Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-3/2021 09.04.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, üzərində məhkumluğu olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamdan məlum olur ki, o, istintaq orqanının gəldiyi nəticəyə əsasən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq, yəni 0,315 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Xızı şəhəri ərazisində saxlanılmış, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda, təmiz çəkisi 0,315 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında həmin ittihamın əsassız olduğu və ittihamın qanunvericliyin tələblərinin pozulması ilə toplanmış sübutlar məcmusuna əsaslandığı müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə ona verilmiş ittiham eynilik təşkil etsə də, o, məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 11:00 radələrində iş axtarmaq məqsədilə Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərində bir neçə tikinti obyektlərini gəzərək iş soraqlaşdıqda qış fəsli olduğundan həmin yerlərdə iş olmadığını ona bildirmişlər. Buna görə də saat təxminən 16-17 radələrində avtobus ilə yaşadığı Giləzi qəsəbəsinə qayıtmışdır. Evə çatanda darvazadan içəri girdikdə anası onu qarşılayaraq bildirmişdir ki, Vüqar adlı sahə rəisi evlərinə gələrək onunla maraqlanmış, eyni zamanda təzə təyin olunduğunu və gələn kimi ona zəng etməyini tapşırmışdır. O, da telefonu olmadığından anasına məxsus ***-***-**-** nömrəli mobil telefonla Vüqar müəllimin xatırlamadığı mobil nömrəsinə zəng edərək evə gəldiyini və onunla niyə maraqlandığını soruşmuşdur. Sonuncu da, cavabında gəlib onunla görüşərək söz soruşacağını bildirmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra Vüqar müəllim həyətə gələrək onu səslədikdə darvazanın içəri tərəfində onu qarşılamışdır. Ondan sonra digər mülki geyimli şəxs və 2 nəfər polis serjantı ona yaxınlaşaraq heç bir şey demədən qollarını buraraq onlarla polis şöbəsinə getməli olduğunu bildirib onu maşına tərəf aparmışlar. Həmin vaxt o, polis əməkdaşlarına 3 uşağının olduğunu, anasının və uşaqlarının birinin xəstə olduğunu söyləyərək, onun heç bir günahı olmadan əsassız yerə aparmamalarını xahiş etmişdir. Polis əməkdaşları onun sözlərinə və anasının, uşaqlarının ağlaşmalarına məhəl qoymayaraq onu məcburi maşına mindirib Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə onun üzərində narkotik maddə olduğunu və könüllü surətdə çıxarıb təqdim etməyini təklif etmişlər. Lakin o, polis əməkdaşlarına üzərində hər hansı bir narkotik maddə olmadığını təkidlə bildirmişdir. Bundan sonra, təxminən saat 23 radələrinə kimi onu Xızı rayon Polis Şöbəsində saxlayaraq, müxtəlif hədə qorxular gəlməyə başlamışlar. Belə ki, üzərindən narkotik maddə çıxdığını boynuna almayacağı təqdirdə evə gedəcəklərini, evdən külli miqdarda narkotik çıxaracaqlarını bildirmişlər. O, da məcbur olub polis əməkdaşları ilə razılaşmışdır. Daha sonra, onu Xızı şəhərinin içərisinə naməlum bir küçəyə çıxararaq narkotik maddəni ona verərək üzərindən çıxdığını bildirmiş və orada çəkiliş aparmışlar. O, ona istinad edilən cinayət əməlini törətməmişdir. Məhkəmənin ədalət məhkəməsi olduğuna inanaraq o, həqiqəti məhkəmə prosesində deyəcəyi qərarına gəlmişdir. Sonda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və ona elan edilmiş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Xızı rayon Polis Şöbəsinin Cinayət X15 rayonu, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün onun tərəfindən xx xxxxxx 2020-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Həmin gün saat 21:30 radələrində Xızı Rayon Polis X7, Cinayət Axtarış Bölməsi və X1 əməkdaşları ilə birgə Xızı şəhəri ərazisində əməliyyat-istintaq tədbiri həyata keçirilərkən Təqsirləndirilən şəxs Xızı şəhəri, Zəngəzur küçəsində piyada gəzərkən yaxalanmışdır. Ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs olması elan olunmuş, tərəflərindən şübhəli şəxsin müdafiə hüquqlarının həyata keçirilməsi məqsədilə Siyəzən rayonunda fərdi fəaliyyət göstərən vəkil X6 dəvət olunmuşdur. İstintaq qrupunun müstəntiqi Rəşad Cavadov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra şübhəli şəxsə tutulmanın səbəbi və bununla əlaqədar Azərbaycan Respublikası CPM-in 246-cı maddəsinə əsasən üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra, həmin şəxsə təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə vardırsa, könüllü olaraq təqdim etsin. Şəxsi axtarış istintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən içərisində açıq-qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş toz halında olan kütlə barədə şübhəli şəxsdən soruşduqdan o, bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən almışdır. Bundan sonra, müstəntiq tərəfindən aşkar olunmuş vasitə ilə bağlı müvafiq protokol tərtib olunmuş, qeyd olunan narkotik vasitəyə bənzər kütlə müvafiq şəkildə qablaşdırılmışdır. Məhkəmə istintaqında şahidlər Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 və həmin vaxt Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında iştirak edən şahid, həmin vaxt Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə vaxtı Xızı rayon X8 Təhlükəsizlik Bölməsində sahə rəisi vəzifəsində işləsə də, hazırda Balakən rayon X19 Patrul Xidməti Bölüyündə komandir müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Xızı rayonu, Giləzi qəsəbə sakini kimi əvvəllər tanımamış və onunla hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər müxtəlif maddələrlə məhkum olunduğundan və o, həmin əraziyə yeni sahə rəisi gəldiyindən onunla profilaktik söhbətlər aparmaq üçün təxminən 2020-ci il yanvar ayında nahardan sonra dəqiq xatırlamadığı saatda onun yaşadığı fərdi yaşayış evinə getmişdir. Evə gedərkən qapıda anası onu qarşılayaraq oğlu Pərvizin evdə olmadığını və Sumqayıt şəhərinə getdiyini bildirmişdir. O, özünə məxsus ***- ***-**-** mobil telefon nömrəni Pərvizin anasına verərək, evə gəldikdə sonuncunun ona zəng etməsini xahiş etmişdir. Təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs xatırlamadığı nömrədən onun mobil telefonuna zəng edərək evdə olduğunu bildirmişdir. Bundan sonra, o, yenidən Təqsirləndirilən şəxs yaşadığı həyətə getdikdə sonuncu onu qapıda qarşılayaraq nə baş verdiyini və hansı səbəbdən onu axtardığını ondan soruşmuşdur. O, Pərvizə Xızı rayonunun Giləzi qəsəbəsinə yeni polis sahə rəisi təyin olunduğunu və onunla profilaktik söhbətlərin aparılması məqsədilə gəldiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həyətdə səs küy olduğunu bildirərək, qəsəbənin mərkəzi yolunun kənar tərəfinə çıxmasını təklif etmişdir. Pərviz də etiraz etməyərək ona məxsus avtomaşına əyləşmişdir. Daha sonra, Pərvizlə qəsəbənin mərkəzi yoluna çıxaraq avtomaşını saxlamış və onunla müvafiq profilaktik söhbətlər aparmış, ondan sonra Təqsirləndirilən şəxs avtomaşından düşərək getmişdir. Ondan sonra Pərvizin kim tərəfindən hansı şəraitdə saxlanılmasından xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun mərhum qaynı Əfqanın oğludur. Onların Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən evlərinin arasındakı məsafə təxminən 100 metr olmaqla, qonşuluqda yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17-18 radələrində o, evdə tək olarkən küçədən səs-küy gəldiyini eşidərək çölə çıxmış və səsin Pərvizgilin həyətindən gəldiyini görmüşdür. O, dərhal həyətdən küçəyə çıxaraq Pərvizgilin evinə tərəf getmək istədikdə qapılarında polis avtomaşının olduğunu və 2-3 nəfər polis əməkdaşının Pərvizi polis avtomobilinə mindirərək aparmalarının şahidi olmuşdur. Sonradan onların həyətinə gələrək nə baş verdiyini soruşduqda, ailə üzvləri də hər hansı bir məlumatlarının olmamasını bildirdilər. Bundan sonra, həmin günü gecə Pərvizin anasından güya oğlunun üzərindən narkotik maddə aşkarlayaraq onu saxlamaları barədə polis şöbəsindən məlumat verildiyini eşitmişdir. Lakin, son vaxtlar Pərviz ümumiyyətlə narkotik vasitə istifadə etmədiyindən həmin halın baş verməsinə inanmırlar. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, Xızı rayon Giləzi qəsəbəsində Təqsirləndirilən şəxs, onun həyat yoldaşı və övladları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Həyat yoldaşı Əfqan Zeynalov uzun illər olar vəfat edib, Pərvizi və qardaş-bacılarını tək böyütmüşdür. Pərviz artıq uzun müddətdir narkomaniya xəstəliyindən əziyyət çəkir. Dəfələrlə onu uzaqlaşdırmağa çalışmış, lakin buna müvəffəq ola bilməmişdir. Əvvəllər Pərviz bir neçə dəfə narkomaniya xəstəliyi ilə əlaqədar müalicə almışdır. Sonuncu dəfə tutulmamışdan 10 gün əvvəl müalicə alıb xəstəxanadan evə qayıtmışdır. Pərvizin 3 azyaşlı övladı var, kiçik oğlu Əfqan əlildir və buna görə müavinət də alır. O, özü də zob, asma və şəkər xəstəliklərindən əziyyət çəkir, həmçinin infarkt da keçirmişdir. Pərviz xx xxxxxx 2020-ci il tarixdə, səhər təxminən saat 11-12 radələrində iş axtarmaq məqsədilə Sumqayıt şəhərinə getmişdir. Günorta saatlarında darvaza döyüldüyünü eşidərək qapını açıb kim olduğunu soruşmuşdur. Bir nəfər mülki geyimdə olan şəxs darvazanı açaraq içəri daxil olmuş və ona bildirmişdir ki, Giləzi qəsəbəsinə yeni təyin olunmuş sahə rəisidir və Pərvizdən söz soruşmaq istəyir. O, həmin şəxsə Pərvizin Sumqayıt şəhərinə getdiyini bildirdikdə sahə rəisi nömrəsini ona verərək, Pərviz gələndə ona zəng etməsini xahiş etmişdir. Bundan sonra, təxminən saat 16-17 radələrində Pərviz evə gələndə ona Vüqar adlı yeni sahə rəisinin gəldiyini və mobil nömrəsinin verərək ona zəng etməsini xahiş etdiyini bildirmişdir. Pərviz öz telefonu olmadığından ona məxsus mobil telefonu götürüb Vüqar müəllimə zəng edərək, evə gəldiyini bildirmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra həmin sahə rəisi, digər bir nəfər mülki geyimli və iki nəfər polis işçisi həyətə daxil olmuş və Pərvizə yaxınlaşaraq qolunu buraraq zornan polis maşınına əyləşdirmişlər. Polis əməkdaşları onun və nəvələrinin qışqıraraq yalvarmağına baxmayaraq, oğlu Pərvizi polis şöbəsinə aparmışlar. Bundan sonra, ona məlumat vermişlər ki, güya oğlunun üzərindən narkotik maddə aşkarlayıblar. Lakin, son vaxtlar Pərviz ümumiyyətlə narkotik vasitə istifadə etmədiyindən həmin halın baş verməsinə inanmır. İbtidai istintaq vaxtı verdiyi ifadəsi ilə hazırki ifadəsi arasında əsaslı ziddiyyətin olması ilə əlaqədar məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ondan istintaq vaxtı ifadə alınmamış, o, ibtidai istintaq zamanı Xızı rayon Polis Şöbəsinə gəlməmiş və hər hansı bir sənədə imza etməmiş, ifadənin sonunda yazılmış «ifadə mənim sözlərimlə yazıldı, düzdür, başqa əlavəm yoxdur. Odur ki, öz imzamla təsdiq edirəm» sözləri onun xətti ilə yazılmamış və həmin yazı ona məxsus deyildir. Məhkəmə iclasında iştirak edən Xızı rayon Polis X7nun müstəntiqi X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin anası Şahid4 şahid qismində cəlb olunmuşdur. Həmin ərəfədə şahid qismində cəlb olunmuş təqsirləndirilən şəxsin anası Şahid4 mobil telefon vasitəsilə zəng vuraraq onu ifadəsinin alınması üçün Xızı rayon Polis Şöbəsinə dəvət etmişdir. Şahid4 həmin vaxt ağır yataq xəstəsi olduğunu bildirərək, Xızı rayon Polis Şöbəsinə gəlməkdən imtina etmiş, sonuncunun xəstə olmasını nəzərə alıb, ona yaşadığı evə gedərək ifadəsinin alınmasını təklif etdikdə buna razı olmamışdır. O, Şahid4 mütləq şəkildə şahid qismində dindirilməsinin zəruriliyini bildirdikdə, sonuncu ifadəsini şifahi şəkildə bildirmiş və öz imzasının şəkilini çəkib whatsap mesajlaşma proqramı vasitəsilə göndərərək, onun əvəzinə imza etməsini xahiş etmişdir. Bundan sonra, o, məcbur olub Şahid4 ifadəsinin sonunda soyadının qarşısında imzasına oxşar imza çəkmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/528 saylı ekspert rəyindən görünür ki, 1) ekspertizaya təqdim edilmiş, cinayət işinin 84-86-cı vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şahidin dindirilməsi protokolunun 1-ci vərəqinin aşağı hissəsindəki imza, 2-ci vərəqindəki imzalar (4 ədəd) və 3-cü vərəqdə “İmza:”, “Şahid4 Nazim qızı” qrafasındakı imza və həmçinin həmin vərəqdə “Cavab:” qrafasındakı “ifadə mənim sözlərimlə yazıldı, düzdür, başqa əlavəm yoxdur. Odur ki, öz imzamla təsdiq edirəm.” yazıları - Şahid4 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2) ekspertizaya təqdim edilmiş, cinayət işinin 84-86-cı vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli şahidin dindirilməsi protokolunun 1-ci vərəqinin aşağı hissəsindəki imzada, 2-ci vərəqindəki imzalarda (4 ədəd) və 3-cü vərəqdə “İmza:”, “Şahid4 Nazim qızı” qrafasındakı imzalarda - Şahid4 imzalarına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olundu. 3) ekspertizaya təqdim edilmiş, cinayət işinin 84-86-cı vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli şahidin dindirilməsi protokolunun 3-cü vərəqəsində “Cavab:” qrafasındakı “ifadə mənim sözlərimlə yazıldı, düzdür, başqa əlavəm yoxdur. Odur ki, öz imzamla təsdiq edirəm.” Yazılarında - oxşadılmaqla icra olunması əlamətləri müşahidə olunmadı. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 122 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1511 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Xızı rayonu, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş.....” sözlər və imzalar olan bir ədəd bükümdə təmiz çəkisi – 0,315 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik maddə heroinin qalıq çəkisi 0,265 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 471 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-24-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Xızı şəhəri, Zəngəzur küçəsində yerləşən fərdi evlərdən birinin qarşısında aparılmışdır. Küçənin Xızı RİH-nin binasının arxasından başlayaraq dağətəyi yerə qədər olan hissəsində fərdi yaşayış evləri düzülmüşdür. Keçirilmiş əməliyyat- istintaq tədbirləri zamanı Xızı rayonu, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs qeyd olunan küçə ilə Xızı şəhərinin mərkəzinə doğru piyada gələrkən həmin küçədə saxlanılmışdır. Ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması izah olunmuş, Azərbaycan Respublikası CPM-nin 147-148-ci maddələrinə əsasən şübhəli şəxs qismində tutulması ona elan olunmuşdur. Müdafiə hüquqları təmin olunması üçün Siyəzən rayonunda fəaliyyət göstərən fərdi vəkil X6 dəvət olunmuşdur. Şübhəli şəxs olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbinə əsasən şəxsi axtarış aparılacağı bildirilmişdir. Daha sonra, onun üzərində aparılan əsasən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ cibindən içərisində açıq-qəhvəyi rəngli, toz halında, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş toz halında olan kütlə barədə şübhəli şəxs Təqsirləndirilən şəxs soruşduqda o, bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən almışdır. Aşkar olunmuş kütlə ekspertiza tədqiqatı üçün müvafiq şəkildə qablaşdırılmış və üzəri DİN-nin zərflər üçün olan 131 nömrəli möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmiş, protokol saat 21:30-dan 22:20-dək tərtib edilmişdir. Məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş, “xxxx” MMC-nin məhkəməyə təqdim etdiyi müştəri zənglərinin detallaşması qrafikinə və “xxxx” MMC-nin məhkəməyə təqdim etdiyi CD diskə sədrlik edənin iştirakı ilə proses iştirakçıları tərəfindən baxış keçirilmişdir. “xxxx” MMC-nin müştəri zənglərinin detallaşması qrafikini müzakirə edərkən xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs anasına məxsus ***-***-**-** nömrəli mobil telefondan Xızı RPŞ-də sahə rəisi vəzifəsində işləmiş Şahid5 məxsus ***- ***-**-** nömrəli mobil telefonuna saat 16:56, 19:18 və 20:56 radələrində qeyd olmaqla 3 dəfə zəng olunduğu müəyyən olunmuşdur. Həmçinin, “xxxx” MMC-nin məhkəməyə təqdim etdiyi CD diskə baxış keçirilərkən xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs anasına məxsus ***-***-**-** nömrəli mobil telefondan Xızı RPŞ-də sahə rəisi vəzifəsində işləmiş Şahid5 məxsus ***-***-**-** nömrəli mobil telefonuna saat 16:56, (anten dairəsi-Xızı rayonu, Giləzi qəsəbəsi) 19:18 (anten dairəsi-Xızı rayonu) və 20:56 (anten dairəsi- Sumqayıt şəhəri maşın bazarı) radələrində qeyd olmaqla 3 dəfə zəng olunduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-68-ci vərəqələrində olan Xızı RPŞnin İQ-nin müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,315 qram, ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 0,265 qram olan narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Xızı RPŞ-nin Təminat hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 59-60-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən, işin 97-109-cu vərəqələrindəki Xızı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 1(068)-05/2018 saylı hökmünün surətindən, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş Amnistiya aktının tətbiq edilməsi barədə xx xxxx 2016-cı il tarixli qərarın surətindən və Sumqayıt şəhər probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 2408 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində CMnin 69.4-cü maddəsi tətbiq edilməklə qəti olaraq 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş və xx xxxx 2016-cı il tarixli Qərara əsasən “28 May Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə 1500 (bir min beş yüz) manat cərimə cəzasından azad edilmiş, daha sonra, Xızı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə qəti olaraq təyin edilmiş 03 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, 01 il 08 ay 13 gün müddətinə cəzasını çəkmiş, lakin sınaq müddəti başa çatmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan Xızı rayon Polis X7nun müstəntiqi X10 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə, saat 20:30-da tərtib edilmiş cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraatına qəbul edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 14-15-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş və saat 21:40-da Xızı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-58-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(068)-2/2020 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 81-82-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, həmçinin, işin 91-94-cü vərəqələrində olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, ailə tərkibi arvadı - X4, qızı - xx xxxxxx 2004-cü il təvəllüdlü Aynur Zeynalova, oğlanları - xx xxxxxx 2007-ci il təvəllüdlü Əfqan Zeynalov və xx xxxxxxxx 2013-cü il təvəllüdlü Cavid Zeynalovdan ibarətdir və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 112-116-cı vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetmədiyindən Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Əsas Qanunun bu müddəası Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində də daha geniş formada əksini tapmışdır. Həmin maddədə də qeyd olunur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsiri olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalıdır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmədə və ibtidai istintaq dövründə verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarındakı sənədlərin Azərbaycan Respublikası Cinayət-Prosessual Qanunvericiliyinə riayət etmədən tərtib olunması Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini törətməsinə kifayət qədər şübhələr yaratmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məhkəmə ondan ötrü Təqsirləndirilən şəxs məhz bu əsasla bəraət hökmü çıxarılması nəticəsinə gəlmişdir ki, cinayətin predmeti olan narkotik vasitə maddi sübut kimi tanınmış, lakin Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi, yəni təqsirliliyi sübut edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəlarının pozulması yol verilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsində qeyd edilir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin maddənin ikinci hissəsində qeyd olunur ki, şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunur. Azərbaycan Respublikası CPM-nin 247-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt, barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeydi əks etdirən protokol tərtib edir. Göründüyü kimi xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokol Azərbaycan Respublikası CPM-nin 247-ci maddəsinin tələblərinə əməl edilməməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları pozulmaqla əldə edilmişdir. Belə ki, həmin protokolun xx xxxxxx 2020-ci il tarixdə, saat 21:30-dan 22:20dək tərtib edilməsi göstərilmiş, lakin həmin tarixli şübhəli şəxsin tutulması haqqında protokolda Təqsirləndirilən şəxs saat 21:40-da, yəni şəxsi axtarış və götürmə aparıldığı müddətdə Xızı RPŞ-nin MSY-nə təhvil verilməsi göstərilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Xızı RPŞ-yə gətirilmə vaxtının müəyyənləşdirilməsi üçün müvafiq sorğu verilmiş və Xızı RPŞ-nin xx xxxx 2020-ci il tarixli, 165-3379-1220 saylı cavab məktubunda həmin hadisədən 4 aydan çox müddət keçdiyindən nəzarət kameralarının qeydə alındığı görüntülərin təqdim edilməsinin texniki cəhətdən mümkün olmaması, eyni zamanda Təqsirləndirilən şəxs Xızı RPŞ-nin inzibati binasına xx xxxxxx 2020-ci il tarixdə, saat 21:50-də gətirilməsi və bu barədə RPŞ-nin Növbətçi Hissəsində olan “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”nda müvafiq qeyd aparılması göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd edilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində qeyd edilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmiş olduqda çıxarıla bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə qeyd edir ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 17-18 radələrində həmin vaxt Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləmiş Şahid5 tərəfindən Təqsirləndirilən şəxs ilə Xızı rayonu, Giləzi qəsəbəsində müvafiq profilaktik söhbətlər aparıldıqdan sonra, sonuncunun sərbəst buraxılaraq, Xızı RPŞ-yə gətirilməməsi faktını təsdiq edən hər hansı bir sübut iş materiallarında olmadığından, əksinə, Xızı rayon Polis X7nun müstəntiqi X10 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılmamışdan əvvəl, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 20:30-da cinayət işinin başlanılması və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayət işinin başlanmasına səbəb kimi xx xxxxxx 2020-ci il tarixdə Xızı rayonu, Xızı şəhəri ərazisində əməliyyat-istintaq tədbiri həyata keçirilməsi və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılması, nəticədə üzərindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə içərisində açıq-qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər kütlənin aşkar olunması ilə bağlı toplanmış materiallar olmasını qeyd etməsi halı həmin narkotik vasitənin həmin gün saat 21:30 radələrində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülməsi halını şübhə altına alır və ümumiyyətlə narkotik vasitənin ona məxsus olubolmamasını qeyri-müəyyən edir. Qeyd edilən hallar onu göstərir ki, həmin protokol qanunvericiliyin ziddinə olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitusiyası və Azərbycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə təsbit olunmuş müdafiə hüquqlarının pozulması ilə tərtib olunmuşdur. Bu da həmin protokolun natamam olmaqla yanaşı, protokola həqiqətə uyğun olmayan məlumatların daxil edildiyini göstərir. Belə olan halda həmin protokol və bu protokol əsasında götürülməsi qeyd edilmiş narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutlar kimi qəbul oluna bilməz. Çünki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 134.5-ci maddəsinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 17-18 radələrində saxlanılaraq Xızı RPŞ-yə gətirildiyi andan o, faktiki olaraq tutulmuş olduğu halda onun müdafiə hüququ təmin olunmamışdır. Məhz bu hal da, bu andan müdafiəçi gələnədək həmin şəxsin iştirakı ilə keçirilmiş baxışın və götürülmüş sübutların Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş itthamın əsasını təşkil və onun təqsirini təsdiq edən sübutlar kimi istifadə olunmasını istisna edir. Çünki, X20 Məhkəməsini presedentlərinə əsasən müəyyən olunur ki, şəxs konkret yeri tərk edə bilmirsə o, tutulmuş hesab olunur. Məsələn, De Vilde, Ooms və Versip Belçikaya qarşı məhkəmə işi üzrə X20 Məhkəməsinin xx xxxx 1971-ci il tarixli qərarı ilə aydınlıq gətirilmişdir ki, azadlığı məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil və şəxs konkret yeri tərk edə bilmirsə, bu onun tutulmuş hesab edilməsi üçün kifayətdir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin İİ bəndinə əsasən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İİİ bəndinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.1-ci maddəsinə əsasən tutulma yalnız cinayəti törətməkdə şübhəli olan şəxsə (147.1.1), ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə (147.1.2), hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma (147.1.3) tətbiq oluna bilər. Göründüyü kimi sadalanan qanun normaları və X20 Məhkəməsini qərarına əsasən Təqsirləndirilən şəxs Xızı RPŞ-yə gətirilərkən artıq faktiki olaraq şübhəli şəxs statusunda olmuşdur. Belə olan halda onun müdafiə hüququ dərhal təmin edilməli idi. Çünki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məclləsinin 90.7.2 və 90.7.5-ci maddələrinə əsasən şübhəli şəxs tutulduğu və ya barəsində qətimkan tədbiri seçildiyi andan müdafiəçiyə malik olmaq və müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, hazırki mövqe “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 28-ci bəndində əks etdirdiyi mövqeyə də, uyğundur. Həmin qərarın 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qərarında da, şəxsin saxlandığı andan şübhəi şəxs kimi tutulmuş hesab edildiyini qeyd edir ki, bu isə bir daha onu təsdiq edir ki, saxlanılan şəxsin bütün hüquqları, o cümlədən müdafiə hüququ dərhal təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə əlaqədar irəli sürülmüş ittihamın əsası onun üzərində axtarışın keçirilməsi ilə əlaqədar rəsmiləşdirilmiş “Şəxsi axtarış və götürmə aparılması barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan ibarətdir. Qeyd olunan protokolun tərtibi vaxtı sübutların saxtalaşdırılmasına yol verildiyi üçün protokol məhkəmə prosesində öz sübut qüvvəsini itirmişdir. Məhkəmə hazırki iş üzrə məhkəmə istintaqını yekunlaşdırdıqdan sonra əldə edilmiş sübutlar məcmusu ilə belə qərara gəlir ki, hazırki iş üzrə ittiham hökmünün qəbul edilməsi qeyri mümkündür, belə ki, məhkəmə prosesində həqiqət müəyyənləşdirilmiş və təqsirləndirilən şəxsə bəraət verilməklə ədalət mühakiməsinin mənəvi məqsəd və məzmununa nail olunmuşdur. Məhkəmə iş üzrə şahid qismində dindirilmiş həmin vaxt Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləmiş Şahid5 ifadəsinə hüquqi qiymət verərək qeyd etmək istəyir ki, o, məhkəmə prosesində sərbəst ifadə verərkən hadisə vaxtı Xızı rayon X8 Təhlükəsizlik Bölməsində sahə rəisi vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif maddələrlə məhkum olunduğundan və o, həmin əraziyə yeni sahə rəisi gəldiyindən onunla profilaktik söhbətlər aparmaq üçün təxminən 2020-ci il yanvar ayında nahardan sonra dəqiq xatırlamadığı saatda onun yaşadığı fərdi yaşayış evinə getməsini, qapıda anasının onu qarşılayaraq oğlu Pərvizin evdə olmadığını və Sumqayıt şəhərinə getdiyini, özünə məxsus 050 210 93 61 mobil telefon nömrəni Pərvizin anasına verərək, evə gəldikdə sonuncunun ona zəng etməsini xahiş etməsini, təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs xatırlamadığı nömrədən onun mobil telefonuna zəng edərək evdə olduğunu bildirməsini, bundan sonra, o, yenidən Təqsirləndirilən şəxs yaşadığı həyətə getdikdə sonuncu onu qapıda qarşılayaraq nə baş verdiyini və hansı səbəbdən onu axtardığını ondan soruşmasını, Pərvizə Xızı rayonunun Giləzi qəsəbəsinə yeni polis sahə rəisi təyin olunduğunu və onunla profilaktik söhbətlərin aparılması məqsədilə gəldiyini bildirməsini, daha sonra, Pərvizlə qəsəbənin mərkəzi yoluna çıxaraq avtomaşını saxlamasını və onunla müvafiq profilaktik söhbətlər aparmasını, ondan sonra Təqsirləndirilən şəxs avtomaşından düşərək getməsini və sonradan Pərvizin kim tərəfindən hansı şəraitdə saxlanılmasından xəbəri olmamasını göstərmişdir. Lakin, Xızı RPŞ-nin xx xxxx 2020-ci il tarixli, 165-3379-1220 saylı məktubu ilə daxil olmuş həmin RPŞ-nin Növbətçi Hissəsində olan “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”nda olan müvafiq qeyddən görünür ki, Təqsirləndirilən şəxs Xızı RPŞ-nin inzibati binasına xx xxxxxx 2020-ci il tarixdə, saat 21:50-də Şahid5 tərəfindən gətirilmişdir. Bununla yanaşı, “xxxx” MMC-nin məhkəməyə təqdim etdiyi CD diskə baxış keçirilərkən isə xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs anasına məxsus ***-***-**-** nömrəli mobil telefondan Xızı RPŞ-də sahə rəisi vəzifəsində işləmiş Şahid5 məxsus ***-***-**-** nömrəli mobil telefonuna sonuncu dəfə həmin gün, saat 20:56 radələrində zəng olunduğu və həmin vaxt Şahid5 anten dairəsi - Sumqayıt şəhəri maşın bazarı olması müəyyən olunmuşdur. Beləliklə də, şahidin bu məzmunda ziddiyyətli ifadə verməsi bir daha iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması barədə” xx xxxxxx 2020-ci il tarixli protokolda göstərilənlərin həqiqəti əks etdirmədiyini və Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmamışdan əvvəl Xızı RPŞ-yə gətirilməsini təsdiq edir. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olur ki, hazırki cinayət işi üzrə aparılmış və yuxarıda sadalanan bütün istintaq hərəkətləri qanunun tələblərini kobud qaydada pozulmaqla həyata keçirilmişdir ki, onların nəticəsində əldə olunmuş dəlillər sübut kimi qəbul oluna bilməz və bu səbəbdən də onlar hüquqi qüvvəsi olmayan hesab edilməlidirlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri də, itthamın əsasını təşkil edə bilməz. Belə ki, bir tərəfdən həmin ifadələrdə göstərilən xüsusatlar təqsirləndirilən şəxs tərəfindən məhkəmə icasında təkzib olunmuş, digər tərəfdən isə həmin ifadədə göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcələlnin 350.2-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin maddənin 4-cü bəndinə əsasən bəraət hökmü çıxarılarkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə ona bəraət verildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirsiz bilinməli və ona bəraət verilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Eyni zamanda, Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Xızı şəhəri ərazisində Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən narkotik vasitə olan heroinin aşkar edilməsi faktı məhkəmə istintaqında öz təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi tanınmış həmin qeyd edilən vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktı müəyyən olunmamış qalır. Buna görə də məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,265 qram narkotik vasitə olan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktı araşdırılana qədər Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancında saxlanmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 187 manat məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347-ci, 349-350-ci, 353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah izah edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,265 qram olan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktının araşdırılması və ona hüquqi qiymət verilməsi üçün zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,265 qram narkotik vasitə olan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktı araşdırılana qədər Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 187 (bir yüz səksən yeddi) manat məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-3/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-3/2021
09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver