Məhkəmə qərarları › İş №1(068)-28/2021

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-28/2021

03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-28/2021 03.06.2021 XIZI RAYON MƏHKƏMƏSİ X3 Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Abşeron rayonu, Giləzi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “xxxx” MMC-də dəzgah oreratoru işləyən, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 oktyabr 2020-ci il tarixdə, gecə saat 01 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində, Bakı-Quba yolunun Bakı şəhəri istiqaməti ilə həmin istiqamətin əksinə hərəkət etməklə piyada olaraq yaşadığı evə gedərkən tanımadığı “xxxx” MMC-yə məxsus olan və yaranmış nasazlıq səbəbindən sürücüsü Şahid2 tərəfindən 27 oktyabr 2020-ci il tarixdə, saat 16 radələrində Bakı-Quba yolunun Giləzi qəsəbəsindən keçən hissəsində yol kənarında saxlanılmış “Howo” markalı avtomobili gördükdən sonra avtomobilin sahibsiz olmasını müəyyənləşdirib tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə həmin yerdən təxminən 800 metr məsafədə yerləşən yaşadığı evin qarşısına gedərək oradan təkərləri açmaq üçün açar və domkrat götürüb geri qayıtmış, daha sonra həmin domkrat və açar vasitəsilə təxminən 1 saat 30 dəqiqə ərzində avtomobilin sağ və sol tərəflərindən iki ədəd olmaqla, ümumilikdə 4 ədəd təkəri açmaqla gizli olaraq talamış, həmin təkərləri əvvəlcə növbə ilə təxminən 150 metr kənarda yerləşən qamışlıq kollarının içərisinə daşımış, daha sonra isə cinayət nəticəsində əldə etdiyi həmin əmlakı qeyd edilən yerdən götürərək yaşadığı evin yaxınlığında yabanı şəkildə bitmiş qamışlıq kolluğunun içərisində gizlətdikdən sonra 3 ədədini ümumilikdə 550 manata istintaqa məlum olmayan şəxslərə, 1 ədədini isə həmkəndlisi və tanışı olan Şahid1 adlı şəxsə satmış, beləliklə, zərərçəkmiş şəxsə ümumilikdə 1600 manat məbləğində maddi ziyan vurmaqla oğruluq cinayət əməlini törətmiş, ibtidai istintaq zamanı həmin təkər və Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi alətlər aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən Giləzi Kərpic zavodunun həyətində tikdiyi fərdi yaşayış evində yaşayır və həmin zavodda dəzgah oreratoru işləyir. 27 oktyabr 2020-ci il tarixdə, axşam vaxtı yaşadığı evdən çıxıb fiziki qüsurlu olduğu üçün yaşadığı evi tərk edə bilməyən qardaşı Şahlara baş çəkmək üçün Giləzi qəsəbəsinə getmişdir. Bir neçə saat qardaşının yaşadığı evdə oturduqdan sonra gecə, təxminən saat 01 radələrində oradan çıxıb yaşadığı evə piyada qayıdarkən Bakı-Quba yolunun Bakı şəhəri istiqamətində bir yük avtomobilinin dayanması diqqətini çəkmişdir. Həmin avtomobilə yaxınlaşıb ətrafına göz gəzdirdikdən sonra yük avtomobilinin sahibsiz olmaqla, ətrafda kimsənin olmamasını dəqiqləşdirmiş və əlindəki alışqanın üzərində yerləşən fanarla işıq salaraq avtomobilin sağ tərəfdə yerləşən təkərlərindən birindən kənara yağ axmasını görmüşdür. Təkərdə yaranmış nasazlıq səbəbindən sürücünün avtomobili orada saxlayıb getməsini güman edərək, həmin yük avtomobilinin təkərlərini açıb satmaqla bir qədər pul əldə etməyi qərarlaşdırmış və bu məqsədlə yaşadığı evə getmişdir. Yaşadığı evin həyətyanı sahəsindən avtomobil təkərini aça biləcəyi ölçüdə açar və domkrat götürüb həmin yerə qayıtmış, gecə saatları olduğundan heç kimlə rastlaşmamış, həmçinin, Bakı- Quba yolu ilə maşınlar sürətli hərəkət etdiyindən ona fikir verən olmamışdır. Bundan sonra, avtomobilin sağ arxa tərəfdən ilk təkərini açdıqda bu işin asan olmasını görüb, digər təkərləri də açmaq qərarına gələrək, təxminən 1 saat 30 dəqiqə ərzində ümumilikdə 4 ədəd təkəri açmış, həmin təkərlərin ağır olmasına baxmayaraq, onları bir-bir götürərək yaşadığı evdən təxminən 600 metr kənarda yerləşən qamışlıq kolluğunun içərisində gizlətmiş və təkərləri açmaq üçün istifadə etdiyi domkrat və açarı da elə həmin yerə qoyaraq evə qayıtmışdır. Bundan təxminən üç gün sonra təsərrüfatında bəslədiyi ördəklər itdiyindən yol kənarında ördəkləri axtararkən bir yük avtomobilinin sürücüsü ondan dəniz kənarında yerləşən daş karxanasına gedən yol barədə soruşduqda, həmin sürücüyə yolu göstərmiş və oğurladığı təkərlərin həmin yük avtomobilinə uyğun olmasını gördüyü üçün sürücünün uzaqlaşmasına imkan verməyərək onda həmin yük avtomobilinə uyğun 2 ədəd təkərin olmasını və təcili pula ehtiyacı olduğu üçün ucuz qiymətə sata biləcəyini demişdir. Həmin sürücü təkərlərə baxdıqdan sonra alıb-almayacağı barədə fikir bildirəcəyini dedikdə, sürücüyə gözləməsini bildirib, cəld təkərləri gizlətdiyi yerə getmiş, oradan növbə ilə 2 ədəd təkər gətirərək sürücüyə göstərmiş, həmin sürücü təkərləri bəyəndikdən sonra 2 ədəd təkəri üzərindəki disklərlə birlikdə 400 manata həmin sürücüyə satmışdır. Təxminən bir həftə sonra təkərlərdən birini daş karxanası istiqamətində gedən və təkərində nasazlıq yarandığına görə yol kənarında dayanmış yük maşınının tanımadığı sürücüsünə 150 manata satmış, qalmış bir ədəd təkəri isə elə həmin yerdə gizlədərək saxlamışdır. Eyni zamanda, bir müddət əvvəl fəhlə kimi işlədiyi yerlərin birində əməyinin qarşılığında ona verilmiş bir ədəd təkərin oğurladığı təkərlə eyni ölçüdə olduğunu görüb, həmin təkəri oğurladığı təkərlə birlikdə sata biləcəyini fikirləşərək, həmin təkəri də qeyd etdiyi qamışlıq kolluğunun içərisinə aparıb gizlətmişdir. Həmin hadisədən təxminən 1 ay sonra Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən təkər təmiri sexində işləyən tanışı Vüsal adlı şəxsə zəng edərək, onda yük avtomobili üçün 2 ədəd təkər olmasını və satmaq istəməsini bildirmişdir. Vüsal ondan təkərləri haradan almasını soruşduqda, sonuncuya yalan danışaraq fəhlə kimi işləməsinin əvəzində həmin təkərlərin ona verilməsini demişdir. Vüsal təkərlərə baxdıqdan sonra bəyəndiyi üçün 500 manat qarşılığında təkərləri üzərindəki disklərlə birlikdə ona satmışdır. Bir gün sonra isə Vüsal ona zəng edərək təkərlərdən birinin yararsız vəziyyətdə olduğunu və geri qaytarmaq istədiyini bildirmişdir. O, təxminən 15 dəqiqə sonra Vüsalın işlədiyi sexə gedərək birlikdə təkəri nəzərdən keçirdikdə təkərin həqiqətən də, yararsız olmasını müəyyən etmiş, buna görə də Vüsalın ona verdiyi 500 manat puldan 250 manatı sonuncuya geri qaytarmışdır. Lakin, təkəri oradan yaşadığı evə aparmaq üçün nəqliyyat vasitəsi tapa bilmədiyi üçün təkər həmin vaxtdan Vüsalın işədiyi sexdə qalmışdır. Təkərləri satdıqdan sonra əldə etdiyi pulun bir hissəsini öz borclarına və şəxsi ehtiyaclarına, bir hissəsini isə fiziki qüsurlu olan qardaşına dərman almaq üçün xərcləmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində üç azyaşlı uşağının olmasının, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2017-ci ildən “xxxx” MMC-də mexanik vəzifəsində çalışır və şirkətə məxsus yük maşınları tikinti materiallarının daşınmasını həyata keçirir. Şirkətdə sürücü işləyən Şahid2 idarə etdiyi **-JK-*** dövlət nömrə nişanlı, “HOWO” markalı yük avtomobili ilə 27 oktyabr 2020-ci il tarixdə Quba rayonu, Vəlvələ kəndində yerləşən çınqıl karxanasından Bakı şəhərinə çınqıl gətirmək üçün getmiş, həmin gün təxminən saat 16 radələrində Bakı şəhərinə geri qayıdarkən avtomobildə yaranmış nasazlıq səbəbindən avtomobili Bakı-Quba yolunun 77-ci kilometrliyində, yolun kənarında saxlayaraq ehtiyyat hissələri gətirmək üçün Bakı şəhəri, Binəqədi şossesində yerləşən qaraja getmişdir. 28 oktyabr 2020-ci il tarixdə, təxminən saat 11 radələrində sürücü Şahid2 avtomobili saxladığı yerə çatdıqda avtomobilin 4 ədəd təkərinin üzərindəki disklərlə birlikdə oğurlanmasını müəyyən etmiş, baş vermiş oğurluq hadisəsi barəsində şirkətə və DİN-nin 102 xidmətinə məlumat vermiş, həmin oğurluq nəticəsində nümayəndəsi olduğu şirkətə ümumilikdə 1600 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda onlara dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti yoxdur. Məhkəmə istintaqında şahid Rəhimov X2 Hacıyevin ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, təxminən 6-7 ildir Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində, Bakı-Quba yolunun kənarında yerləşən təkər təmiri sexində işləyir və Təqsirləndirilən şəxs uzun illərdir həmkəndlisi kimi tanımışdır. 2020-ci ilin təxminən noyabr ayının sonları dekabr ayının əvvəllərində Alxas ona zəng edərək yük maşınları üçün 2 ədəd təkərinin olmasını və satmaq istəməsini bildirmiş, bir neçə gün sonra axşam saatlarında özünün idarə etdiyi “Qazel” markalı avtomobilə əyləşib Alxasın yaşadığı evin yaxınlığına getmişdir. Təqsirləndirilən şəxs onu qarşıladıqdan sonra evlərinin həyətyanı sahəsinin yaxınlığında olan 2 ədəd təkəri ona göstərmiş, təkərlər barədə soruşduqda isə sonuncu təkərlərin fəhlə kimi işləməsinin əvəzində ona verilməsini bildirmiş, təkərlərə baxdıqdan sonra iki ədəd təkəri 500 manat qarşılığında Alxasdan alıb onun köməkliyi ilə idarə etdiyi avtomobilin yük yerinə qoyaraq işlədiyi sexə gətirmişdir. Bir gün sonra səhər saatlarında təkərləri nəzərdən keçirərkən təkərlərdən bir ədədinin yaxşı vəziyyətdə olmamasını müəyyən etmiş və Alxasa zəng edərək onu sexə çağırmış, sonuncu bir neçə dəqiqə sonra sexə gəldikdə həmin təkərin həqiqətən yaxşı vəziyyətdə olmamasını gördükdə ona verdiyi 500 manat puldan 250 manatını geri qaytararaq, təkəri sonra gəlib aparacağını bildirmişdir. Həmin vaxtdan təkərlərin hər ikisi onun sexində qalmış, sonradan polis əməkdaşları işlədiyi sexə gələrkən onlara təhvil vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərdi ki, 2006-cı ildən Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən Kərpic Zavodunda ocaqçı vəzifəsində işləyir və onların yaşadığı ev həmin zavodun həyətyanı ərazisində yerləşir. Belə ki, atası Vəlican Məmmədov uzun müddət həmin zovudun mühafizəçisi, qardaşı Alxas isə operator vəzifəsində işləmişdir. Qardaşı Alxasın törətdiyi cinayət əməlindən xəbərdar olmamış, eləcə də Alxasın oğurluğu hansı səbəbdən törətməsindən, təkərləri kimə satmasından tamamilə məlumatsız olmuşdur. Belə ki, onlar eyni evdə yaşasalar da, onun işi növbəli olduğundan qardaşı Alxası gec-gec görmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2020-ci il tarixli, 9/5066 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, 2 ədədi “Roadshine”, 2 ədədi isə “Roadmax” markalı olan, “12.00 R20” ölçüdə, üzərində “RCD 0400036; D929A67112; D011B13079 və RCD0400089” nömrələri qeyd edilmiş, 2020-ci ildə Çin XDR-də istehsal edilmiş 4 ədəd təkərin və həmin təkərlərin üzərində olan “12.00 R20” ölçüdə, 2020-ci ildə Türkiyə Respublikasında istehsal edilmiş 4 ədəd dəmir materialdan olan disklərin 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1600 manat müəyyən edilir. Cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 198-200-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2021-ci il tarixli, 9/714 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd istifadədə olmuş “Roadshine” markalı, üzərində “RCD 0400036” nömrəsi qeyd edilmiş, “12.00 R20” ölçüdə təkər və həmin təkərə məxsus dəmir materialından olan diskin 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 400 manat müəyyən edilir. Təqdim edilməyən 2 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1200 manat müəyyən edilir. Cinayət işinin 197-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 195-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 fevral 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci vərəqələrində olan 06 fevral 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 166-167-ci vərəqələrində olan 07 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 182-183-cü vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin 08 fevral 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi göy rəngli, üzərində pas izləri olan 1 ədəd domkrat, həmin domkratın istifadə edilməsinə köməklik edən, uzunluğu təxminən 50 santımetr olan 1 dəmir parçası və 1 ədəd açar cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 202-203-cü vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin 18 fevral 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, aşkar edilərək götürülmüş “Roadshine” markalı, “12.00 R20” ölçüdə olmaqla, üzərində “RCD 0400036” nömrəsi qeyd edilmiş 1 ədəd təkər cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 204-205-ci vərəqələrində olan 18 fevral 2021-ci il tarixli ərizə və qəbzdən görünür ki, aşkar edilərək götürülmüş “Roadshine” markalı, “12.00 R20” ölçüdə olmaqla, üzərində “RCD 0400036” nömrəsi qeyd edilmiş 1 ədəd təkər saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 212-222-ci vərəqələrində olan 19 fevral 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham, həmçinin, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, eləcə də təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin tərkib hissəsinin əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmiş, habelə əməlində Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsinin tərkib hissəsinin əlamətləri olmadığından Şahid1 barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 189-193-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 fevral 2021-ci il tarixdə verilmiş arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, himayəsində 24 avqust 2016-cı il təvəllüdlü Fatimə, 20 noyabr 2017-ci il təvəllüdlü Röyal və 25 fevral 2019-cu il təvəllüdlü Qeybulla adında üç azyaşlı övladı olan Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs 22 aprel 2021-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, həmçinin Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını və barəsində yaşayış yeri üzrə şikayətin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 fevral 2021-ci il tarixdən 07 fevral 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci bəndinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Xızı RPŞnin Təminat Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi göy rəngli, üzərində pas izləri olan 1 ədəd domkrat, həmin domkratın istifadə edilməsinə köməklik edən, uzunluğu təxminən 50 santımetr olan 1 dəmir parçası və 1 ədəd açar hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilməli, həmçinin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsin saxlancına verilmiş “Roadshine” markalı, “12.00 R20” ölçüdə olmaqla, üzərində “RCD 0400036” nömrəsi qeyd edilmiş 1 ədəd təkərin zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi göy rəngli, üzərində pas izləri olan 1 ədəd domkrat, həmin domkratın istifadə edilməsinə köməklik edən, uzunluğu təxminən 50 santımetr olan 1 dəmir parçası və 1 ədəd açar hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilsin, həmçinin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsin saxlancına verilmiş “Roadshine” markalı, “12.00 R20” ölçüdə olmaqla, üzərində “RCD 0400036” nömrəsi qeyd edilmiş 1 ədəd təkərin zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 100 (yüz) manat ekspertiza xərci tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar