Məhkəmə qərarları › İş №1(068)-2/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-2/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-2/2022 16.02.2022 XIZI RAYON MƏHKƏMƏSİ X27 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs4 və müdafiəçisi – Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs5 və müdafiəçiləri – Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi5 və “Yusifbəyli və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə xx xxxxxx 1962-ci il tarixdə Neftçala rayonu Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, üzərində məhkumluğu olmayan, orta təhsilli, evli, Neftçala rayonu, Həsənabad qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 256.3 və 32.3,318.2-ci maddələri ilə, xx xxxxxx 1985-ci il tarixdə Neftçala rayonu, 1-ci Mayak kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Neftçala rayonu, Neftçala şəhərində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 256.3 və 318.2-ci maddələri ilə, xx xxx 1976-cı il tarixdə Astara rayonu, Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, üzərində məhkumluğu olmayan, orta təhsilli, evli, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PXnin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 256.3 və 318.2-ci maddələri ilə, xx xxxxxx 1963-cü il tarixdə Neftçala rayonu, Novo- Vasilyevka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, üzərində məhkumluğu olmayan, orta təhsilli, evli, Neftçala rayonu Kürkənd kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 256.3 və 318.2-ci maddələri ilə və xx xxxx 1998-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PXnin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 2-ci bəndinin tələblərinə əsasən balıq ovunun Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınmış balıqovlama bileti əsasında aparılmalı olmasına, habelə nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovu qadağan edilməsinə baxmayaraq qanunvericiliyin həmin tələblərini kobud şəkildə pozmaqla, balıq ovlama bileti olmadan Azərbaycan Respublikası FHN-nin X7 və X18 Xidməti tərəfindən həvəskar balıq ovu üçün verilmiş 22.05.2019-cu il tarixli, AA № 06817 nömrəli gəmi bileti və 08.02.2021-ci il tarixli, AA № 025196 nömrəli texniki talona əsasən 2009-cu ildə Rusiya Federasiyasında taxta materialdan istehsal edilmiş, zavod № 1000454, 1028921, bort № 1476, reyestr № 476 olan, 9,80 metr uzunluqda, 2,70 metr enində, 2 ədəd “Yamaha 250” mühərrikli motorla təchiz edilmiş və 08.12.2020-ci il tarixli AR-İİ №197292 nömrəli etibarnamə əsasında tanışı Şahid9 aldığı “Bayda” tipli üzmə vasitəsi və 1385 ədəd qarmaqla “Nərə” cinsli balıqların Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindən qanunsuz tutulmasını təşkil etmək məqsədi ilə Astara rayonu Şahağacı kənd sakini Təqsirləndirilən şəxs3, Neftçala rayonu Kürkənd kənd sakini Təqsirləndirilən şəxs4, Neftçala rayonu, 1-ci Mayak kənd sakini Təqsirləndirilən şəxs2 və Abşeron rayonu Masazır qəsəbə sakini Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, 13-14 iyun 2021-ci il tarixlərdə istifadəsində olan 070 822-36-60 mobil telefon nömrəsi ilə əlbir olduğu qrupun üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la telefon əlaqəsi saxlayıb “Nərə” balığının qanunsuz ovu məqsədilə 15 iyun 2021-ci il tarixdə, gecə saatlarında Xızı rayonu, Giləzi qəsəbəsi ərazisindən Xəzər dənizinə getmələri barədə həmin şəxsləri təlimatlandırmış, qabaqcadan aralarında əldə olunmuş cinayətkar sövdələşməyə əsasən istifadəsində olan bayda tipli üzmə vasitəsini 14 iyun 2021-ci il tarixdə 400 manat müqabilində Şahid11 idarə etdiyi “Mercedes atego” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı “evakuator” tipli yük avtomobili ilə Neftçala rayonu Həsənabad kəndindən Xızı rayonu, Giləzi qəsəbəsinin ərazisinə, Xəzər dənizinin sahilinə gətirib, həmin üzmə vasitəsini dənizin dərinliklərində “Nərə” balıqlarının çox olduğu hissədən daha çox ov edilməsi məqsədilə 1 ton 800 litr həcmdə benzin yanacağı, 1385 ədəd qarmaq və “GPS” cihazı ilə təchiz etmiş, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs5 məxsus olan və sonuncunun tanışı X3 tərəfindən idarə edilən “Zil 131” markalı avtomobilə qoşub dartmaqla bortunda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 olan həmin üzmə vasitəsini 15 iyun 2021-ci il tarixdə, saat 04:37 radələrində Xızı rayonu Giləzi qəsəbəsinin ərazisindən Xəzər dənizinə salmaqla, qabaqcadan əlbir olduğu qrup üzvlərinin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənardan keçmələrini təşkil edib dənizin dərinliyinə göndərməklə, həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin X20 “Böyük-Həmyə” X15 xidməti ərazisində 74-cü Yanalma Körpüsündən təxminən 1 km sağ cinahda “Pusqu” sərhəd naryadından müvafiq icazə almadan qeyd olunan nəqliyyat vasitəsi ilə 211.8 mil, yəni 392.253 km məsafə qət edib Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərək Xəzər dənizinin Qazaxıstan Respublikası və Rusiya Federasiyasının ərazi sularına qanunsuz daxil olmaqla, 15 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək geri dönmədən açıq dənizdə qalıb Xəzər dənizindən (gölündən) qanunsuz olaraq ümumilikdə 620 kq çəkidə, 106 ədəd “Nərə” cinsli balıqları qanunsuz tutaraq özü üzən nəqliyyat vasitəsinə yükləmiş, özü isə cinayətkar plana əsasən Təqsirləndirilən şəxs5la birlikdə Xəzər dənizinin Xızı rayonu Giləzi qəsəbəsi ərazisindəki sahilində gözləməklə, 19 iyun 2021-ci il tarixdə qeyd olunan istiqamətdən dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənar və müəyyən edilmiş sənədlər olmadan vahid niyyətlə Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsinə qanunsuz olaraq keçib geri qayıdan qabaqcadan əlbir olduğu qrup üzvlərini Xızı rayonu Giləzi qəsəbəsinin ərazisindəki Xəzər dənizinin sahilində qarşılayıb qanunsuz ovlanmış balıqları özü üzən nəqliyyat vasitəsindən boşaldaraq qəbul edən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin balıqlar aşkar edilib götürülmüş, həmin əməlləri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 10-cu bəndinə əsasən ümumilikdə təbiətə 23320 manat, yəni külli miqdarda ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında özü üzən nəqliyyat vasitəsindən istifadə etməklə qanunsuz balıq tutmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçmə cinayətinin törədilməsini təşkil etməklə həmin cinayətin törədilməsinə rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs2 “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 2-ci bəndinin tələblərinə əsasən balıq ovunun Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınmış balıqovlama bileti əsasında aparılmalı olmasına, habelə nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovu qadağan edilməsinə baxmayaraq qanunvericiliyin həmin tələblərini kobud şəkildə pozmaqla, balıq ovlama bileti olmadan Azərbaycan Respublikası FHN-nin X7 və X18 Xidməti tərəfindən həvəskar balıq ovu üçün verilmiş 22.05.2019-cu il tarixli, AA № 06817 nömrəli gəmi bileti və 08.02.2021-ci il tarixli, AA № 025196 nömrəli texniki talona əsasən 2009-cu ildə Rusiya Federasiyasında taxta materialdan istehsal edilmiş, zavod № 1000454, 1028921, bort № 1476, reyestr № 476 olan, 9,80 metr uzunluqda, 2,70 metr enində, 2 ədəd “Yamaha 250” mühərrikli motorla təchiz edilmiş və 08.12.2020-ci il tarixli, AR-İİ №197292 nömrəli etibarnamə əsasında qabaqcadan əlbir olan bir qrupun rəhbəri və təşkilatçısı Neftçala rayonu Həsənabad qəsəbə sakini Təqsirləndirilən şəxs1 tanışı Şahid9 aldığı “Bayda” tipli üzmə vasitəsi və 1385 ədəd qarmaqla “Nərə” cinsli balıqların Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindən qanunsuz tutulması məqsədi ilə sonuncunun təşkil etdiyi cinayətkar qrupun üzvləri Astara rayonu Şahağacı kənd sakini Təqsirləndirilən şəxs3, Neftçala rayonu Kürkənd kənd sakini Təqsirləndirilən şəxs4 və Abşeron rayonu Masazır qəsəbə sakini Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, 13-14 iyun 2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 tərəfindən 070 822-36-60 mobil telefon nömrəsi vasitəsi ilə cinayətkar qrupun üzvləri, eləcə də o, “Nərə” balığının qanunsuz ovu məqsədilə 15 iyun 2021-ci il tarixdə, gecə saatlarında Xızı rayonu Giləzi qəsəbəsi ərazisindən Xəzər dənizinə getmələri barədə təlimatlandırılmış, qabaqcadan aralarında əldə olunmuş cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan bayda tipli üzmə vasitəsini 14 iyun 2021-ci il tarixdə 400 manat müqabilində Şahid11 idarə etdiyi “Mercedes atego” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı “evakuator” tipli yük avtomobili ilə Neftçala rayonu Həsənabad qəsəbəsindən Xızı rayonu Giləzi qəsəbəsinin ərazisinə, Xəzər dənizinin sahilinə gətirib, həmin üzmə vasitəsini dənizin dərinliklərində “Nərə” balıqlarının çox olduğu hissədən daha çox ov edilməsi məqsədilə 1 ton 800 litr həcmdə benzin yanacağı, 1385 ədəd qarmaq və “GPS” cihazı ilə təchiz etmiş, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs5 məxsus olan və sonuncunun tanışı X3 tərəfindən idarə edilən “Zil 131” markalı avtomobilə qoşub dartmaqla bortunda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, eləcə də onunda olduğu həmin üzmə vasitəsini 15 iyun 2021-ci il tarixdə, saat 04:37 radələrində Xızı rayonu Giləzi qəsəbəsinin ərazisindən Xəzər dənizinə salmaqla, onların Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənardan keçmələrini təşkil edib dənizin dərinliyinə göndərməklə, həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, o da cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la birlikdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin X20 “Böyük- Həmyə” X15 xidməti ərazisində 74-cü Yanalma Körpüsündən təxminən 1 km sağ cinahda “Pusqu” sərhəd naryadından müvafiq icazə almadan qeyd olunan nəqliyyat vasitəsi ilə 211.8 mil, yəni 392.253 km məsafə qət edib Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərək Xəzər dənizinin Qazaxıstan Respublikası və Rusiya Federasiyasının ərazi sularına qanunsuz daxil olmaqla, 15 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək geri dönmədən açıq dənizdə qalıb Xəzər dənizindən (gölündən) qanunsuz olaraq ümumilikdə 620 kq çəkidə, 106 ədəd “Nərə” cinsli balıqları qanunsuz tutaraq özü üzən nəqliyyat vasitəsinə yükləmiş, Təqsirləndirilən şəxs1 isə cinayətkar plana əsasən Təqsirləndirilən şəxs5la birlikdə Xəzər dənizinin Xızı rayonu Giləzi qəsəbəsi ərazisindəki sahilində gözləməklə, 19 iyun 2021-ci il tarixdə qeyd olunan istiqamətdən dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənar və müəyyən edilmiş sənədlər olmadan vahid niyyətlə Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsinə qanunsuz olaraq keçib geri qayıdan qabaqcadan əlbir olduğu qrup üzvlərini Xızı rayonu Giləzi qəsəbəsinin ərazisindəki Xəzər dənizinin sahilində qarşılayıb onlar tərəfindən qanunsuz ovlanmış balıqları özü üzən nəqliyyat vasitəsindən boşaldaraq qəbul edən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin balıqlar aşkar edilib götürülmüş, o, həmin əməlləri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 10-cu bəndinə əsasən ümumilikdə təbiətə 23320 manat, yəni külli miqdarda ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında özü üzən nəqliyyat vasitəsindən istifadə etməklə qanunsuz balıq tutmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçmişdir. Təqsirləndirilən şəxs3 “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 2-ci bəndinin tələblərinə əsasən balıq ovunun Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınmış balıqovlama bileti əsasında aparılmalı olmasına, habelə nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovu qadağan edilməsinə baxmayaraq qanunvericiliyin həmin tələblərini kobud şəkildə pozmaqla, balıq ovlama bileti olmadan Azərbaycan Respublikası FHN-nin X7 və X18 Xidməti tərəfindən həvəskar balıq ovu üçün verilmiş 22.05.2019-cu il tarixli, AA № 06817 nömrəli gəmi bileti və 08.02.2021-ci il tarixli, AA № 025196 nömrəli texniki talona əsasən 2009-cu ildə Rusiya Federasiyasında taxta materialdan istehsal edilmiş, zavod № 1000454, 1028921, bort № 1476, reyestr № 476 olan, 9,80 metr uzunluqda, 2,70 metr enində, 2 ədəd “Yamaha 250” mühərrikli motorla təchiz edilmiş və 08.12.2020-ci il tarixli, AR-İİ №197292 nömrəli etibarnamə əsasında qabaqcadan əlbir olan bir qrupun rəhbəri və təşkilatçısı Neftçala rayonu Həsənabad qəsəbə sakini Təqsirləndirilən şəxs1 tanışı Şahid9 aldığı “Bayda” tipli üzmə vasitəsi və 1385 ədəd qarmaqla “Nərə” cinsli balıqların Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindən qanunsuz tutulması məqsədi ilə sonuncunun təşkil etdiyi cinayətkar qrupun üzvləri Neftçala rayonu Kürkənd kənd sakini Təqsirləndirilən şəxs4, Neftçala rayonu 1-ci Mayak kənd sakini Təqsirləndirilən şəxs2 və Abşeron rayonu Masazır qəsəbə sakini Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, 13-14 iyun 2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 tərəfindən 070 822-36-60 mobil telefon nömrəsi vasitəsi ilə cinayətkar qrupun üzvləri, eləcə də o, “Nərə” balığının qanunsuz ovu məqsədilə 15 iyun 2021-ci il tarixdə, gecə saatlarında Xızı rayonu Giləzi kəndi ərazisindən Xəzər dənizinə getmələri barədə təlimatlandırılmış, qabaqcadan aralarında əldə olunmuş cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan bayda tipli üzmə vasitəsini 14 iyun 2021-ci il tarixdə 400 manat müqabilində Şahid11 idarə etdiyi “Mercedes atego” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı “evakuator” tipli yük avtomobili ilə Neftçala rayonu Həsənabad qəsəbəsindən Xızı rayonu Giləzi qəsəbəsinin ərazisinə, Xəzər dənizinin sahilinə gətirib, həmin üzmə vasitəsini dənizin dərinliklərində “Nərə” balıqlarının çox olduğu hissədən daha çox ov edilməsi məqsədilə 1 ton 800 litr həcmdə benzin yanacağı, 1385 ədəd qarmaq və “GPS” cihazı ilə təchiz etmiş, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs5 məxsus olan və sonuncunun tanışı X3 tərəfindən idarə edilən “Zil 131” markalı avtomobilə qoşub dartmaqla bortunda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4, eləcə də onunda olduğu həmin üzmə vasitəsini 15 iyun 2021-ci il tarixdə, saat 04:37 radələrində Xızı rayonu Giləzi qəsəbəsinin ərazisindən Xəzər dənizinə salmaqla, onların Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənardan keçmələrini təşkil edib dənizin dərinliyinə göndərməklə, həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, o da cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la birlikdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin X20 “Böyük- Həmyə” X15 xidməti ərazisində 74-cü Yanalma Körpüsündən təxminən 1 km sağ cinahda “Pusqu” sərhəd naryadından müvafiq icazə almadan qeyd olunan nəqliyyat vasitəsi ilə 211.8 mil, yəni 392.253 km məsafə qət edib Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərək Xəzər dənizinin Qazaxıstan Respublikası və Rusiya Federasiyasının ərazi sularına qanunsuz daxil olmaqla, 15 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək geri dönmədən açıq dənizdə qalıb Xəzər dənizindən (gölündən) qanunsuz olaraq ümumilikdə 620 kq çəkidə, 106 ədəd “Nərə” cinsli balıqları qanunsuz tutaraq özü üzən nəqliyyat vasitəsinə yükləmiş, Təqsirləndirilən şəxs1 isə cinayətkar plana əsasən Təqsirləndirilən şəxs5la birlikdə Xəzər dənizinin Xızı rayonu Giləzi qəsəbəsi ərazisindəki sahilində gözləməklə, 19 iyun 2021-ci il tarixdə qeyd olunan istiqamətdən dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənar və müəyyən edilmiş sənədlər olmadan vahid niyyətlə Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsinə qanunsuz olaraq keçib geri qayıdan qabaqcadan əlbir olduğu qrup üzvlərini Xızı rayonu Giləzi qəsəbəsinin ərazisindəki Xəzər dənizinin sahilində qarşılayıb onlar tərəfindən qanunsuz ovlanmış balıqları özü üzən nəqliyyat vasitəsindən boşaldaraq qəbul edən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin balıqlar aşkar edilib götürülmüş, o, həmin əməlləri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 10-cu bəndinə əsasən ümumilikdə təbiətə 23320 manat, yəni külli miqdarda ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında özü üzən nəqliyyat vasitəsindən istifadə etməklə qanunsuz balıq tutmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçmişdir. Təqsirləndirilən şəxs4 “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 2-ci bəndinin tələblərinə əsasən balıq ovunun Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınmış balıqovlama bileti əsasında aparılmalı olmasına, habelə nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovu qadağan edilməsinə baxmayaraq qanunvericiliyin həmin tələblərini kobud şəkildə pozmaqla, balıq ovlama bileti olmadan Azərbaycan Respublikası FHN-nin X7 və X18 Xidməti tərəfindən həvəskar balıq ovu üçün verilmiş 22.05.2019-cu il tarixli, AA № 06817 nömrəli gəmi bileti və 08.02.2021-ci il tarixli, AA № 025196 nömrəli texniki talona əsasən 2009-cu ildə Rusiya Federasiyasında taxta materialdan istehsal edilmiş, zavod № 1000454, 1028921, bort № 1476, reyestr № 476 olan, 9,80 metr uzunluqda, 2,70 metr enində, 2 ədəd “Yamaha 250” mühərrikli motorla təchiz edilmiş və 08.12.2020-ci il tarixli, AR-İİ №197292 nömrəli etibarnamə əsasında qabaqcadan əlbir olan bir qrupun rəhbəri və təşkilatçısı Neftçala rayonu Həsənabad qəsəbə sakini Təqsirləndirilən şəxs1 tanışı Şahid9 aldığı “Bayda” tipli üzmə vasitəsi və 1385 ədəd qarmaqla “Nərə” cinsli balıqların Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindən qanunsuz tutulması məqsədi ilə sonuncunun təşkil etdiyi cinayətkar qrupun üzvləri Astara rayonu Şahağacı kənd sakini Təqsirləndirilən şəxs3, Neftçala rayonu 1-ci Mayak kənd sakini Təqsirləndirilən şəxs2 və Abşeron rayonu Masazır qəsəbə sakini Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, 13-14 iyun 2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 tərəfindən 070 822-36-60 mobil telefon nömrəsi vasitəsi ilə cinayətkar qrupun üzvləri, eləcə də o, “Nərə” balığının qanunsuz ovu məqsədilə 15 iyun 2021-ci il tarixdə, gecə saatlarında Xızı rayonu Giləzi qəsəbəsi ərazisindən Xəzər dənizinə getmələri barədə təlimatlandırılmış, qabaqcadan aralarında əldə olunmuş cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan bayda tipli üzmə vasitəsini 14 iyun 2021-ci il tarixdə 400 manat müqabilində Şahid11 idarə etdiyi “Mercedes atego” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı “evakuator” tipli yük avtomobili ilə Neftçala rayonu Həsənabad qəsəbəsindən Xızı rayonu Giləzi qəsəbəsinin ərazisinə, Xəzər dənizinin sahilinə gətirib, həmin üzmə vasitəsini dənizin dərinliklərində “Nərə” balıqlarının çox olduğu hissədən daha çox ov edilməsi məqsədilə 1 ton 800 litr həcmdə benzin yanacağı, 1385 ədəd qarmaq və “GPS” cihazı ilə təchiz etmiş, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs5 məxsus olan və sonuncunun tanışı X3 tərəfindən idarə edilən “Zil 131” markalı avtomobilə qoşub dartmaqla bortunda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, eləcə də onunda olduğu həmin üzmə vasitəsini 15 iyun 2021-ci il tarixdə, saat 04:37 radələrində Xızı rayonu Giləzi qəsəbəsinin ərazisindən Xəzər dənizinə salmaqla, onların Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənardan keçmələrini təşkil edib dənizin dərinliyinə göndərməklə, həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, o da cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin X20 “Böyük- Həmyə” X15 xidməti ərazisində 74-cü Yanalma Körpüsündən təxminən 1 km sağ cinahda “Pusqu” sərhəd naryadından müvafiq icazə almadan qeyd olunan nəqliyyat vasitəsi ilə 211.8 mil, yəni 392.253 km məsafə qət edib Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərək Xəzər dənizinin Qazaxıstan Respublikası və Rusiya Federasiyasının ərazi sularına qanunsuz daxil olmaqla, 15 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək geri dönmədən açıq dənizdə qalıb Xəzər dənizindən (gölündən) qanunsuz olaraq ümumilikdə 620 kq çəkidə, 106 ədəd “Nərə” cinsli balıqları qanunsuz tutaraq özü üzən nəqliyyat vasitəsinə yükləmiş, Təqsirləndirilən şəxs1 isə cinayətkar plana əsasən Təqsirləndirilən şəxs5la birlikdə Xəzər dənizinin Xızı rayonu Giləzi qəsəbəsi ərazisindəki sahilində gözləməklə, 19 iyun 2021-ci il tarixdə qeyd olunan istiqamətdən dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənar və müəyyən edilmiş sənədlər olmadan vahid niyyətlə Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsinə qanunsuz olaraq keçib geri qayıdan qabaqcadan əlbir olduğu qrup üzvlərini Xızı rayonu Giləzi qəsəbəsinin ərazisindəki Xəzər dənizinin sahilində qarşılayıb onlar tərəfindən qanunsuz ovlanmış balıqları özü üzən nəqliyyat vasitəsindən boşaldaraq qəbul edən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin balıqlar aşkar edilib götürülmüş, o, həmin əməlləri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 10-cu bəndinə əsasən ümumilikdə təbiətə 23320 manat, yəni külli miqdarda ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında özü üzən nəqliyyat vasitəsindən istifadə etməklə qanunsuz balıq tutmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçmişdir. Təqsirləndirilən şəxs5 “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 2-ci bəndinin tələblərinə əsasən balıq ovunun Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınmış balıqovlama bileti əsasında aparılmalı olmasına, habelə nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovu qadağan edilməsinə baxmayaraq qanunvericiliyin həmin tələblərini kobud şəkildə pozmaqla, balıq ovlama bileti olmadan Azərbaycan Respublikası FHN-nin X7 və X18 Xidməti tərəfindən həvəskar balıq ovu üçün verilmiş 22.05.2019-cu il tarixli, AA № 06817 nömrəli gəmi bileti və 08.02.2021-ci il tarixli, AA № 025196 nömrəli texniki talona əsasən 2009-cu ildə Rusiya Federasiyasında taxta materialdan istehsal edilmiş, zavod № 1000454, 1028921, bort № 1476, reyestr № 476 olan, 9,80 metr uzunluqda, 2,70 metr enində, 2 ədəd “Yamaha 250” mühərrikli motorla təchiz edilmiş və 08.12.2020-ci il tarixli, AR-İİ №197292 nömrəli etibarnamə əsasında qabaqcadan əlbir olan bir qrupun rəhbəri və təşkilatçısı Neftçala rayonu Həsənabad qəsəbə sakini Təqsirləndirilən şəxs1 tanışı Şahid9 aldığı “Bayda” tipli üzmə vasitəsi və 1385 ədəd qarmaqla “Nərə” cinsli balıqların Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindən qanunsuz tutulması məqsədi ilə sonuncunun təşkil etdiyi cinayətkar qrupun üzvləri Astara rayonu Şahağacı kənd sakini Təqsirləndirilən şəxs3, Neftçala rayonu 1-ci Mayak kənd sakini Təqsirləndirilən şəxs2 və Neftçala rayonu Kürkənd kənd sakini Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, 13-14 iyun 2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 tərəfindən 070 822-36-60 mobil telefon nömrəsi vasitəsi ilə cinayətkar qrupun üzvləri, eləcə də o, “Nərə” balığının qanunsuz ovu məqsədilə 15 iyun 2021-ci il tarixdə, gecə saatlarında Xızı rayonu Giləzi qəsəbəsi ərazisindən Xəzər dənizinə getmələri barədə təlimatlandırılmış, qabaqcadan aralarında əldə olunmuş cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan bayda tipli üzmə vasitəsini 14 iyun 2021-ci il tarixdə 400 manat müqabilində Şahid11 idarə etdiyi “Mercedes atego” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı “evakuator” tipli yük avtomobili ilə Neftçala rayonu Həsənabad qəsəbəsindən Xızı rayonu Giləzi qəsəbəsinin ərazisinə, Xəzər dənizinin sahilinə gətirib, həmin üzmə vasitəsini dənizin dərinliklərində “Nərə” balıqlarının çox olduğu hissədən daha çox ov edilməsi məqsədilə 1 ton 800 litr həcmdə benzin yanacağı, 1385 ədəd qarmaq və “GPS” cihazı ilə təchiz etmiş, ona məxsus olan və onun tanışı X3 tərəfindən idarə edilən “Zil 131” markalı avtomobilə qoşub dartmaqla bortunda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 olduğu həmin üzmə vasitəsini 15 iyun 2021-ci il tarixdə, saat 04:37-də Xızı rayonu Giləzi qəsəbəsinin ərazisindən Xəzər dənizinə salmaqla, həmin şəxslərin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənardan keçmələrini təşkil edib dənizin dərinliyinə göndərməklə, həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə 15 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək geri dönmədən açıq dənizdə qalıb Xəzər dənizindən (gölündən) qanunsuz olaraq ümumilikdə 620 kq çəkidə, 106 ədəd “Nərə” cinsli balıqları qanunsuz tutaraq özü üzən nəqliyyat vasitəsinə yükləmiş, Təqsirləndirilən şəxs1 isə cinayətkar plana əsasən onunla birlikdə Xəzər dənizinin Xızı rayonu Giləzi qəsəbəsi ərazisindəki sahilində gözləməklə, 19 iyun 2021-ci il tarixdə qeyd olunan istiqamətdən geri qayıdan qabaqcadan əlbir olduğu qrup üzvlərini Xızı rayonu Giləzi qəsəbəsinin ərazisindəki Xəzər dənizinin sahilində qarşılayıb həmin şəxslər tərəfindən qanunsuz ovlanmış balıqları özü üzən nəqliyyat vasitəsindən boşaldaraq qəbul edən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin balıqlar aşkar edilib götürülmüş, o, həmin əməlləri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 10-cu bəndinə əsasən ümumilikdə təbiətə 23320 manat, yəni külli miqdarda ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında özü üzən nəqliyyat vasitəsindən istifadə etməklə qanunsuz balıq tutmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Neftçala rayonunda qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış və Xəzər dənizindən müxtəlif cinsli balıqları ovlayaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar” adlanan bazarda sataraq ailəsini dolandırmışdır. 2021-ci ilin iyun ayında ilk dəfə balıq ovlamaq üçün fəhlələri Xəzər dənizinə yola salmış, aralarında olan razılığa əsasən dənizdən tutulan balıqlardan əldə edilmiş gəlirin 20 faizi həmin şəxslərə, qalanı isə ona çatmalı idi. Onun 2 ədəd "Yamaha- 250" mühərriklə təzhiz edilmiş “Bayda” tipli qayığı və həmin qayığa aid müvafiq sənədləri olmuş, həmçinin qayıqda müvəqqəti qalıb yaşamaq üçün münasib şərait də vardır. O, 12 iyun 2021-ci il tarixdə telefonla Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda zəng edib qayığın motorunu təmir etdiyini və dənizə çıxıb yoxlamaq lazım olduğunu bildirmiş, eyni zamanda özünə aid olan təxminən 1385 ədəd qarmağı da onlara verəcəyini və dənizdə olarkən “Nərə” cinsli balıq ovlamalarını demişdir. Həmin şəxslər də, bir-birini əvvəlcədən tanımış və onun dedikləri ilə razılaşmışlar. Həmin danışıqdan 1 gün sonra, yəni 13 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 Bakı şəhərində qarşılamış və həmin gün dənizə getmədikləri üçün gecəni onun evində qalmışlar. Növbəti gün, yəni 14 iyun 2021-ci il tarixdə, saat 14:00 radələrində “Bayda” tipli üzmə vasitəsini dənizin sahilinə aparmaq üçün evakuator lazım olduğundan Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon dairəsi adlanan əraziyə getmiş, orada tanımadığı bir nəfər şəxslə görüşüb evakuator vasitəsilə “Bayda” tipli qayığı Neftçala rayonu, Həsənabad qəsəbəsindən götürüb Xızı rayon Giləzi qəsəbəsinə gətirməsi barədə razılaşmışlar. Bundan sonra, elə həmin gün saat 20:00 radələrində o, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 Bakı şəhərindən çıxıb Xızı rayonu, Giləzi qəsəbəsinə gəlmiş, saat 22:00 radələrində Xəzər dənizinin sahilinə çatarkən artıq evakuator “Bayda” tipli qayığı sahilə gətirmişdir. Həmin “Bayda” tipli qayığın bütün texniki və lazım olan digər sənədləri, eləcə də, dənizə buraxılması üçün müvafiq icazəsi olmuşdur. Eyni zamanda o, qayığın suya endirilməsində köməklik etməsi üçün əvvəlcədən tanış olduğu Qisməti məlumatlandırmış, sonuncu da şəxsiyyəti sonradan ona məlum olan Şahid7 ilə birlikdə onun dediyi yerə gəlmişdir. O, Qismətə “Bayda” tipli qayığın dənizə salınmasına görə 230 manat pul vermiş, qayığı götürüb evə aparılmasına görə də sonradan 300 manat pul verəcəyini razılaşmışlar. 15 iyun 2021-ci il tarixdə, təxminən saat 04:00 radələrində Xızı rayonu, Giləzi qəsəbəsindən “Bayda” tipli qayıq Xəzər dənizinə açılmış, həmin vaxt qayıqda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 olmuş, qayığı Təqsirləndirilən şəxs3 idarə etmişdir. Qayıq suya salındıqdan sonra adını bilmədiyi evakuatorun sürücüsü çıxıb getmiş, o da Təqsirləndirilən şəxs5 və Şahid7 ilə birlikdə Bakı şəhərinə qayıtmışdır. Bundan bir neçə gün sonra, yəni 19 iyun 2021-ci il tarixdə, təxminən səhər saat 11:00 radələrində Təqsirləndirilən şəxs3 istifadə etdiyi mobil nömrə ilə zəng edib benzinin azaldığını, hava şəraitinin küləkli, dənizdə isə güclü dalğa olduğunu, küləyin surəti azaldıqdan sonra sahilə qayıdacaqlarını bildirmişdir. Daha sonra o, istifadə etdiyi mobil telefonla Təqsirləndirilən şəxs5 zəng edib qayığı sahildən götürüb Neftçala rayonu, Həsənabad qəsəbəsindəki evinə aparmaq üçün köməklik etməsini və əlavə fəhlə də gətirməsini, dənizdən tutulmuş balıqları yük avtomobilinə yükləmələrini və bunun müqabilində sonuncuya ümumilikdə 300 manat pul verəcəyini bildirmişdir. Həmin gün saat 19:00 radələrində Qismət Şahid7 və Şahid8 ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsinə gəlmiş, təxminən 30 dəqiqədən sonra qayıq sahilə yaxınlaşmışdır. Həmin vaxt Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizənin 5 nəfər əməkdaşı onlara yaxınlaşıb “Bayda”nın kimə məxsus olmasını soruşmuş, o da “Bayda” tipli qayığın ona məxsus olmasını deyib, qayığın motorunun işləyib-işləməməsini yoxlamaq, həmçinin balıq ovlamaq üçün dənizə getdiklərini bildirmişdir. Bundan başqa o, qayıqla bağlı bütün sənədlərinin olduğunu, özünün kiçikhəcmli bayda tipli gəmi ilə gəzintiyə çıxmaq və həvəskar balıq ovu ilə məşğul olmaq üçün icazəsinin olduğunu demiş, dənizə çıxmaq üçün, həmçinin dənizə çıxmayan zaman əmlakın məhv olmasına görə aidiyyəti nazirliklərə və güc strukturlarına dəfələrlə müraciət etdiyini, lakin ona icazə verilmədiyini bildirmiş, əmlakın xarab olmaması üçün bu yolla dənizə açılmasını təmin etdiyini demişdir. Bundan sonra, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları qayığa baxış keçirərkən qayıqda ümumi çəkisi 620 kq olan, cəmi 106 ədəd “Nərə” cinsli balıq aşkar edərək bu barədə protokol tərtib etmiş və barələrində araşdırma başlamışlar. Sonradan həmin balıqlar ümumilikdə 10000 manat dəyərində qiymətləndirilərək, “X21” MMC-ə təhvil verilmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini və ailəsini dolandırmaqdan ötrü hazırki cinayəti törətməyə məcbur olmasını, dəymiş ziyanın qalıq məbləğinin ödənilməsi ilə bağlı zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi ilə razılığa gəldiklərini, eləcə də, himayəsində heç yerdə işləməyən ailə üzvlərinin olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Neftçala rayon sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 balıqçı kimi tanımış, Abşeron rayon sakini Təqsirləndirilən şəxs5 isə əvvəllər tanımamışdır. 13 iyun 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1 ona zəng edib hal-əhval etdikdən sonra dövlət orqanlarından icazə alaraq, dənizdən “Nərə” balığının ovlanması üçün qrup yaratdığını və 15 iyun 2021-ci il tarixdə, təxminən saat 4-5 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisindən dənizə gediləcəyini bildirmiş, o da Xəzər rayonu Zirə kəndindən taksi vasitəsi ilə Bakı şəhərində yerləşən “Xutor” deyilən əraziyə gəlmişdir. Təqsirləndirilən şəxs1 onu markasını xatırlamadığı avtomobil ilə götürmüş, qarmaqların səhər hazır olacağını və dənizə çıxmaq üçün icazə aldığını bildirmişdir. Həmin gün, gecə saatlarında o, Təqsirləndirilən şəxs1 evində qalmış, növbəti gün Təqsirləndirilən şəxs2 və Raqif Əhmədovla birlikdə Təqsirləndirilən şəxs1 göstərdiyi maşrut üzrə Xızı rayonu, Giləzi qəsəbəsinin ərazisinə gəlmişlər. Xəzər dənizinin sahilində sonuncuya aid “Bayda” tipli 2 ədəd “Yamaha-250” markalı mühərriklə təchiz edilmiş qayıq olmuş, Fərzəli Müştəqov və Təqsirləndirilən şəxs5 adlı şəxslər onları həmin ərazidə gözləmişlər. Onlar avtomobildən 800 litr “benzin” yanacağını götürüb qayığa qoymuş, daha sonra özləri ilə götürdükləri azuqəni qayığa yükləmişlər. O, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2la birlikdə qayığa minib dənizə açılmış, plana görə 2 gündən sonra geri qayıtmalı olmuşlar. Təqsirləndirilən şəxs1 və onların arasındakı razılığa əsasən neytral ərazi kimi bildikləri Rusiya və Qazaxıstan dövlətlərinin sərhədləri istiqamətdə şimala getməli idilər. Bundan sonra, onlar qeyd olunan üzmə vasitəsi ilə Xızı rayonu, Giləzi qəsəbəsindən şimala doğru təxminən 300-400 km məsafədə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən kənar yerdən üzərək neytral ərazi kimi bildikləri yerə getmiş, həmin ərəfədə külək əsdiyi üçün 17 iyun 2021-ci il tarixədək geri qayıda bilməmişlər. Onlar 19 iyun 2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində Xəzər dənizinin Xızı rayonu, Giləzi qəsəbəsi ərazisinə geri qayıtmışlar. Həmin vaxt Xəzər dənizinin Azərbaycan, Qazaxıstan və Rusiya dövlətləri ərazisinə düşən hissələrindən cəmi 106 ədəd, ümumilikdə 620 kq çəkidə nərə cinsli balıq ovlamışlar, lakin hansı sektordan nə qədər ovladıqlarını konkret xatırlamır. Dəniz kənarına çatarkən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizənin əməkdaşları onları saxlamış və Sahil Mühafizə Xidmətinə aparmışlar. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini və ailəsini dolandırmaqdan ötrü hazırki cinayəti törətməyə məcbur olmasını, dəymiş ziyanın qalıq məbləğinin ödənilməsi ilə bağlı zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi ilə razılığa gəldiklərini, eləcə də, himayəsində heç yerdə işləməyən ailə üzvlərinin olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 12 iyun 2021-ci il tarixdə, saat 23:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona zəng edib növbəti gün, saat 08:00 radələrində dənizə getmək üçün hazırlıq etməsini xahiş etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1lə bir məktəbdə oxuduğu üçün sonuncunu əvvəlcədən tanımışdır. O, təxminən 2 il əvvəl də, Təqsirləndirilən şəxs1lə birlikdə balıq tutmaq üçün dənizə getmişdir. Təxminən 15 gün əvvəl Elmar ona zəng edib “əgər dənizə getmək üçün icazə ala bilsə, ondan dənizə gedibgetməyəcəyini” soruşmuş, o da Elmara icazə ala biləcəyi təqdirdə problem olmadığını demişdir. 13 iyun 2021-ci il tarixdə, saat 08:00 radələrində Neftçala rayon sakini Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gəlmiş, o sonuncu ilə birlikdə avtomobillə Salyan rayonuna, oradan da taksi ilə Bakı şəhərinə gəlmiş və şəhərdə Təqsirləndirilən şəxs1lə görüşüb sonuncunun Bakı şəhərində yerləşən “Xutor” deyilən ərazidəki evinə getmişdir. Həmin gün Təqsirləndirilən şəxs1 balıq tutmaq üçün avadanlıqların tam hazır olmadığını, növbəti gün hazır olacağını, dənizə çıxmaq üçün icazə aldığını onlara bildirmişdir. Lakin o, Təqsirləndirilən şəxs1 icazəni kimdən və hansı formada alması barədə heç nə soruşmamışdır. Onlar Təqsirləndirilən şəxs1 evinə gedən zaman Təqsirləndirilən şəxs3 də orada olmuşdur. Növbəti gün, yəni 14 iyun 2021-ci il tarixdə, axşam saat 21:00 radələrində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1lə birlikdə markasını və qeydiyyat qeydiyyat nişanını xatırlamadığı avtomobillə Xızı rayonu, Giləzi qəsəbəsinə gəlmiş, sonuncu dənizə oradan çıxacaqlarını demişdir. Onlar Xızı rayonu, Giləzi qəsəbəsinə gəldikdə, orada onları gözləyən tanımadığı şəxslər olmuş, həmin şəxslər Təqsirləndirilən şəxs1 məxsus “Bayda” tipli üzmə vasitəsini dənizə buraxmağa çalışmış, təxminən dənizə 2 km qalmış, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə “Bayda” tipli üzmə vasitəsinə minmiş, həmin üzmə vasitəsi krandan istifadə edilərək dənizə yaxınlaşdırılaraq suya daxil edilmişdir. 15 iyun 2021-ci il tarixdə, saat 4-5 radələrində onlar dənizə daxil olduqdan sonra dənizin içərisinə doğru xeyli məsafə irəliləmiş, dənizdə olan zaman “kalada”dan istifadə edərək balıq tutmuşlar. Onlar ovladıqları balıqları Təqsirləndirilən şəxs1 verməli, sonuncu da balıqların satışından əldə edilmiş gəlirin 20 faizini onlara verməli idi. 15 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək Xəzər dənizində lövbər salaraq ümumi çəkisi 620 kq olan cəmi 106 ədəd “Nərə” cinsli balıq ovlamışlar. 19 iyun 2021-ci il tarixdə, saat 21:00 radələrində geri qayıdaraq Xəzər dənizinin Giləzi qəsəbəsi ərazisində olan hissəsinə çatmış, həmin vaxtı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizənin əməkdaşları onları saxlayıb idarəyə aparmışlar. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini və ailəsini dolandırmaqdan ötrü hazırki cinayəti törətməyə məcbur olmasını, dəymiş ziyanın qalıq məbləğinin ödənilməsi ilə bağlı zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi ilə razılığa gəldiklərini, eləcə də, himayəsində heç yerdə işləməyən ailə üzvlərinin olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Neftçala rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4, Astara rayon sakini Təqsirləndirilən şəxs3 balıqçı kimi tanımış, Təqsirləndirilən şəxs5 isə əvvəllər tanımamışdır. 13 iyun 2021-ci il tarixdə, günorta saatlarında Təqsirləndirilən şəxs1 ona zəng edib hal-əhval etdikdən sonra dövlət orqanlarından icazə alaraq, dənizdən “Nərə” balığının ovlanması üçün qrup yaratdığını və 15 iyun 2021-ci il tarixdə, təxminən saat 4-5 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisindən dənizə gediləcəyini bildirmişdir. O da, Təqsirləndirilən şəxs4la birlikdə taksi vasitəsi ilə “Xutor” deyilən əraziyə gəlmiş, Təqsirləndirilən şəxs1 oradan onları xatırlamadığı avtomobil ilə götürmüş, sonuncu qarmaqların növbəti gün hazır olacağını və dənizə çıxmaq üçün icazə aldığını onlara bildirmişdir. O, sonuncudan icazəni kimdən və hansı formada alması barədə heç nə soruşmamışdır. Bundan sonra, onlar həmin gün Təqsirləndirilən şəxs1 evində qalmış, növbəti gün birlikdə Təqsirləndirilən şəxs1 göstərdiyi marşurut üzrə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisinə gəlmişlər. Həmin vaxt Xəzər dənizinin sahilində “Bayda” tipli 2 ədəd “Yamaha-250” markalı mühərriklə təchiz edilmiş qayıq olmuş, Şahid7 və Təqsirləndirilən şəxs5 adlı şəxslər onları həmin ərazidə gözləmiş, onlar yük avtomobilindən 800 litr “benzin” yanacağı götürüb qayığa qoymuş, daha sonra özləri ilə götürdükləri azuqəni qayığa yükləmişlər. O, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qayığa minib dənizə açılmış, plana görə 2 gündən sonra geri qayıtmalı olmuşlar. Təqsirləndirilən şəxs1 ilə onların arasındakı razılığa əsasən neytral ərazi kimi bildikləri Rusiya və Qazaxıstan dövlətlərinin sərhədləri istiqamətdə şimala getməli idilər. Bundan sonra o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsindən şimala doğru təxminən 300 km məsafədə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən kənar yerdən qayıqla üzərək neytral ərazi kimi bildikləri yerə getmiş, Xəzər dənizindən cəmi 106 ədəd, ümumilikdə 620 kq çəkidə “Nərə” cinsli balıq ovlamışlar və 19 iyun 2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində Xəzər dənizinin Xızı rayonu, Giləzi qəsəbəsi ərazisinə geri qayıtmışlar. Dəniz kənarına çatarkən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizənin əməkdaşları onları saxlayıb idarəyə gətirmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini və ailəsini dolandırmaqdan ötrü hazırki cinayəti törətməyə məcbur olmasını, dəymiş ziyanın qalıq məbləğinin ödənilməsi ilə bağlı zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi ilə razılığa gəldiklərini, eləcə də, himayəsində heç yerdə işləməyən ailə üzvlərinin olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs5 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus “Opel Astra” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş, həmçinin qardaşı Fərid Mürşüdova məxsus “Zil 131” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşımışdır. Təqsirləndirilən şəxs1 ilə 2021-ci il iyun ayının ilk 10 günündə tanış olmuşdur. Belə ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində “Zil 131” markalı yük avtomobili ilə dostu Şahid7 ilə birlikdə hərəkətdə olarkən yolun kənarında bir nəfər əl edib onları saxlatmış, avtomobilin sükanı arxasında Şahid7 olmuş, sonradan onları saxladan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Şahid7 yük avtomobilini saxladıqdan sonra onlar avtomobildən düşmüş, Təqsirləndirilən şəxs1 Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində Xəzər dənizinin sahilinə balıq tutmaq üçün ona məxsus qayığı suya salmaq üçün avtomobil lazım olduğunu demişdir. Belə ki, qaldırıcı - kranla qayığı suya salacağını, lakin qayığı suda dərinliyə aparmaq üçün dartmaq məqsədi ilə ağır maşın lazım olduğunu bildirərək ona bununla bağlı iş təklif etmiş və qeyd olunan işin müqabilində ona ümumilikdə 530 manat pul verəcəyini bildirmiş, o da razılaşmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs1 onun nömrəsini götürüb, bir neçə gün ərzində xəbər edəcəyini bildirmişdir. Təxminən 1-2 gün sonra o, Təqsirləndirilən şəxs1 təklifi əsasında tanışı Şahid7 ilə danışıb Elmara aid qayığı Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində Xəzər dənizinin sahilinə salınması müqabilində fəhlə pulu verəcəyini demişdir. Şahid7 onunla razılaşıb xəbər etməsini bildirmişdir. 14 iyun 2021-ci il tarixdə, günorta saatlarında Təqsirləndirilən şəxs1 ona zəng edib həmin gün qayığı suya salacağını və saat 18:00 radələrində Bakı-Quba avtomobil yolunun sağ tərəfində yerləşən “Xızı” yanacaq doldurma məntəqəsinin yanında gözləməsini demiş, o da Şahid7 yaşadığı evə gedib sonuncunu götürmüşdür. Həmin gün, təxminən saat 22:00 radələrində onlar Bakı-Quba avtomobil yolunun sağ tərəfində yerləşən “Xızı” yanacaq doldurma məntəqəsinin yanına çatmışlar. O, Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil telefon nömrəsinə zəng edib qeyd etdiyi yerdə olduğunu bildirmiş, sonuncu da ona həmin yerdə gözləməsini demişdir. Həmin gün, təxminən saat 01:00 radələrində Təqsirləndirilən şəxs1 qayıq ilə birlikdə gəlmiş, həmin vaxt qayıq evakuator avtomobilinin yük yerində olmuşdur. O, evakuatorun sürücüsünü tanımamış, hava qaranlıq olduğundan sonuncunun üz cizgiləri yaddaşında qalmamışdır. Onlar birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində, Xəzər dənizinin sahilinə getmiş, avtomobil yolu ilə hərəkət edən zaman “Kamaz” markalı qaldırıcı kran öndə, o, idarə etdiyi “Zil 131” markalı yük avtomobili ortada, evakuator isə onun arxasınca hərəkət etmişdir. Onlar Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində Xəzər dənizinin sahilinə çatmış, həmin yerdə onlar köməkləşib qayığı suya endirmiş, qayığa 3 nəfər şəxs minib dənizin sahilindən uzaqlaşmışlar. Sonradan həmin şəxslərin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 olduqlarını bilmişdir. Təqsirləndirilən şəxs1 ona fəhləlik pulu ilə birlikdə ümumilikdə 230 manat məbləğində pul vermiş və qayıq sahilə yaxınlaşan zaman onunla telefon əlaqəsi saxlayacağını demişdir. O, fəhləlik etdiyinə görə Şahid7 15 manat pul vermiş, sonuncu ilə birlikdə “Zil 131” markalı yük avtomobilə ilə Masazır kəndinə qayıtmışdır. 19 iyun 2021-ci il tarixdə, saat 16:00 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edib qayığın həmin gün qayıdacağını, içində balıq olduğunu, dartmaq üçün maşın və fəhlənin yenə lazım olduğunu demiş, o, işi olduğu üçün gedə bilməyəcəyini, əvvəl onunla birlikdə gələn Şahid7 gedəcəyini demişdir. Daha sonra, dostu Şahid8 də məlumat vermiş və sonuncu ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində qayığı dənizə buraxdıqları yerə getmələrini tapşırmışdır. Həmin vaxt “Zil 131” markalı yük avtomobilini Şahid7 idarə etmişdir. Təqsirləndirilən şəxs1 ondan qeyd olunanları götürüb Giləzi qəsəbəsinə, dənizin sahilinə gəlməsini, sellefon torba da almasını xahiş etmişdir. Həmin gün saat 19:00 radələrində o da, özünə məxsus “Opel” markalı avtomobili ilə Giləzi qəsəbəsində qayığı buraxdıqları yerə gəlmiş, hava qaraldıqdan bir müddət sonra, təxminən saat 21-22 radələrində qayığın uzaqdan gəldiyini görmüş, Təqsirləndirilən şəxs1 qayığa işarə vermək məqsədi ilə telefonun işığını qayığın gəldiyi istiqamətə doğru tutmuşdur. O, “Zil 131” markalı avtomobili suya salmış, Təqsirləndirilən şəxs1 isə qayıqda olan şəxslərlə telefonla danışıb harada olduqlarını soruşmuş, həmin vaxt onların olduğu yerə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları yaxınlaşıb Təqsirləndirilən şəxs1 saxlamışlar. Bundan sonra, gözlədikləri qayıq sahilə yaxınlaşmış və qayığı qoşqunun üzərinə çıxartmışlar. Daha sonra, Sahil Mühafizəsinin əməkdaşları qayığı yoxlayarkən qayığın içərisinin “Nərə” cinsli balıqla dolu olduğunu müəyyən etmiş və qeyd olunan balıqların qanunsuz ovlandığını bilmişdir. Həmin şəxslərin qanunsuz balıq ovlamaqları ilə bağlı hər hansı məlumatı olmamış, Təqsirləndirilən şəxs1 Xəzər dənizindən balıq tutduğunu bilmiş və həmin işdə sonuncuya köməklik etmişdir. Dənizə getmək üçün icazə almaqdan ötrü Təqsirləndirilən şəxs1 kiminləsə danışması barədə heç bir məlumatı olmamış, eləcə də “Nərə” cinsli balığın ovlanmasının qadağan olunduğunu bilməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini və ailəsini dolandırmaqdan ötrü hazırki cinayəti törətməyə məcbur olmasını, dəymiş ziyanın qalıq məbləğinin ödənilməsi ilə bağlı zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi ilə razılığa gəldiklərini, eləcə də, himayəsində xəstə anasının və heç yerdə işləməyən ailə üzvlərinin olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş hüququi şəxsin müvəkkil etdiyi nümayəndəsi və şahid ifadələri, hadisə yerinə baxış protokolu və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin hüquq məsələləri üzrə məsləhətçisi Nümayəndə ifadəsində bildirdi ki, 19 iyun 2021-ci il tarixdə, saat 22:30 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinın əməkdaşları Xəzər dənizinin Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində düşən sahil hissəsinə yan alan bort nömrəsiz və qeydiyyatsız “Bayda” tipli 2 ədəd Yamaha-250 asma mühərriklə təchiz olunmuş üzmə vasitəsini, həmin qayıqda 3 nəfər heyyət üzvü və onları sahildə qarşılayan qayıq sahibi ilə birlikdə saxlamışlar. Araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxslər “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 2-ci bəndinin tələblərinə əsasən balıq ovunun Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınmış balıqovlama bileti əsasında aparılmalı olmasına, habelə nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovu qadağan edilməsinə baxmayaraq qanunvericiliyin həmin tələblərini kobud şəkildə pozmaqla, balıq ovlama bileti olmadan Xəzər dənizindən (gölündən) qanunsuz olaraq ümumilikdə 620 kq çəkidə, 106 ədəd “Nərə” cinsli balıqları qanunsuz tutmuşlar. Sonradan həmin balıqlar “X21” MMC-ə təhvil verilmişdir və satışından əldə edilən məbləğ dəymiş maddi ziyanın ödənilməsi üçün dövlət nəfinə keçirilməlidir. Beləliklə də, təqsirləndirilən şəxslər həmin əməlləri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 10-cu bəndinə əsasən ümumilikdə təbiətə 23320 manat, yəni külli miqdarda ziyan vurmuşlar. Hazırda təqsirləndirilən şəxslərlə dəymiş ziyanın ödənilməsi ilə bağlı razılığa gəldiklərindən, təqsirləndirilən şəxslərə həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil X16 şöbəsinin “Böyük-Həmyə” X19 rəisi vəzifəsini icra edir. Sahil mühafizənin əsas vəzifəsi təhkim olunmuş ərazilərdə mövcud qüvvə və vasitələrdən istifadə etməklə sərhədboyu rejimin mühafizəsini təşkil etmək, qaçaqmalçılığın qarşısını almaqdan ibarətdir. Sahil Mühafizənin balıqçılarla bağlı iş prinsipinə əsasən onlar tərəfindən motorlu və motorsuz üzmə vasitələri ilə Xəzər dənizinə balıq ovuna çıxan balıqçıların “Üzmə vasitələrinin qeydiyyat vəsiqəsi”nə giriş-çıxış tarix ştampları vurulur, yəni balıqçılar dənizə girən zaman onların üzmə vasitələrinin texniki talonu, gəmi bileti, şəxsiyyət vəsiqələri yoxlanılır, həmin balıqçılar dənizdən sahilə çıxan zaman üzmə vasitələrinə baxış keçirilir, əgər “Nərə” cinsli balıq və ya digər qadağan olunmuş növdən olan balıqlar, habelə digər şübhə doğuran əşyalar aşkar olunarsa, balıqçılar ilə birlikdə üzmə vasitələri saxlanılır və müvafiq qaydada sənədləşdirilərək araşdırılması üçün Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən X9 bölməsinə təhvil verilir. Onların xidməti ərazisi Xəzər dənizinin Siyəzən rayonu, Böyük-Həmyə kəndi ərazisinə düşən sahil hissəsindən Xızı rayonu, Giləzi qəsəbəsi ərazisinin sahil hissəsinə qədər, yəni 74-cü yanalma körpüsünün təxminən sağ cinahına düşür. 15 iyun 2021-ci il tarixdə, səhər saat 08:00 radələrində Xəzər dənizinin Xızı rayonu, Giləzi qəsəbəsi ərazisinə düşən sahil hissəsində dəniz sularında “Bayda” tipli taxta qayıq müşahidə edib rəisi Rauf Yusifliyə məlumat vermiş, həmin qayığın xidməti ərazidən sahilə çıxacağı təqdirdə saxlanılması üçün “pusqu” sərhəd naryadı təşkil etmişdir. 19 iyun 2021-ci il tarixdə, saat 22:30 radələrində Xəzər dənizinin Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində düşən sahil hissəsinə yan alan bort nömrəsiz və qeydiyyatsız “Bayda” tipli 2 ədəd Yamaha-250 asma mühərriklə təchiz olunmuş üzmə vasitəsini, həmin qayıqda 3 nəfər heyyət üzvü və onları sahildə qarşılayan qayıq sahibi ilə birlikdə saxlamışlar. Həmin vaxt onunla birlikdə Dövlət Sərhəd Xidmətinin Sahil X16 şöbəsinin əməkdaşları da ərazidə olmuşdur. Qayıqdan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 adlı üç nəfər şəxs düşmüş, onlar tərəfindən qayığa baxış keçirilərkən qadağan olunmuş ümumi çəkisi 620 kq olan 106 ədəd “Nərə” cinsli balıq aşkar edilmişdir. Bundan sonra, araşdırma aparılması üçün adları qeyd olunan qayıq sahibi və heyət üzvləri, habelə aşkar olunmuş 106 ədəd balıq qayıqla birlikdə Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin X9 bölməsinə təhvil verilmişdir. Məhkəmə istintaqında şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid6 oglu və Şahid5 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. 14 iyun 2021-ci il tarixdə, təxminən saat 20-21 radələrində dostu Təqsirləndirilən şəxs5la birlikdə “Zil 131” markalı yük avtomobili ilə Sulutəpə-Hökməli yolunda hərəkət edərkən sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs yolun kənarından əl işarəsi ilə saxlamasını istəmiş, o da avtomobili yolun kənarına çəkib saxlamışdır. Bundan sonra, Elmar onlara yaxınlaşıb “mənə belə maşın lazımdır, dənizə gedə bilərsən?” demiş, o da “ağsaqqal, biz bununla gölə giririk, duza giririk” bildirmiş, Elmar “heçnə, nömrənizi götürüb, 1-2 günə sizə zəng edəcəm” demiş və Təqsirləndirilən şəxs5 da mobil nömrəsini Təqsirləndirilən şəxs1 vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs5 avtomobil vasitəsi ilə qayığı dənizə salmaq müqabilində sonuncuya 230 manat pul təklif etmişdir. 15 iyun 2021-ci il tarixdə, gecə saatlarında o, Təqsirləndirilən şəxs5la birlikdə “Zil 131” markalı yük avtomobili ilə Təqsirləndirilən şəxs1 dediyi yerə, Xızı rayonu, Giləzi qəsəbəsi ərazisinə, Xəzər dənizinin sahilinə getmiş, orada sonradan adlarının Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 olduğunu bildiyi şəxslər olmuşdur. Onlar Təqsirləndirilən şəxs1 dediyi kimi sahildən bir qədər aralı məsafədə saxlanılmış qayığı avtomobilin qoşqusu vasitəsi ilə suya salmış, qayığın altındakı dəmiri ayırıb kənara atmış, Elmar Təqsirləndirilən şəxs5 230 manat pul vermiş, sonuncu da ona 15 manat pul vermişdir. Bundan sonra, 19 iyun 2021-ci il tarixdə, günorta saatlarında Elmar Təqsirləndirilən şəxs5 zəng edib “Gəl, gedək qayığı çıxardaq, sizə 300 manat pul verəcəm” demiş, Təqsirləndirilən şəxs5 da ona zəng edib Xızı rayonu, Giləzi qəsəbəsinin ərazisində, Xəzər dənizinin sahilindən qayığın çıxarılması üçün fəhlə lazım olduğunu, onun getmək imkanının olub-olmadığını soruşmuş, o da fəhlə kimi işləməyə razı olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs5 təklifi ilə tanışı Şahid8 və Təqsirləndirilən şəxs1lə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsinə, Xəzər dənizinin sahilinə getmiş, Təqsirləndirilən şəxs5 isə özünə məxsus “Opel” markalı avtomobil ilə ora gəlmişdir. Onlar avtomobili saxlayıb qayığın gəlməsini gözləyərkən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları gəlmiş və onları saxlamışlar. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərdi ki, 19 iyun 2021-ci il tarixdə, saat 15:00 radələrində qonşusu Təqsirləndirilən şəxs5 ona zəng edərək fəhlə lazım olduğunu demişdir. O, Təqsirləndirilən şəxs5 nə işi görəcəyini soruşduqda, sonuncu onların həyətlərinə keçməsini, orada Təqsirləndirilən şəxs1 gözlədiyini və işin mahiyyətini başa salacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs5la danışığı yekunlaşdırdıqdan sonra qonşusu Şahid7 gəlmiş və Qismətin onu çağırdığını demişdir. Onlar birlikdə Təqsirləndirilən şəxs5 evlərinə tərəf gedərkən darvazanın qarşısında “Zil-131” markalı yük avtomobilini görmüşdür. Təqsirləndirilən şəxs1 onlara Xızı rayonu, Giləzi qəsəbəsində “Zil 131” markalı yük avtomobilinə əşya yükləməyi, uzunluğu təxminən 7-8 metr olan dəmir qoşqunu “Zil 131” markalı yük avtomobilinə bağlayıb dənizin sahilində dayanan qayığı həmin qoşqunun üzərinə çıxarmaqda kömək etməyi istəmiş, görüləcək işin müqabilində ona 50-60 manat məbləğində pul verəcəyini demişdir. O da, Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşıb “Zil 131” markalı yük avtomobilinə əyləşərək həmin gün saat 15:30 radələrində Təqsirləndirilən şəxs1 və sürücü Fərzəlı Müştaqov ilə birlikdə getmişlər. Xızı rayonunda təkər təmiri sexinin qarşısında Şahid7 avtomobili saxlamış, Təqsirləndirilən şəxs1 həmin sexdə işləyən şəxsə qayığın altına atmaq üçün istifadəyə yararsız təkər lazım olduğunu demişdir. Sexdə işləyən şəxs, onlara obyektin arxasında istifadəyə yararsız təkərlərin çox olduğunu və lazım olan qədər götürə biləcəklərini demişdir. Təqsirləndirilən şəxs1 də ona 10-12 ədəd təkər götürməyi tapşırmış, o da, təxminən 12 ədəd təkəri yük avtomobilinə yükləmişdir. Onlar Bakı-Quba yolunun kənarında yerləşən kərpic zavodun yanından dəniz istiqamətinə dönmüş, kolluqların arası ilə torpaq yolla təxminən 500 metr hərəkət etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 onlara torpaq yolun sağ tərəfində qoşqunun yerləşdiyi yeri göstərib həmin qoşqunu avtomobilə bağlamaqlarını tapşırmış, lakin qoşqunu nəqliyyat vasitəsinə bağlamaq üçün dəmir materialdan tros lazım olduğunu görmüşlər. O, Təqsirləndirilən şəxs5 zəng vuraraq qoşqunu yük avtomobilinə bağlamaq üçün dəmir tros lazım olduğunu və həmin trosdan tapıb onların olduğu yerə gəlməsini bildirmişdir. Təxminən saat 20:00 radələrində Təqsirləndirilən şəxs5 dəmir tros və onlara içməli su gətirmiş, bundan sonra dəmir qoşqunu köməkli şəkildə tros vasitəsilə “Zil 131” markalı yük avtomobilinə bağlayıb üzü dəniz istiqamətində hərəkət etmişlər. O, Təqsirləndirilən şəxs1 həmin dəmir qoşqunun nə üçün lazım olduğunu soruşduqda, sonuncu ona içi balıqla dolu qayığın dənizdən həmin qoşqu vasitəsilə çıxaracaqlarını bildirmişdir. Həmin balıqların qanunsuz ovlanması ilə bağlı kimsə ona hər hansı bir söz deməmişdir. Həmin gün, təxminən saat 21:00 radələrində dəniz sahilinə çatmış, Şahid7 “Zil 131” markalı avtomobilin arxasına bağlanmış vəziyyətdə olan qoşqunu dənizə salmış, bu zaman qəflətən onların yanına bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları kimi təqdim edərək Təqsirləndirilən şəxs1 saxlayıb qayığın sənədlərini təqdim etməyi tələb etmişlər. Təqsirləndirilən şəxs1 isə həmin şəxslərə hər hansı sənəd təqdim etməmişdir. Bundan sonra, qayıq sahilə yaxınlaşmış və qayığı qoşqunun üzərinə çıxartmışlar. Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsinin əməkdaşları qayığa çıxaraq içinin “Nərə” cinsli balıqla dolu olduğunu və həmin balığın qanunsuz ovlandığını bildirmişlər. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin iyun ayının ortalarında ona zəng edib özünə aid qayığı Xızı rayonu, Giləzi qəsəbəsi ərazisindən Xəzər dənizinə salmaq üçün kran lazım olduğunu demiş, bunun müqabilində onlar 200 manata razılaşmışlar. Təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs1 ona yenidən zəng edib Xızı rayonu, Giləzi qəsəbəsinə gəlməsini bildirmiş, o da həmin gün axşamüstü Giləzi qəsəbəsində yanacaqdoldurma məntəqəsinin yanında dayanıb sonuncunu gözləmişdir. Təxminən 1 saat sonra Təqsirləndirilən şəxs1 özündən başqa 3-4 nəfərlə birlikdə ora gəlmişdir. O, idarə etdiyi kran vasitəsi ilə qayığı evakuatordan götürüb yerdə təkərləri olan qoşqunun üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs1 200 manat pul alıb getmişdir. Məhkəmə iclasında Şahid11 ifadəsində göstərdi ki, etibarnamə əsasında idarə etdiyi “Mercedes otego” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı evakuator maşınla yük daşıyır. Təqsirləndirilən şəxs1 işlə əlaqədar tanımış, sonuncu ilə hər hansı ədavəti, düşmənçiliyi, eləcə də, qohumluq müasibəti olmamışdır. 2021-ci il iyun ayının ortalarında Təqsirləndirilən şəxs1 ona zəng edib qayığı Neftçala rayonu Dördlər kəndindən Xızı rayonu Giləzi qəsəbəsinə aparmaq lazım olduğunu demişdir. O, Təqsirləndirilən şəxs1lə Bakı şəhərində görüşərkən, sonuncu qayığın sənədlərini ona verib özünün gedə bilməyəcəyini deyərək, onun gedib qayığı götürməsini və bundan sonra hara aparmaq lazım olduğunu deyəcəyini bildirmişdir. Bundan sonra, onlar 400 manata razılaşmış və Təqsirləndirilən şəxs1 beh olaraq sənədlərlə birlikdə ona 200 manat pul vermişdir. O, Neftçala rayonuna gedərək Təqsirləndirilən şəxs1 dediyi evin həyətindən qayığı maşına yükləmiş, həmin vaxt qayığın üzərində 2 ədəd mator olmuşdur. O, qayığı yüklədikdən sonra Təqsirləndirilən şəxs1lə telefon əlaqəsi saxlayarkən sonuncu ona Xızı rayonu Giləzi qəsəbəsində fermanın yanından düz getməsini demişdir. Həmin gün, gecə təxminən saat 24-01 radələrində Təqsirləndirilən şəxs1 dediyi yerə çatmış, orada sonuncu və 4-5 nəfər tanımadığı şəxs, həmçinin “Zil 131” markalı yük avtomobili və kran olmuşdur. O, avtomobilin yük yerindəki qayığı yerə düşürüb avtomobilin sənədlərini Təqsirləndirilən şəxs1 qaytarmış və sonuncu da ona 200 manat pul verdiyi üçün çıxıb getmişdir. Həmin hadisədən təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs1 onunla telefon əlaqəsi saxlayıb qayığı Xızı rayonu Giləzi qəsəbəsindən götürüb Neftçala rayonuna aparmaq lazım olduğunu demişdir. Həmin gün işinin çox olduğunu, vaxtı olduğu halda gələ biləcəyini demişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 ona zəng edib gəlibgəlməyəcəyini soruşduqda o, Şəki postunu keçdiyini, gələ bilməyəcəyini demişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 24-25-ci vərəqələrində olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil X16 şöbəsinin Xidmət kitabının “3b” (rejim sularının mühafizə planı) və “4” (rejim sularının mühafizəsinin nəticələri) bölmələrindən çıxarışdan görünür ki, 19.06.2021-ci il tarixdən 20.06.2021-ci il tarixə keçən gecə, saat 21:00-dan saat 05:00-dək 74-cü YK-də Şahid6, Şahid1, Şahid2, Şahid3, Şahid5 və Şahid4 ibarət tərkibdə “Pusqu” xidməti təşkil edilmiş, xidmət zamanı 1 ədəd üzmə vasitəsi 3 nəfər heyət üzü ilə birlikdə müvafiq qaydada saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 21-23-cü vərəqələrində olan “Garmin” markalı “Etrex 10” GPRS cihazına baxış keçirilməsi haqqında 20 iyun 2021-ci il tarixli protokoldan görünür ki, 15-19.06.2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs3 və digərləri birlikdə “Bayda” tipli qayıqla Xəzər dənizində hərəkətdə olarkən - 15.06.2021-ci il tarixdə, saat 04:37-də “40°54'426"N; 049°20'383"E, saat 05:24-də “40°54'554"N, 049°20'498"E, saat 05:24-də “40C54'554"N, 049°20'499"E, saat 05:54-də “40°56'216"N, 049°22'641"E, saat 06:03-də “40°59'102"N, 049°24'167"E, saat 06:09-da “41°01'265"N, 049°24'983"E, saat 06:28-də “41°05'656"N, 049°26'425"E (Azərbaycan Respublikasının sektoru), saat 19:53-də “43°55'555"N, 049°10'000"E, saat 22:00-da “43°52'432"N, 049°05'572"E, saat 23:51-də “44°26'101"N, 049°25'933"E, saat 23:57-də “44"26'055"N, 049°25'818"E (Qazaxıstan Respublikasının sektoru), 17.06.2021-ci il tarixdə, saat 00:06də “44:°26'018"N, 049°25'608"E, saat 00:12-də “44°25'962"N, 049°25'487"E, saat 00:24də “44°25'882"N, 049°25'265"E, saat 00:41-də “44°25'762"N, 049°25'059"E, saat 00:57-də “44°25'643"N, 049°24'717"E, saat 00:41-də “44°24'903"N, 049°20'707"E, saat 00:42-də “44C24'897"N, 049°20'702"E (Qazaxıstan Respublikasının sektoru), saat 14:38-də “44°06'442"N, 049°12'859"E, saat 20:09-da “44°06'557"N, 049°12'843"E (Rusiya Federasiyasiyasının sektoru), 19.06.2021-ci il tarixdə saat 13:44-də 41°00'163"N, 049°20'470"E (Azərbaycan Respublikasının sektoru) koordinatlarda olmuşlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 8-11-ci vərəqələrində olan baxış keçirmə və götürmə haqqında 19 iyun 2021-ci il tarixli protokolundan görünür ki, həmin gün, saat 22:30 radələrində Dövlət Sərhəd Xidmətinin X20 «Böyük-Həmyə» SNBnin xidməti ərazisində 74-cü YK-dən təxminən 1 km sağ cinahında “Pusqu” sərhəd naryadı xidməti tərəfindən müvafiq icazə almadan dənizə balıq ovuna getmiş və dənizdən qayıdan “Bayda” tipli 2 ədəd “Yamaha-250” mühərriklə təchiz olunmuş üzmə vasitəsi ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 saxlanılmış və həmin “Bayda” tipli üzmə vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı üzmə vasitəsinin içərisində çoxlu sayda ovu qadağan olunmuş “Nərə” cinsli balıqlar aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 12-20-ci vərəqələrində olan aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, 19 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində X20 «Böyük-Həmyə» SNB-nin xidməti ərazisində 74-cü YK- dən təxminən 1 km sağ cinahında “Pusqu” sərhəd naryadı xidməti tərəfindən müvafiq icazə almadan dənizə balıq ovuna getmiş və dənizdən qayıdan Bayda tipli 2 ədəd “Yamaha 250” mühərriklə təchiz olunmuş üzmə vasitəsi ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 saxlanılmışdır. Baxış zamanı üzmə vasitəsinin içərisində aşkar edilən çoxlu sayda ov edilməsi qadağan olunmuş “Nərə” cinsli balıqlara baxış keçirilmişdir. Qayığa baxış zamanı əlavə olaraq 2 ədəd ağ rəngli çəlləklərdə “Aİ-92” markalı cəmi 80 litr həcmdə benzin, “GARMİN” markalı GPRS cihazı və THURAYA” markalı peyk telefonu aşkar edilərək götürülmüş, 2 çəllək “Aİ- 92” markalı cəmi 80 litr benzin saxlanılması üçün YSM anbarına təhvil verilmişdir. Üzmə vasitəsi və içərisində olan 1385 ədəd dəmir qarmaqlar saxlanılması üçün Xəzər rayonu Türkan qəsəbəsində yerləşən Sahil Mühafizəsinin gəmi dayanacağına və hadisə yerində olan “ZİL-131” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Xızı rayonu Şorabad qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin avtomobil dayanacağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 11-16-cı vərəqələrində olan baxış aparılması haqqında 22 iyun 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə cinayət işi üzrə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin soyuducu anbarlarında maddi sübut kimi saxlanılan balıqlara ekspertin iştirakı ilə baxış keçirilmiş, nəticədə 106 ədəd, ümumi çəkisi 620 kq olan “Nərə” cinsli balıqlar olması müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 24-31-ci vərəqələrində olan baxış aparılması haqqında 22 iyun 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə cinayət işi üzrə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin dayanacağında maddi sübut kimi saxlanılan “Bayda” tipli, 2 ədəd “Yamaha-250” mühərrikli üzmə vasitəsinə baxış keçirilərkən üzmə vasitəsinin göyərtəsində balıq tutulması üçün nəzərdə tutulmuş 7 ədəd səbətdə 1385 ədəd qarmağın və balıqçıların gündəlik məişət əşyalarının olması müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İV cildinin 27-30-cu vərəqələrində olan 28 iyul 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə götürülmüş Təqsirləndirilən şəxs1 və qeyriləri tərəfindən 15-19 iyun 2021-ci il tarixdə Xəzər dənizindən tutulan 106 ədəd, 620 kq çəkidə “Nərə” cinsli balıqlar maddi sübut qismində tanınmış və “X21” MMC-ə məxsus soyuducu-anbarda saxlanılması nəzərə alınmış; iş üzrə götürülmüş Təqsirləndirilən şəxs1 və qeyriləri tərəfindən 15-19 iyun 2021ci il tarixdə Xəzər dənizindən 106 ədəd, 620 kq çəkidə “Nərə” cinsli balıqların tutulmasında istifadə etdikləri 2009-cu ildə istehsal edilmiş, zavod № 1000454, 1028921, bort № 1476, reyestr № 476 olan, 2 ədəd “Yamaha 250” mühərrikli motorla təchiz edilmiş “Bayda” tipli üzmə vasitəsi və 1385 ədəd qarmaq maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası DSX-nin Sahil Mühafizəsinin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən gəmi dayanacağında saxlanılması nəzərə alınmış; iş üzrə götürülmüş 15 iyun 2021-ci il tarixdə qeyd olunan 2 ədəd “Yamaha 250” mühərrikli motorla təchiz edilmiş “Bayda” tipli üzmə vasitəsinin Xəzər dənizinə salınmasında istifadə edilən ”Zil 131” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs5 yaxın qohumlarına təhvil verilmiş; iş üzrə götürülmüş qeyd olunan 2 ədəd “Yamaha 250” mühərrikli motorla təchiz edilmiş “Bayda” tipli üzmə vasitəsində istifadə edilməsi üçün nəzərdə tutulan 2 ədəd çəlləkdə “Aİ-92” markalı, cəmi 80 litr benzin yanacağı maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin YSM-nin anbarında saxlanılması nəzərə alınmış; iş üzrə götürülmüş Təqsirləndirilən şəxs1 cinayət törədilən ərəfədə istifadəsində olan “Samsung A202 markalı mobil telefon, “070 822-36-60” mobil telefon nömrəsi, üzmə vasitəsində istifadə edilmiş “Garmin” markalı “GPRS” aparatı maddi sübut qismində tanınmış və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar saxlanılan otağa təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 39-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2021-ci il tarixli, 9/4314-7/583 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş balıqlar “Nərə” cinsli balıqlara aid olmaqla, başı və daxili orqanları ilə birlikdə 106 ədəddir, ümumi çəkisi 620,0 kq-dır. Həmin balıqlar qida üçün yararlıdırlar. Tədqiq edilən təzə nərə cinsli balıqların qanunsuz ovlamaqla məşğul olmasından, 19 iyun 2021-ci il tarixə, təbiətə vurulmuş maddi ziyanın məbləği və həmin balıqların pərakəndə satış orta bazar qiyməti, cəmi 24904,00 manat müəyyən edilir. 102 ədəd təmiz çəkisi 485,92 kq olan qida üçün yararlı “Nərə” cinsli balıq məhsulunun qiyməti 24296,00 manat, 102 ədəd təzə “Nərə” cinsli balıq başlarının qiyməti 408,00 manat, 4 ədəd uzunluğu orta hesabla 70 sm, ümumi çəkisi 12,60 kq, nisbətən kiçik ölçüdə olan “Nərə” cinsli balıqların qiyməti 200,00 manatdır. Qeyd edilən 106 ədəd “Nərə” cinsli balıqların Xəzər dənizindən qanunsuz olaraq ov edilməsi nəticəsində təbiətə vurulmuş ziyanın məbləği 23320,00 manat müəyyən edilir. Cinayət işinin İİ cildinin 40-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 150 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 197-ci vərəqəsində olan 23 iyun 2021-ci il tarixli aktdan görünür ki, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin soyuducu anbarlarında maddi sübut kimi saxlanılan 106 ədəd, ümumilikdə 620 kq çəkidə olan “Nərə” cinsli balıqlar “X21” MMC-nin anbarına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 135-ci vərəqəsində olan Azərbaycan Respublikası FHN-nin X7 və X18 Xidməti tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli, 37/34-00481 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 adına hər hansı bir nəqliyyat vasitəsi qeyd olunan xidmətdə dövlət qeydiyyatına alınmamış və həmin şəxslərin adlarına kiçik həcmli gəmiləri idarəetmək üçün sürücülük vəsiqəsi verilməmişdir. Bayda tipli qayıq və üzərində olan “Yamaha-250 (1000545, 1028921, 1001024) markalı mühərrik X1 adına dövlət qeydiyyatına alınmış, 08.12.2020-ci il tarixdə 197292 nömrəli etibarnamə verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 136-137-ci vərəqələrində olan Azərbaycan Respublikası FHN-nin X7 və X18 Xidməti tərəfindən həvəskar balıq ovu üçün verilmiş 22.05.2019-cu il tarixli, AA № 06817 nömrəli gəmi biletinin və 08.02.2021-ci il tarixli AA № 025196 nömrəli texniki talonun surətindən görünür ki, “Bayda” tipli üzmə vasitəsi 2009-cu ildə Rusiya Federasiyasında taxta materialdan istehsal edilmiş, zavod № 1000454, 1028921, bort № 1476, reyestr № 476 olmaqla, 9,80 metr uzunluqda və 2,70 metr enindədir, 2 ədəd “Yamaha 250” mühərrikli motorla təchiz edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 138-ci vərəqəsində olan Bakı şəhəri 19 saylı Notariat ofisindən verilmiş 08 dekabr 2020-ci il tarixli, 197292 nömrəli etibarnamənin surətindən görünür ki, Şahid9 Rövşən Ağayevin adından (onun verdiyi etibarnamə əsasında) qeyd olunan üzmə vasitəsini Təqsirləndirilən şəxs1 sürücülük vəsiqəsi olduğu halda 1 il müddətinə idarə etmək üçün vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 187-ci vərəqəsində olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli, 16/4655 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Bayda” tipli “Yamaha-250” mühərrikli üzmə vasitəsi Sahil Mühafizənin müvafiq kitablarında qeydiyyatdan keçmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 195-196-cı vərəqələrində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin qorunması xidməti tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 21/401 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 5 saylı Asan Xidmət vasitəsi ilə 11.12.2020ci il tarixli ərizə ilə qeyd olunan xidmətə müraciət edərək Xəzər dənizinin Xəzər rayon akvatoriyasında 0.4 ton “Siyənək”, 0.5 ton “Kütüm”, 0.4 ton “Kefal”, 0.2 ton “Külmə” və 0.2 ton “Qarasol” cinsli balıqların sanaye məqsədi ilə ovuna kvota ayrılması istəmişdir. Bioloji Müxtəlifliyin qorunması xidmətinin 18.01.2021-ci il tarixli 21/B-039 nömrəli məktubu ilə ona 0.4 ton “Siyənək” və 1.3 ton “Axçalı” balıqların sənaye ovuna kvota ayrılmış, kvotanın ümumi dəyərinin (214.2 manat) müvafiq bank hesabına ödənildikdən və ödəniş qəbzi Xidmətə təqdim edildikdən sonra balıqovlama biletinin veriləcəyi bildirilmişdir. Qeyd olunan ödəmə 10.04.2021-ci il tarixə kimi icra edilmədiyi üçün ona ayrılmış kvota geri alınmış və balıqovlama bileti verilməmişdir. Nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən keçirilən reyd zamanı Təqsirləndirilən şəxs1 Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qadağan olunmuş balıq ovu aləti (leska tor) ilə saxlanılaraq, barəsində 05.12.2019-cu il tarixli 58833 nömrəli akt və MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 adıçəkilən idarənin 16.12.2019cu il tarixli, MN ******* nömrəli qərarı ilə 700 manat məbləğində cərimə tətbiq edilərək ödətdirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 06.07.2021-ci il tarixə kimi balıq və digər bioresurslarının sənaye ovuna balıqovlama biletləri verilməmiş və qanunsuz balıq ovlama ilə əlaqədar onlar barəsində hər hansı inzibati araşdırma aparılmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 31-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 32-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 34-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 35-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 158-159-cu vərəqələrində olan 21 iyun 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 21 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 116-117-ci vərəqələrində olan 21 iyun 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 21 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 202-203-cü vərəqələrində olan 21 iyun 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 21 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 138-139-cu vərəqələrində olan 21 iyun 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 21 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 246-247-ci vərəqələrində olan 21 iyun 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs5 21 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 104-109-cu vərəqələrində olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 4(001)-619/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 256.3 və 32.3,318.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 iyun 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 71-76-cı vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 4(001)-620/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 256.3 və 318.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 iyun 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 130-133-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 4(001)-623/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 256.3 və 318.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs4 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 iyun 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 191-195-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 4(001)-625/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 256.3 və 318.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 iyun 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 159-164-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 4(001)-624/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs5 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 iyun 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 41-42-ci vərəqələrində olan Neftçala Rayon İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 iyul 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Babayev X6 rayonu, Həsənabad qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda inzibati ərazidə yaşamır və yaşadığı müddətdə barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamış, müsbət xarekterizə olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 142-143-cü vərəqələrində olan Neftçala Rayon İcra Hakimiyyəti başçısının Kürkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 iyul 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əhmədov X12 rayonu, Kürkənd kəndində qeydiyyatda olmaqla, yaşamış və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamış, müsbət xarekterizə olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 147-149-cu vərəqələrində olan Neftçala Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 iyul 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Neftçala rayonu, 1-Mayak kəndində qeydiyyatda olmaqla, Neftçala rayonu, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində fərdi yaşayış evində yaşamış və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamış, müsbət xarekterizə olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cildinin 27-28-ci vərəqələrində olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 iyul 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla, yaşamış və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamış, müsbət xarekterizə olunur. Cinayət işinin İV cildinin 31-73-cü vərəqələrində olan 28 iyul 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 256.3 və 32.3,318.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 256.3 və 318.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 256.3-cü maddəsi ilə elan olunmuş ittihamın məzmununda dəyişiklik edilməklə onlara yenidən ittiham elan edilmiş və barələrində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, cinayət təqibinə Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinə aid hissədə xitam verilmiş və cinayət işi Azərbaycan Respublikası CM-in 256.3, 308.1, 32.3,318-ci maddələrindən həmin Məcəllənin 256.3, 32.3, 318.2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əməllərində Azərbaycan Respublikası CM-in 206-cı maddəsinə nəzərdə tutulmuş qaçaqmalçılıq cinayətinin tərkib əlaməti olmadığına görə həmin hissədə cinayət işinin başlanması rədd edilmiş, Şahid11, X10, X24, Şahid9, Şahid10, X4 əməllərində Azərbaycan Respublikası CM-in 256 və 318-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri olmadığı üçün həmin hissədə cinayət işinin başlanması rədd edilmiş, Şahid8 və Şahid7 Növcahan oğlunun əməlində Azərbaycan Respublikası CM-in 256 və 318-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri olmadığı üçün həmin hissədə cinayət işinin başlanması rədd edilmiş, eləcə də Təqsirləndirilən şəxs5 və Şahid7 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmələrinə görə inzibati icraatın açılması üçün zəruri sənədlərin surəti aidiyyəti üzrə göndərilməsi məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüququi şəxsin müvəkkil etdiyi nümayəndəsi Nümayəndə 16 fevral 2022-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, təqsirləndirilən şəxslərlə dəymiş ziyanın ödənilməsi ilə bağlı razılığa gəldiklərindən, təqsirləndirilən şəxslərə həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3 və 32.3,318.2-ci maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 256.3 və 318.2-ci maddələri, Təqsirləndirilən şəxs5 isə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 256.3 və 32.3,318.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 256.3 və 318.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs5 əməli isə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənildiyini (106 ədəd, ümumilikdə 620 kq çəkidə olan “Nərə” cinsli balıqlar “X21” MMC-nin anbarına təhvil verilmişdir), cinayət nəticəsində dəymiş maddi ziyanının qalan hissəsinin ödənilməsi barədə zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi ilə razılığa gəlməsini və yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənildiyini (106 ədəd, ümumilikdə 620 kq çəkidə olan “Nərə” cinsli balıqlar “X21” MMC-nin anbarına təhvil verilmişdir), cinayət nəticəsində dəymiş maddi ziyanının qalan hissəsinin ödənilməsi barədə zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi ilə razılığa gəlməsini və yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənildiyini (106 ədəd, ümumilikdə 620 kq çəkidə olan “Nərə” cinsli balıqlar “X21” MMC-nin anbarına təhvil verilmişdir), cinayət nəticəsində dəymiş maddi ziyanının qalan hissəsinin ödənilməsi barədə zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi ilə razılığa gəlməsini və yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənildiyini (106 ədəd, ümumilikdə 620 kq çəkidə olan “Nərə” cinsli balıqlar “X21” MMC-nin anbarına təhvil verilmişdir), cinayət nəticəsində dəymiş maddi ziyanının qalan hissəsinin ödənilməsi barədə zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi ilə razılığa gəlməsini və yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs5 əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənildiyini (106 ədəd, ümumilikdə 620 kq çəkidə olan “Nərə” cinsli balıqlar “X21” MMC-nin anbarına təhvil verilmişdir), cinayət nəticəsində dəymiş maddi ziyanının qalan hissəsinin ödənilməsi barədə zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi ilə razılığa gəlməsini və yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-in 256.3-cü maddəsinin sanksiyasında alternativ cəza növləri kimi cərimə və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulsa da, məhkəmə hesab edir ki, həmin şəxslərə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərinin təmin edilməsi mümkün deyildir. Bu səbəbdən məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunanları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, hadisədən sonrakı davranışlarını, şəxsiyyətlərini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla, onlara ittiham olunduqları Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsində müəyyən edilmiş aşağı həddən də az azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, eləcə də Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.3,318.2-ci maddəsinin, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 318.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və onların barəsində yüngülləşdirici halların olması nəzərə alınmaqla bu cəza aşağı həddə müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs5 cinayətin törədilməsində rolunu digər təqsirləndirilən şəxslərə münasibətdə az əhəmiyyətli olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs5 barəsində də, Azərbaycan Respublikası CM-in 62ci maddəsi tətbiq olunmaqla, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsində müəyyən edilmiş aşağı həddən də az azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təyin ediləcək cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduqları, yəni 21 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri isə 21 fevral 2022-ci il tarixədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci bəndinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən gəmi dayanacağında saxlanılan, “Bayda” tipli üzmə vasitəsi sahibi X5 qaytarılmalı, 23 iyun 2021-ci il tarixdə tərtib edilmiş qəbul aktına əsasən “X21” MMC-ə məxsus soyuducu-anbarda saxlanılan 106 ədəd, 620 kq çəkidə “Nərə” cinsli balıqlar xüsusi müsadirə edilməklə satışından əldə edilən məbləğ dövlət nəfinə keçirilməli, Azərbaycan Respublikası DSX-nin Sahil Mühafizəsinin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən gəmi dayanacağında saxlanılan 1385 ədəd qarmaq və Azərbaycan Respublikası DSX-nin Sahil Mühafizəsinin YSM-nin anbarında saxlanılan, “Bayda” tipli üzmə vasitəsində istifadə edilməsi üçün nəzərdə tutulan 2 ədəd çəlləkdə “Aİ-92” markalı, cəmi 80 (səksən) litr benzin yanacağı xüsusi müsadirə edilməklə, dövlət nəfinə keçirilməli, Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 cinayət törədilən ərəfədə istifadəsində olan “Samsung A202 markalı mobil telefon, “***-***-**-**” mobil telefon nömrəsi və üzmə vasitəsində istifadə edilmiş “Garmin” markalı “GPRS” aparatı sahibi Təqsirləndirilən şəxs1 (yaxın qohumlarına) qaytarılmalı və ”Zil 131” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs5 yaxın qohumlarına qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 manat məhkəmə xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3 və 32.3,318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə 02 (iki) il müddətinə balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 318.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 21 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il müddətinə balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası onun azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi bütün müddətə və bundan sonrakı 02 (iki) il müddətinə şamil edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə 02 (iki) il müddətinə balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 21 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il müddətinə balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası onun azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi bütün müddətə və bundan sonrakı 02 (iki) il müddətinə şamil edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 256.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə 02 (iki) il müddətinə balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 01 (bir) il müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 21 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş 02 (iki) il müddətinə balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası onun azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi bütün müddətə və bundan sonrakı 02 (iki) il müddətinə şamil edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 256.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə 02 (iki) il müddətinə balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq 01 (bir) il müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 21 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs4 təyin edilmiş 02 (iki) il müddətinə balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası onun azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi bütün müddətə və bundan sonrakı 02 (iki) il müddətinə şamil edilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 21 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri 21 fevral 2022-ci il tarixədək dəyişdirilmədən qüvvəsində saxlanılsın, həmin tarixdə həbs qətimkan tədbiri ləğv edilərək həbsdən azad edilsin. Təqsirləndirilən şəxs5 təyin edilmiş 02 (iki) il müddətinə balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası onun azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi bütün müddətə və bundan sonrakı 02 (iki) il müddətinə şamil edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən gəmi dayanacağında saxlanılan, “Bayda” tipli üzmə vasitəsi sahibi X5 qaytarılsın. İş üzrə maddi sübut olan və 23 iyun 2021-ci il tarixdə tərtib edilmiş qəbul aktına əsasən “X21” MMC-ə məxsus soyuducu-anbarda saxlanılan 106 ədəd, 620 kq çəkidə “Nərə” cinsli balıqlar xüsusi müsadirə edilməklə, satışından əldə edilən məbləğ dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DSX-nin Sahil Mühafizəsinin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən gəmi dayanacağında saxlanılan 1385 ədəd qarmaq və Azərbaycan Respublikası DSX-nin Sahil Mühafizəsinin YSM-nin anbarında saxlanılan, “Bayda” tipli üzmə vasitəsində istifadə edilməsi üçün nəzərdə tutulan 2 ədəd çəlləkdə “Aİ-92” markalı, cəmi 80 (səksən) litr benzin yanacağı xüsusi müsadirə edilməklə, dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 cinayət törədilən ərəfədə istifadəsində olan “Samsung A202 markalı mobil telefon, “070 822-36-60” mobil telefon nömrəsi və üzmə vasitəsində istifadə edilmiş “Garmin” markalı “GPRS” aparatı sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə maddi sübut olan - ”Zil 131” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs5 yaxın qohumlarına qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 150 (bir yüz əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142593, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ**********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə olanlara isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar