşmüşdür. Sürücü Təqsirləndirilən şəxs və onlar ətrafa nəzər salanda görmüşlər ki, «Mercedes Benz E 220 CDİ» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin, adını sonradan bildiyi X6 avtomobilin arxa sol tərəfində üzü üstə yerdə uzanmış haldadır. Orada olan tanımadığı şəxslər ağır vəziyyətdə olan Anar Hüseynova ilkin yardım göstərmək istəsələr də, bir neçə dəqiqədən sonra müəyyən olunmuşdur ki, Anar Hüseynov artıq aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Daha sonra, X4 meyiti hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə aparılmış və onların iştirakı ilə polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Hadisə nəticəsində avtomobilində olan sərnişin Şahid2, «Mercedes Benz E 220 CDİ» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və o, heç bir bədən xəsarəti almamışlar. Məhkəmə istintaqında Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş, işin 87-90-cı səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 məhkəmə-tibb ekspertizasının 19 avqust 2021-ci il tarixli, 89 saylı rəyindən görünür ki, müayinə zamanı X4 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər döş qəfəsinin küt travması, sağ İV- X, sol İİİ-İX qabırğaların ön qoltuqaltı xətt üzrə yerdəyişən qapalı sınıqları, sağ və sol ağ ciyərlərin yaraları, daxili qanaxma, sağ almacıq nahiyəsinin qançırı, qarnın ön divarının sağ hissəsinin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. X4 ölümünə səbəb almış olduğu döş qəfəsinin küt travması nəticəsində daxili qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X4 meyitindən götürülmüş qanın məhkəmə kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddə aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 95-97-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2021-ci il tarixli, 8/1826 nömrəli rəyindən görünür ki, ilkin kontakt anında toqquşma «Mercedes Benz E220 CDİ» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkəri ilə “Daımler Chrysler D minik” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi (qabaq bamperin sol kılık) arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Təqdim edilmiş «Mercedes Benz E220 CDİ» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr (izlər) qabaqdan arxaya, “Daımler Chrysler D minik” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr (izlər) arxadan qabağa doğru istiqamətlənib. Hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izi haqqında məlumat olmadığından ilkin kontakt anında nəqliyyat vasitələrin yola nəzərən vəziyyətlərini və nəticə etibarı ilə hadisənin baş vermə mexanizmi eksperiza yolu ilə müəyyən etmək mümkün deyildir. Məhkəmə iclasında elan edilmiş, işin 94-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, işin 106-107-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2022-ci il tarixli, 8/3290 saylı rəyindən görünür ki, “Mercedes Benz E220 CDİ” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında elan edilmiş, işin 105-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş işin 48-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 iyul 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş, işin 40-cı səhifəsində olan AC seriyalı, 681376 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Məhkəmə iclasında elan edilmiş, işin 71-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 10 avqust 2021-ci il tarixli, 016- 93280-1221 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtihan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək müddətə etibarlı olan) «B» kateqoriyalı, AC seriyalı, 681376 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 25-ci səhifəsində olan 27 iyul 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 5242 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı alkoqol qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 41-ci səhifəsində olan AD seriyalı, 602660 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz E 220 CDİ minik» markali, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. Məhkəmə iclasında elan edilmiş, işin 52-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 02 avqust 2021-ci il tarixli, 016- 89084-1221 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtihan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «Mercedes Benz E 220 CDİ minik» markali, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adında qeydiyyatdadır və etibarnamə verilmiş şəxslər barədə məlumatlara əsasən sonuncu etibarnamə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 110-cu səhifəsində olan 18 fevral 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, “Mercedes Benz E220 CDİ minik” markalı, **-KN-*** və “Daımler Chrysler D minik” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 143-144-cü səhifələrində olan 29 mart 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 152-158-ci səhifələrində olan sübutların qiymətləndirilməsi haqqında 30 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs 10 sentyabr 2022-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə verilmiş “Mercedes Benz E220 CDİ minik” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı və “Daımler Chrysler D minik” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün sahiblərinə verilmiş “Mercedes Benz E220 CDİ minik” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı və “Daımler Chrysler D minik” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar