Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 1(068)-29/2020 13.08.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 20:30 radələrində yaşadıqları Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən evin eyvan kimi istifadə olunan otağında ailəməişət zəminində aralarında baş verən mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs sifət nahiyəsinə kəllə və əl zərbələri ilə, eyni zamanda otaqdan götürdüyü ağ rəngli plastik su boru kəsiyi hissəsi ilə sol qulaq, boyun və qarın nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq ona, sol qulaq seyvanının əzilmiş-cırılmış yarası, sol gözün üst göz qapağının qançırı, alt dodağın sağ hissəsinin selikli qişasının səthi əzilmiş yarası, qarın nahiyəsinin sol yarısının sıyrığından ibarət olan, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Zərərçəkmiş şəxs şikayəti əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə ictimai-xüsusi ittiham qaydasında məhkəməyədək sadələşdirilmiş icraat işi açılmış və o, həmin maddə ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, anası və qardaşları ilə birlikdə Xızı rayonu, Altıağac qəsəbəsində yaşayır və evlərinin həyətində qardaşı İbrahim üçün yeni evin inşasına başlamışlar. xx xxxx 2020-ci il tarixdə axşam tərəfi həyətdə anası ilə birlikdə torpağın qazılmasından çıxan daşları təmir işi gedən yerə yığmışlar. Anası daşları toplayarkən əziyyət çəkdiyinə görə kömək üçün qardaşı İbrahimin mobil telefonuna bir neçə dəfə zəng vurmuş, lakin İbrahimin telefonuna zəng çatmamışdır. Bir qədər sonra telefona cavab verən İbrahimdən harada olmasını soruşduqda, sonuncu məhəllədə olduğunu bildirmiş, lakin çıxıb məhəlləyə baxsa da İbrahimin məhəllədə olmadığını görmüşdür. Dərhal İbrahimin kafedə pivə içməsini anlamış, bu səbəbdən də yenidən ona zəng vurub təcili evə gəlməsini tələb etmiş, lakin İbrahim dərhal deyil, ona zəng vurandan təxminən iki saat sonra sərxoş vəziyyətdə evə gəlib çıxmışdır. Həmin vaxt evin eyvanında İbrahimin qarşısına çıxmış, sonuncunun evə çox gec gəlməsi onu əsəbləşdirmiş və içkiyə bu qədər meyil göstərməsinə görə üstünə acıqlanmışdır. İbrahim səhvini etiraf edib üzrxahlıq etmək əvəzinə, əl atıb onun boğazından tutmuş, kiçik qardaşının onun boğazına əl atması onu həddindən artıq özündən çıxarmış və o, əsəbiləşib əli ilə İbrahimin sifətinə bir dəfə zərbə vurmuşdur. Sonra yerdən əlinə ağ rəngli plastik su boru kəsiyi keçmiş və həmin plastik boru kəsiyi ilə qardaşı İbrahimin sol qulaq nahiyəsinə, bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurmuşdur. Bundan sonra, İbrahim onun əlindən çıxıb qaçmışdır. İbrahimin qaçıb getməsindən bir qədər sonra özünə gəlib onun haraya getməsi ilə maraqlanmaq üçün həyətdən evlərinin yanında olan dağın ətəyinə tərəf getmiş, lakin onu görməmişdir. Bir müddət sonra evlərinə polis əməkdaşları gəlib qardaşı İbrahimin onun tərəfindən döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub şikayət etdiyini bildirmişlər və İbrahimin şikayəti ilə bağlı onu Polis Şöbəsinə dəvət etmişlər. Hazırda əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxs olan qardaşı ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun ortancıl qardaşıdır və heç zaman qardaşı Əmralının sözündən çıxmamışdır. Birlikdə yaşadıqları evin həyətində onun üçün yeni evin tikintisinə başlamışlar. xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində evdən çıxıb pivə içmək üçün qəsəbədəki kafeyə getmiş, masaların birində əyləşib iki bakal pivə içmişdir. İkinci bakalı içərkən qardaşı Əmralı onun mobil telefonuna zəng vurub evə çağırmış, o da Əmralıya gəlirəm deyib əlaqəni kəsmişdir. Sonra bir bakal da tələsik pivə içib kafedən çıxıb evlərinə getmişdir. Evin giriş qapısından içəri keçib eyvan kimi istifadə etdikləri otağa daxil olmuş, qardaşı Əmralı onu orada qarşılayıb gec gəldiyinə görə əsəbiləşib ona iradlarını bildirmiş və onu danlamağa başlamışdır. Həmin vaxt Əmralı ona evə niyə içki içdiyini bildirib üstünə gəlmiş, qardaşının ona əl qaldıracağını bildiyi üçün tez əlləri ilə sonuncunun qollarından tutmuşdur. Bu zaman qardaşı Əmralı qəflətən kəllə ilə onun sifətinə zərbə endirdiyindən o, Əmralının qollarını buraxmış, sonuncu da sillə ilə başına, sonra isə eyvandan götürdüyü ağ rəngli plastik su boru kəsiyi ilə sol qulaq nahiyəsinə, boynunun arxasına və qarnının ön tərəfinə bir neçə zərbə vurmuşdur. Əmralı yaşca ondan böyük olduğu üçün o, Əmralıya əl qaldırmamış, onu heç nə ilə vurmamış və imkan tapıb onun əlindən çıxaraq “Cənnət bağı” istirahət mərkəzinin yoluna tərəf qaçıb gözdən itmişdir. Orada bir qədər özünə gəlib istifadəsində olan mobil nömrədən DİN-in 102 xidmətinə zəng vurub qardaşı Əmralı tərəfindən döyülüb xəsarət alması barədə məlumat vermişdir. Məlumat verdikdən bir müddət sonra polis əməkdaşları Altıağac qəsəbəsinə gəlib yolda onunla görüşmüşlər. Həmin vaxtı sol qulağından qan axdığına görə ilk olaraq tibbi yardım göstərilməsi üçün onu əvvəlcə Xızı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Ona ilkin tibbi yardım göstərildikdən sonra isə onu Polis Şöbəsinə gətirib şikayətini qəbul etmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də cinayət təqibinə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, özünü təqsirli bilməklə törətdiyi əməldən səmimi peşmançılıq keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 28-29-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X3» X6 canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında xx xxxx 2020-ci il tarixli, 23 saylı rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol qulaq seyvanının əzilmiş-cırılmış yarası, sol gözün üst göz qapağının qançırı, alt dodağın sağ hissəsinin selikli qişasının səthi əzilmiş yarası, qarın nahiyəsinin sol yarısının sıyrığından ibarət olmaqla, bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iclasında elan edilmiş işin 51-52-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 49-50-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Altıağac qəsəbə X4 üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş arayışdan və xx xxxx 2020-ci il tarixdə verilmiş xasiyyətnamədən, həmçinin, işin 47-48-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı - X2, qızı - xx xxxxxx 2010-cu il təvəllüdlü Nuranə Həsənli və oğlu - xx xxxxxx 2013-cü il təvəllüdlü Nurlan Həsənlidən ibarətdir və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəməyədək sadələşdirilmiş icraat zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını, əməlində ağırlaşdırıcı halların müəyyən edilməməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73- 1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, təqsirini boynuna almaqla əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını, təqsirləndirilən şəxsin məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına göstərilən əsaslarla xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, maddi zərər, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39, 40, 43.3, 321.2.1, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq olunsun və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-29/2020
Xızı Rayon Məhkəməsi Qərar — İş №1(068)-29/2020
13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver