Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-41/2021 08.12.2021 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxx 1986-cı il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs evlənmək məqsədilə tanış olduğu, 20 yaş kiçik olmaqla 14 yaşına çatmayan, xx xxxxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ilk dəfə 29 iyun 2019-cu il tarixdə, saat 22:00 radələrində yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində, daha sonra isə 29 iyun 2019-cu il tarixdən 21 mart 2020-ci il tarixədək olan müddət ərzində ayrıayrı vaxtlarda Zərərçəkmiş şəxs ilə yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımasa da, uzaq qohumu olduğunu bilmişdir. Belə ki, 2018-ci ilin yay aylarında Arzunu Siyəzən rayonu, Balaca Həmyə kəndində görmüş, həmin vaxt Arzudan xoşu gəldiyi üçün onun haqqında maraqlanmış və sonra bu barədə anası Şövkətə məlumat vermişdir. X10 haqqında maraqlandığında, Arzunun oxuduğu məktəbdə həmyaşıdlarından nisbətən böyük olduğunu, məktəbə gec getdiyini demişlər. Bundan sonra, X10nun anası Gülsədəfdən qızının şəxsiyyət vəsiqəsi alıb-almaması barədə soruşmuş, Gülsədəf Arzunun şəxsiyyət vəsiqəsi olmadığını, özünün hamısını hazırlayacağını demişdir. Daha sonra, 2019-ci ilin mart ayında el adətə ilə nişan, 29 iyun 2019-cu il tarixdə isə Siyəzən rayonu, Balaca Həmyə kəndində toy olmuşdur. Buna baxmayaraq Arzu ilə aralarında rəsmi nikah olmamışdır. O, Arzu ilə evlənərkən Arzunun 15 yaş olduğunu demişlər, həm də Arzu bədən quruluşuna görə normal olduğundan Arzunun yetkin qız olduğunu və onunla ailə həyatı qura bilməsini düşünmüşdür. Həmin vaxt o, özünə toy etməmiş, Zərərçəkmiş şəxs qız toyundan sonra Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən yaşadığı evə gəlin köçmüşdür. Gəlin gələrkən onunla birlikdə el adətinə görə yengə olaraq Arzunun qohumları Zöhrə və Leyla adlı şəxslər də onun yaşadığı Giləzi qəsəbəsinə gəlmişlər. Həmin gün, yəni 29 iyun 2019-cu il tarixdə, saat 22:00 radələrində Arzu ilə cinsi əlaqədə olmuş, həmin vaxta qədər heç kimlə cinsi əlaqədə olmadığına görə cinsi aktın necə olmasını bilməmişdir. Belə ki, Arzu ilə ilk dəfə Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən evində cinsi əlaqədə olmuş və cinsi əlaqə aktını başa çatdırmışdır. O, cinsi əlaqəni bitirdikdən sonra otaqdan çıxmış, otaqdan çıxdığına görə gəlinin bakirəliyin pozulub-pozulmadığını bilməmişdir. Özü də həmin vaxtı həyəcanlı olmuş, ondan sonra otağa yengələr Leyla və Zöhrə girmiş və anası Şövkətə Arzunun qız uşağı olmadığını demişlər. Anası Şövkət də bu barədə ona demiş, o, Arzudan bununla bağlı maraqlansa da, sonuncu ona yalan olduğunu və bakirəliyi onun tərəfindən pozulduğunu demişdir. Daha sonra, Arzu ilə eyni evdə ər-arvad münasibətləri ilə yaşamış və təxminən toydan 1 ay sonra, yəni 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs üçün şəxsiyyət vəsiqəsi almışdır. Həmin vaxtı Arzunun 14 yaşının 02 yanvar 2020-ci il tarixdə olacağını bilmiş və bundan sonra ayrı-ayrı vaxtlarda həftədə 2-3 dəfə olmaqla, Zərərçəkmiş şəxs ilə yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində təbii yolla cinsi əlaqədə olsa da, Arzunun yaşının az olması səbəbindən onun hamilə qalmaması üçün lazimi tədbirlər görmüşdür. Beləcə Arzu ilə normal münasibətləri olmuş, lakin sonradan Arzunun anası Gülsədəf mütamadi olaraq onların yaşadığı evə gəlmiş və bundan sonra evdə söz söhbət yaratmışdır. Belə ki, Gülsədəf ondan Arzunu mütamadi olaraq Balaca Həmyə kəndinə gətirməsini istəmiş, o, isə Arzunun özü ilə aparıb gətirmiş, Arzunun anası Gülsədəfin əxlaqsız qadın olması haqqında eşitdiyinə görə Arzunun anasının evinə getməsinə icazə verməmişdir. 21 mart 2020-ci il tarixdə Arzu ilə birlikdə sonuncunun anası Gülsədəfin yaşadığı Siyəzən rayonu, Balaca Həmyə kəndində yerləşən evinə bayram üçün getmiş və həmin vaxtı evə yad insan gəldikdən sonra Arzunun üzündən öpməsini görmüşdür. O, Arzunun üzündən öpən kişinin kim olduğunu sonuncunun xalası qızı Sahidədən maraqlanmış və Sahidə ona “həmin kişi Gülsədəfin gəzdiyi” adamdı deyə bildirmişdir. Bundan sonra, Azru ilə yenidən evlərinə qayıtmaq istəsə də, Gülsədəf niyə həmin kişi haqqında maraqlandığını bəhanə edərək qızı verməmiş, o, məcbur olub evə qayıtmışdır. Daha sonra, bir necə dəfə Arzunu evə gətirmək üçün Siyəzən rayonu, Balaca-Həmyə kəndinə getsələr də, Gülsədəf müxtəlif bəhanələrlə qızı verməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının, İİ qrup əlil olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-ci ilin yaz aylarında Xızı rayonu, Giləzi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və onun ailə üzvləri onun üçün elçi gəlmiş, anası ilk vaxtlarda onun ailə qurmasına narazı olsa da, sonradan buna razılıq vermişdir. Elşadın valideynləri anası Gülsədəfə toy olduqdan sonra onu evlərinə aparacaqlarını, lakin yaşı az olduğundan aralarında heç bir yaxınlıq və cinsi münasibət olmayacağını bildirmişlər. Bundan sonra, 28 iyun 2019-cu il tarixdə yaşadığı Siyəzən rayonu, Kiçik Həmyə kəndində toyu olduqdan bir gün sonra, yəni 29 iyun 2019-cu il tarixdə Elşad və ailəsi onu evlərinə gəlin aparmış, həmin vaxt anası Gülsədəfin dayısı arvadları Zöhrə və Leyla da onunla birlikdə Xızı rayonu Giləzi qəsəbəsinə yollanmışdır. O, Elşadın yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsinə gəlin köçdükdən sonra aralarında yaxınlıq və cinsi əlaqə olmayacağını bildirmələrinə baxmayaraq, Elşadın yaşadığı evə köçdüyü gün gecə o, Elşadla cinsi əlaqədə olmuş və onun bakirəliyi həmin gün pozulmuşdur. Qohumları Zöhrə və Leyla isə el adəti üzrə "yengə" kimi bu prosesə şahidlik etmiş, qanlı əskini qaynanasına göstərmiş, 50 manat pul aldıqdan sonra rayonuna qayıtmışlar və bu barədə anası Gülsədəfə məlumat vermişlər. 21 mart 2021-ci il tarixə kimi o, Elşadla birlikdə yaşamış və yaşadıqları müddət ərzində Elşad mütəmadi olaraq onu döyüb təhqir etmişdir. Elşad ona bütün günü ev işləri görməyə, malqaraya baxmağa məcbur etmiş, rahat yaşamasına imkan verməmişdir. 20 mart 2021-ci il tarixdə anası Gülsədəf qayınanası Şövkətə zəng vuraraq onun və Elşadın səhər bayramı qeyd etmək üçün onlara gəlməsini bildirdikdən sonra aralarında telefonda bir qədər mübahisə yaranmışdır. Bu mübahisədən bir gün sonra, yəni 21 mart 2021-ci il tarixdə Elşadla birlikdə anası Gülsədəfin Siyəzən rayonu Kiçik Həmyə kəndində yerləşən evinə getmişlər. Orada olarkən Elşad anası Gülsədəf ilə mübahisə etmiş, anasını və onu söyərək təhqir etmişdir. Bundan sonra o, Elşada onunla yaşamaq istəmədiyini və anası ilə qalacağını demiş, bir daha Elşadın yaşadığı evə getməmiş və onunla əlaqə saxlamamışdır. Səhhətində narahatlıqlar olduğu üçün 22 mart 2021-ci il tarixdə Siyəzən rayon xəstəxanasına müraciət etmiş və müayinə zamanı hamilə olduğunu bilmişdir. Hal hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid Qanuni nümayəndə ifadəsində göstərdi ki, 2019-cu ildə uzaq qohumları, Xızı rayonu Giləzi qəsəbəsində yaşayan Şövkət qızı Arzu üçün elçi gəlmiş və o, qızı X2 vermişdir. Bundan başqa o, qızı Arzunun az yaşlı olduğunu Şövkətə bildirmiş, Şövkət ona Arzunu gəlin aparsa da, 16 yaşına çatdıqdan sonra oğlu ilə birlikdə cinsi əlaqədə olacağını demişdir. Buna görə də o, razılaşaraq 29 iyun 2019-cu il tarixdə yaşadığı Siyəzən rayonu Balaca Həmyə kəndində qızı Arzuya toy mərasimi təşkil etdikdən sonra Arzunu Xızı rayonu Giləzi qəsəbəsinə gəlin köçürmüş və yengə kimi qohumları Leyla ilə Zöhrəni Arzunun arxasınca göndərmişdir. Həmin günü gecə saatlarında Leyla ilə Zöhrə onun yaşadığı ünvana gələrək qızı Arzunun bakirəliyi Elşad tərəfindən pozulduğunu deyərək göz aydınlığı vermiş, həmçinin hər şeyin öz qaydasında olduğunu və qohumu tərəfindən onlara 50 manat pul verildiyini dedikdən sonra çıxıb getmişlər. O gündən qızı Arzu Xızı rayonu Giləzi qəsəbəsində Elşad ilə birlikdə ər-arvad kimi yaşamağa başlamışdır. 20 mart 2021-ci il tarixdə o, Şövkətə zəng vuraraq qızı Arzunu və Elşadı səhər bayramı qeyd etmək üçün yaşadığı ünvana çağırmış, Arzunun qaynanası Şövkət ona Arzunun qayınatası ilə birlikdə gələcəyini bildirdikdən sonra aralarında telefonda bir qədər mübahisə yaranmışdır. Bu mübahisədən sonra Arzu Elşadla birlikdə 21 mart 2021-ci il tarixdə onun yaşadığı Siyəzən rayonu Kiçik Həmyə kəndində yerləşən evinə gəlmiş, orada olarkən Elşad onunla mübahisə etmiş və onu söyərək təhqir etmişdir. Bundan sonra, Arzu Elşada onunla yaşamaq istəmədiyini və anasının yanında qalacağını demiş və bir daha Elşadın yaşadığı evə getməmiş, onunla əlaqə saxlamamışdır. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, Siyəzən rayonu, Kiçik Həmyə kəndində yaşayan Qanuni nümayəndə baldızı Gülgəzin bacısı kimi, Arzu Abbasovanı isə Gülsədəfin qızı kimi tanımış, əvvəllər Gülsədəf ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2019-cu ildə Gülsədəfin qızı Arzu Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan uzaq qohumu olan Elşadla nişanlanmış və 28 iyun 2019-cu ildə Arzu üçün Siyəzən rayonu Kiçik Həmyə kəndində toy olmuşdur. 29 iyun 2019-cu ildə isə Arzu Xızı rayonu Giləzi kəndinə gəlin köçmüş və həmin vaxt Arzunun anası Gülsədəf ona və eltisi Şahid2 yalvararaq qızı Arzunun arxasınca yengə kimi getməyini xahiş etmişdir. Onun da Gülsədəfə yazığı gəldiyi üçün Zöhrə ilə birlikdə Arzunun arxasınca yengə kimi Xızı rayonu Giləzi qəsəbəsinə getmişdir. 29 iyun 2019-cu ildə axşam saatlarında Elşad Arzunun olduğu otağa getmiş və təxminən 30 dəqiqə sonra Elşad otaqdan çölə çıxdıqdan sonra ilk əvvəl Elşadın anası Şövkət, sonra isə onlar Arzunun olduğu otağa daxil olanda, Arzunun ağladığını görmüşlər. Həmin vaxt Arzu onlara ilk dəfə Elşadla deyil, başqasıyla cinsi əlaqədə olmamasını demişdir. Bundan sonra, o və eltisi Zöhrə oradan çıxıb yaşadıqları Siyəzən rayonu Kiçik Həmyə kəndinə gəlmiş və bu barədə Arzunun anası Gülsədəfə məlumat vermiş, eləcə də, Arzunun ərə gedərkən 2006-cı il təvəllüldü olduğunu bilməmişlər. Məhkəmə istintaqında şahid - Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur və oğlu İİ qrup əlildir. Oğlu Elşadı evləndirmək istədiyi üçün qız axtarmış, 2018-ci ilin yay aylarında Elşad Siyəzən rayonu, Balaca Həmyə kəndində Gülsədəfin qızı Arzunu görmüş və ona Arzunu bəyəndiyini demişdir. O, Gülsədəfi tanımasa da, uzaq qohumluğu olmuş, bu niyyətlə Gülsədəfin evinə getmiş və Gülsədəfdən qızı Arzunun şəxsiyyət vəsiqəsini istəmişdir. Gülsədəf ona qızı Arzunun 15 yaşı olduğunu və şəxsiyyət vəsiqəsini itirdiyini bildirmişdir. Arzu normal bədən quruluşlu olduğundan yaşlı görsənmiş, ona görə də onlar Arzu ilə Elşadı evləndirmək qərarına gəlmişlər. Bundan sonra, 29 iyun 2019-cu il tarixdə Siyəzən rayonu, Balaca Həmyə kəndində Arzu üçün toy mərasimi baş tutmuş, həmin toydan dərhal sonra Arzu Xızı rayonu, Giləzi qəsəbəsinə el adəti ilə gəlin köçmüşdür. Həmin günü Arzu ilə yengə olaraq Leyla və Zöhrə gəlmiş, toy axşamı yengələr ona qızın bakirə olmadığını demişlər. Daha sonra, 2019-cu ilin avqust ayında Arzu üçün şəxsiyyət vəsiqəsi alan zaman sonuncunun xx xxxxxx 2006-cı il təvəllüdlü olması haqqında bilmiş və bu barədə Gülsədəfə demişdir. Gülsədəf ona “apar saxla özün üçün, həm qızın olsun, həmdə gəlinin” demişdir. Bundan sonra, yenə də Arzu ilə Elşadın ər arvad münasibətləri davam etmiş və 2020-ci ilin mart ayında bayram münasibəti ilə Elşad və Arzu Siyəzən rayonu, Balaca Həmyə kəndinə getmişlər və Arzunun anası Gülsədəf müxtəlif bəhanələrlə qızı onlara verməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 tərəfindən 25 may 2021-ci il tarixdə verilmiş 238 nömrəli məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, 1986-cı il təvəllüldü Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansi bir anomaliya və patologiya aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 tərəfindən 25 may 2021-ci il tarixdə verilmiş 237 nömrəli məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş sümük yaşı 18 - 18,5 ilə uyğun gəlir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən 27 aprel 2021-ci il tarixdə verilmiş 926 nömrəli kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs yüngül kəmağıllıq (orta dərəcədə ifadə olunmuş debillik dərəcəsində oliqofreniya) formasında əqli gerilik müəyyən edilir. Zərərçəkmiş şəxs müəyyən edilən kəmağıllıq o dərəcədə ifadə olunmayıb ki, ona qarşı edilmiş hərəkətləri düzgün qavramaq, təsvir etmək, istintaqa ifadə vermək və prosessual hərəkətlərdə iştirak etmək iqtidarında olmasın. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərində sadəlöhvlük, səthilik, primitivlik, qıcığa qarşı həssaslıq və s. kimi xüsusiyyətlər müəyyən edilir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 182-183-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən 11 avqust 2021-ci il tarixdə verilmiş 1762 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansi bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli tərədərkən onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidiarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edliməsinə ehtiyac yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 178-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 sentyabr 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 174-cü vərəqəsində olan 28 iyul 2021ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 176-177-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 17 avqust 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 3 saylı Regional Ərazi filialı tərəfindən 21 aprel 2021-ci il tarixdə verilmiş arayışdan və iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən İİ qrup əlilliyə görə 130 manat məbləğində sosial müavinət alır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 185-197-ci vərəqələrində olan 27 avqust 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə X1 və X3 barəsində Azərbaycan Respublikası CM-in 149, 150 və 152-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, eləcə də Qanuni nümayəndə təqdim etdiyi 01 ədəd “CD” diski cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 152.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 08 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Qanuni nümayəndə təqdim etdiyi 01 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 08 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Qanuni nümayəndə təqdim etdiyi 01 ədəd CD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-41/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-41/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver