Məhkəmə qərarları › İş №1(068)-38/2021

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-38/2021

16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-38/2021 16.09.2021 XIZI RAYON MƏHKƏMƏSİ X7 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş, Neftçala rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 318.2-ci maddəsi ilə və xx xxxxxxx 1987-ci il tarixdə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rusiya Federasiyasına qəsdən 07 may 2021-ci il tarixdə, saat 21 radələrində iki ədəd «Yamaha-250» mühərriki ilə təchiz edilmiş qayıqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin X4 rayonunda yerləşən X5 «Yaşma» SNB-nin Xəzər dənizindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına qanunsuz keçmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rusiya Federasiyasına qəsdən 07 may 2021-ci il tarixdə, saat 21 radələrində iki ədəd «Yamaha-250» mühərriki ilə təchiz edilmiş qayıqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin X4 rayonunda yerləşən X5 «Yaşma» SNB-nin Xəzər dənizindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına qanunsuz keçmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Yenikənd kəndində yaşayır və uzun müddətdir iş tapa bilmədiyindən maddi vəziyyəti yaxşı olmamışdır. Bu səbəbdən də, bu ilin may ayının əvvəllərində dənizə çıxaraq balıq tutmaq və tutduğu balıqları bazarda sataraq ailəsini dolandırmaq qərarına gəlmişdir. Əvvəllər də, balıqçılıqla məşğul olduğundan balığın ən çox Rusiya ərazisində yaxşı olduğunu bilmişdir. Buna görə də, Rusiya Federasiyasının ərazisinə keçərək balıq ovlamaq üçün tor atmağı qətiləşdirmişdir. Bu məqsədlə də, 07 may 2021-ci il tarixdə, saat 12:00 radələrində həmyerlisi və tanışı Təqsirləndirilən şəxs2 zəng edərək, balıq tutaraq qazanc əldə etməyi təklif etmiş, sonuncu da onunla razılaşmışdır. Belə ki, Fərrux ilə əvvəllər də, Bakı şəhəri Pirallahı rayonu istiqamətində matorlu qayıqla dənizə girərək balıq ovu ilə məşğul olduqlarından Fərrux ondan münasib iş olanda ona xəbər etməsini xahiş etmişdir. Həmin gün, yəni 07 may 2021-ci il tarixdə Fərruxa zəng etdikdən bir neçə saat sonra Bakı şəhərində «20 Yanvar» metrostansiyasının yaxınlığında görüşmüşlər. Bundan sonra, onlar birlikdə taksi ilə X6 qəsəbəsinə getmiş və həmin qəsəbədə yaşayan tanışı X2 motorlu qayıq olmasını bildiyindən, sonuncu ilə görüşmüşlər. O, Elşada dənizə çıxmağa görə rəsmi icazəsi olmasını bildirməklə, sonuncuda olan qayığı ayda 700 manata kirayəyə götürməyə razılaşmışlar. Daha sonra, onlar balıq ovlamaq üçün tor, GPS aparatı və ərzaq götürüb həmin qayığa qoymuş, onların xahişinə əsasən Elşad qayığı qoşquya taxıb, idarə etdiyi Pikap markalı avtomobillə onları və qayığı Xızı rayonu, Yaşma ərazisində dənizkənarında düşürmüş və ərazidən uzaqlaşmışdır. Bundan sonra, elə həmin gün saat 21:00 radələrində Təqsirləndirilən şəxs2la birlikdə qayıqla Xızı rayonu ərazisində yerləşən Yaşma yanalma körpüsündən dənizə çıxmışlar. Qayığı o, idarə etmiş, bir qədər getdikdən sonra GPS aparatına baxdıqda artıq dövlət sərhədindən qanunsuz olaraq Rusiya Federasiyasının ərazisinə keçmələrini görmüşdür. Rusiya ərazisinə keçdikdən sonra torları dənizə səpməklə, gözləməyə başlamışlar. Dənizə girdiklərinin növbəti günü, yəni 08 may 2021-ci il tarixdə günorta saatlarında Rusiya sərhədçilərinə məxsus bir kater onlara yaxınlaşmış və rus sərhədçiləri onlardan burada nə etdiklərini soruşmuşlar. O da ruslara balıq tutmalarını bildirmiş və tez GPS aparatını dənizə atmışlar. Bundan sonra, təxminən saat 15:00 radələrində ruslar onları saxlayıb, qayıqları ilə birlikdə Rusiyanın Kaspiysk limanına aparmışlar və 11 may 2021-ci il tarixədək onları həmin limanda saxlamışlar. Daha sonra, iki nəfər mülki geyimli şəxslər gələrək onları sorğu-sual etmiş və 11 may 2021-ci il tarixdə dənizdə Azərbaycan Respublikasının sərhədçilərinə təhvil vermişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də, himayəsində heç yerdə işləməyən arvadının və azyaşlı övladının olmasının nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Kürkənd kəndində yaşayır və uzun müddətdir iş tapa bilmədiyindən maddi vəziyyəti yaxşı olmamışdır. 07 may 2021-ci il tarixdə, saat 12:00 radələrində həmyerlisi və tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək, balıq tutaraq qazanc əldə etməyi təklif etmiş, o da, sonuncu ilə razılaşmışdır. Belə ki, Müşfiq ilə əvvəllər də, Bakı şəhəri Pirallahı rayonu istiqamətində matorlu qayıqla dənizə girərək balıq ovu ilə məşğul olduqlarından o, Müşfiqdən münasib iş olanda ona xəbər etməsini xahiş etmişdir. Həmin gün, yəni 07 may 2021-ci il tarixdə Müşfiq ilə Bakı şəhərində «20 Yanvar» metrostansiyasının yaxınlığında görüşmüşlər. Bundan sonra, onlar birlikdə taksi ilə X6 qəsəbəsinə getmiş və həmin qəsəbədə yaşayan Müşfiqin tanışı X2 motorlu qayıq olmasını bildiyindən, sonuncu ilə görüşmüşlər. Müşfiq Elşada dənizə çıxmağa görə rəsmi icazəsi olmasını bildirməklə, sonuncuda olan qayığı ayda 700 manata kirayəyə götürməyə razılaşmışlar. Daha sonra, onlar balıq ovlamaq üçün tor, GPS aparatı və ərzaq götürüb həmin qayığa qoymuş, onların xahişinə əsasən Elşad qayığı qoşquya taxıb, idarə etdiyi Pikap markalı avtomobillə onları və qayığı Xızı rayonu, Yaşma ərazisində dənizkənarında düşürmüş və ərazidən uzaqlaşmışdır. Bundan sonra, elə həmin gün saat 21:00 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə qayıqla Xızı rayonu ərazisində yerləşən Yaşma yanalma körpüsündən dənizə çıxmışlar. Qayığı Müşfiq idarə etmiş, bir qədər getdikdən sonra GPS aparatına baxdıqda artıq dövlət sərhədindən qanunsuz olaraq Rusiya Federasiyasının ərazisinə keçmələrini görmüşlər. Rusiya ərazisinə keçdikdən sonra torları dənizə səpməklə, gözləməyə başlamışlar. Dənizə girdiklərinin növbəti günü, yəni 08 may 2021-ci il tarixdə günorta saatlarında Rusiya sərhədçilərinə məxsus bir kater onlara yaxınlaşmış və rus sərhədçiləri ondan burada nə etdiklərini soruşmuşlar. O da ruslara balıq tutmalarını bildirmiş və tez GPS aparatını dənizə atmışlar. Bundan sonra, təxminən saat 15:00 radələrində ruslar onları saxlayıb, qayıqları ilə birlikdə Rusiyanın Kaspiysk limanına aparmışlar və 11 may 2021-ci il tarixədək onları həmin limanda saxlamışlar. Daha sonra, iki nəfər mülki geyimli şəxslər gələrək onları sorğu-sual etmiş və 11 may 2021-ci il tarixdə dənizdə Azərbaycan Respublikasının sərhədçilərinə təhvil vermişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də, himayəsində heç yerdə işləməyən arvadının və azyaşlı övladının olmasının nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 203-cü sərhəd gözətçi gəmisində xidmət edir. Neftçala rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iki ədəd «Yamaha 250» mühərrikli üzmə vasitəsi olan qayıqla Xəzər dənizindən daxil olmaqla, Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozaraq keçmələrinə görə Rusiya Federasiyasının sektorunda rusların sərhəd gözətçi gəmisi tərəfindən 08 may 2021-ci il tarixdə, saat 15:00 radələrində saxlanılmışlar. Bununla əlaqədar rəhbərlik tərəfindən verilmiş göstərişə əsasən Şahid2 ilə birlikdə xidmət etdikləri 203-cü sərhəd gözətçi gəmisi ilə dənizə çıxaraq saxlanılmış həmin iki nəfər şəxsləri və üzmə vasitəsini 11 may 2021-ci il tarixdə, saat 14:30 radələrində akt əsasında Rusiya Federasiyasının gözətçi gəmisindən təhvil almışlar. Təqsirləndirilən şəxs1ı və Təqsirləndirilən şəxs2 təhvil aldıqdan sonra onların suallarına cavab olaraq, həmin şəxslər balıq ovlamaq məqsədilə qeyri-qanuni yolla Rusiya Federasiyasının sektoruna daxil olduqlarını və bu səbəbdən də ruslar tərəfindən saxlanıldıqlarını bildirmişlər. Məhkəmə istintaqında Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 3-4-cü vərəqələrində olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Qərargah rəisinin saxlanılmış şəxslər barəsində 12 may 2021-ci il tarixli məktubundan və müvafiq raportdan görünür ki, 08 may 2021-ci il tarixdə, saat 15:00 radələrində Azərbaycan Respublikasının vətəndaşları, Neftçala rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iki ədəd «Yamaha-250» mühərrikli üzmə vasitəsi ilə Xəzər dənizində Azərbaycan Respublikası tərəfdən Rusiya Federasiyası istiqamətində dövlət sərhədini qeyri-qanuni yolla keçdikləri üçün Xəzər dənizinin Rusiya Federasiyasına məxsus sektor sularında Rusiya Federasiyası Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən sərhəd pozucusu qismində saxlanılmışlar. Saxlanılmış şəxslər və üzmə vasitəsi 11 may 2021-ci il tarixdə, saat 14:30 radələrində Rusiya Federasiyası Sahil Mühafizəsinin 558 bort nömrəli sərhəd gözətçi gəmisindən təhvil alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 28-29-cu vərəqələrində olan əraziyə baxış keçirilməsi haqqında 12 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 07 may 2021-ci il tarixdə, saat 21 radələrində qayıqla Xəzər dənizinə daxil olduqları ərazi Xızı rayonu, Yaşma qəsəbəsinin arxa aşağı tərəfindədir. Ərazi qeydiyyatda olan, lakin fəaliyyət göstərməyən «Yaşma» sahil nəzarət bölməsinin sağ cinahında 67-ci yanalma körpüsü ilə 68-ci yanalma körpüsünün kəsişməsində yerləşir. Ərazi boşluqdur və qumluqdur. Həmin ərazidən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «Yamaha-250» mühərrikli qayıqla Xəzər dənizinə daxil olaraq Rusiya Federasiyası istiqamətində hərəkət edərək dövlət sərhədini 41 56 7 48 46 E kordinantlarında pozub Rusiya Federasiyası tərəfə keçmişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 154-cü vərəqəsində olan 25 iyun 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, iki ədəd «Yamaha-250» mühərriki ilə təchiz edilmiş 01 ədəd qayıq cinayət işi üzrə maddi sübut kimi tanınmış və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 14-cü vərəqəsində olan 11 may 2021ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan və işin 57-ci vərəqəsində olan 12 may 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 11 may 2021-ci il tarixdə inzibati qaydada saxlanılmış, 12 may 2021-ci il tarixdə isə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106 və 128-ci vərəqələrində olan 14 may 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Bakı şəhəri Nərimanov RPİnin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-cü vərəqəsində olan 11 may 2021ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan və işin 38-ci vərəqəsində olan 12 may 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 11 may 2021-ci il tarixdə inzibati qaydada saxlanılmış, 12 may 2021-ci il tarixdə isə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 124 və 127-ci vərəqələrində olan 14 may 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Bakı şəhəri Nərimanov RPİnin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 155-159-cu vərəqələrində olan 09 iyul 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 14 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham, həmçinin, barələrində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası CM-in 206-cı və 256-cı maddələrinin tərkib əlamətləri olmadığından onların barəsində həmin maddələr ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 142-ci vərəqəsində olan Neftçala Rayon İcra Hakimiyyəti başçısının Bankə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 may 2021-ci il tarixdə verilmiş arayışdan eləcədə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Nağıyev X1 rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, Neftçala şəhərində yaşayır və himayəsində 27 may 2010-cu il təvəllüdlü Dəniz adında bir yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 145-146-cı vərəqələrində olan Neftçala Rayon İcra Hakimiyyəti başçısının Kürkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 27 may 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcədə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, himayəsində 01 oktyabr 2017-ci il təvəllüdlü Bayram adında bir azyaşlı övladı olan Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs2 barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.4-cü bəndinə əsasən şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsi tövsiyə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunanları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, hadisədən sonrakı davranışlarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə real cəza təyin ediləcəyi halda onların maddi yardımı ilə yaşayan ailə üzvləri maddi və mənəvi mərhumiyyətlərə məruz qala bilər, bu səbəbdən də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi və barələrində CM-nin 70-ci maddəsi tədbiq edilərək əsas cəzanın şərti olaraq tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 08 may 2021-ci il tarixdə, saat 15:00 radələrində sərhəd pozucusu qismində saxlanılmaqla, azadlıq hüquqlarının məhdudlaşdırılması, daha sonra azad edilməyərək 11 may 2021-ci il tarixdə inzibati qaydada saxlanılmaları, 12 may 2021-ci il tarixdən isə 14 mart 2021-ci il tarixə kimi Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmaları nəzərə alınmalı, onların həbsdə saxlanıldığı 06 (altı) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və onlara təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi və ümumiyyətlə hökmün icrası onların yaşayış yeri üzrə Neftçala rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində saxlanılan, iki ədəd «Yamaha-250» mühərriki ilə təchiz edilmiş 01 ədəd qayıq sahibi X3 qaytarılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 azadlıq hüququnun məhdudlaşdırılmaqla, həbsdə saxlanıldığı 06 (altı) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində tətbiq edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi və ümumiyyətlə hökmün icrası onun yaşayış yeri üzrə Neftçala rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 azadlıq hüququnun məhdudlaşdırılmaqla, həbsdə saxlanıldığı 06 (altı) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində tətbiq edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi və ümumiyyətlə hökmün icrası onun yaşayış yeri üzrə Neftçala rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində saxlanılan, iki ədəd «Yamaha-250» mühərriki ilə təchiz edilmiş 01 ədəd qayıq sahibi X3 qaytarılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar