Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-21/2025 17.11.2025 XIZI RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki işlədiyi avtomobillərin icarəsi fəaliyyətini həyata keçirən “061 Rent a Car” adlı avtomobil icarəsi mərkəzinə əvvəllər avtomobilini icarəyə verən müştəri kimi tanıdığı Zərərçəkmiş şəxs yeni avtomobil alıb həmin avtomobil icarəsi mərkəzinə icarə vermək istədiyini bilib ona olan etibarından sui-istifadə edərək Şahid tərəfindən “Turbo.az” saytında 18500 manat qiymətində satışa çıxarılmış “KİA Optima” markalı, **- GK-*** dövlət qeydiyyat nişanlı avtomobili 18300 manat məbləğində alıb “061 Rent a Car” avtomobil icarəsi mərkəzinə icarə verilməsini təmin edəcəyini yalandan vəd verib aldadaraq, 05 sentyabr 2024-cü il tarixdə, saat 16:00 radələrində Xızı rayonunun Yaşma Stansiyası ərazisində yerləşən Yaşma hərbi şəhərçiyinin yaxınlığında dəmir yol xəttinin yanında Zərərçəkmiş şəxs 18300 manat məbləğində pulu etibardan sui-istifadə və aldatma yolu ilə qəsdən alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 18300 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, təxminən 3-4 il Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “061 Rent a Car” adlı avtomobil icarəsi ofisində işləmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs 2024-cü ilin aprel ayından tanımışdır. Belə ki, həmin vaxt sonuncu ofisdən avtomobil icarəyə götürüb istifadə etmişdir. Bundan sonra, 05 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs ona zəng edərək “Turbo.az” internet saytında satışa çıxarılmış “KİA Optima” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyəndiyini, həmin avtomobilin sahibi olan Məhəmməd adlı şəxslə danışıb avtomobili 18500 manata almağa razılaşdığını demiş və ondan avtomobil ustası ilə gedib həmin avtomobilin sazlığını yoxlamağını xahiş etmişdir. O isə Eynura avtomobilin pulunu onun bank kartı hesabına köçürməsini bildirmiş, sonuncu isə işdən çıxa bilmədiyini və pulu karta göndərə bilməyəcəyini demişdir. Daha sonra, avtomobilin sahibi Məhəmməd adlı şəxsə zəng etmiş, Eynurun almaq istədiyi “KİA Optima” markalı, **- GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə zəng etdiyini bildirmiş, eləcə də Məhəmmədə avtomobilin Bakıxanov qəsəbəsinə gətirməsini və avtomobilə baxacağını demişdir. Məhəmməd ona işinin olduğunu, avtomobili Bakıxanov qəsəbəsində gətirə bilməyəcəyini demiş, o, Məhəmməddən avtomobilin qiymətini bir qədər aşağı salmasını xahiş etmiş, sonuncu da bu barədə onunla razılığa gələ biləcəyini demişdir. Bundan sonra o, Eynura zəng edərək avtomobili 18300 manata ona alacağını demişdir. Həmin gün saat 14-15 radələrində, idarə etdiyi “BMW” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxıb Xızı rayonu Yaşma stansiyası ərazisinə, Eynurun iş yerinə getmişdir. O, həmin ərazidə Eynurla görüşmüş və sonuncu ona avtomobili Məhəmməd adlı şəxsdən 18300 manata aldıqdan sonra işlədiyi ofisə aparmağını, ayrı-ayrı şəxslərə icarəyə verməyini və aylıq olaraq Eynura 1000 manat qazanc verməyini təklif etmiş, o da, razılaşmışdır. Bundan sonra Eynurdan 18300 manat pulu alıb Bakı şəhərinə qayıtmış, lakin həmin sözügedən avtomobili Məhəmməd adlı şəxsdən almamış və əvvəlcədən də həmin avtomobili almaq məqsədi olmamışdır. Çünki, onun ayrı-ayrı şəxslərə pul borcu olduğu üçün Eynurdan aldığı pulla borclarını ödəməyi, Eynurun pulunu isə sonra qaytarmağı qərara almışdır. O, Bakı şəhərinə çatdıqdan sonra Eynurun pulu ilə borclarını ödəmiş, bu barədə sonuncuya heçnə deməmiş və ondan heç bir razılıq almamışdır. Həmin gün gecə saatlarında Zərərçəkmiş şəxs Bakı şəhərinə gəlmiş və onunla görüşüb avtomobilə baxmaq istədiyini demişdir. O, həmin vaxt Eynura verdiyi pul ilə borclarını ödədiyini, Məhəmməddən avtomobili ala bilmədiyini, pulunu sonra qaytaracağını demişdir. Lakin, Eynur ona inanmamış və barəsində şikayət etmişdir. Hazırda Zərərçəkmiş şəxs vurduğu ziyandan 10200 manat ödəmiş, qalan borcunun da hissə-hissə qaytaracağı baradə zərərçəkmiş şəxslə razılığa gəlmişlər. Təqsirləndirilən şəxs son sözündə tək qadın olmaqla, himayəsində xəstə övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmənin əvvəlki iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 04 sentyabr 2024-cü il tarixdə Xızı rayonu Yaşma Hərbi şəhərcikdə yaşadığı mənzildə “Turbo.az” internet saytında yerləşdirilmiş satışda olan avtomobil elanlarına baxmış və “KİA Optima” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin elanı ilə tanış olmuşdur. Bundan sonra o, elan sahibinin telefonuna zəng edərək həmin şəxsdən avtomobil haqqında daha yaxından maraqlanmış və həmin şəxs qeyd olunan avtomobili ona 18500 manata satacağını demişdir. Daha sonra o, Bakı şəhərində yerləşən avtomobil icarəsi ofisində işləyən tanışı Təqsirləndirilən şəxs zəng edərək, “Turbo.az” internet saytında avtomobil bəyəndiyini, həmin avtomobilin sahibi ilə danışıb avtomobili 18500 manata almağa razılaşdığını demiş və Lalədən avtomobil ustasının həmin avtomobili yoxlamasını təşkil etməsini xahiş etmişdir. Bir gün sonra, yəni 05 sentyabr 2024-cü il tarixdə, saat 11-12 radələrində Lalə onun telefonuna zəng edərək avtomobilə baxdığını, avtomobilin yaxşı vəziyyətdə olduğunu, qiymətini isə 200 manat endirdiyini demiş və elə həmin gün saat 16 radələrində idarə etdiyi “BMW” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xızı rayonu Yaşma stansiyasına, onun iş yerinə gəlmişdir. Həmin vaxt o, Lalə ilə görüşüb sonuncuya avtomobili ona alması məqsədi ilə 18300 manat pul vermişdir. Lalə ilə aralarında olan razılaşmaya əsasən, Lalə həmin avtomobili alıb Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən işlədiyi “061 Rent a Car”-ın ofisinə gətirməli, avtomobili ayrı-ayrı şəxslərə icarəyə verməli və hər ay ona 1000 manat qazanc verməli olmuşdur. Həmin vaxt Lalə ondan 18300 manat pulu alıb Bakı şəhərinə qayıtmışdır. O, həmin gün işdən çıxıb taksi ilə Bakıxanov qəsəbəsinə getmiş, yolda Laləyə zəng edib harada olduğunu soruşmuş, sonuncu isə onun telefon zənginə ağlaya-ağlaya cavab verib pulu ondan avtomobil almaq üçün deyil, oğlunun problemi olduğu üçün götürdüyünü və şəxsi istifadəsi üçün xərclədiyini demişdir. O, Lalə tərəfindən aldadıldığını başa düşmüş və DİN-in “102” xidməti zəng mərkəzinə zəng edərək onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs 17 noyabr 2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyandan 10113 manat məbləği qaytarmış, qalan pulu isə hər ay 1000 manat ödənilməsi ilə bağlı aralarında razılıq əldə olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs şikayəti yoxdur. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayında **-GK-*** dövlət qeydiyyat nişanlı, “KİA Optima” markalı avtomobili almışdır. Həmin avtomobili bir ildən artıq müddətdə istifadə etmiş və pul lazım olduğu üçün satmaq qərarına gəlmişdir. xx.xx.2025ci il tarixdə həmin avtomobili Turbo.az saytında 19000 manat qiymətinə yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında sonradan adının Eynur olduğunu öyrəndiyi şəxs ona zəng edərək həmin avtomobili almaq istədiyini, lakin qiyməti endirməyini xahiş etmişdir. O, Eynura avtomobili qeydiyyat nişanı olmadan 18500 manata satacağını demiş və onlar razılamışlar. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə bir nəfər qadın ona zəng edərək avtomobili Eynur adlı şəxs üçün almaq istədiyini, qiyməti 200 manat da olsa endirməyi xahiş etmişdir. O, həmin qadınla razılaşmamışdır. Həmin qadın bir qədər qiyməti endirməyi təkid etmiş, o, həmin qadına avtomobilin yanında danışacaqlarını demişdir. Həmin gün saat 16 radələrində qadın bir də ona zəng edərək Eynurdan pulu aldığını və avtomobili almaq üçün Bakı şəhərinə yola düşdüyünü demişdir. O, Bakı şəhəri ərazisində “28 May” metrostansiyasının yaxınlığında olduğunu, qadının ora gəlməyini xahiş etmişdir. Aralarında olan telefon danışığı zamanı adını sonradan öyrəndiyi Lalə adlı qadın Bakıxanov qəsəbəsində yaşadığını, həmin qəsəbə ərazisində avtomobil icarəsi ilə məşğul olduğunu demiş, o da Laləyə Bakıxanov qəsəbəsində yaşadığını demiş və saat 19-20 radələrində Bakıxanov qəsəbəsində olacağını, avtomobilə orada baxa biləklərini demişdir. Saat 19 radələrində Eynur ona telefonla zəng edib təşəkkür etmiş, o, Eynura nəyə görə təşəkkür etdiyini soruşduqda Eynur ona avtomobili satdığına görə təşəkkür etdiyini bildirmişdir. O, hələ avtomobili satmadığını, Lalənin onunla görüşmədiyini demişdir. Sonra özü Laləyə zəng edib harada olmasını maraqlanmışdır. Lalə onun zənglərinə cavab verməmiş, sonradan Lalənin mobil nömrəsinə zəng çatmamışdır. X1 tərəfindən aldadıldığını öyrənmiş və **-GK-*** dövlət qeydiyyat nişanlı, “KİA Optima” markalı avtomobili başqa şəxsə satmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan 16 aprel 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-ci vərəqəsində olan 15 aprel 2025ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 59-cu vərəqəsində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 aprel 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan 17 aprel 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 aprel 2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-16/2-82690/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-ci vərəqəsində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 tərəfindən verilmiş 04 iyun 2025-ci il tarixli, 3-21- 3-02/2-5965/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 113-cü vərəqəsində olan “Bakı Baş Səhiyyə Mərkəzi” X3 tərəfindən verilmiş 27 may 2025-ci il tarixli, 692 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisənin psixiatr qeydiyyatında yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 138-ci vərəqəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X3 tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli, xx/xx-6850 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 154-162-ci vərəqələrində olan 14 iyul 2025-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, həmçinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, istintaq zamanı Zərərçəkmiş şəxsla Lalə Mustafayevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “WhatsApp” bölməsində olan yazışmalarının ekran görüntüsünü özündə əks etdirən bir ədəd DVD disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin zəng, sms və anten məlumatlarının olduğu bir ədəd disk sübut növü kimi hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 115-116-cı vərəqələrində olan "xxxx" MMC tərəfindən 27 may 2025-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və barəsində heç bir narazıçılıq və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alqı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Nəzərə alınmalıdır ki, oğurluq və dələduzluq cinayətləri tövsif edilərkən talamanın predmeti olan əmlakın nədə ifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermiş, təqsirləndirilən şəxsin niyyəti əmlakı (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin əmlakının (pullarının) əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətlərinə çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək dəymiş zərərin bir qismini ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən zərərçəkmiş şəxsə dəymiş zərərin bir qismini ödəməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı nəzərə alınmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 aprel 2025-ci il tarixdən 17 aprel 2025-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin qalıq məbləği ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Zərərçəkmiş şəxsla Lalə Mustafayevin istifadəsində olan mobil nömrələrin “WhatsApp” bölməsində olan yazışmalarının ekran görüntüsünü özündə əks etdirən bir ədəd DVD disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin zəng, sms və anten məlumatlarının olduğu bir ədəd disk cinayət işində saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 196.1.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin Təqsirləndirilən şəxs 15 aprel 2025-ci il tarixdən 17 aprel 2025-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin qalıq məbləği ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Zərərçəkmiş şəxsla Lalə Mustafayevin istifadəsində olan mobil nömrələrin “WhatsApp” bölməsində olan yazışmalarının ekran görüntüsünü özündə əks etdirən bir ədəd DVD disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-21/2025
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-21/2025
17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver