Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 1(068)-38/2022 12.10.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1991-ci ildə Laçın rayonu Vağazin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu Vağazin kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində ORS-nin həyətində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə, saat 13:30 radələrində Xızı rayonu, Sitalçay kəndi ərazisində idarə etdiyi “Howo” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə torpaq yolla karxana istiqamətində hərəkətdə olarkən qabaq tərəfdə eyni istiqamətdə Gədəbəy rayonu Samanlıq kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Shacman” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini ötüb keçdiyindən sonuncu həmin manevri təhlükəli hesab edərək Təqsirləndirilən şəxs avtomobilini dayandırıb həmin yolun kənarında bir-biri ilə həmin səbəbdən mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs etdiyi təhlükəli ötmə hərəkətinə görə söyülməli şəxs olduğunu bildirdiyindən Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs çənə nahiyyəsindən bir dəfə qəsdən yumruq zərbəsi vurub ona “çənəaltı nahiyənin əzilmişcırılmış yarası” xəsarəti ilə müşayiət olunan, sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayından etibarnamə əsasında idarə etdiyi “Howo” markalı, **- TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xızı rayonu Sitalçay kəndində yerləşən karxanadan təmir-tikintisi aparılan Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsinə dağ materialı daşımaqla məşğul olmuşdur. 07 aprel 2022-ci il tarixdə, günorta saatlarında idarə etdiyi həmin yük avtomobili ilə Siyəzən rayonundan gəlib dağ materialı gətirmək üçün Xızı rayonu Sitalçay kəndində yerləşən karxana istiqamətində getmişdir. Saat 13:30 radələrində idarə etdiyi avtomobillə hərəkətdə olarkən karxanaya çatmağa təxminən bir kilometr məsafə qalmış əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş Məhəmməd adlı şəxs idarə etdiyi “Shacman” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə çox aşağı sürətlə hərəkət etmişdir. Bu səbəbdən o, avtomobili ilə sol tərəfdən ötmə əməliyyatı aparıb həmin yük avtomobilini ötüb keçmiş və hərəkətinə davam etmişdir. O, sol yan güzgüdən Məhəmmədin işıq siqnalları ilə avtomobilini dayandırmaq barədə ona işarə verdiyini görmüşdür. Bundan sonra o, avtomobilini yolun kənarında dayandırıb aşağı düşmüş və Məhəmməd ona ötmə əməliyyatını düzgün yerinə yetirmədiyini, avtomobilinin sol yan güzgüsünü sındıra biləcəyini demişdir. Bundan sonra o, Məhəmmədə məxsus yük avtomobilinin yan güzgüsünə baxmış, həmin güzgünün yerində olduğunu, sınmadığını görmüş və sonuncuya avtomobilinin güzgüsünü sındırmadığını, ötmə əməliyyatını düzgün icra etdiyini demişdir. Həmin vaxt o, Məhəmmədə avtomobili yolu kəsdiyi üçün karxanaya getmələrini və orada söhbət etmələrini demişdir. Məhəmməd onunla razılaşmışdır. Daha sonra o, avtomobilinə əyləşib karxananın girişinə getmiş, Məhəmməd də idarə etdiyi avtomobillə oraya gəlmişdir. Bu zaman o, Məhəmmədə ötmə hərəkətinin ona xoş getmədiyi halda üzr istədiyini, avtomobilinə hər hansı bir maddi ziyan dəymədiyini bildirərək, “mən gedirəm, amma arxamca mənə söymə” demişdir. Məhəmməd isə ona “sən söyülməli adamsan, söyülməli adama söyərlər” demiş, bu səbəbdən aralarında mübahisə yaranmış və sonuncu onun ünvanına nalayiq söyüş söymüşdür. Bundan sonra o, əli ilə Məhəmmədin çənə nahiyyəsindən bir dəfə yumruq zərbəsi vurmuş və yük avtomobilinə əyləşib karxanaya daxil olmuşdur. Daha sonra o, avtomobilinə dağ materialı yüklətdirmiş və həmin materialı Siyəzən rayonuna aparmışdır. Materialı boşaltdıqdan sonra Xızı rayonu Giləzi qəsəbəsinə qayıdarkən Xızı rayon Polis Şöbəsinin əməkdaşları ona Məhəmmədin onun barəsində şikayət etdiyini deyərək, onu polis şöbəsinə gətirmiş və izahatını almışlar. Hazırda əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayından etibarnamə əsasında idarə etdiyi “Shacman” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü işləmişdir. 2022-ci ilin aprel ayında həmin avtomobillə Xızı rayonu Sitalçay kəndində yerləşən karxanadan təmir-tikintisi aparılan Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsinə dağ materialı daşımaqla məşğul olmuşdur. 07 aprel 2022-ci il tarixdə, günorta saatlarında idarə etdiyi həmin yük avtomobili ilə dağ materialı gətirmək üçün Xızı rayonu Sitalçay kəndində yerləşən karxana istiqamətində hərəkət etmişdir. Saat 13:30 radələrində idarə etdiyi avtomobillə hərəkətdə olarkən karxanaya çatmağa təxminən bir kilometr məsafə qalmış əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi “Howo” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə arxa tərəfdən gəlib sol tərəfdən onun avtomobilini ötmüşdür. Yol dar olduğu üçün Fazil idarə etdiyi avtomobili ilə onu yolda sıxışdırmış və avtomobilinin yaxın məsafəsindən keçmişdir. Fazil təhlükəli ötmə əməliyyatı etdiyi üçün sonuncudan nə səbəbə belə hərəkət etdiyini soruşmaq qərarına gəlmişdir. Bu məqsədlə də, idarə etdiyi avtomobilin işıqları ilə Fazilə dayanmaq barədə işarə vermiş, sonuncu da, idarə etdiyi yük avtomobilini dayandırmışdır. Bu zaman o, Fazildən nə səbəbə təhlükəli ötmə etdiyini soruşmuş, eləcə də avtomobilinin yaxın məsafəsindən keçdiyini deyərək ehtiyatlı olmasını xahiş etmişdir. Həmin vaxt Fazil ona avtomobilinə dəymədiyini və yolnəqliyyat hadisəsi törətmədiyini, həmçinin avtomobillərlə yolu bağladıqlarını, yolu açıb karxana tərəfə getmələrini, orada məsələni aydınlaşdırmağı demişdir. Bundan sonra o, avtomobilinə əyləşib karxananın girişinə getmiş, Fazil də idarə etdiyi avtomobillə oraya gəlmiş və aralarında mübahisə düşmüşdür. Həmin vaxt Fazil qəfildən yumruqla onun çənəsindən bir dəfə zərbə vurmuş, o, müvazinətini itirib yerə yıxılmışdır. Daha sonra, Fazil avtomobilinə əyləşib karxanaya getmiş, o, istifadə etdiyi mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək Fazil tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bundan sonra, Xızı rayon Polis Şöbəsinin əməkdaşları gələrək onun şikayət ərizəsini almışlar. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında elan edilmiş işin 19-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X3» X5 canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında 25 aprel 2022-ci il tarixli, 12 nömrəli rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarət – çənəaltı nahiyənin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissəsinin (əl, təpik və s.) təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iclasında elan edilmiş işin 17-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 54-55-ci vərəqələrində olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayon üzrə sektoru tərəfindən 06 iyul 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Laçın rayonu Vağazin kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində ORS-nin həyətində yaşayır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-61-ci vərəqələrində olan 06 iyul 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 12 oktyabr 2022-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan ödənilmişdir, məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlində ağırlaşdırıcı halların müəyyən edilməməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla onun cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129,130,131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 175.2-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmçinin, məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39, 40, 43.3, 321.2.1, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(068)-38/2022
Xızı Rayon Məhkəməsi Qərar — İş №1(068)-38/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver