Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-2/2021 09.04.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamdan məlum olur ki, o, istintaq orqanının gəldiyi nəticəyə əsasən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq, yəni 0,209 qram narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlamış, xx xxxxxx 2019-cu il tarixdə, saat 18:40 radələrində keçirilmiş əməliyyat-istintaq hərəkətləri nəticəsində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən “Laçın” kafesinin qarşısında saxlanılmış, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli gödəkçənin iç cibindən “Senate” markalı siqaret qutusunun içərisində iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda, ümumi təmiz çəkisi 0,209 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında həmin ittihamın əsassız olduğu və ittihamın qanunvericliyin tələblərinin pozulması ilə toplanmış sübutlar məcmusuna əsaslandığı müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə ona verilmiş ittiham eynilik təşkil etsə də, o, məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə vaxtı Xızı rayon Sukanal İdarəsində təmirçi-çilingər vəzifəsində, boş vaxtlarında isə Giləzi qəsəbəsində yerləşən “Laçın” kafesində ofisiant işləmişdir. xx xxxxxx 2019-cu il tarixdə Xızı rayonu, Sitalçay kəndində toy mərasimi olduğunu və məclisdə tanınmış meyxana ustadlarının iştirak edəcəyini eşitdiyindən həmin gün axşam təxminən saat 20-21 radələrində meyxana dinləmək üçün həmin kəndə getmişdir. Toydan səhərə yaxın, yəni xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 04 radələrində Bakı-Quba yoluna çıxıb oradan yol maşını ilə birbaşa işlədiyi “Laçın” kafesinə getmişdir. Kafedə yatarkən saat təxminən 09:00 radələrində qəflətən bir neçə nəfər mülki geyimli şəxs onun qollarından tutaraq oyadıb polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, ona qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etdiyinə görə saxlanıldığını və şübhəli şəxs qismində tutulduğunu izah etmişlər. Daha sonra, üzərində şəxsi axtarış aparılacağını bildirərək ondan ilkin olaraq üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulmuş və əgər varsa, digər əşyalarla birlikdə könüllü şəkildə çıxarıb təqdim etməyi təklif edilmişdir. O da, üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olmadığını polis əməkdaşlarına bildirmişdir. Həmin vaxt polis əməkdaşı Şahid1 əlini onun cibinə salaraq güya 2 ədəd gümüşü siqaret bükülüsünun cibindən çıxdığını bildirərək, onu zorla digər polis əməkdaşlarının köməkliyi ilə polis avtomaşınına əyləşdirib Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Xızı rayon Polis Şöbəsində ona polis əməkdaşları tərəfindən güya üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsusluğunu etiraf etməyəcəyi təqdirdə daha ağır ittihamla cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilərək psixi təsirlər göstərilmişdir. Bu səbəbdən məcbur olub narkotik maddənin üzərindən çıxdığını demişdir. Daha sonra, həmin gün axşam təxminən saat 18:40 radələrində onu “Laçın” kafesinin qarşısına gətirərək orada vəkil X5 ona təqdim edib, güya narkotik maddənin cibindən çıxması anlarının video görüntüləri çəkilmişdir. O, ona istinad edilən cinayət əməlini törətməmişdir. Məhkəmənin ədalət məhkəməsi olduğuna inanaraq o, həqiqəti məhkəmə prosesində deyəcəyi qərarına gəlmişdir. Sonda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və ona elan edilmiş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3 ifadəsində göstərdi ki, Xızı rayonu, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəçisi olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün CAB-ın sabiq əməliyyat müvəkkili Şahid1 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Belə ki, həmin gün saat 18:40 radələrində daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə şöbənin əməkdaşları və vəkil Arif Həbibzadə ilə birlikdə Xızı rayonun Siyəzən rayonu ilə sərhədinin yaxınlığında yerləşən “Laçın” kafesinin qarşısında Təqsirləndirilən şəxs saxlayaraq çəkiliş vasitəsi ilə özlərini təqdim etdikdən sonra, sonuncudan da özünü onlara təqdim etməsini xahiş etmişlər. Namiq özünü təqdim etikdən sonra ona narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyini və ona hüquq və vəzifələrini izah etdikdən sonra üzərində nə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən qara rəngli əl fənəri, əynində olan qara rəngli cins şalvarın sol cibindən “PallMall” markalı siqaret, şalvarın sağ gizli cibindən qara dəstəkli açılıb-qatlanan bıçaq və əynində olan gödəkçənin iç cibindən “Senate” markalı siqaret qutusu çıxarıb təqdim etmişdir. Daha sonra, “PallMall” markalı siqaret qutusuna açıb baxdıqda içərisində siqaret gilələri, “Senate” markalı siqaret qutusuna açıb baxdıqda isə içərisində kustar üsulla hazırlanmış kiçik ölçülü çömçəyəbənzər əşya, 3 ədəd uc hissələri yanmış və qatlanmış şəkildə olan 1 manatlıq əskinaslar, eləcə də, 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü olması müəyyən olunmuşdur. Həmin 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü də tərəflərindən açılmış və içərisində narkotik vasitə olan heroinə bənzər açıq-qəhvəyi rəngli, toz halında olan kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülülərin arasındakı toz halında olan kütlələrin həqiqətən də, narkotik vasitə olan heroin olmasını bildirmişdir. Bundan sonra, onlar təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparsalar da, əlavə olaraq qeyri-qanuni əşya aşkar edilməmiş və üzərindən çıxan heroinə bənzər kütlə qablaşdırılıb, zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Xızı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və sabiq baş əməliyyat müvəkkili Şahid1 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Həmçinin, Şahid2 məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xızı RPŞ-nin CAB-nin sabiq baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Xızı rayonu, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəçisi olması barədə Xızı rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən səhər saat 9-10 radələrində daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Xızı rayonun Siyəzən rayonu ilə sərhədinin yaxınlığında yerləşən “Laçın” kafesinə getmişdir. Kafenin içərisinə daxil olduqda girişdə yığılmamış masanın açıq qaldığını və Təqsirləndirilən şəxs kənarda masanın üzərinə başını qoyub yatdığını görmüşdür. Təqsirləndirilən şəxs axşamdan Xızı rayonu, Sitalçay kəndində toyda olduğunu eşitdiyindən onda sonuncunun cibində narkotik maddə olması şübhəsi yarandığından, vətəndaş X4 iştirakı ilə, mobil telefonu vasitəsilə video çəkiliş apararaq Namiqi oyadıb ciblərinə baxış keçirən zaman əynində olan gödəkçənin iç cibindən 3 ədəd uc hissələri yanmış və qatlanmış şəkildə olan 1 manatlıq əskinaslar, eləcə də, 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü olması müəyyən olunmuşdur. Həmin 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü də tərəfindən açılmış və içərisində narkotik vasitə olan heroinə bənzər açıq-qəhvəyi rəngli, toz halında olan kütlə aşkar olunmuşdur. Bundan sonra, Namiqi avtomaşına əyləşdirərək rayon Polis Şöbəsinə aparmaq istəyərkən kafenin aşpazı Lalə adlı qadın onu hara apardıqlarını soruşduqda o, sonuncuya Təqsirləndirilən şəxs üzərindən 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs Xızı RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişdir. Həmin gün axşam təxminən saat 18:40 radələrində müstəntiq Rəşad Cavadovun və müdafiəçi Arif Həbibzadənin iştirakı ilə hadisə yerində sənədləşdirmə aparılması üçün yenidən Laçın kafesinə getmişlər. Orada video çəkilişlə təqsirləndirilən şəxs narkotik vasitələrin üzərindən çıxdığını yenidən etiraf edərək Xızı rayon, Sitalçay kəndi ərazisindən tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən səhər saat 8-9 radələrində Xızı rayonu, Şorabad qəsəbəsində olarkən polis əməkdaşı Şahid1 yaşadığı evə gələrək müəyyən dindirmələr aparılması üçün onunla Xızı rayon Polis Şöbəsinə getməyini bildirmişdir. O da, onunla polis şöbəsinə getməyə etiraz etməmişdir. Yolda Giləzi qəsəbəsinə çatanda polis əməkdaşı Şahid1 “Laçın” kafesinə gedərək orada çay içmək istədiyini bildirmişdir. Kafenin içərisinə girərək orada kiminsə onları qarşılamadığını gördükdə girişdə olan otağa daxil olmuşlar. Otağa daxil olduqda sonradan adı ona məlum olan Namiqin stolun kənarına başını qoyaraq yatdığını gördükdə polis əməkdaşı Şahid1 cəld avtomaşınına qaçıb oradan əlində nəisə bükülünü ona verərək sonuncunun cibinə qoymağını bildirmişdir. O da, həmin bükülünü onun cibinə qoymaqdan imtina etdikdə, polis əməkdaşı Şahid1 özü Namiqin cibinə əlini basaraq bükülünü ora qoymuşdur. Sonradan Şahid1 cibindən telefonunu çıxararaq həmin qoyduğu bükülünü Namiqin cibindən çıxararaq ondan gördüyünü soruşaraq video görüntüyə almışdır. Bundan sonra, Şahid1 PPX əməkdaşlarını oraya çağıraraq Namiqi onların xidməti maşını ilə, onu isə özünə məxsus avtomaşınla Xızı rayon Polis Şöbəsinə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün yaşadığı qəsəbə ərazisində yerləşən məcburi köçkün Rüstəm adlı şəxsə məxsus “Laçın” kafesini icarə əsasında işlətmişdir. Oradan əldə etdiyi gəlirlə ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. Onunla heç bir qohumluq, düşmənçilik əlaqələri olmamışdır. Sonuncu onun icarə əsasında işlətdiyi kafedə ofisiant işləmiş, olduqca sakit, mülayim, xoşxasiyyət bir insandır. O, hadisə vaxtı kafedə olmasa da, sonradan qeyd edilənlər barədə məlumatı olmuşdur. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğundan kafedə işləyən digər işçilər ona bu barədə məlumat vermişlər. Həmçinin, Namiqin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildikdən sonra, o, azadlığa buraxıldıqda özü də narkotik maddəni xx xxxxxx 2019-cu il tarixdə, səhər saatlarında Sitalçay kəndindəki toy məclisindən qayıdarkən kənd ərazisində çöllükdən taparaq üzərində saxladığını və polislər tərəfindən tutulduğunu ona bildirmişdir. O, Namiqi bir kənd sakini olmaqla narkotik vasitə istifadəçisi kimi tanımamış və heç vaxt onun narkotik vasitə istifadə etməsini nə görmüş, nə də bu barədə kimdənsə eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun aşpaz işlədiyi Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən Laçın kafesində ofisiant işləmişdir. Belə ki, Namiq Abdullyev olduqca sakit, mülayim, xoşxasiyyət bir insandır. Namiqin narkotik vasitə istifadə etməsindən xəbəri olmamış, eyni zamanda onun narkotik vasitə istifadə etməsini nə görmüş, nə də bu barədə kimdənsə eşitməmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında təxminən saat 8-9 radələrində kafedə istirahət edərkən dəhlizdən səs-küy gəldiyini eşidib bayıra çıxmışdır. Bayıra çıxarkən 2-3 polis əməkdaşının Namiqin qolundan tutaraq onu polis avtomaşınına mindirdiyini gördükdə onlardan onu hara və nəyə görə apardıqlarını soruşmuşdur. Polis əməkdaşları Namiqin üzərindən narkotik vasitə çıxdığını və onu Xızı rayon Polis Şöbəsinə apardıqlarını bildirmişlər. İbtidai istintaq vaxtı verdiyi ifadəsi ilə hazırki ifadəsi arasında əsaslı ziddiyyətin olması ilə əlaqədar məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ondan istintaq vaxtı ifadə alınmamış, o, ibtidai istintaq zamanı Xızı rayon Polis Şöbəsinə gəlməmiş və hər hansı bir sənədə imza etməmiş, ifadənin sonunda yazılmış «ifadə düzdür, başqa əlavəm yoxdur, öz imzamla təsdiq edirəm» sözləri onun xətti ilə yazılmamış, həmin yazı və imza ona məxsus deyil. Məhkəmə iclasında iştirak edən Xızı rayon X8 qrupunun müstəntiqi X9 göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şahid5 şahid qismində cəlb olunmuşdur. Həmin ərəfədə şahid qismində cəlb olunmuş Şahid5 Xızı rayon Polis Şöbəsinə dəvət edərək ifadəsini almışdır. Daha sonra, xidməti otaqda cinayət işi üzrə toplanmış sənədləri nəzərdən keçirərkən qəflətən şahid Lalə Nəsibovaya aid olan ifadəsinin üzərinə çay tökülərək yararsız vəziyyətə düşmüşdür. Bundan sonra, yenidən sonuncu Xızı rayon Polis Şöbəsinə təkrarən ifadəsinin alınması üçün dəvət edilməsinə baxmayaraq şöbəyə gəlməkdən imtina etmişdir. Bu səbəbdən də məcbur olub şahid Lalə Nəsibovun ifadəsinin sonunda onun imzasına uyğun imza çəkmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 4/790 saylı ekspert rəyindən görünür ki, 1) ekspertizaya təqdim edilmiş, cinayət işinin 83-85-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şahidin dindirilməsi protokolunda Şahid5 adından olan imzalar və sonuncu vərəqəsində olan yazılar - Şahid5 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2) ekspertizaya təqdim edilmiş, cinayət işinin 83-85-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şahidin dindirilməsi protokolunda Şahid5 adından olan imzalarda - Şahid5 imzasına oxşadılmaqla icra olunması əlamətləri müşahidə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 104 manat təşkil edir. Məhkəməyədək icraat dövründə aparılmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 30-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 19/1321a nömrəli tədqiqat haqqında arayışdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd “Senate” markalı siqaret qutusunun içərisindəki maddə və əşyalardan: iki ədəd “gümüşü” siqaret kağızı kəsiyi bükümlərində ümumi təmiz çəkisi 0,209 qr olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; bir ədəd sirab qapağının və üç ədəd 1 manatlıq pul əskinazlarının içərilərində narkotik vasitə - heroinin izləri vardır. Tədqiqata ümumilikdə 0,009 qram sərf edildikdən sonra narkotik maddə heroinin qalıq çəkisi 0,200 qram təşkil etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29479 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan bir ədəd zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda 0,109 qr., 0,091 qram, ümumi təmiz çəkisi 0,200 qram olan açıq-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,040 qram heroin sərf edildikdən sonra 0,160 qram qalıq qalmışdır. Cinayət işinin 87-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 81,82 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 483 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-76-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29560 saylı məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsul ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 74-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 40 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-23-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılan yer Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən «Laçın» kafesinin qarşısıdır. Belə ki, Xızı rayonu, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyi, eləcə də, qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində saxlaması ilə əlaqədar Xızı RPŞ-nin CAB-a daxil olmuş əməliyyat məlumatları əsasında həmin gün, yəni xx xxxxxx 2019-cu il tarixdə, saat 18:40 radələrində həmin şəxs qeyd olunan yerdə saxlanılmış, hadisə yerinə Siyəzən rayonunda fəaliyyət göstərən fərdi vəkil X7 dəvət olunmuş, saxlanılan Təqsirləndirilən şəxs onun saxlanılmasının səbəbi izah olunmuş və daha sonra, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması bildirilmişdir. Buna görə də, Azərbaycan Respublikası CPM-nın 147 və 148-ci maddələrinə əsasən şübhəli şəxs qismində tutulması ona elan olunmuşdur. Bundan sonra, ona hüquq və vəzifələri elan olunmuş və üzərində Azərbaycan Respublikası CPM-nın 246-cı maddəsinə əsasən şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış istintaq hərəkətinə başlanmamışdan əvvəl şübhəli şəxsə üzərində hər-hansı bir qanunsuz əşya, narkotik vasitə və sair varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman şübhəli şəxs əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən qara rəngli əl fənəri, əynində olan qara rəngli cins şalvarın sol cibindən «PallMall» markalı siqaret, şalvarın sağ gizli cibindən qara dəstəkli, açılıbqatlanan bıçaq və əynində olan gödəkçənin iç cibindən «Senate» markalı siqaret qutusunun içərisindən kustar üsulla hazırlanmış kiçik ölçülü çömçəyə bənzər əşya, 3 (üç) ədəd uc hissələri yanmış və qatlanmış şəkildə olan 1 manatlı əskinazlar, eləcə də, 2 (iki) ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü təqdim etmişdir. Aşkar olunan bükülülər barədə şübhəli şəxsdən soruşduqda o, bildirmişdir ki, həmin bükülülərin arasında narkotik vasitə vardır. Qeyd olunan bükülülər açılmış və hər ikisinin içərisində toz halında açıqqəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra, aşkar olunmuş vasitələr müvafiq şəkildə qablaşdırılmış və üzəri DİN-in zərflər üçün olan 131 nömrəli möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmiş, protokol saat 18:40-dan 18:55-dək tərtib edilmişdir. Məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş və Şahid1 məhkəməyə təqdim etdiyi CD diskə sədrlik edənin iştirakı ilə proses iştirakçıları tərəfindən baxış keçirilmişdir. CD diskə baxış keçirilərkən Şahid1 tərəfindən çəkilmiş video görüntüdə “Laçın”kafesinin içərisində kənarda yığılmamış masanın, həmin masanın üzərində boş içki şüşələri və müxtəlif ərzaqların olduğu, Təqsirləndirilən şəxs yatılı vəziyyətdə masanın kənarında oturması görünür. Həmçinin, orada özünü X1 təqdim edən şəxs yatan şəxsi indi tanıdığını və masanın üstündə olan siqaret qutusunun, pul əskinazlarının və bıçağın yatan şəxsin gödəkçəsinin sol cibindən çıxdığını bildirir. Sərxan Mirzəyev həmin siqaret qutusunun içərisindən iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda olan kütləni çıxarıb masanın üzərinə qoyur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 91-92-ci vərəqələrində olan Xızı RPŞnin İQ-nin müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə içərisində təmiz çəkisi 0,209 qram (tədqiqatdan sonra qalıq qalmış 0,160 qram) narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 55-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-14-cü vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:42-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 51-52-ci vərəqələrindəki xx xxxxxx 2019-cu il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Xızı RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 159-161-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(068)-13/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 164-166-cı vərəqələrində olan xx xxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, eləcə də Xızı RPŞ-nin xx xxxx 2020-ci il tarixli, 165-3340-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində tutularaq Xızı RPŞnin MSY-nə, oradan isə xx xxxx 2020-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 113-118-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Əsas Qanunun bu müddəası Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində də daha geniş formada əksini tapmışdır. Həmin maddədə də qeyd olunur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsiri olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalıdır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmədə və ibtidai istintaq dövründə verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarındakı sənədlərin Azərbaycan Respublikası Cinayət-Prosessual Qanunvericiliyinə riayət etmədən tərtib olunması Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini törətməsinə kifayət qədər şübhələr yaratmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məhkəmə ondan ötrü Təqsirləndirilən şəxs məhz bu əsasla bəraət hökmü çıxarılması nəticəsinə gəlmişdir ki, cinayət hadisəsi baş vermiş və cinayətin predmeti olan narkotik vasitə maddi sübut kimi tanınmış, lakin Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi, yəni təqsirliliyi sübut edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəlarının pozulması yol verilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsində qeyd edilir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin maddənin ikinci hissəsində qeyd olunur ki, şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunur. Azərbaycan Respublikası CPM-nin 247-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt, barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeydi əks etdirən protokol tərtib edir. Göründüyü kimi xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokol Azərbaycan Respublikası CPM-nin 247-ci maddəsinin tələblərinə əməl edilməməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları pozulmaqla əldə edilmişdir. Belə ki, xx xxxxxx 2016-cı il tarixli, 439-VQD saylı Qanunla yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsində göstərilir ki, şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd edilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində qeyd edilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmiş olduqda çıxarıla bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə görə cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin üzərində axtarış aparılarkən azı 2 hal şahidinin iştirakı mütləqdir, eyni zamanda bu şəxslərin cinayət işi üzrə heç bir şəxsi marağı olmamalı, onlar neytral olmalı, müşayiət etdikləri istintaq hərəkətləri ilə bağlı obyektiv həqiqətlərin qeydə alınması üçün cəlb edilməlidirlər. Lakin, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, səhər saatlarında işlədiyi “Laçın” kafesində masanın üzərinə başını qoyub yatdığı vəziyyətdə olarkən Xızı RPŞ-nin CAB-nin sabiq baş əməliyyat müvəkkili Şahid1 tərəfindən onun üzərinə baxış keçirilmiş, həmin vaxt protokol tərtib olunmamış, yalnız həmin gün axşam təxminən saat 18:40 radələrində müstəntiq Rəşad Cavadovun və müdafiəçi Arif Həbibzadənin iştirakı ilə hadisə yerində sənədləşdirmə aparılması üçün yenidən Laçın kafesinə getmiş və orada video çəkilişlə təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin çıxdığını protokollaşdırmışlar. Bu hal həmin narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülməsi halını şübhə altına alır və ümumiyyətlə narkotik vasitənin ona məxsus olub-olmamasını qeyri müəyyən edir. Qeyd edilən hallar onu göstərir ki, həmin protokol qanunvericiliyin ziddinə olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitusiyası və Azərbycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə təsbit olunmuş müdafiə hüquqlarının pozulması ilə tərtib olunmuşdur. Bu da həmin protokolun natamam olmaqla yanaşı, protokola həqiqətə uyğun olmayan məlumatların daxil edildiyini göstərir. Belə olan halda həmin protokol və bu protokol əsasında götürülməsi qeyd edilmiş narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutlar kimi qəbul oluna bilməz. Çünki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 134.5-ci maddəsinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə səhər təxminən 9-10 radələrində saxlanılaraq Xızı RPŞ-yə gətirildiyi andan o, faktiki olaraq tutulmuş olduğu halda onun müdafiə hüququ təmin olunmamışdır. Məhz bu hal da, bu andan müdafiəçi gələnədək həmin şəxsin iştirakı ilə keçirilmiş baxışın və götürülmüş sübutların Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş itthamın əsasını təşkil və onun təqsirini təsdiq edən sübutlar kimi istifadə olunmasını istisna edir. Çünki, X16 Məhkəməsini presedentlərinə əsasən müəyyən olunur ki, şəxs konkret yeri tərk edə bilmirsə o, tutulmuş hesab olunur. Məsələn, De Vilde, Ooms və Versip Belçikaya qarşı məhkəmə işi üzrə X16 Məhkəməsinin xx xxxx 1971-ci il tarixli qərarı ilə aydınlıq gətirilmişdir ki, azadlığı məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil və şəxs konkret yeri tərk edə bilmirsə, bu onun tutulmuş hesab edilməsi üçün kifayətdir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin İİ bəndinə əsasən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İİİ bəndinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.1-ci maddəsinə əsasən tutulma yalnız cinayəti törətməkdə şübhəli olan şəxsə (147.1.1), ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə (147.1.2), hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma (147.1.3) tətbiq oluna bilər. Göründüyü kimi sadalanan qanun normaları və X16 Məhkəməsini qərarına əsasən Təqsirləndirilən şəxs Xızı RPŞ-yə gətirilərkən artıq faktiki olaraq şübhəli şəxs statusunda olmuşdur. Belə olan halda onun müdafiə hüququ dərhal təmin edilməli idi. Çünki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məclləsinin 90.7.2 və 90.7.5-ci maddələrinə əsasən şübhəli şəxs tutulduğu və ya barəsində qətimkan tədbiri seçildiyi andan müdafiəçiyə malik olmaq və müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, hazırki mövqe “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 28-ci bəndində əks etdirdiyi mövqeyə də, uyğundur. Həmin qərarın 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qərarında da, şəxsin saxlandığı andan şübhəi şəxs kimi tutulmuş hesab edildiyini qeyd edir ki, bu isə bir daha onu təsdiq edir ki, saxlanılan şəxsin bütün hüquqları, o cümlədən müdafiə hüququ dərhal təmin edilməlidir. İş materiallarından isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində axtarış Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinə uyğun aparılmamış, şübhəli şəxs qismində tutulması barədə hər hansı bir qərar qəbul edilmədən üzərinə baxış keçirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə əlaqədar irəli sürülmüş ittihamın əsası onun üzərində axtarışın keçirilməsi ilə əlaqədar rəsmiləşdirilmiş “Şəxsi axtarış və götürmə aparılması barədə” xx xxxxxx 2019-cu il tarixli protokoldan ibarətdir. Qeyd olunan protokolun tərtibi vaxtı sübutların saxtalaşdırılmasına yol verildiyi üçün protokol məhkəmə prosesində öz sübut qüvvəsini itirmişdir. Məhkəmə hazırki iş üzrə məhkəmə istintaqını yekunlaşdırdıqdan sonra əldə edilmiş sübutlar məcmusu ilə belə qərara gəlir ki, hazırki iş üzrə ittiham hökmünün qəbul edilməsi qeyri mümkündür, belə ki, məhkəmə prosesində həqiqət müəyyənləşdirilmiş və təqsirləndirilən şəxsə bəraət verilməklə ədalət mühakiməsinin mənəvi məqsəd və məzmununa nail olunmuşdur. Məhkəmə iş üzrə şahid qismində dindirilmiş Xızı RPŞ-nin CAB-nin sabiq baş əməliyyat müvəkkili Şahid1 ifadəsinə hüquqi qiymət verərək qeyd etmək istəyir ki, onun ibtidai istintaq vaxtı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadəsi tam ziddiyyət təşkil edir. Belə ki, o, məhkəmə prosesində sərbəst ifadə verərkən xx xxxxxx 2019-cu il tarixdə, təxminən səhər saat 9-10 radələrində daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Xızı rayonun Siyəzən rayonu ilə sərhədinin yaxınlığında yerləşən “Laçın” kafesinə getdiyini, kafenin içərisinə daxil olduqda girişdə yığılmamış masanın açıq qaldığını və Təqsirləndirilən şəxs kənarda masanın üzərinə başını qoyub yatdığını görməsini, Təqsirləndirilən şəxs axşamdan Xızı rayonu, Sitalçay kəndində toyda olduğunu eşitdiyindən onda sonuncunun cibində narkotik maddə olması şübhəsi yarandığından, vətəndaş X4 iştirakı ilə, mobil telefonu vasitəsilə video çəkiliş apararaq Namiqi oyadıb ciblərinə baxış keçirən zaman əynində olan gödəkçənin iç cibindən 3 ədəd uc hissələri yanmış və qatlanmış şəkildə olan 1 manatlıq əskinaslar, eləcə də, 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü olması müəyyən olunmasını, bundan sonra, Namiqi avtomaşına əyləşdirərək rayon Polis Şöbəsinə aparmaq istəyərkən kafenin aşpazı Lalə adlı qadın onu hara apardıqlarını soruşduqda o, sonuncuya Təqsirləndirilən şəxs üzərindən 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunduğunu bildirməsini, daha sonra, Təqsirləndirilən şəxs Xızı RPŞ-yə gətirib növbətçi hissəyə təhvil verməsini, həmin gün axşam təxminən saat 18:40 radələrində müstəntiq Rəşad Cavadovun və müdafiəçi Arif Həbibzadənin iştirakı ilə hadisə yerində sənədləşdirmə aparılması üçün yenidən Laçın kafesinə getmələrini və orada video çəkilişlə təqsirləndirilən şəxs narkotik vasitələrin üzərindən çıxdığını yenidən etiraf edərək Xızı rayon, Sitalçay kəndi ərazisindən tapdığını bildirdiyini göstərmişdir. Şahidin bu məzmunda ifadə verməsi həqiqətən təqsirləndirilən şəxsin üzərinə baxışın tutulduğu səhər saatlarında deyil, formal olaraq axşam saatlarında aparıldığını təsdiq edir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsinə də, münasibət bildirilməsi zəruridir. Belə ki, həmin ifadədə Sərxan Mirzəyev xx xxxxxx 2019-cu il tarixdə təxminən səhər saat 8-9 radələrində Xızı rayonu, Şorabad qəsəbəsində olarkən polis əməkdaşı Şahid1 yaşadığı evə gələrək müəyyən dindirmələr aparılması üçün onunla Xızı rayon Polis Şöbəsinə getməyini bildirməsini, yolda Giləzi qəsəbəsinə çatanda polis əməkdaşı Şahid1 “Laçın” kafesinə gedərək orada çay içmək istədiyini bildirməsini, kafenin içərisinə daxil olduqda sonradan adı ona məlum olan Namiqin stolun kənarına başını qoyaraq yatdığını gördükdə polis əməkdaşı Şahid1 cəld avtomaşınına qaçıb oradan əlində nəisə bükülünü ona verərək sonuncunun cibinə qoymağını bildirməsini, o da, həmin bükülünü onun cibinə qoymaqdan imtina etdikdə, polis əməkdaşı Şahid1 özü Namiqin cibinə əlini basaraq bükülünü ora qoymasını, sonradan Şahid1 cibindən telefonunu çıxararaq həmin qoyduğu bükülünü Namiqin cibindən çıxararaq video görüntüyə almasını bildirmişdir ki, bu da, bir daha iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması barədə” xx xxxxxx 2019cu il tarixli protokolda göstərilənlərin həqiqəti əks etdirmədiyini təsdiq edir. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olur ki, hazırki cinayət işi üzrə aparılmış və yuxarıda sadalanan bütün istintaq hərəkətləri qanunun tələblərini kobud qaydada pozulmaqla həyata keçirilmişdir ki, onların nəticəsində əldə olunmuş dəlillər sübut kimi qəbul oluna bilməz və bu səbəbdən də onlar hüquqi qüvvəsi olmayan hesab edilməlidirlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri də, itthamın əsasını təşkil edə bilməz. Belə ki, bir tərəfdən həmin ifadələrdə göstərilən xüsusatlar təqsirləndirilən şəxs tərəfindən məhkəmə icasında təkzib olunmuş, digər tərəfdən isə həmin ifadədə göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcələlnin 350.2-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin maddənin 4-cü bəndinə əsasən bəraət hökmü çıxarılarkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə ona bəraət verildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirsiz bilinməli və ona bəraət verilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Eyni zamanda, Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən “Laçın” kafesində Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən narkotik vasitə olan heroinin aşkar edilməsi faktı məhkəmə istintaqında öz təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi tanınmış həmin qeyd edilən vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktı müəyyən olunmamış qalır. Buna görə də məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,160 qram narkotik vasitə olan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktı araşdırılana qədər Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancında saxlanmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 225 (iki yüz iyirmi beş) manat 82 (səksən iki) qəpik məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347-ci, 349-350-ci, 353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah izah edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,160 qram olan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktının araşdırılması və ona hüquqi qiymət verilməsi üçün zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,160 qram narkotik vasitə olan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktı araşdırılana qədər Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 225 (iki yüz iyirmi beş) manat 82 (səksən iki) qəpik məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-2/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-2/2021
09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver