Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-4/2021 23.09.2021 XIZI RAYON MƏHKƏMƏSİ X20 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi X2 və müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Dəvəçi (hazırki Şabran) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə və xx xxxxxx 1984-cü il tarixdə Dəvəçi (hazırki Şabran) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində məhkumluğu olmayan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olan mənbədən, yəni Şabran şəhər sakini, narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan Təqsirləndirilən şəxs2 Şabran rayonunda taksi fəaliyyəti ilə məşğul olan Şahid4 vasitəsilə şəxsi istehlak miqdarından artıq, yəni 6,516 qram narkotik vasitə olan qurudulmuş marixuananı 70 manat müqabilində qanunsuz əldə edib, üzərində saxlamış, 09 yanvar 2020-ci il tarixdə, saat 22:00 radələrində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisindən keçən dəmir yolu keçidinin yanında yerləşən marketin qarşısında Şahid4 məxsus “VAZ-21015” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobildən enərkən saxlanılmış, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli qolsuz gödəkçənin sol cibindən 5 ədəd dəftər kağızına bükülmüş halda, ümumi təmiz çəkisi 6,516 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq 6,516 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə etmiş və Xızı şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs1 sifarişinə əsasən həmin narkotik vasitəni fərqli çəkilərdə, yəni 1,275 qram, 1,210 qram, 1,247 qram, 1,564 qram və 1,220 qram olmaqla 5 ədəd dəftər kağızına bükülmüş halda qara rəngli sellofan paketin içərisində Şabran rayonunda özünə məxsus “VAZ-21015” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Şahid4 vasitəsilə 70 manat müqabilində satmaq üçün Xızı rayonu, Giləzi qəsəbəsinə göndərmiş, Şahid4 və Təqsirləndirilən şəxs1 ifadələrinə əsasən 09 yanvar 2020-ci il tarixdə, saat 23 radələrində Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran şəhərində - avtovağzalın yanında yerləşən və onun özü tərəfindən işlədilən kafedə müəyyən edilərək gətirilib Xızı RPŞ-nin İstintaq Qrupuna təhvil verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Xızı şəhər sakinləri Mübariz və Azad adlı şəxslərlə birlikdə Bakı şəhərində yaşayan Bəhruz adlı şəxsə məxsus Xızı şəhəri ərazisində, köhnə Xızı deyilən yerdə yerləşən fermada tövlə tikintisi ilə məşğul olmuşlar və həmin fermaya rəhbərliyi Azad etmişdir. 08 yanvar 2020-ci il tarixdə, günorta vaxtı fermada işləyərkən Azad ona nəşə çəkmək istədiyini, lakin, nəşənin Xızı ərazisində çətin tapıldığını bildirmişdir. Bundan başqa, Azad ona “siz tərəflərdə nəşə çox olar, tapa bilərsənsə, de gətirsinlər alım, sənin də hörmətini edərəm” demişdir. Bundan əvvəlki söhbətlərindən Azad onun əslən Şabran rayonundan olduğunu bilmişdir. Azad da “siz tərəflər” deyəndə Şabran rayonunu nəzərdə tutmuşdur. Söhbət zamanı o, Azada bildirmişdir ki, nəşə satan tanışı var, istəyirsə, ona desin göndərsin. Azad da demişdir ki, “həmin şəxsə de göndərsin.” Həmin gün söhbətləri elə burada qalmış, səhəri gün, yəni 09 yanvar 2020-ci il tarixdə, səhər saat 09 radələrində işə getmiş, saat təxminən 10 radələrində Azad ondan soruşmuşdur ki, “nə oldu, tanışınla danışdınmı?”. O da, Azada telefonunda kontur olmadığını bildirmişdir. Bu zaman Azad ona təklif etmişdir ki, onun telefonundan zəng etsin. O da, etiraz etməmiş və Azadın telefonunu götürüb Şabran rayonunda yaşayan, uşaqlıqdan tanıdığı və nəşə satdığını bildiyi Balabəkə zəng etmişdir. Azad ona demişdir ki, “beş baş” nəşə alsın. Buna görə də, o, Balabəkə telefon danışığı zamanı “beş baş” nəşə lazım olduğunu demişdir. Balabək də demişdir ki, problem deyil. Bundan sonra, kimin gəlib götürəcəyini soruşmuş, o da, Balabəkə bildirmişdir ki, bir nəfər maşınla gəlib götürəcək. Daha sonra, Şabran şəhərində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan köhnə tanışı Vaciyə Azadın mobil telefonu ilə zəng edib xahiş etmişdir ki, Şabran şəhər avtovağzalında yerləşən Balabəkin çay evinə getsin, orada Balabəkə özündən 45 manat pul versin və Balabəkin verəcəyi “şey”i götürüb Giləzi qəsəbəsinə gətirsin. Buna görə Vaciyə 25 manat pul verməli olacaqdır. Bu barədə Azada demiş və Azad razılaşmışdır. Təxminən saat 21 radələrində onlar Xızı şəhərindən Azadın idarə etdiyi “ZİL” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı maşını ilə Giləzi qəsəbəsinə düşmüşlər. Azad qabaqcadan demişdir ki, fermada olan heyvanlara yem gətirmək üçün Hacı Zeynalabdin qəsəbəsinə getməlidir. Həmin vaxt tikintidə onlarla işləyən Mübariz adlı şəxs də yanlarında idi. Giləzi qəsəbəsinə çatdıqda Vaci onun mobil nömrəsinə zəng edib çatdığını bildirdiyini Azada demişdir. Azad demişdir ki, “ona de gəlsin dəmir yolu kəsişməsindəki mağazanın qarşısına”. Onlar həmin mağazanın qarşısına çatanda Azad yolun üzü Giləzi körpüsü istiqamətində mağaza ilə üzbəüz maşını saxlamışdır. Həmin vaxt baxıb görmüşlər ki, Vaci idarə etdiyi “Vaz-21015” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilini mağazanın düz qarşısında saxlamışdır. Onları görən kimi maşını döndərib gəlib onların olduğu yük maşınının arxasında saxlamışdır. O, maşından düşüb Vacinin maşınına yaxınlaşmış, Azad isə maşından düşüb mağazaya getmişdir ki, həm pulu xırdalasın, həm də siqaret alsın. O, Vaci ilə salamlaşıb ondan “beş baş nəşə”ni götürdükdən sonra mülki geyimdə olan bir neçə nəfər polis əməkdaşı mağazanın qaşısında onları yaxalamışdır. Həmin vaxt görmüşdür ki, Azad Mübarizlə birlikdə yük maşınını sürüb uzaqlaşdılar. Polis əməkdaşları onu və Vacini saxladılar. Daha sonra, ora müstəntiq və vəkil gəlmişdir. Müstəntiq ona şübhəli şəxs olduğunu elan edərək, üzərində şəxsi axtarış aparacağını bildirmişdir. İlk öncə ona təklif etmişlər ki, üzərində olan qeyri-qanuni əşya və ya narkotik vasitə vardırsa, könüllü olaraq çıxarıb təhvil versin. O da, həmin vaxt əynində olan tünd göy rəngli qolsuz gödəkçənin cibindən götürüb sol əlində saxladığı 5 ədəd kağız bükülüdə narkotik vasitə olan marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bununla bağlı müstəntiq tərəfindən protokol tərtib olunaraq, 5 ədəd kağız bükülüdə olan marixuana zərfə qoyularaq qablaşdırılmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə himayəsində iki azyaşlı övladının olmasının nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi olan anası X2 iştirakı ilə məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddət olar ruhi əsəb xəstəliyindən əziyyət çəkir və buna görə təqaüd də alır. Hətta bir neçə dəfə ruhi-əsəb xəstəxanasında müalicə almışdır. 09 yanvar 2020-ci il tarixdə, gündüz saatlarında əvvəllər tanıdığı, əslən Şabran rayonundan olan, hadisə vaxtı Xızı şəhərində yaşayan Məmmədhüseyn tanımadığı bir nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib ondan “beş baş nəşə” istəmiş, o da, ona problem olmadığını bildirmişdir. Daha sonra, kimin gəlib götürəcəyini soruşmuş, Məmmədhüseyn də maşınla bir nəfər göndərəcəyini bildirmişdir. Həmin vaxt o, Şabran şəhərində avtovağzalın yaxınlığında yerləşən kafedə idi və Məmmədhüseynə də bildirmişdir ki, elə kafedə olacaq, kimdirsə gəlsin kafenin qarşısına çıxıb versin. Təxminən saat 18 radələrində Məmmədhüseyn təkrar ona zəng edib demişdir ki, “göndərdiyi şəxs kafenin qarşısında “VAZ-21015” nömrəli maşınla onu gözləyir”. O, bayıra çıxıb görmüşdür ki, bir nəfər orta yaşlı, əvvəllər tanımadığı kişi “VAZ-21015” nömrəli maşının yanında gözləyir. Həmin şəxsə yaxınlaşıb qabaqcadan qara rəngli sellofan paketə qoyduğu və içərisində qurudulmuş marixuana olan 5 ədəd dəftər kağızı bükülüsünü paketin içərisində ona vermişdir. Həmin şəxs də, ona 45 manat pul vermişdir. Bundan sonra, sağollaşıb kafeyə qayıtmış və yaşlı şəxs də maşına oturub sürüb getmişdir. Həmin gün axşam saat 22 radələrində elə həmin kafedə olarkən bir neçə nəfər mülki geyimli şəxs kafeyə gəlib onu bayıra çağıraraq, onlarla birlikdə Xızı rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O da, heç bir etiraz etməmiş, onların maşınına oturub Xızı rayon Polis Şöbəsinə gəlmişdir. Şöbədə olarkən artıq bilmişdir ki, marixuananı satdığı Məmmədhüseyni tutublar və sonuncu da marixuananı ondan aldığını demişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin və ruhi əsəb xəstəsi olmasının məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 və anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, özünə məxsus “VAZ- 21015” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 09 yanvar 2020-ci il tarixdə əvvəllər Şabran şəhərində onunla qonşuluqda yaşayan Məmmədhüseyn ona mobil telefon vasitəsilə zəng edib xahiş etmişdir ki, Şabran şəhər avtovağzalının yanında yerləşən ikimərtəbəli kafeni işlədən əsl adı Balabək olan Baba ləqəbli şəxsin yanına gedib onunla görüşsün. Belə ki, Balabək ona Xızı rayonu, Giləzi qəsəbəsinə gətirməsi üçün mal verəcəkdir. Daha sonra, Məmmədhüseyn ondan xahiş etmişdirdi ki, Balabəkdən malı alanda ona 70 manat pul versin, o, da pulu ona Giləzi qəsəbəsində qaytaracaqdır. O da, Məmmədhüseynlə razılaşmış və öz maşını ilə Babanın işlətdiyi kafenin qarşısına gəlmişdir. Babanın telefon nömrəsi onda olmadığına görə maşının siqnalını basmışdır ki, özü səs eşidib bayıra çıxsın. Həmçinin, Məmmədhüseynə təkrar zəng edib demişdir ki, özü Baba ilə əlaqə saxlayıb onu kafenin qarşısında gözlədiyini bildirsin. Təxminən 3-4 dəqiqə sonra Baba bayıra çıxmış və onun maşınına tərəf gəlmişdir. Onun gəldiyini görüb o da, maşından düşmüş və onunla salamlaşmışdır. Sonra o, qabaqcadan hazırladığı 70 manat pulu Babaya uzatmış, sonuncu pulu götürdükdən sonra əlində tutduğu qara rəngli kiçik ölçülü sellofan paketi ona vermişdir. O da, həmin paketi götürüb əynində olan qara rəngli gödəkçənin cibinə qoymuş və maşına oturub birbaşa Giləzi qəsəbəsinə sürmüşdür. Yola düşəndə Məmmədhüseynə zəng edib malı götürüb gəldiyini demişdir. Bu zaman Məmmədhüseyn ona Giləzi körpüsünün altına gəlməyini tapşırmışdır. O, Giləzi körpüsünün altına çatdıqda Məmmədhüseynin hələ gəlmədiyini görmüş və orada təxminən 5-10 dəqiqə gözləmişdir. Sonra Məmmədhüseynə zəng edib onu gözlədiyini bildirmişdir. Məmmədhüseyn isə əyni-başının natəmiz olduğunu, maşını Giləzi qəsəbəsinin içərisində olan dəmir yolu kəsişməsinin yanına sürməyini xahiş etmişdir. O da, maşını sürüb dəmir yolu kəsişməsinin yanına gəlmişdir. Ətrafa baxıb Məmmədhüseyni görmədiyi üçün maşını sürüb dəmir yolu kəsişməsini keçmişdir. Elə bu zaman Məmmədhüseyn ona zəng etmiş, o, Məmmədhüseynə dəmir yolu kəsişməsini keçdiyini, amma onu görmədiyini demişdir. Məmmədhüseyn isə dönüb geri qayıtmağını, onu “ZİL” maşınında gözlədiyini bildirmişdir. O da, bir az irəlidən maşını döndərib yenidən dəmir yolu kəsişməsini üzü körpü istiqamətində keçib “ZİL” maşınının arxasında saxlamışdır. Həmin anda Məmmədhüseyn artıq yük maşınından düşmüşdür. O, maşını saxlayan kimi Məmmədhüseyn onun maşınına yaxınlaşmış və sağ tərəfdən qapını açıb yanında oturmuşdur. O, Şabranda Babadan götürdüyü qara rəngli, kiçik ölçülü sellofan paketi cibindən çıxarıb Məmmədhüseynə vermişdir. Məmmədhüseyn paketi elə maşında açıb içərisində olan kağız parçalarını götürüb cibinə qoymuş və yenicə maşından düşmüşdür ki, bir neçə nəfər mülki geyimli şəxslər maşının yanına gəlib öncə Məmmədhüseyni, sonra isə onu saxlamışlar. Məhkəmə iclasında iştirak edən Şahid5 ifadəsində göstərdi ki, Xızı şəhəri ərazisində, “Köhnə Xızı” adlanan ərazidə yerləşən, Bakı şəhər sakini Bəhruz Quliyevə məxsus fermada işləyir, ailəsi ilə birlikdə elə orada da yaşayır. O, Məmmədhüseyni hadisədən üçdörd gün əvvəl tanımışdır. Belə ki, fermasını işlətdiyi Bəhruz Quliyev ona pul verərək ferma ərazisində əlavə tövlə tikmək üçün iki nəfər fəhlə çağırmağını tapşırmışdır. O da, soraqlayıb Məmmədhüseyni və onunla birlikdə Mübariz adlı şəxsi tapmışdır. Onlarla əlaqə saxlayıb iş görmək üçün dəvət etmiş, Məmmədhüseyn də, 07 yanvar 2020-ci il tarixdə Mübariz adlı fəhlə ilə birlikdə fermaya gəlmiş və elə həmin gün də işə başlamışlar. Təqsirləndirilən şəxs1 09 yanvar 2020-ci il tarixdə istintaq orqanına verdiyi ifadəsində həmin tarixdə üzərindən aşkar olunaraq götürülmüş 5 ədəd dəftər kağızı bükümündə, ümumi çəkisi 6,516 qram narkotik vasitə olan qurudulmuş marixuananı onun sifarişi əsasında və öz istifadəsi üçün Şabran şəhər sakini Təqsirləndirilən şəxs2 aldığını qeyd etməsi tamamilə yalan və şərdir. O, narkotik vasitə istifadəçisi deyil, nə də kimdənsə onun üçün narkotik vasitə almasını Məməmdhüseyndən xahiş etməmişdir. Məmmədhüseyn ona şər atır, onun mobil telefonu var və nömrəsi isə ***-***-**-**-dür. Təqsirləndirilən şəxs1 hər şeyi başdan sona yalan danışır. Həmin vaxt elə Məmmədhüseynin özünün işləmək üçün gətirdiyi Mübariz də onların yanında olmuşdur. Məmmədhüseyn özü ondan konturu olmadığından telefonunu danışmaq üçün ona verməsini xahiş etmiş, o da, telefonunu ona vermişdir. O, Məmmədhüseyndən narkotik vasitə istəməmiş və ondan narkotik vasitə almasını xahiş etməmişdir. Məmmədhüseyn öz günahını onun boynuna atmaq istəmişdir. O, Məmmədhüseynin onun telefonu ilə kimə zəng etdiyini bilməmişdir. O, 09 yanvar 2020ci il tarixdə, axşam saatlarında əvvəlcədən razılaşdırdığları üzrə Mübarizlə birlikdə fermada olan heyvanlara yem gətirmək üçün Hacı Zeynalabdin qəsəbəsinə getməli idilər. Bunu Məmmədhüseyn də bilmişdir. Həmin vaxt Məmmədhüseyn onlara Giləzi qəsəbəsində işi olduğunu, bir nəfərlə görüşəcəyini demiş və onu Giləzi qəsəbəsində düşürməyini xahiş etmişdir. O da, etiraz etməmiş və onlar birlikdə onun idarə etdiyi, özünə məxsus olan “ZİL” markalı yük maşını ilə Xızı şəhərindən birlikdə çıxmışlar. Giləzi qəsəbəsinə çatanda dəmir yolu kəsişməsinin yanında, marketlə üzbəüz yerdə Məmmədhüseyn maşından düşmüş və o, Mübarizlə birlikdə Hacı Zeynalabdin qəsəbəsinə yem gətirməyə getmişlər. Bundan sonra, onun Məmmədhüseyndən xəbəri olmamışdır. Bir də səhəri gün işə gəlmədiyinə görə maraqlanıb öyrənmişdir ki, Məmmədhüseyn narkotik vasitə gəzdirdiyinə görə polis tərəfindən tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid6 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmədiyindən ev təmiri və tikintisi ilə məşğul olur. Təqsirləndirilən şəxs1 son bir il olar tanıyır, aralarında yaxın tanışlıq münasibəti olmasa da, Xızı şəhərində yaşayan bir sakin kimi “salam-sağol” münasibətləri olmuşdur. Yanvar ayının əvvəllərində Xızı şəhərinin mərkəzində market işlədən Yolçu xalanın mağazasında olarkən, sonuncu ona “Köhnə Xızı” deyilən yerdə yerləşən fermada tikinti işi olduğunu və kürəkəni Məmmədhüseynlə birlikdə həmin işi görməyini bildirmişdir. Daha sonra, Məmmədhüseynin özü və qayınatası Söhrab da, həmin iş təklifini ona etmişlər. 07 yanvar 2020-ci il tarixdə onlar Məmmədhüseynlə birlikdə qeyd olunan fermaya getmişlər. Fermada yaşayan Azad adlı şəxs onları qarşılamış, görəcəkləri işi onlara başa salmış, qiyməti danışdıqdan sonra elə həmin gün işə başlamışlar. İki gün sonra, yəni 09 yanvar 2020-ci il tarixdə, axşam saatlarında Azad fermada olan heyvanlara yem gətirmək üçün X15 qəsəbəsinə getməli olduğunu bildirərək, ona birlikdə gedərək fəhlə kimi köməklik etməyini xahiş etmiş, o da, onunla razılaşmışdır. Həmin vaxt Məmmədhüseyn də, Azada Giləzi qəsəbəsində işi olduğunu və bir nəfərlə görüşəcəyini bildirmiş, Azaddan onu da Giləzi qəsəbəsində yerləşən marketin qarşısında düşürməsini xahiş etmişdir. Azad da etiraz etmədiyini bildirmiş və onlar birlikdə Azadın idarə etdiyi, sonuncuya məxsus olan “ZİL” markalı yük maşını ilə Xızı şəhərindən çıxmışlar. Giləzi qəsəbəsinə çatanda dəmir yolu kəsişməsinin yanında, marketlə üzbəüz yerdə Məmmədhüseyn maşından düşmüş, onlar isə Azadla birlikdə X15 qəsəbəsinə yem gətirməyə getmişlər. Bundan sonra, onların Məmmədhüseyndən xəbərləri olmamışdır. Səhəri gün sonuncunun niyə işə gəlmədiyi barədə maraqlandıqda, onun Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı məlum olmuşdur. Məhkəmə iclasında şahid, həmin vaxt Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 ifadəsində göstərdi ki, Xızı RPŞ-nin CAB-na Xızı şəhəri, Zəngəzur küçəsində yerləşən “Əlillər binası”nda yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması məqsədilə 09 yanvar 2020-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Həmin gün əməliyyat-istintaq tədbiri həyata keçirilərkən saat 21:30 radələrində Xızı rayon X16 Qrupu, CAB, NMQ və PPXT əməkdaşları ilə birgə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində əməliyyat-istintaq tədbiri həyata keçirərkən Təqsirləndirilən şəxs1 Giləzi qəsəbəsindən keçən dəmir yolu keçidinin yaxınlığında yerləşən marketin qarşısında, “VAZ-21015” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobildən enərkən tərəflərindən yaxalanmışdır. Həmin vaxt onunla birlikdə qeyd olunan avtomobildə olan sürücü Şahid4 da saxlanılmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs olması elan olunmuş, ona hüquq və vəzifələri izah edilərək, sonuncuya hüquqlarını müdafiə etmək üçün Siyəzən rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqdim edilmişdir. Daha sonra, şübhəli şəxsə tutulmanın səbəbi və bununla əlaqədar Azərbaycan Respublikası CPM-in 246-cı maddəsinə əsasən üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra, həmin şəxsə üzərində hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə olduğu halda, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 sol əlinin ovucunda tutduğu hər birinin içərisində spesifik qoxuya malik narkotik vasitə-qurudulmuş marixuanaya bənzər quru-yaşıl ot kütləsi olan 5 ədəd dəftər kağızı bükülüsü aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş bükülülər barədə şübhəli şəxsdən soruşduqda o, həmin bükülülərin içərisində olan quru-yaşıl ot kütlələlərinin həqiqətən də narkotik vasitə olan qurudulmuş marixuana olmasını və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün Şabran şəhərində yaşayan tanışı Balabək adlı şəxsdən taksi sürücüsü Şahid4 vasitəsilə almasını bildirmişdir. Bundan sonra, müstəntiq tərəfindən aşkar olunmuş vasitələrlə bağlı müvafiq protokol tərtib olunmuş, qeyd olunan narkotik vasitəyə bənzər kütlə müvafiq şəkildə qablaşdırılmışdır. Həmçinin, eyni tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitəni aldığı Balabək adlı şəxsin Şabran şəhər sakini, narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan Təqsirləndirilən şəxs2 olması müəyyən olunmuş və həmin şəxs Şabran şəhər avtovağzalının yanında yerləşən kafedə aşkar olunaraq məsuliyyətə cəlb olunması üçün Xızı rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqında şahidlər Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Xızı RPŞ-nin Nakotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 63-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2020-ci il tarixli, 552 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş.....” sözləri yazılmış kağız paketdə 05 (beş) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 1,275 qram, 2) 1,210 qram, 3) 1,247 qram, 4) 1,564 qram və 5) 1,220 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 6,516 qramdır. Tədqiqata təqdim olunmuş beş ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata cəmi 0,25 qram marixuana sərf edildikdən sonra 6,266 qram qalıq qalmışdır. Cinayət işinin İ cildinin 62-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 89 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 235-236-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsi Ambulator X4 Ekspert komissiyası tərəfindən 20 fevral 2020-ci il tarixdə verilmiş 486 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 231-232-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsi Ambulator X4 Ekspert komissiyası tərəfindən 20 fevral 2020-ci il tarixdə verilmiş 484 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 247-249-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 Hüquqi Şəxsinın 13 mart 2020-ci il tarixli, 555 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzvi (baş beynin travmatik xəstəliyi nəticəsində) şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman onda qeyd olunan “üzvi (baş beynin travmatik xəstəliyi nəticəsində) şəxsiyyət pozuntusu”nun kompensasiya (yaxşılaşma) vəziyyətində olduğundan öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda kompensasiya vəziyyətində olduğundan onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 26 oktyabr 2020-ci il tarixli, 114 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu ictimai təhlükəli əməli törətdiyi zaman «travma mənşəli ifadəli üzvi şəxsiyyət pozuntusu, intellektin enməsi ilə» xroniki psixi xəstəlikdən əziyyət çəkir və öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmamışdır. Hazırda Təqsirləndirilən şəxs2 «travma mənşəli ifadəli üzvi şəxsiyyət pozuntusu, intellektin enməsi ilə» xroniki psixi xəstəlikdən əziyyət çəkdiyi üçün o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında deyil. Əməli törədərkən və hazırda Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yəni, ona ittiham olunan əməl barəsində anlaqsız hesab olunmalıdır. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 01 mart 2021-ci il tarixli, 25 saylı rəyindən görünür ki, 1) yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 «İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu» formasında psixi pozuntudan əziyyət çəkir. 2) yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən «İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu» formasında psixi pozuntudan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət hadisəsini törədərkən əziyyət çəkdiyi həmin psixi patologiya ifadəli olmaqla onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmişdir. 3) yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırkı müayinə zamanı «İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu» formasında psixi patologiyaya müəyyən edilir. Təqsirləndirilən şəxs2 xroniki psixi pozuntudan əziyyət çəkdiyi üçün hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında deyildir. 4) yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. 5) Sualın birinci hissəsinə cavab olaraq bildirilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əziyyət çəkdiyi xroniki psixi patologiya hal-hazırda davam etdiyinə görə onun müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Təqsirləndirilən şəxs2 hazırda özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmədiyi, həmçinin başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyü ehtimalının həddən ziyadə az olduğu nəzərə alınaraq həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Sualın ikinci hissəsinə cavab olaraq bildirilir ki, Təqsirləndirilən şəxs2 əziyyət çəkdiyi psixi pozuntu tranzitor (qısamüddətli) deyil, xroniki gedişə malik olan bir patologiyadır. Təqsirləndirilən şəxs2 düçar olduğu psixi pozuntunun ehtimal olunan müalicə müddətini qabaqcadan təyin etmək mümkün deyildir. Çünki müalicə müddəti təkcə psixi pozuntunun dinamikasından deyil, eyni zamanda digər müxtəlif amillərin təsirindən asılı olur. Adekvat müalicə tədbirləri görüldüyü təqdirdə üzvi mənşəli psixi pozuntu uzun müddət ərzində kompensasiya (praktik sağalmaya bərabər tutula bilən yaxşılaşma) vəziyyətində qalır və həmin müddətdə şəxs gündəlik normal fəaliyyətini davam etdirir. Lakin, neqativ təbiətli amillərin davamlı təsir etdiyi şəraitdə üzvi mənşəli psixi pozuntu yenidən kəskinləşərək dekompensasiya vəziyyətinə keçə bilir. 6) Psixiatrik müayinə gedişində əsas tədqiqat metodu kimi klinikpsixopatoloji metoddan istifadə olunur. Klinik-psixopatoloji metod etibarlı nəticə çıxarmağa imkan verən kifayət qədər mükəmməl bir metoddur. Həmin metod öz-özlüyündə çox şaxəli olmaqla aşağdakları birləşdirir: 1. klinik müsahibə; 2. anamnestik məlumatın toplanması;
3. klinik müşahidə; 4. katamnestik və digər məlumatların əldə edilməsi. Klinik müsahibə diaqnostika prosesindəki bütün sonrakı tədbirlərin açarı rolunda çıxış edir. Anamnestik məlumatın toplanması metodun səciyyəvi cəhəti diaqnostik cəhətdən mühüm əhəmiyyətə malik məlumat kimi həyat tarixi və xəstəlik tarixinin daxil edilməsini nəzərdə tutulmasıdır. Klinik müşahidə öyrənilən subyektin (yoxlanılan şəxsin) davranışının məqsədyönlü və mütəşəkkir qavranılması və qeydə alınmasından ibarət olan bir metoddur. Ambulator məhkəmə psixatirik ekspertizası zamanı klinik müşahidə metodunun tətbiq edilməsi imkanı olduqca məhdud olduğu halda stasionar məhkəmə psixiatrik ekspertizasında həmin metodun geniş tətbiq edilməsi üçün kifayət qədər imkan olur. 7) Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 «İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu» formasında psixi patologiya müəyyən edilməsinə dair qənaətə əsas verən konkret elmi əsasları aşağıdakı kimi qruplaşdırmaq olar: 1. premorbid davranışın əhəmiyyətli ölçüdə və geriyə dönməyən şəkildə dəyişikliyə uğraması, belə dəyişikliklərin əsasən emosiya, meyl, tələbat, planlaşdırma və qabaqcadan proqnozlaşdırma kimi sahələrdə daha aydın ifadə olunması; 2. məqsədyönlü fəaliyyət qabiliyyətinin mühüm dərəcədə enməsi, xüsusən məqsədinə nail olmaq, hər hansı sahədə müvəffəqiyyət qazanmaq üçün çoxlu səy göstərmək və xeyli vaxt ayırmaq lazım gələn hallarda belə enmənin daha qabarıq şəkildə nəzərə çarpması; 3. emosional labillik (dəyişkənlik), acıqlılıq (kinlilik, qərəzlilik, ədavətlilik) və aqressiya (təcavüz) ilə müşayiət olunan qısamüddətli tutmaların yer alması, eyforiya (əhvali-ruhiyyənin səbəbsiz yüksəlməsi) və apatiya (ruh düşkünlüyü) hallarının bir-birini əvəzləməsi; 4. meyl və tələbatlarının nəticələrini və sosial məhdudiyyətlərini nəzərə almadan onların ödənilməsinə çalışma; 5. koqnitiv pozulmaların, ələlxüsus şübhəliliyin tez-tez olması; 6. fikirlərində suvaşqanlığın, lüzumsuz müfəssəlliyin olması; 7. psixi durumun və davranışın digər dəyişikliklərinin qeydə alınması. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 271.2.6-cı maddəsinə əsasən ekspertin rəyində ekspertiza apanlmasının xüsusiyyətləri, o cümlədən ekspertin cinayət işinin hansı materiallarından istifadə etməsi, hansı maddi sübutların, nümunələrin və digər obyektlərin tədqiq edilməsi, hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi, qoyulmuş suallara əsaslandırılmış cavablar, ekspertin təşəbbüsü ilə müəyyən edilmiş cinayət təqibi üçün əhəmiyyətli olan hallar barədə qeyd göstərilir. Təqsirləndirilən şəxs2 «İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu» formasında psixi pozuntu müəyyən edilərkən tətbiq olunmuş tədqiqat metodları və onların etibarlılıq dərəcəsi əvvəlki sual cavablandırılarkən artıq şərh edilmişdir. 8) Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 simulyasiya (xəstəlik görüntüsünün yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yamsılanması) kimi vəziyyətin mümkünlüyü tamamilə təkzib olunur. Çünki Təqsirləndirilən şəxs2 müşahidə olunan «İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu» formasında psixi pozuntu müxtəlif simptomların birləşdiyi və psixi fəaliyyətin ayrı-ayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi bir patologiyadır. Həmin mürəkkəb patologiyaya xas əlamətlərin simulyasiya və imitasiya hesabına yaradılması olduqca çətindir, belə bir cəhd edilərmişə də həmin süni vəziyyəti yaratmaq üçün təqsirləndirilən şəxs psixiatriya sahəsində müəyyən edilən əlamətləri əzbər bilməli, onda yaradıcı şəxsiyyətə xas bir istedad olmalıdır, lakin bu vəziyyəti bir dəfə yamsılamaq olarsa belə, onu uzun müddət saxlamaq və eyniilə təkrarlamaq adi insan tərəfindən mümkün deyildir. Təqsirləndirilən şəxs2 intellektinin enməsi onun simulyant və yaxud imitator kimi çıxış etməsi ehtimalını tamamilə heçə, demək olar ki, minumum həddə endirir. 9) Ümumiyyətlə, psixi cəhətdən tamamilə sağlam olan adamlar tərəfindən müxtəlif məzmunlu cinayət əməlləri törədilməsi halları barəsində gündəlik olaraq eşidirik. Aydındır ki, psixi xəstə insan tərəfindən cinayət törədilməsi riski əhəmiyyətli dərəcədə artır. Lakin, kriminogenlik ehtimalı psixi xəstəliyin gedişindəki vəziyyətdən daha çox asılıdır. Konkret olaraq Təqsirləndirilən şəxs2 yenidən bu əlamətlərlə olan hər hansı bir cinayəti törədə bilməsi məsələsinə gəldikdə onun əziyyət çəkdiyi «İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu» formasında psixi pozuntunun gedişində məhz hansı vəziyyətin saxlanılacağına diqqət yetirilməsi zəruridir. Psixi pozuntu dekompensasiya vəziyyətinə keçdikdə şəxsin cinayət əməli törətmə ehtimalı artır. Psixi pozuntunun kompensasiya vəziyyətinin saxlanılması kriminogenliyin prevensiyasının (vaxtında qarşısının alınmasının) ümdə şərtidir. Təqsirləndirilən şəxs2 barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin məsləhət görülməsində güdülən başlıca məqsəd onun əziyyət çəkdiyi psixi pozuntunun gedişində kompensasiya vəziyyətinin saxlanılmasına nail olmaqdır. 10) Ümumiyyətlə hər hansı bir rəyin, o cümlədən yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq zamanı keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizanın 13 mart 2020-ci il tarixli, 555 saylı rəyin əsaslı olub-olmadığının müəyyənləşdirilməsi məhkəmə psixiatrik ekspertizasının səlahiyyətinə aid deyildir. Ambulator məhkəmə psixiatrik ekspertizası rəyində Təqsirləndirilən şəxs2 barəsində yuxarıda göstərilən şəkildə qənaətə gəlinməsi heç də onun psixi vəziyyətinin ambulator şəraitdə səthi müayinə olunması kimi başa düşülməməlidir. Aşkara çıxarılan uyğunsuzluğu bir neçə səbəblə izah etmək olar. Birincisi, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq apanlmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Həmçinin, həmin Qanunun 18-ci maddəsində qeyd edilmişdir ki, təkrar ekspertiza təyin edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər. Artıq qeyd edildiyi kimi, 13 mart 2020-ci il tarixli, 555 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi verilərkən ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanmışdır. İkincisi, ambulator məhkəmə psixiatrik ekspertizası çox qısa çəkən bir ekspertizadır. Qısa zaman ərzində baş tutan ambulator məhkəmə psixiatrik ekspertizası zamanı klinik müşahidə metodunun tətbiq edilməsi imkanı olduqca məhdud olur. Belə qısa müddət ərzində üzvi şəxsiyyət dəyişikliyi formasında psixi pozuntu əlamətləri aşkar olunmaya bilər. Adətən bu qəbildən olan ciddi psixi patologiyaların diaqnozunun dəqiqləşdirilməsi üçün uzunmüddətli klinik müşahidə aparmağa imkan verən stasionar məhkəmə psixiatrik ekspertizası təyin olunur. Üçüncüsü, üzvi şəxsiyyət dəyişikliyi formasında psixi pozuntunun özünün klinik gedişində əlamətlərin təzahürü baxımından müxtəliflik ola bilir. Həmin psixi pozuntu təzahür etdiyi bütün dövr ərzində eyni səviyyədə özünü göstərmir. Ola bilsin ki, ambulator məhkəmə psixiatrik ekspertizası zamanı Təqsirləndirilən şəxs2 psixi durumu klinik cəhətdən parlaq şəkildə təzahür etməmiş, müayinəni aparan ekspertdə onun qənaətbəxş səviyyədə olması təsəvvürünü yaratmışdır. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 25 iyun 2021-ci il tarixli, 73 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda intellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F (07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, cinayət işinə əlavə edilmiş və məhkəmə-psixiatrik ekspertizasının arxivindən əldə edilmiş (stasionar xəstənin 32/2003 saylı xəstəlik tarixində olan 07 aprel 2003-cü il tarixli, 36 saylı rəy) tibbi sənədlər, verilmiş ifadələr, (irsiyyətinin psixi xəstəliklərlə ağırlaşması, babasının psixi xəstəlikdən əziyyət çəkməsi, uşaqlıqda hündürlükdən yıxılması, nəticədə kəllə-beyin travması alması, aldığı travmadan sonra xasiyyətində dəyişiklərin biruzə verməsi, xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meylli olması, əsəbi gərginliklər kəçirdiyi zaman özünə xəsarətlər yətirməsi, hərbi xidmətə yararsız hesab edilməsi, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Şabran Rayon Mərkəzi Xəstaxanası"nın psixonevroloji kabinetində "Mərkəzi sinir sisteminin üzvi xəstəliyi F06" diaqnozu ilə dispanser qeydiyyatında olması, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Şabran rayon Mərkəzi Xastaxanası" publik hüquqi şəxsinin psixonevroloji kabinetində "Keçirilmiş kəlləbeyin travması nəticəsində şəxsiyyət və davranış pozğunluqları" diaqnozu ilə dispanser qeydiyyatında dayanması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (cari vaxtın tarixini soruşduqda dəqiq göstərə bilməməsi, yalnız cari ili düzgün göstərərək söz ünsiyyətinə həvəssiz daxil olması, verilən suallara müxtəsər, yekrəng cavablar verməsi, diqqətin konsentrasiya qabiliyyətinin aşağı olması, fikirlərini cəmləşdirməkdə çətinlik çəkməsi, hərdən verilən sualları sanki eşitməməsi, bir qədər təəccüblə ətrafa boylanması, intellektual imkanlarının səviyyəsinə dair aparılan sorğu-sual gedişatına bilik ehtiyyatının səthiliyi, intellektual səviyyəsinin aşağı olması, vacib tarixi hadisələrdən bixəbər olması, nisbətən çətin hesablama əməliyyatlarını (toplama, çıxma) səhvlərlə icra etməsi, sadə vurma və bölmə əmaliyyatlarını bacarmaması, analiz-sintez, abstraklaşdırma qabiliyyəti zəif olması, atalar sözlərinin mənasını açıqlaya bilməməsi, yaddaşında zəiflik əlamətləri biruzə verməsi, əhval-ruhiyyəsi dəyişkən olması, söhbət əsnasında yoxlanılan şəxsin tez yorulması, astenizasiyası, yaranmış vəziyyətə və törətdiyi cinayət əməlinə tənqidi münasibətin səthiliyi, keçirilən ekspertizanın səbəbini formal başa düşsə də, onun ola biləcək nəticələri ilə maraqlanmaması, onları öz xeyrinə həll etməyə səy göstərməməsi və s.) sübut edir. Ekspert komissiyasının üzvləri cinayət işi materiallarının, təqdim və əldə edilmiş tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqi və təhlili əsasında yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 intellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu formasında psixi pozuntudan əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu formasında psixi pozuntudan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət hadisəsini törətdiyi zaman düçar olduğu həmin psixi patologiya. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 aşkar olunan psixi pozuntunun şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı var. Onda müəyyən edilən xroniki psixi patologiya ambulator şəraitdə medikamentoz korreksiya olunmalı və sosial reabilitasiya tədbirləri həyata keçirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 stasionar məhkəmə-psixiatrik ekspertizası zamanı davranışı və hal-hazırki psixi vəziyyəti onun hazırda özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmir. Buna görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Psixiatrik müayinə gedişində əsas tədqiqat metodu kimi klinik-psixopatoloji metod sayılır. Bu metod X8 tərəfindən hazırlanaraq təsdiq olunmuş metod olmaqla X1 (XBT-10 1992, XBT 11 2019) əsasında pasiyentin psixi statusunun kliniki qiymətləndirilməsini həyata keçirir. Digər metodlar ikincili, yəni əlavə tədqiqat metodları (ekspermental psixopatoloji, laborator, insturmental metodlar, somatik və nevroloji statusların qiymətləndirilməsi, elektroensefaloqrafik, MRT, KT, kliniki biokimyəvi və.) xarakteri daşıyır. Klinik-psixopatoloji metodun tədqiqi əsasında yoxlanılan şəxsin cinayət işinin materiallarında olan və yoxlanılan şəxsin söylədikləri əsasında anamnestik məlumatlar toplanılır. Yoxlanılan şəxsin anamnezində psixiatrik nöqteyi-nəzərdən əhəmiyyət kəsb edən bütün məlumatlar: nəslində psixi xəstəliyin olub-olmaması, şəxsiyyətin inkişafının və formalaşmasının xüsusiyyətləri, keçirilən xəstəliklər, psixi vəziyyəti ilə əlaqədar əvvəllər psixiatrlar tərəfindən müalicə olunub-olunmaması və s. cinayət işinin materiallarında olan tibbi sənədlərdə, arayışlarda, şahidlərin və digər şəxslərin ifadələrində olan məlumatlar, somatik, nevroloji vəziyyətlərinin təsviri, aparılan laborator, aparılan məhkəmə-psixiatrik ekspertizası zamanı yoxlanılan şəxsin psixi vəziyyətinin təsviri rəyin əsas və mühüm hissəsi kimi dəqiq və ətraflı olmalıdır. Bu hissədə yoxlanılan şəxsin psixi fəaliyyətinin bütün tərəfləri öz əksini tapmalıdır: bələdliyin xüsusiyyətləri, təmasa qoşulub-qoşulmaması, zahiri görünüşü, ekspertiza zamanı və şöbədə olarkən davranışın, ünsiyyətin, qavrama qabiliyyətin, təfəkkürün, əhvali-ruhiyyənin, yaddaşın, intellektin xüsusiyyətləri, tənqidi, törətdiyi cinayət əməlinin izahı və ona qarşı münasibəti əks olunur. Yuxarı da göstərilən təhlil edilərək qiymətləndirilir və yoxlanılan şəxs barəsində yekun diaqnostik nəticəyə gəlinir. Məhkəmə-psixiatıiya ekspertizasının Təqsirləndirilən şəxs2 İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu formasında psixi xəstəliyin müəyyən edilməsi ilə bağlı tətbiq edilmiş tədqiqat üsulu ilə, yəni kliniki psixopatoloji metod əsasında təsdiqini tapmış və elmi əsaslıdır. Ekspertlər qarşısında qoyulmuş suala cavab olaraq bildirilir ki, Təqsirləndirilən şəxs2 psixi patologiyanın yaranması, təzahür etməsi, xəstəliyin dinamikası hazırki rəyin yoxlanılan şəxs barəsində anamnestik məlumatlar və cinayət işinə əlavə edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin ilk dəfə cinayət əməli törətdiyi zaman psixi vəziyyəti şübhə doğurduğu üçün istintaq tərəfindən 2003-cü ildə stasionar məhkəmə-psixiatrik ekspertizasından keçdiyi zaman tərtib edilmiş 07 aprel 2003-cü il tarixli, 36 saylı rəydə öz əksini tapmışdır. Yəni yoxlanılan şəxsdə psixi pozuntunun təzahür etməsi hazırki cinayət işi üzrə aparılan stasionar məhkəmə-psixiatrik ekspertizaları zamanı deyil, xəstəlik xronoloji olaraq davam etməsi təsdiqini tapır. Belə ki, yoxlanılan şəxs 07 aprel 2003-cü il tarixdə stasionar məhkəmə-psixiatrik ekspertizası keçdiyi zaman təqdim edilmiş cinayət işində olan, Dəvəçi Mərkəzi rayon xəstəxanasının 03 yanvar 2003-cü il tarixli, 6 saylı arayışı təqdim edilmiş və həmin arayışdan məlum olur ki, X3 RMX-nın poliklinika şöbəsinin psixonevroloji kabinetində "Ensefa/opatiya - Ağıl zəifliyi daxili çəpgözlülük" diaqnozu ilə qeydiyyatında olması, (c.i.vər.72) Quba Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzinin 29 yanvar 2003-cü il tarixli, 37 saylı arayışında isə Təqsirləndirilən şəxs2 həmin mərkəzdə həkim məsləhətində olmaqla ona "Q.K.B. travmasının davamlı qalıq əlamətləri, yaddaş və intellekt pozuntuları ilə. Sağ gözün daxili çəpliyi" diaqnozu təyin edilməsi göstərilir. (c.i.vər.85). 07 aprel 2003-cü il tarixli, 36 saylı stasionar məhkəmə-psixiatrik ekspertizası rəyi keçirilmiş ekspertizada iştirak edənlər (komissiyanın sədri: Azərb. Resp. SN-nin baş məhkəmə psixiatrı, tibb elmləri doktoru, professor B.M.Əsədov; komissiyanın üzvləri: Azərbaycan Dövlət Həkimləri Təkminləşdirmə İnstitutunun psixiatriya kafedrasının assistenti, tibbi elmləri namizədi F.S.Hüseynov, Azərb. Resp. SN-nin 1 saylı Respublika Ruhi-Əsəb Xəstəxanasının şöbə müdiri T.A.İsmayılov) tərəfindən imzalanmış və bir nüsxəsi stasionar xəstənin tibbi kartasına əlavə edilmişdir. Yəni hazırki stasionar ekspertizası zamanı müəyyən edilən İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu formasında psixi xəstəlik əlamətləri yoxlanılan şəxsdə 2003-cü ildən əvvəlki dövrdə aldığı kəllə beyin travmasından sonra meydana gəlmiş, Təqsirləndirilən şəxs2 hazırda müəyyən edilən şəxsiyyət pozuntusu zaman kəsiyində (2003-2020-ci illər) dərinləşərək onun intellektual imkanlarının tədricən enməsinə gətirib çıxarmışdır. Bununla əlaqədar Təqsirləndirilən şəxs2 hazırda onda aşkar edilən və yuxarıda göstərilən psixi pozuntu ilə əlaqədar cinayət əməli törətdiyi zaman öz harəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxsin müayinədə olduğu dövr ərzində kliniki psixopatoloji metodla aparılan müayinə əsasında düçar olduğu şəxsiyyət pozuntusu və intellektual enməsinin müəyyən edilməsi ilə nəticələnən hazırki müayinə gedişatında onun simulyasiya və yamsılama etmək iqtidarında olmaması qənaətinə gəlinməsinə əsas verir. Həmçinin, qeyd edilməldir ki, 13 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 dair ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edildikdə təqdim edilmiş tibbi sənədlərdən yalnız məhkəmə psixiatrik ekspertiza mərkəzində keçirilmiş 07 aprel 2003-cü il tarixli, 36 saylı stasionar rəyinin kserosürəti olmuşdur. Sonradan isə Təqsirləndirilən şəxs2 dair məhkəmə tərəfindən təyin edilərək keçirilmiş stasionar məhkəmə-psixiatrik, o cümlədən hazırki ekspertizalarının zamanı isə cinayət işinə yoxlanılan şəxsə dair digər tibbi sənədlər təqdim edilmişdir. Ekspert komissiyası üzvləri hesab edir ki, göstərilən səbəblə və ambulator məhkəməpsixiatrik ekspertizası zamanı kliniki psixopatoloji müayinə üçün vaxt məhdudiyyəti olması səbəbi ilə əlaqədar 13 mart 2020-ci il tarixli, 155 saylı ekspert rəyi ilə sonradan keçirilmiş stasionar ekspertizalannın nəticələrinin fərqli olması yuxarıda göstərilən səbəblə əlaqədar olması mümkündür. Ümumiyyətlə stasionar məhkəmə-psixiatrik ekspertizası xəstəliyin və ya psixi pozuntunun diaqnozunu, onun ağırlıq dərəcəsini dəqiq müəyyən edilməsində çətinlik yaradan hallarda keçirilən ekspert tədqiqatının daha effektiv növü hesab edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 22-24-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında 09 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan tünd göy rəngli qolsuz gödəkçənin sol cibindən 5 ədəd dəftər kağızına bükülmüş kütlələri çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 207-208-ci vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin 04 fevral 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 6,516 (qalıq çəkisi 6,266) qram olan narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 202-203-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 yanvar 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 204-206-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 yanvar 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Şabran Rayon Məhkəməsinin 18 iyun 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinə əsasən CM-nin 315.1-ci maddəsi ilə başlanılmış cinayət məsuliyyətindən azad olunmuş və barəsində ambulator müşahidə altında məcburi psixiatr müalicəsi tədbiri tətbiq edilmiş, daha sonra, Şabran Rayon Məhkəməsinin 27 aprel 2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinə əsasən CM-nin 177.2.4-cü maddəsi ilə başlanılmış cinayət məsuliyyətindən azad olunmuş və barəsində ümumi tipli psixiatriya stasionarda məcburi müalicə tədbirləri tətbiq edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 14-15-ci vərəqələrində olan 09 yanvar 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 100-101-ci vərəqələrindəki 11 yanvar 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xızı RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 45-46-cı vərəqələrində olan 09 yanvar 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 104-105-ci vərəqələrindəki 11 yanvar 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xızı RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 130-cu vərəqəsindəki 16 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 149-156-cı vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 4(068)-01/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xızı rayon X16 qrupunun müstəntiqi X9 vəsatəti təmin edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 221-224-cü vərəqələrində olan Sumqayıt Apelyasiya Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 4(105)-05/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsinə dair Xızı Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 4(068)- 01/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 140-141-ci vərəqələrində olan 16 yanvar 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 135-ci vərəqəsində olan Bakı şəhəri İcra Hakimiyyəti MKTD-nin 144 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən 18 noyabr 2020-ci il tarixdə verilmiş arayışdan, eləcədə, işin İ cildinin 77-78-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 12 yanvar 2016-cı il təvəllüdlü Yağmur və 21 may 2018-ci il təvəllüdlü Qədir adında iki azyaşlı övladı olan Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMFnin Şabran rayon şöbəsi tərəfindən verilmiş 17 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs2 İİ qrup əlilliyə görə 130,00 manat sosial müavinət alır. Cinayət işinin İ cildinin 255-265-ci vərəqələrində olan 25 aprel 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, həmçinin əməlində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələrinin tərkib əlamətlərinin olması toplanmış istintaq materialları ilə sübuta yetmədiyindən Şahid4 barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Xızı Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 1(068)-04/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törədən zaman anlaqsız olduğu üçün həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbir təyin edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış və qərarın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olan mənbədən, yəni Şabran şəhər sakini, narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan Təqsirləndirilən şəxs2 Şabran rayonunda taksi fəaliyyəti ilə məşğul olan Şahid4 vasitəsilə şəxsi istehlak miqdarından artıq, yəni 6,516 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı saxlamasını, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinə yaxın cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 09 yanvar 2020-ci il tarixdən 11 yanvar 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş qalıq çəkisi 6,266 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs2 iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli, 89 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm e t d i:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş qalıq çəkisi 6,266 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs2 iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilsin, 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X6, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən : Bəylər Ələkbərov.