Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-2/2023 15.03.2023 XIZI RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1979-cu ildə Quba rayonu, Söhüb kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi təsərrüfatla məşğul olan, üzərində məhkumluğu olmayan, Quba rayonu, Söhüb kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2018-ci ildən 10 may 2022-ci il tarixədək Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində Zərərçəkmiş şəxs işlətdiyi fermada çoban kimi heyvanlara baxarkən, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayınadək olan dövr ərzində, Zərərçəkmiş şəxs etibar etdiyi 43320 manat dəyərində, 336 baş xırdabuynuzlu heyvanlardan 2021-ci ilin oktyabr ayının əvvəllərində Xızı rayonu Yeni Yaşma kənd sakini Şahid6 13 baş, 2021-ci ilin noyabr ayında Bakı şəhəri Suraxanı rayon sakini Şahid7 40 baş, 2021-ci ilin dekabr ayında Quba rayonu Söhüb kənd sakin X4 20 baş, 2022-ci ilin yanvar ayında Ağcabədi rayonu Salmanbəyli kəndində yaşayan Şahid13 61 baş və ad, soyadı istintaqa məlum olmayan Ağcabədi rayonundan olan bir nəfər şəxsə 69 baş, 2022ci ilin fevral ayında Binəqədi rayonu Müşfiq qəsəbəsində yaşayan Şahid1 20 baş, 2022-ci ilin fevral ayında Xızı rayonu Yeni Yaşma kəndində yaşayan Şahid8 30 baş, 2022-ci ilin mart ayında Xaçmaz rayonu Qaradağbuduq kəndində yaşayan Şahid4 25 baş heyvan satmış, 58 baş heyvanı isə müxtəlif vaxtlarda 1-2 baş olmaqla özü üçün satıb, kəsib yeməklə, eyni zamanda 135 manat dəyərində 6 kisə arpa, 73,50 manat dəyərində 6 kisə kəpək, 75 manat dəyərində 3 kisə arpa yarması və 36 manat dəyərində 2 kisə qara un, cəmi 319,50 manat dəyərində yem məhsullarını öz heyvanları üçün götürüb mənimsəməklə, ümumilikdə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 43639,50 manat dəyərində ziyan vurmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, təxminən 4 il Zərərçəkmiş şəxs məxsus iri və xırdabuynuzlu heyvanlarına baxmışdır. Belə ki, 2018-ci ilin avqust ayında Zərərçəkmiş şəxsla tanış olaraq onun heyvanlarına baxmağa başlamış, ilk dəfə onunla 200 baş xırdabuynuzlu heyvan, daha sonra müxtəlif vaxtlarda yenidən əlavə xırdabuynuzlu və iribuynuzlu heyvanlar alıb sayını çoxaltmışlar. Heyvanlara baxdığı müddətdə Zərərçəkmiş şəxs təsərrüfat işlərindən anlayışı olmadığından heyvanlardan çoxunu satmış, bəzilərini kəsərək çobanlara vermiş, bir qismi isə soyuqdan tələf olmuşdur. Bu barədə Zərərçəkmiş şəxs məlumat verməmiş və ondan gizlətmişdir. Heyvanları satarkən bəzilərini Zərərçəkmiş şəxs demiş və satdıqdan sonra pulunu ona vermişdir. Bir qismini satanda isə Zərərçəkmiş şəxs gizlətmiş və pulunu özü xərcləmişdir. Belə ki, həmin vaxt heyvanlara baxdığına görə maaş almadığından heyvalardan satmış və təlabatlarına xərcləmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı vurulmuş ziyanı tamamilə zərərçəkmiş şəxsə ödəmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək vurulmuş maddi ziyanın ödənilməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, 2018-ci ildən Xızı rayonu Yeni Yaşma ərazisində icarə əsasında işlətdiyi fermada özünə məxsus iri və xırdabuynuzlu heyvanları saxlamaqla fermer təsərrüfatı ilə məşğul olur. Təqsirləndirilən şəxs tanışı Aydın İsmayılov vasitəsi ilə tanımış və təsərrüfatında olan 720 baş xırdabuynuzlu və 34 baş inəyi baxması üçün Rüstəmə təhvil vermişdir. Bundan sonra, 2021-ci ildə müxtəlif vaxtlarda əlavə olaraq yenidən iri və xırdabuynuzlu heyvanlar alaraq ümumilikdə 2000 yaxın xırdabuynuzlu və 64 baş inəyi baxması üçün Rüstəmə təhvil vermiş və heyvanları təhvil verərkən hesabı itirməmək üçün dəftərdə müvafiq qeydlər aparmışdır. Bir müddət sonra Xızı rayonu Yeni Yaşma kəndində yaşayan bir nəfər şəxs mobil telefonla ona zəng edərək Rüstəm tərəfindən xırdabuynuzlu heyvanların satıldığını bildirmişdir. Bundan sonra o, Rüstəmlə birlikdə heyvanları sayarkən sayının əskik olması müəyyən edilmişdir. Əskik olan heyvanlar barədə Rüstəmdən soruşduqda, sonuncu heyvanların itməsi və ölməsini bildirmişdir. Onun faktiki çox heyvanı əskik gəlsə də, Rüstəmə yazığı gəldiyindən sayını az yazmışdır. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, baytar həkim kimi şəxsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olanların heyvanlarında vaksinasiya ilə bağlı tədbirlər aparmışdır. X2 məxsus heyvanlara baxarkən Təqsirləndirilən şəxs tanımışdır. Həmin vaxt Rüstəmdən hər hansı bir heyvan almamış, sadəcə heyvanlara mövsümü xəstəliklərə görə iynə vuraraq, tədbirin görmüş və ölmüş heyvanlar barədə X1 məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid8 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs 30 baş xırdabuynuzlu heyvanı, bir başını 166 manatdan olmaqla almış və sonuncuya 5000 manat pul vermişdir. Həmin vaxt Rüstəm heyvanların müdiri Surxaya məxsus olduğunu bildirmiş və onun yanında kiminləsə telefonla danışıb razılıq almışdır. Məhkəmə iclasında iştirak edən Şahid6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Xızı rayon Yeni Yaşma kəndində, qonşuluqda olan fermada çoban işləyən Rüstəm adlı şəxsin heyvanlar satdığını eşidərək, heyvan almaq üçün həmin fermaya getmiş və heyvan almaq istədiyini bildirmişdir. Həmin vaxt Rüstəm ona heyvanları göstərmiş və sürüdən 13 baş xırdabuynuzlu heyvan seçib, hər biri 160 manat olmaqla, 2080 manat pulu Rüstəmə vermişdir. Bundan 2 gün sonra polis əməkdaşları Rüstəmlə birlikdə onun yanına gələrək, heyvanların oğurluq olduğunu ona bildirdilər və həmin heyvanların şəklini çəkərək, aparmışlar. Məhkəmə iclasında iştirak edən Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək müdirinin heyvan satdığını, istəyirsə gəlib baxmağını bildirdiyindən o, Siyəzən rayonu ərazisində olan yatağa getmişdir. Həmin vaxt Rüstəm yataqda olmamış, qısa müddət sonra ora gəlmişdir. Aralarında olan razılığa əsasən Rüstəmdən 35 baş qoyun, 2 baş quzu almış və 5600 manat pulu Rüstəmə vermişdir. O, Zərərçəkmiş şəxs tanımamışdır. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mal-qoyun alveri ilə məşğul olmaqla, 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs 150 baş, hər birini 115 manatdan olmaqla qoyun alıb, bir ay İlqarın fermasında saxlayıb, sonra satmışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayından tanıyır, aralarında salam-əleykim olmuş, 2022-ci ilin fevral ayında onun işlədiyi Surxaya məxsus fermadan 150 baş qoyun aldıqdan sonra münasibətləri yaxşılaşmışdır. Bunlardan başqa, ondan heç bir heyvan almamışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında 145 baş xırdabunuzlu və 17 baş iribuynuzlu heyvanları gətirərək Əlibəy və Füzuli adlı şəxslərin sürüsünə qatması yalandır. Belə ki, 2022-ci ilin mart ayının axırında Əlibəy adlı şəxsin heyvanlarına Qobustan rayonu Ceyrankeçmək kəndində Rüstəm baxarkən, ona zəng edərək heyvanların qırıldığını və ona kömək etməyini bildirdiyindən və Əlibəyin də, ona zəng edərək çağırmasından sonra həmin əraziyə getmiş, Rüstəm orada olmamış, ora gedəndə heyvanların kütləvi qırıldığını və təxminən 15 gün ərzində 30 baş heyvan öldüyünü görmüşdür. Əlibəy Rüstəmi fermaya gətirmiş, sonra maşın tapıb özünün və Füzulinin heyvanlarını Rüstəmlə birlikdə İlqarın Xızı rayonu ərazisində yerləşən fermasına gətirmişlər. İlqar Əlibəylə may ayınadək həmin fermanı 6 baş danaya razılaşmışlar. Orada Rüstəm və Namiqin oğlu Nihad və özü onların heyvanlarını otarmağa başlamışlar. Yuyunmaq üçün evə gedib, 3 gün sonra geri qayıtdıqda görmüşdür ki, Rüstəm orada yoxdur. Nihadla bir nəfər Həsənşah adlı şəxs heyvanları otarır. Onlar ona demişlər ki, Rüstəm yenidən Surxayın heyvanlarının otarılması üçün getmişdir. Rüstəmlə telefonla danışdıqdan sonra Rüstəm yenidən gələrək 3 gün heyvanları otarmış və sonra yenidən çıxıb getmiş və Adil adlı şəxsi ora göndərmişdir. Adillə sürüdə olan Əlibəy və Füzuliyə məxsus heyvanları saydıqda 775 baş heyvan olmuş, 4-5 gündən sonra Rüstəm yenidən ora qayıtmış və özü oradan gedib, 3-4 gündən sonra geri qayıtdıqda Şəfaqətlə bir nəfər adını xatırlamadığı yaşlı kişinin qoyunlara baxdığını görmüşdür. Rüstəm və Adil orada olmamışlar. Şəfaqətlə birlikdə yenidən heyvanları saydıqda 660 olmuş, Əlibəy və Füzulinin 145 baş heyvanın əskik gəlməsini görüb, bu barədə telefonla Əlibəyə qoyunların ümumi sayını demişlər. Bundan sonra çıxıb getmiş, 2 gündən sonra Əlibəylə qayıdıraq çöldə heyvanları saydıqda, yenə həmin say olmuşdur. Onların Rüstəmlə nə danışmaların bilmir. Xızı rayonu Upa kəndi ərazisində Rüstəmin xahişi ilə 3 gün Əlibəy adlı şəxsin xırdabuynuzlu heyvanlarına nəzarət edərkən «Qazel» markalı yük maşınına 20 baş qoyun, 4 baş quzu ,2 baş keçi və 1 baş çəpişi, həmin vaxt Füzulidən pül istəmiş, vermədiyi üçün ona məxsus heyvanları yükləyərək aparmış, həmin heyvanların içində Əlibəyə məxsus bir baş keçi də olmuşdur. Əlavə ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının 10-15 aralığında Rüstəm onunla telefonla danışaraq demişdir ki, 20 baş qoyun gətirir, onu satmaq lazımdır. «Qazel» markalı avtomobillə 20 baş heyvanı Sumqayıt şəhər «Azpetrol»un yanına gətirmiş, oradan aparıb Müşviq qəsəbəsindlə yaşayan dayısıoğlu Şahid2 evinə boşaltmış, «Qazel» markalı avtomobilin sürücüsünü tanımamışdır. Həmin qoyunları X11 kəndində yerləşən fermadan gətirmiş, ondan soruşduqda ki, kimin heyvanlarıdı?, demişdir ki, Surxaya məxsus heyvanlardır. Bir gündən sonra həmin heyvanın satılması üçün özünün gətirdiyi Binəqədi rayonundan olan İlyas adlı şəxsə bir başını 150 manatdan demiş, o da razılaşmamış, iki gündən sonra Rüstəm gəlmiş, Pərvizgildə çay içib gedərkən, alıcı göndərəcəyini, bir başını 90 manata satacağını demiş, iki gün sonra alıcı Quba rayonundan olan Saleh gəlib heyvanları aparmışdır. Bundan başqa, özü Siyəzən rayonunda olarkən Rüstəm Ravil adlı şəxslə danışmış, ona 400 baş heyvan verəcəyini bildirmiş, yolda olarkən taksi sürücüsü Sabir adlı şəxs Ravilə zəng vurmuş, o da demişdir ki, nisyə heyvan verməyəcəkdir. Ona görə də heyvanlar üçün getməmişlər. Sabirə onu Müşfiq qəsəbəsinə gətirdiyi üçün 40 manat əvəzinə özünə məxsus olan bir baş çəpişi ona vermişdir. 2022-ci ilin yanvar ayının axırlarında Siyəzən rayonu ərazisində olan «Pir» in altında Quba rayonu Buduq kəndindən olan Bəhram adlı şəxslə oturub söhbət edərkən Rüstəmin ona satmaq üçün verdiyi 40 baş qoyun və 32 baş quzunun ana-bala 180 manata satılmasını ona demiş və əvəzində 200 manat pul verəcəyini bildirmişdir. Buna görə alıcı Şamaxıdan olan Sahil adlı şəxsi aparmış, o da qoyunları bəyənməmişdir. Bundan sonra həmin hevanlardan xəbəri olmamışdır. Rüstəm ona demişdir ki, həmin heyvanlar Surxaya məxsusdur. Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olduğundan, heyvanların satılmasını ona demiş, heyvanlar satılardısa, ona 200-300 manat pul verəcəyini vəd etmiş, lakin heyvanlar satılmadığından həmin heyvanlardan pul verməmişdir. Həmçinin, Şahid1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü ildən onların kəndindən heyvan alıb-gətirdiyi vaxtlardan tanımış, münasibətləri normal olmuşdur. Dəqiq tarixi yadında qalmayan 2021-ci ilin payız aylarının birində, istifadəsində olan mobil nömrəyə zəng edərək özünə məxsus olan heyvanları satdığını bildirdiyindən, Rüstəmin özünün də heyvanların alınıb-satılması ilə məşğul olduğunu bildiyi üçün Xızı rayonu Yeni Yaşma kəndi ərazisində yerləşən fermaya gəlmiş və oradan 40 baş ana qoyun, bir başını 125 manat olmaqla, 5000 manat pulu şəxsən Rüstəmə verib, heyvanları alıb aparmışdır. Həmin vaxt heyvanların sahibini tanımamış və orada onunla görüşməmişdir. Çünki, Rüstəm özü də, heyvan alıb satdığından və ona satdığı heyvanların özünə məxsus olmasını dediyindən, ondan heyvanların pulunu ödəməklə almışdır. Həmin vaxtdan iki-üç ay sonra Rüstəmin heyvanlarına baxdığı Zərərçəkmiş şəxsla tanış olub, onun özündən 100 baş ana qoyun, bir başını 120 manatdan olmaqla, pulunu verib almışdır. Rüstəm tərəfindən satılan heyvanların onun özünə məxsus olmasına onu inandırdığından, bu barədə Surxaya heç bir söz deməmişdir. Həmin heyvanları bazarlarda satmışdır. Həmçinin, Şahid7 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Sabirabad rayonundan olan Rabil adlı şəxsi təxminən 7 il olar ki, heyvanların alqı-satqısında vasitəçi kimi tanımış, 2021-ci ilin dekabr ayının axırlarında, 2022-ci ilin yanvar ayının əvvəllərində Rabil ona demişdir ki, kirvəsi Surxaya məxsus heyvanlar satılır və həmin heyvanlar Sumqayıt şəhərindədir. Eyni zamanda demişdir ki, Surxayın heyvanlarına baxan ləzgi olmaqla, Rüstəm adlı şəxsdir, heyvanları da, o satır. Ona görə də, həmin vaxt «Mersedes» markalı minik avtomobili ilə Rabillə birlikdə Xızı rayonu Yeni Yaşma kəndində yerləşən fermaya gəlmiş, ora gələndə hava gündüz olsa da, danışıb razılaşdıqdan sonra hava qaralmışdır. Ondan 50 baş qoyun və 11 baş quzu, bunlardan 40 baş qoyun 160 manat, qalanların isə 120-125 manatdan olmaqla, cəmi 7700 manat pul verib qoyunları almış, yük avtomobilinin sürücüsü Zahir adlı şəxsə zəng etdikdə gəlmiş və heyvanları yükləyərək Ağcabədi rayonuna aparmışlar. Buna görə sürücüyə 250 manat, makler haqqı olaraq Rabilə isə 100 manat pul vermişdir. Həmin vaxt orada qoyunların sahibi olmamış, yalnız Rüstəm və çobanlar olmuşlar. Orada olanda taksi sürücüsü satılan heyvanların pulunun sahibinə çatdırmaq üçün gəlmiş və Rüstəmdən pulu istəmiş, Rüstəm ona 6500 manat pul vermişdir. Taksi sürücüsünün adını bilməmiş, avtomobili markası isə Vaz-2106 olmuşdur. Rüstəm taksi sürücüsünə, qalan pulu isə başqa avtomobil gəlib aparacağını demişdir. Həmin vaxt heyvanların sahibi ilə danışmaq istədikdə, Rüstəm demişdir ki, heyvanların satılmasını ona tapşırmış, bundan sonra özü kiminləsə danışaraq, müdirinin razılaşdığını bildirdiyindən, heyvanları alıb aparmışlar. Heyvanların hamısı arıq olduğundan, 15-20 gün müddətində Ağcabədi və Bərdə rayon bazarlarında satmışdır. Həmçinin, Şahid13 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayının 01-də Təqsirləndirilən şəxs zəng edərək onu öz yanına çoban işləmək üçün dəvət etdiyindən, həmin gündən Hacıqabul rayonunda İbrahim adlı şəxsin fermasından çıxaraq, Zərərçəkmiş şəxs Xızı rayonu ərazisində yerləşən Qızıldərə adlanan ərazidə olan fermasına gəlmiş, onunla birlikdə orada Rüstəm, Əmrah və onun qardaşı Rəfail çobanlıq etmişlər. Söhüblü kənd sakini Adil adlı şəxs isə 2021-ci ilin sentyabr ayında gəlmişdir. Həmin qardaşlardan biri may ayında, digəri isə sentyabr ayında başqa fermaya getmişlər. Hər ay Rüstəm onlara 300 manat əmək haqqı vermişdir. Rüstəmə pulu isə Surxay verirdi. Bayramlarda bir baş heyvan kəsdirərək üçünə paylayırdı. Sonra oğlu Nahid ona göməklik etmiş, 250 manat pul da, ona verilmişdir. Zərərçəkmiş şəxs fermasında işləyən Rüstəmlə birlikdə heyvanlar alıb gətirərək, sonradan satmaqla öz aralarında qeydiyyat dəftərində yazışma aparılaraq hər ikisi imza edirdilər. Çobanlar isə yalnız heyvanlara baxmışlar. 2021-ci oktyabr ayında Rüstəm Surxayın icazəsi olmadan 13 baş xırdabuynuzlu heyvanları Yeni Yaşma kənd sakini, adını bilmədiyi şəxsə satmasından xəbər tutaraq heyvanların sayılması üçün fermaya gəlmiş, həmin vaxt Surxayın şikayəti əsasında Rüstəmi Xızı RPŞ-ə gətirmişlər. Heyvanların sayılmasında Surxayın qardaşı Əmrah, Surxay özü və onun gətirdiyi iki nəfər, oğlu Nahid və Adil iştirak etmişlər. Sonradan Rüstəm də, gəlib çıxmış və birlikdə hesablaşmanı Surxayla Rüstəm aparmışdır. Nə qədər əskik gəlməsini bilməmiş, təxminən üç gün əvvəl polisdə öyrənmişdir ki, 900 baş əskik olmuşdur. Sayılandan əvvəl heyvanların ölməsi halı olmamışdır. Tək-tək xəstəlikdən və zəiflikdən ay ərzində 3-5 baş heyvan ölmüş və hər bazar günü Surxay gələrək həmin ölmüş heyvanlara baxaraq hər ikisi qeydiyyat aparmışlar. 2022-ci ilin mart ayında təxminən 100 başdan yuxarı xırdabuynuzlu, bir baş iribuynuzlu heyvan ölmüş, Surxay gələrək həmin ölmüş heyvanlara baxaraq hər ikisi yenidən qeydiyyat aparmışlar. 2021-ci ilin oktyabr ayınadək olan əskiklik Rüstəmin günahından yaranmışdır. Belə ki, orada işlədikləri dövrdə çöldə heyvanları itməmiş və ölüm isə az olmuşdur. Rüstəm heyvanlardan 30-40 baş müntəzəm olaraq onun tanımadığı şəxslərə satmış və onlara demişdir ki, bunlardan Surxayın məlumatı vardır. Xızı rayonu Yeni yaşma kənd sakini Şahid6 hər biri 160 manat olmaqla, 2080 manat dəyərində 13 baş xırdabuynuzlu heyvanlar satmış, Surxay bundan məlumat aldıqdan sonra heyvanları qaytarmışdır. Həmin heyvanlar təxminən bir həftə Famildə qalmışdır. Lakin həmin qoyunların satılmasından xəbəri olmamışdır. Bu barədə soradan eşitmişdir. Quba rayonu Söhüb kənd sakin X4 3200 manat dəyərində 20 baş qoyunları 2021-ci ilin dekabr ayında çoban Namiq və onun iştirakı ilə satmış, yaxın vaxtlarda aşkar edilərək heyvanlar geri qaytarılmışdır. Əskik gəlmiş heyvanlar Rüstəmin günahından olmaqla, zərərçəkmiş şəxsə təxminən 90000 manat ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs məxsus 6 kisə arpa, 6 kisə kəpək, 3 kisə arpa yarması və 2 kisə qara un Təqsirləndirilən şəxs tərəfindən anbardan götürülərək başqa yayayış evinə yığılmışdır. 2021-ci ilin aprel-may aylarında baytar həkim Abbasov X3 deyilən ərazidə olan fermaya gələrkən, orada 13 baş iribuynuzlu, təxminən 30 baş xırdabuynuzlu heyvanlar ölmüş, həmin heyvanların birindən nümunə götürmüş, lakin akt yazmadan çıxıb getmişdir. Həmçinin, Şahid10 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid11 Ağasən oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs fermasında çoban işləmişdir. 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs Surxayın icazəsi olmadan 13 baş xırdabuynuzlu heyvanları Xızı rayonu Yeni-Yaşma kənd sakini adını bilmədiyi şəxsə satmışdır. Bundan xəbər tutan Surxay heyvanların sayılması üçün fermaya gəlmişdir. Həmin vaxt Surxayın şikayəti əsasında Rüstəmi Xızı RPŞ-yə aparmışlar. Heyvanların sayılmasında o, Surxayın qardaşı Əmrah, Surxay və onun gətirdiyi iki nəfər, Namiq və oğlu Nahid iştirak etmişlər. Sonradan Rüstəm də gəlib çıxmış və birlikdə hesablaşmanı Surxayla Rüstəm aparmışdır. Nə qədər heyvanın əskik gəlməsini dəqiq bilməmişdir. Sayılmamışdan əvvəl heyvanların kütləvi ölməsi halı olmamışdır. Tək-tək xəstəlikdən və zəiflikdən ay ərzində 3-5 heyvan ölmüş və hər bazar günü Surxay gələrək həmin olmuş heyvanlara baxaraq Rüstəmlə hər ikisi qeydiyyat aparmışdır. 2022-ci ilin mart ayında təxminən 100 başdan yuxarı xırda buynuzlu, bir baş iribuynuzlu heyvan ölmüş, Surxay gələrək həmin ölmüş heyvanlara baxmış və Rüstəmlə birlikdə yenidən qeydiyyat aparmışlar. Həmçinin, Şahid11 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında Rüstəm ona zəng vuraraq qoyun satdığını bildirdiyindən, «Rabitəbank»dan götürdüyü pulla 20 baş qoyun almış, qoyunları alanda soruşmuşdur ki, qoyunların sahibinin məlumatı vardırmı, demişdir ki, bəli bilir. Arxayın olub ondan 20 baş ana qoyun alıb, pulunu verib, Bəxtiyarın idarə etdiyi Qaz- 53 markalı avtomobillə gətirib Giləzi qəsəbəsində boşaltmışlar. Bundan başqa, Rüstəm ondan 400 manat pul almışdır ki, arpa verəcəkdir. Lakin 3 ay ərzində arpa gətirmədiyi üçün pulunu geri almışdır. Heyvanlardan doğanı oldu və 8 baş quzu ilə birlikdə xx.xx.2022ci il tarixdə Rüstəmin iştirakı ilə sahibinə təhvil vermişdir. Həmin vaxt Rüstəm ona zəng edərək heyvan satmağını deməməsini xahiş etdikdə ona nəyə görə oğurluq heyvanı ona satmasına görə iradını bildirmişdir. Rüstəmin satdıqları heyvanların Surxaya məxsus olmasını bilsə də, onun heyvanlarının satışı ilə Rüstəm məşğul olduğundan, inanaraq pulunu verib heyvanları almışdır. Heyvanların oğurluq olmasını bilməmiş, bilsəydi almazdı. Həmçinin, Yalçın Əlifxanov məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Quba rayonu Söhüb kənd sakini Təqsirləndirilən şəxs özü heyvan alıb satdığından təxminən 10 il olar ki, heyvan alveri zamanı tanımış, münasibətləri yaxşıdır. Sonuncu dəfə 2022-ci ilin yanvar ayında Rüstəmdən onunla birlikdə heyvanlarını saxlayan Məcidin oğlu Bəhram, Malik və özü birlikdə bir başı 160 manatdan bir dəfə 61 baş qoyun, 2022-ci ilin mart ayında isə Maliklə birlikdə bir başı 160 manat olmaqla, 37 baş qoyun almışlar. Birinci dəfə aldıqları 61 baş heyvanları Yeni Yaşma fermasından «Mersedes» markalı Siyəzən rayonundan olan Aydın adlı şəxsə məxsus avtomobillə gətirmişlər, ikinci dəfə 37 baş heyvanları isə Təqsirləndirilən şəxs Siyəzən rayonunda heyvanları saxlayarkən həmin avtomobillə gedib gətimişlər. 61 başı gətirərkən saat 21-22 radələri, 37 başı isə saat 12 radələrində alıb aparmışlar. Birinci dəfə 9700 manat pulu üçü birlikdə, ikinci dəfə isə 6000 manat pulu Maliklə birlikdə vermişlər. Bunlardan başqa Rüstəmlə hər hansı heyvan alveri olmamışdır. Satılan heyvanlar Rüstəmə məxsus olmamış, ancaq birinci dəfə Yeni Yaşmadan heyvanları alarkən heç bir söz deməsə də, ikinci dəfə alarkən onların yanında kimsinləsə danışmış və demişdir ki, danışdığı adam heyvanların sahibi olmuşdur. Şahid1 istintaqa verdiyi ifadəsində yalan göstərmiş, 2022-ci ilin yanvar ayının axırlarında Siyəzən rayonu ərazisində olan «Pir» in altında oturmamış, Rüstəmin verdiyi 72 baş heyvanın satılması barədə söhbəti olmamışdır. Rüstəmə özünün ondan pulla aldığı heyvanları satmaq istədiyini demiş, o da Əlvanı göndərmiş, Əlvan da iki dəfə alıcı ilə gəlmiş və onlar heyvanları bəyənməmişlər. Bundan sonra Əlvan özü heyvanları nisyə istəmiş, ona verməmişdir. Sonra demişdir ki, qardaşının avtomobilini gətirib girov qoysun, heyvanları aparsın. Onunla da razılaşmamışdır. Təqsirləndirilən şəxs aldığı 98 baş heyvanlardan 41 başı onun özündə olmuş, onlardan 15 başını satmış, 5 başı ölmüş, 21 baş isə hazırda Buduq kəndində sürüsünün içərisindədir. Qalan heyvanlardan 15 başı Bəhramda, 42 başı isə Malikdə olmuşdur. Bundan başqa, 2020-ci ilin iyul-avqust aylarında Quba rayonu Söhüb kəndində Təqsirləndirilən şəxs iki baş ana-bala qara rəngli inək satmış, bir ana-balanı 1500 manata olmaqla 3000 manata almışdır. Həmçinin, Şahid5 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 2022-ci ilin fevral ayında «Qazel» markalı avtomobillə 20 baş xırdabuynuzlu heyvan gətirərək ona demişdir ki, satlıq heyvanlardır, alırsanmı?, o da demişdir ki, alır. Heyvanları onun Müşfiq qəsəbəsində olan həyətinə boşaltmış və sonra «Qazel» markalı avtomobil getmişdir. Həmin avtomobilin sürücüsünün kim olmasını bilməmişdir. Heyvanlar kök olmaqla boğaz olmuşlar. Əlvandan heyvanların qiymətini soruşduqda, bir başını 150 manata satdığını demişdir. Ona pulunun 6 başına yetər, qalanını nisyə verirsə alacağını demiş, o da nisyə vermək fikrinin olmadığını bildirdikdə, 6 baş heyvan seçmiş, 900 manat pulu həmin günün səhəri əvvəllər tanımadığı Rüstəm adlı şəxsə vermişdir. Rüstəm gəldikdə Əlvan ona zəng edib, heyvanın sahibinin gəldiyini və onu qarşılamağı ona bildirdiyindən, evində yemək yeyib və çay içdikdən sonra ona heyvanları nisyə verib-vermədiyini soruşduqda, nisyə vermədiyini bildirmiş, 6 başın pulunu vermiş, qalan qoyunları həmin günün səhəri Əlvan gəlib aparmışdır. Hara aparmalarını bilmir. Rüstəm gələrkən özü ilə birlikdə üç nəfər Vaz-2109 markalı avtomobillə gəlmişlər, onlar da heyvanlara baxıb, bəyənməmişlər. Həmin heyvanların 5 başını bir aydan sonra 165 manata satmışdır. Bir başı isə bir aydan sonra doğdu, balasını pay vermiş, anası evdə qalmışdır. Əlvan və Rüstəmdən heyvanların kimə məxsus olması barədə heç bir şey soruşmamış, heyvanların onlara məxsus olub-olmamasını və oğurluq olmasını bilməmişdir. Həmin gün Rüstəm onlarda olarkən demişdir ki, heyvanlar bir gecə qalsın, gəlib aparacaqlar. Ona yerinin olmadığını, tez aparmasını bildirmiş, səhəri gün özü evdə olmayanda Əlvan tək gəlib heyvanları aparmışdır. Sonradan eşitdiyinə görə Əlvanla Rüstəm həmin heyvanları 130 manata tanımadığı şəxsə satmışlar. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 110 ha otlaq sahəsini bələdiyyələr yaranmamışdan əvvəl 15 illiyə, sonra isə hər il müqavilə əsasında icarəyə götürməklə, hər il üçün 880 manat pul ödəyir. Təqsirləndirilən şəxs Söhüb kənd sakini olmaqla, arvadının əmisi oğludur, münasibətləri normal olmuş, ədavətləri, düşmənçilikləri olmamışdır. 2021-ci ilin may ayında Rüstəm Surxaya məxsus heyvanları kənd bələdiyyəsinə məxsus yay otlaq sahəsində saxlaması üçün 4500 manatı Tahir adlı şəxsin vasitəsi ilə ona vermiş və bir yay orada heyvanlarını saxlamışdır. Bununla bağlı aralarında hər hansı sənədləşmə aparılmamışdır. Həmçinin, Şahid12 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 272-273-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2022-ci il tarixli, 9/4060 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspert təyini haqqında qərarda göstərilən 16 adda malların 2021-ci ilin aprel ayından 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 316043,50 manat müəyyən edilir. Cinayət işinin İ cildinin 271-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 291-293-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2022-ci il tarixli, 9/5266 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspert təyini haqqında qərarda göstərilən 10 adda xırdabuynuzlu heyvanların 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 43320 manat müəyyən edilir. Cinayət işinin İ cildinin 290-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 248-249-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən, eləcə də işin İ cildinin 221-224cü vərəqələrində olan müvafiq hökmün və məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla qəti olaraq 1 il 14 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün Quba rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 75-76-cı vərəqələrində olan 16 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 125-126-cı vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 4(068)-11/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 04 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 may 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 279-284-cü vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 4(068)-23/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində, yəni 16 sentyabr 2022-ci il tarixədək seçilmiş “həbs” növündə qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 294-309-cı vərəqələrində olan 08 avqust 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnın 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.2.4-cü maddəsinə tövsif edilməklə ona həmin maddədə nəzərdə tutulan yeni məzmunda ittiham elan olunmuş və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin Şahid5, Şahid4, Şahid6, Şahid13, Şahid7, Şahid8, X5, Şahid2 və Şahid1 əməllərində cinayət tərkibi olmadığından, cinayət təqibinin başlanılması rədd edilmiş, habelə 2022-ci ilin aprel ayının 10-12-si tarixlərindən birində Təqsirləndirilən şəxs tərəfindən Vəkilov Bahadur Kamil oğluna məxsus 145 baş qoyun, 63 baş quzu, 25 baş keçi,13 baş çəpiş, 17 baş iribuynuzlu və 8 baş büzov gətirilərək Xızı rayon ərazisində olmuş Füzuli Əlizadə və Əlibəy Abduləzizovun sürüsünə qatılmasına baxmayaraq, həmin heyvanların oradan naməlum şəxs(lər) tərəfindən gizli olaraq talanması fakt üzrə Azərbaycan Respublikası CM-nın 177.2.4-cü maddəsi ilə cinayət təqibi başlanılmış və ********* nömrəli cinayət işindən ayrılaraq istintaq aparılması üçün aidiyyəti üzrə Xızı RPŞ-nin İstintaq Qrupuna göndərilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 286-287-ci vərəqələrində olan Quba Rayon İcra Hakimiyyəti başçısının Rük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 iyul 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində xx.xx.2008-ci il təvəllüdlü Ariz adında bir yetkinlik yaşına çatmayan övladı olan Təqsirləndirilən şəxs həqiqətən Quba rayonu, Söhüb kəndində qeydiyyatda olmaqla yaşayır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir ərizə, şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 22 fevral 2023-cü il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən ona etibar edilmiş əmlakı qəsdən xeyli miqdarda mənimsəyərək və israf edərək talaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsini, yəni hazırda zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilməsi məhkəmə iclasında Təqsirləndirilən şəxs izah olunmuş, lakin təqsirləndirilən şəxs maddi imkanının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin könüllü olaraq tamamilə ödəməsini və himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 3-cü bəndinin 2-ci yarımbəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətini, həyat şəraitini, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixə kimi həbsdə, 20 iyul 2022-ci il tarixdən isə 15 mart 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 09 ay 29 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə yaşadığı rayonun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə yaşadığı rayonun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, habelə barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 09 ay 29 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 10 (on) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Quba rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Quba rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Quba rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 150 (yüz əlli) manat ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-2/2023
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-2/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver