Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-46/2021 22.12.2021 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi-Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1961-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel-iyul aylarında öz cinsi ehtirasını təmin etmək niyyəti ilə Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən tam orta məktəbin təsərrüfat otağında həmin məktəbin 5a saylı sinifinin şagirdi, əvvəlcədən tanıdığı xx xxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs dodağından və köynəyini qaldırıb sinəsindən öpərək cinsi ehtirasını pozğun şəkildə təmin etməklə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2021-ci ilin aprel-iyul aylarında, Xızı rayonu, Yeni Yaşma kəndində olarkən axşam saat 19:00 radələrində həmin məktəbin 5a saylı sinifinin şagirdi, əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs məktəbin yaxınlığında velosiped sürdüyünü görüb öz cinsi ehtirasını təmin etmək niyyəti ilə Zərərçəkmiş şəxs səsləyərək yanına çağırmış və rəsm çəkmək üçün ona ağ vərəq verəcəyini deməklə zərərçəkmiş şəxsi ələ alaraq onun əlindən tutaraq məktəbin ikinci mərtəbəsində yerləşən 7b sinifinə aparmış, orada Zərərçəkmiş şəxs özünə çəkib aşağı əyilmiş və onun dodağından öpmüş, əynindəki koftanı çıxarıb sinəsindən öpmüş, daha sonra isə zərərçəkmiş şəxsin stulun üstünə çıxmasını tələb etməklə öz əlləri ilə onun şalvarını dizinə qədər aşağı çəkib cinsiyyət orqanından öpmüş və beləliklə, cinsin ehtirasını pozğun şəkildə təmin etməklə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunana kimi ailə üzvləri ilə birgə Xızı rayonu, Yeni Yaşma kəndində yaşamış və 2003-cü il tarixdən Sumqayıt YGEŞ Yaşma yarımstansiyasında növbətçi elektrik montyoru vəzifəsində işləmişdir. Arvadı Mənzilə Almuradova 2007-ci il tarixdən Xızı rayon Yeni Yaşma kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləmiş, son 1 ildə arvadı ürək əməliyyatı keçirdiyindən onun boş vaxtı olduqda həmin məktəbə gedib arvadı Mənziləyə təsərrüfat işlərini görməkdə köməklik etmişdir. Zərərçəkmiş şəxsin atası Şahid1 1992-ci ildən tanıyır. Belə ki, o, həmkəndlisi olmaqla yanaşı, qış aylarında Xızı rayonu, Yeni Yaşma kənd tam orta məktəbində ocaqçı vəzifəsində çalışmışdır. Şahid1la və ailə üzvləri ilə münasibətləri yaxşı olmuş, heç bir düşmənçilik və ədavətləri olmamışdır. Ramil usta işlərini bildiyindən bir neçə dəfə onun yaşadığı evdə usta işləri görmüş və birlikdə dəfələrlə yemək yemişlər. 2021-ci ilin may aylarında Xızı rayonu, Yeni Yaşma kənd tam orta məktəbində olarkən Şahid1 qızı Zərərçəkmiş şəxs əlində rəsm çəkilmiş kağız olduğunu görüb ondan nə şəkili çəkməsini soruşduqda, sonuncu oğlan şəkli çəkdiyini ona bildirmişdir. O, Bəyimə zarafatca “lap şəkil babana oxşayır” demiş və baba kimi yanağından öpmüşdür. Bundan sonra da, Bəyimi tez-tez məktəbdə görmüş, onunla baba kimi zarafat etmiş və ona xərcləməsi üçün pul vermişdir. 2021-ci il tarixdə, təxminən iyun ayının sonlarında məktəbdə olarkən Bəyimin rəsm dərsinə gəldiyini gördükdə sonuncuya rəsm çəkmək üçün vərəq verməkdən ötrü onu təsərrüfat otağına çağırmış, Bəyim otağa gəldikdən sonra onun əyində olan koftasını qaldırıb bir dəfə ya sağ, ya da sol sinəsindən öpmüş, həmin vaxt Bəyim ona müqavimət göstərməmiş, lakin utanaraq köynəyini aşağı salmaq istəmişdir. O, qəflətən özünə gəlib əməlindən peşman olmuş və Bəyimdən üzr istəyərək onu bağışlamasını bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ilə aralarında hər hansı bir münasibət olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, şəhid ailəsi olmaqla kifayət qədər yaşı olmasının, eləcə də bronxial astma xəstəsi olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolu, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, valideynləri ilə birgə Xızı rayonu, Yeni Yaşma kəndində yaşayır və Xızı rayon Yeni Yaşma kənd tam orta məktəbinin 5a sinifində təhsil alır. Təqsirləndirilən şəxs, sonuncunun arvadı Mənzilə Almuradovanı və nəvələrini əvvəlcədən tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs ailəsi onlarla eyni kənddə yaşıyır və evlərinin arasında təxminən 100-150 metr məsafə vardır. Xıdırın arvadı Mənzilə onun oxuduğu məktəbdə təsərrüfat müdiri vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs bu müddət ərzində məktəbə gəlib qırılmış qapı və pəncərələri təmir etmişdir. Təxminən 2021-ci ilin əvvəllərindən etibarən Təqsirləndirilən şəxs bir neçə dəfə ona xərcləməsi üçün pul və rəsm dərsində istifadə etməsinə görə A4 formatlı vərəq vermişdir. 2021-ci ilin aprel ayının sonlarında təhsil aldığı məktəbdə rəsm kursdan çıxdıqda Təqsirləndirilən şəxs onu görmüş və ondan nə şəkili çəkdiyini soruşmuşdur. O da, Təqsirləndirilən şəxs oğlan şəkli çəkdiyini bildirmiş, sonuncuya çəkdiyi şəkilə baxaraq, gülə-gülə "baban Əhmədin şəklini çəkərdin də" söyləmiş və onun yanağından öpərək xərcləməsi üçün 1 manat pul vermişdir. Bundan sonra, 2021-ci ilin iyun ayında məktəbdə tənəffüs vaxtı mağazadan yeməsi üçün qurudulmuş çörək, yəni suxari alıb geri qayıdarkən məktəbin həyətində Təqsirləndirilən şəxs onu görmüş və yeməyini gəlib otaqda yeməsini bildirmiş, o isə sonuncuya dərsinin başlayacağını deyərək sinif otağına getmişdir. Daha sonra, sinif otağında digər uşaqlarla birgə əyləşib suxari yeyərkən təhsil aldığı məktəbdə müəllim işləyən Nəriman müəllim həmin sinif otağına girərək Təqsirləndirilən şəxs onu çağırdığını və təsərrüfat otağında gözlədiyini bildirmişdir. Həmin vaxt dərs boş olduğundan o, təsərrüfat otağına getmiş, Təqsirləndirilən şəxs ondan nə üçün yeməyini gəlib onun olduğu otaqda yemədiyini soruşmuş, o isə yeməyini sinif otağında yemək istədiyini sonuncuya bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ona xərcləməsi üçün 1 manat pul vermiş və “gəl döşündən öpüm” demişdir. O, Təqsirləndirilən şəxs etiraz etdikdə sonuncu "sən atanın canı gəl" deyib onun əynində olan köynəyi qaldırarkən o, "nə edirsən" deyəndə Xıdır ona "neyləyirəm ki” söyləyərək, hər iki döşündən bir dəfə öpüb çəkildikdən sonra o, köynəyini aşağı salmışdır. Daha sonra, Təqsirləndirilən şəxs əlləri ilə onun çiyinlərindən tutaraq dodağından bir dəfə öpmüş, sonra o, otaqdan çıxıb sinif otağına getmişdir. Təxminən 4-5 gün sonra 2021-ci ilin iyun ayında o, təhsil aldığı məktəbdə rəsm kursuna getmişdir. Məktəbə daxil olarkən Təqsirləndirilən şəxs dəhlizdə onu görmüş və əlindən tutaraq onu öz otağına tərəf aparıb "gəl sənə bir şey verəcəm" demişdir. Bundan sonra, onlar otağa daxil olmuş və otaqda Təqsirləndirilən şəxs ona rəsm dərsində istifadə etməsi üçün sulu boya və qutuda ətir verib qapını içəridən kilidləmişdir. Daha sonra, Təqsirləndirilən şəxs onun şalvarını çıxarmaq istəyərkən o, sonuncudan onu buraxmasını istəmiş, lakin Xıdır onun sözlərinə məhəl qoymayaraq şalvarını və alt paltarını aşağı çəkib cinsiyyət orqanından bir dəfə öpmüşdür. Bundan sonra o, alt paltarını və şalvarını yuxarı çəkərək çantasını götürmüş və Təqsirləndirilən şəxs qapını açdıqdan sonra otaqdan çıxmışdır. 2021-ci ilin iyun ayının axırlarında bibisi qızı Günay onlara qonaq gəlmiş və onlar birlikdə Yeni Yaşma kənd tam orta məktəbinin həyətinə oynamağa getmişlər. Bu zaman Təqsirləndirilən şəxs onları görmüş və “gəlin sizə top verim” söyləmişdir. Həmin vaxt bibisi qızı Günay da, onunla getmək istədikdə Təqsirləndirilən şəxs Günaya “sən uşaqların yanında dur, mən Bəyimə topu verəcəm gətirəcək” söyləmişdir. Daha sonra o, Xıdır ilə idman zalına getmiş, orada sonuncu ona qısaqol köynəyinin altından geyindiyi topiki göstərərək “bunun adı nədir?” soruşmuş, o isə bilmədiyini demiş və həmin vaxt Xıdır onun dodağından bir dəfə öpmüşdür. O, topu Təqsirləndirilən şəxs alıb məktəbin həyətinə düşdükdən sonra bütün baş verənlər barədə 14 yaşlı bibisi qızı Günaya danışmışdır. 2021-ci ilin iyul ayının əvvəllərində Yeni Yaşma kəndində yaşadığı evin qarşısında yerləşən küçədə velosiped sürərkən Təqsirləndirilən şəxs onu görmüş və "gəl sənə A4 formatlı vərəq verim" demişdir. O, Təqsirləndirilən şəxs ilə razılaşıb birlikdə məktəbə getmiş və sonuncu məktəbin birinci mərtəbəsində yerləşən bufetin yanında olan otaqdan ona A4 formatlı vərəq vermişdir. Bundan sonra, Xıdır onun əlindən tutub ikinci mərtəbəyə aparmış və birlikdə 7B sinifinin otağına girmişlər. Otaqda Təqsirləndirilən şəxs onun şalvarını və alt paltarını aşağı çəkib bir dəfə cinsiyyət orqanından öpmüş, sonra birlikdə aşağı düşüb məktəb binasının çıxış qapısına tərəf gedərkən əlləri ilə onun üz nahiyəsindən tutub dodağıdan bir dəfə öpmüş və ona "soruşan olsa deyərsən ki, Samirə müəlliməyə kömək edirdim" bildirmişdir. Daha sonra o, məktəbdən uzaqlaşıb yaşadığı evə getmişdir. Bibisi qızı Günay Bakı şəhərinə getdikdən sonra ona danışdığı hadisəni öz anası Xalidəyə danışmış, Xalidə isə bu barədə onun anası Qanuni nümayəndə məlumat vermişdir. Bundan sonra, anası Cəmilə ondan nə baş verdiyini soruşduqda o, anasına bütün olanları danışmışdır. O, əvvəlcə qorxduğu və utandığı üçün bu barədə ailə üzvlərinə məlumat verməmişdir. Hal hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Yeni Yaşma kəndində yaşayır və həmkəndlisi Təqsirləndirilən şəxs 1992-ci ildən tanıyır. 2021-ci ilin iyul ayının əvvəllərində Kürdəmir rayonunda mövsümi olaraq ot daşınması ilə məşğul olmuş, arvadı Qanuni nümayəndə ona mobil telefonla zəng edərək həmkəndliləri Təqsirləndirilən şəxs qızları Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməsini söyləmişdir. Həmin gün axşam o, Xızı rayonu, Yeni Yaşma kənd tam orta məktəbin direktoru işləmiş Şahid2 zəng edərək Təqsirləndirilən şəxs qızına qarşı əxlaqsız hərəkətlər etməsini söyləmiş, sonuncu da ona sabah bu məsələni aydınlaşdıracağını bildirmişdir. Deyilənlər bir ata olaraq ona çox pis təsir etdiyindən işini yarımçıq qoyub kəndə qayıtmış, arvadı Cəmilə ilə birlikdə Xıdırın yaşadığı evə getmiş və sonuncunun arvadı Mənzilə həyətə çıxıb onları qarşılamışdır. O, Mənziləyə əri Xıdırın qızı Bəyimə qarşı əxlaqsız hərəkətlər etdiyini söyləmiş, bundan sonra səsə Xıdırın özü evdən çıxmış və aralarında mübahisə yaranmışdır. Belə ki, Xıdır and içərək qızına qarşı hər hansı bir əxlaqsız hərəkətlər etmədiyini və qızı Bəyimin onun hərəkətlərini səhv başa düşdüyünü söyləmişdir. Daha sonra o, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Daxili İşlər Nazirliyinə baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərdi ki, 2001-ci ildən Xızı rayonu, Yeni Yaşma kəndində yaşayır, həmçinin həmin ildən Xızı rayon Yeni Yaşma kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamış, 2021-ci ilin yanvar ayından isə tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşdur. Təqsirləndirilən şəxs Xızı rayonu, Yeni Yaşma kəndində köçdükdən sonra kənd sakini kimi tanımışdır. Belə ki, Xıdırın arvadı Mənzilə Almuradova təxminən 6 il həmin məktəbdə təsərrüfat müdiri vəzifəsində işləmiş, son 1 ildə ürək əməliyyatı keçirdiyi üçün onun məktəbdə təsərrüfat işlərini əri Xıdır görmüş, münasibətləri normal olmuş və hər hansı bir ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs həbs olunandan sonra arvadı Mənzilə Almuradova da tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs və ailə üzvlərini də tanıyır. Belə ki, onlar da Yeni Yaşma kənd sakinidir, Şahid1 qış aylarında həmin məktəbdə ocaqçı vəzifəsində işləyir, qızı Zərərçəkmiş şəxs isə məktəbin 5a sinifinin şagirdidir. 2021-ci ilin iyun ayının sonlarında məktəbin birinci mərtəbəsindən ikinci mərtəbəsinə qalxarkən dəhlizdə olan Təqsirləndirilən şəxs görmüş, sonuncu ona Zərərçəkmiş şəxs onun yanına çağırmasını xahiş etmişdir. O, Xıdırgilin ailəliklə münasibətlərinin yaxşı olduğunu bildiyi üçün Zərərçəkmiş şəxs təhsil aldığı sinif otağına daxil olmuş və tənəffüs vaxtı olduğundan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu çağırmasını bildirmişdir. Həmin hadisədən bir neçə ay keçdikdən sonra məktəb direktoru Şahid2 onu yanına çağıraraq, Təqsirləndirilən şəxs məktəbdə Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərdi ki, 1992-ci il tarixdən Xızı rayonu, Yeni Yaşma kəndində yaşayıram, həmçinin, həmin ildən Xızı rayon Yeni Yaşma kənd orta məktəbində Rus dili müəllimi kimi fəaliyyətə başlamış, 2015-ci il tarixdən həmin məktəbin direktoru vəzifəsində işləmiş və 10 sentyabr 2021-ci il tarixdən işdən azad olunmuşdur. Təqsirləndirilən şəxs Xızı rayonu, Yeni Yaşma kəndində köçdükdən sonra kənd sakini tanımış, onun arvadı Mənzilə Almuradova isə təxminən 6 ildən çox həmin məktəbdə təsərrüfat müdiri vəzifəsində işləmişdir. Mənzilə təxminən 1 ildir ürək əməliyyatı keçirdiyi üçün onun məktəbdə təsərrüfat işlərini əri Xıdır görmüşdür. Eyni zamanda, Zərərçəkmiş şəxs və ailə üzvlərini də tanıyır. Belə ki, onlar da Yeni Yaşma kənd sakinidir, Şahid1 qış aylarında həmin məktəbdə ocaqçı vəzifəsində işləyir, qızı Zərərçəkmiş şəxs isə məktəbin 5a sinifinin şagirdidir. 2021-ci ilin iyul ayının əvvəllərində Şahid1 ona zəng edərək Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qarşı nalayiq hərəkət etdiyini bildirmişdir. Ertəsi gün o, məsələni aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxsla görüşmüş, lakin sonuncu Zərərçəkmiş şəxs qarşı hər hansı bir əxlaqsız hərəkətlər etmədiyini ona bildirmişdir. Bir necə gün sonra yenidən məsələni aydınlaşdırmaq üçün Ramili və Xıdırı məktəbə dəvət etmiş, həmin vaxt Xıdır yenə də heç bir nalayiq hərəkət etmədiyini, Zərərçəkmiş şəxs nəvəsi kimi çox istədiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs bir daha məktəbə gəlməməsini tapşırmışdır. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, Xızı rayon Yeni Yaşma kənd orta məktəbində xadimə işləyir. Təqsirləndirilən şəxs Xızı rayonu, Yeni Yaşma kənd sakini kimi tanımışdır. Belə ki, Xıdırın arvadı Mənzilə Almuradova təxminən 6 ildən çox onun işlədiyi məktəbdə təsərrüfat müdiri vəzifəsində işləmiş, Mənzilə təxminən 1 ildir ürək əməliyyatı keçirdiyi üçün onun məktəbdə təsərrüfat işlərini əri Xıdır görmüşdür. Təqsirləndirilən şəxs həbs olunandan sonra arvadı Mənzilə Almuradova da tutduğu vəzifədən xaric edilmişdir. Təqsirləndirilən şəxsla kəndçi kimi münasibətləri normal olmuş, heç bir düşmənçilik və ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs, həmçinin valideynlərini Yeni Yaşma kənd sakini kimi tanımış, Şahid1 onun işlədiyi məktəbə gəlib-getsə də, onun məktəbdə işləyib-işləmədiyini bilməmişdir. Bu ilin avqust ayının əvvəllində məzuniyyətə çıxmış, sentyabr ayında işə qayıtmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etdiyini və buna görə də həbs edildiyini eşitmişdir. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və ya başqa şagirdlərə qarşı əxlaqsız hərəkətlərə yol verməsini eşitməmiş və belə bir məlumat olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid Almuradova Mənzilə Novruz qızı ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Xızı rayonu, Yeni Yaşma kəndində yaşayır, əri Təqsirləndirilən şəxs 2003-cü il tarixdən Sumqayıt YGEŞ Yaşma yarımstansiyasında növbətçi elektrik montyoru, o isə 2007-ci il tarixdən Xızı rayon Yeni Yaşma kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləmişdir. O, son 1 ildə ürək əməliyyatı keçirdiyindən əri Xıdır boş vaxtı olduqda həmin məktəbə gəlib ona təsərrüfat işlərini görməkdə köməklik etmişdir. Zərərçəkmiş şəxsin atası Şahid1 qış aylarında onun işlədiyi orta məktəbdə ocaqçı vəzifəsində çalışmışdır. Şahid1la və ailə üzvləri ilə münasibətləri yaxşı olmuş, heç bir düşmənçilik və ədavətləri olmamışdır. 2021-ci ilin iyul ayının əvvəllərində Şahid1 arvadı Cəmilə ilə birlikdə onların yaşadığı evə gəlmiş və həmin vaxt o, həyətə çıxıb onları qarşılamışdır. Ramil ona əri Xıdırın qızı Bəyimə qarşı əxlaqsız hərəkətlər etdiyini söyləmiş, bundan sonra onların səsinə Xıdır da, evdən çıxıb yanlarına gəlmiş və and içərək Ramilin qızı Bəyimə qarşı hər hansı bir əxlaqsız hərəkətlər etmədiyini, Bəyimi tanıdığından onu görəndə bir baba kimi üzündən öpdüyünü və sonuncunun onun hərəkətlərini səhv başa düşdüyünü söyləmişdir. Bundan sonra, təklikdə bir daha əri Xıdırdan Zərərçəkmiş şəxs qarşı hər hansı bir əxlaqsız hərəkət edib etmədiyini soruşmuş, əri də cavabında təkidlə belə bir halın baş vermədiyini bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 181-184-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 tərəfindən 20 oktyabr 2021-ci il tarixdə verilmiş 540 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qıznın bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 191-193-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 tərəfindən 04 noyabr 2021-ci il tarixdə verilmiş 589 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 179-170-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 oktyabr 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-32-ci vərəqələrində olan 31 avqust 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-78-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 4(068)-26/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 153.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xızı rayon Polis Şöbəsinin istintaq qrupunun müstəntiqi X1 vəsatəti təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 108-111-ci vərəqələrində olan Sumqayıt Apelyasiya Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 4(105)-118/2021 saylı qərarından görünür ki, apellyasiya protesti təmin edilərək, Xızı Rayon Məhkəməsinin 4(068)-26/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, o, dərhal məhkəmə iclas zalından həbs edilmiş və həbsdə saxlama müddətinin əvvəli 08 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-138-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 4(068)-31/2021 saylı qərarından görünür ki, Müdafiəçi vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 160-164-cü vərəqələrində olan Sumqayıt Apelyasiya Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 4(105)-133/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtinaya dair Xızı Rayon Məhkəməsinin 4(068)- 31/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 201-202-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Yeni Yaşma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 noyabr 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Yeni Yaşma kənd qeydiyyatdadır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “Xızı şəhər Mərkəzi Xəstəxanası” X6 tərəfindən 01 dekabr 2021-ci il tarixdə verilmiş 348 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xızı şəhər Mərkəzi Xəstəxanası” X4 bronxial astma xəstəliyi ilə dispanser qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 204-21-ci vərəqələrində olan 08 noyabr 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 150 və 152-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 153.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə az ağır cinayət törətməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ailəli olmaqla kifayət qədər yaşı olmasını, eləcə də bronxial astma xəstəsi olmasını və yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdən 02 sentyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 08 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 08 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-46/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-46/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver