Məhkəmə qərarları › İş №1(068)-22/2020

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-22/2020

19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-22/2020 19.11.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1974-cü iltarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, üzərində məhkumluğu olmayan, orta təhsilli, evli, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə və xx xxxxxx 1981-ci il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, üzərində məhkumluğu olmayan, orta təhsilli, evli, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olan mənbədən, yəni Xızı rayonu, Giəzi qəsəbə sakini narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan Təqsirləndirilən şəxs1 20 manata şəxsi istehlak miqdarından artıq 0,194 qram narkotik vasitə olan heroin əldə edib üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 16:30 radələrində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində saxlanılmış, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret kağızına bükülmüş halda, ümumi təmiz çəkisi 0,194 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,194 qram narkotik vasitə olan heroin əldə etmiş və Xızı rayonu, Giləzi qəsəbəsində yaşayan tanışı Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə 20 manata satmış və Xızı Rayon Məhkəməsinin qərarı ilə xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən evində keçirilən axtarış və götürmə istintaq hərəkəti zamanı yaşadığı evin girişlə üzbəüz otağın içərisində yerləşən balaca otaqda döşəmənin altında içərisində narkotik vasitə heroinin izləri olan 1 ədəd inyeksiya vasitəsi, 1 ədəd içərisində 1,135 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, yaşadığı evin giriş qapısının arxasında asılmış ağ paketdə içərisində narkotik vasitə olan heroinin izləri olan 4 ədəd inyeksiya vasitəsi, narkotik vasitə olan heroinin izləri olan 1 ədəd qırmızı və 1 ədəd göy rəngli kağızlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 20 il olar, narkomaniya xəstələyindən əziyyət çəkir və mütamadi olaraq narkotik vasitə olan heroindən inyeksiya vasitəsi ilə damarına vurmaqla istifadə edir. Onun bundan əvvəl də, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Giləzi qəsəbəsində gəzərkən iki nəfər mülki geyimli şəxs onu saxlayaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, ona qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etdiyinə görə saxlanıldığını vəşübhəli şəxs qismində tutulduğunu izah etmişlər. Bununla əlaqədar olaraq hüquqlarının Müdafiəçi1 tərəfindən qorunduğu bildirilərək, hüquqları ona izah edilmişdir. Bundan sonra, onun üzərində şəxsi axtarış aparılacağı və axtarışın video görüntüyə alınacağı bildirilmişdir. Daha sonra, üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulmuş, varsa digər əşyalarla birlikdə könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmişdir. O da, həmin vaxt əynində olan göy cins şalvarın sağ yan cibindən siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları təqdim etdiyi narkotik maddəni qablaşdıraraq protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunmuş və imzası ilə protokolun düzgünlüyünü təsdiq etmişdir. Daha sonra, onu polis şöbəsinə gətirib X3 təhvil vermişlər. Bundan əlavə, ittiham aktında qeyd edildiyi kimi o, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 deyil, H.Z.Tağıyev qəsəbəsində yaxından tanımadığı Zaur adlı şəxsdən almış və sonradan eşitdiyinə görə həmin şəxs vəfat etmişdir. Belə ki, həmin vaxt ağrıları olduğundan ibtidai araşdırma zamanı verdiyi ifadəsini oxumamış, imzaladığı sənədlərin məzmunu ilə tanış olmamışdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin və himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə tam təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, yəni həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 deyil, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaxından tanımadığı Zaur adlı şəxsdən alması ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs2 bu cür ifadə verməsi digər Təqsirləndirilən şəxs1 gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs2 hər hası bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində xx xxxxxx 2020-ci il tarixdə, axşam saatlarında Xızı rayonu, Giləzi qəsəbəsində tanışı Ağaverdi adlı şəxsdən 20 manata narkotik vasitə olan heroin əldə etməsini və xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən Giləzi qəsəbəsində saxlanılarkən həmin narkotik vasitənin üzərində olmasını səmimi şəkildə etiraf etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitələrindən istifadə edir. Onun bundan əvvəl də, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkumluğu olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Xızı rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsinə gələrək evində qanunsuz olaraq narkotik vasitə gizlətdiyini, narkotiklərin qanunsuz alqı-satqısı ilə məşğul olduğunu və bu səbəbdən Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən evində axtarış aparlacağını bildirmişlər. Bundan əlavə, polis əməkdaşları ona Xızı Rayon İcra Hakimiyyəti Başçısının Giləzi qəsəbə X7 Üzrə nümayəndəsi Aydın Dadaşovun, qəsəbə sakinləri olan Ramil və Cəsarət adlı şəxslərində axtarışda iştirak edəcəklərini bildirmişlər. Daha sonra, evində axtarış həyata keçirilmiş və axtarış zamanı yaşadığı evin girişdən daxil olarkən üzbəüz otağın içərisində olan balaca otaqda döşəminin altında olan balaca zirzəmidə 1 ədəd inyeksiya vasitəsi, evin giriş qapısından daxil olarkən qapıdan asdığı ağ paketdə 4 ədəd inyeksiya vasitəsi və1 ədəd ampula aşkar olunmuşdur. Həmin vaxt evindən hər hansı bir narkotik vasitə aşkar edilməmiş, tərtib olunmuş protokolu isə oxumadan qol çəkmiş və saxlanılan zaman ona qarşı hər hansı fiziki və digər zorakılıq halı baş verməmişdir. Daha sonra, onu polis şöbəsinə gətirib X3 təhvil vermişlər. Həmçinin, narkotik vasitələrin satışı ilə məşğul olmamış, habelə Təqsirləndirilən şəxs2 20 manat müqabilində bir bükümdə narkotik vasitə heroin verməmiş, özünə lazım olduqda isə narkotik vasitələri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində müxtəlif yerlərdən alıb istifadə etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin guya onun evindən aşkar edilərək götürülmüş narkotik vasitə ilə eynilik təşkil etməsinə baxmayaraq, o, sonuncuya heç bir narkotik vasitə satmamışdır. Bundan əlavə, o, ibtidai araşdırma zamanı verdiyi ifadəsini oxumamış, buna imkan verilməmiş, həmçinin verilən sənədləri imzalaması təkidlə tələb edilərək, imzaladığı sənədlərin məzmunu ilə tanış edilməmişdir. Odur ki, qeyd etdiyi bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, digər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitələrindən istifadə edir və narkotik vasitə istifadəcisidir. Əvvəllər Azərbaycan Respublikası CM-in 221.1 və 234.2-cimaddələri ilə məhkum olunmuş və 2016-cı ildə azadlığa çıxmışdır. xx xxxxxx 2020-ci il tarixdə Xızı rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsinə gələrək evində qanunsuz olaraq narkotik vasitə gizlətdiyini, narkotiklərin qanunsuz alqı-satqısı ilə məşğul olduğunu və bu səbəbdən Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən evində axtarış aparlacağını bildirmişlər. Bundan əlavə, polis əməkdaşları ona Xızı Rayon İcra Hakimiyyəti Başçısının Giləzi qəsəbə X7 Üzrə nümayəndəsi Aydın Dadaşovun, qəsəbə sakinləri olan Ramil və Cəsarət adlı şəxslərində axtarışda iştirak edəcəklərini bildirmişlər. Daha sonra, evində axtarış həyata keçirilmiş və axtarış zamanı yaşadığı evin girişdən daxil olarkən üzbəüz otağın içərisində olan balaca otaqda döşəmənin altında olan balaca zirzəmidə 1 ədəd inyeksiya vasitəsi və 1 ədəd siqaret kağızına bükülmüş narkotik vasitə olan kakos, yəni heroin aşkar edilərək götürülmüş, bundan başqa evin giriş qapısından daxil olarkən qapıdan asdığı 4 ədəd inyeksiya vasitəsi, 1 ədəd balaca ağ qutuda olan limon duzu, 1 ədəd ampula aşkar olunmuşdur. Qeyd edilən narkotik vasitələr onun olmuş, daha sonra evdən aşkar edilərək götürülmüş narkotik vasitələrə dair protokol tərtib olunmuş və götürülmüş əşyalar qablaşdırılmış, həmin protokol ucadan oxunduqdansonra imzasıilə həmin protokolun düzgünlüyünü təsdiq etmişdir. O, qeyd edilən narkotik vasitəni Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində tanımadığı şəxsdən 20 manata almışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs2 qəsəbə sakini kimi tanıyır, əvvəllər aralarında hər hansı bir düşmənçilik olmamışdır. O, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini 20 manata satmışdır. Məhkəmə iclasında şahid, həmin vaxt Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Xızı rayonu, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə daşıması, gəzdirməsi və saxlaması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək, həmin gün saat təxminən 16:00 radələrində şöbənin əməkdaşları ilə birgə əməliyyat tədbiri keçirmişlər. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 tərəflərindən Xızı rayon Giləzi qəsəbəsinin içərisində saxlanılmış, ona hüquq və vəzifələri izah edilərək, sonuncuya hüquqlarını müdafiə etmək üçün Siyəzən rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqdim edilmişdir. Həmçinin, tədbir video çəkilişlə qeydə alındığından hal şahidləri dəvət edilməmişdir. Daha sonra, müstəntiq Azər Şahbazov tərəfindən Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşduqda o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə saxladığı, özünün deməsinə görə narkotik olan vasitəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kütlənin narkotik vasitə olduğunu və narkotiki özü istifadə etmək məqsədi ilə bir neçə gün əvvəl Ağaverdi adlı şəxsdən alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra, Heydərin üzərində şəxsi axtarış aparılmış, lakin dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Həmin kütlə zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən izalanmışdır. Daha sonra, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 həmin narkotik maddəni Xızı rayon, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs1 almışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 da, Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri zamanı saxlanılmış və evindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid, Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Xızı rayon, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və satması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə həmin gün təxminən saat 12:00 radələrində şöbənin əməkdaşları, hal şahidləri və Siyəzən rayonundan dəvət olunmuş vəkil Müdafiəçi2 ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsinə getmişlər. Xızı Rayon Məhkəməsinin qərarına əsasən Giləzi qəsəbəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs1 iştirakı ilə mənzilində axtarış aparılmışdır. Aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 evinin girişlə üzbəüz otağının içərisində yerləşən balaca otaqda döşəmənin altında, içərisində sonradan ekspertizanın rəyinə əsasən bildikləri narkotik vasitə heroinin izləri olan birədəd inyeksiya vasitəsi, bir ədəd içərisində narkotik vasitə olan heroin, yaşadığı evin giriş qapısının arxasında asılmış ağ paketdə içərisində dörd ədəd inyeksiya vasitəsi, bir ədəd qırmızı və bir ədəd göy rəngli kağızlar aşkar edilərək götürülmüşdür. İlkin dindirmə zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri Sumqayıt şəhərindən tanımadığı şəxsdən 20 manata aldığını və həmin narkotik vasitənin bir hissəsini bir dəfə tanışı Təqsirləndirilən şəxs2 20 manata satdığını bildirmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Xızı RPŞ-nin CAB-nin sabiq baş əməliyyat müvəkkili Şahid5 Şahid6 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 Xudabaxış oğlu ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xızı rayonu, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evində axtarış keçiriləcəkləri ilə əlaqədar olaraq onu sonuncunun yaşadığı evin qarşısına dəvət etmişlər. O, Təqsirləndirilən şəxs1 evinin qarşısına gələndə orada qəsəbə sakini Şahid2 və Xızı Rayon İcra Hakimiyyəti Başçısının Giləzi qəsəbə X7 üzrə nümayəndəsi Aydın Dadaşovun dayandıqlarını görmüşdür. Bundan sonra, evdə axtarış aparılması ilə bağlı polis əməkdaşları tərəfindən Xızı Rayon Məhkəməsinin qərarı ev sakinlərinə və iştirakçılarına elan edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evin girişlə üzbəüz otağın daxilində yerləşən təxminən 2x3 ölçüdə olan otağın döşəməsinin altından 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütlə və 1 ədəd inyeksiyası vasitəsi aşkar edilmişdir. Bundan başqa, evin giriş qapısının arxasında olan ağ sellofan paketdə 4 ədəd inyeksiya vasitəsi, 1 ədəd qırmızı və 1 ədəd göy rəngli kağız, 1 ədəd hisli ampul, içərisində ağ kristallar olan balaca ağ qutu aşkar edilmişdir. Daha sonra, götürülmüş əşyalar onların iştirakı ilə qablaşdırılmış və həmin qablaşdırılmalar tərəflərindən imzalanmışdır. Məhkəmə istintaqında Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3746 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün 131» möhür əksi və «Vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş..” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,194 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respubikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram heroin sərf edildikdən sonra 0,144 qram qalıq qalmışdır. Cinayət işinin 41-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 109,90 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 93-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3994 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət. Təqsirləndirilən şəxs1 yaşadığı evin döşəmənin altında... inyeksiya vasitəsi və narkotik vasitəyə bənzər kütlə...” sözlər və imzalar olan 01 ədəd paketdəki, bir ədəd bükümdə təmiz çəkisi -1,135 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd şprisin içərisində narkotik vasitə heroinin izləri vardır. Tədqiqata təqdim edilmiş üzərində «vət. A.X. Məmmədovun yaşadığı evin giriş qapısının arxasından..» sözlər və imzalar olan bir ədəd paketdəki 04 ədəd şprisin, 1 ədəd qırmızı və 1 ədəd göy rəngli kağızın və 01 ədəd sınıq vəziyyətdə şüşə ampulanın üzərində narkotik vasitə heroinin izləri vardır. 01 ədəd kiçik ölçülü ağ rəngli plasmas qutunun içərisində təmiz çəkisi - 5,790 qram olan ağ rəngli kütlə narkotik, psixotrop və güclü təsir edən maddə deyildir. Tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs1 yaşadığı evin döşəmənin altında… inyeksiya vasitəsi və narkotik vasitəyə bənzər kütlə…» sözlər və imzalar olan 01 ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi - 1,135 qram olan və üzərində «vət. Təqsirləndirilən şəxs2 aşkar olunmuş …» sözlər və imzalar olan 01 ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi - 0,144 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata Təqsirləndirilən şəxs2 götürülmüş heroindən 0,03 qram sərf edildikdən sonra 0,114 qram, Təqsirləndirilən şəxs1 götürülmüş heroindən 0,05 qram sərf edildikdən sonra 1,085 qram qalıq qalmışdır. Cinayət işinin 92-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 180-181-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş 988 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 156-157-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 650 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşka rolunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-25-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş kütləni çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Həmçinin, sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlənin narkotik vasitə olduğunu və Xızı rayon, Giləzi qəsəbə sakini Ağaverdi adlı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-51-ci vərəqələrində olan axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Xızı Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən evində keçirilən axtarış və götürmə istintaq hərəkəti zamanı yaşadığı evin giriş qapısı ilə üzbəüz otağıq qapısının arxasında asılmış ağ paketdə 4 ədəd inyeksiya vasitəsi, 1 ədəd qırmızı və 1 ədəd göy rəngli kağızlar, daha sonra, evin içərisində yerləşən digər balaca otaqda döşəmənin altında 1 ədəd inyeksiya vasitəsi, 1 ədəd siqaret kağızına bükülmüş kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsində yerləşən təmirsiz tikiliyə baxış keçirilsə də, bu zaman orada qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-128-ci vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,144 qram olan narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş qalıq çəkisi 1,085 qram olan narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Xızı RPŞ-də olan maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 142-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, xx xxxxxxxx 2010-cu il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 140-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 04 il 03 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, xx xxx 2016-cı il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-17-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-70-ci vərəqələrindəki xx xxxxxx 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xızı RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Xızı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(068)-22/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, eləcə də Xızı RPŞ-nin xx xxxx 2020-ci il tarixli, 165-3339-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində tutularaq Xızı RPŞnin MSY-nə, oradan isə xx xxxx 2020-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-80-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 123-125-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(068)-06/2020 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 184-191-ci vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibəl amətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, həmçinin Təqsirləndirilən şəxs2 üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD diski maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 167-168-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə X7 üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcədə, işin 130-cu vərəqəsində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində xx xxxxxx 2007-ci il təvəllüdlü İslam və xx xxxxxxx 2013-ci il təvəllüdlü Elman adında yetkinlik yaşına çatmayan iki övladı olan Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs2 barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 164-165-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə X7 üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs1 barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama, Təqsirləndirilən şəxs1 isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etmə və ya saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitəni satma cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, o cümlədən sonuncu dəfə qeyri-səmimi ifadə verməsini və onun tərəfindən yenidən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və nəticədə onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın 1/3 həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, o cümlədən sonuncu dəfə qeyri-səmimi ifadə verməsini və onun tərəfindən yenidən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və nəticədə onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın 2/3 həddinə yaxın cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Xızı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,114 qram olan narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs1 aid olan onun yaşayış sahəsindən aşkar edilərək götürülmüş qalıq çəkisi 1,085 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs2 üzərində xx xxxxxx 2020-ci il tarixdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş 01 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 174,90 manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Xızı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,114 qram olan narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs1 aid olan onun yaşayış sahəsindən aşkar edilərək götürülmüş qalıq çəkisi 1,085 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs2 üzərində xx xxxxxx 2020-ci il tarixdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş 01 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan cəmi 174 (bir yüz yetmiş dörd) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar