Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-37/2021 10.11.2021 XIZI RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq, yəni 1,395 qram psixotrop maddə olan metamfetamini əldə edib qanunsuz olaraq üzərində saxlamış, 18 mart 2021-ci il tarixdə, saat 16:15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayonu, Sitalçay kəndi ərazisində saxlanılaraq Xızı RPŞ-yə gətirilmiş, müdafiə hüquqları təmin edilməklə həmin tarixdə, saat 17:57 radələrində şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış istintaq hərəkəti aparılmış, bu zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ qolunun üzərində olan cibdən bir ədəd şəffaf sellofan paketin içərisindəki ağ rəngli kağız parçasına bükülmüş halda təmiz çəkisi 1,395 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq, yəni 0,240 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 05 may 2021-ci il tarixdə, saat 15:05 radələrində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Xızı rayonu, Sitalçay kəndi ərazisində saxlanılmış, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı kəsiyinə bükülmüş halda təmiz çəkisi 0,240 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunana qədər ailəsi ilə birlikdə Xızı rayonu, Sitalçay kəndində yaşamış və "xxxx" MMC-də fəhlə kimi çalışmışdır. Həmçinin, ayrı-ayrı şəxslər üçün fəhləlik etməklə və kənd ərazisində dəmir qırıntılarını toplayıb satmaqla pul qazanıb, ailəsini dolandırmışdır. 2002-ci ildən etibarən narkotik vasitələrin müxtəlif növlərindən, əsasən “heroin” və “tiryək” növlərindən, 2015-ci ildən isə “şüşə” adlandırılan psixotrop maddə hesab edilən metamfetamindən istifadə etmişdir. Narkotik vasitələri əsasən Sumqayıt və Siyəzən şəhərlərində tanımadığı şəxslərdən bir bükümünü dozasından asılı olaraq 5-10 manata almış və inyeksiya yolu ilə damarına vurmaqla qəbul etmişdir. Əvvəllər də, narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuş və 07 sentyabr 2017-ci il tarixdə cəzadan azad edilmişdir. 17 mart 2021-ci il tarixdə, səhər saat 09:00 radələrində həmişə olduğu kimi Sitalçay kənd ərazisində çalışdığı iş yerinə getmiş, fəhlə kimi vəzifəsi ona təhkim edilmiş kənd ərazisini, həmçinin Bakı-Quba yolunun ətraflarını zibil tullantılarından təmizləmək olmuşdur. Həmin gün digər bir iş yoldaşı ilə birlikdə Xızı rayonu, Məşədihəsən kəndi istiqamətindən Bakı-Quba yolunun kənarı ilə piyada olaraq zibil tullantılarını toplayaraq, yaşadığı kənd istiqamətində hərəkət etmişdir. Həmin vaxt o, yolun sağ kənarında, yəni yaşadığı kənd tərəfdə, digər iş yoldaşı isə yolun əks tərəfində, ondan təxminən 300-400 metr aralı məsafədə yerdəki zibil tullantılarını yığmışdır. Təxminən saat 10 radələrində öz işinə davam edərkən yerdə olan şəffaf rəngli kiçik sellofan diqqətini çəkmiş, o, həmin şəffaf sellofan torbasını ilk öncə tullantı zənn etsə də, diqqətlə baxdıqda içərisində ağ rəngli kağız olmasını görmüşdür. Sellofanın ağzını açdıqda istifadəçisi olduğundan kağızın içərisindəkinin “şüşə”, yəni metamfetamin olmasını dərhal müəyyən etmiş və daha sonra istifadə edə biləcəyini fikirləşərək əynində olan qara rəngli qış gödəkçəsinin sağ qolunun üzərindəki cibə qoymuşdur. Həmin gün ağrıları olmadığından narkotik vasitə olan “şüşə”ni üzərində saxlamışdır. Bundan bir gün sonra, yəni 18 mart 2021-ci il tarixdə, saat 16:00 radələrində yaşadığı kənd ərazisində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək, onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olmasını bildirib, onlarla birlikdə Xızı rayon Polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Xızı RPŞ-nin inzibati binasına gəlmiş, şöbədə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olması izah edilərək, vəkil siyahısı təqdim edilmiş, vəkil dəvət edildikdən sonra müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulması elan edilərək hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış istintaq hərəkəti aparılacağı bildirilmiş və eləcə də, üzərində qanunsuz saxladığı əşya və ya predmeti könüllü təqdim etməsi təklif edilmişdir. O da, əynindəki qara rəngli gödəkçənin sağ qolunun üzərində yerləşən gizli cibdən içərisində “şüşə”, yəni “metamfetamin” olan şəffaf sellofanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin psixotrop maddə vəkilinin iştirakı ilə müstəntiq tərəfindən möhürlənmiş zərfə qoyulmaqla qablaşdırılmış, daha sonra müstəntiq tərəfindən protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Bundan sonra, barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi açılmış, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Bundan bir müddət sonra, yəni 04 may 2021-ci il tarixdə Xızı rayonu, Sitalçay kəndində açıq ərazidə ətrafa səpələnmiş dəmir qırıntıları və plastik içki qablarını toplayarkən yerdə qızılı rəngli siqaret kağızı bükümünü görmüş və içərisinə baxdıqda narkotik vasitə olan “kakos” olmasını müəyyən etmişdir. Həmin vaxt ətrafa baxmış və şübhəli heç kim görünmədiyindən tapdığı bükülünü əynində olan cins şalvarın yan cibinə qoymuş, axşam vaxtlarında ağrıları başladığı üçün tapmış olduğu narkotik vasitə olan kakosun az bir hissəsini götürüb istifadə etmiş və yenidən əynində olan cins şalvarın yan cibinə qoymuşdur. Səhəri gün, yəni 05 may 2021-ci il tarixdə, saat 13:30 radələrində yenidən Xızı rayonu, Sitalçay kəndi ərazisinə dəmir qırıntıları toplamaq üçün əraziyə çıxmış, təxminən 1-2 saata yaxın vaxt keçdikdən sonra qəbiristanlığın yaxınlığında açıq ərazidə hərəkət edərkən qəflətən arxa tərəfdən gələn iki nəfər şəxs onun qolundan tutub saxlamışdır. Həmin şəxslərdən biri mülki, digəri isə polis geyimində olmuş, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirdiyinə görə saxlanılmasını və şübhəli şəxs qismində tutulması izah edilmişdir. Daha sonra, onun saxlanıldığı yerə digər polis əməkdaşları da gəlmiş, tutulması ilə əlaqədar hüquqlarının müdafiəsi üçün ona təqdim edilən vəkillər siyahısından Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi seçmiş, həmin vəkil onun saxlanıldığı yerə qısa zaman ərzində dəvət olunmuş və bütün hüquqları ona izah edilmişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılacağı, axtarışın video görüntüyə alınacağı qeyd edilmiş, çəkiliş altında ondan ilkin olaraq üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulmuş, varsa digər əşyalarla birlikdə könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmişdir. O da, tapdığı bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə olan narkotik vasitə olan “kakosu” əynində olan cins şalvarın sağ yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra, polis əməkdaşları onlara təqdim etdiyi narkotik vasitəni zərfə qoyaraq qablaşdırmış və üzərindən aşkar olunmuş narkotik vasitəyə dair protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunduqdan sonra imzası ilə düzgünlüyünü təsdiq etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin və himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin Növbətçi hissəsinin məsul növbətçisi Şahid3 ifadəsində göstərdi ki, 18 mart 2021-ci il tarixdə, saat 17:00 radələrində Xızı RPŞ-də xidmətdə olarkən RPŞ-nin Cinayət axtarışı bölməsinin və Narkotiklərlə mübarizə qrupunun əməkdaşları Xızı rayonu, Sitalçay kənd sakini Təqsirləndirilən şəxs Xızı RPŞ-nin Növbətçi hissəsinə gətirmiş, sonuncunun müdafiə hüquqlarının həyata keçirilməsi məqsədilə vəkillər siyahısı təqdim edilmiş və həmin siyahıdan saxlanılan səxs tərəfindən seçilmiş Siyəzən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X2 RPŞ-ə dəvət olunmuşdur. Bundan sonra, həmin vaxt RPŞ-nin İstintaq Qrupunun müstəntiqi işləmiş Niyaməddin Bağırlı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra şübhəli şəxsə tutulmanın səbəbi və bununla əlaqədar Azərbaycan Respublikası CPM-in 246-cı maddəsinə əsasən üzərində şəxsi axtarış istintaq hərəkəti aparılacağı bildirilmişdir. Bundan sonra, həmin şəxsə üzərində hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə vardırsa, könüllü olaraq təqdim etməsi ona təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ qolunun üzərindəki cibdən bir ədəd şəffaf rəngli kiçik sellofan torbanın içərisindəki ağ rəngli kağıza bükülü halda, özünün “şüşə” olaraq adlandırdığı ağ rəngli kristalşəkilli psxiotrop maddə olan metamfetamini onlara təqdim etmişdir. Həmin maddə barədə şübhəli şəxsdən soruşulduqda o, saxlanılmamışdan bir gün əvvəl, yəni 17 mart 2021-ci il tarixdə, səhər saatlarında yaşadığı Sitalçay kəndi ərazisində yol kənarında zibil tullantılarını təmizləyərkən yerdən tapmasını, 2002-ci ildən narkotik vasitə istifadə etdiyi üçün həmin maddənin psixotrop maddə olmasını başa düşərək sonra istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra, müstəntiq tərəfindən müvafiq protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Xızı RPŞ-nin CAB-na Xızı rayonu, Sitalçay kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən 05 may 2021-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmış və bu barədə şöbə rəhbərliyinə raportla məruzə olunaraq məlumatın Xızı RPŞ-nin Növbətçi Hissəsində olan cinayətlərə dair məlumatların 1 nömrəli qeydiyyatı kitabında qeydə alınması təmin olunmuşdur. Bundan sonra, elə həmin gün saat 15:00 radələrində RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Fərid Rüstəmov və CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birgə Xızı rayonu, Sitalçay kəndində əməliyyat-istintaq tədbiri həyata keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs kənd qəbiristanlığının yanında, düzənlik ərazidə saxlanılmış, ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs olması elan olunmuş və müdafiə hüquqlarının həyata keçirilməsi məqsədilə Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi dəvət olunmuşdur. Daha sonra, RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Fərid Rüstəmov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, tutulmanın səbəbi və bununla əlaqədar Azərbaycan Respublikası CPM-in 246-cı maddəsinə əsasən üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli siqaret kağızı bükülüsü çıxarıb təqdim etmiş və həmin bükülünün arasında narkotik vasitə “kokos” olmasını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Sitalçay kəndində yaşayır və Təqsirləndirilən şəxs onun oğludur. Səfər əvvəllər də iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra Sitalçay kəndinə qayıtmış və onunla birlikdə, eyni ünvanda yaşamışdır. Səfər təxminən 10 ildir narkotik vasitə istifadəçisidir və bir neçə dəfə narkotik vasitə asılılığından qurtarmaq üçün narkoloji dispanserdə müalicə də almışdır. Lakin, həmin müalicələrin heç bir nəticəsi olmamış və Səfər narkotik vasitə istifadəsinə davam etmişdir. O, narkotik vasitə istifadəsini dayandırmaq üçün dəfələrlə oğlu Səfərlə söhbət aparsa da, bu söhbətlərin hər hansı bir nəticəsi olmamışdır. Səfərin narkotik vasitəni haradan və necə əldə etməsi barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-93-cü vərəqələrində olan 18 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli qış gödəkçəsinin sağ qolunun üzərində yerləşən cibdən şəffaf sellofan paketin içərisindən ağ rəngli kağız bükülünü çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-25-ci vərəqələrində olan 05 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı kəsiyini çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 103-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli, 6/1119 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 131” dairəvi möhür əksi olan, üzərində “Qablaşdırdı Xızı RPŞnin İQ-nin müstəntiqi imza N.Bağırlı ...” yazılan zərfdə təmiz çəkisi 1,395 qram olan ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na (Siyahı İİ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1,345 qram təşkil etmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 88,70 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 40-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2021-ci il tarixli, 6/1873 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,240 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,190 qram təşkil etmişdir. Cinayət işinin 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 81,82 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 134-cü, 222-223-cü vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin 20 mart 2021-ci il tarixli və 23 iyun 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkisi 1,345 qram təşkil edən psixotrop maddə olan metamfetamin və qalıq çəkisi 0,190 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 181-182-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 31 mart 2021-ci il tarixdə verilmiş 907 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 148-150-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 mart 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan 18 mart 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 125-126-cı vərəqələrində olan 20 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 15-16-cı vərəqələrində olan 05 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 210-211-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 4(068)-07/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 251-269-cı vərəqələrində olan 26 iyun 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham, həmçinin, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 185-186-cı vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 aprel 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcə də işin 131-133-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, himayəsində 15 avqust 2004-cü il təvəllüdlü Ədilə, 14 iyul 2006-cı il təvəllüdlü Bahar və 10 iyun 2015-ci il təvəllüdlü İsa adında üç övladı olan Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə ailə üzvlərindən şikayət daxil olmaqla, mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində üç övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdən 20 mart 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 05 may 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,345 qram təşkil edən psixotrop maddə olan metamfetamin və qalıq çəkisi 0,190 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 170,52 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 05 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,345 qram təşkil edən psixotrop maddə olan metamfetamin və qalıq çəkisi 0,190 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 170,52 (yüz yetmiş manat əlli iki qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142593, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ**********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-37/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-37/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver