Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-43/2021 01.12.2021 XIZI RAYON MƏHKƏMƏSİ X12 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi- Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi toxumlardan qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində torpaq zəmində və həyətyanı sahədə içərisinə torpaq doldurulmuş dəmir vedrələrdə ümumilikdə 11 ədəd əkilib-becərilməsi qadağan olunan narkotik xassəli çətənə bitkilərini əkib və onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirmiş, həmçinin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 5,112 qram olan narkotik vasitə qurudulmuş marixuananı (kannabis) əldə edib 3 ədəd kibrit qutusuna doldurulmuş halda yaşadığı evin yataq otağında, çarpayının yanındakı şkafın daxılında saxlamış, 11 iyun 2021-ci il tarixdə, saat 11:05 radələrindən etibarən keçirilmiş baxış istintaq hərəkəti zamanı onun yaşadığı evin həyətyanı sahəsində hündürlükləri 1-70 sm arasında dəyişən torpaq zəmində əkib xüsusi aqrotexniki qaydada qulluq göstərib yetişdirdiyi 4 ədəd və içərisinə torpaq doldurulmuş dəmir vedrələrdə əkib xüsusi aqrotexniki qaydada qulluq göstərib yetişdirdiyi 7 ədəd olan narkotik xassəli çətənə bitkiləri, həmçinin qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib yaşadığı evin yataq otağında, çarpayının yanındakı şkafın daxılında 3 ədəd kibrit qutusuna doldurulmuş halda, ayrı-ayrılıqda təmiz çəkiləri - 1,441 qram; 1,824 qram; 1,847 qram, ümumi təmiz çəkisi 5,112 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Sitalçay kəndində yaşayır və təxminən 1 il əvvəl yaşadığı kənd ərazisindən dəftər kağızının arasında toxumlar tapmış, həmin toxumların çətənə bitkiləri olmasını bildiyindən onları münasib vaxt tapan kimi əkmək üçün yaşadığı evə gətirmiş və evdə gizlətmişdir. Bundan sonra, həmin toxumları evdə gizlətməsi yadından çıxmış, yalnız bu yaxınlarda evin hamamında təmirə başlayarkən oradan həmin kağız bükülünü taparaq içərisindəki toxumları götürmüşdür. Daha sonra, havaların isindiyini görüb toxumları əkib özü üçün çətənə yetişdirməyin əsl vaxtı olduğunu düşünmüş və təxminən tutulmamışdan ay yarım əvvəl toxumlardan dördünü evin həyətində, hasarın dibində əkərək onlara qulluq göstərməyə başlamışdır. Belə ki, bitkilərin keyfiyyətli yetişməsi üçün onları sulamış və dibinə peyin tökməklə gübrələmişdir. Sonradan isə daha 7 ədəd toxumu 4 ədəd ayrı-ayrı dəmir və plastmas vedrələrdə əkmiş, o cümlədən həmin vedrələrdən ikisini həyətin ortasında olan çuxura qoymuş, digər ikisini isə həyətin küncündə, ağacların arasında gizlədərək onlara da qulluq göstərməyə başlamışdır. Daha əvvəl əkdiyi 4 ədəd çətənə bitkisi artıq böyüməyə başladığından lazım olanda onun yarpaqlarından yolub özü üçün istifadə etmişdir. 11 iyun 2021-ci il tarixdə, gecə saatlarında yaşadığı evdə arvadı Şahid3 ilə aralarında ailə-məişət münasibətləri zəminində mübahisə baş vermiş və həmin vaxt Şahid3 onun üstünə səsini qaldırdığı üçün sonuncunu vurmuşdur. Əslində həmin vaxt arvadı Şahid3 əl qaldırmaq istəməmiş, hirsi soyusun deyə stolun üstündən götürdüyü şüşə külqabını divara vurmuş, bu zaman külqabının bir hissəsi sıçrayıb Şahid3 burnuna dəymiş və arvadının burnu zədələnmişdir. Bundan sonra, Şahid3 burnundan qan axdığını görüb peşman olmuş və anası Şahid2 səsi eşidib gəldiyindən o, yataq otağına keçmişdir. Həmin vaxt yuxulu olduğundan dərhal yatmış və bir də onda ayılmışdır ki, evlərində polis əməkdaşları var, onu oyadırlar. Başa düşmüşdür ki, o yatandan sonra anası Şahid2 polisə şikayət etmişdir. O, əynini geyinəndən və yataq otağından çıxandan sonra polis əməkdaşları onu izahatının alınması üçün polis şöbəsinə aparmalı olduqlarını bildirib, onu birbaşa maşına əyləşdirmişlər. Daha sonra, digər polis əməkdaşlarının evdə bir qədər gec qaldıqlarını görüb, anası Şahid2 həyətdə çətənə bitkiləri əkilməsini onlara deməsini başa düşmüş, buna görə də, özü könüllü olaraq polis əməkdaşlarına çətənə kollarını əkdiyi yeri göstərmiş, videoçəkilişlə çətənə kollarına baxış keçirilmiş, nəticədə kollar polis əməkdaşları tərəfindən əkdiyi yerlərdən kökləri ilə birlikdə çıxarılaraq qablaşdırılmış və bununla bağlı müstəntiq tərəfindən protokol tərtib olunmuşdur. Daha sonra, polis əməkdaşları izahatının alınması üçün onu Xızı rayon Polis Şöbəsinə gətirmişlər. O, çətənə kollarını yalnız öz istifadəsi üçün əkmiş və heç kəsə həmin kolların yarpaqlarından verməmişdir. Hazırda ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Belə ki, yaşadığı evin yataq otağında, çarpayının yanındakı şkafın daxılından aşkar olunmuş 3 ədəd kibrit qutusuna doldurulmuş halda olan narkotik vasitə qurudulmuş marixuanadan onun məlumatı olmadığından və həmin narkotik vasitə ona aid olmadığından özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə deyil, yalnız 237.1-ci maddəsi ilə təqsirli bilir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin və anasının xəstə olmasının nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü tam təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən 6-7 il olar ki, Şahid3 ilə rəsmi nikahdadır, birgə nikahdan övladları olmamışdır. Əvvəllər Xızı Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinə əsasən 01 il müddətinə şərti sınaq müddəti təyin edilməklə 01 il 04 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təxminən 5-6 il olar ki, narkotik vasitə istifadəçisidir. Əsasən narkotik vasitələrdən “kokos” və marixuana istifadə edir. “Kokos”u əridib inyeksiya vasitəsilə vena damarına yeridir, marixuananı isə siqaret formasında çəkir. Narkotik vasitələri əsasən Sumqayıt şəhərində tanımadığı şəxslərdən alır. Təxminən 1 il əvvəl yaşadığı kənd ərazisindən dəftər kağızının arasında toxumlar tapmış, həmin toxumların çətənə bitkiləri olmasını bildiyi üçün onları götürüb münasib vaxt tapan kimi əkmək üçün özü ilə yaşadığı evə gətirmiş və evdə gizlətmişdir. Həmin toxumları gizlətməyi yadından çıxmış, bu yaxınlarda evin hamam və tualetində təmirə başlamışlar, oradan həmin kağızı tapmış və içərisindəki toxumları götürmüşdür. Havalar isindiyi üçün düşünmüşdür ki, toxumları əkib özü üçün çətənə yetişdirməyin əsl vaxtıdır. Beləliklə, təxminən ay yarım bundan əvvəl toxumlardan dördünü evin həyətində, hasarın dibində əkmiş və onlara qulluq göstərməyə başlamışdır. Hər dəfə onları sulayır və dibinə heyvan peyini tökməklə gübrələmişdir ki, keyfiyyətli yetişsin. Sonradan isə bir neçə həftə əvvəl daha 7 ədəd toxumu dörd ədəd ayrı-ayrı dəmir və plastmas vedrələrdə əkmiş, vedrənin ikisini həyətin ortasında olan çuxura qoymuş, digər ikisini isə həyətin digər küncündə ağacların arasında gizlətmiş və onlara da qulluq göstərməyə başlamışdır. Daha əvvəl əkdiyi 4 ədəd çətənə bitkisi artıq böyüməyə başlamış və yarpaqları iriləşmişdir. Bir müddət əvvəl həmin yarpaqlardan yolub özü üçün qurutmuş və onları 3 ədəd kibrit qutusuna doldurmuşdur ki, “kokos” tapmayanda ağrılarını səngitmək üçün arada götürüb çəkər. Həmçinin, gizlətdiyi toxumların da qalanını başqa bir kibrit qutusuna qoymuş və onların hamısını yataq otağındakı şkafın daxılına qoymuşdur. 11 iyun 2021-ci il tarixdə, gecə saatlarında yaşadığı evdə həyat yoldaşı Şahid3 ilə aralarında ailəməişət münasibətləri zəminində mübahisə baş vermiş, həmin vaxt Şahid3 onun üstünə səsini qaldırdığı üçün dözməyib onu vurmuşdur. Əslində Şahid3 əl qaldırmaq istəməmiş, buna görə də evdə əlinə keçən əşyaları atıb sındırmışdır ki, hirsi soyusun. Stolun üstündən götürdüyü şüşə külqabını divara vurmuş, bu zaman külqabının bir hissəsi sıçrayıb Şahid3 burnuna dəymiş və deyəsən burnu çapılmışdır. Şahid3 burnundan qan axdığını görüb peşman olmuşdur. Həmin vaxt anası Şahid2 da köməyə gəlmiş və o, yataq otağına keçmişdir. Yuxulu olduğundan nə vaxt yatdığını bilməmiş və bir də onda ayılmışdır ki, evlərində polis əməkdaşları var, onu oyadırlar. Başa düşmüşdür ki, o, yatandan sonra anası Şahid2 polisə şikayət edib. O, əynini geyinəndən və yataq otağından çıxandan sonra polis əməkdaşları onu izahatının alınması üçün aparıb birbaşa maşına otuzdurmuşlar ki, polis şöbəsinə aparsınlar. Digər polis əməkdaşları evdə bir qədər gec qaldıqları üçün belə düşünmüşdür ki, anası Şahid2 onlara həyətdə çətənə əkdiyini də demiş olar. Buna görə də, özü də etiraf edərək, həmin çətənə bitkilərinin toxumlarını təxminən bir il əvvəl yaşadığı Sitalçay kəndi ərazisində dəftər kağızı arasından tapmasını, daha sonra əkmək üçün onu evdə gizlətməsini bildirmişdir. O, həmin narkotik xassələri çətənə kollarını yalnız öz şəxsi istifadəsi üçün əkib becərmiş, həmin çətənə kollarını əkib becərməyi barədə yalnız anası Şahid2 və həyat yoldaşı Şahid3 xəbəri olmuş, heç kəsə həmin kolların yarpaqlarından verməmiş, özü yarpaqlarını yolub daha sonra çəkmək üçün qurutmuşdur. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 iyun 2021-ci il tarixdə, saat 04:56 radələrində Xızı rayonu, Sitalçay kənd sakini Şahid2 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq narkotik maddə aludəçisi olan oğlu Təqsirləndirilən şəxs arvadını döyməsi və münaqişə yaratması barədə məlumat verdiyindən dərhal əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə həmin ünvana gedərək vətəndaş Şahid2 ərizəsi alınmış, Təqsirləndirilən şəxs isə izahatının alınması məqsədilə Xızı RPŞ-yə gətirilməsi üçün Növbətçi Hissənin xidməti avtomobilinə əyləşdirilmişdir. Həmin vaxt Şahid2 oğlu Təqsirləndirilən şəxs yaşadıqları evin həyətyanı sahəsində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə məlumat vermişdir. Bundan sonra, həmin gün saat 11:00 radələrində Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı ünvana və həyətyanı sahəyə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədə olan çuxurun içərisində 2 ədəd vedrədə əkdiyi 5 ədəd çətənə bitkisi, həyətdə əkilmiş bostanın yanında əlavə 4 ədəd çətənə bitkisi və həyətin sol qurtaracağında hər biri ayrı dəmir vedrədə olmaqla 2 ədəd çətənə bitkisi, ümumilikdə 11 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar olunmuşdur. Bitkilərinin növünün müəyyən olunması məqsədilə dəvət olunmuş mütəxəssis-aqronom bitkilərə baxış keçirib onların həqiqətən də, spesifik qoxuya malik, tərkibində narkotik maddələr olan çətənə kollarına bənzər bitkilər olmasını təsdiq etmiş, bundan sonra həmin bitkilər aqronomun iştirakı ilə kökləri ilə birlikdə əkildikləri torpaqdan çıxarılmış və məhkəmə-bioloji ekspertiza tədqiqatına göndərilməsi üçün müvafiq şəkildə qablaşdırılmışdır. Bundan sonra, baxışın davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və həmin vaxt Mansur öz yataq otağında olan iki nəfərlik çarpayının sol yanında olan şkafı göstərərək, orada kibrit qutularında saxladığı qurudulmuş marixuananın olduğunu bildirmişdir. Daha sonra, şkafın üst daxılı Təqsirləndirilən şəxs tərəfindən açılarkən orada həqiqətən də, 3 ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra, müstəntiq tərəfindən bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə istintaqında dindirilmiş digər şahidlər Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X5 və aqronom - mütəxəssis X6 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, Mansurla təxminən 7 il olar rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahdan övladları olmamışdır. Təqsirləndirilən şəxs evləndikləri ərəfədə narkotik vasitə istifadə etməmiş, lakin vaxt keçdikcə istifadə etməyə başlamışdır. Belə ki, ilk əvvəllər Təqsirləndirilən şəxs işləyərək, ailənin dolanışığını təmin etmiş, sonradan isə işdən çıxmış, ondan və xəstə anası Sərvinaz Muqbilovadan pul tələb etməyə başlamış, eləcə də oğurluğa əl atmışdır. Təqsirləndirilən şəxs keçən illərdə oğurluq etdiyi üçün şərti məhkumluq yaşamış və tutulmasın deyə təyin olunan şərti sınaq müddəti ərzində özünü sakit aparmışdır. Lakin, 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs sınaq müddəti bitdiyi üçün açıq-aşkar narkotik vasitə istifadə etməyə başlamış, evdə hər gün pul tələb etmiş, verməyəndə isə dava-dalaş salmağa başlamış və onu döymüşdür. O, 2021-ci ilin fevral ayından etibarən Sitalçay kəndində yerləşən "xxxx" MMC-də fəhlə işləyir və əmək haqqısını bank kartı vasitəsilə alır. 11 iyun 2021-ci il tarixdə gecə saatlarında Mansur ondan pul tələb etməyə başlamış və həmin ərəfələrdə maaş verilməli olduğundan sonuncu ondan maaş kartını almağa çalışmışdır. Kartı vermədikdə isə əri münaqişə yaratmağa başlamış, ev əşyalarını yerə vurub sındırmış, çöl qapını və yataq otağının qapısını, qapının şüşəsini yumruqla vurub sındırmışdır. Bundan sonra, qaynanası və baldızı onların otağına gəlmiş, Təqsirləndirilən şəxs isə ondan əl çəkib yatmağa getmişdir. Daha sonra, qaynanası Şahid2 DİN-in 102 xidmətinə zəng edib olanlar barədə məlumat vermişdir. Həmin vaxt qaynanası və baldızı evin həyətindəki köhnə evə getmiş, o isə atasıgilə çıxıb getmiş və ondan sonra yaşadığları evdə nələr baş verməsindən məlumatı olmamışdır. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, Təqsirləndirilən şəxsla təxminən 7 il olar rəsmi nikah bağlamış, birgə nikahdan övladları olmamışdır. Təqsirləndirilən şəxs evləndikləri ərəfədə narkotik vasitə istifadə etməmiş, lakin vaxt keçdikcə istifadə etməyə başlamışdır. İlk əvvəllər Təqsirləndirilən şəxs işləyərək, ailənin dolanışığını təmin etmişdir. Sonradan isə işdən çıxmış, ondan və xəstə anası Sərvinaz Muqbilovadan pul tələb etməyə başlamış, oğurluğa əl atmışdır. Təqsirləndirilən şəxs keçən illərdə oğurluq etdiyi üçün şərti məhkumluq yaşamışdır. Təyin olunan şərti sınaq müddəti ərzində özünü sakit aparmışdır ki, tutulmasın. Lakin, 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs sınaq müddəti bitdiyi üçün açıq-aşkar narkotik vasitə istifadə etməyə başlamışdır. Son vaxtlar evdə hər gün pul tələb edir, verməyəndə isə dava-dalaş salmağa başlayır, onu döyür. 11 iyun 2021-ci il tarixdə gecədən etibarən ondan pul tələb etməyə başlamışdır. O, 2021-ci ilin fevral ayından etibarən Sitalçay kəndində yerləşən "xxxx" MMC-də fəhlə işləyir və aylıq ödənişini bank kartı vasitəsilə alır. Həmin ərəfələrdə maaş verilməli olduğu üçün Təqsirləndirilən şəxs gecədən etibarən ondan maaş kartını almağa çalışmışdır. Vermədikdə isə münaqişə yaratmağa başlamış, ev əşyalarını yerə vurub sındırmış, çöl qapını və yataq otağının qapısını, qapının şüşəsini yumruqla vurub sındırmışdır. Yenə də kartı vermədiyini görüb onu döyməyə başlamışdır. Qaynanası və baldızı onu Təqsirləndirilən şəxs əlindən ala bilməmişdir. Axırda da stulu götürüb başına və sifətinə vurmuş, başını yumruqlamışdır. Stul burnuna dəyib burnunun üzərini çapmış və qan gəlməyə başlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs ondan əl çəkib yatmağa getmişdir. O isə qaynanası, baldızı və baldızının 2 azyaşlı qızı evin həyətindəki köhnə evə getmişlər. Oradan qaynanası Şahid2 DİN-in 102 xidmətinə zəng edib olanlar barədə məlumat vermişdir. Bir qədər sonra isə həyətlərinə polis əməkdaşları gəlmiş və birbaşa evə keçib Təqsirləndirilən şəxs yataq otağından götürüb aparmışlar. Daha sonra, qaynanası Şahid2 Təqsirləndirilən şəxs evlərinin həyətində əkdiyi çətənə kollarını göstərib polis əməkdaşlarına bu barədə məlumat vermişdir. Həmin gün polis əməkdaşları Təqsirləndirilən şəxs iştirakı ilə evlərinin həyətində və Təqsirləndirilən şəxsla onun yataq otaqlarında axtarış aparmışlar. Həyətdəki çətənə kolları ilə yanaşı yataq otağında çarpayının yanındakı daxıldan Təqsirləndirilən şəxs əvvəlcədən qoyduğu kibrit qutusunda nəşə də çıxmışdır. Bundan sonra, polis əməkdaşları Təqsirləndirilən şəxs həbs eləmişlər. Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində narkotik tərkibli çətənə kolları əkməsindən xəbəri olmuş, polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 1 ay yarım qabaqdan onları əkmiş və ona qulluq etmişdir. Təqsirləndirilən şəxs ona nəsə edəcəyindən qorxduğu üçün bu barədə heç bir hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən, hardan və hansı şəraitdə əldə etməsi ona məlum deyil. Həmçinin, onun çətənə bitkilərinin toxumlarını da hardan əldə etdiyini bilmir. Təqsirləndirilən şəxs stulla başına və sifətinə vurmuşdur, başını yumruqlamışdır. Stul burnuna dəyib burnunun üzərini çapmış və qan gəlməyə başlamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğu və ondan boşanmaq istədiyi üçün ondan onu döyməsi ilə bağlı şikayəti yoxdur, məhkəmə-tibbi ekspertizadan keçmək istəmir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, evlidir, lakin uşağı yoxdur. Təqsirləndirilən şəxs təxminən 5-6 ildir narkotik vasitə istifadəçisidir. Dəfələrlə Təqsirləndirilən şəxs bu yoldan çəkindirməyə çalışsa da, bacara bilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər bir dəfə oğurluq üstündə tutulmuş, məhkəmənin hökmü ilə 2 il şərti azadlıqdan məhrum edilmişdir. Şərti sınaq müddəti ərzində narkotik vasitə istifadəsini dayandırmış, həmin müddətdə Bakıda, Xırdalanda fəhləlik etmişdir. Şərti sınaq müddəti bitəndən sonra yenidən narkotik vasitə istifadə etməyə başlamış və son 3-4 ay isə ümumiyyətlə iş qabiliyyəti də dayanmışdır. Pandemiya şəraiti bitdikdən sonra işləmək üçün Qazaxıstana getmək istəmişdir. Son vaxtlar narkotik vasitədən daha tez-tez istifadə etməyə başlamış və hər dəfə ondan və həyat yoldaşı Şahid3 pul tələb etmişdir. Şahid3 Sitalçay kəndindəki "xxxx" MMC-də işləyir və aylıq 300 manat maaş alır. Təqsirləndirilən şəxs hər dəfə gah ondan, gah da Şahid3 pul tələb edir, olmayanda isə mübahisə salır, dava-dalaş yaradır, ev əşyalarını vurub sındırmışdır. Yay başlayanda Təqsirləndirilən şəxs həyətlərində özü üçün çətənə kolları əkmiş, bunu əvvəllər başa düşməmişdir. Elə bilmişdir ki, həyət-bacada işləyir, lakin sonradan görmüşdür ki, əkdiyi bitkilərə xüsusi qulluq göstərir, üstündə əsir. İlk əvvəllər kolları həyətdə - bostanda əkmişdir. Daha sonra, həmin bitkilərdən vedrələrdə də əkməyə başlamışdır. Bundan sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs əkdiyi narkotik tərkibli bitkilərdir. Bunu Təqsirləndirilən şəxs özünə deyəndə və irad bildirəndə isə ona qulaq asmır, “özüm üçün əkmişəm, özüm bilərəm” demişdir. Sonuncu dəfə 11 iyun 2021-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs evdə arvadı Şahid3 pul istəmiş, Şahid3 deyəndə ki, pul yoxdur, Mansur dava-dalaş salmağa başlamış, Şahid3 döymüş, masanın üstündən kül qabını götürüb divara vurmuş, yataq otağının qapısını vurub sındırmışdır. O, qızı Nüşabə və onun iki azyaşlı övladı qorxduqları üçün evdən çıxıb həyətdə olan köhnə tikiliyə sığınmışlar ki, sakitlik olsun. Təqsirləndirilən şəxs dəfələrlə törətdiyi bu əməllərindən bezdiyi üçün o, keçib yatandan sonra səhərə yaxın saat 06:00 radələrində DİN-in “102” xidmətinə zəng edib məlumat vermişdir. Bir qədər sonra isə həyətlərinə polis əməkdaşları gəlmiş və birbaşa evə keçib Təqsirləndirilən şəxs yataq otağından götürüb aparmışlar. O isə polis əməkdaşlarına Təqsirləndirilən şəxs evlərinin həyətində əkdiyi çətənə kollarını göstərib, onlara bu barədə məlumat vermişdir. Həmin gün polis əməkdaşları Təqsirləndirilən şəxs iştirakı ilə evlərinin həyətində və Təqsirləndirilən şəxs yataq otağında axtarış aparmışlar. Həyətdəki çətənə kolları ilə yanaşı Mansurun yataq otağında çarpayısının yanındakı daxıldan kibrit qutusunda nəşə də çıxmışdır. Bundan sonra, polis əməkdaşları Təqsirləndirilən şəxs həbs etmişlər. Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində narkotik tərkibli çətənə kolları əkməsindən səhv etmirsə arvadı Şahid3 da xəbəri olmuş, amma başqa kiminsə bundan məlumatı olub-olmamasını bilməmişdir. Oğlu Mansurun narkotik vasitəni kimdən, hardan və hansı şəraitdə əldə etməsi ona məlum deyil. Həmçinin, oğlunun çətənə bitkilərinin toxumlarını hardan əldə etməsini bilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-20-ci vərəqələrində olan 11 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Xızı rayonu, Sitalçay kəndində olmaqla, vətəndaş Şahid2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsidir. Həyətyanı sahə hər tərəfdən mişar daşı ilə hasara alınmışdır. Həyətə giriş göy rənglə boyanmış dəmir qapıdandır. Girişdən sağda hovuz vardır, solda isə birinci olaraq köhnə, palçıq kərpicdən tikilmiş kürsüsüz birmərtəbəli ev, girişlə üzbəüz birmərtəbəli, kürsülü fərdi yaşayış evi yerləşir. Köhnə və yeni evlə üzbəüz həyətyanı sahədir. Həyətdə bir sıra meyvə ağacları, güllər əkilmiş, kiçik bostan salınmışdır. Həyətin ortasında eni-uzunu 2 metr olan çuxur qazılmışdır. Çuxurun içərisində təbii halda bitmiş ot və kol-kos vardır. Baxış zamanı çuxurda içərisinə torpaq doldurulmuş və bitkilər əkilmiş, biri plastmas, biri dəmir olmaqla iki vedrə vardır. Baxışda iştirak edən X4 yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkməsi ilə bağlı daxil olmuş məlumata münasibəti öyrənilmiş və o, bildirmişdir ki, həqiqətən evin həyətində çətənə bitkiləri əkmişdir. Sonra ondan həmin bitkiləri göstərməsi tələb olunmuşdur. O, həyətdə qazılmış çuxurda olan vedrələri göstərib orada 5 (beş) ədəd çətənə bitkisi əkdiyini göstərmişdir. Daha sonra o, həyətdə əkilmiş bostanın yanını göstərib bildirmişdir ki, orada da əlavə 4 (dörd) ədəd, həyətin sol qurtarağında hər biri ayrı dəmir vedrədə olmaqla, 2 (iki) ədəd çətənə bitkisi əkmişdir. Baxış zamanı Mansur Müqbilovun göstərdiyi yerlərdə həqiqətən də, ümumilikdə 11 (on bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzər bitkilər aşkar olunmuşdur. Mütəxəssis-aqronom qismində dəvət olunmuş X6 bitkilərə baxış keçirib onların həqiqətən də çətənə bitkilərinə bənzər olduqlarını təsdiqləmişdir. Bundan sonra, Mansur Müqbilov tərəfindən əkilmiş 11 (on bir) ədəd bitki kökləri ilə birlikdə əkildikləri yerdən çıxarılıb müvafiq şəkildə qablaşdırılmiş, üzəri DİN-in zərflər üçün olan 131 nömrəli möhürü ilə möhürlənmiş və ekspertiza tədqiqatına göndərilməsi təmin olunmuşdur. Daha sonra, baxışın davamı olaraq Mansur Müqbilovun istintaqa verdiyi izahata müvafiq olaraq onun evində aparılmışdır. Qeyd olunan ev kürsülüdür və kürsüdən qalxdıqda birbaşa balkona çıxırsan ki, orada divarın yanına stol (masa) və stullar qoyulmuşdur. Pilləkəndən qalxanda üzbəüzdəki qapı evin mətbəxinə, soldakı qapı isə sakinlərin yaşayış otaqlarına açılır. Sağda isə hazırda təmir altında olan hamam otağı və tualet yerləşir. Yaşayış sahəsinə girişlə üzbəüz şərti olaraq birinci yataq otağı yerləşir, qapı birbaşa zala açılır. Giriş qapısı ilə üzbəüz zalda masa və stullar, girişdən sağda divan, solda isə içərisinə servis qab-qacağı yığılmış şifonyer vardır. Divanla üzbəüz ikinci və Mansur Müqbilova məxsus yataq otağı yerləşir. Maqsud Müqbilov öz yataq otağını göstərib orada marixuana saxladığını bildirmişdir. Bundan sonra, onun iştirakı ilə göstərdiyi yerə baxış keçirilmişdir. Yataq otağında olan iki nəfərlik çarpayının sol yanında olan şkafı Mansur Müqbilov göstərib bildirmişdir ki, kibrit qutularına qoyub saxladığı qurudulmuş marixuana oradadır. Daha sonra, həmin şkafın üst daxili onun tərəfindən açılıb baxılan zaman orada həqiqətən də içərisində qurudulmuş marixuanaya bənzər quru-yaşıl ot kütləsi olan 3 (üç) ədəd kibrit qutusu aşkar olunmuşdur. İçərisində quru-yaşıl ot kütləsi olan 3 (üç) ədəd kibrit qutuları ekspertiza tədqiqatına göndərilməsi üçün müvafiq şəkildə qablaşdırılmış və üzəri DİN-in zərflər üçün 131 saylı möhürü ilə möhürlənmişdir. Eyni zamanda, mütəxəssis aqronom Şahin Musayev aşkar olunmuş bitkilərə xüsusi aqro-texniki qaydada qulluq olunduğuna dair rəy vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-ci vərəqəsində olan 11 iyun 2021-ci il tarixli aqronom rəyində göstərilmişdir ki, həmin tarixdə tərkibində narkotik maddə olan bitkilərin əkilib-becərilməsini müəyyən etmək məqsədilə Xızı rayonu, Sitalçay kəndində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən əkilmiş tərkibində narkotik maddə olan çətənə bitkisinə oxşar, spesifik qoxuya malik cəmi 11 ədəd bitkilər aşkar edilmiş, həmçinin həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Həmin bitkilərin konkret olaraq çətənə kolu olmasını isə məhkəmə-bioloji ekspertizası təsdiq edə bilər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2021-ci il tarixli, 7/544 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında çarpayının yanında şkafın daxılından aşkar olunmuş 3 (üç) ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər quru-yaşıl ot kütləsi” yazılar və imza olan kağız paketdə 3 (üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 1,441 qram; 1,824 qram; 1,847 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi-5,112 qramdır. Təqdim olunmuş 3 (üç) ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş bir ədəd ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 11 (on bir) ədəd, ümumi çəkisi - 415,0 qram olan bitkilərdən, 4 (dörd) ədəd, ümumi çəkisi - 410,920 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 7 ədəd, ümumi çəkisi - 4,080 qram olan bitki ştilləri çətənə (kannabis) bitkisinin ştilləridir. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkiləri və ştilləri tərkiblərinə görə eyni növdədirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən çətənə (kannabis) bitkilərinə və ştillərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata 0,06 qram və 0,08 qram sərf edildikdən sonra narkotik vasitə marixuanaların qalıq çəkiləri 5,052 qram və 4 ədəd çətənə bitkilərinin qalıq çəkisi 410,840 qram təşkil etmişdir. Cinayət işinin 46-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 66,46 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 31 iyul 2021-ci il tarixdə verilmiş 2598 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-71-ci vərəqələrində olan Xızı RPŞnin İQ-nin müstəntiqinin 14 iyun 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 3 ədəd kibrit qutusunda ümumi çəkisi - 5,112 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 5,052 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd ağ rəngli sintetik torbada olan ümumi çəkisi - 410,920 qram olan 4 ədəd çətənə bitkilərindən tədqiqatdan sonra qalıq qalmış 410,840 qram çətənə bitkiləri və ümumi çəkisi 4,080 qram olan 7 ədəd çətənə bitkisinin ştilləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 iyun 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, üzərində qəti olaraq 01 il 04 ay 29 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti təyin edilməklə, şərti olaraq tətbiq edilmiş və sınaq müddəti bitmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 36-37-ci vərəqələrində olan 11 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-69-cu vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 13 iyun 2021-ci il tarixli, 4(068)-15/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 iyun 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 144-145-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin 03 aylıq müddəti 11 sentyabr 2021-ci il tarixdə başa çatdığından və qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı müstəntiq tərəfindən müvafiq istintaq hərəkətləri həyata keçirilmədiyindən təqsirləndirilən şəxs saxlanıldığı istintaq təcridxanasından həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 156-163-cü vərəqələrində olan 04 oktyabr 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, eyni zamanda onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin Şahid3 əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı Şahid3 şikayəti və tələbi olmadığından həmin xüsusut üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-95-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 iyul 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla yaşayır və mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməsi və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlaması cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini nəzərə alaraq, təqsirləndirilən şəxsin islah olunmasının yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olacağı qənaətinə gələrək, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 03 ay müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 01 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, 3 ədəd kibrit qutusunda qalıq çəkisi 5,052 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, bir ədəd ağ rəngli sintetik torbada olan 4 ədəd çətənə bitkilərindən qalıq qalmış 410,840 qram çətənə bitkiləri və ümumi çəkisi 4,080 qram olan 7 ədəd çətənə bitkisinin ştilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, cəmi 66,46 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) ay müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 01 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, 3 ədəd kibrit qutusunda qalıq çəkisi 5,052 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, bir ədəd ağ rəngli sintetik torbada olan 4 ədəd çətənə bitkilərindən qalıq qalmış 410,840 qram çətənə bitkiləri və ümumi çəkisi 4,080 qram olan 7 ədəd çətənə bitkisinin ştilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 66,46 (altmış altı manat qırx altı qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142593, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ**********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-43/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-43/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver