Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-4/2024 05.02.2024 XIZI RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Xızı rayonu, Şuraabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Xızı rayonunun Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin may–iyul aylarında Xızı rayonu Şorabad qəsəbəsində yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bir ədəd çətənə (kannabis) bitkisini az miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, 2023-cü ilin iyul ayının sonlarında həmin bir ədəd çətənə (kannabis) bitkisindən kustar üsulla satış məqsədi ilə qanunsuz olaraq 5,929 qram narkotik vasitə - qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, 08 avqust 2023-cü il tarixdə, saat 23:00 radələrində Xızı rayonunun Şorabad qəsəbəsində yaşadığı evin yaxınlığında qurudulmuş marixuananın 5,354 qram miqdarında olan hissəsini tanışı Şahid4 70 manata satmış, qalan 0,575 qram narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədi ilə üzərində saxlamış, 09 avqust 2023-cü il tarixdə, saat 11:50 radələrində Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Şorabad qəsəbəsində Xızı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Xızı RPŞ-nin inzibati gətirilmiş və müdafiəçinin iştirakı ilə, videoçəkilişlə üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı əynində olan şalvarın sağ yan cibində 1 ədəd polietilen bükümdə Təqsirləndirilən şəxs satdığı 5,354 qram miqdarında narkotik - vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, 09 avqust 2023-cü il tarixdə, saat 17:30 radələrində Şorabad qəsəbəsi ərazisindən polis əməkdaşları tərəfindən Xızı RPŞ-nin inzibati binasına gətirilmiş, üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd polietilen bükümdə qəsdən satış məqsədi ilə saxladığı 0,575 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Şahid4 həmkəndlisi və sinif yoldaşıdır, onunla hər hansı ədavət və düşmənçilikləri olmamışdır. 08 avqust 2023-cü il tarixdə Şahid4 onun yanına gələrək, şəhərdən dostlarının yanına gəldiyini və çəkmək üçün nəşə lazım olduğunu ona bildirmiş, o da, öz istifadəsi üçün həyətdə əkdiyi qurudulmuş marixuanadan bir kibrit qutusunda Elməddinə vermişdir. Həmin vaxt narkotik vasitəni Elməddinə pul müqabilində satmasa da, heç yerdə işləmədiyindən sonuncunun ona yazığı gəlmiş və maddi kömək məqsədi ilə sonradan ona 70 manat pul vermişdir. Bundan sonra Şahid4 Xızı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və üzərindən ona verdiyi həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra, onu da qəsəbə ərazisində saxlayaraq Xızı RPŞ-yə gətirmişlər və üzərindən az miqdarda qurudulmuş marixuana aşkar edilmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilməmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də Vətən müharibəsi iştirakçısı olmasının və bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, 08 avqust 2023-cü il tarixdə Bakı şəhərindən yaşadığı Xızı rayonu Şorabad qəsəbəsinə gəlmiş, həmkəndlisi və sinif yoldaşı olan Təqsirləndirilən şəxs zəng edərək şəxsi istifadəsi üçün “nəşə” kimi tanıdığı qurudulmuş marixuana lazım olduğunu bildirmiş, sonuncu da onunla görüşərək kibrit qutusunda olan qurudulmuş marixuananı ona vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs marixuananı ona pulsuz versə də, sonuncunun işsiz olmasını nəzərə alıb sonradan 70 manat pulu Səməndərə vermişdir. Bundan sonra isə, polis əməkdaşları onu qəsəbə ərazisində saxlayıb Xızı RPŞ-yə gətirmişlər və üzərindən aldığı narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Narkotik vasitəni kiməsə satmaq fikri olmamış, öz istifadəsi üçün üzərində saxlamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilməmişdir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvəllər vermiş olduğu ifadəsinin ziddiyyət təşkil edən hissəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 08 avqust 2023-cü il tarixdə saat 23:00 radələrində tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə onun istifadəsində ***-***-**-** saylı mobil nömrəsi ilə zəng edib ona “şey lazım olduğunu” söyləmişdir. Səməndər ondan yaşadığı evə gəlməsini xahiş etmişdir. O, Səməndərin yaşadığı evə gedərək qapıda onunla görüşmüşdür. Bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı Səməndərdən alıb bunun müqabilində Səməndərə 70 manat pul vermişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, rayon polis şöbəsinə Xızı rayonu Şorabad qəsəbə sakini Şahid4 narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, 09 avqust 2023-cü il tarixdə NMQ-nun əməliyyat müvəkkili Şahid1 və Kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti Şahid3 ilə birlikdə Şahid4 Xızı rayonu Şorabad qəsəbəsində saxlayaraq Xızı RPŞ-yə gətirmişlər. Şöbədə video çəkiliş aparılmaqla vəkilin iştirakı ilə Şahid4 üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Şahid4 üzərindən aşkar edilmiş qurudulmuş marixuananı həmkəndlisi və sinif yoldaşı olan Təqsirləndirilən şəxs 70 manat müqabilində aldığını, şəxsi istifadəsi üçün saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını onlara demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı qəsəbə ərazisində saxlayaraq Xızı RPŞ-yə gətirmişlər və sonuncunun üzərində də narkotik vasitə - qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın Kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti Şahid3, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-28-ci vərəqələrində olan 09 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xızı RPŞ-nin inzibati binasında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bağlanmış vəziyyətdə polietilen bükümünü çıxarıb təqdim etmiş, həmin bükülü açılmış və içərisində yaşıl rəngli narkotik vasitə - qurudulmuş marixuanaya bənzər maddə olduğu müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2023-cü il tarixli, 3-16-16/2-7/1144 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd polietilen bükülüdə təmiz çəkisi 0,575 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 0,555 qram təşkil etmişdir. Cinayət işinin 38-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-42-ci vərəqələrində olan 10 avqust 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,555 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 15 avqust 2023-cü il tarixdə verilmiş 5217 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 139-cu vərəqələrində olan “Xızı Rayon Mərkəzi Xəstəxanası" X9 04 oktyabr 2023-cü il tarixli, 18-1-83/2-381/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsdə ruhi-əsəb kabinetində F06.7 “Yüngül dərəcəli üzvü koqnitiv pozuntu diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 156-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 14 noyabr 2023-cü il tarixli, 3140 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbayucan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətə meyilli olmamaq, özünə qapalılıq, emosional sabitlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və həmin vaxt öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinitam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-ci vərəqəsində olan “diskə baxış keçirilməsi haqqında” 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 09 avqust 2023cü il tarixdə, saat 18:50 dəqiqədən saat 18:57 dəqiqəyədək olan müddət ərzində Xızı RPŞ-nin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində videoçəkiliş tətbiqi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Həmin istintaq hərəkətində Xızı RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Xızı rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirak etmişdir. Şəxsi axtarışın aparılması Xızı RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun inspektoru kriminalisti, polis baş leytenantı Şahid3 tərəfindən “Samsung” markalı kamera vasitəsi ilə video çəkilişlə qeydə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd bağlanmış vəziyyətdə polietilen bükümü təqdim etmişdir. Həmin büküm tərəfimdən açılmış, içərisində yaşıl rəngli kütlənin olması müəyyən edilmişdir. Həmin kütlə narkotik vasitə - qurudulmuş marixuanaya bənzəmişdir. Təqsirləndirilən şəxs kütlənin qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni əvvəllər becərdiyi çətənə bitkisini qurudaraq əldə etdiyini, həmin qurudulmuş marixuanadan həmkəndlisi Elməddinə satdığını, polis əməkdaşlarının ona zor tətbiq etmədiklərini bildirmişdir. Həmin narkotik vasitə - qurudulmuş marixuanaya bənzər maddə bükümü ilə birlikdə tərəfimdən bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə bükümü ilə birlikdə tərəfimdən bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatmış, video çəkiliş 07 dəqiqə müddətində davam edərək bitmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-cü vərəqəsində olan “diskə baxış keçirilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı diskdə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nörmələr arasında xx.xx.2023-cü il tarixdə saat 23:03:51-dən xx.xx.2023-cü il tarixdə saat 23:04:12-dək 21 saniyəlik və xx.xx.2023-cü il tarixdə saat 23:54:54-dən xx.xx.2023-cü il tarixdə saat 23:55:15-dək 21 saniyəlik telefon danışığı olması müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 avqust 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-18-ci vərəqələrində olan 09 avqust 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan 11 avqust 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 162-168-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(068)-41/2023 saylı hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 169-179-cu vərəqələrində olan 28 dekabr 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununda dəyişikliklər edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri nəzərə alınmış, əməlində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması və həmçinin, inzibati icraatın başanması rədd edilmiş, həmçinin Şahid4 üzərindən 5,354 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana satması faktına görə 10 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanaraq ayrıca istintaq edilməsi və həmin maddə ilə 11 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının video çəkilişi özündə əks etdirən bir ədəd disk, habelə DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən bir ədəd disk, cəmi iki ədəd DVD diski maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 134-135-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 oktyabr 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 58-ci vərəqəsində olan Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsiyyət vəsiqəsi və gəlir məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə Vətən müharibəsi iştirakçısı kimi 80 manat təqaüd alır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin əməlindən səmimi peşmançılıq hissi keçirməsini, Vətən müharibəsi iştirakçısı olmasını və medallarla təltif edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini, xüsusilə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini və medallarla təltif olunmasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza aşağı həddə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Azərbaycan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 05 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,555 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd disk, habelə DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən 1 ədəd disk, cəmi 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 05 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,555 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd disk, habelə DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən 1 ədəd disk, cəmi 2 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-4/2024
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-4/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver