Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-3/2024 04.03.2024 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Xızı rayonu Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 noyabr 2022-ci il tarixdə gecə saatlarında Xızı rayonu, Sitalçay kəndində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sitalçay-Tağıyev çeşidləmə mənzilinin 51-ci km-nin 7-ci piketindən “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus birinin qiyməti 7,02 manat olan 42 ədəd D-65 tipli altlıq, birinin qiyməti 8,18 manat olan 13 ədəd KB-65 tipli altlıq, birinin qiyməti 1,09 manat olan 26 ədəd qayka şayba ilə özül boltu, birinin qiyməti 1,59 manat olan 26 ədəd qayka şayba ilə sıxac boltu və birinin qiyməti 0,29 manat olan 164 ədəd yol mıxını qanunsuz sökməklə gizli olaraq talamış, bununla da rels dövrəsinin işini pozmaqla qatarların hərəkət təhlükəsizliyinə təhlükə yaradaraq ümumilikdə "xxxx" QSC-yə 518,42 manat məbləğində maddi ziyan vurmaqla dövlət və ictimai əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 noyabr 2022-ci il tarixdə, saat 04:30 radələrində Xızı rayonu, Sitalçay kəndində yerləşən “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sitalçay stansiyasının 57-ci km-nin 7-8 piketinin köməkçi 4-cü yolunda Yol Xidmətinin 14 nömrəli H.Z.Tağıyev sahəsinin istifadəsində olan birinin qiyməti 7,02 manat olan 54 ədəd D-65 tipli altlıq və birinin qiyməti 0,29 manat olan 216 ədəd yol mıxını özü ilə gətirdiyi lomdan istifadə edib qanunsuz sökdükdən sonra birinin qiyməti 7,02 manat olan 14 ədəd D-65 tipli altlıq və birinin qiyməti 0,29 manat olan 25 ədəd yol mıxını sonradan geri qayıdaraq aparmaq məqsədilə hadisə yerində saxlamış, birinin qiyməti birinin qiyməti 7,02 manat olan 40 ədəd D-65 tipli altlığı və birinin qiyməti 0,29 manat olan 191 ədəd yol mıxını özü ilə apararaq gizli olaraq talamış, bununla da rels dövrəsinin işini pozmaqla qatarların hərəkət təhlükəsizliyinə təhlükə yaradaraq ümumilikdə "xxxx" QSC-yə 441,72 manat məbləğində maddi ziyan vurmaqla dövlət və ictimai əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə təkrarən oğurluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, tarixi dəqiq yadında deyil, təxminən 2022-ci ilin qış aylarında gecə vaxtı heyvanını axtarmağa çıxmış və dəmir yolunun qırağında yığılıb qalmış dəmirlər olduğunu görmüşdür. Yarısını birinci dəfə, yarısını isə ikinci dəfə götürüb aparmış, lakin oğurladığı dəmirləri sata bilməmişdır. Hadisə barədə yadında qalan bunlardı. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq oğurluğa 2 dəfə getdiyini, dəmir yoluna aid altlıqları apardığını, dəmir kimi satmaq istədiyini, nə qədər ziyan vurduğunu bilmədiyini göstərmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq oğurluq hadisəsini tək etdiyini, Şahid4la dəmir aparıb satmadığını, təxminən 10 ədəd, 50-55 kq həcmində dəmir altlıqlarını götürüb evlərinə daşıdığını, evlərinin isə dəmir yolundan çox da aralıda yerləşmədiyini bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin və zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tam ödəməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş hüquqi şəxsin, mülki iddiaçının müvəkkil etdiyi nümayəndəsi Nümayəndə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, göstərmişdir ki, Azərbaycan Dəmir Yolları QSC-nin Hüquq Departamentinin məhkəmə və hüquq-mühafizə şöbəsinin hüquqşünası işləyir. Mülkü iddiadan da göründüyü kimi Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə ADY QSC-yə məxsus Xızı rayonun Sitalçay kəndi çeşidləmə mənzilin 51-ci kilometrliyinin 7-ci piketində ADY-yə məxsus bir ədədinin qiyməti 7,02 manat olmaqla 294,84 manat dəyərində 42 ədəd D-65 tipli altlıq, bir ədədinin qiyməti 8,18 manat olmaqla 106,34 manat dəyərində 13 ədəd KB-65 tipli altlıq, bir ədədinin qiyməti 1,09 manat olmaqla 28,34 manat dəyərində 26 ədəd qayka şayba ilə sıxac boltu və bir ədədinin qiyməti 0,29 manat olmaqla 47,56 manat dəyərində 164 ədəd yol mıxını qanunsuz sökməklə gizli olaraq talamış, bununla da rels dövrəsinin işini pozmaqla qatarların hərəkətinə təhlükə yaradaraq ADY-yə ümumilikdə 518,42 manat məbləğində maddi ziyan vurmaqla dövlət və icəhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə oğurluq etmişdir. İkinci dəfə olaraq Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdə ADY-nin Sitalçay stansiyasının 57-ci km-nin 7-8 piketinin köməkçi 4-cü yolunda Yol xidmətinin 14 nömrəli H.Z.Tağıyev Sahəsinin istifadəsində olan bir ədədinin qiyməti 0,29 manat olmaqla 62,64 manat dəyərində 216 ədəd yol mıxını sökmüş, oğurladığı əmlakı bir dəfəyə apara bilmədiyi üçün 14 ədəd D-65 tipli altlıq və 25 ədəd yol mıxını geri qayıtmaq məqsədilə orada saxlamaqla, 40 ədəd D-65 tipli altlığı və 191 ədəd yol mıxını oğurlamışdır. Nəticədə Təqsirləndirilən şəxs "xxxx" QSC-yə ümumilikdə 960,14 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Azərbaycan Dəmir Yolları QSC-də 2 nömrəli Sitalçay məntəqəsinin yol montyoru vəzifəsində çalışır. Dəqiq tarixini xatırlamadığı gün səhər işə gedərkən dəmir yolunda rels altlıqlarının oğurlandığını görmüş, bu barədə dərhal məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Bundan sonra əməkdaşlar hadisə yerinə ətraflı baxış keçirdərək talanmış əmlakların sayını dəqiq müəyyən etmişlər. Məhkəmə istintaqında şahidlər - Şahid2 və Şahid3 məhkəməyədək istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək, Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən Şahid5 ifadəsində göstərdi ki, Yaşma bağları adlanan ərazidə kiçik metal qəbulu sexində metal qəbulu ilə məşğul olur və Təqsirləndirilən şəxs tanımır. Belə ki, o, Xaçmaz st. XPŞ-nə çağırılmış, həmin vaxt polis şöbəsində ona dəmiryolunda oğurluq hadisəsi baş verdiyini və oğurluq malların ona satıldığını bildirmişlər. O, isə cavabında oğurluq malları almadığını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra şöbədə Elmar adında oğlan ona dəmir satdığını göstərmiş, o isə cavabında həmin şəxsi tanımadığını, ona hərbiyə aid dəmir sursatlarını da gətirilər deyə işində çox diqqətli olmasını və dəmirə baxmamış götürmədiyini bildirmişdir. Elmar adında həmin şəxs isə təkidlə ona dəmir satdığını bildirmiş, bundan sonra o, daha dinməmişdir. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvəllər vermiş olduğu ifadəsinin ziddiyyət təşkil edən hissəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, təxminən 1,5 ay bundan qabaq 2 nəfər şəxs gələrək işlədiyi dəmir qəbulu məntəqəsinə kisədə armatur təhvil vermişlər. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs olmuş, digər şəxsi isə tanımır. Həmin vaxt kisədə dəmir yoluna aid detallar olmuş, kisənin içərisində alt hissədə olduğu üçün onlara baxa bilməmişdir. Gətirdikləri metallara görə onlara 47 manat pul vermişdir. Ona gətirilən dəmir yoluna aid detalları almır, ola bilsin ki, həmin vaxt kisədə olduğu üçün baxa bilməmiş, həmin şəxslər də bundan istifadə edib dəmirləri onlara satmışlar. Belə ki, Ford markalı avtomobildə yük yerində kisələrdə armatur qırıntıları olmuş, kisənin altında dəmir yoluna aid metallar olmuşdur. Həmin şəxslər armaturları ona göstərib, kisənin altında olan dəmir yoluna aid metalları bu halda ona təhvil vermişlər, yəni gizlətmişlər. Ona təhvil verilən dəmir materialların oğurluq yolu ilə əldə edildiyi barədə heç bir mıəlumatı olmamış, həmin dəmir yoluna aid materiallar kisənin altında olduğu üçün onları görməmişdir. İlk dəfə belə bir hal baş verdiyindən həmin materialların yararsız olduğunu, ona görə də məntəqəyə təhvil verildiyini düşünmüşdür. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və uzaq qohumudur. Ruslanın oğurluq etməsi barədə hər hansı bir məlumatı yoxdur. Belə ki, həmin ərəfədə o, kənddə deyil, H.Z.Tağıyev qəsəbəsində olmuşdur. Anası ona telefona Ruslanla bağlı mesaj gəldiyini və şahid qismində iştirak etməli olduğunu bildirmişdir. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq Ruslanın metal aparcağından onun xəbəri olmadığını, dəmir metalları qəbul edən sexə birlikdə getmədiklərini, ibtidai istintaqa belə bir ifadə vermədiyini, hal-hazırda avtomobili olmadığını, hardasa 4-5 ay bundan qabaq satdığını, həmin avtomobildə ona deyil, atasına məxsus olduğunu, arada onun da sürdüyünü bildirmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq Ruslanın oğurladığı dəmirləri dəmir yolunun qırağında tutduqlarını, yəni dəmirləri satmaq qismət olmadığını, o, heç bir yerdə Ruslanın bu oğurluğu etməsi barədə məlumatlı olduğunu bildirmədiyini göstərmişdir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvəllər vermiş olduğu ifadəsinin ziddiyyət təşkil edən hissəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 01 dekabr 2022-ci il tarixdə Sitalçay stansiyası ərazisində dəmir yoluna aid materialların oğurlanması barədə bilmişdir. Lakin, oğurluğun kim tərəfindən törədilməsi barədə məlumatı yoxdur. Dəqiq tarixi xatırlamır, özünə məxsus dəmir qalıqlarını hal-hazırda xatırlamadığı metal qəbulu məntəqəsinə təhvil vermişdir. Həmin vaxt məntəqənin önündə həmkəndlisi Ruslanı görmüşdü. Ruslan ona yaxınlaşıb demişdir ki, dəmirləri vardır, həmin məntəqə dəmirləri qəbul etmir. O, həmin vaxt avtomobili ilə olduğu üçün Ruslan, ondan özünə məxsus həmin dəmirləri avtomobillə Yaşmada fəaliyyət göstərən metal qəbulu məntəqəsinə aparmağı xahiş etmiş, o da sonuncuya etiraz etməmişdir. Ruslan özünə məxsus dəmirlərin olduğu kisəni onun avtomobilinə qoymuş və o, sonuncunu qeyd edilən ünvanda yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Həmin məntəqədə Ruslan dəmirlərin olduğu kisəni təhvil verib 47 manat pul almışdır. Təqsirləndirilən şəxs metal qəbulu məntəqəsinə təhvil verdiyi sözügedən metalların dəmir yoluna aid materiallar olduğunu, qeyd edilən dəmir materialları oğurluq yolu ilə əldə etdiyini bilməmiş, Ruslan ona həmin kisədə armatur olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 6-7-ci vərəqələrində olan 05 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şifahi sorğu zamanı "xxxx" QSC-də 14 nömrəli H.Z.Tağıyev st.da yol sahəsində yol ustası işləyən, X1-Tağıyev mənzilinin 51-ci km-nin 7-ci piketində köhnə yoldan 42 ədəd D-65 tipli altlıq, 13 ədəd KB-65 tipli altlıq, 26 ədəd özül boltu qayka şayba ilə, 26 ədəd sıxac boltu qayka şayba ilə, 164 ədəd yol mıxının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Baxış zamanı maddi sübut əhəmiyyətli hər hansı əşya aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-14-cü vərəqələrində olan 30 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şifahi sorğu zamanı "xxxx" QSC-də 14 nömrəli H.Z.Tağıyev st.da yol sahəsində yol ustası işləyən X3 57-ci km-nin 7-8 pk-lərin arasındakı 4-cü yoldan rels altlıqlarının oğurlanması, 54 ədəd D-65 tipli altlıq, 216 ədəd yol mıxının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Baxış zamanı 14 ədəd D-65 tipli altlıq və 25 ədəd yol mıxı aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-ci vərəqəsində olan 30 noyabr 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, 14 ədəd D-65 tipli altlıq və 25 ədəd yol mıxı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 43-44-cü vərəqələrində olan 12 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-i il tarixdə gecə saatlarında çöldən heyvanlarını gətirməyə gedərkən Sitalçay-Tağıyev mənzilinin 51-ci km-nin 7-ci piketində köhnə yoldan 42 ədəd D-65 tipli altlıq, 13 ədəd KB-65 tipli altlıq, 26 ədəd özül boltu qayka şayba ilə, 26 ədəd sıxac boltu qayka şayba ilə, 164 ədəd yol mıxının onun tərəfindən oğurlanmasını bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 46-47-ci vərəqələrində olan 12 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında Sitalçay- Tağıyev mənzilinin 57-ci km-nin 7-8 pk-lərin arasındakı 4-cü yoldan 54 ədəd D-65 tipli altlıq, 216 ədəd yol mıxını oğurladığını bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 55-ci vərəqəsində olan 19 dekabr 2022-ci il tarixli aktdan görünür ki, DYNPİ-nin Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş təhqiqatçısı, polis mayoru Nəzər Həbibov tərəfindən maddi sübut kimi tanınmış 14 ədəd D-65 tipli altlıq və 25 ədəd yol mıxı aidiyyəti üzrə "xxxx" QSC-nə təhvil verilərək nəticəsi barədə akt tərtib edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-ci vərəqəsində olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində Sitalçay stansiyasının 4-cü yan yolundan "xxxx" QSC-nin İnfrastruktur departamenti Yol xidmətinin 14 nömrəli H.Z.Tağıyev sahəsinin istifadəsində olan 54 ədəd D-65 tipli altlıq, 216 ədəd yol mıxı oğurlanmış və sonradan polis işçiləri tərəfindən 14 ədəd D-65 tipli altlıq və 25 ədəd yol mıxı ərazidən tapılaraq adıçəkilən müəssisəyə təhvil verilmişdir. Sözügedən hadisə nəticəsində oğurlanmış 40 ədəd D-65 tipli altlığın və 191 ədəd yol mıxının dəyəri 336,19 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 58-ci vərəqəsində olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində Sitalçay-Tağıyev çeşidləmə mənzili 51 km pk7-də cüt yoldan ADY-yə məxsus 42 ədəd D-65 tipli altlıq, 13 ədəd KB-65 tipli altlıq, 26 ədəd qayka şayba ilə özül boltu, 26 ədəd qayka şayba ilə sıxac boltu və 164 ədəd yol mıxının oğurlanması nəticəsində ADY-yə 518,42 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 193-cü vərəqəsində olan "xxxx" QSCnin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" QSC-nin balansında olan xx.xx.2022-ci il tarixdə Sitalçay-Tağıyev çeşidləmə mənzili 51 km pk7-də cüt yolundan oğurlanmış 42 ədəd D-65 tipli altlıq, 13 ədəd KB-65 tipli altlıq, 26 ədəd qayka şayba ilə özül boltu, 26 ədəd qayka şayba ilə sıxac boltu, 164 ədəd yol mıxı, habelə xx.xx.2022-ci il tarixdə Sitalçay stansiyasının 4-cü yan yolundan oğurlanmış 40 ədəd D-65 tipli altlıq və 191 ədəd yol mıxı istifadəyə yararlı olmuş, bilavasitə dəmir yoluna aid materiallardır. Dəmir yolu şəbəkəsi strateji obyekt olduğuna görə ictimai və dövlət əhəmiyyətlidir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/331 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və Azərbaycan Dəmir Yolları QSC tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli arayışda qeyd edilən malların 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 496,84 manat müəyyən edilir. O cümlədən:42 ədəd D-65 tipli altlıq- 294,84 (42 ədəd x 7,02) manat; 13 ədəd KB-65 tipli altlıq- 106,34 (13 ədəd x 8,18) manat; 26 ədəd özül boltu qayka şayba ilə- 28,34 (26 ədəd x 1,09) manat; 26 ədəd sıxac boltu qayka şayba ilə - 19,76 (26 ədəd x 0,76) manat; 164 ədəd yol mıxı - 47,56 (164 ədəd x 0,29) manat. Cinayət işinin 64-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/329 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən ADY QSC-nə məxsus 40 ədəd R-65 tipli rels altlıqlarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 200,00 (40ədx5man) manat müəyyən edilir. Həmin mallar tədqiqata təqdim edilmidəyi üçün istifadəyə yararlı olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 70-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 228-229-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/7599 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və Azərbaycan Dəmir Yolları QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli arayışda qeyd edilən malların 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 441,72 manat müəyyən edilir. O cümlədən: 54 ədəd D-65 tipli altlıq- 379,08 (54 ədəd x 7,02) manat; 216 ədəd yol mıxı-62,64 (216 ədəd x 0,29 manat) manat. Cinayət işinin 227-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 aprel 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-112-ci vərəqələrində olan 11 may 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 231-240-cı vərəqələrində olan 27 noyabr 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham və həmin tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29 və 177.2.1-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmiş, Şahid4 Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girməsini, ona cinayətin iştirakçısı qismində kömək etməsini təsdiq edən hər hansı mötəbər sübutlar müəyyən edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 32,5, 177.2.3-2-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, Şahid5 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 194-cü maddələrinin tərkibinin olması müəyyən edilmədiyindən barəsində həmin maddələrlə cinayət təqibi rədd edilmiş, eləcə də 30 noyabr 2022-ci il tarixli qərarla hadisə yerindən aşkar edilərək götürülmüş 14 ədəd D-65 tipli altlıq və 25 ədəd yol mıxının maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda talanmış əmlakların dəyərinin "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarında göstərilmiş və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsində qeyd etdiyi dəyərlə hesablanması nəzərə alınmışdır Məhkəmə iclasında elan edilmiş cinayət işinin 191-192-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 avqust 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu Sitalçay kəndində yaşayır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilməklə, cinayət işinin materiallarına əlavə edilmiş iddia ərizəsindən görünür ki, mülki iddiaçı "xxxx" QSC-nin təqsiriləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “dəymiş zərərin tutulması” barədə iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cinayət nəticəsində dəymiş 960,14 manat zərərin və ödənilmiş 47 manat dövlət rüsumunun təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə, cinayət işinin materiallarına əlavə edilmiş 22 fevral 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-nin bank hesabına 1010 manat ödəniş edilmişdir. Məhkəmə iclasında elan edilməklə, cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə göndərdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan "xxxx" QSC-nin bank hesabına ödənilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə dövlət və ictimai əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə təkrarən oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin tam olaraq ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halın olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin mülki iddia ilə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" QSC-yə vurduğu maddi ziyanı məhkəmə istintaqı dövründə tam ödəməsi barədə zərərçəkmiş hüquqi şəxsin ərizəsi nəzərə alınmalı, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqsiriləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “dəymiş zərərin tutulması” barədə iş üzrə mülki iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 14 ədəd D-65 tipli altlıq və 25 ədəd yol mıxının zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 14 ədəd D-65 tipli altlıq və 25 ədəd yol mıxının zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 150 (yüz əlli) manat ekspertiza xərci tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Mülki iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqsiriləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “dəymiş zərərin tutulması” barədə iş üzrə mülki iddiası təmin edilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-3/2024
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-3/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver