Məhkəmə qərarları › İş №1(068)-30/2025

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-30/2025

05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-30/2025 05.12.2025 XIZI RAYON MƏHKƏMƏSİ X18 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1978-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdarda 421,0 qram miqdarında bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, Qobustan RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 24 may 2025-ci il tarixdə, saat 12:20 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun Qobustan rayonu ərazisindən keçən 87-ci kilometrliyində, Qobustan rayonu, Qobustan şəhəri ərazisində saxlanılıb, üzərində videoçəkilişlə aparılmış yoxlama zamanı əynində olan gödəkçənin sol ön iç hissəsində 01 ədəd göy rəngli polietilen torbanın içərisindən 01 ədəd sellofan bağlamada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 421,0 qram miqdarında narkotik vasitə - qurudulmuş marxiuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdarda 0,693 qram miqdarında psixotrop maddə - metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 04 avqust 2025-ci il tarixdə, saat 14:35 radələrində Xızı rayonunun Sitalçay hərbi şəhərcik ərazisində saxlanılıb, üzərində videoçəkilişlə aparılmış yoxlama zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 0,693 qram miqdarında psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, cari ilin may ayında Qobustan şəhərində olarkən polis əməkdaşları onu saxlamış və üzərindən 2 gün əvvəl tapdığı narkotik vasitə - qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra, avqust ayında yaşadığı Xızı rayonunun Sitalçay hərbi şəhərciyi ərazisində polis əməkdaşları onu saxlamış və üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin maddələri kiməsə satmaq fikri olmamış, öz istifadəsi üçün üzərində saxlamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilməmişdir. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsini nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, rayon polis şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, cari ilin avqust ayında Xızı RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri X5 və X6 ilə birlikdə Təqsirləndirilən şəxs Xızı rayonunun Sitalçay hərbi şəhərciyi ərazisində saxlayıb, üzərində videoçəkilişlə aparılmış yoxlama zamanı psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Qobustan RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə Qobustan RPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuş, şöbə rəisinin əmri ilə 24 may 2025-ci il tarixdə onun rəhbərliyi, Qobustan RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkilləri X7 və X2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 24 may 2025-ci il tarixdə, saat 12:20 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı onlar Qobustan rayonu, Qobustan şəhəri ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduğunu bildirmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumatının olmasını bildirib, buna görə videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmiş və o da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs vəkilə ehtiyacı olub-olmaması soruşulduqda, o, vəkilə ehtiyacının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilən zaman ondan üzərində qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsi xahiş edildikdə, o, əynindəki gödəkçənin ön iç hissəsindən 01 ədəd göy rəngli polietilen torbanı çıxararaq təqdim etmişdir. Həmin vaxt torbanın içərisinə baxıldıqda, torbada 01 ədəd bağlama aşkar olunmuş və həmin bağlama torbadan çıxarılıb, Təqsirləndirilən şəxs təqdim olunaraq bağlamadakı kütlənin nə olması soruşulduqda, o, həmin kütlənin nəşə, yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra həmin bağlamanın içərisinə baxıldıqda, içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bağlamadakı kütlə haqqında soruşulduqda, o, həmin kütləni 2 gün əvvəl Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin kütlədən kiməsə satmadığını və ya pay vermədiyini, yaxud belə niyyətinin olmadığını bildirmişdir. Daha sonra içərisində narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd bağlama tərəzidə çəkilmiş, sonra isə həmin 01 ədəd bağlama içərisindəki kütlə ilə birlikdə torbada içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzəri, yəni geyimlərinin cibləri yoxlanılan zaman onun əynindəki cins şalvarın sol ön cibindən 02 ədəd bir manatlıq pul əskinası və 01 ədəd alışqan, əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd cib dəsmalı aşkar edilmiş və həmin əşyalar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə yoxlanış davam etdirilsə də, onun üzərindən qanunla qadağan edilmiş başqa bir şey aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğu deyilmiş, sonra isə Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən o, polis şöbəsinə gətirilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirilib qanuna uyğun tədbir görülməsi üçün o, raportla şöbə rəhbərliyini müraciət etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləyə baxış keçirilməsi baş təhqiqatçı Elşən Eyvazova həvalə edilmiş, baş təhqiqatçı Elşən Eyvazov öz xidməti iş otağında Təqsirləndirilən şəxs Qobustan rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdaki vəkillərdən Tofiq Seyidovu seçmiş, sonra baş təhqiqatçı zəng edərək vəkil Tofiq Seyidovu dəvət etmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs əvvəlcədən üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütləyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsi zərurəti izah edilərək baxışda iştirak etməsi təklif edilmiş, o da həmin baxışda iştirak etməyə razılığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs, müdafiəçi Tofiq Seyidovun, onun, Şahmar Rüstəmli və Nicat Əlverdiyevin iştirakı ilə əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütləyə videoçəkilişlə baxış keçirilməsinə başlanılmış, əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bağlamanın qablaşdırıldığı zərf ona təqdim edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin bağlamanın qablaşdırıldığı zərf və zərfdəki kütlə haqqında soruşulduqda, o, həmin zərfin üzərindəki imzanın özünə məxsus olduğunu, zərfdəki kütlənin ona məxsus olduğunu, həmin kütlənin marixuana olduğunu və Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisindən tapdığını, həmin kütlədən heç kimə vermədiyini və ya satmadığını, öz istifadəsi üçün üzərində saxladığını, həmin kütləni üzərində gəzdirməsindən heç kimin məlumatı olmadığını bildirmişdir. Bütün bunlardan sonra əvvəlcədən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş, o, həmin videoçəkilişə baxıb, heç bir vəsatəti və etirazının olmadığını bildirmiş, yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmçinin, o, ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla heç bir münasibəti, о cümlədən heç bir ədavəti və düşmənçiliyi, həmçinin heç bir qohumluq əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. Həmçinin, Qobustan RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 1-ci vərəqəsində olan 05 avqust 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən fakt üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 9-10-cu vərəqələrində olan 04 avqust 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 04 avqust 2025-ci il tarixdə, saat 14:35 dəqiqədə Xızı rayonunun Sitalçay hərbi şəhərcik ərazisində saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya predmet və ya narkotik vasitə olub-olmaması soruşularkən sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açılmış, bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin bükümün içərisində "metamfetamin" olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm sıfırlanmış elektron tərəzidə çəkilmiş və çəkisinin 0,96 qram olması müəyyən edilmişdir. Metamfetaminə bənzər bənzər kütlə ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, qablaşdırılmış predmetin olduğu zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə sözləri yazılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Yoxlama Xızı RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 və CAB-ın əməliyyat müvəkkili X5 tərəfindən aparılmış, CAB-ın əməliyyat müvəkkili X6 tərəfindən kamera cihazı vasitəsilə qeydə alınmışdır. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Xızı rayonunun Sitalçay hərbi şəhərcik ərazisində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 30-33-cü vərəqələrində olan 04 avqust 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xızı RPŞ-nin xidməti iş otağında Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 təqdim etdiyi əşya üzərində baxış aparılmışdır. İlk öncə DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, zərfdə üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə” sözləri yazılmış zərf açılmış, içərisində sellofan büküm vardır. Həmin bükümün içində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin kütlənin ona məxsus olduğunu, Sitalçay hərbi şəhərcik ərazisindən körpünün altından tapdığını, hər-hansı bir şəxsə satmadığını və ya pay vermədiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan sonra, psixotrop maddə metamfetaminə bənzər kütlə zərfdə qablaşdırılmış, imzalanmış, ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Baxış zamanı “əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması haqqında” protokolda heç bir ziddiyyət aşkar edilməmişdir. Baxışın aparılması Xızı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X6 tərəfindən kamera cihazı vasitəsi ilə qeydə alınmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 44-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin 05 avqust 2025-ci il tarixli, 20/682 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,693 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,643 qram təşkil etmişdir. Cinayət işinin İ cildinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 63 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 46-cı vərəqəsində olan 05 avqust 2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,643 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 20-21-ci vərəqələrində olan 04 avqust 2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 48-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 avqust 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 63-64-cü vərəqələrində olan 06 avqust 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 74-cü vərəqəsində olan 25 may 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən fakt üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 84-85-ci vərəqələrində olan 24 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Qobustan Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:20 radələrində Qobustan rayonu, Qobustan şəhəri ərazisində saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı ona üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim edilməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol ön iç hissəsindən 01 ədəd torbanı çıxararaq təqdim etmişdir. Həmin torbanın içərisinə baxıldıqda, torbada 01 ədəd bağlama aşkar olunmuş, həmin bağlama torbadan çıxarılıb, Təqsirləndirilən şəxs təqdim olunaraq bağlamadakı kütlənin nə olması soruşulduqda, o, həmin kütlənin nəşə, yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra, həmin bağlamanın içərisinə baxıldıqda, içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bağlamadakı kütlə haqqında soruşulduqda, o, həmin kütləni 2 gün əvvəl Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin kütlədən kiməsə satmadığını və ya pay vermədiyini, yaxud belə niyyətinin olmadığını bildirmişdir. Bundan sonra, içərisində narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd bağlama tərəzidə çəkilmiş, həmin bağlama zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra zərf RPŞ-nin 142 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzəri, yəni geyimlərinin cibləri yoxlanılan zaman onun əynindəki cins şalvarın sol ön cibindən 02 (iki) ədəd bir manatlıq pul əskinası və 01 (bir) ədəd alışqan, əynindəki gödəkçənin sol yan cibindən 01 (bir) ədəd cib dəsmalı aşkar edilmiş və həmin əşyalar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Yoxlama Qobustan RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 və CAB-ın əməliyyat müvəkkili X3 tərəfindən aparılmış, CAB-ın əməliyyat müvəkkili X7 tərəfindən mobil telefon vasitəsilə qeydə alınmışdır. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Qobustan rayonu, Qobustan şəhəri ərazisində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan gödəkçənin sol ön iç hissəsindən 01 ədəd torbada narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 113-cü vərəqəsində olan 24 may 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Qobustan RPŞ-nin xidməti iş otağında Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 təqdim etdiyi əşya üzərində baxış keçirilmişdir. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi X4 və Rayon Polis Şöbəsinin polis əməkdaşları iştirak etmişdir. Təqdim olunan 01 ədəd ağ rəngli zərfə və 01 ədəd DVD diskə baxış keçirilmişdir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən .. ” sözləri yazılmış zərf Təqsirləndirilən şəxs təqdim edildikdə, o, zərfin içərisində olan kütlənin narkotik vasitə olan marixuana olduğunu və ona məxsus olduğunu, həmin kütlə aşkar edildikdən sonra yanında tərəzidə çəkildiyini və onun iştirakı ilə kağz zərfdə qablaşdırıldığını və zərfin üzərini imzaladığını bildirmişdir. Baxışın aparılması Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X7 tərəfindən kamera cihazı vasitəsi ilə qeydə alınmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin 25 may 2025-ci il tarixli, 20/378 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində AR DİN “Zərflər üçün № 142” möhür əksi, “Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..” əl yazıları olan paketdəki 01 ədəd bağlamada təmiz çəkisi 421,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata 0,1 qram sərf edildikdən sonra narkotik vasitə - qurudulmuş marixuananın qalıq çəkisi 420,90 qram təşkil etmişdir. Cinayət işinin İ cildinin 120-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 60 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 170-ci vərəqəsində olan 26 may 2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 420,90 qram narkotik vasitə - qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qobustan RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 102-103-cü vərəqələrində olan 24 may 2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 138-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 may 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 161-162-ci vərəqələrində olan 26 may 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Qobustan RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 251-252-ci vərəqələrində olan Qobustan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı X8 tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli “cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Xızı RPŞ-nin İstintaq qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün aidiyyəti üzrə Xızı RPŞ-yə göndərilməsi məsələsinə baxılmasından ötrü Qobustan rayon prokurorluğu vasitəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 4-5-ci vərəqələrində olan Xızı RPŞ-nin İQ-nun müstəntiqi, polis mayoru X9 tərəfindən qəbul edilmiş 25 avqust 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaq ********* nömrə altında davam etdirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 59-60-cı vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 25 oktyabr 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 242-243-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 12 iyun 2025-ci il tarixdə verilmiş 3411 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 182-184-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən, eləcə də işin İ cildinin 197-203cü vərəqələrində olan müvafiq hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(059)-39/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 68.1.1-1, 67.1-ci maddələrinə əsasən qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cii il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 ay 11 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti tam başa çatdığından qeydiyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 45-53-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-453/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdən 16 aprel 2025-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin edilən cəzadan çıxılmış və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 il 08 ay 28 gün müəyyən edilmiş və cəzanın əvvəli 28 avqust 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin İİ cildinin 76-91-ci vərəqələrində olan 27 oktyabr 2025-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş yenidən ittiham qüvvədə saxlanılmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan ləğv edilmiş və onun hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində çəza çəkdiyi nəzərə alınmış, həmçinin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, habelə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən iki ədəd disk, eləcə də aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən iki ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş ***-***-**-** mobil nömrənin anten məlumatlarının, zəng və smslərin olduğu bir ədəd disk sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 238-239-cu vərəqələrində olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 iyul 2025-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 358.2-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 09 sentyabr 2025-ci tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilsə də, hazırki cinayət əməlini birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Lakin Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1(059)-39/2022 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırki əməli törədərkən cəza müddəti başa çatdığı vaxtdan iki il keçməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həyat şəraitini, onun tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halın olmamasını və ağırlaşdırıcı halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bundan əlavə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-453/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdən 16 aprel 2025-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin edilən cəzadan çıxılmış və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 il 08 ay 28 gün müəyyən edilmiş və cəzanın əvvəli 28 avqust 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-453/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə 24 may 2025-ci il tarixdən 26 may 2025ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət və 04 avqust 2025-ci il tarixdən 06 avqust 2025-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-453/2025 nömrəli iş üzrə 14 aprel 2025-ci il tarixdən 16 aprel 2025-ci il tarixədək tutulduğu 02 gün müddət, cəmi 06 (altı) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu, yəni 28 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Habelə, məhkəmə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsini nəzərə alır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,643 qram psixotrop maddə metamfetamin və 420,90 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarılmasının video çəkilişini özündə əks etdirən 2 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 2 ədəd disk və zəng, sms və anten məlumatlarının olduğu DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olan 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 123 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 196.1.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-453/2025 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə 24 may 2025-ci il tarixdən 26 may 2025-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət və 04 avqust 2025-ci il tarixdən 06 avqust 2025-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-453/2025 nömrəli iş üzrə 14 aprel 2025-ci il tarixdən 16 aprel 2025-ci il tarixədək tutulduğu 02 gün müddət, cəmi 06 (altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 28 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,643 qram psixotrop maddə metamfetamin və 420,90 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 2 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 2 ədəd disk və zəng, sms və anten məlumatlarının olduğu DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olan 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 123 (yüz iyirmi üç) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar