Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-22/2022 29.06.2022 XIZI RAYON MƏHKƏMƏSİ X6 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq, yəni 0,530 qram miqdarında psixotrop maddə - metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda 0,583 qram miqdarında narkotik vasitə heroin əldə edərək, metamfetamini əynindəki gödəkçənin sağ yan cibində bir ədəd bükümdə, heroini isə idarə etdiyi “Mercedes Benz 220D” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda yerləşən qoltuqaltıda bir ədəd bükümdə saxlamaqla daşımış, Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 12 fevral 2022-ci il tarixdə, saat 14:20 radələrində Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində saxlanılmış, həmin tarixdə saat 15:35 dəqiqədən saat 15:41 dəqiqəyədək olan müddət ərzində onun üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,530 qram miqdarında psixotrop maddə - metamfetamin, saat 15:48 dəqiqədən saat 15:53 dəqiqəyədək olan müddət ərzində isə həmin avtomobilə Təqsirləndirilən şəxs razılığı, müdafiəçi ilə birlikdə iştirakları ilə, videoçəkilişlə keçirilmiş baxış zamanı avtomobilin salonunda yerləşən qoltuqaltıdan bir ədəd bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,583 qram miqdarında narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, valideynləri ilə birlikdə Sumqayıt şəhərində yaşayır və “Mercedes Benz 220D” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt-Bakı marşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2021-ci il tarixdən “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin və “patı” adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin istifadə etmişdir. O, əvvəllər heroini və metamfetamini xoşu gəldiyi üçün istifadə etmiş, sonra isə narkotikdən istifadə etməyə aludə olmuş və bədənində ağrılar yaranmışdır. 11 fevral 2022ci il tarixdə, saat 10:00 radələrində şəxsi işləri ilə əlaqədar Sumqayıt şəhəri X3 qəsəbəsinə gəlmiş, qəsəbədə ərazisində olarkən yolun kənarında yerdə təzə formada bir ədəd kibrit qutusu görmüşdür. O, qutuda kibrit dənələrinin ola biləcəyini ehtimal edərək qutunu yerdən götürərək açmış və içərisində iki ədəd sellofan bükümün olduğunu görmüşdür. O, bükümləri açmış, birində narkotik vasitə - heroinin, digərində isə psixotrop maddə metamfetaminin olduğunu görmüş və istifadə etmək üçün əynindəki şalvarının cibinə qoymuşdur. 12 fevral 2022-ci il tarixdə səhər saatlarında Quba rayonuna getmək qərarına gəlmişdir. Bu məqsədlə də, tanışı Şahid4 ilə birlikdə idarə etdiyi “Mercedes Benz 220D” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində yola düşmüşdür. Həmin vaxt o, bir gün əvvəl tapdığı və gödəkçəsinin cibinə qoyduğu heroini avtomobilin salonunda qoltuqaltıya qoymuş, metamfetamin isə əynindəki gödəkçənin sağ yan cibində qalmışdır. Saat təxminən 14-15 radələrində Xızı rayonu, Şorabad qəsəbəsinə çatmış, mağazaya daxil olaraq su və yemək almışdır. Həmin vaxt bir neçə polis əməkdaşı yaxınlaşıb onu saxlayaraq özlərini təqdim edib, ona qanunsuz olaraq narkotik vasitə əldə edib gəzdirdiyinə görə saxlanıldığı və şübhəli şəxs qismində tutulduğu izah edilmişdir. Bununla əlaqədar olaraq hüquqlarının tədbir yerinə dəvət edilən Müdafiəçi tərəfindən qorunacağı bildirildikdə, o, buna etiraz etməmişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılacağı, axtarışın video görüntüyə alınacağı da bildirilmişdir. Çəkiliş altında ondan ilkin olaraq üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulduqda o da, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları onlara təqdim etdiyi psixotrop maddə olan metamfetamini zərfə qoyaraq qablaşdırmış və üzərindən aşkar olunmuş psixotrop maddəyə dair protokol tərtib etmişlər. Daha sonra, polis əməkdaşları avtomobilinə də baxış keçiriləcəyini ona demişlər. O da, ərizə yazaraq avtomobilə baxışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxış zamanı o, avtomobilin salonunda yerləşən qoltuqaltıdan bir ədəd bükümü çıxardıb təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları onlara təqdim etdiyi narkotik vasitə olan heroini zərfə qoyaraq qablaşdırmış və aşkar olunmuş narkotik vasitəyə dair protokol tərtib etmişlər. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsinin və bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin NMQ-in əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və Xızı rayonu ərazisində üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə 12 fevral 2022-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bundan sonra, şöbə rəhbərliyinə raportla məruzə olunaraq məlumatın Xızı RPŞ-nin Növbətçi Hissəsində olan cinayətlərə dair məlumatların 1 nömrəli qeydiyyatı kitabında qeydə alınması təmin olunmuş və həmin gün saat 14:20 radələrində RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, Növbətçi hissəsinin sürücüsü Şahid3 və Təhqiqat Qrupunun təhqiqatçısı Əsəd Məmmədovun iştirakı ilə Xızı rayonu, Şorabad qəsəbəsində əməliyyat-istintaq tədbiri həyata keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs “Mercedes Benz 220D” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında yerləşən mağazanın qarşısında dayandığını görüb, sonuncunu şübhəli şəxs kimi saxlayıb özlərini təqdim etmişlər. Həmçinin, tədbir video çəkilişlə qeydə alındığından hal şahidləri dəvət edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs hüquqları və saxlanılma səbəbi izah edilmişdir. Daha sonra, sonuncudan üzərində və avtomobildə qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmamasını soruşduqda o, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 220D” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə də baxış keçiriləcəyi bildirilmiş və sonuncu etirazının olmaması barədə ərizə yazmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilinin salonunda yerləşən qoltuqaltıdan siqaret qutusunun içindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş həmin kütlə də, zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında dindirilmiş Xızı RPŞ-nin Növbətçi hissəsinin sürücüsü Şahid3, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, Bakı şəhərində yaşayır, təxminən 6 ildir Təqsirləndirilən şəxsla tanış olmuş və bəzi vaxtlar birlikdə yaşamışlar. 12 fevral 2022-ci il tarixdə, səhər saatlarında Qorxmaz ona gəzmək üçün Quba rayonuna getməyi təklif etmiş, o da, sonuncu ilə birlikdə getməyə razı olmuşdur. Həmin gün günorta saatlarında onlar Qorxmazın idarə etdiyi “Mercedes” markalı avtomobillə Quba rayonu istiqamətində yola düşmüşlər. Saat 14-15 radələrində onlar Xızı rayonu, Şorabad qəsəbəsi ərazisinə çatmışlar. Qorxmaz həmin qəsəbədə avtomobilini dayandırmış, su və şirniyyat almaq üçün ərzaq mağazasına getmişlər. Həmin vaxt bir neçə nəfər polis əməkdaşı Qorxmazı saxlayaraq özlərini təqdim edib, Qorxmaza qanunsuz olaraq narkotik vasitə əldə edib gəzdirdiyinə görə saxlanıldığı və şübhəli şəxs qismində tutulduğu izah edilmişdir. Bununla əlaqədar olaraq hüquqlarının tədbir yerinə dəvət edilən Müdafiəçi tərəfindən qorunacağı bildirildikdə, Qorxmaz buna etiraz etməmişdir. Bundan sonra, Qorxmazın üzərində və avtomobildə axtarış aparılacağı, eləcə də axtarışın video görüntüyə alınacağı bildirilmişdir. Çəkiliş altında Qorxmazdan ilkin olaraq üzərində və avtomobildə qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulmuş, olduğu halda könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmişdir. Qorxmaz da, etiraz etməyərək əvvəlcə əynində olan qara rəngli, ağ xallı, qolsuz qış gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli polietilen bükümü, daha sonra isə idarə etdiyi “Mercedes” markalı avtomobilin salonunda qoltuqaltından qara rəngli siqaret qutusunun içərisində ağ rəngli polietilen bükümü çıxardıb təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları Qorxmazın onlara təqdim etdiyi bükülüləri zərfə qoyaraq qablaşdırmış və buna dair protokol tərtib etmişlər. Onun Qorxmazın idarə etdiyi avtomobildə və sonuncunun üzərində narkotik vasitənin və psixotrop maddənin olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-28-ci vərəqələrində olan 12 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli, ağ xallı, qolsuz qış gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli polietilen bükümü çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-34-cü vərəqələrində olan 12 fevral 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 220D” markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin salonunda olan qoltuqaltından qara rəngli “Palmall” markalı siqaret qutusunun içərisində ağ rəngli polietilen bükümü çıxarıb təqdim etmişdir. Baxış keçirilməsi zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 56-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2022-ci il tarixli, 6/903 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,530 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “...Təqsirləndirilən şəxs avtomobilindən...” sözəri olan 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,583 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə - metamfetaminin qalıq çəkisi 0,480 qram, tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə olan heroinin qalıq çəkisi 0,533 qram təşkil etmişdir. Cinayət işinin 55-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 81 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci vərəqələrində olan 13 fevral 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkiləri 0,480 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 0,533 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 144-145-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 19 mart 2022-ci il tarixdə verilmiş 1404 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-113-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 mart 2022-ci il tarixdə verilmiş tələbnamədən, eləcə də işin 127-139-cu vərəqələrində olan müvafiq hökmün surətindən görünür ki, Həsənov X2 Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla qəti olaraq təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmiş və 06 aprel 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-18-ci vərəqələrində olan 12 fevral 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci vərəqələrində olan 14 fevral 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 157-169-cu vərəqələrində olan 22 aprel 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, habelə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd və avtomobilinə baxış keçirilməsinin video çəkilişi özündə əks etdirən 1 ədəd DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-116-cı vərəqələrində olan Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 3 saylı Mənzil Kommunal Sahəsi tərəfindən 04 mart 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və barəsində 3 saylı Mənzil Kommunal Sahəsinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 29 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkiləri 0,480 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 0,533 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd və avtomobilinə baxış keçirilməsinin video çəkilişi özündə əks etdirən 1 ədəd DVD disklər cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 29 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkiləri 0,480 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 0,533 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd və avtomobilinə baxış keçirilməsinin video çəkilişi özündə əks etdirən 1 ədəd DVD disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 (səksən bir) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(068)-22/2022
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-22/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver