Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 1(068)-42/2023 04.12.2023 XIZI RAYON MƏHKƏMƏSİ X15 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 iştirakı ilə, X8 tərəfindən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, X4 31 avqust 2023-cü il tarixdə barəsində https: millitv.az verdiyi müsahibədə "Şirkətin sahibkarı Qəzənfər Niftəliyev faktı təsdiqləyən sənədlər əsasında iddia edir ki, şirkətdə fəaliyyət göstərən mühasib X7 şirkətin bütün məlumatlarını şirkətdən kənar şəxslərə ötürərək, şirkətin istehsal etdiyi polietilen torbaları gizli şəkildə maya dəyərindən daha ucuz müxtəlif satış mərkəzlərinə satmaqla şəxsi malı kimi qazanc əldə edirmiş. Bundan əlavə, qanuni olaraq məhsulların fərqli biznes yerlərinə satışından gələn gəliri şirkətin büdcəsinə deyil, şirkətin mühasibi Məmmədova Rəfiqə özünün şəxsi bank hesabına yatızdırırmış. Bu minvalla şirkətin mühasibi Məmmədova Rəfiqə müxtəlif formalarda şirkətin nə az, nə çox 350-400 min manat civarında pulunu mənimsədiyini və oğurladığını şirkətin rəhbəri Niftəliyev Qəzənfər israrla bildirdi” ifadəsi ilə barəsində şikayət verilən şəxs onu mənimsəmə və oğurluq cinayətlərində günahlandıraraq mənə böhtan atmışdır. X2 dəfələrlə bu işlərdən uzaq durmağı, belə qanunsuz hərəkətlərə yol verməmək üçün onu xəbərdar etmişdir. X10 daha da irəli gedərək, eyni böhtanları müxtəlif ictimai yerlərdə yaymaqla ona və ailə üzvlərinə böhtan atmaq yarışına çıxaraq cinayət törətməkdə davam etmişdir. Hesab edir ki, bu böhtanlar ona qanunsuz təsir etmək məqsədini güdür. Göstərilənlərə əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrinin sanksiyası həddində cəzalandırılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Eyni zamanda, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəməyə ərizə ünvanlayaraq, https: millitv.az internet informasiya saytının rəsmi və faktiki ünvanının ünvan 1 529-cu məhəllədə yerləşən Azərbaycan Nəşriyyatı X14ndə qeydiyyatda olmasını göstərmiş və X5 onun barəsində əsassız xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışından imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi X6 xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.174.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. X8 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində barəsində şikayət verilən şəxs X4 tərəfindən məlumatların https: millitv.az internet informasiya saytında yayılmasını göstərmişdir. İş materiallarına əlavə edilmiş https: millitv.az informasiya portalının internet səhifəsinin “Haqqımızda” və “Əlaqə” bölmələrinin çıxarışından görünür ki, Millitv.az informasiya-xəbər portalı, Milliinfo.az Milli İnformasiya portalı, Milli İnternet Televiziyaları olan, Millitv və Millitv plus Youtube versiyası və Sosial Media üzərindən Millitv adıyla faliyyət göstərən çox saylı media subyektləri X14 MMC-nin tabeli redaksiyalarıdır və informasiya portalının yerləşdiyi yer Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529cu məhəllə ünvanındadır. Həmçinin, X14 MMC-nin də hüquqi ünvanın “Elektron Məhkəmə Sistemi”ndə yerləşdirilmiş vergi ödəyiciləri barədə məlumatlarda Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 22A, mənzil 339 olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X8 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 293, 298-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : X8 tərəfindən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-42/2023
Xızı Rayon Məhkəməsi Qərar — İş №1(068)-42/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver