Məhkəmə qərarları › İş №1(068)-27/2024

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-27/2024

02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-27/2024 02.12.2024 XIZI RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1991-ci il tarixdə Xızı rayonu, Giləzi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün xeyli miqdarda 1,315 qram miqdarında psixotrop maddə - metamfetamin əldə edərək əynindəki qara rəngli idman şalvarının sağ yan cibində bir ədəd qara rəngli kağız kəsiyi bükümündə saxlamaqla daşımış, Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 25 iyul 2023-cü il tarixdə, saat 10:30 radələrində Xızı rayonu Giləzi qəsəbəsi ərazisində saxlanılıb Xızı RPŞnin inzibati binasına gətirilərək, onun üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibində bir ədəd bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 1,315 qram psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən zavod üsulu ilə istehsal edilmiş, saz vəziyyətdə atəş açmaq üçün yararlı 5,45 mm kalibrli, seriya nömrəsi silinmiş, “Kalaşnikov” konstruksiyalı, “AKS-74” markalı, bir ədəd yivli odlu avtomatik döyüş silahını, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK-74M”, “AKS-74”, “AKS-74U”) avtomat silahlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə yararlı, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən iyirmi beş ədəd patronu, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK-74M”, “AKS-74”, “AKS-74U”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik olan istifadəyə yararlı bir ədəd sandıqçanı qəsdən qanunsuz olaraq əldə edib Xızı rayonu, Giləzi qəsəbəsi ərazisinədək daşıyıb saxlamış, qara rəngli kisədə üzərində gəzdirmiş, daxil olmuş əməliiyat məlumatı əsasında Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrinin və döyüş sursatının əldə edilməsi, saxlanması, daşınması və gəzdirməsi ilə məşğul olan Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə, saat 15:30 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində saxlanılmış, üzərinə müdafiəçisinin iştirakı və videoçəkiliş tətbiqi ilə keçirilmiş şəxsi axtarış zamanı onun əlindəki qara rəngli kisədə bir ədəd yivli odlu avtomatik döyüş silahı, onun komplekt hissəsi hesab edilən bir ədəd sandıqça və döyüş sursatı hesab edilən iyirmi beş ədəd patron aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, özünü Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə deyil, yalnız 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, iki dəfə narkotik maddə taparaq, üzərində saxlamış və polis əməkdaşları tərəfindən tutulmuşdur. Narkotik maddə istifadə etməsi ilə bağlı müstəntiqdən ona zəng gəlmiş, polis şöbəsinə getmiş və ona “bu silah da sənindir” demişlər. Lakin saxlanılarkən onda hər hansı bir silah olmamış və bundan sonra isə Türkiyə Respublikasına getmişdir. Ona zəng vurub ölkəyə çağırmış və “arxayın ol, narahat olma” demişlər. O, Xızı RPŞ-yə gəldikdən sonra onu məhkəməyə çıxararaq guya istintaqdan yayındığı üçün həbs edilmişdir. İndi isə yanına gəlib-gedəni yoxdur, anası isə xəstədir, ən azından 3-5 manat evə köməyi dəyirdi. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq narkotik maddəni çölün düzündən tapdığını, istintaqa verdiyi ifadəsində silahın ona məxsus olduğunu desə də, sözünü məhkəməyə saxladığını bildirmişdir. Eyni zamanda müdafiəçinin sualına cavab olaraq çəkilişdə silahın ona aid olduğunu demədiyini, izahatı alınarkən narkotikin təsiri altında olmadığını, müstəntiq onu narkotiklə bağlı şöbəyə çağırdığını, ibtidai istintaq zamanı dindirilərkən prokuror ona “arxayın ol, sənə heç nə edə bilməzlər” dediyini, bundan sonra isə prokuror onu buraxdığını qeyd etmişdir. Həmçinin, sədrlik edənin suallarına cavab olaraq üzərindən silah aşkar olunmadığını, ibtidai istintaqda və çəkilişdə etiraf edici ifadə versə də, əslində elə olmadığını, narkotiklə bağlı işi müstəntiqdə olarkən onu şöbəyə dəvət etdiklərini və silahın da ona məxsus olduğunu üzərinə götürməli olduğunu dediklərini, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən istintaq təcridxanasına gedib, orada müstəqil fikrini bildirmək üçün silahın da ona məxsus olmasını dediyini, hazırda isə bu ittiham ilə razılaşmadığını, 2 il bundan öncə narkotik vasitə istifadəçisi olsa da, silahın ona aid olmadığını, silahın üzərindən barmaq izi çıxarsa, günahını boynuna alacağını, videoçəkilişdə güllələri saymamış 25 ədəd olduğunu əməliyyatçıların ona dediyini, silahı əvvəlcədən ona göstərdiklərini, videoçəkilişlə aparılmış dindirmədə başqa çıxış yolu olmadığından zarafatla danışaraq, əməlini etiraf etməsini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan əlavə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xızı Rayon Məhkəməsində dindirilərkən verdiyi ifadəsi, həmçinin məhkəməyədək istintaq dövründə Təqsirləndirilən şəxs dindirilməsinin video çəkilişini özündə əks etdirən diskə baxış zamanı verdiyi ifadəsi ilə, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə, axşam saat 18:00 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən yaşadığı evdən çıxıb marketlərdən birinə gedərkən avtobus dayanacağının yaxınlığında yerdə qara rəngli büküm diqqətini cəlb etmişdir. O, həmin bükümü yerdən götürüb içərisinə baxmışdır. Bükümün içərisindəki kütlənin “şüşə” adı ilə tanıdığım psixotrop maddə - metamfetamin olduğunu görmüşdür. Ətrafa baxıb ətrafda heç kəsin olmadığını görüb həmin kağız bükümü cibinə qoymuş, yaşadığı evə qayıtmışdır. Evinin yerləşdiyi küçədə metamfetamini bükümü ilə birlikdə daşın altında gizlətmişdir. Növbəti günlərdə həmin metamfetamindən istifadə etmişdir. 25 iyul 2023-cü il tarixdə, saat 10:00 radələrində yaşadığı qəsəbə ərazisində günəmuzd iş tapmaq üçün gəzməyə çıxmışdır. Evdən çıxarkən işinin uzun çəkəcəyini fikirləşib gizlətdiyi metamfetamini də özü ilə götürüb şalvarının cibinə qoymuşdur. Giləzi qəsəbəsi ərazisində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş, xidməti vəsiqələrini təqdim etmişlər. Ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərimdə şəxsi axtarış aparılmalı olduğunu demişlər. O, polis əməkdaşlarının üzərimdə şəxsi axtarış aparılmasına heç bir etiraz etməmişdir. Polis əməkdaşları onu Xızı rayon polis şöbəsinin inzibati binasına gətirib müstəntiqə təhvil vermişlər. Müstəntiq onu şübhəli şəxs qismində tutmuşdur. Müstəntiq tərəfindən hüquqlarının müdafiəsi üçün ona təqdim edilən vəkillər siyahısından Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 özünə müdafiəçi olaraq seçmişdir. Bundan sonra X11 rayon polis şöbəsinə dəvət edilmiş və ona təqdim edilmişdir. Hüquq və vəzifələri ona izah edilmiş və üzərində axtarış aparılmışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Müstəntiq üzərimdə olan qanunsuz əşyaları çıxarıb təqdim etməyimi təklif etdi. Həmin vaxt o əynimdə olan qara rəngli idman şalvarının sağ yan cibində olan bir ədəd kağız bükümdəki metamfetamini çıxarıb təqdim etmişdir. Müstəntiq metamfetamini bükümü ilə birlikdə ağ rəngli zərfə qoydu, zərfin açıq yerini yapışdırmışdır. O və müdafiəçisi Niyaz Talıbov zərfin üzərinə imza çəkmişdir. Müstəntiq metamfetamini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Müstəntiq tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o imzası ilə təsdiq etmişdir. Bundan başqa o, 2023-cü ilin sentyabr ayının sonlarında yaşadığı qəsəbə ərazisində dəniz sahilində gəzişmişdir. Bu zaman dəniz sahilində qara rəngli kisə görmüş və həmin kisə diqqətini cəlb etmişdir. O həmin kisəni yerdən götürüb içərisinə baxmışdır. Kisənin içərisində avtomat silahı, sandıqça görmüşdür. Sandıqçaya diqqətlə baxanda onun içərisində patronların olmasını müəyyən etmişdir. Həmin kisəni yerdən götürüb yaşadığı evə aparmışdır. Həmin avtomat silahı, sandıqçanı və patronları olduğu kisə ilə birlikdə həyətdə olan anbarda gizlətmişdir. Növbəti günlərdə sandıqçanın içərisində olan patronları saymışdır. Sayım zamanı patronların 25 ədəd olmasını müəyyən etmişdir. 30 oktyabr 2023-cü il tarixdə, saat 15:00 radələrində o, avtomat silahdan havaya atəş açmaq üçün qəsəbə ərazisində olan boş sahəyə getməyi qərara almışdır. Həmin avtomat silahını kisədə özü ilə yaşadığı qəsəbə ərazisinə çıxmışdır. Boş sahə tərəfə gedərkən üç nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Qanunsuz olaraq odlu silahın, onun döyüş sursatının və komplekt hissələrinin saxlanmasında, daşınmasında və gəzdirməsində şübhəli olduğumu, üzərimdə şəxsi axtarış aparılmalı olduğunu demişlər. O, polis əməkdaşlarının üzərində şəxsi axtarış aparılmasına heç bir etiraz etməmişdir. Az sonra həmin yerə müstəntiq gəlmiş və o, müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Vəkil Bürolarının siyahısı ilə tanış olub Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 özünə vəkil seçmişdir. Bundan sonra X10 qəsəbəsinə dəvət edilmiş və ona təqdim edilmişdir. Hüquq və vəzifələri ona izah edilmiş və üzərində axtarış aparılmışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Müstəntiq üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməyini təklif etmişdir. Həmin vaxt o özü ilə götürdüyü avtomatın, sandıqçanın və 25 ədəd patronun olduğu kisəni təqdim etmişdir. O, üzərində başqa qanunsuz əşyanın olmadığını demişdir. Həmçinin avtomatı, sandıqçanı və patronları Giləzi qəsəbəsi ərazisində dəniz sahilindən tapdığını demişdir. Müstəntiq avtomatı, sandıqçanı və patronları həmin kisədə qablaşdırmış, möhürləmiş və üzərinə ağ rəngli kağız yapışdırmışdır. O və müdafiəçisi Ramil Yusifov kağızın üzərinə imza çəkmişlər. Müstəntiq avtomatı, sandıqçanı və 25 ədəd patronları götürüb müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Müstəntiq tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o imzası ilə təsdiq etmişdir. O, həmçinin bildirmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə üzərindən aşkar edilmiş bir ədəd avtomat silah, bir ədəd sandıqça və 25 ədəd patron ona məxsus olmuşdur. Üzərindən aşkar edilmiş bir avtomat silahı, bir ədəd sandıqça və 25 ədəd patronu heç bir şəxsdən almamış, Xızı rayon Giləzi qəsəbəsi ərazisində dəniz qırağından tapmışdır. O, həmin odlu silahla hər hansı bir cinayət törətməmiş və ya törətməyə hazırlaşmamışdır. O, tutularkən, üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona polis əməkdaşları ona heç bir zor və təzyiq tətbiq etməmişlər. Onun heç bir xəsarəti olmamış, polis əməkdaşlarından şikayət etmir, ekspertiza müayinəsindən keçmək istəməmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin İctimai Təhlükəsizlik bolməsinin polis sahə rəisi Şahid6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, 25 iyul 2023-cü il tarixdə Xızı rayonunun Giləzi qəsəbəsində əməliyyat keçirilməsi ilə bağlı tapşırıq daxil olmuşdur. Həmin vaxt RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili işləmiş Şahid3la birlikdə Təqsirləndirilən şəxs qəsəbə ərazisində saxlayıb, polis şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçinin və müstəntiqin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın Kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2023-cü ili iyul ayında əməliyyat müvəkkili Şahid3 və sahə rəisi Şahid6 tərəfindən şöbəyə gətirilmişdir. Xızı RPŞ-nin bütün çəkilişlərini o, apardığından həmin vaxtda müstəntiqin göstərişi ilə çəkiliş aparmış və Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra video çəkilişi sona qədər diskə köçürüb müstəntiqə təqdim etmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Xızı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili işləmiş Şahid3 Şahid6 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Xızı rayonu Giləzi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması barədə Xızı RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq 2023-cü ilin oktyabr ayında Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 və Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs kənd ərazisində saxlayıb, müstəntiqin və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, əlində olan qara rəngli kisədən 1 ədəd avtomat silah, 1 ədəd sandıqça və 25 ədəd patron aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında iştirak edən şahidlər - Xızı RPŞ-nin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid4 və həmin vaxt RPŞ-nin CAB-nın əməliyyat müvəkkili işləmiş Şahid1 Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 105-108-ci vərəqələrində olan 25 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xızı RPŞ-nin inzibati binasında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli kağız bükümünü çıxarıb təqdim etmiş, həmin bükülü açılmış və içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, şöbənin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə təqdim olunması təklif edilir, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəngli kağız bükümü çıxarıb müstəntiqə təqdim edir. Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə - metamfetamin olduğunu, metamfetamini yerdən tapıb əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, satış məqsədinin olmadığını, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 30-33-cü vərəqələrində olan 30 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində daşıdığı qara rəngli kisəni polis əməkdaşlarına təqdim etmişdir. Kisə açılmış və kisənin içərisində 1 ədəd avtomat silah, 1 ədəd sandıqça və 25 ədəd patron aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd avtomat silah, 1 ədəd sandıqça və 25 ədəd patron müstəntiq Əsəd Məmmədov tərəfindən qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs əlində olan qara rəngli kisədən Kalaşnikov konstrulsiyalı avtomat silah, bir ədəd sandıqça çıxarıb müstəntiqə təqdim edir, sandıqçadan güllələr çıxarılarkən heç kim sual vermədiyi halda 25 güllənin olduğunu bildirir. Təqsirləndirilən şəxs həmin avtomat silahı, sandıqça və patronları təxminən 1 ay əvvəl yaşadığı qəsəbə ərazisində dəniz sahilində tapıb əldə etdiyini, hazırda işləyibişləməməsini yoxlamaq üçün çölə çıxdığını, işləmirsə tullamaq istədiyini bildirmişdir. Həmçinin məhkəməyədək istintaq dövründə Təqsirləndirilən şəxs dindirilməsinin video çəkilişini özündə əks etdirən bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müstəntiqin suallarına cavab olaraq istintaqa verdiyi ilkin ifadəsini təsdiq etdiyini, özünü təqsirli bildiyini, üzərindən metamfetamin aşkar olunduğunu, üstündən çıxan avtomat silahı üzərində olan sandıqça ilə birlikdə yerdən tapdığını, ilkin ifadəsində qeyd etdiyi “18 iyul 2023-cü il tarixdə axşam saat 18:00 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən yaşadığı evdən çıxaraq marketə gedərkən yerdən şüşə adı ilə tanıdığı psixotrop maddə metamfetamin tapması” ilə bağlı xüsusatları təsdiq etdiyini, bükümün içərisində şüşə adı ilə tanıdığı metamfetamin olmasını, həmin bükümdən istifadə etdiyini, polis əməkdaşları tərəfindən nə vaxt saxlanıldığı tarix yadından çıxdığını, ilkin ifadəsində göstərdiyi “25 iyul 2023-cü ildə, saat 10:00 radələrində yaşadığı evdən çıxaraq günəmuzd iş tapmaq üçün gəzməyə çıxdığını, evdən çıxarkən işinin uzun çəkəcəyini fikirləşdiyi, gizlətdiyi metamfetamini özü ilə götürüb, şalvarın cibinə qoyması” ilə bağlı dediklərinin düz olduğunu, Xızı rayon polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını, üzərindən aşkar olunmuş avtomat silahında 25 patron və 1 sandıqça olduğunu, dəniz qırağından tapdığını, ifadəsində 2023-cü ilin sentyabr aylarının sonlarında tapmasının düz olduğunu, ifadəsində göstərdiyi “dəniz sahilində qara rəngli kisəni görməsi və həmin kisə diqqətini cəlb etməsi” ilə bağlı dediklərinin düz olduğunu, kisəni götürüb evə apardığını, kisənin içərisində 1 avtomat və 25 ədəd patron olmasını elə dəniz qırağında taparkən bildiyini, etdiyi əməlin cinayət olduğunu, tapdığının silah olduğunu bilən heç kəs onu tullamayacağını, silahdan xoşu gəldiyini, “dedim bəlkə müharibəyə göndərdilər, əli boş getməyim (gülərək bildirir), özümdə olsun da, özümlə aparım, ziyan olmasın” bildirdiyini, ifadəsində qeyd etdiyi “30 oktyabr 2023-cü il tarixdə, saat 15:00 radələrində mən avtomat silahdan havaya atəş açmaq üçün qəsəbə ərazisində olan boş sahəyə getməyi qərara aldım, həmin avtomat silahını kisədə özümlə yaşadığım qəsəbə ərazisinə çıxdım, boş sahə tərəfə gedərkən üç nəfər polis əməkdaşı mənə yaxınlaşdı, xidməti vəsiqələrini göstərib özlərini təqdim etdilər” xüsusatların doğru olduğunu bildirmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2023-cü il tarixli, 3-16-16/2- 6/4008 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN "Zərflər üçün №131" dairəvi əksi, “ ... Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” və sair sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,315 qram, ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata 0,1 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1,215 qram təşkil etmişdir. Cinayət işinin İ cildinin 118-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 123-124-cü vərəqələrində olan 26 iyul 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 1,215 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 158-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 Ekspert komissiyası tərəfindən 15 avqust 2023-cü il tarixdə verilmiş 5216 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-3/1822 nömrəli məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah, zavod üsulu ilə istehsal edilmiş, 5,45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı “AKS-74” markalı, seriya nömrəsi silinmiş, yivli, odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 25 (iyirmi beş) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mmkalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK- 74M”, “AKS-74”, “AKS-74U”) markalı avtomat silahlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça, “Kalaşnikov” konstruksiyalı “AK- 74” (“AK-74M”, “AKS-74”, “AKS-74U”) markalı avtomat silahların finksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik olan sandıqçadır istifadəyə yararlıdır. Cinayət işinin İ cildinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 46-47-ci vərəqələrində olan 31 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd avtomat silah, 1 ədəd sandıqça və 22 ədəd patron (3 ədəd patron eksperimantal atışlarda istifadə olunmuşdur) cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 233-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-11/2-5516/2024 nömrəli məktubdan görünür ki, 5,45 mm kalibrli, nömrəsi silinmiş, Kalaşnikov konstruksiyalı “AKS-74” modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: Təqdim edilmiş 22 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədəd eksperimental atəş zamanı istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-3/1434 nömrəli məhkəmə-daktiloskopik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Kalaşnikov” konstruksiyalı “AKS-74” markalı, 5,45 mm kalibrli, seriya nömrəsi silinmiş yivli odlu avtomatik döyüş silahın, 01 ədəd sandıqçanın və 19 ədəd patronun səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından səxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 61,29 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 226-228-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 fevral 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xızı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad olunmuş və üzərindən məhkumluğu götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 22-23-cü vərəqələrində olan 30 oktyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 63-64-cü vərəqələrində olan 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 97-98-ci vərəqələrində olan 25 iyul 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 138-139-cu vərəqələrində olan 27 iyul 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 34-35-ci vərəqələrində olan 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğundan həmin qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 44-48-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(068)-2/2024 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 may 2024-cü il tarixdən hesablanmışdır. Habelə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xızı Rayon Məhkəməsinin 18 may 2024-cü il tarixli qərarından görünür ki, o, dindirilərkən aşağıdakıları göstərmişdir: “onun üzərindən həqiqətən psixotrop maddə - metamfetamin, eləcə də “AKS-74 markalı yivli odlu avtomatik döyüş silahı və patronlar aşkar edilərək götürülmüş, həmin vaxt Xızı rayonunun əvvəlki prokuroru onu qəbul edərək, barəsində cinayət işi başlamayacağını və sərbəst buraxıldığını dediyindən o da, işləmək üçün Türkiyə Respublikasına getmişdir. Bir neçə gün əvvəl anası onunla telefonla əlaqə saxlayaraq polis əməkdaşları tərəfindən axtarıldığını bildirmiş, o da bilet alıb Azərbaycana gəlmiş və aeroportda saxlanılmışdır.” Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 230-231-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 yanvar 2024-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Giləzi qəsəbəsində yaşamış və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 71-88-ci vərəqələrində olan 01 iyul 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, eləcə də Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, həmçinin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin dispozisiya hissəsinin “başqasına vermə, satma” tövsifedici əlamətlərinin olması toplanmış istintaq materialları ilə sübuta yetmədiyindən onun barəsində qeyd olunan tövsifedici əlamətlərlə cinayət təqibinin başlanılması rədd edilmiş, habelə istintaq zamanı Təqsirləndirilən şəxs 1,315 qram miqdarında psixotrop maddə - metamfetamini və bir ədəd odlu silah və onun komplekt hissələrini onun haradan əldə etdiyini müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərarın surəti Xızı RPŞnin Cinayət-axtarış bölməsinə göndərilmiş, Təqsirləndirilən şəxs üzərində 26 iyul 2023-cü il tarixdə və 30 oktyabr 2023-cü il tarixdə şəxsi axtarış və götürmə aparılmasının video çəkilişi özündə əks etdirən iki ədəd disk, DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrənin anten məlumatlarının, zəng və smslərin olduğu bir ədəd disk, Təqsirləndirilən şəxs dindirilməsinin video çəkilişini özündə əks etdirən bir ədəd disk sübut növü kimi hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsa da, “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad olunmuş və həmin Qərarın 7-ci bəndinə əsasən üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətini, həyat şəraitini, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət və 30 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, cəmi 04 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 17 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olubolmaması məsələsini həll edir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli olmasına riayət etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,215 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin bir ədəd “Kalaşnikov” konstruksiyalı “AKS-74” markalı, 5,45 mm kalibrli, seriya nömrəsi silinmiş yivli odlu avtomatik döyüş silahı, bir ədəd sandıqça və 19 ədəd patron dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 235,29 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət və 30 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, cəmi 04 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 17 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,215 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin bir ədəd “Kalaşnikov” konstruksiyalı “AKS-74” markalı, 5,45 mm kalibrli, seriya nömrəsi silinmiş yivli odlu avtomatik döyüş silahı, bir ədəd sandıqça və 19 ədəd patron dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 2 ədəd DVD disk, Təqsirləndirilən şəxs dindirilməsinin video çəkilişini özündə əks etdirən 1 ədəd disk və zəng, sms və anten məlumatlarının olduğu DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olan 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 235,29 (iki yüz otuz beş manat iyirmi doqquz qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar