Məhkəmə qərarları › İş №1(068)-20/2023

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-20/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-20/2023 24.05.2023 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1992-ci il tarixdə Xızı rayonu Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 03 ay 01 günü, Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 01 il 01 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və üzərində məhkumluğu olan, Xızı rayonu Sitalçay kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 17 saylı CÇM-də cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,758 qram miqdarında psixotrop maddə – metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,15 qram miqdarında narkotik vasitə heroin əldə edərək, həmin heroinin 0,041 qramını əynindəki gödəkçənin sağ üst cibində bir ədəd bükümdə saxlamaqla daşımış, qalan ayrı-ayrılıqda 0,048 qram və 0,061 qram miqdarında heroini iki ədəd bükümdə, 0,758 qram metamfetamini bir ədəd bükümdə Xızı rayonu Sitalçay kəndində yaşadığı evin həyətindəki anbarda elektrik piltəsinin altında saxlamış, 17 yanvar 2023-cü il tarixdə Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:25 radələrində Xızı rayonu Sitalçay kəndi ərazisində saxlanılmış, onun üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ üst cibində bir ədəd bükümdə 0,041 qram miqdarında heroin, 17 yanvar 2023-cü il tarixdə saat 14:15 dəqiqədən saat 14:23 dəqiqəyədək olan müddət ərzində yaşadığı həmin evinin həyətinə Təqsirləndirilən şəxs yazılı razılığı, müdafiəçi ilə birlikdə iştirakları ilə, videoçəkilişlə keçirilmiş baxış zamanı elektrik piltəsinin altından 0,758 qram miqdarında psixotrop maddə - metamfetamin, ayrı-ayrılıqda 0,048 qram və 0,061 qram miqdarında narkotik vasitə - heroin, yəni Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,15 qram miqdarında narkotik vasitə - heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 0,758 qram miqdarında psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, həbs olunana kimi ailə üzvləri ilə birlikdə Xızı rayonu, Sitalçay kəndində yaşamışdır və təxminən 3 ildir narkotik vasitə istifadə edir. Saxlanılarkən üzərindən və yaşadığı ünvandan aşkar edilmiş heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini təxminən yanvar ayının ortaları yaşadığı kənd ərazisində, evinin yaxınlığından tapmışdır. Narkotik vasitə olan heroindən bir miqdarını istifadə etmiş, qalan hissəsini isə bükümlərə ayıraraq şəxsi istifadəsi üçün yaşadığı evin həyətində gizlətmişdir. Xızı RPŞ-nin əməkdaşları tərəfindən yaşadığı kənd ərazisində saxlanılarkən tapdığı narkotik vasitə olan heroinin bir bükümü üzərində olmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq üzərinə baxış keçirmişlər və heroin narkotik vasitəsi aşkar olunmuşdur. Bundan sonra yaşadığı evin həyətində gizlətdiyi heroin narkotik vasitəsinin qalan miqdarının və metamfetamin psixotrop maddəsinin yerini polis əməkdaşlarına deyərək, gedib göstərmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilməmişdir. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsini, valideynlərinin yaşlı və xəstə olmasını nəzərə alaraq, ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-in NMQ-nun əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, təxminən yanvar aylarında etibarlı mənbədən cinayət axtarış bölməsinə Xızı rayonu Sitalçay kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması, üzərində qanunsuz olaraq narkotik vasitələrin daşınması və saxlanması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən də, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 və Şahid3 ilə birlikdə Sitalçay kəndinə getmişlər. Təxminən günorta radələrində Təqsirləndirilən şəxs kənddə olduğunu görüb yaxınlaşmış və sonuncuya üzərində qanunsuz olaraq narkotik vasitələrin daşınması və saxlanması ilə bağlı məlumat daxil olmasını, buna gərə də üzərində şəxsi axtarış aparılması və təxirəsalınmaz istintaq hərəkətlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilməsi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılması ilə bağlı etirazının olmadığını demişdir. Bundan sonra vəkilin iştirakı ilə Elvinin üzərində axtarış keçirilmiş heroinə bənzər kütlə aşkar olunmuşdur. Axtarış video çəkiliş ilə qeydiyyata alınmış, müstəntiq tərəfindən sənədləşdirilmiş və baxış protokolu hazırlanmışdır. Daha sonra müstəntiq Təqsirləndirilən şəxs evdə narkotik vasitənin olub-olmadığını soruşduqda, sonuncu yaşadığı evin həyətində də heroin narkotik vasitəsinin qalan miqdarının və metamfetamin psixotrop maddəsinin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi ilə bağlı ərizə yazaraq onlara təqdim etmişdir. Ərizə yazdıqdan sonra Elvinin evinə gedib həyətyanı sahədə yarımtikiliyə baxış keçirən zaman orada, peçin altında 3 ədəd də şəffaf büküm aşkar olunmuşdur. Həmin maddələr də götürülərək sənədləşdirilmiş və bütün bunlar video görüntüyə çəkilmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Belə ki, Xızı RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xızı RPŞ-nin əməkdaşları Şahid1 imtahan sessiyasında iştirak etmək üçün, Şahid3 isə ilkin hazırlıq kursu keçməsi üçün DİN-nin Polis Akademiyasına ezam olunduqlarından məhkəmə iclasında iştirak etmələri mümkün deyildir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-29-cu vərəqələrində olan 17 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan gödəkçənin sağ üst cibindən bir ədəd büküm çıxarıb könüllü olaraq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 32-35-ci vərəqələrində olan 17 yanvar 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Xızı rayonu Sitalçay kəndində Təqsirləndirilən şəxs yaşadığı evə onun yazılı razılığı və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinə bitişik anbar kimi istifadə edilən tikilidə elekrik piltəsinin altında şəffaf bükümün içərisində iki ədəd içərisində narkotik vasitə - heroinə bənzər maddə olan ağ rəngli bükümləri və bir ədəd içərisində psixotrop maddə - metamfetaminə bənzər maddə olan gümüşü rəngli bükümləri təqdim etmişdir. Həmin maddələr bükümləri ilə birlikdə polis əməkdaşları tərəfindən bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 49-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 6/296 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,041 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2 №-li zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,048 qram və 0,061 qram, ümumi təmiz çəkisi 0,109 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,758 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotorp maddə metamfetamindir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,708 qram, tədqiqata 0,100 qram sərf edildikdən sonra narkotik vasitə olan heroinin qalıq çəkisi 0,050 qram təşkil etmişdir. Cinayət işinin 48-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 81 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 55-56-cı vərəqələrində olan 18 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkiləri 0,708 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 0,050 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 25 yanvar 2023-cü il tarixdə verilmiş 387 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 yanvar 2023-cü il tarixdə verilmiş tələbnamədən, həmçinin işin 117-119-cu vərəqələrindəki müvafiq hökmün və işin 122-124-cü vərəqələrindəki qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(068)- 36/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, daha sonra Sumqayıt şəhər probasiya şöbəsinin təqdimatı əsasında Xızı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 7(068)-1/2023 saylı qərarına əsasən ona həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 03 ay 01 günü, Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 01 il 01 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-18-ci vərəqələrində olan 17 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-77-ci vərəqələrində olan 19 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 125-126-cı vərəqələrində olan 10 fevral 2023-cü il tarixli qətimkan tədbirinin ləğv edilməsi haqqında qərardan görünür ki, Xızı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 7(068)-1/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 03 ay 01 günü, Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 01 il 01 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyindən barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilmişdir. Cinayət işinin 144-155-ci vərəqələrində olan 06 aprel 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun 17 saylı CÇM-də cəza çəkməsi və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin tətbiqi zərurəti aradan qalxdığından ləğv edilməsi nəzərə alınmış, həmçinin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs 0,150 qram narkotik vasitə - heroini və 0,758 qram miqdarında psixotrop maddə - metamfetamini haradan əldə etdiyini müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərarın surəti Xızı RPŞnin CAB-na göndərilmiş, habelə Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş 2 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-99-cu vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 23 yanvar 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, həmin cəzanın Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il 01 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmasına baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bununla da, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həyat şəraitini, onun tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Xızı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 7(068)- 1/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 01 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 24 may 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Habelə məhkəmə, Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə həbsdə olmasını və buna görə də onun dərhal məhkəmə zalından həbs edilməsi zərurətinin aradan qalxmasını nəzərə alır. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkiləri 0,708 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 0,050 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 il 01 ay 15 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək onun üzərində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkiləri 0,708 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 0,050 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş 2 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 (səksən bir) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar