Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-18/2023 19.04.2023 XIZI RAYON MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1993-cü il tarixdə Xızı rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq istehsalçı müəssisəsinin icazə verilən maksimum yük götürməsi 10225 kiloqram olan «KAMAZ 53212 yük» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən edilmiş kəmiyyətdən artıq, yəni 15000 kiloqram yüklə 16 oktyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonunun Giləzi kəndi ərazisindən keçən 68-ci kilometrində Bakı şəhəri istiqamətində 50 km/saat sürətlə idarə edərkən qarşıda hərəkət edən nəqliyyat vasitəsinə yaxınlaşdıqca, həmin avtomobilin sürücüsü sürəti kəsin azaltdıqda və ya dayandırdıqda idarə etdiyi avtomobili həmin həmin avtomobilə çatmadan öz hərəkət zolağında dayandıra bilməsi və öz hərəkət zolağında tormozlama əməliyyatı aparmaqla nəqliyyat vasitələri arasında yaranmış toqquşma təhlükəsini aradan qaldırmağa imkanı olması üçün aralarında qalan məsafəyə uyğun sürət seçməli olduğu halda bunu etməyib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-ci hissəsinin tələblərini və 1.1 üfüqi nişanlanma xəttini kəsib qarşı əks hərəkət zolağına çıxmamalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı halda bunu etməyib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, avtomobilin sürətini azaldıb 40 km/saat sürətlə əks hərəkət zolağına çıxaraq idarə etdiyi avtomobil X1 Quba rayonu istiqamətində 60 km/saat sürətlə idarə etdiyi «VAZ- 21099 minik» markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ kənarından 2,2 metr məsafədə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan “VAZ- 21099 minik” markalı avtomobilin sürücüsü X2 insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran hər iki ağ ciyər əziyi, sol ağciyərin çoxlu qanitirməyə səbəb olan cırılmış yaraları, sol tərəfli İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların qapalı, yerdəyişən sınıqları, döş qəfəsi və sol bazu nahiyələrinin sıyrıqları xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 16 oktyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində «KAMAZ 53212 yük» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən Dəyirmanından un yükləyib Bakı şəhərinə yola düşmüşdür. Həmin vaxt yolun Bakı şəhəri istiqamətində olan hərəkət zolağında təmir işləri getdiyindən yolun Quba rayonu istiqamətində olan hərəkət zolağı iki tərəfli hərəkət istiqamətinə bölünməklə nəqliyyat vasitələrinin qarşı-qarşıya hərəkət etmələri təmin edilmişdir. Bu vaxt qeydiyyat nişanına fikir vermədiyi dörd-beş minik avtomobili onun idarə etdiyi avtomobili keçərək qarşıda hərəkət edən yük avtomobillərinin arasına girmiş və sonuncu maşın qarşısında qəfil əyləci basaraq dayanmışdır. Qarşıda hərəkətdə olan avtomobillə toqquşa biləcəyi təhlükəsi yarandığı üçün idarə etdiyi avtomobili yolun soluna, yəni əks hərəkət yoluna çəkmişdir. Fikirləşmişdir ki, qarşıdan gələn avtomobil ona başa düşər və avtomobili bir az kənara qaçırar. Buna görə də, avtomobili tam olaraq o biri zolağa çıxarmamış, azca qabaq hissəsini sola çəkmiş, lakin bu əməliyyat gec olduğundan idarə etdiyi avtomobilinin qabaq sol tərəfi ilə qarşıdan gələn “VAZ-21099 minik” markalı avtomobilinin qabaq sol hissəsi toqquşmuşdur. Hadisədən dərhal sonra təcili tibbi yardıma zəng etmiş və tez olsun deyə özü qarşıda olan xəsarət almış şəxsi xəstəxanaya aparmaq istəmişdir. Lakin polis əməkdaşları ona “tərpədsən qansızma olar, təcili yardım gəlir” deyərək buna icazə verməmişlər. Bundan sonra, mərhum Ədalət Nurməmmədovun ailəsi ilə barışıq əldə edərək onlara maddi cəhətdən köməklik etmişdir. Hazırda əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, hadisə baş verən günü o, avtomobildə olmamışdır. Belə ki, axşam sinif yoldaşları, kənd camaatı ona zəng edib hadisə barədə ona məlumat vermişlər. Bundan sonra hadisə yerinə getmiş, oradan isə Sumqayıt şəhərində yerləşən xəstəxanaya getmişdir. Xəstəxanaya çatanda kənd camaatının və təqsirləndirilən şəxsin atasının orada olmasını görmüşdür. Həmin vaxt baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində atasının vəfat etməsini, anasının isə huşsuz vəziyyətdə olduğunu bilmişdir. Təxminən 3 saat sonra atasının meyidini cənazə maşını ilə gətirib, onlara təhvil vermişlər. Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışlar, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, bu halın təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır və onların hər hansı bir ədavətləri, düşmənçilikləri olmamışdır. 16 oktyabr 2022-ci il tarixdə günortadan sonra havanın işıqlı vaxtı mərhum əri Ədalət Nurməmmədovla birlikdə sonuncunun idarə etdiyi avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolu ilə Quba istiqamətində hərəkətdə olarkən kitab oxumuşdur. Anidən toqquşma baş vermiş, kitab əlindən yerə düşmüş və huşunu itirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi həmin hissəyə qədər yadındadır. Bir də xəstəxanada reanimasiyada səslər eşidərək ayılmış və avtoqəza nəticəsində əri Ədalət Nurməmmədovun vəfat etdiyini bilmişdir. Hadisənin tam olaraq necə baş verdiyini xatırlamır və bir müddət sonra nə baş verdiyini anlamışdır. Məhkəmə iclasında elan edilmiş, işin 55-57-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 11 noyabr 2022-ci il tarixli, 09 nömrəli ekspert rəyindən görünür ki, X1 meyitində hər iki ağ ciyər əziyi, sol ağciyərin çoxlu qanitirməyə səbəb olan cırılmış yaraları, sol tərəfli İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların qapalı, yerdəyişən sınıqları, döş qəfəsi və sol bazu nahiyələrinin sıyrıqları kimi xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, xx.xx.2022-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb sol ağciyərin cırılmaları, soldan İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların sınıqları nəticəsində baş vermiş travmatik-hemorragik şok olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 3-5 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotizain, pirazolon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2023-cü il tarixli, 8/51 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində “KAMAZ 53212 - yük” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “KAMAZ 53212 - yük” markalı avtomobillə daşıdığı yükün kütləsi istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətdən artıq olduğundan, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında elan edilmiş, işin 76-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş işin 73-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 yanvar 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş, işin 25-ci vərəqəsində olan AE seriyalı, 007958 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Məhkəmə iclasında elan edilmiş, işin 79-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 12 yanvar 2023-cüi il tarixli, 016-/2- 3832/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildən xx.xx.2023-cü il tarixədək müddətə etibarlı olan AE 007958 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 21-ci vərəqəsində olan 16 oktyabr 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 5258 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı alkoqol qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 26-27-ci vərəqələrində olan BA seriyalı, 141340 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ƏN-Vİ seriyalı, 296998 nömrəli etibarnamənin surətindən görünür ki, X3 «KAMAZ 53212 yük» markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 83-cü vərəqəsində olan 18 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, “KAMAZ 53212 – yük” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21099 minik” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 117-ci vərəqəsində olan 19 yanvar 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-ci vərəqəsində olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Bəşir və xx.xx.2017-ci il təvəllüdlü Qasım adında iki azyaşlı övladı vardır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-87-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Qasımov X5 Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmiş, iş üzrə məhkəmə məhkəmə tibbi və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmiş, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şahid sağlamlığa yüngül zərər vuran xəsarət alması və X1 idarə etdiyi “VAZ-21099 minik” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ziyan dəyməsi fakt Təqsirləndirilən şəxs elan ediləcək ittihama daxil edilməmiş, həmçinin sürücü X1 əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmiş və Şahid cinayət prossesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs 18 aprel 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən və sazişdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı atasının ölümü ilə əlaqədar 8000 manat pul (kompensasiya) ödəmiş, həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs 19 aprel 2023-cü il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, eləcə də zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvləri ilə barışıq əldə etmiş, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış və “KAMAZ 53212 - yük” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı və “VAZ- 21099 minik” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, “KAMAZ 53212 - yük” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21099 minik” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-18/2023
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-18/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver