Məhkəmə qərarları › İş №1(068)-20/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-20/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-20/2022 27.07.2022 XIZI RAYON MƏHKƏMƏSİ X11 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1993-cü il tarixdə Xızı rayonu, Giləzi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 1,304 qram miqdarında psixotrop maddə - metamfetamin əldə edərək əynindəki paltonun sol aşağı iç cibində bir ədəd qızılı-ağ rəngli kağız bükümdə saxlamış, atası X3 17 fevral 2021-ci il tarixdə, saat 08:00 radələrində Azərbaycan Respublikası DİN-in “102 Xidməti-Zəng mərkəzi sisteminə” onun ailə üzvlərini narahat etməsi barədə verdiyi məlumat və eyni məzmunlu yazılı ərizəsi əsasında izahatının alınması və münaqişənin qarşısının alınması üçün Təqsirləndirilən şəxs yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsindən gətirilərək Sumqayıt şəhər Rayonlararası narkoloji dispanserində sidiyindən götürülmüş nümunə test üsulu ilə yoxlanılarkən narkotik vasitə olan AMP (şüşə) qəbul faktının aşkar olunması ilə bağlı 17 fevral 2021-ci il tarixdə, saat 10:10 dəqiqədə Xızı rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki paltonun sol aşağı iç cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 1,304 qram miqdarında psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayır və fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. O, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmiş, son bir neçə ayda isə “şüşə” adı ilə tanıdığı metamfetamin istifadə etmişdir. 16 fevral 2021-ci il tarixdə axşam saatlarında yaşadığı Xızı rayonu Giləzi qəsəbəsi ərazisində gəzərkən körpünün yanında yerdə qızılı rəngli kağız bükümün olduğunu görmüş, bükümü açdıqda istifadəçisi olduğu üçün içərisində "şüşə" adı ilə tanıdığı psixotrop maddə metamfetaminin olduğunu bilmiş və istifadə etmək üçün cibinə qoymuşdur. Səhəri gün, yəni 17 fevral 2021-ci il tarixdə, saat 07:00 radələrində yaşadığı evdə olarkən tapdığı həmin metamfetamindən az miqdarda istifadə etmiş, qalan metamfetamini bir ədəd bükümdə paltonun iç cibinə qoymuşdur. Bundan sonra o, gəzmək üçün Bakı şəhərinə getmək qərarına gəlmiş və bu barədə valideyinlərinə demişdir. Lakin, atası Ərəstun onun Bakı şəhərinə getməsinə icazə verməmişdir. O, paltonu əyninə geyinərək Bakı şəhərinə gedəcəyini demişdir. Bu səbəbdən onunla atası Ərəstunun arasında mübahisə yaranmış və atası Ərəstun mobil telefonla DİN-in 102-yə zəng edərək onun barəsində şikayət etmişdir. Daha sonra, Xızı rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə gəlmiş, o, polis əməkdaşlarına bədənindəki ağrılara görə metamfetamin istifadə etməyə məcbur olduğunu, səhər vaxtı metamfetamin istifadə etdiyi üçün atası ilə mübahisə etdiyini demişdir. Bu səbəbdən polis əməkdaşları onu Sumqayıt şəhərində yerləşən Narkoloji Dispanserə aparmışlar. Həkim onun sidiyindən nümunə götürüb yoxlamış, onun həqiqətən də metamfetamin istifadə etdiyi aşkarlanmışdır. Bundan sonra, polis əməkdaşları onu Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Həmin vaxt o, metamfetaminin təsiri altında olduğu üçün üzərində bir bükümdə olan metamfetamini atmağı düşünməmiş, metamfetamin əynindəki paltonun cibində qalmışdır. Polis şöbəsində vəkil Arif Həbibzadə ona müdafiəçi təyin edilmişdir. Müstəntiq müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərində axtarış aparmışdır. Axtarış zamanı o, paltonun cibindəki bir ədəd kağız bükümdə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra, polis əməkdaşları onlara təqdim etdiyi psixotrop maddə olan metamfetamini zərfə qoyaraq qablaşdırmış və üzərindən aşkar olunmuş psixotrop maddəyə dair protokol tərtib etmişlər. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, hazırda müalicə olunaraq narkotik və ya psixotrop maddə qəbul etmədiyini, eləcə də bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 17 fevral 2021-ci il tarixdə, saat 08:00 radələrində Xızı rayonu Giləzi qəsəbəsində yaşayan Ərəstun Ağazadə DİN-in "102" xidmətinə zəng edərək oğlu Təqsirləndirilən şəxs evdə münaqişə yaratdığını bildirmişdir. Həmin müraciətlə bağlı o, əməliyyat qrupunun üzvləri - Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və növbətçi sürücü Şahid3la birlikdə Xızı rayonu Giləzi qəsəbəsinə Ərəstun Ağazadənin yaşadığı evə getmişlər. Həmin vaxt onlar həqiqətən Məhəmmədin yaşadığı evdə valideyinləri ilə mübahisə etdiyini, dava-dalaş səsinin ətrafa yayıldığını görmüşlər. X1 münaqişə yaratması barədə Xızı rayon Polis Şöbəsinə ərizə də, yazmışdır. Bundan sonra, Ərəstun Ağazadənin müraciəti əsasında oğlu Məhəmmədin izahatının alınması, eləcə də sonuncunun ağır nəticələrə səbəb ola biləcək hadisə törətməsinin qarşısının alınması məqsədi ilə Məhəmmədi Xızı rayon Polis Şöbəsinə gətirmək üçün növbətçi hissənin xidməti avtomobilinə mindirmişlər. Daha sonra o, şifahi olaraq Məhəmməddən nə baş verdiyini, nə səbəbə yaşadığı evdə valideyinləri ilə münaqişə yaratdığını soruşmuşdur. Məhəmməd Bakı şəhərinə getmək istədiyini, lakin atasının getməyinə icazə vermədiyini demişdir. O, Məhəmmədin danışığından, zahiri halvəziyyətindən narkotik vasitənin təsiri altında olmasından şübhələnmişdir. Buna görə də, Məhəmməddən narkotik vasitə və ya psixotrop maddə istifadə edib-etmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs “şüşə” adı ilə tanıdığı metamfetamin istifadə etdiyini və həmin maddənin təsiri altında olduğunu etiraf etmişdir. Bu səbəbdən o, telefonla növbətçi hissəyə zəng edərək münaqişə yaratmış Məhəmmədi yaşadığı evdən götürdüklərini və sonuncunun narkotik vasitənin təsiri altında olduğunu demişdir. Məsul növbətçi X6 müayinə olunması üçün əvvəlcə Sumqayıt şəhərində yerləşən rayonlararası Narkoloji Dispanserə aparmalarını və həkim tərəfindən müayinə olunmasını, bundan sonra polis şöbəsinə gətirmələrini demişdir. Bundan sonra, onlar xidməti avtomobillə Məhəmmədi Sumqayıt şəhər rayonlararası Narkoloji Dispanserə aparmışlar. Həmin dispanserdə həkim Məhəmmədin sidiyindən analiz götürmüş və müayinənin cavabına əsasən Məhəmmədin metamfetamin istifadə etdiyi aşkar edilmişdir. Daha sonra, onlar Məhəmmədi Xızı rayon Polis Şöbəsinə gətirmiş, sonuncunun narkotik vasitə istifadəçisi olmasını nəzərə alıb onun üzərində şəxsi axtarış aparılması məqsədi ilə raport yazmış və Məhəmmədi istintaq qrupuna təqdim etmişdir. Bundan sonra, müstəntiq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və vəkil X5 iştirakı ilə Məhəmmədin üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə şəxsi axtarışı videoçəkilişlə qeydə almağa başlamışdır. Axtarış zamanı müstəntiq Məhəmmədə hüquq və vəzifələrini izah etmiş və üzərində qanunsuz narkotik vasitə, digər maddələr, əşya, predmet olduğu halda təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki paltonun aşağı sol iç cibindən bir ədəd qızılı-ağ rəngli büküm çıxarıb təqdim etmiş və bükümün içərisində “şüşə” adı ilə tanıdığı metamfetaminin olduğunu, metamfetamini istifadə etmək üçün üzərində saxladığını, metamfetamini yerdən taparaq əldə etdiyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid Xızı RPŞ-nin əməliyyat rabitə qrupunun kiçik inspektoru Şahid3, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-25-ci vərəqələrində olan 17 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xızı RPŞ-nin inzibati binasında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan tünd boz rəngli paltonun sol iç cibindən 01 (bir) ədəd qızılı rəngli kağız bükümünü çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2021-ci il tarixli, 6/701 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,304 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respubikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə olan metamfetaminin qalıq çəkisi 1,254 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 40-41-ci vərəqələrində olan Xızı RPŞnin İQ-nin müstəntiqinin 18 fevral 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkisi 1,254 qram təşkil edən psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞnin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 21 aprel 2021-ci il tarixdə verilmiş 1170 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 192-193-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 13 aprel 2022-ci il tarixdə verilmiş 1778 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, 21 aprel 2021-ci il tarixdə ambulator məcburi narkoloji müayinə olunan zaman Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Remissiya mərhələsində (sağalma mərhələsi) olan psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunmur. Hal-hazırda, müayinə zamanı narkomaniya xəstəliyinin kliniki əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında elan edilmiş işin 94-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 may 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 15-16-cı vərəqələrində olan 17 fevral 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-57-ci vərəqələrində olan 19 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-117 və 120-122-ci vərəqələrində olan 02 mart 2022-ci il qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 fevral 2021-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 200-215-ci vərəqələrində olan 14 aprel 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə yenidən elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində 02 mart 2022-ci il tarixli qərarla seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, həmçinin Təqsirləndirilən şəxs 1,304 qram miqdarında psixotrop maddə - metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması istintaqla müəyyən edilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilməmiş, istintaq zamanı Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə, saat 07:00 radələrində Xızı rayonu Giləzi qəsəbəsində yaşadığı evdə münaqişə etməsi, ailə üzvlərini narahat etməsi barədə X4 müraciəti üzrə əməldə hər hansı bir cinayətin tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraat başlanmaması nəzərə alınmış, eləcə də istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılmasına dair videoçəkilişi özündə əks etdirən bir ədəd diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, istintaq zamanı Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə ifadəsinin alınmasını video çəkilişini özündə əks etdirən bir ədəd disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-74-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 mart 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə az ağır cinayət törətməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini, həmçinin ali təhsilli olmaqla yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,254 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk və 14 aprel 2022-ci il tarixdə ifadəsinin alınmasını video çəkilişini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,254 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk və 14 aprel 2022-ci il tarixdə ifadəsinin alınmasını video çəkilişini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar