Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-27/2022 31.08.2022 XIZI RAYON MƏHKƏMƏSİ X10 Ağamusa oğlunun sədrliyi, Nəbiyev Vüsal Nəcəfqulu oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1979-cu ildə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 noyabr 2021-ci il tarixdə, saat 01:00 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə qəsdən qanunsuz olaraq daxil olaraq, həyətdəki saxlanc yeri hesab olunan tövlədən Zərərçəkmiş şəxs məxsus bir ədədinin qiyməti 90 manat olan, cəmi 270 manat dəyərində üç ədəd “Mercedes Axor” markalı yük avtomobilinə məxsus R22,5 model diski və 80 manat dəyərində bir ədəd “Kamaz” markalı yük avtomobilinə məxsus R22,5 model diski götürüb apararaq qəsdən gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs cəmi 350 manat məbləğində maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun doğma əmisi oğludur və onun Əhədlə münasibəti yaxşı olmamışdır. Zərərçəkmiş şəxsin yaşadıqları evin yerləşdiyi həyətdə başqa bir neçə ev var ki, həmin evlər də onların qohumlarına məxsusdur. O, daim həmin həyətə gedib-gəlmişdir. Zərərçəkmiş şəxs məxsus bir neçə ədəd yük avtomobili olduğundan, sonuncunun yaşadığı evin həyətində həmişə yük avtomobillərinə məxsus təkərlər, disklər və digər ehtiyat hissələri olmuşdur. 2021-ci ilin noyabr ayının əvvəlində pula ehtiyacı olduğu üçün yenə həmin həyətdə yaşayan qohumlarına baş çəkib evə qayıdarkən Əhədin yaşadığı evin həyətindən avtomobil təkəri, disklər oğurlamağı qərara almışdır. Bu məqsədlə də, 13 noyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində o, Əhədin və ailə üzvlərinin evdə yatdığını, ətrafda və həyətdə heç kimin olmadığını görüb Əhədin yaşadığı evin həyətindən iki-iki olmaqla, cəmi dörd ədəd yük avtomobillərinə məxsus disk götürüb yaşadığı evə aparmışdır. Həmin disklər həyətdə açıq şəkildə qoyulmuş və o, həmin diskləri qapalı bir saxlanc yerindən götürməmişdir. Həmin vaxt onun evində Şamaxı rayon sakini X5 və İmişli rayon sakini X2 yaşamışdır. Səhəri günü əvvəldən tanıdığı, Qobustan rayonunda yaşayan və “Shacman” markalı avtomobili olan X3 mobil telefonla zəng edərək satlıq təkər diskinin olduğunu demiş və həmin diskləri almasını təklif etmişdir. Bundan sonra, Xanhüseyn onun yaşadığı evə gələrək disklərə baxmış, lakin həmin disklərin “Shacman” markalı avtomobilə uyğun olmadığını bildirərək, diskləri almamışdır. 16 noyabr 2021-ci il tarixdə diskləri satmaq üçün tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə Sumqayıt şəhərinə aparmış və “əşya bazarı” adlanan bazarda tanımadığı bir nəfər şəxsə 97 manata satmışdır. Həmin gün axşam Əhədin oğlu Elxan onunla görüşərək, yaşadıqları evin həyətindən atasına məxsus dörd ədəd avtomobil diskinin oğurladığını demiş və həmin diskləri qaytarmağı tələb etmişdir. O, Elxana diskləri satdığını və diskləri satdığı şəxsi tapa biləcəyi halda diskləri qaytaracağını demişdir. 17 noyabr 2021-ci il tarixdə o, Sumqayıt şəhərində yerləşən bazara getmiş, lakin diskləri satdığı şəxsi tapa bilməmişdir. Bu səbəbdən də, o, Əhədə məxsus diskləri qaytara bilməmişdir. 18 noyabr 2021-ci il tarixdə Əhədin onun barəsində Xızı rayon Polis Şöbəsinə şikayət etdiyini bilmiş, lakin işləmək üçün Şuşa şəhərinə getdiyindən polis şöbəsinə gəlməmişdir. 04 may 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhərində olarkən Xızı rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs qeyd edilən ittiham üzrə özünü təqsirli bilməsə də ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayır və Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. Ona məxsus “Kamaz” markalı və “Mercedes” markalı yük avtomobilləri olmuş və oğlanları Elxan və Atamoğlan həmin avtomobillərlə sifariş əsasında yük daşımaqla məşğul olmuşlar. 2021-ci ilin oktyabr ayında “Kamaz” markalı yük avtomobili üçün bir ədəd təkər diski, həmçinin “Mercedes” markalı yük avtomobili üçün üç ədəd təkər diski almış və həmin diskləri yaşadığı evin həyətindəki tövlədə saxlamışdır. Tövlə ona məxsus olmuş, tövlənin qapısı köhnə qıfıl və zəncirlə bağlı olmuş və Təqsirləndirilən şəxs həmin tövləyə girməyə icazəsi olmamışdır. Qıfıl köhnə olduğundan onu əllə də açmaq mümkündür. 13 noyabr 2021-ci il tarixdə səhər saatlarında həyətdə yerləşən tövləyə baxan zaman həmin dörd ədəd təkər diskinin yerində olmadığını görmüş və disklərin oğurlanması barədə oğlu Atamoğlana məlumat vermişdir. Bundan sonra, Atamoğlan sonra ona zəng edərək disklərin Ramil tərəfindən oğurlandığını və satmaq üçün şəklini mobil telefonun “WhatsApp” bölməsi ilə təkər təmiri sexlərində işləmiş tanımadığı şəxslərə göndərdiyini demişdir. Daha sonra, onlar Ramillə görüşüb oğurladığı diskləri qaytarmasını tələb etmişlər. Ramil əvvəlcə diskləri qaytaracağını bildirsə də, sonradan diskləri qaytarmamışdır. Bu səbəbdən də o, dörd ədəd diskinin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə 18 noyabr 2021-ci il tarixdə əvvəlcə DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra isə Xızı rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək ondan ərizə almışlar. Həmçinin, polis əməkdaşları disklərin oğurlandığı tövləyə baxış keçirmiş və fotoşəkillər çəkmişlər. Qeyd edilən əməl Təqsirləndirilən şəxs tərəfindən birinci dəfə törədilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər də ona məxsus həyətdən oğurluq etmiş, lakin qohum olduqları üçün o, polisə şikayət etməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən, eləcə də Təqsirləndirilən şəxs dəfələrlə onlardan oğurluq etməsinə baxmayaraq ondan şikayət etmədiyini, lakin sonuncu bu əməlindən əl çəkmədiyindən hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, atası Zərərçəkmiş şəxs məxsus “Mercedes Axor” markalı və “Kamaz” markalı avtomobillərlə sifariş əsasında yük daşımaqla məşğul olur. Atası Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayında özünə məxsus “Kamaz” markalı yük avtomobili üçün bir ədəd təkər diski və “Mercedes Axor” markalı yük avtomobili üçün üç ədəd təkər diski almış, həmin diskləri yaşadığı evin həyətində yerləşən tövlədə saxlamışdır. Həmin disklərin tövləyə qoyulmasında şəxsən özü iştirak etmişdir. Tövlənin qapısı köhnı qıfıl və zəncirlə bağlı olurdu və kənar şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs həmin tövləyə giriş üçün icazəsi olmamışdır. 13 noyabr 2021-ci il tarixdə səhər saatlarında atası Əhəd ona zəng edərək dörd ədəd diskin tövlədən oğurlandığını demişdir. Atası Əhədin əmisi oğlu Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət əməli törətdiyini bildiyi üçün disklərin də, Ramil tərəfindən oğurladığını yəqin etmişdir. Bundan sonra, gün ərzində soraqlaşaraq, Ramilin oğurlayıb şəklini çəkərək satışa çıxardığı disklərdən birinin fotoşəklini xatırlamadığı avtomobil sürücüsündən əldə etmiş və həmin şəkildəki diskin onlara məxsus olduğunu görmüşdür. Daha sonra o, atası Əhəd və qardaşı Atamoğlan Təqsirləndirilən şəxsla görüşüb oğurladığı diskləri qaytarmasını tələb etmişlər. Ramil isə diskləri satdığını, diski satmış şəxsi tapdığı halda diskləri geri alacağını və onlara qaytaracağını bildirmişdir. Lakin, Ramilin oğurladığı diskləri qaytarmadığını görüb, atası Əhəd dörd ədəd diskin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə 18 noyabr 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra, Xızı rayon Polis Şöbəsinin əməkdaşları onların yaşadığı ünvana gəlmiş və atası Əhəd dörd ədəd diskin oğurlanması barədə ərizə yazmışdır. Daha sonra, polis əməkdaşları disklərin oğurlandığı tövləyə baxış keçirmiş və fotoşəkillər çəkmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermiş və həmçinin bildirmişdir ki, disklər onun atasına məxsus tövlədə saxlanmış, tövlənin qapısı köhnə qıfıl və zəncirlə bağlı olmuş və Təqsirləndirilən şəxs həmin tövləyə giriş üçün icazəsi olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 08-10-cu vərəqələrində olan 18 noyabr 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Xızı rayonu Giləzi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı ünvana baxış keçirilərkən sonuncuya məxsus dörd ədəd avtomobil diskin saxlanc yeri hesab olunan həyətdə tikilmiş tövlədən götürülüb oğurlandığı müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs məxsus oğurlanmış disklərdən birinin fotoşəkli onun oğlu Şahid1 tərəfindən əldə edilərək təqdim edilmiş, həmin bir ədəd fotoşəkil iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı Əsəd Məmmədov tərəfindən götürülərək protokola əlavə edilmişdir. Baxış keçirilməsi başa çatdıqdan sonra protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 9/8578 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, analoji malların markasına, modelinə, ölçüsünə, texniki göstəricilərinə müvafiq olaraq “Mercedes Axor” markalı R22,5 disklərin və Kamaz” markalı R22,5 diskin 2021-ci il üçün olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 350,00 manat (“Mercedes Axor” markalı R22,5 diskləri bir ədədinin qiyməti 90,00 manat, üç ədədinin ümumi dəyəri 270,00 manat və “Kamaz” markalı R22,5 diski bir ədədinin qiyməti 80,00 manat) müəyyən olunur. Cinayət işinin 32-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 61-63-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 mart 2022-ci il tarixdə verilmiş tələbnamədən, eləcə də işin 69-70-ci vərəqələrində olan müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-cu vərəqəsində olan axtarışda olan şəxsin tutulmasına dair və işinin 101-102-ci vərəqələrində olan ittiham elan edilməli olan şəxsin tutulması haqqında 04 may 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilməsi üçün tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-129-cu vərəqələrində olan 06 may 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 141-142-ci vərəqələrində olan Xızı rayon prokuroru Rahim Səfəralıyevin 12 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 185-187-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 4(068)-13/2022 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 188-196-cı vərəqələrində olan 01 iyun 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham, həmçinin barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, eləcə də əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs, X1, X6 və X4 barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-67-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 mart 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir ərizə, şikayət daxil olmamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2015-ci il tarixli Qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyi, maddi sübut və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində törədilmiş cinayəti etiraf etdiyi halda, məhkəmə istintaqı zamanı ifadəsini dəyişərək diskləri zərərçəkmiş şəxsə məxsus tövlədən deyil, həyətdən götürdüyünü bildirməsi yalnız cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini qismən etiraf etməsini və üzərində məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həyat şəraitini, habelə şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 01 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 01 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(068)-27/2022
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-27/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver