Məhkəmə qərarları › İş №1(068)-31/2025

Xızı Rayon Məhkəməsi Qərar — İş №1(068)-31/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 1(068)-31/2025 19.01.2026 XIZI RAYON MƏHKƏMƏSİ X12 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Şabran rayonu, Uzunboyad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Xızı rayonunun Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdarda, üzərində "F/M 40" yazısı həkk olunmuş bir ədəd tabletin tərkibində metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən narkotik vasitə - metadon əldə edərək üzərində saxlamaqla daşımış, Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixdə, saat 13:52 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində saxlanılıb, üzərində videoçəkilişlə aparılmış yoxlama zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda, bir ədəd tabletin tərkibində təsiredici maddəsi miqdarı 0,04 qram təşkil edən narkotik vasitə - metadon aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Xızı rayonunun Giləzi qəsəbəsində yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir, hal-hazırda ikinci evliliyidir və bu evlilikdən bir övladı vardır. Əvvəllər narkotik istifadə etdiyi üçün bədənində ağrılar olur və ağrılarını kəsmək üçün arada metadon həblərindən istifadə edir. Dəqiq tarixi xatırlamır, təxminən tutulmamışdan 15-20 gün əvvəl yaşadığı Giləzi qəsəbəsində yolun kənarı ilə Sumqayıt şəhərinə gedərkən yerdə ağ rəngli kağız bükülü diqqətini cəlb etmiş, içərisinə baxdıqda qəhvəyi rəngdə 1 ədəd narkotik vasitə - metadon olduğunu görmüşdür. Bundan sonra həmin bükümü cibinə qoymuş və nə vaxtsa ağrıları olsa həmin vaxt istifadə etməsindən ötrü cibində saxlamışdır. 26 may 2025-ci il tarixdə günorta saatlarında yaşdığı evdən çıxıb fəhlə işlədiyi yerə gedərkən polis əməkdaşları onu saxlamış və üzərindən tapdığı narkotik vasitə - metadon aşkar olunmuşdur. Narkotik vasitəni kiməsə satmaq fikri olmamış, öz istifadəsi üçün üzərində saxlamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilməmişdir. Sonda ərizə təqdim edərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktına əsasən onun cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyi, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, Xızı rayonu Giləzi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə 26 may 2025-ci il tarixdə cinayət axtarış bölməsinə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Xızı RPŞ-nin 26 may 2025-ci il tarixli əmri ilə şöbənin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı X8 və əməliyyat müvəkkili, polis leytenantı X2 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmış və o, həmin qrupun rəhbəri təyin edilmişdir. Əmrin icrasına nəzarət Xızı RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Məhəmməd Qarayevə həvalə edilmişdir. Həmin gün saat 13:52 dəqiqədə Xızı rayonu Giləzi qəsəbəsində Təqsirləndirilən şəxs həmin qəsəbədə piyada hərəkət edərkən görmüş və onlar Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Baş əməliyyat müvəkkili X14 Muxtarova qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə cinayət axtarış bölməsinə əməliyyat məlumatının daxil olduğunu, ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini və üzərində yoxlama aparılacağını izah etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasına etiraz etmədiyini demişdir. Malik Məmmədov tərəfindən yoxlama kamera cihazı vasitəsilə qeydə alınmağa başlamışdır. Saxlanılan Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim etmiş, daha sonra yoxlama zamanı Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən bir ədəd "Magna" markalı siqaret qutusu və bir ədəd alışqan aşkar edilmişdir. Sonra həmin kağız bükümü açılmış, bükümün içərisindən bir ədəd qəhvəyi rəngli narkotik vasitə - metadona bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin bükümün içərisində olan kütlənin metadon olduğunu, 20 gün tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, hər hansı bir şəxsə satmaq və ya pay vermək kimi fikrinin olmadığını, əvvələr narkotik istifadəçisi olduğunu, mütəmadi olaraq narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - metadona bənzər kütlə tərəzi ilə çəkilmiş və çəkisinin 0,42 qram olması müəyyən edilmişdir. Fərid Əliyev tərəfindən narkotik vasitə - metadona bənzər kütlə ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş və qablaşdırılmış predmetin olduğu zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bir ədəd alışqan və bir ədəd siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlə polis şöbəsinə aparılmışdır. Xızı RPŞ-da əməliyyat-axtarış tədbirinin gedişatına dair protokol tərtib edilmiş, qeydə alınmış videogörüntünü DVD diskə köçürmüş, protokol iştirakçılara oxunmuş və imzalanmışdır. Sonra o, raport yazmış və Təqsirləndirilən şəxs baş müstəntiqə təhvil vermişdir. Baş müstəntiq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Təqsirləndirilən şəxs Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini demişdir. Bundan sonra X16 RPŞ-yə dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Xidməti iş otağında baş müstəntiq onun, Fərid Əliyevin, şübhəli şəxs Təqsirləndirilən şəxs və Ramil Yusifovun iştirakı ilə təqdim edilmiş predmetlər üzərində baxış aparmışdır. Əməliyyat müvəkkili Malik Məmmədov kamera cihazı vasitəsi ilə video çəkiliş aparmağa başlamışdır. Baş müstəntiq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini sadalamış, iştirakçılar haqqında məlumat vermiş, təqdim edilmiş əşyalara baxış keçirmişdir. Baxış zamanı baş müstəntiq tərəfindən zərfin içərisində olan kağız büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli, narkotik vasitə - metadona bənzər kütlə olması müəyyən edilmişdir. Baş müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - metadona bənzər kütləni ağ rəngli zərfdə qablaşdıraraq tərkibinin və miqdarının müyyən edilməsi məqsədi ilə müvafiq ekspertiza tədqiqatına göndərəcəyini bildirmişdir. Sonra baş müstəntiq onun təqdim etdiyi bir ədəd DVD diski kompüterin disk yerinə daxil etmiş və diskə baxış keçirib yenidən materiala əlavə etmişdir. Sonra təqdim edilmiş əşyalar üzərində aparılan baxış başa çatmışdır. Baş müstəntiq protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuş və o protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan 27 may 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən fakt üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 8-9-cu vərəqələrində olan 26 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixdə, saat 13:52 dəqiqədə Xızı rayon Giləzi qəsəbə ərazisində saxlanılmış, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd çəhrayı rəngli kağız bükümü təqdim etmiş, həmin büküm açılmış, bükümün içərisində bir ədəd üzərində M40 və F hərif yazılar həkk olunmuş narkotik vasitə metadona bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin bükümün içərisində olan kütlənin metadon olduğunu, həmin narkotik vasitəni tapdığını, həmin gün istifadə etmədiyini, öz şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını, pay vermədiyini, əvvəllər narkotik istifadəçisi olduğunu, narkotik vasitələrdən, hər gün istifadə etmədiyini, yalnız ağrıları olduğu vaxt istifadə etdiyini, tapdığı həmin metodona bənzər kütləni 20 gün üzərində saxladığını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - metadona bənzər kütlə tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 0,42 qram olması müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zamanı onun şalvarın sol yan cibindən bir ədəd alışqan və bir ədəd siqaret qutusu aşkar olunmuşdur. Bir ədəd alışqan və bir ədəd siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonra baş əməliyyat müvəkkili Fərid Əliyev tərəfindən zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmışdır. Zərfin açıq yerləri DİN-in “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmişdir. Qablaşdırılmış predmetin olduğu zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sözləri yazılmış, iştirakçılar tərəfindən imzalanmışdır. Yoxlama Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri Şahid və X8 tərəfindən aparılmış, X3 tərəfindən kamera cihazı vasitəsilə qeydə alınmışdır. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Xızı rayonunun Giləzi qəsəbəsi ərazində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd çəhrayı rəngli kağız büküm, şalvarın sol yan cibindən bir ədəd alışqan və bir ədəd siqaret qutusu aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-34-cü vərəqələrində olan 26 may 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xızı RPŞ-nin xidməti iş otağında təqdim edilən əşyalar üzərində baxış aparılmışdır. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkilləri Şahid və X8, eləcə də Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirak etmişdir. Baxışa təqdim edilən ağ rəngli zərfin açıq yerləri DİNin “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, zərfin üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri yazılmışdır. Zərf açılmış, içərisində kağız büküm vardır. Həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, üzərində M40 və F yazıları həkk olunmuş narkotik vasitə - metadona bənzər kütlə olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin kütlənin metadon olduğunu, 20 gün əvvəl Xızı rayon Giləzi qəsəbə ərazisindən yol kənarında tapdığını, əvvəllər narkotik istifadəçisi olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, aşkar olunmuş kütlədən əlavə yaşadığı evdə və ya başqa bir yerdə saxlamadığını, narkotik vasitələrin satışı ilə məşğul omadığını, aşkar edilmiş kütlənin taparkən ağ rəngli kağız bükümdə olduğunu, lakin həmin kağızın yarasız hala düşdüyü üçün sonradan özü rəngli kağıza bükdüyünü, saxlanılarkən polis əməkdaşları tərəfindən təziqə məruz qalmadığını, heç bir xəsarətinin olmadığını və şikayətinin olmadığını bildirmişdir. Narkotik vasitə - metadona bənzər kütlə qablaşdırıldığı zərflə birlikdə ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, imzalanmış, ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Baxışın aparılması Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X3 tərəfindən kamera cihazı vasitəsi ilə qeydə alınmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 48-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2025-ci il tarixli, 6/1992 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 (bir) ədəd bükülüdə "..F/M40.." göstəricisi həkk olunmuş 1 (bir) ədəd dərman tableti narkotik vasitə metadondur, tərkibində metadon təsiredici maddəsinin miqdarı 0,04 qram (üzərindəki göstəricilərə əsasən bir tabletdə 0,04 qram) təşkil etmişdir. Tədqiqata 0,5 (yarım) tablet sərf edildikdən sonra narkotik vasitə metadonun qalıq çəkisi 0,5 (yarım) tablet təşkil etmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 80 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-ci vərəqəsində olan 28 may 2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,5 (yarım) tablet narkotik vasitə olan metadon cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 12 iyun 2025-ci il tarixdə verilmiş 3515 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdən Sumqayıt MX-da (F15x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 iyun 2025-ci il tarixdə verilmiş tələbnamədən, eləcə də işin 109-114-cü vərəqələrində olan müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-22-ci vərəqələrində olan 26 may 2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 52-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 may 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan 28 may 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 152-163-cü vərəqələrində olan 13 noyabr 2025-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, həmçinin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, habelə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, eləcə də aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsini özündə əks etdirən 1 ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən 1 ədəd disk sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 118-119-cu vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 avqust 2025-ci il tarixdə verilmiş arayışdan, eləcə də iş materiallarına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayır və himayəsində 25 mart 2017-ci il təvəllüdlü Ülvi adında bir yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,5 (yarım) tablet narkotik vasitə olan metadon qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsini özündə əks etdirən 1 ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən 1 ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 196.1.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,5 (yarım) tablet narkotik vasitə olan metadon qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən bir ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən bir ədəd disk, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsini özündə əks etdirən bir ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 80 (səksən) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar