Məhkəmə qərarları › İş №1(068)-39/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-39/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-39/2022 14.12.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi3, xx xxxxxx 1986-cı ildə Oğuz rayonu, Şirvanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə, xx xxxxxxxx 1995-ci ildə Gədəbəy rayonu, Novoivanovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Novoivanovka kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 32.5, 180.1-ci maddəsi ilə, xx xxxxxx 2001-ci ildə Sabirabad rayonu, Bala- Həşimxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Bala-Həşimxanlı kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 32.5, 180.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 07 may 2022-ci il tarixdə, saat 22:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba avtomobil yolunun Xızı rayonu, Sitalçay kəndi ərazisindən keçən 63-cü kilometrliyinə gəlmiş, Təqsirləndirilən şəxs1 həmin yolun Quba rayonu istiqamətində sağ kənarında dayanaraq yolla hərəkət etmiş Zərərçəkmiş şəxs idarə etdiyi “Shacman” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandırıb Zərərçəkmiş şəxs qeyri-intim münasibət təklif edib 4 manat pulun müqabilində razılaşdıqdan sonra avtomobilin kabinasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1la qeyri-intim münasibətdə olarkən sonuncu Zərərçəkmiş şəxs gözü qarşısında əynində olan şalvarının cibindən 290 manat pul götürmüş, Zərərçəkmiş şəxs 290 manat pulunun götürüldüyünü gördüyündən Təqsirləndirilən şəxs1 pulunu geri tələb etsə də, sonuncu həmin məbləğ pulu qaytarmayaraq avtomobildən getməklə özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs 290 manat maddi ziyan vurmaqla qəsdən soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən tanışı Təqsirləndirilən şəxs1 özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirməsi üçün 07 may 2022-ci il tarixdə, saat 22:00 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı-Quba avtomobil yolunun Xızı rayonu, Sitalçay kəndi ərazisindən keçən 63-cü kilometrliyinə gəlmiş, Təqsirləndirilən şəxs1 həmin yolun Quba rayonu istiqamətində sağ kənarında dayanaraq yolla hərəkət etmiş Zərərçəkmiş şəxs idarə etdiyi “Shacman” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandırıb Zərərçəkmiş şəxs qeyri-intim münasibət təklif edib 4 manat pulun müqabilində razılaşdıqdan sonra avtomobilin kabinasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1la qeyri-intim münasibətdə olarkən sonuncu Zərərçəkmiş şəxs gözü qarşısında əynində olan şalvarının cibindən 290 manat pul götürmüş, Zərərçəkmiş şəxs 290 manat pulunun götürüldüyünü gördüyündən Təqsirləndirilən şəxs1 pulunu geri tələb etsə də, o, sonuncunun həmin məbləğ pulu qaytarmamasına kömək etmiş, sonra isə o, Təqsirləndirilən şəxs3la birlikdə Təqsirləndirilən şəxs1 avtomobillə hadisə yerindən götürüb apararaq Təqsirləndirilən şəxs1 özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs 290 manat maddi ziyan vurmaqla qəsdən soyğunçuluq etməsinə kömək etmişdir. Təqsirləndirilən şəxs3 qəsdən tanışı Təqsirləndirilən şəxs1 özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirməsi üçün 07 may 2022-ci il tarixdə, saat 22:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba avtomobil yolunun Xızı rayonu, Sitalçay kəndi ərazisindən keçən 63-cü kilometrliyinə gəlmiş, Təqsirləndirilən şəxs1 həmin yolun Quba rayonu istiqamətində sağ kənarında dayanaraq yolla hərəkət etmiş Zərərçəkmiş şəxs idarə etdiyi “Shacman” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandırıb Zərərçəkmiş şəxs qeyri-intim münasibət təklif edib 4 manat pulun müqabilində razılaşdıqdan sonra avtomobilin kabinasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1la qeyri-intim münasibətdə olarkən sonuncu Zərərçəkmiş şəxs gözü qarşısında əynində olan şalvarının cibindən 290 manat pul götürmüş, Zərərçəkmiş şəxs 290 manat pulunun götürüldüyünü gördüyündən Təqsirləndirilən şəxs1 pulunu geri tələb etsə də, o, sonuncunun həmin məbləğ pulu qaytarmamasına kömək etmiş, sonra isə o, Təqsirləndirilən şəxs2la birlikdə Təqsirləndirilən şəxs1 avtomobillə hadisə yerindən götürüb apararaq Təqsirləndirilən şəxs1 özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs 290 manat maddi ziyan vurmaqla qəsdən soyğunçuluq etməsinə kömək etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Oğuz rayonu Şirvanlı kəndində doğulmuş və 14 yaşınadək həmin kənddə yaşamışdır. Kiçik yaşlarından onun cinsi fəaliyyəti aktiv olmamışdır. O, Bakı şəhərinə gəlmiş və müxtəlif ünvanlarda kirayə yaşayıb pul müqabilində ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olmuşdur. Təxminən bir il əvvəl homoseksual tanışları ilə birlikdə Bakı-Quba yoluna gəlib həmin yolun Sumqayıt şəhəri, Xızı, Siyəzən və Xaçmaz rayonlarından keçən hissəsində asfalt yolun kənarında dayanaraq fəaliyyətini həyata keçirib pul qazanmışdır. Əvvəllər yük avtomobillərinin sürücüləri bir dəfə oral seks etdikdən sonra 10 manat pul versələr də, son vaxtlar sürücülər bu cür seksdən imtina etmiş və 10 manat pul deyil daha az məbləğ verməyə razı olmuşlar. Bu isə onu qane etməmiş, pul qazana bilməmiş, dolanışığını təmin edə bilməmişdir. O, Sabirabad rayonu Bala Həşimxanlı kənd sakini Təqsirləndirilən şəxs3 əvvəlcədən tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs3 onun yaşadığı həyət evinin qonşuluğunda yaşamış və xoşu gəldiyi üçün sonuncu ilə tanış olmuşdur. Eyni zamanda, Gədəbəy rayonu Novo İvanovka kənd sakini Təqsirləndirilən şəxs2 da 2022-ci ilin fevral ayında tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhərində Bolt taksi şirkətində özünə məxsus avtomobillə taksi işləmişdir. O, Bolt taksi şirkətindən taksi sifariş verərkən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə onun sifarişini yerinə yetirmiş, onu mənzil başına aparmış, həmin vaxtdan Vəzirlə tanış olmuşdur. O, İltifat və Vəzirlə tanış olduqdan sonra yük avtomobillərinin sürücüləri ilə oral sekslə məşğul olan zaman sürücülərin ciblərində, avtomobillərində olan pulları götürmək qərarına gəlmişdir. O, Vəzirə və İltifata ona kömək edərək, onu Bakı- Quba avtomobil yoluna aparmalarını, yük avtomobillərinin sürücüləri ilə qeyri-intim münasibətdə olarkən yaxınlıqda gözləmələrini xahiş etmiş və əldə etdiyi puldan taksi pulundan əlavə olaraq artıq pul verəcəyini onlara demişdir. Bundan sonra o, əvvəllər bir neçə dəfə Vəzirin idarə etdiyi avtomobillə İltifatla birlikdə Bakı-Quba yolunun Sumqayıt şəhəri, Xızı rayonu və Siyəzən rayonlarından keçən hissəsinə gəlmiş, həmin vaxt o, yük avtomobillərinin sürücüləri ilə qeyri-intim münasibətdə olmuş və qarşılığında pul almışdır. Lakin, əvvəllər hər hansı bir şəxsin pulunu gizli və ya açıq yolla talamamışdır. 07 may 2022-ci il tarixdə günorta saatlarında Vəzirə idarə etdiyi avtomobillə onu Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsinə gətirməsini demişdir. Vəzir onu həmin yola gətirməyə razı olmuşdur. Həmin gün saat 20:00 radələrində Vəzir idarə etdiyi etdiyi “Opel Astra” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu və İltifatı Bakı- Quba yolunun Xızı rayonu Sitalçay kəndindən keçən hissəsinə gətirmişdir. O, qadın paltarında olmuş və başına uzun saçlı parik qoymuşdur. O, avtomobildən düşərək yolun kənarında dayanmışdır. Vəzir və İltifat isə avtomobildən düşməmişlər. Sutkanın qaranlıq vaxtı olduğu üçün istifadə etdiyi mobil telefonun işığı ilə yük avtomobillərinin sürücülərinə işarə vermişdir. Saat 22:00 radələrində əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş Zərərçəkmiş şəxs idarə etdiyi “Shacman” markalı yük avtomobili yolun kənarında dayanmış və Əflatun əli ilə işarə edib onu yanına çağırmışdır. O, avtomobilin qapısını açıb içəri daxil olmuş və sürücüyə 10 manat pulun müqabilində oral seksi edəcəyini demişdir. Əflatun isə ona 2 manat pul verəcəyini demişdir. O, razılaşmış və Əflatunla qeyri-intim münasibətdə olmuşdur. Həmin vaxt o, əlini Əflatunun aşağı çəkdiyi şalvarının cibinə salmış və cibindəki pulun hamısını götürmüşdür. Əflatun pulunu götürdüyünü görmüş və pulu qaytarmağını tələb etmişdir. Lakin o, Əflatunun pulunu qaytarmamış və avtomobildən aşağı düşmüşdür. Əflatun onun arxasınca gəlməyə başlamışdır. Bundan sonra, Vəzir və İltifat Əflatuna yaxınlaşıb onu müdafiə etməyə başlamışlar. Əflatun ondan pulunu tələb etsə də, Vəzir və İltifat onda pul olmadığını, uzaqlaşıb getməsini Əflatuna demişlər. Daha sonra, Əflatun avtomobilini idarə edərək oradan getmişdir. O, Vəzirin avtomobilinə əyləşmiş, pulun bir ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq və iki ədəd 20 manatlıq əskinaslardan ibarət olduğunu, cəmi 190 manat pulun olduğunu görmüşdür. Bir neçə dəqiqə sonra Əflatun yenidən avtomobili ilə onların yanına qayıtmış, ona cibindən 290 manat pul götürdüyünü demiş və həmin pulu qaytarmağını, əks halda polisə şikayət edəcəyini demişdir. Lakin, onlar Əflatuna pul olmadığını, yoluna davam etməsini, yanlarından getməsini demişlər. Bundan sonra, Əflatun avtomobildən dəmir boru götürüb onlara hücum edərək, əlindəki dəmir boru ilə Vəzirin avtomobilinin ön alın şüşəsinə zərbə ilə vurub sındırmış və pulunu qaytarmalarını tələb etmişdir. Lakin o, sürücünün pulunu qaytarmamış, Vəzir avtomobili idarə edərək hadisə yerindən uzaqlaşmış və Bakı şəhərinə getmişlər. 08 may 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə olarkən Xızı rayon Polis Şöbəsinin əməkdaşları gələrək onu saxlamış və onu polis şöbəsinə gətirib təhqiqatçıya təhvil vermişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək vurulmuş maddi ziyanın ödənilməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Opel Astra” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Bolt” taksi şirkətinə qoşulmuş və Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 2022-ci ilin fevral ayında tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 bir neçə dəfə idarə etdiyi avtomobillə sifariş verdiyi ünvana aparmışdır. Həmin vaxt Anar ona gecə saatlarında rayonlara gedən avtomobil yollarına çıxdığını, orada dayanıb yük avtomobillərin sürücülərinə qeyri-intim münasibət təklif etdiyini, təklifini müsbət qarşılamış şəxslə 10 manat pulun müqabilində qeyri-intim münasibətdə olduğunu, bu yolla pul qazandığını və dolanışığını təmin etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri və Xızı rayonundan keçən hissəsinə gətirmişdir. Anar onun avtomobillə dayandığı yerdən uzaqlaşıb yolun kənarında dayanmışdır. Anarla qeyri-intim münasibətdə olmaq istəmiş sürücülər avtomobilini dayandırıb yolun kənarında və ya avtomobilin içərisində Anarla qeyri-intim münasibətdə olmuşdur. Anar təxminən üç-dörd saat müddətində yolun kənarında dayanıb bir neçə nəfər şəxslə qeyri-intim münasibətdə olmuşdur. O, isə Anarı gözləmiş, sonda isə Bakı şəhərinə yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs1 taksi kimi onun yol pulunu vermişdir. 2022-ci ilin aprel ayında Anar ona İltifat adlı şəxslə tanış olub birlikdə yaşadığını, İltifatla birlikdə ona kömək etmələrini, sutkanın qaranlıq vaxtı onu magistral avtomobil yollarına aparmalarını, yük avtomobillərinin sürücüləri ilə qeyri-intim münasibətdə olarkən yaxınlıqda gözləmələrini bildirmiş, əldə edəcəyi puldan taksi pulundan əlavə olaraq ona artıq pul verəcəyini demişdir. O, da Anarın təklifi ilə razı olmuşdur. 07 may 2022-ci il tarixdə günorta saatlarında Anar və İltifatla birlikdə olarkən Anar ona sutkanın qaranlıq vaxtı Anarı Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsinə aparmasını və həmin yolda fəaliyyət göstərəcəyini demişdir. Həmin gün saat 19:00 radələrində Anarı və İltifatı Bakı şəhərindən götürüb idarə etdiyi “Opel Astra” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba avtomobil yolunun Xızı rayonu Sitalçay kəndindən keçən hissəsinə gəlmişlər. Saat təxminən 20:00 radələri olmuş, hava qaralmış və güclü yağış yağmışdır. Bir neçə dəqiqə sonra Anar avtomobildən düşmüş və qabaq tərəfə hərəkət edib yolun kənarında dayanmışdır. O və İltifat isə avtomobildə əyləşib Anarı gözləmişlər. Anar əlindəki telefonun işığı ilə yolda hərəkət etmiş avtomobillərə işarə verməyə başlamışdır. Saat 22:00 radələrində Quba istiqamətində hərəkətdə olmuş “Shacman” markalı avtomobil yolun kənarında dayanmış, aralarında təxminən 25-30 metr məsafə olmuşdur. Anar həmin avtomobilin kabinasına, sürücünün yanına daxil olmuşdur. Təxminən 10 dəqiqə sonra Anarın yüksək səsinin gəldiyini və sürücü ilə mübahisə etdiyini eşitmişdir. Bundan sonra, Anar həmin yük avtomobilindən düşərək, onların yanına gəlmiş, lakin sürücü, yəni əvvəllər tanımadığı istintaq zamanı adı ona məlum olmuş Zərərçəkmiş şəxs avtomobildən düşməmiş, avtomobilini idarə edib oradan uzaqlaşmışdır. Bir neçə dəqiqə sonra isə Zərərçəkmiş şəxs idarə etdiyi “Shacman” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmişdir. Əflatun ona məxsus avtomobilin dövlət qeydiyyat nişanına diqqət yetirmiş, yenidən avtomobilini idarə edib digər tərəfdə dayanmışdır. Bundan sonra, Əflatun avtomobildən düşüb əlində dəmir boru ilə onlara yaxınlaşmışdır. O, Əflatundan nə baş verdiyini, nə üçün avtomobilinə diqqət yetirdiyini soruşmuşdur. Əflatun qeyri-intim münasibətdə olduğu şəxsin, yəni Anarın onun cibindən 290 manat pulunu götürdüyünü, həmin pulu qaytarmalarını, əks halda idarə etdiyi yük avtomobili ilə asfalt yolu bağlayıb polis çağıracağını, onun avtomobilinin nömrəsini yadında saxladığını demişdir. Lakin, onlar Əflatunun pulunu qaytarmamış, Əflatuna yalan olaraq Anarda pulun olmadığını, yanlarından çıxıb getməsini bildirmişlər. Daha sonra o, avtomobilini idarə edib hərəkətə başlayarkən Əflatun əlindəki dəmir boru ilə bir-iki dəfə avtomobilinin ön alın şüşəsinə, arxa qapının şüşəsinə və tavana zərbələr endirmişdir. Onun avtomobilin arxa qapısının şüşəsi sınmış, ön alın şüşəsi isə çatlamışdır. O, avtomobilini dayandırmamış və hərəkətinə dava etmişdir. Bundan sonra o, Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə Anar və İltifatı düşürüb yaşadığı evə getmişdir. 08 may 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri 8-ci kilometr maşın bazarında avtomobili üçün 125 manat pula bir ədəd ön alın şüşəsi almış və sınmış şüşəni dəyişdirmişdir. Həmin gün saat 15:00 radələrində Bakı şəhərindən Ağcabədi rayonuna gedərkən yolda polis əməkdaşları onun avtomobilini dayandırmışlar. Polis əməkdaşları onu əvvəlcə Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə, oradan isə Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək vurulmuş maddi ziyanın ödənilməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sabirabad rayonu Bala Həşimxanlı kəndində yaşamış və 2022-ci ilin yanvar ayında işləmək üçün Bakı şəhərinə gəlmişdir. Bundan sonta, Bakı şəhəri 28 may metrosunun yaxınlığında yerləşən mebel mağazasında fəhlə işləmiş və Abşeron rayonu Masazır qəsəbəsində kirayə tutduğu evdə yaşamışdır. Həmin vaxt o, homoseksual Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 onun kirayə yaşadığı evin qonşuluğunda yerləşən evdə yaşamışdır. Yaşadığı evin sahibi Əzizə adlı qadın Anarın yaşamaq üçün evinin olmadığını demiş, Anarın təxminən 5- 6 gün müddətində onunla birlikdə qalmasına razı olmağını xahiş etmişdir. O, Anarın müvəqqəti olaraq onunla eyni evdə yaşamasına razı olmuşdur. Təqsirləndirilən şəxs1 onunla eyni evdə qalarkən o, sonuncunun kişi cinsli şəxs olsa da, homoseksual olduğunu bilmişdir. Bundan sonra, Anar ona Təqsirləndirilən şəxs2 adlı tanışının olduğunu, Vəzirin “Opel Astra” markalı avtomobillə taksi işlədiyini, sonuncu idarə etdiyi avtomobillə Anarı asfalt yola aparıb-gətirdiyini bildirmişdir. 07 may 2022-ci il tarixdə, saat 20:00 radələrində o və Anar Vəzirin idarə etdiyi “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba avtomobil yolunun Xızı rayonu Sitalçay kəndindən keçən hissəsinə gəlmişlər. Bundan sonra, Anar avtomobildən düşmüş və yolun digər tərəfinə keçmiş, onunla Vəzir isə avtomobildə əyləşmişlər. Anar əlindəki telefonun işığı ilə yolda hərəkət etmiş avtomobillərə işarə verməyə başlamışdır. Saat 22:00 radələrində Quba istiqamətində hərəkətdə olmuş “Shacman” markalı avtomobil yolun kənarında dayanmış, aralarında təxminən 25-30 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs1 həmin avtomobilin kabinasına, sürücünün yanına daxil olmuşdur. Təxminən 10 dəqiqə sonra Anarın yüksək səsinin gəldiyini və sürücü ilə mübahisə etdiyini eşitmişdir. Bundan sonra, Anar həmin yük avtomobilindən düşərək, onların yanına gəlmiş, lakin sürücü, yəni əvvəllər tanımadığı istintaq zamanı adı ona məlum olmuş Zərərçəkmiş şəxs avtomobildən düşməmiş, avtomobilini idarə edib oradan uzaqlaşmışdır. Bir neçə dəqiqə sonra isə Zərərçəkmiş şəxs idarə etdiyi “Shacman” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmişdir. Əflatun Vəzirə məxsus avtomobilin dövlət qeydiyyat nişanına diqqət yetirmiş, yenidən avtomobilini idarə edib digər tərəfdə dayanmışdır. Bundan sonra, Əflatun avtomobildən düşüb əlində dəmir boru ilə onlara yaxınlaşmışdır. Onlar Əflatundan nə baş verdiyini, nə üçün avtomobilə diqqət yetirdiyini soruşmuşlar. Əflatun qeyri-intim münasibətdə olduğu şəxsin, yəni Anarın onun cibindən 290 manat pulunu götürdüyünü, həmin pulu qaytarmalarını, əks halda idarə etdiyi yük avtomobili ilə asfalt yolu bağlayıb polis çağıracağını, onun avtomobilinin nömrəsini yadında saxladığını demişdir. Lakin, onlar Əflatunun pulunu qaytarmamış, Əflatuna yalan olaraq Anarda pulun olmadığını, yanlarından çıxıb getməsini bildirmişlər. Daha sonra, Vəzir avtomobilini idarə edib hərəkətə başlayarkən Əflatun əlindəki dəmir boru ilə bir-iki dəfə avtomobilin ön alın şüşəsinə, arxa qapının şüşəsinə və tavana zərbələr endirmişdir. Həmin vaxt avtomobilin arxa qapısının şüşəsi sınmış, ön alın şüşəsi isə çatlamışdır. Vəzir avtomobili dayandırmamış və hərəkətinə dava etmişdir. Bundan sonra, Vəzir Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə onunla Anar düşürmüş və yaşadığı evə getmişlər. Səhəri gün, yəni 08 may 2022-ci il tarixdə o, Anardan 30 manat pul alaraq taksi avtomobili ilə Bakı şəhərindən yaşadığı Sabirabad rayonu Bala Həşimxanlı kəndinə getmişdir. 09 may 2022-ci il tarixdə saat 07:00 radələrində polis əməkdaşları yaşadığı evə gələrək onu saxlamış və Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək vurulmuş maddi ziyanın ödənilməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 07 may 2022-ci il tarixdə, saat 17:00 radələrində idarə etdiyi “Shacman” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən rayonundan Balaxanı qəsəbəsinə yük aparmışdır. O, yükü sifariş verilmiş yerə boşaltdıqdan sonra həmin avtomobili idarə edərək Quba rayonu istiqamətində yola düşmüşdür. Saat 22:00 radələrində Bakı-Quba yolunun Xızı rayonu Sitalçay kəndi ərazisindən keçən hissəsində hərəkətdə olmuşdur. Həmin vaxt yolun kənarında dayanmış qadın geyimli bir nəfər şəxsin avtomobilinə əl etdiyini görmüşdür. O, həmin şəxsi istədiyi yerə aparmaq qərarına gəlmiş və avtomobilini yolun kənarında dayandırmışdır. Həmin şəxs, yəni əvvəllər tanımadığı istintaq zamanı adı ona məlum olmuş Təqsirləndirilən şəxs1 qapını açıb avtomobilinin kabinasında əyləşmişdir. O, Təqsirləndirilən şəxs1 hara getdiyini soruşmuşdur. Anar ona heç bir yerə getmədiyini, yolda işlədiyini demişdir. Budan sonra, Anar ona oral sekslə məşğul olub onu rahatlaya biləcəyini demiş və bunun üçün ondan 10 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs1 4 manat pul verə biləcəyini demiş, sonuncu 4 manat pulun müqabilində onunla oral sekslə məşğul olmağa razı olmuşdur. O, əynindəki şalvarının cibindən pulunu çıxarmış və Anara 4 manat pul vermiş, qalan 290 manat pulunu isə şalvarının cibinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 onun şalvarının qabağını açaraq şalvarını aşağı çəkmiş və oral seks etməyə başlamışdır. Anar bir neçə dəqiqə oral seksi edərkən o, sonuncunun qadın olmadığını, kişi olduğu görmüşdür. O, Təqsirləndirilən şəxs1 geriyə itələyərkən sonuncu əlini onun cibinə salıb 290 manat pulunu götürmüşdür. O, Təqsirləndirilən şəxs1 götürdüyü pulunu qaytarmasını tələb etmiş, lakin sonuncu qışqırıb ona pul verməyəcəyini demiş və yaxınlıqda dayanmış iki nəfər şəxsi köməyə çağırmışdır. O, asfalt yolun digər tərəfindən iki nəfər şəxsin gəldiyini görmüşdür. Həmin şəxslər, yəni əvvəllər tanımadığı istintaq zamanı adı ona məlum olmuş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onun avtomobilinə tərəf yüyürüb “düş aşağı” demişlər. Həmin müddətdə onun 290 manat pulunu götürmüş Anar avtomobilindən aşağı düşmüşdür. O, köməyə gəlmiş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qorxduğu üçün avtomobilini idarə edərək oradan uzaqlaşmışdır. Bundan sonra o, əlinə dəmir predmet götürüb həmin şəxsləri qorxutmağı və pulunu geri almağı qərara almış, bu məqsədlə də, avtomobilini Anarın əyləşdiyi “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qarşısında dayandırmış, avtomobildən dəmir boru götürüb aşağı düşmüşdür. Daha sonra o, cibindən pul götürmüş və köməyə gəlmiş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 290 manat pulunu qaytarmalarını, əks halda avtomobillərini əzəcəyini demişdir. Lakin, nə qədər cəhd etsə də, 290 manat pulunu ala bilməmiş və sürücü avtomobilini sürətlə onun üstünə sürmüşdür. O, əlindəki dəmir boru ilə avtomobilin ön alın şüşəsinə vurub sındırmışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin avtomobillə oradan uzaqlaşmışlar. O, məcbur olub DİN-nin 102 xidmətinə zəng edərək üç nəfər şəxsin onu hədələyib 290 manat pulunu ələ keçirməsi barədə məlumat vermişdir. Bundan sonra, Xızı rayon Polis Şöbəsinin əməkdaşları onun yanına gəlmişlər. O, avtomobilin markası və dövlət qeydiyyat nişanı barədə polis əməkdaşlarına məlumat vermişdir. Daha sonra, Xızı rayon Polis Şöbəsinə gələrək ərizə yazmışdır. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı hər hansı bir şikayəti və tələbi yoxdur, eləcə də təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 51-52-ci vərəqələrində olan 08 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 28-29-cu vərəqələrində olan 08 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 72-73-cü vərəqələrində olan 09 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 178-179-cu vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 4(068)-8/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 may 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 181-182-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 4(068)-9/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 may 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 175-176-cı vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 4(068)-7/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 may 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 236-238-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 4(068)-19/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətində, yəni 08 avqust 2022-ci il tarixədək seçilmiş “həbs” növündə qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 232-234-cü vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 4(068)-17/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətində, yəni 08 avqust 2022-ci il tarixədək seçilmiş “həbs” növündə qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 228-230-cu vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 4(068)-18/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində 03 (üç) ay müddətində, yəni 09 avqust 2022-ci il tarixədək seçilmiş “həbs” növündə qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 243-244-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 241-242-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 239-240-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 194-195-ci vərəqələrində olan Oğuz Rayon İcra Hakimiyyəti başçısının Qumlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 may 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Oğuz rayonunun Şirvanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşamış və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 196-197-ci vərəqələrində olan Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Novoivanovka kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 may 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gədəbəy rayonunun Novoivanovka kəndində qeydiyyatda olmaqla, yaşamış və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 191-193-cü vərəqələrində olan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Moranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 may 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Cəfərov X1 rayonu, Bala-Həşimxanlı kəndində qeydiyyatda olmaqla, yaşayır və müsbət xarekterizə olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 5-24-cü vərəqələrində olan 01 iyul 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 32.5, 180.1ci maddəsinə tövsif edilmiş və ibtidai istintaq həmin maddələrlə davam etdirilmiş, həmçinin Təqsirləndirilən şəxs1 10 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 10 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək onlara Azərbaycan Respublikası CM-nin 32.5, 180.1-ci maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan edilmiş, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi nəzərə alınmış, habelə əməlində Azərbaycan Respublikası CM-nin 150-ci maddəsində nəzərdə tutulan seksual xarakterli zorakılıq hərəkətləri və həmin Məcəllənin 151-ci maddəsində nəzərdə tutulan seksual xarakterli hərəkətlərə məcbur etmə cinayətlərinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 26 oktyabr 2022-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur, eləcə də təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 180.1-ci maddələri ilə onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 32.5, 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini və yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini və yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini və yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətlərini, həmçinin barələrində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 32,5, 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 08 may 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixə kimi həbsdə, 08 iyun 2022-ci il tarixdən isə 14 dekabr 2022-ci il tarixə kimi ev dustaqlığında saxlanıldıqları cəmi 07 ay 06 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 09 may 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixə kimi həbsdə, 08 iyun 2022-ci il tarixdən isə 14 dekabr 2022-ci il tarixə kimi ev dustaqlığında saxlanıldığı 07 ay 05 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yerləri üzrə probasiya şöbələrinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yerləri üzrə probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, onlara hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerlərini və ümumiyyətlə yaşadıqları rayonunun ərazisini tərk etmələrinə məhdudiyyət qoyulmalı, həmçinin onlara hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerlərini və ümumiyyətlə, yaşadıqları rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və barələrində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, habelə barələrində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 07 ay 06 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Oğuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Oğuz rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Oğuz rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Oğuz rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32,5, 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 07 ay 06 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gədəbəy rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Gədəbəy rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Gədəbəy rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32,5, 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 07 ay 05 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sabirabad rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Sabirabad rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Sabirabad rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar