Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-19/2023 19.06.2023 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2001-ci ildə Balakən rayonu, Qazma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Qazma kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 iyul 2022ci il tarixdə, saat 03:00 radələrində Xızı rayonu, Yeni Yaşma kəndində Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə açıq vəziyyətdə olan giriş qapısından qəsdən qanunsuz olaraq daxil olub, həyətdə saxlanılan Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21045” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 250 manat dəyərində “Pioner” markalı bir ədəd maqnitofonu, saxlanc yeri hesab olunan bardoçokdan 8 manat dəyərində avtomobil hissələri olan bir dəst “çaşqa” rezinlərini, 8 manat dəyərində avtomobil hissələri olan bir dəst “stabilizator” rezinlərini, 6 manat dəyərində avtomobil hissələri olan bir ədəd “kristavina”nı, bir ədədinin qiyməti 14 manat olan, 56 manat dəyərində avtomobil hissələri olan dörd ədəd “şaravoy”u, avtomobilin baqajından bir ədədinin qiyməti 15 manat olan, 30 manat dəyərində “Pioner” markalı iki ədəd səsgücləndirici dinamiki götürüb aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 358 manat məbləğində maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan “Şahmurad” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında 21 iyul 2022-ci il tarixdə, saat 07:00 radələrində Zərərçəkmiş şəxs4 icarə ilə işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 33 ünvanında yerləşən “Köz Ət” restoranına zirzəminin qapısının qıfıl hissəsini sındırıb oradan qəsdən qanunsuz olaraq restorana daxil olub, Zərərçəkmiş şəxs4 məxsus 250 manat dəyərində bir ədəd dəmir seyfi içərisində olan 4000 manat nağd pulla birlikdə götürüb aparaq qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 cəmi 4250 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən binaya qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan “Şahmurad” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında 13 avqust 2022-ci il tarixdə, saat 02:00 radələrində Şahid1 məxsus ünvan 1 ünvanında yerləşən Stomatoloji mərkəzin binasına ikinci mərtəbədə yerləşən pəncərəni açıb qəsdən qanunsuz daxil olaraq, diş texniki işləyən Zərərçəkmiş şəxs5 iş otağından masanın siyirməsində olan Zərərçəkmiş şəxs5 məxsus 200 manat dəyərində “İphone 5S” markalı bir ədəd mobil telefonu, diş texniki işləyən Zərərçəkmiş şəxs2 iş otağından masanın siyirməsində olan Zərərçəkmiş şəxs2 məxsus 300 manat dəyərində “LG” markalı bir ədəd mobil telefonu, diş texniki işləyən Zərərçəkmiş şəxs3 iş otağından masanın siyirməsində olan Zərərçəkmiş şəxs3 məxsus 250 manat dəyərində “Samsung” markalı bir ədəd mobil telefonu və diş həkimi işləyən Zərərçəkmiş şəxs6 iş otağından Zərərçəkmiş şəxs6 məxsus asılqandan asılmış xalatın cibindən 600 manat nağd pulu, masanın siyirməsindən bir ədədi 90 manat dəyərində olan cəmi 270 manat dəyərində üç ədəd qızıl diş qapaqlarını götürüb apararaq qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs5 200 manat məbləğində, Zərərçəkmiş şəxs2 300 manat məbləğində, Zərərçəkmiş şəxs3 250 manat məbləğində və Zərərçəkmiş şəxs6 870 manat məbləğində olmaqla, cəmi 1620 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən binaya qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 sentyabr 2022-ci il tarixdə, saat 03:00 radələrində Balakən rayonu, Talalar kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs7 məxsus saxlanc yeri hesab olunan ərzaq mağazasına giriş qapının üzərindəki asma qıfılı sındırma yolu ilə açıb qəsdən qanunsuz olaraq mağazaya daxil olmuş, mağazanın içərisində Zərərçəkmiş şəxs7 məxsus kassada olan 750 manat məbləğində nağd pulu, 80 manat dəyərində qırx ədəd iki manatlıq, 60 manat dəyərində iyirmi ədəd üç manatlıq, 100 manat dəyərində iyirmi ədəd beş manatlıq, 25 manat dəyərində iyirmi beş ədəd bir manatlıq, cəmi 265 manat dəyərində sim-sim danışıq kartlarını, mağazanın rəfindən bir qutusunun dəyəri 2,70 manat olan 8,10 manat dəyərində üç qutu "Rothmans nano silver" markalı, bir qutusunun dəyəri 3,80 manat olan 38 manat dəyərində on qutu "Kent navy blue" markalı, bir qutusunun dəyəri 3,80 manat olan 38 manat dəyərində on qutu "Kent sılver" markalı, bir qutusunun dəyəri 3,80 manat olan 38 manat dəyərində on qutu "Kent nano 4" markalı və bir qutusunun dəyəri 4,10 manat olan 20,5 manat dəyərində beş qutu "Sobranie Black" markalı, cəmi 142,6 manat dəyərində siqaretləri götürüb aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 1157,6 manat məbləğində maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 sentyabr 2022-ci il tarixdə, saat 05:00 radələrində Balakən şəhəri, M.Hüseynzadə 55 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus saxlanc yeri hesab olunan ərzaq mağazasına giriş qapının üzərindəki asma qıfılı sındırma yolu ilə açıb qəsdən qanunsuz olaraq mağazaya daxil olmuş, mağazanın içərisində masanın siyirməsində saxlanılan Zərərçəkmiş şəxs8 məxsus 402 manat məbləğində nağd pulu, həmin masanın üzərində olan 20 manat dəyərində qara rəngli, Vyetnam istehsalı, “Nokia” markalı “RM-1187” model bir ədəd mobil telefonu və həmin telefonda olan 4 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsini götürüb aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 cəmi 426 manat məbləğində maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 sentyabr 2022-ci il tarixdə, saat 23:00 radələrində Balakən rayonu, Qazma kəndində Zərərçəkmiş şəxs9 yaşadığı evin həyətinə açıq vəziyyətdə olan giriş qapısından qəsdən qanunsuz olaraq daxil olub həyətdə olan Zərərçəkmiş şəxs9 məxsus 800 manat dəyərində bir ədəd “Strim” markalı mühərrikli velosipedi götürüb aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 800 manat məbləğində maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, qəsdən avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) məqsədi ilə 22 sentyabr 2022-ci il tarixdə, saat 05:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində dayandırılmış Zərərçəkmiş şəxs10 məxsus “Tofaş Şahin” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşərək mühərriki işə salıb idarə edib həmin avtomobili Bakı-Quba avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 62-ci kilometrliyinə gətirərək Zərərçəkmiş şəxs10 məxsus “Tofaş Şahin” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrar qəsdən avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) məqsədi ilə 24 sentyabr 2022-ci il tarixdə, saat 01:00 radələrində Xızı rayonu hərbi şəhərcikdə dayandırılmış Zərərçəkmiş şəxs11 məxsus “VAZ-2106” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşərək mühərriki işə salıb idarə edib həmin avtomobili Kürdəmir rayonu ərazisinə apararaq Zərərçəkmiş şəxs11 məxsus “VAZ-2106” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən talama məqsədi olmadan qanunsuz təkrar ələ keçirmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 2022-ci ilin yay aylarında Bakının Nizami rayonunda Şahmurad Budayevlə tanış olmuş və ilk oğurluğunu onunla etmişdir. Şahmurad Budayevin əsli Ağdaş rayonundan olsa da, Bakı şəhərində kirayədə yaşayırdı. Belə ki, o, Bakının Sabunçu, Nizami rayonlarında müxtəlif kafelərdə ofisiant işləmiş və Sabunçu rayonunda 4 otaqlı evdə günü 5 manata kirayə qalmışdır. Şahmurad Budayev də, arvadı ilə birlikdə onun qaldığı evin qarşısında yaşamışdır. Oğurluq etməyə onu Şahmurad məcbur etmiş və normal pul qazanacaqlarını bildirmişdir. Bu məqsədlə Bakı şəhərinin Nizami rayonunda yerləşən “Köz Ət” restoranına girib, orada olan seyfi oğurlamışlar. X4 həmin seyfdən götürdüyü pulları ona verməmişdir. Bakı şəhərinin Yasamal rayonunda yerləşən Stomatoloji mərkəzə isə oğurluğa tək getmiş, iki ədəd mobil telefon və pul götürmüşdür. Balakən rayonunda olan oğurluqları da pula ehtiyacı olduğu üçün tək etmişdir. Bundan başqa, 22 sentyabr 2022-ci ildə gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu ərazində dayanmış “Tofaş Şahin” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi ilə deyil, Balakən rayonuna getmək üçün qaçırmış, lakin yolu səhv saldığından Quba istiqamətində getmiş, avtomobil xarab olduğu üçün yolun qırağında saxlamışdır. Daha sonra, Xızı rayonu ərazisində binaların birinin həyətində dayanmış “VAZ-2106” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi olmadan qaşırmış və Kürdəmir rayonu ərazisində saxlanılmışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də Vətən müharibəsi iştirakçısı olmasının və bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, həmçinin ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs11 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 24 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Xızı rayonu hərbi şəhərcikdə həyətdə ona məxsus “VAZ-2106” markalı, **-FB- *** dövlət qeydiyyat nişanlı avtomobili oğurlanmışdır. Bundan sonra DİN-nin “102” xidməti zəng mərkəzinə məlumat vermiş və avtomobilini tapıb vermişlər. Həmin vaxt avtomobilinə dəyən zərərin hamısını özü qarşılayaraq maşınını düzəltdirmişdir. Həmçinin, avtomobili oğurlandıqdan sonra sürətlə idarə olunduğundan adına cərimə yazılmış və 160 manat cərimə pulu da ödəmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhəri DYMXİ-də sürücü işləmişdir. Ona məxsus “VAZ-21045” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş və avtomobilini Xızı rayonu, Yeni Yaşma kəndində yaşadığı evin həyətində saxlamışdır. Həmin avtomobilinin qapıları həmişə açıq vəziyyətdə olmuşdur. O, digər avtomobili “Opel Astra” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə gün ərzində Sumqayıt şəhərində işdə olmuşdur. 12 iyul 2022-ci il tarixdə günorta saatlarında işdən çıxaraq yaşadığı evə getmişdir. Həmin gün saat 14:00 radələrində “VAZ-21045” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilində təmizlik işləri aparan zaman avtomobilindən bəzi əşyaların oğurlandığını aşkar etmişdir. Belə ki, həmin vaxt o, avtomobilin salonundakı “Pioner” markalı bir ədəd maqnitofonun, bardoçokda saxladığı iki dəst çaşqanın, stabilizator rezinlərinin, kristavinanın, şaravoyun, yük yerində olan iki ədəd səsgücləndiricinin yerində olmadığını müəyyən etmişdir. O, ailə üzvlərinə avtomobilindən əşyaların oğurlanması barədə məlumat vermişdir. Ailə üzvləri hadisədən xəbərlərinin olmadığını dedikdən sonra o, istifadə etdiyi mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək avtomobilindən oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra, Xızı RPŞ-nin əməkdaşları onun yaşadığı ünvana gələrək onun iştirakı ilə avtomobiliə baxış keçirmişlər və oğurluq edilməsi barədə ərizə də yazmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs4 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 33 ünvanında yerləşən binanın birinci mərtəbəsini və zirzəmi hissəsini icarəyə götürərək “Köz-Ət” adı altında restoran işlətmişdir. Restoranın iş fəaliyyəti hər gün saat 11:00-da başlamış və saat 22:30-a qədər davam etmişdir. Ona məxsus müdir ofisinin qapısının açarı onda və oğlunda olmuşdur. Həmin otaqda pul yığmaq üçün nəzərdə tutulmuş seyf olmuşdur. Gün ərzində edilmiş alverin pulunu və ona məxsus pulları orada saxlamışdır. 20 iyul 2022-ci il tarixdə, saat 22:00 radələrində restoranı bağlayıb evə getmişdir. 21 iyul 2022-ci il tarixdə saat 10:00 radələrində işə gələrkən restoranın zirzəmi hissəsinin qapısının açar yerinin sındırıldığını aşkar etmişdir. O, dərhal restoranda oğurluq hadisəsinin olub-olmamasını nəzərdən keçirmiş və kabinetinə daxil olmuş, kabinetdəki seyfin yerində olmadığını aşkar etmişdir. Bundan sonra oğluna məlumat vermişdir. X8 restorana gəlmiş və onlar birlikdə restoranın nəzarət kameralarına baxmışlar. Həmin vaxt 21 iyul 2022-ci il tarixdə səhər saatlarında iki nəfər naməlum şəxsin restorana daxil olduğu, kabinetdəki seyfi özləri ilə gətirdiyi çantaya qoyub oranı tərk etdikləri müəyyən edilmişdir. Hadisə zamanı seyfdə 4000 manat pul olmuş və ona həmin məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən Şahid1 məxsus Stomatoloji mərkəzdə diş texniki işləmişdir. Həmin mərkəzdə ona məxsus iş otağı olmuşdur. O, işlədiyi otaqda özünə məxsus bəzi əşyaları saxlamışdır. 12 avqust 2022-ci il tarixdə o, stomatoloji mərkəzdə işdə olmuş və axşam saatlarında mərkəzdən çıxıb yaşadığı evə getmişdir. O, işi ilə bağlı istifadə etdiyi “LG” markalı bir ədəd mobil telefonunu evə aparmamışdır. O, həmin telefonu işlədiyi otaqda masanın siyirməsinə qoymuşdur. 13 avqust 2022-ci il tarixdə saat 07:00 radələrində stomatoloji mərkəzə işə gəlmiş və həmin vaxt naməlum şəxslərin mərkəzin ikinci mərtəbəsində pəncərədən içəri daxil olduğunu, mərkəzin otaqlarında axtarış apardığını və oğurluq hadisəsinin baş verdiyini bilmişdir. O, otağına baxmış, otaqda əşyaların axtarıldığını, siyirmədə saxladığı bir ədəd mobil telefonunun da oğurlandığını görmüşdür. Həmin vaxt mərkəzdə işləmiş Zərərçəkmiş şəxs5 məxsus bir ədəd mobil telefonun və Zərərçəkmiş şəxs3 məxsus bir ədəd mobil telefonun oğurlandığı məlum olmuşdur. Şahid1 mobil telefonla 102-yə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan sonra Yasamal RPİ-nin 29-cu polis bölməsinin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Baxış zamanı stomatoloji mərkəzdə həkim işləmiş Zərərçəkmiş şəxs6 məxsus 600 manat pulun və üç ədəd qızıl diş qapaqlarının da oğurlandığı müəyyən edilmişdir. O, bir ədəd mobil telefonunun oğurlanması barədə ərizə yazmış, polis əməkdaşı ondan izahat almışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən Şahid1 məxsus Stomatoloji mərkəzdə diş texniki işləmişdir. Həmin mərkəzin birinci mərtəbəsində ona məxsus iş otağı olmuşdur. O, işlədiyi otaqda özünə məxsus bəzi əşyaları saxlamışdır. 12 avqust 2022-ci il tarixdə stomatoloji mərkəzdə işdə olmuş və axşam saatlarında mərkəzdən çıxıb yaşadığı evə getmişdir. O, işi ilə bağlı istifadə etdiyi “Samsung” markalı bir ədəd mobil telefonunu evə aparmamışdır. O, həmin telefonu işlədiyi otaqda masanın siyirməsinə qoymuşdur. 13 avqust 2022-ci il tarixdə saat 07:00 radələrində stomatoloji mərkəzə işə gəlmiş və həmin vaxt naməlum şəxslərin mərkəzin ikinci mərtəbəsində pəncərədən içəri daxil olduğunu, mərkəzin iş otaqlarında axtarış apardığını və oğurluq hadisəsinin baş verdiyini bilmişdir. O, otağına baxmış, otaqda əşyaların axtarıldığını, siyirmədə saxladığı bir ədəd mobil telefonunun yerində olmadığını, oğurlandığını görmüşdür. Həmin vaxt mərkəzdə işləmiş Zərərçəkmiş şəxs5 məxsus bir ədəd mobil telefonun və Zərərçəkmiş şəxs2 məxsus bir ədəd mobil telefonun oğurlandığı məlum olmuşdur. Şahid1 mobil telefonla 102-yə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan sonra Yasamal RPİ-nin 29-cu polis bölməsinin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Baxış zamanı stomatoloji mərkəzdə həkim işləmiş Zərərçəkmiş şəxs6 məxsus 600 manat pulun və üç ədəd qızıl diş qapaqlarının da oğurlandığı müəyyən edilmişdir. O, bir ədəd mobil telefonunun oğurlanması barədə ərizə yazmış, polis əməkdaşı ondan izahat almışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs5 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən Şahid1 məxsus Stomatoloji mərkəzdə diş texniki işləmişdir. Həmin mərkəzdə ona məxsus iş otağı olmuşdur. O, işlədiyi otaqda özünə məxsus bəzi əşyaları saxlamışdır. 12 avqust 2022-ci il tarixdə stomatoloji mərkəzdə işdə olmuş və axşam saatlarında mərkəzdən çıxıb yaşadığı evə getmişdir. O, işi ilə bağlı istifadə etdiyi “İphone 5S” markalı bir ədəd mobil telefonunu evə aparmamışdır. O, həmin telefonu işlədiyi otaqda masanın siyirməsinə qoymuşdur. 13 avqust 2022-ci il tarixdə, saat 07:00 radələrində stomatoloji mərkəzə işə gəlmiş və həmin vaxt naməlum şəxslərin mərkəzin ikinci mərtəbəsində pəncərədən içəri daxil olduğunu, mərkəzin otaqlarında axtarış apardığını və oğurluq hadisəsinin baş verdiyini bilmişdir. O, otağına baxmış, otaqda əşyaların axtarıldığını, siyirmədə saxladığı bir ədəd mobil telefonunun yerində olmadığını, oğurlandığını görmüşdür. Həmin vaxt mərkəzdə işləmiş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd mobil telefonun və Zərərçəkmiş şəxs3 məxsus bir ədəd mobil telefonun oğurlandığı məlum olmuşdur. Şahid1 mobil telefonla 102-yə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan sonra Yasamal RPİ-nin 29-cu polis bölməsinin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Baxış zamanı stomatoloji mərkəzdə həkim işləmiş Zərərçəkmiş şəxs6 məxsus 600 manat pulun və üç ədəd qızıl diş qapaqlarının da oğurlandığı müəyyən edilmişdir. O, bir ədəd mobil telefonunun oğurlanması barədə ərizə yazmış, polis əməkdaşı ondan izahat almışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs6 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən Şahid1 məxsus Stomatoloji mərkəzdə diş həkimi işləmişdir. Həmin mərkəzin birinci mərtəbəsində ona məxsus iş otağı olmuşdur. O, işlədiyi otaqda özünə məxsus bəzi əşyaları saxlamışdır. 12 avqust 2022-ci il tarixdə stomatoloji mərkəzdə işdə olmuş və axşam saatlarında mərkəzdən çıxıb yaşadığı evə getmişdir. Evə gedərkən otaqdakı asılqandan asılmış xalatının cibində 600 manat pul və dolabın siyirməsində üç ədəd qızıl diş qapağı olmuşdur. 13 avqust 2022-ci il tarixdə, saat 09:00 radələrində stomatoloji mərkəzə işə gəlmiş və həmin vaxt naməlum şəxslərin mərkəzin ikinci mərtəbəsində pəncərədən içəri daxil olduğunu, mərkəzin iş otaqlarında axtarış apardığını və oğurluq hadisəsinin baş verdiyini bilmişdir. O, otağına baxmış, otaqda əşyaların axtarıldığını, xalatının cibindəki 600 manat pulunun və siyirmədə saxladığı üç ədəd qızıl diş qapağının yerində olmadığını, oğurlandığını görmüşdür. O, mərkəzdə işləmiş Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus mobil telefonların oğurlandığını, oğurluqla bağlı Şahid1 102-yə zəng etdiyini bilmişdir. Bundan sonra Yasamal RPİ-nin 29cu polis bölməsinin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. O, 600 manat pulunun və qızıl diş qapaqlarının oğurlanması barədə ərizə yazmış, polis əməkdaşı ondan izahat almışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs7 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Balakən rayonu Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı kənddə ərzaq mağazası işlədir. O, həmin ərzaq mağazasında gündəlik istifadə üçün nəzərdə tutulmuş zəruri ərzaq və digər məhsulların satışı ilə məşğul olmuşdur. Mağazanı hər gün saat 07:00 radələrində açmış və saat 23:00 radələrində bağlamışdır. O, mağazanın giriş qapısını asma kilidlə bağlamışdır. Həmişə olduğu kimi 03 sentyabr 2022-ci il tarixdə, saat 07:00 radələrində işə başlamaq üçün mağazaya gəlmişdir. Həmin vaxt o, mağazanın qapısının açıq vəziyyətdə olduğunu, qapıya bağladığı asma kilidin yerində olmadığını görmüşdür. Həmin vaxt o, mağazaya kənar şəxslərin daxil olduğunu başa düşmüşdür. O, mağazaya daxil olub nağd pul və simsim danışıq kartlarını saxladığı kassaya baxmışdır. O, kassada olan 750 manat məbləğində nağd pulun, qırx ədəd 2 manatlıq, iyirmi ədəd 3 manatlıq, iyirmi ədəd 5 manatlıq, iyirmi beş ədəd 1 manatlıq sim-sim danışıq kartlarının, həmçinin mağazanın rəfindəki hər bir qutunun qiyməti 2,70 manat olmaqla, ümumilikdə 8,10 manat dəyərində üç qutu "Rothmans nano silver" markalı, hər bir qutunun qiyməti 3,80 manat olmaqla, ümumilikdə 38 manat dəyərində on qutu "Kent navy blue" markalı, hər bir qutunun qiyməti 3,80 manat olmaqla, ümumilikdə 38 manat dəyərində on qutu "Kent sılver" markalı, hər bir qutunun qiyməti 3,80 manat olmaqla, ümumilikdə 38 manat dəyərində on qutu "Kent nano 4" markalı, hər bir qutunun qiyməti 4,10 manat olmaqla, ümumilikdə 20,5 manat dəyərində beş qutu "Sobranie Black" markalı siqaretlərin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, mobil telefonla 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Balakən RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçirmiş, fotoşkillər çəkmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. O, mağazadan oğurluq edilməsinə dair ərizə yazmış, polis əməkdaşı ondan izahat almışdır. Araşdırma zamanı mağazadan oğurluğu Təqsirləndirilən şəxs törətdiyi müəyyən edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs8 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında arvadı Şahid3 ilə birlikdə yaşayır. O, yaşadığı evin həyətində ərzaq mağazası işlədir. Həmin ərzaq mağazasında gündəlik istifadə üçün nəzərdə tutulmuş zəruri ərzaq və digər məhsulların satışı ilə məşğul olmuşdur. Həmin mağazanı hər gün səhər saat 07:00 radələrində açmış və saat 23:50 radələrində bağlamışdır. Mağazanın giriş qapısı küçəyə açılmış və o, qapını asma qıfılla kilidləmişdir. Qıfılın cəmi bir açarı olmuş və həmin açar həmişə onda olmuşdur. O, həmişə olduğu kimi 02 sentyabr 2022-ci il tarixdə, saat 23:50 radələrində mağazanı bağlamış, qapısını kilidləyib yaşadığı evə getmişdir. Səhəri gün, yəni 03 sentyabr 2022-ci il tarixdə, saat 06:30 radələrində mağazanı açarkən qapının qıfılının yerində olmadığını, mağazanın qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o, mağazaya kənar şəxslərin daxil olduğunu başa düşmüşdür. Buna görə o, mağazaya daxil olub baxış keçirmiş və həmin vaxt naməlum şəxsin (şəxslərin) gecə saatlarında kilidi sındırıb mağazaya daxil olaraq saxlanc yeri kimi istifadə etdiyi masanın siyirməsində saxladığı 19 ədəd 5 manatlıq, 4 ədəd 10 manatlıq, 8 ədəd 20 manatlıq, 107 ədəd 1 manatlıq əskinaslardan ibarət olmaqla cəmi 402 manat nağd pulu, həmin masanın üzərində olan və ***-***-**-** saylı GSM nömrəsi altında istifadə etdiyi Nokia markalı mobil telefonunu oğurladığı ona məlum olmuşdur. Lakin o, həmin vaxt hadisə barədə dərhal hüquq müfahizə orqanlarna məlumat verməmiş, hadisəni törətmiş şəxsi özü tapmağı düşünmüşdür. Sonradan o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir qədər sonra Balakən RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçirmiş, fotoşəkillər çəkmiş, bu barədə müvafiq protokol tərtib edilmiş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs9 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Balakən rayonu, Qazma kəndində ailə üzvləri ilə birikdə yaşayıq və “X10” MMC-də yaşıllaşdırma üzrə fəhlə işləyir. Onun işi yaşadığı Qazma kəndinin yaşıllıqlarını, eyni zamanda kənd qəbirstanlığının yaşıllığını və təmizliyini qorumaqdan ibarət olmuşdur. O, iş yerinə rahat gedib-gəlmək üçün 2022-ci ilin may ayında Bakı şəhəri “Sədərək” Ticarət Mərkəzindən 800 manat pulla özünə bir ədəd “Strim” markalı mühərrikli velosiped almışdır. O, həmin velosipedlə hər gün işə gedib-gəlmişdir. Velosipedin mühərrikini işə salmaq üçün açara ehtiyac olmamış, pedalı bir neçə dəfə çevirdikdən sonra mühərrik avtomatik işə düşmüşdür. O, işdən evə gedərkən velosipedi yaşadığı evin həyətində saxlamışdır. Həmişə olduğu kimi 18 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvana getmiş, velosipedi həyətdə saxlayıb evə getmişdir. Səhəri gün, yəni 19 sentyabr 2022-ci il tarixdə, saat 08:00 radələrində işə gedərkən velosipedin yerində olmadığını görmüşdür. O, arvadı Nigar Əliyevadan velosipedin yerini dəyişib-dəyişmədiyini soruşmuşdur. Nigar velosipedi görmədiyini demişdir. Həmin vaxt o, velosipedin həyətdən oğurlandığını başa düşmüşdür. Bundan sonra o, iş yerinə gedərək velosipedinin həyətindən oğurlandığını iş yoldaşlarına danışmış, həmçinin qonşularına, bəzi kənd sakinlərinə bu barədə məlumat verərək velosipedini görüb-görmədiklərini soruşmuşdur. Həmin vaxt İbrahim adlı qonşusu 18 sentyabr 2022-ci il tarixdə axşam saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs onun yaşadığı evin ətrafında gəzərkən gördüyünü demişdir. Bundan sonra o, velosipedi Təqsirləndirilən şəxs oğurlamasından şübhələnmişdir. Daha sonra o, kənd sakinlərindən İzzət haqqında maraqlanan zaman sonuncunun bir neçə gün əvvəl oğurluq etdiyinə görə polis əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Lakin o, hadisə barədə dərhal hüquqmühafizə orqanlarına məlumat verməmişdir. O, həmkəndli olduqlarına görə İzzətin velosipedi geri qaytaracağını fikirləşmişdir. Hadisənin üzərindən 2-3 gün keçəndən sonra o, kənd sakinlərindən İzzətin Balakən rayonunda olmadığını öyrənmişdir. Buna görə də o, Balakən RPŞ-nə gedərək oğurluq hadisəsi ilə əlaqədar şikayət ərizəsi yazmışdır. Araşdırma zamanı ona məxsus velosipedi həqiqətən də İzzətin oğurladığı müəyyən edilmiş və polis əməkdaşları velosipedi aşkar edib götürmüşlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs10 məhkəmə iclaslarında iştirak etmədiyindən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Bakı şəhərində doğulmuş və ailəsi ilə birlikdə həmin şəhərdə yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmişdir. O, “Tofaş Şahin” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 almışdır. Avtomobili idarə etmək üçün onun etibarnamə sənədi və sürücülük vəsiqəsi olmuşdur. 22 sentyabr 2022-ci il tarixdə saat 04 radələrində idarə etdiyi “Tofaş Şahin” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana gəlmiş, avtomobilini evinin qarşısındakı küçədə dayandırmışdır. Bundan sonra o, evinə daxil olmuşdur. Həmin gecə saat 05:15 radələrində evdən küçəyə çıxarkən avtomobilinin yerində olmadığını görmüşdür. O, Sabunçu qəsəbəsi ərazisində avtomobilini axtarmış, lakin tapa bilməmişdir. Həmin gün o, mobil telefonla 102-yə zəng edərək avtomobilinin oğurlanması barədə məlumat vermişdir. Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. O, avtomobilinin oğurlanması barədə ərizə yazmış, polis əməkdaşı ondan izahat almışdır. Bir neçə gün sonra polis əməkdaşları onun avtomobilini Xızı rayonu ərazisindən aşkar etmişlər. O, polis əməkdaşları ilə birlikdə Xızı rayon Polis Şöbəsinə gəlmişdir. Polis əməkdaşları onun iştirakı ilə həyətdə olan avtomobilinə baxış keçirmiş və fotoşəkillər çəkmişlər. Avtomobilinin sükanı, maqnitofonu sökülərək avtomobilin içərisinə qoyulmuşdur. Eləcə də ona məxsus sənədlər və mobil telefon avtomobildən aşkar olunmuşdur. Onun avtomobili işlək vəziyyətdə olmuş və hər hansı bir maddi ziyan vurulmamışdır. Polis əməkdaşları avtomobilini ona təhvil verdikdən sonra o, avtomobilini idarə edərək yaşadığı ünvana qayıtmışdır. Zərərçəkmiş şəxs10 həmçinin, ifadəsində göstərmişdir ki, oğurlanmış avtomobili, eləcə də avtomobildə olan əşyalar tapılaraq ona təhvil verilmişdir. Bu səbəbdən ona maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ona məxsus ünvan 1 ünvanında yerləşən Stomatoloji mərkəzi vardır. Həmin mərkəzin binası ikimərtəbəlidir, mərkəzdə diş həkimləri və diş texnikləri fəaliyyət göstərmişdir. 12 avqust 2022-ci il tarixdə mərkəzə hər hansı bir şəxs qanunsuz daxil olmamış, hər hansı bir oğurluq hadisəsi qeydə almamışdır. 13 avqust 2022-ci il tarixdə, saat 07:00 radələrində mərkəzə işə gələrkən oğurluq hadisəsinin baş verdiyi məlum olmuşdur. Mərkəzdə olan video müşahidə kamerasına baxarkən iki nəfər naməlum şəxsin mərkəzin ikinci mərtəbəsində yerləşən pəncərədən içəri daxil olduğunu, mərkəzin iş otaqlarında axtarış apardıqları görünmüşdür. O, mobil telefonu ilə 102-yə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan sonra Yasamal RPİ-nin 29-cu polis bölməsinin əməkdaşları mərkəzə gəlib baxış keçirmiş, fotoşəkillər çəkmişlər. Baxış zamanı Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 məxsus mobil telefonların və Zərərçəkmiş şəxs6 məxsus 600 manat pulun, üç ədəd qızıl diş qapaqlarının oğurlandığı müəyyən edilmişdir. O və əmlakları oğurlanmış şəxslər ərizə yazmış, polis əməkdaşı onlardan izahat almışdır. Həmçinin, Şahid1 məhkəməyə teleqram ünvanlayaraq yolunun uzaq olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zaqatala rayonu, Muxax kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, yaşadığı kənddə velosiped təmiri və velosiped ehtiyat hissələrinin satışı ilə məşğul olmuşdur. Hadisədən təxminən 10 gün əvvəl onun iş yerinin yanında mağaza işlətmiş Nizami onun mobil telefonuna zəng edərək, bir nəfər şəxsin velosipedinin xarab olduğunu, həmin şəxsin velosipedini təmir etdirmək üçün usta axtardığını demişdir. O, iş yerinə getmiş, əvvəllər tanımadığı bir nəfər cavan oğlanın mühərrikli velosipedlə gözlədiyini görmüşdür. O, həmin şəxsdən hansı problem olduğunu soruşmuşdur. Həmin şəxs Balakən rayon sakini olduğunu, adının İzzət olduğunu, mühərrikli velosipedi təxminən üç ay əvvəl 500 manata aldığını, səyahət etmək üçün səhər saatlarında həmin velosipedlə Balakən rayonundan yola çıxdığını, Zaqatala rayonu Muxax kəndi ərazisində velosipedin mühərrikində nasazlıq yarandığını bildirmiş və velosipedi təmir etməyi ondan xahiş etmişdir. O, təmir sexində velosipedin mühərriyini sökmüş, porşen və slindirdə zədənin olduğunu müəyyən etmişdir. O, İzzətə həmin detalların dəyişməli olduğunu, həmin detallardan onda olmadığını demişdir. O, İzzətin xahişi ilə Bakı şəhərində velosiped ehtiyat hissələrinin satışı ilə məşğul olan tanışlarına zəng etmiş, dəyişməli olan detalların qiymətini soruşmuşdur. Tanışları porşen və silindir dəstinin satış qiymətinin təxminən 50 manat olduğunu demişlər. O, İzzətə detalların qiymətinin 50 manat olduğunu, detalları sifariş edəcəyi təqdirdə təxminən 1-2 gün ərzində Bakı şəhərindən Zaqatala rayonuna göndəriləcəyini, həmçinin mühərriki təmir edəcəyi təqdirdə 10 manat zəhmət haqqı alacağını demişdir. İzzət üzərində pulunun olmadığını, velosipedi həmin vəziyyətdə Balakən rayonuna aparmağın sonuncuya əlavə xərc və əziyyət olacağını demiş, detalları sifariş edib mühərriki təmir etməyi ondan xahiş etmiş və ona 60 manat pulu təmir işləri bitdikdən sonra gətirib verəcəyini demişdir. O, İzzətlə razılaşmışdır. Daha sonra İzzət fikrini dəyişərək velosipedi təmir etdirmədən satmaq istədiyini demiş və velosipedi satmaq üçün müştəri tapmağını xahiş etmişdir. O, İzzətdən velosipedi hansı qiymətə satacağını soruşmuşdur. İzzət velosipedi üç aydır ki, sürdüyünü, təmir xərclərini də nəzərə alıb 200 manata satmaq istədiyini demişdir. Həmin vaxt o, özü velosipedi alıb təmir etmək və daha sonra normal qiymətə satıb üzərində qazanc əldə etməyi düşünmüşdür. O, İzzətə velosipedi almaq istədiyini, lakin cəmi 150 manat pulunun olduğunu demişdir. İzzət onunla razılaşmışdır. O, İzzətə 150 manat nağd pul verib velosipedi almış, bundan sonra İzzət getmişdir. Bir neçə gün sonra o, Zaqatala şəhərinin mərkəzində yerləşən mağazalardan bəzi detalları taparaq almış və mühərrikin üzərinə yığmışdır. Lakin o, velosipedi tam təmir edib işlək vəziyyətə gətirə bilməmişdir. 29 sentyabr 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları onun iş yerinə gəlib İzzət adlı şəxsdən velosiped alıb-almadığını soruşmuşlar. O, İzzət adlı şəxsdən 150 manat pulun müqabilində mühərrikli velosiped aldığını demiş və həmin velosipedi polis əməkdaşlarına göstərmişdir. Həmçinin, Şahid2 məhkəməyə teleqram ünvanlayaraq yolunun uzaq olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında əri Zərərçəkmiş şəxs8 ilə birlikdə yaşamışdır. Əri Zərərçəkmiş şəxs8 yaşadıqları evin həyətində ərzaq mağazası işlətmiş və həmin mağazada gündəlik istifadə üçün nəzərdə tutulmuş zəruri ərzaq, digər məhsulların satışı ilə məşğul olmuşdur. Həmin mağazanı əri Şəbbədin hər gün saat 06:30 radələrində açmış və saat 23:50 radələrində bağlayıb evə gəlmişdir. Mağazanın giriş qapısı küçəyə açılmış və qapısı asma kilidlə bağlanmışdır. Kilidin cəmi bir açarı olmuş və həmin açar da həmişə Şəbəddində olmuşdur. Həmişə olduğu kimi 02 sentyabr 2022-ci il tarixdə, saat 23:50 radələrində Şəbəddin mağazanı bağlayıb evə gəlmişdir. Səhəri gün, yəni 03 sentyabr 2022-ci il tarixdə, saat 06:30 radələrində Şəbəddin mağazaya getmişdir. Bir qədər sonra Şəbəddin evə qayıdıb mağazanın kilidinin yerində olmadığını, qapısının açıq vəziyyətdə olduğunu, mağazaya baxarkən masanın siyirməsində saxladığı ümumilikdə 402 manat nağd pulun, ***-***-**-** saylı GSM nömrəli Nokia markalı mobil telefonun oğurlandığını aşkar etdiyini ona demişdir. O, Şəbəddinə hadisə barədə hüquq müfahizə orqanlarına məlumat verməsini demiş, lakin Şəbəddin hadisəni törətmiş şəxsi özü müəyyən etmək istədiyinə görə hadisə barədə dərhal hüquq müfahizə orqanlarına məlumat verməmişdir. Sonradan Şəbəddin DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və bir qədər sonra Balakən RPŞ-nin əməkdaşları hadisə yerinə gedərək baxış keçirmişlər. Həmçinin, Şahid3 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 11-13-cü vərəqələrində olan 12 iyul 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə Xızı rayonu Yeni Yaşma kəndində Zərərçəkmiş şəxs1 iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus yaşadığı evin həyətində dayandırılmış “VAZ-21045” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan bir ədəd maqnitofonun, baqaj yerindən iki ədəd səsgücləndiricinin, bardoçokundan bir dəst çaşqanın, bir dəst stabilizator rezinlərinin, bir ədəd kristavinanın və dörd ədəd şaravoyun oğurlandığı müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 175-178-ci vərəqələrində olan 03 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs7 məxsus mağazaya baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs7 mağazanın giriş qapısını göstərərək həmin qapıya qıfıl vurduğunu, 03 sentyabr 2022-ci il tarixdə gecə saatlarında naməlum şəxs və ya şəxslərin həmin qıfılı sındırdığını, mağazaya daxil olduğunu, mağazanın giriş hissəsinin qarşısında yerləşən rəfi göstərərək oradan 700 manat pulu, 40 ədəd 2 manatlıq, 20 ədəd 5 manatlıq, 25 ədəd 1 manatlıq və 20 ədəd 3 manatlıq danışıq kartlarını, 8 manat dəyərində 3 qutu “Rothmans”, 39 manat dəyərində 10 qutu “Kent 4”, 31 manat dəyərində 8 qutu “Kent 8”, 26 manat dəyərində 7 qutu “Kent 4” və 21 manat dəyərində 5 qutu “Sobranie” markalı siqaretləri oğurladığını bildirmişdir. Baxış zamanı Balakən rayon polis şöbəsinin KTQ-nin baş inspektor kriminalisti tərəfindən 05 ədəd əl-barmaq və 04 ədəd ovuc izləri götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş və həmin fotoşəkillər protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 204-206-cı vərəqələrində olan 03 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə ünvan 6 ünvanında yerləşən və Zərərçəkmiş şəxs8 məxsus ərzaq mağazasına baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs8 hər gün səhər saatlarında mağazanın qapısını açdığını və axşam saatlarında bağlayıb evə getdiyini, qapını isə asma kilidlə bağladığını bildirmişdir. Zərərçəkmiş şəxs8 həmişə olduğu kimi 02 sentyabr 2022-ci il tarixdə saat 23:50 radələrində mağazanın qapısını asma kilidlə bağlayıb evə getmiş, səhəri gün 03 sentyabr 2022-ci il tarixdə saat 06:30 radələrində mağazanı açmaq üçün gələrkən asma kilidin qapının üzərində olmadığını, qapının açıq olduğunu görmüşdür. Buna görə Zərərçəkmiş şəxs8 dərhal mağazaya daxil olub baxış keçirmiş, həmin vaxt girişdə sağ tərəfdə olan taxta masanın siyirməsində saxladığı 19 ədəd 5 manatlıq, 4 ədəd 10 manatlıq, 8 ədəd 20 manatlıq, 107 ədəd 1 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 402 manat nağd pulun, həmin masanın üzərində olan 95 manat dəyərində “Nokia” markalı mobil telefonun, eləcə də həmin mobil telefonun üzərində olan üç manat dəyərində ***-***-**-** saylı GSM nömrəsinin naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 225-226-cı vərəqələrində olan 05 sentyabr 2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs mağazalardan oğurlayıb Balakən çayının Balakən şəhəri ərazisindən keçən hissəsində körpünün altındakı kolluğun içərisində sellofan torbada gizlətdiyi və istintaqa təqdim etdiyi əşyalar - 6 ədəd 5 manatlıq, 19 ədəd 3 manatlıq, 1 ədəd 1 manatlıq, 30 ədəd 2 manatlıq sim-sim danışıq kartları, 2 ədəd “Rothmans nano silver” markalı, 4 ədəd “Kent nanu blue” markalı, 1 ədəd “Kent Nano 4” markalı, 1 ədəd “Kent silver” markalı siqaretlər iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 118-120-ci vərəqələrində olan 23 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs9 iştirakı ilə Balakən rayonu Qazma kəndində onun yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs9 məxsus bir ədəd velosipedin onun yaşadığı evin həyətindən oğurlandığı müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 164-165-ci vərəqələrində olan 01 oktyabr 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs satdığı Zərərçəkmiş şəxs9 məxsus “Strim” markalı bir ədəd velosiped Şahid2 götürülmüş və həmin velosipedə baxış keçirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 209-212-ci vərəqələrində olan 12 avqust 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə ünvan 1 ünvanında yerləşən Stomatoloji mərkəzə Şahid1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı naməlum şəxsin mərkəzə ikinci mərtəbədə yerləşən pəncərəni açıb daxil olduğu, birinci mərtəbədə yerləşən otaqlardan ayrı-ayrı şəxslərə məxsus əmlakları oğurladığı müəyyən edilmişdir. Baxış zamanı hadisə yerindən videomüşahidə kamerasından götürülmüş oğurluq edən şəxslərin görüntüsü bir ədəd diskdə və iyirmi dörd əl-barmaq izləri protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 231-232-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 16 avqust 2022-ci il tarixli, 011-9449-1222 nömrəli məktubundan görünür ki, Şahid1 məxsus Stomatoloji mərkəzdən götürülərək təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi xx.xx.2001-ci ildə Balakən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta və sağ əlinin ovuc əksləri ilə eynilik müəyyən etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 36-37-ci vərəqələrində olan 21 iyul 2022-ci il tarixli hadisə yerinə baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 33A ünvanında yerləşən “Köz Ət” restoranına Zərərçəkmiş şəxs4 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı iki nəfər naməlum şəxsin restorandan içərisində dörd min manat olan bir ədəd seyfi götürüb apararaq oğurladıqları müəyyən edilmiş, hadisə yerindən videomüşahidə kamerasından götürülmüş oğurluq edən şəxslərin görüntüsü bir ədəd diskdə və iyirmi üç əl-barmaq izləri protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 48-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 30 iyul 2022-ci il tarixli, 011-8696-1222 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus “Köz Ət” restoranından götürülərək təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi xx.xx.2001-ci ildə Balakən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu ilə eynilik müəyyən etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cildinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli, 9/6529 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 211,90 manat, təqdim edilməyən mallar nəzəri qaydada 227,80 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin İİ cildinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 62-63-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2022-ci il tarixli, 9/6729 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 05 adda malların 2022-ci il iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 108 manat (2008-ci il tarixdə işlənmiş vəziyyətdə alınmış “Pioner” markalı iki ədəd səsgücləndirici dinamik bir ədədi 15 manat, iki ədədi 30 manat, istifadə olunmamış “çaşqa” rezinləri (avtomobil hissələri) bir dəst 8 manat, istifadə olunmamış “stabilizator” rezinləri (avtomobil hissələri) bir dəst 8 manat, istifadə olunmamış “kristavina” (avtomobil hissələri) bir ədəd 6 manat, istifadə olunmamış “şaravoy” (avtomobil hissələri) bir ədədi 14 manat, dörd ədədi 56 manat) müəyyən edilir. Digər 01 ədəd 2008-ci il tarixdə işlənmiş vəziyyətdə alınmış “Pioner” markalı maqnitofonun istehsal yeri, modeli və texniki göstəriciləri barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin İ cildinin 61-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 76-cı vərəqəsində olan 18 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 109-116-cı vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 avqust 2022-ci il tarixli, 4(007)-457/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 117-118-ci vərəqələrində olan 20 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 245-246-cı vərəqələrində olan 22 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 16-20-ci vərəqələrində olan 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, prokuror Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina etmiş, o, dərhal saxlanıldığı MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 247-ci vərəqəsində olan 05 sentyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 69-75-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 4(019)-61/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 42-44-cü vərəqələrində olan 07 sentyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 112-113-cü vərəqələrində olan 26 sentyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 147-149-cu vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 4(068)-36/2022 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 sentyabr 2022-ci il tarixldən hesablanmışdır. Cinayət işinin İV cildinin 47-74-cü vərəqələrində olan 15 fevral 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə yenidən elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələrində nəzərdə tutulan ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 02 ay, yəni 26 fevral 2023-cü il tarixədək uzadılması barədə Xızı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 4(068)-40/2022 saylı qərarı nəzərə alınmış, həmçinin şəxsiyyəti istintaqa məlum olmayan “Şahmurad” adlı şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olduğundan onun barəsində həmin maddələrlə ayrıca icraata cinayət işi ayrılmış, X1 əməlində oğurluq cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, habelə Zərərçəkmiş şəxs1 ifadəsinə və ekspert rəyinə əsasən cəmi 358 manat məbləğində maddi ziyan vurulması əsas götürülmüş və həmin məbləğlə Təqsirləndirilən şəxs yeni məzmunda verilmiş ittiham qüvvəsində saxlanılmış, istintaq zamanı Zərərçəkmiş şəxs9 məxsus oğurlanmış “Strim” markalı bir ədəd velosipedin onun ifadəsinə əsasən 800 manat dəyərində olması əsas götürülmüş, həmin məbləğlə Təqsirləndirilən şəxs yeni məzmunda verilmiş ittiham qüvvəsində saxlanılmış, istintaq zamanı Zərərçəkmiş şəxs8 məxsus mağazadan oğurlanmış “Nokia” markalı, “RM-1187” model bir ədəd mobil telefonun dəyərinin ekspert rəyinə əsasən 20 manat, ***-***-**-** saylı GSM nömrənin dəyərinin 24 manat olması, Zərərçəkmiş şəxs8 ifadəsinə və ekspert rəyinə əsasən cəmi 426 manat məbləğində maddi ziyan vurulması əsas götürülmüş və həmin məbləğlə Təqsirləndirilən şəxs yeni məzmunda verilmiş ittiham qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs7 ifadəsinə əsasən mağazadan oğlurlanmış nağd pulun 750 manat məbləğində, ekspert rəyinə əsasən sim-sim konturların cəmi 265 manat dəyərində, siqaretlərin cəmi 142,6 manat dəyərində olmaqla, cəmi 1157,6 manat məbləğində maddi ziyan vurulması əsas götürülmüş və həmin məbləğlə Təqsirləndirilən şəxs yeni məzmunda verilmiş ittiham qüvvəsində saxlanılmış, eləcə də istintaq zamanı aşkar olunaraq götürülmüş Zərərçəkmiş şəxs9 məxsus cinayətin predmeti olan bir ədəd “Strim” markalı mühərrikli velosiped, Zərərçəkmiş şəxs7 məxsus cinayətin predmeti olan yeddi ədəd 5 manatlıq, iyirmi ədəd 3 manatlıq, iki ədəd 1 manatlıq, otuz ədəd 2 manatlıq sim konturlar, 1 qutu "Rothmans nano silver" markalı, 1 qutu "Kent nano 4" markalı, 1 qutu "Kent sılver" markalı və 4 qutu "Kent navy blue" markalı siqaretlər, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 məxsus cinayətin predmeti olan 238 manat məbləğində pul iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılması nəzərə alınmış, istintaq zamanı aşkar olunmuş Zərərçəkmiş şəxs10 məxsus cinayətin predmeti olan “Tofaş Şahin” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs11 məxsus cinayətin predmeti olan “VAZ-2106” markalı, **- FB-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və sahiblərinə qaytarılması nəzərə alınmış, istintaq zamanı Şahid1 məxsus Stomatoloji mərkəzdən götürülərək təqdim edilmiş 02 ədəd əl izləri Təqsirləndirilən şəxs sol əlinin orta və sağ əlinin ovuc əksləri ilə, Zərərçəkmiş şəxs4 məxsus “Köz Ət” restoranından götürülərək təqdim edilmiş 02 ədəd əl izləri Təqsirləndirilən şəxs sol əlinin ovucu ilə eynilik təşkil etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, istintaq zamanı Şahid1 məxsus Stomatoloji mərkəzin binasından, Zərərçəkmiş şəxs4 məxsus “Köz Ət” restoranının binasından video müşahidə kamerasından götürülmüş oğurluq edilməsinin video görüntüsünü özündə əks etdirən cəmi iki ədəd disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 79-80-ci vərəqələrində olan Balakən Rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 sentyabr 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Balakən rayonu, Qazma kəndində yaşamışdır, İİ Qarabağ – Vətən müharibəsi iştirakçısıdır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə “Ağdamın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsiyyət vəsiqəsi və gəlir məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə Vətən müharibəsi iştirakçısı kimi 80 manat təqaüd alır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs11 03 may 2023-cü il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə tam təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də Vətən müharibəsi iştirakçısı olmasını və medallarla təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətini, xüsusilə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini və medallarla təltif olunmasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halın olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixə, 22 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixə, 05 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixə tutulduğu (həbsdə saxlanıldığı) cəmi 06 gün müddət, habelə 26 sentyabr 2022-ci il tarixdən 19 iyun 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 08 ay 24 gün müddət, ümumilikdə 09 ay həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Balakən rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Balakən rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, həmçinin Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Balakən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Balakən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan yeddi ədəd 5 manatlıq, iyirmi ədəd 3 manatlıq, iki ədəd 1 manatlıq, otuz ədəd 2 manatlıq sim konturlar, 1 qutu "Rothmans nano silver" markalı, 1 qutu "Kent nano 4" markalı, 1 qutu "Kent sılver" markalı və 4 qutu "Kent navy blue" markalı siqaretlər Zərərçəkmiş şəxs7, 238 manat məbləğində pul zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 qaytarılmalı, bir ədəd “Strim” markalı mühərrikli velosipedin, “Tofaş Şahin” markalı, **-XP- *** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalı və 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixə, 22 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixə, 05 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixə tutulduğu (həbsdə saxlanıldığı) cəmi 06 gün müddət, habelə 26 sentyabr 2022-ci il tarixdən 19 iyun 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 08 ay 24 gün müddət, ümumilikdə həbsdə saxlanıldığı 09 (doqquz) ay müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Balakən rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Balakən rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Balakən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Balakən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan yeddi ədəd 5 manatlıq, iyirmi ədəd 3 manatlıq, iki ədəd 1 manatlıq, otuz ədəd 2 manatlıq sim konturlar, 1 qutu "Rothmans nano silver" markalı, 1 qutu "Kent nano 4" markalı, 1 qutu "Kent sılver" markalı və 4 qutu "Kent navy blue" markalı siqaretlər Zərərçəkmiş şəxs7, 238 manat məbləğində pul zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış - bir ədəd “Strim” markalı mühərrikli velosipedin, “Tofaş Şahin” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 100 (yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-19/2023
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-19/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver