Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-47/2022 02.11.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən 0,928 qram miqdarında narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 24 fevral 2022-ci il tarixdə, saat 23:15 dəqiqədə Xızı rayonu Şorabad qəsəbəsində həmin narkotik vasitə heroini tanışı Şahid3 30 manata satmış, Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 25 fevral 2022-ci il tarixdə, saat 16:20 radələrində Xızı rayonu Yeni Yaşma kəndində yaşadığı evin yerləşdiyi küçədə saxlanılıb Xızı RPŞ-yə gətirilərək, onun üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə Təqsirləndirilən şəxs satdığı 0,928 qram miqdarında narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bakı şəhərində doğulmuş və kiçik yaşlarından Xızı rayonu Şorabad qəsəbəsində yaşamışdır. O, həbs olunana kimi heç bir yerdə işləməmiş, ailəsini dolandırmaq üçün torpaq sahəsində əkin-biçinlə məşğul olmuş və iribuynuzlu heyvan saxlamışdır. Təxminən 20 ildir narkotik vasitələrin bütün növlərindən istifadə edir. O, əvvəllər narkotik vasitələri xoşu gəldiyi üçün istifadə etmiş, sonra isə narkotik vasitə istifadə etməyə aludə olmuş və onun bədənində ağrılar yaranmışdır. O, hər gün bir dəfə, təxminən 0,1 qram miqdarında narkotik vasitə istifadə etmiş və narkotik vasitələri ətraf rayonlarda yaşamış tanımadığı şəxslərdən almışdır. Xızı rayonunun Yeni- Yaşma kəndində yaşayan Şahid3 təxminən 2-3 ildir tanımışdır. Belə ki, Yolçu idarə etdiyi “Qazel” markalı avtomobillə onun yaşadığı kəndə gələrək səyyari olaraq pomidor tərəvəzinin satışı ilə məşğul olmuşdur. O, Yolçudan bir neçə dəfə pomidor almış, normal münasibətləri olmuş və Yolçunun narkotik vasitələrdən istifadə etdiyini bildiyindən bir neçə dəfə birlikdə narkotik vasitə alaraq istifadə etmişlər. Lakin o, heç vaxt, eləcə də 24 fevral 2022-ci ildə Yolçuya narkotik vasitə satmamış, sonuncu onun barəsində yalan ifadə vermişdir. 2022-ci ilin fevral ayında o, həqiqətən istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Yolçunun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək avtomobillə bağlı bir neçə dəfə danışmışdır. Həmçinin o, Yaşma kəndində özünə məxsus avtomobilini təmir edərkən Yolçunun telefonuna avtomobilini təmir etməyi ilə bağlı ustanın istədiyi ehtiyyat hissələri və həmin hissələrin qiyməti barədə mobil telefonundan sms yazmışdır. Həmin smslər Şahid3 narkotik satması ilə bağlı olmamışdır. Eyni zamanda, Şahid3 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin əhatə dairəsi 24 fevral 2022-ci il tarixdə saat 23:08 dəqiqədən saat 23:18 dəqiqəyədək olan müddət ərzində Xızı rayonu Şorabad qəsəbəsi ərazisində olmasının səbəbini bilmir. Bundan sonra o, 04 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş, barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində həmin tarixdə 4 ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. O, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır və barəsində olan həmin cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılır. Həmçinin, narkotik vasitələrin satışı ilə məşğul olmamış, habelə Şahid3 30 manat müqabilində bir bükümdə narkotik vasitə heroin verməmiş, nədə heç bir narkotik vasitə satmamışdır. Odur ki, qeyd etdiyi bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması şahidlərin ifadələri ilə, həmçinin, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərdi ki, təxminən 1 ilə yaxındır narkotik vasitə istifadəçisidir. O, heroini çox vaxt Xızı rayonu, Şorabad qəsəbəsində yaşayan Şahin adlı şəxsdən almış, həmçinin sonuncu ilə birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişldir. Sonuncu dəfə 24 fevral 2022-ci il tarixdə, saat 21:49 radələrində istifadə etdiyi ***-***-**-** nömrəli telefonla Şahinin istifadə etdiyi ***-***-**-** nömrəli telefona zəng edərək Şahindən heroin istəmişdir. Şahin Şorabad qəsəbəsində yaşadığı evdə olduğunu demişdir. O, idarə etdiyi avtomobillə həmin gün saat 23:15 radələrində Şahinin yaşadığı evin yaxınlığına gəlmiş, Şahin gələrək orada onunla görüşmüşdür. Həmin vaxt Şahin ona bir bükümdə heroin vermişdir. O, da əvəzində Şahinə 30 manat pul vermişdir. Bundan sonra o, yaşadığı evə qayıtmışdır. Şahindən aldığı heroin 25 fevral 2022-ci il tarixdə Xızı rayon Polis Şöbəsində üzərində aparılmış şəxsi axtarış zamanı aşkar edilmiş, ekspert rəyindən sonra heroinin miqdarının 0,928 qram olduğu müəyyən edilmişdir. Daha sonra, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və Xızı Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmünə əsasən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-ın rəisi Şahid4 ifadəsində göstərdi ki 25 fevral 2022-ci il tarixdə, saat 16:20 radələrində RPŞ-nin CAB-ın bölmə rəisi Şahid4 və CAB-ın əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Xızı rayonu, Yeni Yaşma kəndində əməliyyat-istintaq tədbiri həyata keçirilmişdir. Həmin vaxt Şahid3 Xızı rayonu, Yeni Yaşma kəndində yaşadığı evin yerləşdiyi küçədə saxlayıb özlərini təqdim etmişlər. Bundan sonra, Şahid3 üzərində şəxsi axtarış aparılması məqsədi ilə sonuncunu Xızı RPŞnin inzibati binasına gətirərək müstəntiqə təhvil vermişlər. Daha sonra, onların və müdafiəçinin iştirakı ilə Şahid3 üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmamasını soruşduqda o, əynində olan şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümünü çıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı Şahid3 həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və 24 fevral 2022-ci il tarixdə gecə saatlarında Xızı rayonu Şorabad qəsəbəsində tanışı Şahin adlı şəxsdən 30 manat pulun müqabilində aldığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin RPŞ-nin NMQ-in əməliyyat müvəkkili işləmiş Şahid1 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Həmçinin, Şahid1 məhkəməyə teleqram ünvanlayaraq xirməti iş yerinin dəyişdirilməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-28-ci vərəqələrində olan 25 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun surətindən görünür ki, şəxsi axtarış zamanı Şahid3 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümünü çıxarıb təqdim etmiş, bundan sonra Şahid3 üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2022-ci il tarixli, 6/1201 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: “şübhəli şəxs Şahid3 üzərindən...aşkar edilmiş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,928 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,878 qram təşkil etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 172-175-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 4(068)-25/2022 saylı hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 166-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 01 avqust 2022-ci il tarixdə verilmiş 4207 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 144-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 iyun 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 161-163-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 4(005)-659/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 211-223-cü vərəqələrində olan 07 sentyabr 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarı ilə seçilmiş 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri nəzərə alınmış, eləcə də istintaq zamanı Təqsirləndirilən şəxs Şahid3 satdığı 0,928 qram miqdarında narkotik vasitə - heroini onun haradan əldə etdiyini müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərarın surəti Xızı RPŞ-nin CAB-na göndərilmiş, əməlində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, habelə Şahid3 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin əhatə dairəsinin 24 fevral 2022-ci il tarixdə saat 23:08 dəqiqədən saat 23:18 dəqiqəyədək olan müddət ərzində Xızı rayonu Şorabad qəsəbəsi ərazisində olması, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin əhatə dairəsinin 24 fevral 2022-ci il tarixdə saat 22:49 dəqiqədən saat 23:54 dəqiqəyədək olan müddət ərzində Xızı rayonu Şorabad qəsəbəsi ərazisində olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi, 24 fevral 2022-ci il tarixdə Şahid3 narkotik vasitə - heroin satmaması, Şahid3 üzərindən aşkar edilmiş 0,928 qram miqdarında heroini sonuncuya satmaması, əvəzində Yolçudan 30 manat pul almaması barədə özünü müdafiə üçün gətirdiyi dəlillər istintaq zamanı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında, ifadənin yerində yoxlanılması haqqında, diskə baxış keçirilməsi haqqında, üzləşdirmə haqqında protokollar, ekspert rəyləri, maddi sübutlar və digər istintaq sənədləri ilə təkzib edildiyindən rədd edilmiş, Şahid3 üzərində şəxsi axtarış və götürmə aparılmasının video çəkilişi özündə əks etdirən bir ədəd DVD diski və istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrinin məlumatlarını özündə əks etdirən Azərbaycan Respublikası DİN-in Baş İnformasiya- Kommunikasiya İdarəsinin 07 mart 2022-ci il tarixli 25/1-1977m nömrəli məktubu ilə göndərilmiş bir ədəd DVD diski iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 169-170-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 sentyabr 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, himayəsində xx.xx.2007-ci il təvəllüdlü Murad adında bir yetkinlik yaşına çatmayan övladı olan Təqsirləndirilən şəxs həbs olunana kimi Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatsız yaşamış və heç bir faydalı əməklə məşğul olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 0,928 qram narkotik vasitə olan heroini Şahid3 30 manata satması, həmçinin, məhkəmə istintaqında Şahid3 da ifadəsində Təqsirləndirilən şəxs 30 manat pul müqabilində narkotik vasitə heroin aldığını qeyd etməsi, eləcə də Şahid3 istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrənin əhatə dairəsinin 24 fevral 2022-ci il tarixdə, saat 23:08 dəqiqədən saat 23:18 dəqiqəyədək, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin əhatə dairəsinin də 24 fevral 2022-ci il tarixdə saat 22:49 dəqiqədən saat 23:54 dəqiqəyədək olan müddət ərzində Xızı rayonu Şorabad qəsəbəsi ərazisində olmaları satışın həyata keçirilməsi üçün görülən tədbirlərin dairəsini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, Təqsirləndirilən şəxs hərəkətlərinin narkotik vasitəsini satmasına və satış məqsədi ehtiva etməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, habelə Şahid3 30 manat müqabilində bir bükümdə narkotik vasitə heroin verməməsi, nədə heç bir narkotik vasitə satmamasını bildirməsi yalnız cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Habelə, məhkəmə Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə həbsdə olmasını və buna görə də onun dərhal məhkəmə zalından həbs edilməsi zərurətinin aradan qalxmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(068)-47/2022
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-47/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver