Məhkəmə qərarları › İş №1(068)-40/2021

Xızı Rayon Məhkəməsi Qərar — İş №1(068)-40/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 1(068)-40/2021 10.11.2021 XIZI RAYON MƏHKƏMƏSİ X13 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Təqsirləndirilən şəxs və müdafiəçisi - Xırdalan şəhər Vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 256.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 22 iyun 2021-ci il tarixdə, saat 14:00 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, 1 ədəd ******* zavod nömrəli “Yamaha-55” markalı asma mühərriklə və 1 ədəd 20 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş bort nömrəsi 8360, seriyası AŞA, reyestr nömrəsi 360 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan H-95 adlı taxta qayıqdan, 2 ədəd taxta avardan və 1 ədəd rezin kombinezondan istifadə edərək dənizə girib, uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurmuş və 23 iyun 2021-ci il tarixdə, saat 09:30-dək hər biri 33 manat olmaqla, 33 ədəd kütüm balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1089 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 09:30-da sahilə çıxarkən X10 İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı ondan 1 ədəd ******* zavod nömrəli “Yamaha-55” markalı asma mühərriklə və 1 ədəd 20 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş bort nömrəsi 8360, seiyası AŞA, reyestr nömrəsi 360 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan H-95 adlı taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, 2 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan torlar və 33 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayır. 22 iyun 2021-ci il tarixdə saat 14:00 radələrində balıq tutmaq məqsədi ilə yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş və etibarnamə əsasında istifadəsinə verilmiş 1 ədəd ******* zavod nömrəli “Yamaha-55” markalı asma mühərriklə və 1 ədəd 20 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş bort nömrəsi 8360, seriyası AŞA, reyestr nömrəsi 360 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan H-95 adlı taxta qayıqdan, 2 ədəd taxta avardan və 1 ədəd rezin kombinezondan istifadə edərək dənizə girib 2 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan torları suda qurub evinə qayıtmışdır. Növbəti gün, yəni 23 iyun 2021-ci il tarixdə, saat 07:00-da yenidən Xızı rayonu, Giləzi qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlib, 1 ədəd ******* zavod nömrəli “Yamaha-55” markalı asma mühərriklə və 1 ədəd 20 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş bort nömrəsi 8360, seriyası AŞA, reyestr nömrəsi 360 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan H-95 adlı taxta qayıqdan, 2 ədəd taxta avardan və 1 ədəd rezin kombinezondan istifadə edərək dənizə girmiş və torları qurduğu yerə gəlmişdir. Həmin vaxt torları sudan çıxararkən çoxlu sayda kütüm balıqları tutmasını görmüşdür. Bundan sonra, saat 09:30-da torları balıqlarla birlikdə sahilə çıxardıb balıqları tordan ayırarkən X10 İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına Xızı rayonu, Giləzi qəsəbəsi istiqamətində Xəzər dənizindən torla balıq tutmaq üçün balıqovlama biletinin olmamasını bildirmişdir. Polis əməkdaşları dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Xəzər dənizinə çıxmaq üçün istifadə etdiyi 1 ədəd ******* zavod nömrəli “Yamaha-55” markalı asma mühərriklə və 1 ədəd 20 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş bort nömrəsi 8360, seriyası AŞA, reyestr nömrəsi 360 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan H-95 adlı taxta qayığa, həmin qayığın içərisində olan 2 ədəd taxta avara, 2 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan torlara, üzərində olan 1 ədəd rezin kombinezona və həmin balıqovlama vasitələri ilə Xızı rayonu, Giləzi qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğu 33 ədəd kütüm balıqlarına baxış keçirib həmin balıqovlama vasitələrini və balıqları maddi sübut kimi götürmüşlər. Daha sonra, baxışın nəticəsi olaraq protokol tərtib edilmiş, həmin protokol onun və digər tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan Xızı rayonu, Giləzi qəsəbəsi istiqamətində Xəzər dənizindən torla balıq tutmanın qadağan edildiyini, yəni bunun cinayət olduğunu bilirmiş, lakin başqa çıxış yolu olmadığından ailəsinə qida əldə etməkdən ötrü həmin cinayəti törətməyə məcbur olmuşdur. Hazırda törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasının, habelə mülki iddianı tam olaraq ödəməsinin və mülki iddiaçının ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınaraq, barəsində 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün ifadəsi, mülki iddiaçının nümayəndəsinin izahatı və şahidlərin ifadələri ilə yanaşı, iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, 23 iyun 2021-ci il tarixdə, saat 09:30 radələrində Təqsirləndirilən şəxs Xızı rayonu, Giləzi qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz balıq tutmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları” nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 1 ədəd 20 litr həcmində olan yanacaq qabı, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, jilka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 2 ədəd tor və 33 ədəd kütüm balığı aşkar edilərək götürülmüş və faktla bağlı sonuncu barəsində X10 İdarəsinin əməkdaşları tərəfindən 23 iyun 2021-ci il tarixdə protokol tərtib edilmişdir. Baxış keçirilmiş balıqlar qanunsuz ovlandığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələrin” 10-cu bəndinə əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq 33 ədəd kütüm balığı qanunsuz ovlamaqla, balıq ehtiyatlarına vurulmuş ziyan aşağıdakı qaydada hesablanmışdır. Belə ki, 1 ədəd kütüm balığının qanunsuz tutulması ilə vurulan ziyan qiyməti 33 manatdan hesablandığından, 33 ədəd kütüm balığına görə vurulmuş ziyan 33 manat x 33 ədəd = 1089 manat təşkil etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarmın sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.1-ci hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli, 962 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su bioresurslarımn qorunması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”yə əsasən vətəndaş təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində 1089 manat məbləğində iddia qaldırılmışdır. Hazırda Təqsirləndirilən şəxs iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanı tam şəkildə idarəyə ödədiyindən, ondan heç bir şikayət və tələbləri yoxdur. Bu səbəbdən də, mülki iddiadan imtina etməklə, iş üzrə icraata xitam verilmənin hüquqi əsaslarının və nəticələrinin ona aydın olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Sumqayıt xətt polis məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 ifadəsində göstərdi ki, 23 iyun 2021-ci il tarixdə X10 idarəsinin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 09:30-da Xızı rayonu, Giləzi qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra, dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd ******* zavod nömrəli “Yamaha-55” markalı asma mühərriklə və 1 ədəd 20 litr həcmində olan yanacaq qabı təchiz edilmiş bort nömrəsi 8360, seriyası AŞA, reyestr nömrəsi 360 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan H-95 adlı taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, 2 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan torlar və 33 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 33 ədəd kütüm balıqlarını 1 ədəd ******* zavod nömrəli “Yamaha-55” markalı asma mühərriklə və 1 ədəd 20 litr həcmində olan yanacaq qabı təchiz edilmiş bort nömrəsi 8360, seiyası AŞA, reyestr nömrəsi 360 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan H-95 adlı taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, 2 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan torlar vasitəsi ilə rəsmi icazəsi olmadan Xızı rayonu, Giləzi qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutmasını bildirmişdir. Daha sonra, baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Sumqayıt xətt polis məntəqəsinin polis nəfəri Şahid3, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Sumqayıt xətt polis məntəqəsinin polis nəfəri Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr verərək göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, 23 iyun 2021-ci il tarixdə X10 İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün ona saat 09 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı məlum olmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd ******* zavod nömrəli “Yamaha-55” markalı asma mühərriklə və 1 ədəd 20 litr həcmində olan yanacaq qabı təchiz edilmiş bort nömrəsi 8360, seriyası AŞA, reyestr nömrəsi 360 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan H-95 adlı taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, 2 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan torlar və 33 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs 33 ədəd kütüm balıqlarını 1 ədəd ******* zavod nömrəli “Yamaha-55” markalı asma mühərriklə və 1 ədəd 20 litr həcmində olan yanacaq qabı təchiz edilmiş bort nömrəsi 8360, seriyası AŞA, reyestr nömrəsi 360 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan H-95 adlı taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, 2 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan torlar vasitəsi ilə Xızı rayonu, Giləzi qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğunu, balıq tutmağa onun rəsmi icazəsinin, yəni balıqovlama biletinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar X10 İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, habelə məhkəmə istintaqında ifadəsi elan edilməklə, məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid4 digər Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 4-cü vərəqəsində olan 23 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları tərəfindən 23 iyun 2021-ci il tarixdə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Xızı rayonu, Giləzi qəsəbəsi istiqamətində Xəzər dənizində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs “Yamaha-55” markalı asma mühərriklə təchiz edilmiş bort nömrəsi 8360, seriyası AŞA, reyestr nömrəsi 360 olan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd 20 litr həcmində olan yanacaq qabı, 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 2 ədəd tor və 33 ədəd kütüm balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 33 ədəd kütüm balıqlarını aşkar edilmiş 2 ədəd torların vasitəsilə Xızı rayonu, Giləzi qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğunu bildirmişdir. Məhkəmə iclasında elan edilmiş işin 21-ci vərəqəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 iyun 2021-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, 23 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs hər biri 33 manat olmaqla 33 ədəd kütüm balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlarına 1089 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 19-cu vərəqəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 24 iyun 2021-ci il tarixli, 21/359 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xəzər dənizində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 12-13-cü vərəqələrində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilər üzrə Dövlət müfəttişliyi tərəfindən 05 oktyabr 2017-ci il tarixli, AA 05968 nömrəli gəmi biletinin və AA 026138 nömrəli texniki talonun surətlərindən görünür ki, 1 ədəd ******* zavod nömrəli “Yamaha-55” markalı asma mühərriklə və 1 ədəd 20 litr həcmində olan yanacaq qabı təchiz edilmiş bort nömrəsi 8360, seriyası AŞA, reyestr nömrəsi 360 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan H-95 adlı taxta qayıq X8 məxsusdur. Məhkəmə iclasında elan edilmiş işin 38-ci vərəqəsində olan maddi sübut kimi tanıma haqqında 15 iyul 2021-ci il tarixli qərarından, eləcə də işin 7-9-cu vərəqələrində olan qəbzdən və 23 iyun 2021-ci il tarixli qəbul aktından görünür ki, 23 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd ******* zavod nömrəli “Yamaha-55” markalı asma mühərriklə və 1 ədəd 20 litr həcmində olan yanacaq qabı təchiz edilmiş bort nömrəsi 8360, seriyası AŞA, reyestr nömrəsi 360 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan H-95 adlı taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, 2 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan torlar və 33 ədəd kütüm balıqları maddi sübut kimi tanınmış, balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün 23 iyun 2021-ci il tarixdə qəbul aktına əsasən fiziki şəxs X5, balıqovlama vasitələri isə saxlanılması üçün Su NPİ-nin Sumqayıt XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 05 avqust 2021-ci il tarixli, 1723 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, qanunsuz balıq tutarkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və özünü idarə edə bilmək iqtidarında olmuş, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilir, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, hər hansı psixi xəstəlikdən əziyyət çəkmir və barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-cı vərəqəsində olan 04 avqust 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 50-54-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, himayəsində 12 oktyabr 2013-cü il təvəllüdlü Xədicə adında bir yetkinlik yaşına çatmayan uşağı olan Təqsirləndirilən şəxs barəsində Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 22-23-cü vərəqələrində olan iddia ərizəsindən, işin 42-43-cü vərəqələrində olan mülki iddiaçının və mülki iddiaçının nümayəndəsinin tanıması haqqında 16 iyul 2021-ci il tarixli qərardan, eləcə də 29 sentyabr 2021-ci il tarixli və 20 oktyabr 2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi cinayət işi üzrə 1089 manat maddi ziyana görə mülki iddiaçı kimi tanınmış, həmçinin balıq ehtiyatlarına vurulan ziyan məbləği kimi hesablanmış 1089 manat Təqsirləndirilən şəxs tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülmüşdür. Məhkəmə iclasında elan edilməklə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 20 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanı ödədiyinə görə mülki iddiadan imtina edilmiş, həmçinin iş üzrə icraata xitam verilmənin hüquqi əsaslarının və nəticələrinin ona aydın olduğunu bildirərək, mülki iddianın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-110-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin baxış iclası zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi ərizə ilə məhkəməyə müraciət edərək, hazırki cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması, himayəsində yetkinlik yaşına çatmayan övladının olması və dəymiş maddi ziyanı tam olaraq ödəməsi nəzərə alınaraq, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinin tətbiq edilməsinə etiraz etməyərək, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, amnistiya aktına əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli olduğundan, təqsirləndirilən şəxs və onun müdafiəçisi amnistiya aktının tətbiq edilməsinə razı olduğundan dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən məhkəmə dövlət ittihamçısı və ya xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iddiaçı tərəfin iddiadan imtinası qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Bu Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs təqsirli hərəkətləri nəticəsində balıq ehtiyatlarına 1089 manat məbləğində maddi zərər dəymiş, habelə bu məbləğ onun tərəfindən mülki iddiaçının hesabına ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığından məhkəmə tərəfindən qəbul edilməli, mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə müvafiq olaraq iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Sumqayıt xətt polis məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 müvəqqəti saxlancına verilmiş, 1 ədəd ******* zavod nömrəli “Yamaha-55” markalı asma mühərriklə və 1 ədəd 20 litr həcmində olan yanacaq qabı təchiz edilmiş bort nömrəsi 8360, seriyası AŞA, reyestr nömrəsi 360 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan H-95 adlı taxta qayıq və 2 ədəd taxta avar sahibi X8, 1 ədəd rezin kombinezon isə Təqsirləndirilən şəxs qaytarılmalı, həmçinin, 2 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan torlar qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, eləcə də iş üzrə maddi sübut kimi tanınmış, 23 iyun 2021-ci il tarixdə tərtib edilmiş qəbul aktına əsasən fiziki şəxs X5 təhvil verilmiş balığların satışından əldə edilən məbləğ dövlət nəfinə köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 39-cu, 43-cü, 344-347-ci, 356-cı, 358-ci və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iddiası üzrə mülki iddiaçı tərəfin iddiadan imtinası qəbul edilsin, mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış, 23 iyun 2021-ci il tarixdə tərtib edilmiş qəbul aktına əsasən fiziki şəxs X5 təhvil verilmiş balıqların satışından əldə edilən məbləğ dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Sumqayıt xətt polis məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 müvəqqəti saxlancına verilmiş, 1 ədəd ******* zavod nömrəli “Yamaha-55” markalı asma mühərriklə və 1 ədəd 20 litr həcmində olan yanacaq qabı təchiz edilmiş bort nömrəsi 8360, seriyası AŞA, reyestr nömrəsi 360 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan H-95 adlı taxta qayıq və 2 ədəd taxta avar sahibi X8, 1 ədəd rezin kombinezon isə Təqsirləndirilən şəxs qaytarılsın və 2 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan torlar qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar