Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 1(068)-21/2023 24.05.2023 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2006-cı ildə Xızı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, 10-cu sinif şagirdi, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xızı Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xızı Rayon Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs CM-nin 232.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən CM-nin 232.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, əmisi Şahid3 qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib 12 iyul 2022-ci il tarixədək yaşadığı Xızı şəhəri, ev 39-da yataq otağındakı şkafda saxladığı 1962-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, “TOZ-17” modelli, “3069” №-li, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, yivli odlu idman – ov silahı olan bir ədəd tüfəngi 16 iyul 2022-ci il tarixdə saat 21:00 radələrində Şahid3 yaşadığı evə qapını açarla açıb içəri daxil olaraq yataq otağındakı şkafdan götürüb oğurlamaqla talamış, Təqsirləndirilən şəxs həmin yivli odlu idman – ov silahı olan bir ədəd tüfəngi saxladığı yerdən götürüb baxışa təqdim etmiş, 21 iyul 2022-ci il tarixdə saat 14:52 dəqiqədən saat 15:06 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakı ilə videoçəkiliş tətbiqi ilə Şahid3 məxsus Təqsirləndirilən şəxs taladığı yivli odlu idman – ov silahı olan bir ədəd tüfəngə baxış keçirilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələbləri pozulduğundan cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qaytarılması barədə qərar qəbul edilməsini, Xızı rayon Polis Şöbəsinin istintaq qrupunun müstəntiqi X2 barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə və Müdafiəçi cinayət işinin baxılmasına xitam verilərək, barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü ilkin dinləmələr vasitəsilə yoxlamaqla ittiham və müdafiə tərəfinin fikirlərini ayrı-ayrılıqda dinləyib, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması halında cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı yol verilən nöqsanları qeyd edir və bildirir ki, həm milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin üzərində israrla dayandığı, heç bir halda məhdudiyyətin müəyyən edilmədiyi ən təməl hüquqlardan biri cinayət təqibi zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi, yəni onun müdafiə hüququnun pozulmamasıdır. Həm milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından müdafiə hüququ mütləq hüquq kimi bir bütöv mexanizmi xatırlatsa da, adətən bu hüquq özünü iki formada ehtiva edir. Birinci halda, şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında, daha dəqiq desək ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti haqqında ətraflı məlumatlandırılmaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və şəraitə malik olmaq imkanı kimi, ikinci halda isə şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi halda belə müdafiədən pulsuz istifadə etmək hüququ kimi. Hər iki halda qeyd edilən tələblərə əməl edilməsi cinayət təqibi zamanı vacib hüquqi əhəmiyyət kəsb etdiyindən, bunlardan hər hansı birinin pozulması dolayısı ilə şəxsin təməl hüququ olan müdafiə hüququnun pozulmasını ehtiva edir ki, bu da hazırkı halda Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində öz əksini tapan təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qəbul edilir. Məhkəmə qeyd edilənlərə aydınlıq gətirərək bildirir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən cinayət təqibi zamanı məhz yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qeyd edilən təməl hüququ, yəni müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 92.3.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. 92.3.9-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə) cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. 432.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işi üzrə icraat hər hansı bir gecikdirməyə yol verilmədən aparılmalıdır. Yetkinlik yaşına çatmayan şəxs barəsində iş üzrə onun müdafiəçisinin iştirakı məcburidir. 432.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı yetkinlik yaşına çatmayan şəxslə müstəntiq arasında əlaqələr cinayət işinin hallarının lazımi qaydada nəzərə alınması, yetkinlik yaşına çatmayan şəxsə hörmətlə yanaşılması, yetkinlik yaşına çatmayan şəxsin rifahına kömək edilməsi və ona ziyan vurulmasına yol verilməməsi şərtilə həyata keçirilir. 432.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaqın bütün mərhələlərində aşağıdakı hüquqların təmin edilməsinin əsas prosessual təminatlarına riayət edilməlidir: 432.4.1-ci maddəsinə əsasən irəli sürülmüş ittiham barəsində məlumat almaq hüququ; 432.4.2-ci maddəsinə əsasən ifadə verməkdən imtina etmək hüququ; 432.4.3-cü maddəsinə əsasən müdafiə hüququ; 432.4.4-cü maddəsinə əsasən valideynlərin və ya digər qanuni nümayəndələrin iştirak etmək hüququ; 432.4.5-ci maddəsinə əsasən məxfilik hüququ. 432.5-ci maddəsinə əsasən 16 yaşınadək və əqli cəhətdən zəiflik əlamətləri olan yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə istintaq hərəkətlərinin aparılmasında müstəntiq müəllim və ya psixoloqun iştirakını təmin etməlidir. Cinayət işinin materiallarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə, saat 14:00-da cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş (anasının dediyinə görə oğlu 19 iyul 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixə keçən gecə saat 02:30 radələrində evdən aparılmış və saxlanılmışdır), Xızı rayon Polis Şöbəsinin istintaq qrupunun baş müstəntiqi X3 tərəfindən cinayət işinin başlanılması barədə qərar isə 24 saat keçdikdən sonra, yəni 23 iyul 2022-ci il tarixdə saat 13:00-da Azərbaycan Respublikası CM-nin 228.1 və 232.1-ci maddələri ilə başlanaraq icraata qəbul edilmiş, elə həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 232.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Halbuki, CPM-nin 148.1-ci maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. CPM-nin 148.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda onun tutulmasını tətbiq edə bilər. CPM-nin 148.4-cü maddəsinə əsasən bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. CPM-nin 433.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakim və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror yetkinlik yaşına çatmayan şəxsin tutulması onlara məlum olan kimi bu Məcəllənin 434.1 və 434.2-ci maddələri ilə müəyyən edilmiş hallar istisna olmaqla dərhal onun azad edilib-edilməməsi məsələsinə baxmalıdırlar. CPM-nin 434.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsinə yalnız ona ağır və ya xüsusilə ağır cinayətin, 16 yaşına çatmış təqsirləndirilən şəxslərə isə həmçinin az ağır cinayətin zorakı üsulla və ya iki dəfədən çox törədilməsi istinad edildikdə yol verilir. Göründüyü kimi yetkinlik yaşına çatmayan (16 yaşına çatmamış) Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə, saat 14:00-da cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, lakin yetkinlik yaşına çatmayan şəxsin tutulmasına dair prokurora müvafiq məlumat verilməmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal onun azad edilib-edilməməsi məsələsinə baxmamış, habelə 23 iyul 2022-ci il tarixdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilərkən də, Təqsirləndirilən şəxs dərhal Xızı RPŞnin müvəqqəti saxlama yerindən azad edilməsi qeyd olunmamışdır. Göstərilən xüsusatlar təqsirləndirilən şəxsin müdafiə hüqunun pozulması ilə nəticələnmişdir. Bununla yanaşı yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs anasının dediyinə görə oğlu 19 iyul 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixə keçən gecə saat 02:30 radələrində evdən aparılmış və həmin vaxtdan qanunsuz saxlanılmışdır. Bu isə Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinin tələblərinin, habelə tutulmuş şəxsin hüquqlarının pozulması deməkdir. Ona görə də, qeyd olunan hal araşdırılmalı və hüquqi qiymət verilməlidir. Eyni zamanda 16 yaşınadək və əqli cəhətdən zəiflik əlamətləri olan yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs iştirakı ilə istintaq hərəkətlərinin aparılmasında müstəntiq müəllim və ya psixoloqun iştirakını təmin etməmiş, cinayət işi üzrə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizaları keçirilməmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Xızı şəhər R.İsmayılov adına tam orta məktəbinin xx.xx.2022-ci il tarixli, 07 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2021-2022-ci dərs ilində R.İsmayılov adına Xızı şəhər tam orta məktəbinin 9-cu sinfini bitirmiş, ona ümumi orta təhsil haqqında attestat verilmişdir. X1 xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən övladı peşə məktəbinə qəbul olunduğu üçün onun ümumi orta təhsil haqqında attestatı valideynə təqdim edilmişdir. Təqsirləndirilən şəxs təhsil müddətində, əsasən 3 (kafi) qiymətlər almış, müəllim və şagirdlərlə münasibətləri normal olmamış, psixologiyasında müəyyən nöqsanlar hiss olunmuşdur. Dəfələrlə valideynləri məktəbə dəvət olunmuş, övladlarının tərbiyəsi və psixologiyası barədə onlara məlumat verilmişdir. Valideynlərlə söhbətdən sonra Təqsirləndirilən şəxs müsbətə doğru irəliləyişlər olurdu. Təqsirləndirilən şəxs öz yaşına görə fiziki cəhətdən həm güclü idi, həm də həmyaşıdları arasında seçilirdi. İntellektual səviyyəsi aşağı idi. Azərbyacan Respublikası Konstitusya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir (Konstitusiyanın 127-ci maddəsinin İV və Vİİ hissələri). Odur ki, qeyd edilən bu pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Həmçinin cinayət işinin materialları məhkəmə hazırlıq iclasından əvvəl öyrənilərkən müəyyən edilmişdir ki, işin ibtidai istintaq mərhələsində bir sıra kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında protokolda həmin istintaq hərəkətinin 21 iyul 2022-ci il tarixdə, saat 15:15-dən 15:30-dək (ittiham aktının nəticə hissəsində isə 21 iyul 2022-ci il tarixdə saat 14:52-dən 15:06-dək) aparılması və 2 ədəd silahın aşkar olunması göstərilmişdir. Lakin iş materiallarında olan şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi və hüquqlarının izah edilməsi haqqında protokolda şübhəli şəxs Təqsirləndirilən şəxs, qanuni nümayəndəsinin və müdafiəçisinin 21 iyul 2022-ci il tarixli məhkəmə-ballistik ekspertizası haqqında qərarla saat 15:00-da tanış olması qeyd olunmuşdur. Yəni müstəntiq hələ silahlar aşkar olunmamışdan əvvəl məhkəmə-ballistik ekspertizasının keçirilməsi haqqında qərar qəbul etmiş, həmin qərarda şübhəli şəxs Təqsirləndirilən şəxs 2 ədəd silah təqdim etdiyini və həmin silahlara baxış keçirildiyini, sintetik kisədə qablaşdırılaraq götürüldüyünü göstərmişdir. CPM-nin 236.9-cı maddəsinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına və orada görünən obyektlərə baxış bu Məcəllənin 243.3-cü maddəsində göstərilən əsaslar və hallar olduqda və bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. CPM-nin 177.3.1-ci maddəsinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. CPM-nin 177.6-cı maddəsinə əsasən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Cinayət işinin materiallarından görünür ki, müstəntiq tərəfindən yaşayış yerinə baxış istintaq hərəkəti aparılarkən həmin yerin sahibinin dəvəti, yaxud icazəsi olmamış, eləcə də məhkəmə qərarı alınmamış, yalnız baxış keçirilən yaşayış yerinə aidiyyyəti olmayan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs razılıq ərizəsi (baxış 21 iyul 2022-ci il tarixdə keçirilsə də, ərizə 22 iyul 2022-ci il tarixdə Xızı RPŞ-yə daxil olmuşdur) alınmışdır. Göründüyü kimi, 21 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokol Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə əməl edilməməklə insan və vətəndaşın konstitusion hüquq və azadlıqları pozulmaqla əldə edilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, şəxsin əməlində cinayət tərkibinin olması və törədilən cinayətdə təqsirli olması ibtidai istintaq zamanı toplanmış sübutlar əsasında müəyyən edilir. Belə sübutlar silsiləsinə aid sənədlər qanunvericiliklə müəyyən olunmuşdur ki, onlardan biri də istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən protokollardır. Hazırkı iş üzrə ibtidai istintaq orqanının tərtib etdiyi protokol şəxsin ictimai təhlükəli əməli törətdiyini sübut edən hal kimi qanunvericiliyin tələb etdiyi tərzdə tərtib edilməmiş və həqiqi reallığı əks etdirmir. Belə ki, şəxsin hansısa əməli törədib-törətməməsini təsdiq edən sənədlər özünü təkcə hərəkətlərin rəsmiləşdirilməsində deyil, həmin hərəkətlərin məkan və zaman baxımından reallığında və qərəzsizliyində də ehtiva edir. Çünki, rəsmiləşdirilməsi zəruri olan hal özünü mütləq şəkildə reallığın (faktiki mövcudluğun) təzahürü kimi göstərməlidir. Lakin nöqsanlar bununla da bitməmiş, cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə ki, müstəntıq tərəfindən hazırki cinayət işi ilkin olaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 228.1 və 232.1-ci maddələri ilə ********* nömrə ilə başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Bundan sonra 15 avqust 2022-ci il tarixdə iş üzrə icraat digər təqsirləndirilən şəxs Şahid3 barəsində müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi olmadan Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Halbuki CPM-nin 53.3.4-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat bu Məcəllənin 53.1.4-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi olduqda dayandırıla bilər. CPM-nin 53.4-cü maddəsinə əsasən cinayət təqibi üzrə iki və daha artıq təqsirləndirilən şəxs olarsa və icraatın dayandırılması əsasları onların hamısına aid deyilsə, müstəntiq, prokuror və ya məhkəmə bütün təqsirləndirilən şəxslərin iştirakı olmadan icraata obyektiv baxılması mümkün olmadıqda, icraatın bir hissəsini ayrıca icraata ayırmağa və onu dayandırmağa və ya bütün icraatı dayandırmağa haqlıdır. CPM-nin 53.6-cı maddəsinə əsasən icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir. Daha sonra müstəntiq Fərid Rüstəmov tərəfindən 05 yanvar 2023-cü il tarixdə işin icraatı təzələnsə də, həmin qərarda icraatın dayandırılmasına əsas verən hansı səbəblərin aradan qalxması göstərilməmiş, dayandırılmaya aidiyyəti olmayan səbəb - DİN-in müvafiq əmri ilə müstəntiq Şamil Nəcəfovun 2022-ci ilin oktyabr ayından daxili işlər orqanlarında xidmətdən xaric olunması qeyd olunmuşdur. Bundan sonra müstəntıq tərəfindən hazırki cinayət işi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 228.1 və 232.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 232.1-ci maddəsi ilə ayrıca icraata ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Göründüyü kimi ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə cinayət işi başlansa da, yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi bundan 5 aydan çox müddət keçəndən sonra, yəni xx.xx.2023-cü il tarixdə ayrıca icraata ayrılmışdır. Halbuki həmin cinayət işləri bir-biri ilə bağlı olmayan müxtəlif maddələrlə və ayrı-ayrı şəxslər barəsində olduğundan ümumiyyətlə bir icraatda istintaq olunmalı deyildi. CPM-nin 431.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs cinayətin törədilməsində digər şəxslərlə birlikdə iştirak etdiyi halda məhkəməyədək icraat mərhələsində onun barəsində cinayət işi imkan daxilində ayrıca icraata ayrılmalıdır. CPM-nin 432.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaq imkan daxilində müvafiq ibtidai istintaq orqanlarının xüsusi bölmələri və ya yetkinlik yaşına çatmayan şəxslərlə müvafiq iş təcrübəsinə malik olan şəxslər tərəfindən aparılmalıdır. CPM-nin 432.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işi üzrə icraat hər hansı bir gecikdirməyə yol verilmədən aparılmalıdır. Yetkinlik yaşına çatmayan şəxs barəsində iş üzrə onun müdafiəçisinin iştirakı məcburidir. CPM-nin 218.2.2-ci maddəsinə əsasən az ağır cinayətlər üzrə ibtidai istintaq üçün 3 (üç) aylıq müddət müəyyən olunmuş və hazırki cinayət işi 23 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 228.1 və 232.1-ci maddələri ilə başladığından cinayət işinin ibtidai istintaq müddəti artıq 23 oktyabr 2022-ci il tarixdə, yəni yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi ayrıca icraata ayrılmamışdan əvvəl başa çatmışdır. Göründüyü kimi cinayət iş üzrə icraat qanunsuz və əsassız olaraq dayandırılmış, iş üzrə ibtidai istintaq müddətinin 23 oktyabr 2022-ci il tarixdə başa çatmasına baxmayaraq, hazırki cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilərək istintaqının aparılması, bundan sonra məhkəməyə baxılmasından ötrü ittiham aktı ilə birlikdə göndərilən cinayət işi üzrə vacib prosedurlardan olan təqsirləndirilən şəxs və müdafiəçisinin cinayət işi materialları ilə tanış olmaları, habelə ittiham aktının tərtib olunması məhz 23 oktyabr 2022-ci il tarixdən sonrakı tarixlərdə icra olunmuşdur ki, bu da həmin istintaq və prosessual hərəkətlərin etibarsız sayılması üçün əsasdır. Bununla yanaşı hazırki cinayət işi ayrıca icraata ayrıldıqdan sonra, yəni 15 mart 2023-cü il tarixdə iş üzrə icraat yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmədən Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən yenidən dayandırılmışdır. Halbuki CPM-nin 53.3.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra dayandırıla bilər. CPM-nin 53.6-cı maddəsinə əsasən icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir. Daha sonra, müstəntiq tərəfindən 09 aprel 2023-cü il tarixdə işin icraatı təzələnsə də, həmin qərarda icraatın dayandırılmasına əsas verən hansı səbəblərin aradan qalxması göstərilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Xızı rayon prokurorluğundan göndərilmiş 19 may 2023-cü il tarixli, 306-x-23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın dayandırılması barədə 15 mart 2023-cü il tarixli qərar qanunla nəzərdə tutulan müddətdə təqdim edilməmişdir. Qeyd edilən qərar və digər prosessual pozuntulara yol verilməsi ilə əlaqədar həmin müstəntiqlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün xx.xx.2023-cü il tarixdə müvafiq təqdimatlar göndərilmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qeyd olunan qanunsuz və əsassız qərarlara hüquqi qiymət verməmiş, onları ləğv etməmiş, müstəntiqlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün sadəcə təqdimatla (məktubda qeyd olunanlara əsasən) müraciət etmişdir. CPM-nin 84.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı bu Məcəllənin müddəalarının icrası və tətbiqinə həmin iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məsuliyyət daşıyır. CPM-nin 84.5-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi üzrə aparılan təhqiqata və ibtidai istintaqa nəzarət edərkən aşağıdakı hüquqları həyata keçirir: CPM-nin 84.5.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların təhqiqat və ibtidai istintaq orqanları tərəfindən qəbulu, qeydiyyatı və həll edilməsində qanunun tələblərinin yerinə yetirilməsi vəziyyətini yoxlamaq; CPM-nin 84.5.2-ci maddəsinə əsasən təhqiqatçıdan və ya müstəntiqdən cinayət işinin materiallarını, sənədlərini, ibtidai araşdırmanın gedişi haqqında məlumatları tələb etmək, habelə cinayət işlərinin materiallarını və sənədlərini yoxlamaq, ibtidai araşdırmanın gedişi vəziyyəti ilə yerində tanış olmaq; CPM-nin 84.5.3-cü maddəsinə əsasən cinayət işinin ibtidai istintaqı aparan bir müvafiq icra hakimiyyəti orqanından digərinə verilməsi halları istisna olmaqla, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasını və cinayət təqibi üzrə icraatın tezliyini təmin etmək məqsədi ilə, habelə qanunun tələblərinin pozulması ilə istintaq edilən cinayət işini təhqiqatçının və ya müstəntiqin icraatından götürərək digər təhqiqatçının və ya müstəntiqin icraatına vermək, habelə istintaqı aid olan orqanın bir istintaq qurumundan digərinə vermək; CPM-nin 84.5.7-ci maddəsinə əsasən hadisənin araşdırılması, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, əməlin tövsifi, cinayət törətmiş şəxsin axtarışı, ittiham aktının məzmunu, qərarların qəbul edilməsi, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılması barədə təhqiqatçıya və ya müstəntiqə yazılı göstərişlər vermək; CPM-nin 84.5.8-ci maddəsinə əsasən təhqiqatçının və ya müstəntiqin qanunsuz və əsassız qərarlarını ləğv etmək. CPM-nin 218.3-cü maddəsinə əsasən ibtidai istintaq müddəti cinayət işinin başlandığı gündən hesablanır, işin məhkəməyə göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərarın çıxarıldığı gün bitir. CPM-nin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Odur ki, hazırki iş üzrə 23 oktyabr 2022-ci il tarixdən sonra aparılan bütün prosessual hərəkətlər etibarsız sayılmalı və iş üzrə ibtidai istintaq müddəti bərpa edildikdən sonra yenidən icra olunmalıdır. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktına baxılarkən CPM-nin 290.2-ci maddəsində qeyd olunan hallar yoxlanılmalı olduğu halda qanunun həmin tələbinə əməl edilməmişdir. Belə ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror CPM-nə müvafiq olaraq ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənərkən qanunamüvafiq qaydada yoxlamalı idi. Sadalanan prosessual qanunvericilik normalarını əsas götürən məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən işin qeyd olunan halları tam və hərətərfli araşdırılmamış və öz hüquqi qiymətini almamışdır. CPM-nin 290.2 və 290.2.12-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin Məcəllənin müddəalarına uyğun olaraq ibtidai istintaqın aparılma qaydalarına riayət edilməsini yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənməlidir və bu zaman kobud qanun pozuntularını aşkar etdikdə, həmin Məcəllənin 290.3 və 290.3.3-cü maddələrinə uyğun olaraq, əlavə ibtidai istintaq aparılması üçün cinayət işini öz göstərişləri ilə müstəntiqə qaytarmalıdır. Lakin müvafiq halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin Məcəllənin müddəalarına uyğun olaraq ibtidai istintaqın aparılma qaydalarına riayət edilməsini yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini araşdırmamış, kobud qanun pozuntularına əhəmiyyət verməmişdir. Həmin Məcəllənin 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud qanun pozuntularına yol verilmədən aparıldıqda keçirilə bilər. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6 maddələrinin tələblərinə əsasən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması cinayət mühakimə icraatının aparılması şərtləri və prinsiplərinin pozulması hesab edildiyindən, qeyd edilən hallar aradan qaldırılmadan işin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından və bu hallar məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas hesab olunduğundan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-nin 307.1-ci maddəsinin tələblərinə görə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs barəsində xüsusi qərar çıxarmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 306-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi müstəntiqin 23 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, CPM-nin 306.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299 və 303-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-21/2023
Xızı Rayon Məhkəməsi Qərar — İş №1(068)-21/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver