Məhkəmə qərarları › İş №1(068)-32/2021

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-32/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-32/2021 20.05.2021 XIZI RAYON MƏHKƏMƏSİ X5 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil X2 iştirakı ilə, xx xxxx 2000-ci il tarixdə Xızı rayonu, Altıağac qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Siyəzən RMŞ-nin MMX üzrə mühafizəçisi vəzifəsində işləməsinə baxmayaraq, pandemiya ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulmuş qaydalardan irəli gələn vəzifələrin icra edilməsi ilə bağlı digər şəxslərə örnək olmaq əvəzinə, “Xızı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli, 377s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X1 5 - COVİD-19 virus infeksiyasının təyin olunması üçün laboratoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair 22 dekabr 2020-ci il tarixli iltizamnamə ilə elan olunmuş xəbərdarlığa, həmçinin həmin tarixdə koronavirus əleyhinə verdiyi testin nəticəsinin pozitiv (müsbət) olması ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (TƏBİB) tərəfindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə göndərilən 23 dekabr 2020-ci il tarixli sms mətnində ona Azərbaycan Respublikası CM-in müvafiq maddəsi ilə məsuliyyətə cəlb edilə biləcəyi ilə bağlı elan olunan xəbərdarlığa məhəl qoymayaraq təyin olunan ev şəraitində müalicə ilə əlaqədar təcrid olunmalı olduğu halda bilərəkdən 27 dekabr 2020-ci il tarixdə, axşam saatlarında yaşadığı evi tərk etməklə digər şəxslərin sağlamlığına real təhlükə yaradaraq qohumu Şahid1 ilə birlikdə müəyyən olunmuş 2 metrlik ara məsafəsini gözləmədən sonuncuya məxsus avtomobil ilə hərbi xidmətdən tərxis olunan qardaşı Şahid2 qarşılamaq məqsədilə yaşadığı qəsəbədən Xızı rayonu, Giləzi qəsəbəsinə qədər olan 48 kilometrlik yolu qət etmiş, Giləzi qəsəbəsində qardaşı Şahid2 qarşıladıqdan sonra onunla ara məsafəsi saxlamadan görüşmüş, daha sonra 28 dekabr 2020-ci il tarixdə, səhər saatlarında ərzaq almaq məqsədilə yaşadığı evi tərk edərək evdən ərzaq mağazasına qədər olan təxminən 1 kilometrlik yolu piyada qət etmiş, bununla da, təyin olunan karantin rejimini pozaraq hava-damcı yolu ilə yayılan və pandemiya halında olan yeni növ koronavirus (COVİD-19) xəstəliyinin digər şəxslər arasında yayılması üçün real təhlükə yaratmış, daxil olmuş məlumat əsasında Xızı RPŞ əməkdaşları təfərindən saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, valideynləri ilə birlikdə Xızı rayonu, Altıağac qəsəbəsində yaşayır, 2020-ci ilin aprel ayından müqavilə əsasında Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin X4 Şöbəsinin MMX üzrə mühafizəçi vəzifəsində xidmət etmiş və sonradan öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Mühafizəçi işlədiyi vaxt xidmət yeri əsas etibarilə “Xızı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin inzibati binası olmuşdur. 22 dekabr 2020-ci il tarixdə təxminən 9 radələrində iş növbəsindən çıxan zaman özünü narahat hiss etdiyi üçün xəstəxanaya keçib yeni növ koronavirus əleyhinə test vermişdir. Həmin gün temperaturu ölçülmüş və nəticə 36,6°C olmuş, lakin həmin vaxt onun artıq iybilmə və dadbilmə qabiliyyəti itmişdir. Bundan bir gün sonra, yəni 23 dekabr 2020-ci il tarixdə verdiyi testin cavabı sms şəklində onun ***-***-**-** saylı mobil nömrəsinə gəlmiş və koronavirus infeksiyasına yoluxması ona məlum olmuşdur. Daha sonra, xəstəxanada ona müalicə yazılmış və karantin qaydalarına riayət etməklə, müalicə müddətində yaşadığı evi tərk etməməsi barədə xəbərdar olunmuşdur. Bundan sonra, o, heç bir yerə getməyərək evdə müalicə almış, həmin müddətdə nə ailə üzvlərində, nə də yaxın ətrafında olan digər şəxslərdə həmin xəstəlik aşkar olunmamış və xəstəliyə yoluxma halı baş verməmişdir. 27 dekabr 2020-ci il tarixdə qardaşı Şahid2 İİ Qarabağ müharibəsində iştirak etdikdən sonra hərbi xidmətdən tərxis olunaraq, evə qayıtması xəbərini eşitmiş və bu xəbərə o dərəcədə sevinmişdir ki, xəstə olmaqla, evdən bayıra çıxmamalı olduğunu unutmuş və qardaşını qarşılamaq üçün həmin gün, saat təxminən 22:00 radələrində yeznəsi Şahid1la birlikdə sonuncunun avtomobili ilə Xızı rayonu, Giləzi qəsəbəsinə getmişlər. Həmin vaxt onda xəstəliyin heç bir əlaməti olmamış, qardaşını qarşılayıb birlikdə yaşadıqları evə gəlmişlər. Bundan bir gün sonra, yəni 28 dekabr 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdə anası ilə tək olmuş və anası ona ərzağa ehtiyac olduğunu bildirmişdir. O da, həmin vaxt ərzaq almaq üçün tibbi maskadan istifadə etməklə yaşadığı evi tərk edib, qəsəbə ərazisindəki mağazaya getmiş, ərzaq aldıqdan sonra yaşadığı evə qayıtmışdır. Səhəri gün yaşadığı evə polis əməkdaşları gəlmiş və ona aktiv koronavirus xəstəsi olduğu halda 27 və 28 dekabr tarixlərində karantin rejimi qaydalarını pozaraq, yaşadığı evi tərk etməsi bildirilmişdir. Bundan sonra, ona qanunla məsuliyyət daşıdığı izah olunmuş və müalicə müddətində bir daha yaşadığı evi tərk etməməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə az ağır cinayət əməlini törətməsinin, gəncliyinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 27 dekabr 2020-ci il tarixdə axşam saatlarında İİ Qarabağ müharibəsində çağırış əsasında iştirak edən qaynı Şahid2 telefonla ona zəng edərək müharibənin bitməsi səbəbindən ordudan tərxis olunduğunu və gecə saatlarında rayona gəlib çatacağını bildirmişdir. Buna görə də, həmin günü saat 22:00 radələrində digər qaynı Təqsirləndirilən şəxsla birlikdə Rəşadı qarşılamaq üçün avtomobili ilə Altıağac qəsəbəsindən çıxıb Giləzi qəsəbəsinə getmiş və Rəşadı qarşılayıb üçü birlikdə geri qayıtmışlar. O, həmin vaxt Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olmasını bilməmişdir. Əgər bilsəydi qaynı Rəşadı qarşılamaq üçün Nicatla birlikdə getməzdi, nədə ki Nicatın evdən çıxmasına imkan verməzdi. Məhkəmə istintaqında digər Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şahid3 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq xidməti işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3 ifadəsində göstərmişdir ki, 29 dekabr 2020-ci il tarixdə şöbə rəhbərliyinin göstərişinə əsasən bölgələr üzrə yaşayış yerini tərk edən aktiv koronavirus xəstələrinin statistik məlumatlarının yerləşdirildiyi www.covidmon.mcts.az saytında adı qeyd olunan və yaşadığı evi tərk edərək 48 kilometr uzaqlaşdığı müəyyən olunan Xızı rayonu, Altıağac qəsəbə sakini, aktiv koronavirus xəstəsi olan və ev şəraitində müalicə alan Təqsirləndirilən şəxs yaşadığı evdə olubolmamasının yoxlanılması məqsədilə Altıağac qəsəbəsinə getmişdir. Orada olan zaman inanılmış şəxslərdən Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci il tarixdə də ona elan olunmuş xəbərdarlığa məhəl qoymayaraq və qanunvericiliyin tələbini pozaraq, aktiv koronavirus xəstəsi olduğu halda yaşadığı evi tərk edərək evdən bir qədər aralıda olan ərzaq mağazasına getdiyini və ərzaq aldıqdan sonra geri qayıtdığını müəyyən etmişdir. Daha sonra, bu barədə şöbə rəhbərliyinə məruzə edib əməliyyat-istintaq qrupu ilə birlikdə qeyd olunan faktların yoxlanılması məqsədilə karantin rejimi şərtlərinə əmək etməklə Təqsirləndirilən şəxs yaşadığı evə gedib yoxlanış apardıqda məlum olmuşdur ki, həmin şəxs evdədir. Müstəntiq tərəfində aparılan profilaktik söhbət zamanı Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olması ilə bağlı soruşduqda, o, bildirmişdir ki, həqiqətən də aktiv koronavirus xəstəsidir və bununla bağlı ona ev şəraitində qalması ilə bağlı xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq 28 dekabr 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evi tərk edərək ərzaq almaq üçün yaşadığı evdən bir qədər aralıda yerləşən ərzaq mağazasına getmiş və hazırda bu əməlindən peşmandır. Bundan sonra, Təqsirləndirilən şəxs 27 dekabr 2020-ci il tarixdə yaşadığı evi tərk edərək 48 kilometr uzaqlaşdığı ilə bağlı soruşduqda o, bildirmişdir ki, həqiqətən də 27 dekabr 2020-ci il tarixdə, axşam saatlarında yaşadığı evi tərk edərək hərbi xidmətdən tərxis olunan qardaşı Şahid2 qarşılamaq məqsədilə qohumu Ceyhunla birlikdə sonuncuya məxsus avtomobillə Xızı rayonu, Giləzi qəsəbəsinə getmişlər. Daha sonra, müstəntiq tərəfindən Təqsirləndirilən şəxsla barəsində qanuni tədbir görülməsi məqsədilə aparılan profilaktik söhbətin qeydə alındığı videogörüntü kompakt diskə köçürülərək raportla birlikdə şöbə rəhbərliyinə təqdim olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 32-ci vərəqəsində olan Xızı şəhər X3 Hüquqi Şəxsin 12 fevral 2021-ci il tarixli, 36 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2020-ci il tarixdə testin nəticəsi pozitiv çıxmış, ona 06 yanvar 2021-ci il tarixinə qədər ev şəraitində müalicə təyin edilməklə yaşadığı evdə özünü təcrid etməsi, bu müddət bitənə qədər evdən bayıra çıxmamaqla karantin rejiminin tələblərinə əməl etməsinin zəruriliyi izah edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 35-ci vərəqəsində olan 22 dekabr 2020-ci il tarixli iltizamnamənın surətindən görünür ki, Təqsirləndirilən şəxs yeni növ koronovirus (Covid-19) infeksiyası ilə bağlı nəticələrinin pozitiv təsdiqlənən tarixdən 14 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılması, test nəticələrinin mənfi çıxacağı müddətə qədər yaşadığı evi tərk etməyərək sanitariya-gigiyena normalarına, epidemiya əleyhinə və xüsusi karantin rejiminin qaydalarına riayət edəcəyi, qeyd olunan normaları və qaydaları pozacağı təqdirdə Azərbaycan Respublikası CM-nin və İXM-nin müvafiq maddələri ilə cinayət və inzibati məsuliyyət daşıyacağı barədə məlumatlandırılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-cu vərəqəsində olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (TƏBİB) tərəfindən 23 dekabr 2020-ci il tarixdə göndərilmiş sms bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2020-ci il tarixdə COVİD-19 ilə bağlı verdiyi testin nəticəsi pozitivdir, bu səbəbdən onun və ailə üzvlərinin yaşayış yerini tərk etməməsi xahiş olunmuş, həmçinin ona Azərbaycan Respublikası CM-də və İXM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilə biləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 yanvar 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-58-ci vərəqələrində olan 19 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-65-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə 22 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2021-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə olan ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 14-15-ci vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Xızı RİHB-nin Altıağac qəsəbə İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də gəncliyini və yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar