Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-21/2021 08.04.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1965-ci il tarixdə Qusar rayonunda doğulmuş, vətəndaşlığı olmayan, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olan, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan heroini onunla eyni qəsəbədə yaşayan Şahid1 xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında 10 manat qarşılığında satmış, Xızı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə, saat 11:30-da Xızı rayonu, Şorabad qəsəbəsində saxlanılmış Şahid1 üzərində aparılmış şəxsi axtarış zamanı narkotik vasitə olan 0,284 qram heroin aşkar edilərək götürülmüş, Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində həmin narkotik vasitəni onunla eyni qəsəbə yaşayan Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında 10 manat qarşılığında almasını etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 0,208 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində o, Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində - Şorabad qəsəbəsindən Xəzər dənizinin sahilinə gedən yolun sol kənarında saxlanılmış, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış nəticəsində əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan bayır cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda, təmiz çəkisi 0,208 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 15 ildən artıq müddətdir narkotik vasitə istifadəçisi olmaqla, əsasən “kakos” adlanan narkotik vasitədən istifadə edir. Həmin narkotik vasitəni əsas etibarı ilə inyeksiya yolu ilə damarına vurmaqla qəbul edir. Rəsmi qaydada heç bir yerdə işləməsə də, Şorabad qəsəbəsində dəniz kənarında yerləşən qum karxanasında gündəlik fəhləlik edib çörək pulu qazanmışdır. Hər gün saat 09 radələrində evdən çıxıb piyada iş yerinə getmiş, adətən axşam saat 17-18 radələrində isə işdən çıxıb evə gəlmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 09 radələrində evdən çıxıb dəniz istiqamətində asfalt yolla piyada gedərkən qəflətən gözü yolun kənarında torpaq üzərindəki parıltıya sataşmış, yaxınlaşıb əyildikdə parıldayan predmetin gümüşü siqaret kağızı bükümü olduğunu görmüş və həmin bükülü diqqətini çəkdiyindən götürüb açdıqda içərisində tünd-qəhvəyi rəngli maddə olduğunu görmüşdür. Uzun illərin narkotik vasitə istifadəçisi olduğundan həmin bükümdəki kütlənin narkotik vasitə “kakos” olduğunu dəqiq bilmiş və axşam işdən çıxıb evə gələndən sonra istifadə etməsi üçün əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibinə qoymuşdur. Axşam saat 17:20 radələrində işdən çıxıb yenə də dəniz yolu ilə üzü Şorabad qəsəbəsi istiqamətində evə gələrkən kəndə çatmağa təxminən 300-400 metr məsafə qalmış iki nəfər mülki geyimli şəxs yaxınlaşıb onu saxlayaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirdiyinə görə saxlanıldığı və şübhəli şəxs qismində tutulduğu izah edilmişdir. Bununla əlaqdar olaraq hüquqlarının tədbir yerinə dəvət edilən müdafiəçi Siyəzən rayonunda fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən qorunacağı bildirdikdə, o, buna etiraz etməmişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılacağı, axtarışın video görüntüyə alınacağı da bildirilmişdir. Çəkiliş altında ondan ilkin olaraq üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulduqda o da, əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən səhər radələrində işə gedərkən yerdən tapıb şəxsi istifadəsi üçün üzərində saxladığı gümüşü rəngli siqaret bükümündəki narkotik vasitə olan “kakosu” çıxardıb könüllü olaraq təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları onlara təqdim etdiyi narkotik vasitə olan heroini zərfə qoyaraq qablaşdırmış və üzərindən aşkar olunmuş narkotik vasitəyə dair protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunduqdan sonra imzası ilə düzgünlüyünü təsdiq etmişdir. Bundan əlavə, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında yoldan keçən tanımadığı maşınlarla Sumqayıt şəhərindən yaşadığı Şorabad qəsəbəsinə gələrək, qəsəbəyə dönən körpüdə maşından düşüb piyada qəsəbə istiqamətində hərəkət edərkən hava nisbətən qaranlıq olduğundan əlindəki alışqanın üzərindəki fanarla yola işıq salmış və qəsəbə istiqamətində təxminən 2 kilometr getdikdən sonra işıq düşən istiqamətdə yerdə nəyinsə parıldaması diqqətini çəkmiş, diqqətlə baxdıqda isə kağız bükülüsü olmasını görmüşdür. Kağızın içərisinə baxdıqda, özü də uzun müddət istifadə etdiyindən onun içərisindəkinin “kakos” olmasını dərhal başa düşüb ətrafa göz gəzdirdikdən sonra istifadə etmək məqsədilə özündə saxlayaraq yoluna davam etmişdir. Həmin gün ağrıları olmadığından narkotik vasitəni istifadə etməmişdir. xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında qəsəbə ərazisindən Bakı-Quba yolu istiqamətində hərəkət edərkən həmkəndlisi Sərxanla qarşılaşaraq bir neçə dəqiqə söhbətdən sonra sonuncu narkotik vasitə tapa bilmədiyini və şiddətli ağrılarının olmasını bildirmişdir. Bu zaman o, üzərində saxladığı narkotik vasitəni Sərxana göstərib bir hissəsini ona sata biləcəyini dedikdə, Sərxan üzərində 10 manat pulunun olmasını bildirmiş və həmin vaxt işləri yolunda getmədiyi üçün pula ehtiyacı olduğundan Sərxanın təklifi ilə razılaşıb 10 manat qarşılığında həmin narkotik vasitənin bir hissəsini ona sataraq oradan uzaqlaşmışdır. Sonradan Sərxanın hansı şəraitdə tutulmasından xəbərsiz olmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri ilə, həmçinin, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Xızı rayonu, Şorabad qəsəbə sakini Təqsirləndirilən şəxs Murad oğlunun üzərində qanunsuz olaraq narkotik vasitə daşıması, gəzdirməsi və saxlaması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə xx xxxxxxxx 2020-ci tarixdə qərar qəbul edilərək, həmin gün təxminən saat 18:00 radələrində şöbənin əməkdaşları ilə birgə Xızı rayonu, Şorabad qəsəbəsi ərazisinə getmişlər. Qəsəbə ərazisində Təqsirləndirilən şəxs Murad oğlunu şübhəli şəxs kimi saxlayıb özlərini təqdim etmişlər. Həmçinin, tədbir video çəkilişlə qeydə alındığından hal şahidləri dəvət edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs hüquqları və saxlanılma səbəbi izah edilmişdir. Daha sonra, sonuncudan üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmamasını soruşduqda o, əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən içərisində qəhvəyi rəngli kütlə olan gümüşü rəngli kağız bükülüsünü çıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan “kakos”, yəni “heroin” olmasını, həmin narkotik vasitəni elə həmin gün təxminən saat 09 radələrində qəsəbə ərazisindən dənizə tərəf istiqamətlənən yolla işlədiyi karxanaya gedərkən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin vaxt Xızı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Həmçinin, Şahid2 məhkəməyə teleqram ünvanlayaraq xidməti iş yerinin dəyişdirilməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitə istifadə edir. Hazırda Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 228.1, 234.1 və 185.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi ********* nömrəli cinayət işi Xızı Rayon Məhkəməsində baxılmaqdadır, həmçinin həmin cinayət işinin ibtidai istintaqı zamanı məhkəmənin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbirinin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı istintaq təcridxanasında saxlanılır. xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında yaşadığı qəsəbə ərazisindən dənizə tərəf gedən yolla hərəkət edərkən həmkəndlisi kimi tanıdığı Çingiz adlı şəxslə qarşılaşmış, həmin vaxt narkotik vasitənin təsirindən yaranan ağrıları olmuş, lakin narkotik vasitə tapa bilmədiyindən Çingizdən narkotik vasitə istəyə biləcəyini fikirləşib ondan narkotik vasitə olub-olmamasını soruşmuş, Çingiz üzərində bir büküm narkotik vasitə olmasını deyib 10 manata sata biləcəyini dedikdə, onunla razılaşıb həmin bükümdəki narkotik vasitəni 10 manat qarşılığında Çingizdən satın almış, lakin bir gün sonra həmin narkotik vasitə üzərində tutulmuş və hal-hazırda da həmin cinayət işinin Xızı Rayon Məhkəməsi tərəfindən məhkəmə baxışı aparılır. Həmçinin, Şahid1 xx xxxx 2021-ci il tarixdə təqsirləndirilən şəxsin gəlmədiyi məhkəmə iclasında iştirak etməklə, məhkəməyə ərizə ünvanlayaraq həbsdə olduğundan növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 37-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1995 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün № 131” dairəvi möhür əksi olan, “Xızı rayonu, Şorabad qəsəbə sakini Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,208 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respubikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,158 qram təşkil etmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 202-203-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 2804 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-27-ci vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmadan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan bayır cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş toz halında, açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-77-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun surətindən görünür ki, şəxsi axtarış zamanı Şahid1 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan göy rəngli cins şalvarın sol cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində toz halında, açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Şahid1 həmin kütlənin narkotik vasitə olan “kakos” olduğunu və həmkəndlisi Çingiz adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra, Şahid1 üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixdə verilmiş 6/248 nömrəli rəyin surətindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Şahid1 üzərindən aşkar olunmuş...» sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,284 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respubikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,234 qram təşkil etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 155-157-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən və PX-nin 14 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 363 saylı arayışdan, eləcə də, işin 179-184-cü vərəqələrində olan müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xızı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxxxx 2018-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 15-16-cı vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 135-137-ci vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 143-144-cü vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin xx xxxxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,158 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Cinayət işinin 205-214-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cinayət işinin 200-201-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir ərizə, şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, daşıma, eləcə də, qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci və 234.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə münasibətdə cinayətin residivini yaradır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2018-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmiş və birinci cinayəti xx xxxx 2020-ci il tarixdə, yəni məhkumluğu ödənilməmiş müddətdə, ikinci cinayəti isə xx xxxxxxxx 2020-ci il tarixdə, yəni məhkumluğu ödənildikdən sonra törətmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, onun tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halın olmasını nəzərə alaraq, təqsirləndirilən şəxsin islah olunmasının yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olacağı qənaətinə gələrək, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,158 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, cəmi 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,158 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142593, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ**********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-21/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-21/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver