Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-29/2022 26.10.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Xızı rayonu Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq 1,167 qram miqdarında narkotik vasitə - heroin və 485 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana əldə edərək, heroini əynindəki idman şalvarının sağ diz cibində bir ədəd qızılı-ağ rəngli kağız bükümdə, qurudulmuş marixuananı isə əynindəki qış gödəkçəsinin sağ qoltuqaltı hissəsində bir ədəd polietilen torbada saxlamaqla daşımış, Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının 11 yanvar 2022-ci il tarixdə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi həmin tarixdə, saat 14:03 dəqiqədə Xızı rayonu Sitalçay kəndində saxlanılıb üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki idman şalvarının sağ diz cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 1,167 qram miqdarında narkotik vasitə - heroin, əynindəki qış gödəkçəsinin sağ qoltuqaltı hissəsindən bir ədəd polietilen torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 485 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs zavod üsulu ilə 1970-ci il tarixdə istehsal edilmiş, “TQ 5709” №-li, 7,62 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı, “AKM” modelli, döyüş təyinatlı, təyinatı üzrə atəş açmaq üçün yararlı olan bir ədəd yivli-odlu avtomat silahını, zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62x39 mm kalibrli, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı, döyüş sursatı hesab edilən 27 ədəd patronu, “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı 02 ədəd sandıqçanı, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib saxlamaqla satmaq məqsədi ilə üzərində daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatı əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının 30 mart 2022-ci il tarixdə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:20 dəqiqədə Xızı rayonu Sitalçay kəndində saxlanılıb üzərində müdafiəçisinin iştirakı ilə, videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı onun əlində olan qara rəngli idman çantasından parçaya bükülmüş vəziyyətdə bir ədəd yivli-odlu avtomat silahı, döyüş sursatı hesab edilən 27 ədəd patron və odlu silahın komplekt hissəsi olan 02 ədəd sandıqça aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2018-ci ildən “kakos” adı ilə tanıdığı narkotik vasitə - heroin və “nəşə” adı ilə tanıdığı qurudulmuş marixuana istifadə edir. 10 yanvar 2022-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı Sitalçay kəndində yerləşən Quşçuluq fabrikinin yaxınlığında olarkən yerdə bir ədəd ağ rəngli sellofan torbanın içərisində hansısa maddənin olduğunu görmüş, həmin torbanı götürüb açarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuana və heroin olduğunu görmüşdür. O, narkotik vasitələri istifadə etmək üçün özü ilə götürmüş və yaşadığı ünvana aparmışdır. Səhəri gün, yəni 11 yanvar 2022-ci il tarixdə, saat 14:00 radələrində yaşadığı evdən kəndin içərisinə çıxarkən tapdığı narkotik vasitələri də, istifadə etmək üçün özü ilə götürərək, heroini bir ədəd bükümdə əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə, marixuananı isə əynindəki boz rəngli gödəkçənin içəri tərəfdən sağ qoltuqaltı hissəsinə qoymuşdur. Bundan sonra, kəndin içərisinə tərəf gedərkən mülki geyimli polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt polis əməkdaşları qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etdiyinə görə saxlanıldığını və şübhəli şəxs qismində tutulduğunu ona izah etmişlər. Bununla əlaqədar olaraq hüquqlarının Müdafiəçi tərəfindən qorunduğu bildirildi. Bundan sonra, üzərində çəkilişlə şəxsi axtarış aparılacağı ona izah edildi. Həmin vaxt o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibində olan bir büküm heroini və əynindəki boz rəngli gödəkçənin içəri tərəfdən sağ qoltuqaltı hissəsində olan sellofan torbadakı marixuananı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onlara təqdim etdiyi narkotik vasitələri qablaşdıraraq protokol tərtib etmiş və o, həmin protokolu imzalamışdır. Daha sonra, barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi açılmış, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Bu hadisədən bir müddət sonra, təxminən 2022-ci ilin yanvar ayının sonlarında Samur-Dəvəçi su kanalına balıq tutmaq üçün getmişdir. Həmin vaxt kanalın yaxınlığında içərisində hansısa bir predmetin olduğu bir ədəd idman çantasının olduğunu görmüşdür. O, çantanın zəncirbəndini açarkən içərisində parçaya bükülmüş bir ədəd avtomat silahın, iki ədəd sandıqçanın və sandıqçaların içərisində patronların olduğunu görmüşdür. Bundan sonra o, çantanı silah-sursatla birlikdə götürüb yaşadığı evin həyətindəki tikilidə gizlətmişdir. Bir müddət sonra maddi imkanı yaxşı olmadığı üçün silahsursatı Sumqayıt şəhərinə aparmağı, orada yerləşən “qara bazar” adlanan yerdə satmağı qərara almışdır. Bu məqsədlə də, 30 mart 2022-ci il tarixdə, saat 12:00 radələrində içərisində silah-sursat olan çantanı götürüb yaşadığı ünvandan çıxmış və piyada olaraq Bakı-Quba avtomobil yolu istiqamətində hərəkət etmişdir. Həmin yolun yaxınlığında Xızı rayon Polis Şöbəsinin əməkdaşları onu saxlamışlar. Həmin vaxt polis əməkdaşları qanunsuz olaraq silah-sursat əldə edib saxladığına və daşıdığına görə saxlanıldığını və şübhəli şəxs qismində tutulduğunu ona izah etmişlər. Bununla əlaqədar olaraq hüquqlarının Müdafiəçi tərəfindən qorunduğu bildirildi. Bundan sonra, üzərində çəkilişlə şəxsi axtarış aparılacağı ona izah edildi. Daha sonra, polis əməkdaşları onun əlindəki çantanın zəncirbəndini açıb içərisinə baxmış, parçaya bükülmüş vəziyyətdə olmuş 1 ədəd avtomat silah, 2 ədəd sandıqça və 27 ədəd patron aşkar etmişlər. Polis əməkdaşları aşkar edilmiş silah-sursatı bir ədəd ağ rəngli sintetik kisəyə qoyub bağlamış, üzərini möhürləyib protokol tərtib etmişlər və o da, protokolla tanış olub imzası ilə təsdiq etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin və ilk dəfə məhkum olunmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin NMQ-in əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Xızı rayonu, Sitalçay kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə 11 yanvar 2022-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bundan sonra, şöbə rəhbərliyinə raportla məruzə olunaraq məlumatın Xızı RPŞ-nin Növbətçi Hissəsində olan cinayətlərə dair məlumatların 1 nömrəli qeydiyyatı kitabında qeydə alınması təmin olunmuş və həmin gün saat 14:00 radələrində RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Əsəd Məmmədovun iştirakı ilə Xızı rayonu, Sitalnçay kəndində əməliyyat-istintaq tədbiri həyata keçirilmişdir. Həmin vaxt Xızı rayonu, Sitalçay kəndi ərazisində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlayıb özlərini təqdim etmişlər. Həmçinin, tədbir video çəkilişlə qeydə alındığından hal şahidləri dəvət edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs hüquqları və saxlanılma səbəbi izah edilmişdir. Daha sonra, sonuncudan üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmamasını soruşduqda o, əynində olan idman şalvarının sağ diz cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümü, əynindəki qış gödəkçəsinin sağ qoltuqaltı hissəsindən isə bir ədəd polietilen torbanı çıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan heroin və marixuana olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlələr zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs barəsində Xızı rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və sonuncu polis nəzarəti altına verilmişdir. Lakin, Heybət bundan nəticə çıxarmamış və sonuncunun qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatı əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 30 mart 2022-ci il tarixdə qərar qəbul edilərək, həmin gün təxminən saat 12:20 radələrində şöbənin əməkdaşları ilə birgə Xızı rayonu, Sitalçay kəndinə getmişlər. Qəsəbə ərazisində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlayıb özlərini təqdim etmişlər. Həmçinin, tədbir video çəkilişlə qeydə alındığından hal şahidləri dəvət edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs hüquqları və saxlanılma səbəbi izah edilmişdir. Daha sonra, vəkil Müdafiəçi iştirakı ilə, videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasından parçaya bükülmüş vəziyyətdə bir ədəd yivliodlu avtomat silahı, döyüş sursatı hesab edilən 27 ədəd patron və odlu silahın komplekt hissəsi olan 02 ədəd sandıqça aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Heybət aşkar edilmiş silah-sursatın özünə məxsus olduğunu, 2022-ci ilin yanvar ayının sonlarında Sitalçay kəndindən keçən su kanalının kənarından taparaq əldə etdiyini və həmin gün satmaq üçün Sumqayıt şəhərinə aparmaq niyyətində olduğunu demişdir. Daha sonra, aşkar edilmiş həmin silah-sursat bir ədəd ağ rəngli sintetik kisəyə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-102-ci vərəqələrində olan 11 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan idman şalvarının sağ diz cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümü, əynindəki qış gödəkçəsinin sağ qoltuqaltı hissəsindən isə bir ədəd polietilen torbanı çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-29-cu vərəqələrində olan 30 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki çantanın içərisindən parçaya bükülmüş vəziyyətdə bir ədəd avtomat silah, iki ədəd sandıqça və iyirmi yeddi ədəd avtomat patronu aşkar edilmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 118-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli, 7/29 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi - 485,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,2 qram sərf edildikdən sonra narkotik maddə marixuananın qalıq çəkisi 484,8 qram təşkil etmişdir. Cinayət işinin 117-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 78,82 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 122-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli, 6/158 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 131” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ......” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,167 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 1,117 qram təşkil etmişdir. Cinayət işinin 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 88,70 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 132-135-ci vərəqələrində olan 13 yanvar 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkisi 1,117 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 484,8 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 237-238-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 Ekspert komissiyası tərəfindən 23 may 2022-ci il tarixdə verilmiş 2723 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlər və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli, 3/412 nömrəli məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah 1970-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 7,62 mm kalibrli, “TQ 5709” №-li, “Kalaşnikov” konstruksiyalı, “AKM” modelli, döyüş təyinatlı yivli-odlu avtomat silahdır, saz vəziyyətdədir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 27 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. Qeyd: 04 ədəd patron eksperimantal atışlarda istifadə olunmuşdur. Cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 42 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 49-50-ci vərəqələrində olan 31 mart 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd AKM markalı avtomat silahı, 23 ədəd patron (04 ədəd patron eksperimantal atışlarda istifadə olunmuşdur) və 02 ədəd sandıqça cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 218-219-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 may 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci vərəqələrində olan 11 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 150-151-ci vərəqələrində olan 13 yanvar 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-18-ci vərəqələrində olan 30 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 200-202-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 4(068)-6/2022 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 165-166-cı vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 mart 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir ərizə, şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 239-253-cü vərəqələrində olan 01 iyun 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə Təqsirləndirilən şəxs barəsində Xızı Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 4(068)-06/2022 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, əməlində Azərbaycan Respublikası CM-nin 232 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdən 13 yanvar 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 30 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkiləri 1,117 qram təşkil edən narkotik vasitə olan heroin və 484,8 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 01 ədəd AKM markalı avtomat silahı, 23 ədəd patron (04 ədəd patron eksperimantal atışlarda istifadə olunmuşdur) və 02 ədəd sandıqça isə Azərbaycan Respublikası DİN-nin Təhcizat İdarəsinə təhvil verilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 209,52 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə isə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 03 (üç) il müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 30 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkiləri 1,117 qram təşkil edən narkotik vasitə olan heroin və 484,8 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 01 ədəd AKM markalı avtomat silahı, 23 ədəd patron və 02 ədəd sandıqça isə Azərbaycan Respublikası DİN-nin Təhcizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 209,52 (iki yüz doqquz manat əlli iki qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(068)-29/2022
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-29/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver