Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-40/2022 28.09.2022 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1983-cü ildə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xızı rayonu, Tıxlı kəndi, X.Natavan küçəsi, ev 8 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında evlənmək mövzusunda mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs zərərçəkmişin baş nahiyəsinə iki dəfə qəsdən yumruq zərbəsi vurmaqla ona, başın təpə nahiyəsinin əzilmişcırılmış yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Xızı rayonu, Tıxlı kəndində yaşayır və heç yerdə işləmir. Zərərçəkmiş şəxs onun doğma anasıdır və birlikdə yaşayırlar. 26 iyul 2022-ci il tarixdə, saat 10-11 radələrində yaşadığı evin otağında “GO” spirtli enerji içkisi içərək televizora baxmışdır. Bir müddət sonra anası Zərərçəkmiş şəxs məxsus telefonda “YouTube” platformasında videolara baxmış, daha sonra qardaşı Xəyalın baldızı Aygünə zəng edərək anası Zərərçəkmiş şəxs ilə danışıb-danışmamasını, onun üçün evlənməyə qız tapıb-tapmaması ilə maraqlanmışdır. Həmin vaxt Aygün ona anası Almaz ilə belə bir mövzuda danışmamasını bildirmişdir. Bundan əsəbləşərək sərxoş halda anasının olduğu evin mətbəx hissəsinə keçərək evlənmək mövzusunda onunla mübahisə etmiş, anasının ona nalayiq sözlər deməsindən daha da əsəbləşərək, onun baş nahiyəsinə yumruq zərbələri endirmişdir. Bu zaman əsəbi və sərxoş olduğundan anası Zərərçəkmiş şəxs neçə yumruq zərbəsi endirməsi yadında qalmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun Təqsirləndirilən şəxs doğma övladıdır və onlar birlikdə yaşayırlar. 26 iyul 2022-ci il tarixdə, saat 11-12 radələrində yaşadığı evin mətbəx hissəsində çay içərkən Təqsirləndirilən şəxs həmin otaqa gələrək ona evlənmək üçün niyə qız tapmamasını soruşmuş, o, Vüsala sərxoş olmasını, gedib yatmasını və bu məsələ ilə bağlı daha sonra danışacaqlarını bildirmişdir. Bundan əsəbləşən oğlu Vüsal onunla daha da aqressiv danışmağa başlamış, ünvanına nalayiq sözlər demişdir. Bu zaman o, oğlu Vüsala tüfeyli həyat tərzi sürməsini, mütəmadi olaraq spirtli içkinin təsiri altında olmasını və bu səbəbdən ona heç kəsin qız verməyəcəyini Vüsala bildirmişdir. Həmin münaqişə zamanı onun bu sözlərindən hiddətlənən Təqsirləndirilən şəxs onun əvvəlcə gicgah, sonra təpə nahiyəsinə yumruq zərbələri endirmiş, daha sonra isə öz yaşadığı otağa keçmişdir. O, baş nahiyəsindən qan gəlməsi ni görərək “103” xidmətinə zəng etmiş və təcəli tibbi yardım maşını gələrək onu Xızı rayon Mərkəzi xəstəxanasına aparılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamış, oğlundan şikayətçidir və ona qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında elan edilmiş işin 19-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X1 27 iyul 2022-ci il tarixli, 23 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gicgah nahiyəsinin qançır-şişkinliyi küt əşyanın təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, baş və s.) təsirindən əmələ gələ bilməsi mümkündür; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iclasında elan edilmiş işin 58-60-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş işin 56-57-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Tıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 avqust 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Tıxlı kəndində qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və məhkəmə istintaqının nəticələrinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi yuxarıda şərh edilən əməl cinayət hadisəsidir və həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, eləcə də, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə araşdırmasında Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza aşağı həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli həbsə alındığı gündən, yəni 28 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və maddi zərər yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 28 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(068)-40/2022
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-40/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver