Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-5/2021 11.03.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olmayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 185.1, 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində özgə əmlakını talama məqsədi ilə yaşadığı evin hasar qonşusu olan əmisi Şahid1 və ailəsinin evdə olmamasından istifadə edib yaşadığı fərdi 1 mərtəbəli yaşayış evinin həyətinə darvazanın cəftəsini açma yolu ilə qanunsuz daxil olaraq, həyətdə daşdan tikilmiş saxlanc yeri olan qarajın iki hissədən ibarət çölə açılan dəmir materialdan hazırlanmış qapısının yerə bərkidilən cəftəsini əli ilə açaraq içəri keçib orada yerləşən çənlərin içərisindən 1 tona yaxın arpanı gizli yolla oğurlayıb qabaqcadan vəd etmədən qonşusu Şahid8 sataraq zərərçəkmiş şəxsə 350 manat maddi ziyan vurmuş və sonradan əmisinin arvadı Zərərçəkmiş şəxs1 məxsus “QAZ 31105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib Xızı rayonu, Sitalçay kəndinə qaçırdaraq orada üzdən tanıdığı, Şahid5 Şahid4 vasitəsi ilə 15 manata şəxsi istifadə məqsədə ilə narkotik vasitə olan heroin alaraq üzərində saxlamış, xx xxxxxx 2019-cu il tarixdə Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Təqsirləndirilən şəxs Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən şəxsi istifadəsi üçün qanunsuz əldə edib gizlətdiyi, bir ədəd qızılı rəngli kağız bükümdə, təmiz çəkisi 0,289 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxx 2020-ci il tarixdə, saat 13 radələrində onunla bir həyətdə yaşayan, kürəkəni Zərərçəkmiş şəxs2 evdə olmamasından istifadə edərək sonuncunun yaşadığı Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən fərdi evinin qapısını özündə olan açarla açaraq evə daxil olaraq oradan 200 manat dəyərində soyuducunun mühərrikini, 300 manat dəyərində 1 ədəd böyük ölçüdə qədimi xalçanı, 40 manat dəyərində işlənmiş 1 ədəd "Supra" markalı televizoru, 60 manat dəyərində rəqəmsal aparatı, 4 ədəd birinin qiyməti 60 manata olan böyük alminium qazanları və 50 manat dəyərində həyətdə qurlaşdırılmış peyk antenanı gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 960 manat məbləğində maddi ziyan vuraraq, oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində dəniz kənarında odlu silah hesab edilən atəş üçün yararlı olan 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, “İJ 18 E” modelli, patronluğun uzunluğu 70 mm olan, daxili çaxmaqlı "CO 7121" №-li hamar (yivsiz) təkluləli, lakin, konstruktiv dəyişiklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyini qanunsuz olaraq üzərində gəzdirərək yaşadığı Xızı rayonu, Şorabad qəsəbəsindəki fərdi yaşayış evinin həyətində yerləşən toyuq hinində gizlətmiş, xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində saxlanılaraq, yaşadığı evin həyətinə baxış keçirilərkən həmin odlu ov silahı aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa adı Çingiz kimi məlum olan şəxsdən şəxsi istehlak miqdarından artıq, yəni 0,284 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində saxlanılmış, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol cibində 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda, təmiz çəkisi 0,284 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 4 ilə yaxındır narkomaniyadan əziyyət çəkir. xx xxxxxx 2019-cu il tarixdə evdə olarkən qərara gəlmişdir ki, hasar qonşusu olan əmisi Eldarın evinə girib həyətdə tikilmiş qarajdan arpa oğurlayıb satsın və əldə etdiyi pul ilə narkotik vasitə alıb qəbul etsin. Əmisi Eldar Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşayan oğlu Valehin evində qaldığından, yoldaşı Tikəzban isə Giləzi Quşçuluq fabrikində işlədiyindən səhər saat 8-də evdən çıxıb axşam saat 8-də evə qayıdır. Həmin müddətdə isə evdə kimsə olmurdu. Odur ki, saat 09 radələrində evdən çıxaraq qonşusu Şahid8 evinə getmişdir. İlqar həyətində toyuq-cücə saxladığından arpa lazım olub-olmadığını soruşmuşdur. İlqar arpanın qiymətini soruşmuş, o da, 1 kisəsini 10 manata satdığını demişdir. İlqar razılaşdıqdan sonra o, əmisi və ailəsinin evdə olmamasından istifadə edib onların evinin qarşısına gələrək darvazanın cəftəsini sağa çəkərək həyətə daxil olmuş, bir daha evdə kimsənin olmadığına əmin olub girəcəkdən sol tərəfdə yerləşən qarajın qarşısına gələrək əli ilə qarajın qapısının yerə bərkidilmiş cəftəsini yuxarı qaldırıb qaraja daxil olduqda çənlərdə və qablarda çoxlu arpa olduğunu görmüşdür. O, həmin arpanın hamısını oğurlamaq fikrinə düşüb, onları hissə-hissə satmaq qərarına gəlmişdir. Bu məqsədlə də, kənarda yerdə olan 2 ədəd yem kisəsini götürüb içərisini arpa ilə doldurmuş və sonra həmin kisəni əmisi arvadına məxsus, qarajda saxlanılmış QAZ 3110 markalı avtomobilə yükləmişdir. Tikəzban açarları həmişə avtomaşının üstündə saxladığından qarajın qapısını açıb avtomobilin mühərrikini işə salmış və İlqarın evinə aparmışdır. İlqardan 20 manat pul aldıqdan sonra bir kisə də arpa olduğunu demiş, İlqar da “gətir alacam” demişdir. O, yenə əmisinin evinə gəlib bir kisə də arpa doldurub əmisinin arvadı Tikəzbana məxsus avtomaşınla İlqarın evinə aparmış və həmin kisə üçün də 10 manat pul aldıqdan sonra qalan arpanı da oğurlayıb, aparıb satmaq qərarına gəlmişdir. O, yenidən əmisinin həyətinə gəlmiş, öz evindən və əmisinin evindən 07 ədəd kisə tapmış, həmin kisələrə ağzına kimi arpa doldurub Tikəzbanın maşınına yükləmişdir. Məqsədi isə həmin arpanı satıb pul əldə etdikdən sonra bir hissəsinə narkotik almaq olmuşdur. Birdən kimsə Tikəzbana xəbər verər deyə arpanı yaşadığı qəsəbə ərazisində satmamışdır. Ona görə də arpanı başqa bir yerdə satmağı fikirləşmişdir. O, Sitalçay kəndində həyətlərdə toyuq-cücə saxlayanların olduğunu bilmiş və buna görə də özlüyündə fikirləşmişdir ki, həm arpanı aparıb Sitalçay kəndində satar, həm də orada tanıdığı Əli adlı şəxsdən narkotik alar. Sitalçaya gələrkən yolda tanımadığı maşınların birinə həmin arpanın dörd kisəsini 60 manata yəni, bir kisəsini 15 manata satmış, qalan üç kisəni isə Sitalçay kəndi ərazisində bir kisəsini 12 manatdan tanımadığı şəxsə satmışdır. Ümumilikdə arpanın satışından 126 manat pul əldə etmişdir. O, Sitalçay kəndində yaşayan Əlidən narkotik almaq istədikdə, Əlinin onu yaxın buraxmayacağı yadına düşmüşdür. Çünki, əvvəllər də bir neçə dəfə Əlidən narkotik vasitə olan heroin almış, lakin sonradan pulu olmadığından Əlidən nisyə narkotik almış və pulunu da verməmişdir. Fikirləşmişdir ki, indi də gedib alsa, Əli onun pulunu götürüb əvvəlki borcundan çıxacaq və ona narkotik verməyəcək. Ona görə də, yenidən yaşadığı qəsəbəyə qayıtmışdır ki, öyrənib görsün Əlidən kimsə mal alıbsa ona pul versin və həmin şəxs Əlidən öz adına narkotik alsın. Qəsəbəyə gələndə birdən yadına Azad düşmüş, o, Azadın yaşadığı evə gəlib Azaddan xahiş etmişdir ki, Əli onu yaxın buraxmayacaq, ona pul versin, gedib Əlidən narkotik alsın. Azad əvvəl razılaşmasa da, onun vəziyyətini görüb razılaşmış və onunla bərabər Əlinin yaşadığı Sitalçay kəndində gəlmişdir. O, Azada oğurladığı arpadan əldə etdiyi puldan 10 manat vermiş və özü isə kənarda dayanmışdır. Azad gedib Əlidən bir çet siqaretin qızılı kağızına bükülmüş kakos alıb ona vermişdir. Sonra onlar Şorabad qəsəbəsinə gəlmişlər və Azad öz evinə getmiş, o isə qəsəbənin girəcəyində avtomobili kənara çəkib aldığı narkotik vasitənin bir hissəsini iynə vasitəsi ilə qəbul etmiş, bir müddətdən sonra özünə gəlib avtomobili idarə edərkən yanacaq qurtarmış, avtomobildən düşüb qonşusu Nurağanın evinə gəlmiş, həmin gün narkotik vasitənin təsiri altında olduğundan evdən çölə çıxmamış və növbəti gün fikirləşmişdir ki, gedib benzin alıb maşına töküb evə gətirsin. Kəndin çıxacağında isə kənd qəbiristanlığının yanında polis əməkdaşları onu saxlayaraq oğurluqda və avtomobil qaçırtmaqda şübhəli olduğunu bildirmişlər. Başa düşmüşdür ki, əmisinin yoldaşı ondan şikayət etmişdir. Daha sonra, polis əməkdaşları 2 nəfər tanımadığı hal şahidləri və vəkil çağıraraq üzərinə baxış keçirəcəklərini bildirmişlər və ona vəkil təqdim edərək üzərində hər hansı bir qeyri-qanuni əşya olub-olmadığını soruşmuşlar. O da, artıq ifşa olunduğunu görüb hər şeyi etiraf etmiş və əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən qızılı rəngli siqaret kağızına bükülü bir büküm narkotik vasitə olan heroini polislərə təqdim etmişdir. Bundan sonra, onun, vəkilin və hal şahidlərinin iştirakı ilə təqdim etdiyi narkotik vasitə ağ rəngli zərfə qoyulub bağlanılmış və möhürlənərək həmin zərfin üzərinə imza etdikdən sonra zərf ekspertizaya göndərilmiş, onu isə Xızı RPŞ-yə gətirərək barəsində cinayət işi başlanılmış və məhkəməyə qədər polis nəzarəti altına verilmişdir. Bacısı Afət Sumqayıt şəhərində yaşasa da, tez- tez ata yurdu olan Şorabad qəsəbəsində yerləşən evinə gəlmişdir. Onunla bacısının evi bir həyətdədir, o, özünə ayrı ev tikmiş, bacısı isə ata yurdu olan evdə ailəsi ilə hərdən bir gəlib qalmışlar. Bacısı Afətlə ayrı mülkləri var və bacısı özünə aid olan əşyalarını öz evində yəni, ata yurdunda saxlamışdır. Bacısı qalan evin açarı onda da olmuş və həmin evə də o, nəzarət etmişdir. xx xxxx 2020-ci il tarixdə bacısı ailəsi ilə birlikdə Sumqayıt şəhərindəki evinə getdiyindən o, bacısının evdə olmamasından istifadə edərək saat təxminən 13 radələrində özündə olan açarla bacısının yaşadığı evin qapısını açaraq evə daxil olmuş, evdə olan markasını bilmədiyi soyuducunun mühərrikini, markasını xatırlamadığı televizoru, televizorun üzərində olan rəqəmsal aparatı antenası ilə birlikdə, bir ədəd xalçanı və 2-3 alminium qazanı oğurlamışdır. Televizoru Şorabad qəsəbəsində yaşayan Mehmana öz televizoru olduğunu və satmasında ona köməklik etməsini bildirərək vermiş, qalan rəqəmsal aparatı, xalçanı, soyuducunun mühərrikini və qazanı isə Şorabad qəsəbəsi ərazisində müştəri axtararkən metal yığan tanımadığı maşına ucuz qiymətə 30 manata satdıqdan sonra, Mehman televizora müştəri tapdığını bildirmişdir. O da, kim olduğunu soruşduqda Mehman da həmin şəxsin Tərlan olduğunu və qəsəbədə yaşadığını demişdir. O da, Tərlanı tanıdığını bildirmiş, sonra birlikdə Mehmanın evinə gəlmişlər və Tərlan da oraya gələrək televizoru sonuncuya 45 manata satmışdır. Həmin puldan Mehmana bir ədəd siqaret alıb, qalan pulu isə özünə xərcləmişdir. Həmin gündən bir neçə gün keçəndən sonra bacısı Afət evinə gəlib görmüşdür ki, həmin əşyalar yoxdur. Ondan həmin əşyaları soruşduqda, o, əşyaları oğurladığını demişdir. Bundan sonra, bacısı ondan şikayət etmiş, bacısı Afətin evindən oğurluq etdiyinə görə onu polis əməkdaşları axtardığından o, qəsəbə ərazisində dəniz kənarına getmişdir ki, polislər onu tutmasın. xx xxxx 2020-ci il tarixdə o, yenə də Şorabad qəsəbəsi ərazisində dəniz kənarına getmiş, saat təxminən 16 radələrində dəniz kənarında gəzərkən yerdə parçaya bükülü nəsə olduğunu görmüşdür. O, həmin əşyanı götürüb baxdıqda lüləsi kəsilmiş ov tüfəngi olduğunu görmüşdür. Həmin ov tüfəngini götürüb ova getməsi düşüncəsiylə özündə saxlamışdır. Axşam düşəndən sonra gecə evə gəlib heç kimin, yəni evdəkilərin xəbəri olmadan həmin tüfəngi yaşadığı evin həyətində olan toyuqcücə üçün tikilmiş tikilinin içərisində şifer parçasının altında gizlətmişdir. xx xxxx 2020-ci il tarixdə birdən polis əməkdaşları gəlib onu evdə tutarlar deyə səhər evdən tez çıxmışdır. Buna görə də, evdən tək çıxıb qəsəbənin ərazisi ilə dənizə tərəf gedəndə onunla bir qəsəbədə yaşayan, lakin evinin dəqiq yerini bilmədiyi Çingiz adlı şəxslə qarşılaşmış, Çingiz ondan hara getdiyini soruşduqda, ona dəniz kənarına tərəf getdiyini demişdir. Çingizlə orada söhbət edən zaman hərdən ağrıları olduğu üçün ona narkotik verməsini söyləmişdir. Belə ki, o, əvvəllər də bir neçə dəfə Çingizdən narkotik aldığından, onun narkotik vasitə satdığını bilmişdir. Çingiz də ona əgər pulun varsa, bir bükümünü 10 manata kakos, yəni heroin verə biləcəyini demişdir. O da, bacısı Afətin evindən oğurladığı əşyaları sataraq əldə etdiyi puldan 10 manat qaldığından, həmin 10 manatı Çingizə vermiş, o da, cibindən siqaretin gümüşü kağızına bükülmüş bir büküm narkotiki çıxarıb ona vermişdir. O, həmin narkotiki əynində olan göy rəngli cins şalvarının sol cibinə qoymuşdur ki, münasib yer tapıb ağrısı olanda həmin narkotiki istifadə etsin. Çingizdən ayrılandan sonra dəniz kənarına getmiş, başı qarışıq olduğundan narkotiki istifadə etməmiş və cibində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə yenə də səhər evdən çıxmışdır ki, birdən polislər evə gələr və saat 11:30 radələrində Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində tək gedərkən polis əməkdaşları onu saxlayıb çəkiliş vasitəsi ilə üzərində axtarış aparılacağını demiş və ona üzərində nə varsa təqdim etməsini bildirmişlər. O da, bir qədər əvvəl Çingizdən 10 manata aldığı narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları ona evdə silah saxladığını demiş və həmin silahı harada gizlətmişdirsə təqdim etməsini söyləmişlər. O da, polis əməkdaşlarına silahı həyətdə gizlətdiyini demiş, sonra polislərlə birlikdə yaşadığı evə gedib evin həyətində, balaca tikilidə şiferin altında gizlətdiyi lüləsi kəsik ov tüfəngini polislərə təqdim etmiş və polislər də həmin silahı ondan təhvil almışlar. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, həmçinin, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə hər zaman olduğu kimi səhər saat 08 radələrində evdən çıxıb işlədiyi Sitalçay kəndində yerləşən “xxxx” MMC-yə getmişdir. İşi bitdikdən sonra oradan çıxaraq saat 18:30-da evə çatmış və həyətin darvazasının qapısını açıb həyətə daxil olanda sol tərəfdə yerləşən qarajın qapısının açıq olduğunu görmüşdür. Qaraja yaxınlaşıb içəri baxdıqda orada saxlanılan ona məxsus **-BA-*** dövlət nömrə nişanlı, QAZ 31105 markalı avtomaşının yerində olmadığını müəyyən etmişdir. İlk əvvəl nə baş verdiyini başa düşmədiyindən dərhal yoldaşı Şahid1 mobil telefonuna zəng edərək, qarajdan avtomaşını çıxarıb-çıxarmadığını soruşduqda, sonuncu xəbərinin olmadığnı bildirmişdir. Daha sonra, qarajda olan çənlərə nəzər saldıqda onlarda saxladığı arpaların da, yerində olmadığını aşkar etmişdir. Bu zaman kimsə onlar evdə olmadıqları müddətdə qaraja daxil olub avtomaşını və arpanı oğurladığını başa düşmüşdür. Bundan sonra, dərhal DİN-in 102 xidmət mərkəzinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Bir neçə gün sonra baş vermiş oğurluq hadisəsinin qaynı oğlu Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Oğurluq nəticəsində ona məxsus QAZ 3110 markalı avtomaşın qaytarılsa da, bir tona yaxın arpanın dəyəri olan 350 manat maddi ziyan qaytarılmamışdır. Ona görə də, Təqsirləndirilən şəxs şikayətçidir və ona qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Şahid13 onun həyat yoldaşı olmaqla, onunla bir ünvanda yaşayır. Belə ki, onların Xızı rayonu, Şorabad qəsəbəsində həyət evləri olsa da, daimi olaraq Sumqayıt şəhərində yerləşən evlərində yaşayırlar. Eyni zamanda, Xızı rayonu, Şorabad qəsəbəsindəki ev həyat yoldaşı Afətin ata evi olsa da, həmin evi Afətin atası onlara hədiyyə etmişdir. Həmçinin, qaynı Təqsirləndirilən şəxs də, həmin həyətdə yerləşən başqa bir evdə öz ailəsi ilə birlikdə yaşayır. Onlar özlərinə məxsus bəzi əşyaları Xızı rayonu, Şorabad qəsəbəsindəki evlərində qoyaraq qapısını bağlamışlar. xx xxxx 2020-ci il tarixdə həyat yoldaşı Afət Şorabad qəsəbəsindəki evlərinə gedib baxarkən evin pəncərəsinin şüşəsinin sındırıldığını görmüş və evdən onlara məxsus markasını bilmədiyi soyuducu üçün təzə aldığı 200 manat dəyərində mühərrikin, 300 manat dəyərində qədimi böyük xalçanın, bir ədəd 150 manat dəyərində işlənmiş "Supra" markalı televizorun, 60 manat dəyərində markasını bilmədiyi rəqəmsal aparatın, dörd ədəd ümumi qiyməti 240 manata olan böyük alminium qazanların, 50 manat dəyərində bayırda qurlaşdırılmış markasını və ilini bilmədiyi krosna aparatının qardaşı Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Buna görə də, dəfələrlə Təqsirləndirilən şəxs tərəfindən oğruluqlar edildiyi üçün yoldaşı Afət məcbur olub qardaşı Sərxandan şikayət etmişdir. Oğurluq nəticəsində onlara ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Hazırda onlara dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələbləri yoxdur, habelə təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid13 şahid Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid12 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Xızı rayonu, Şorabad qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 DİN-nin 102 zəng mərkəzinə və Xızı rayon Polis Şöbəsinə müraciət edərək, həmin günü onun yaşadığı evin həyətindən arpanın və özünə məxsus avtomaşının oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs1 evindən oğurluq olması faktı ilə əlaqədar olaraq şöbənin əməkdaşları ilə birlikdə Xızı rayonu, Şorabad qəsəbəsinə gedərək oğurluq faktının açılması ilə əlaqədar olaraq tədbirlər gördükdə həmin oğurluqda Xızı rayonu, Şorabad qəsəbəsində yaşayan Tikəzbanın qohumu Sərxan adlı şəxsdən şübhələnsələr də, həmin günü Sərxanın yerini müəyyən etmək mümkün olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə Xızı RPŞ-yə Təqsirləndirilən şəxs Şorabad qəsəbəsi ərazisində olması və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün polis əməkdaşları ilə birlikdə Xızı rayonu, Şorabad qəsəbəsinə gedərək, əməliyyat-istintaq tədbiri həyata keçirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs saxlayaraq iki nəfər hal şahidinin iştirakı ilə özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs də özünü təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyini bildirərək, ona hüquq və vəzifələri izah edib, sonuncuya hüquqlarını müdafiə etmək üçün Siyəzən rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq hər hansı bir əşya olub-olmaması soruşulduqda, o da, əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş maddəni onlara təqdim etmişdir. Həmin bükülünü açaraq içərisinə baxdıqda həmin qızılı kağızın içərisində toz halında qəhvəyi rəngdə maddə olduğu aşkar olunmuşdur. İlkin dindirmə zamanı sonuncudan həmin maddənin haradan əldə etməsini soruşanda o, bu maddənin narkotik vasitə olan heroin olduğunu bildirərək, Xızı rayonu Sitalçay kəndində yaşayan Əli adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra, həmin heroinə bənzər maddə zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs barəsində Xızı rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmış və o, polis nəzarəti altına verilmişdir. Lakin, Sərxan bundan nəticə çıxarmayaraq bacısının evindən oğurluq etdiyinə görə və onun barəsində seçilmiş polis nəzarətindən yayındığına görə axtarılmışdır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Şorabad qəsəbəsi ərazisində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şöbənin işçiləri və Siyəzən rayonunda fərdi fəaliyyət göstərən Müdafiəçi ilə birlikdə həmin günü Şorabad qəsəbəsinə getmişlər. Saat təxminən 11:30 radələrində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs saxlayaraq orada video çəklişlə üzərində şəxsi axtarış aparılan zaman Sərxanın əynində olan göy rəngli cins şalvarının sol cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda, təimiz çəkisi sonradan yəni, ekspertiza rəyindən sonra məlum olan 0,284 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Sərxandan həmin narkotiki nə məqsədlə, haradan əldə etməsinin soruşduqda, sonuncu həmin narkotiki özü istifadə etmək məqsədi ilə onunla bir kənddə yaşayan, sifətdən tanıdığı lakin, harada qalmasını bilmədiyi Çingiz adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmçinin, Xızı RPŞ-yə Sərxanın evində qanunsuz olaraq silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sərxanla uzun aparılan söhbətdən və evində axtarış aparılacağını bildirdikdən sonra Sərxan dəniz kənarında lüləsi kəsik tüfəng tapdığını və yaşadığı evin həyətində olan balaca tikilidə həmin silahı saxladığını bildirmişdir. Sərxanın iştirakı ilə evinə gedərək həyətində olan balaca tikilidə şiferin altında gizlətdiyi parçaya bükülmüş halda lüləsi kəsilmiş tək lüləli silahı onlara könüllü olaraq təqdim etmişdir. İlkin dindirmə zamanı Sərxan həmin silahı bir neçə gün əvvəl Şorabad qəsəbəsində dəniz kənarından tapdığını və ov etmək məqsədi ilə evində gizlətdiyini etiraf etmişdir. Məhkəmə istintaqında şahid, həmin vaxt Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid11, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid7 Şahid12 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X7 ifadəsində göstərdi ki, Xızı rayon Polis Şöbəsində sahə rəisi işləyir, xidməti ərazisi Şorabad qəsəbəsidir. xx xxxx 2020-ci il tarixdə Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olan, Sumqayıt şəhərində yaşayan Şahid13 DİN-nin «102» xidmət mərkəzi sisteminə zəng vuraraq, həmçinin Xızı rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Şorabad qəsəbəsində yerləşən evinin pəncərəsini sındırma yolu ilə evə daxil olma nəticəsində ümumi dəyəri 1000 manat olan xalçanın, televizorun, soyuducu mühərrikinin, qazanların və krosna aparatının oğurlandığını və həmin oğurluqda qardaşı Təqsirləndirilən şəxs şübhələndiyini bildirmişdir. Ərizə əsasında Xızı rayon Polis Şöbəsində araşdırma aparılmış, lakin Təqsirləndirilən şəxs polisdən qaçıb gizləndiyindən onu tapmaq mümkün olmamışdır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və onunla aparılmış söhbətlər zamanı müəyyən edilmişdir ki, Sərxan bacısının evindən oğurladığı əşyaların bir qismini tanımadığı şəxslərə, televizoru isə Şorabad qəsəbə sakini Şahid6 satmışdır. Qəsəbə sakini Şahid6 ilkin dindirmə zamanı televizoru Xızı rayonu, Şorabad qəsəbə sakini Mehman adlı şəxsdən aldığı müəyyən olunmuşdur. Televizor tərəflərindən götürülmüş və Şahid6 dindirilməsi üçün istintaqa təqdim edilmişdir. Polis Şöbəsində Şahid6 televizoru müstəntiqə təqdim etmiş, lakin qalan oğurlanmış əşyaların yerini müəyyən etmək mümkün olmamışdır. Hazırda da həmin əşyaların yerini müəyyən etmək məqsədi ilə tərəflərindən istintaq əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə iclasında iştirak edən Şahid5 ifadəsində göstərdi ki, təxminən 10 ilə yaxın olar narkomaniya xəstəliyindən əziyyət çəkir. Belə ki, bədənində olan ağrıları azaltmaq üçün mütəmadi olaraq mərhum qohumu Quludan narkotik vasitə olan heroin alaraq istifadə etmişdir. Bir neçə ay bundan əvvəl Qulu xərçəng xəstəliyindən öldükdən sonra Sumqayıt şəhəri, X4 qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi narkoman ilə tanış olaraq bir neçə dəfə ondan narkotik vasitə olan heroin və marixuana almışdır. Xızı rayonu, Şorabad qəsəbə sakini Azad adlı şəxsi təxminən iki ildir tanıyır və o da, narkotik vasitə aludəçisidir. Azadın maddi imkanı yaxşı olmadığından, əvvəllər bir neçə dəfə ona istifadə etmək üçün təmənnasız narkotik maddə olan heroin vermişdir. Azada yazığı gəldiyindən heç vaxt narkotik maddəni ona satmamışdır. Lakin, xx xxxxxx 2019-cu il tarixdə Azad yanına gələrək ona narkotik maddə olan heroin lazım olduğunu bildirərək, ona 10 manat pul vermiş və kimdənsə narkotik vasitə almağı xahiş etmişdir. O da, Azaddan həmin 10 manat pulu alıb bir müddət gözləməsini ona bildirmiş və yol maşınları ilə Tağıyev qəsəbəsinə getmişdir. Orada tanışından 10 manata 1 büküm heroin və özündə olan 10 manat pula isə 2 büküm marixuana alaraq 1 saat ərzində Sitalçay kəndinə qayıtmışdır. Daha sonra, aldığı heroindən öz istifadəsi üçün az hissə götürərək qalanını Azada vermişdir. Azad getdikdən sonra az miqdarda olan heroini inyeksiya vasitəsi ilə qəbul etmiş, marixuanadan isə bir az götürüb siqaretə doldurub çəkmişdir. Səhəri gün, xx xxxxxx 2019-cu il tarixdə Sitalçay kəndinin ərazisinə çıxarkən polis əməkdaşları onu saxlamışlar və onlarla birlikdə Polis Şöbəsinə getmək lazım olduğunu bildirmişlər. Polislərdən şöbəyə getməyinin səbəbini soruşduqda, polislər bir nəfərin barəsində cinayət işi başlanıldığını və həmin şəxs ilə əlbirliyinin olub-olmamasını yoxlamaq üçün müstəntiq tərəfindən dindiriləcəyini bildirmişlər. Həmin vaxt etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Xızı rayon Polis Şöbəsində isə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. O da, etiraz etməmişdir. Polis əməkdaşları ona vəkil təqdim edəndən sonra təklif etmişlər ki, üzərində narkotik vasitə vardırsa təqdim etsin. O da, artıq ifşa olunduğunu başa düşərək əynində olan boz rəngli idman şalvarının sol yan cibində olan 2 bükümə yaxın marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları bir ədəd gümüşü siqaret kağızı bükümünü də stolun üstünə qoyaraq guya cibindən çıxdığını və heroinə bənzər maddə olduğunu bildirmişlər. Lakin, həmin vaxt onun üzərində yalnız marixuana olmuş, hər hansı bir başqa narkotik vasitə olmamışdır. Belə ki, bir gün əvvəl Azad üçün aldığı heroini elə həmin gün sonuncuya vermişdir. Bundan sonra, polis əməkdaşları üzərindən çıxan maddəni götürüb qablaşdırmış, onu isə şöbənin müvəqqəti saxlama yerinə təhvil vermişlər. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 15 ildir narkotik vasitə aludəçisidir. Dəfələrlə narkomaniya xəstəliyindən müalicə alsa da, heç bir xeyri olmamışdır. Ona görə də, bədənində olan ağrıları azaltmaq üçün qohumu Quludan narkotik vasitə olan heroin alaraq istifadə etmişdir. Elə vaxt da olurdu ki, maddi imkanı zəif olduğundan Quludan aldığı narkotik vasitələri hissələrə bölüb bir bükümünü 10 manata satırdı ki, yenidən mal əldə edə bilsin. 2 ay bundan əvvəl Qulu xərçəng xəstəliyindən ölmüş və həmin gündən bir neçə gün sonra Sumqayıt şəhəri, H.Zeynalabdın qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi narkoman ilə tanış olmuş və bir neçə dəfə ondan narkotik vasitə olan heroin və marixuana almışdır. Sonuncu dəfə də xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Sumqayıt şəhərinə getmiş, həmin tanımadığı şəxs ilə görüşərək ondan 10 manata bir büküm heroin və 10 manata 2 büküm marixuana alıb evinə gəlmiş, evdə aldığı heroindən bir hissəsini istifadə etmiş və digər hissəsini yenidən cibinə qoyub kənd içinə çıxanda polis əməkdaşları ona saxlamışdır. Polislər onun kimliyini öyrəndikdən sonra birlikdə polis şöbəsinə getmək lazım olduğunu bildirmişlər. O, bunun səbəbini soruşduqda polislər demişdir ki, bir nəfərin barəsində cinayət işi başlanılıb, həmin şəxs ilə əlbirliyinin olub-olmamasını yoxlamaq üçün müstəntiq onu dindirəcək. O da, etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Şöbədə ilkin olaraq izahat vermiş və narkoman olduğunu, məcburiyyət qarşısında qalaraq narkotik vasitə satdığını etiraf etmişdir. Daha sonra, iki nəfər tanımadığı şəxsi və bir vəkil çağıraraq onların iştirakı ilə üzərinə baxış keçiriləcəyi bildirilmiş və ondan üzərində hər hansı bir qeyri-qanuni əşya olub-olmamasını soruşmuşlar. O da, artıq ifşa olunduğunu görüb əynində olan boz rəngli idman şalvarının sol yan cibində olan 1 büküm heroini və 2 büküm marixuananı çıxardıb polislərə təhvil vermiş, bundan sonra yenidən üzərinə baxış keçirilmiş və başqa heç bir şey aşkar edilməmişdir. Yekunda da, protokol tərtib olunmuş və üzərindən aşkar edilmiş narkotik vasitələr eskpertiza təyin edilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, Xızı rayonu, Şorabad qəsəbə sakini Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır və evlərinin arasında 300 metr ara məsafəsi vardır. 8 ildir narkomaniya xəstəliyindən əziyyət çəkir, lakin son 6 ayda o, əsaslı müalicə almış və hazırda heç bir ağrıları yoxdur, narkotik vasitə də istifadə etmir. Əvvəllər Sərxan ilə elə də münasibəti olmasa da, narkotik vasitə qəbul etdiyi vaxtlar Sərxanla tez-tez görüşmüşdür. Müalicə almağa başlayandan sonra isə Sərxanla demək olar ki, münasibətləri kəsilmişdir. 2018-ci ilin oktyabr ayında isə Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserə müraciət etmiş və 21 gün orada qalıb müalicəsini davam etdirmişdir. Dispanserdən qayıtdıqdan sonra isə Sərxanı cəmi 2-3 dəfə görmüşdür. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında yaşadığı evdə olanda həyətdən kiminsə onu çağırdığını eşitmiş və həyətə çıxanda Sərxanın tək onların həyətində dayandığını görmüşdür. Sərxanla görüşdükdən sonra sonuncu ondan ağrıları başladığı üçün narkotik vasitə lazım olduğunu bildirərək, ona köməklik etməsini xahiş etmişdir. Sərxana belə işlər ilə artıq qurtardığını bildirsə də o, israrla ona yalvarmağa başlamışdır ki, ölür, dayana bilmir. O da, Sərxana bu yağışlı havada ona haradan və kimdən narkotik maddə alacağını bildirdikdə, sonuncu ona əmisi Eldarın maşınını götürdüyünü və onunla Sitalçay kəndində getməyini xahiş etmişdir. O, Sərxanda olan ağrıları yaşadığı və onu başa düşdüyü üçün əynini geyinib çölə çıxmış və onun gəldiyi QAZ 3110 markalı avtomobilə əyləşib birlikdə Sitalçay kəndinə getmişlər. Sərxan Sitalçay kəndinin içərisində, fabrikin yanında maşını saxlayaraq orada gözləmiş, o isə Əlinin yaşadığı evin yaxınlığına gəlib onun qapısını döymüşdür. Həmin vaxt Əli qapını açıb onunla görüşdükdə, ona narkotik maddə lazım olduğunu bildirərək, sonuncuya 10 manat verib kimdənsə alıb gətirməsini xahiş etmişdir. Əli ondan 10 manat məbləğində pulu alaraq tanışının olduğunu və 20-30-dəqiqə gözləyəcəyini bildirərək oradan getmişdir. Təxminən 1 saat sonra Əli qayıdaraq ona bir büküm qızılı siqaret kağızında kakos adlandırdıqları heroin vermiş, o da cəld geri qayıdıb maşına əyləşərək bükümü Sərxana vermişdir. Sərxan ona narkotik maddəni evlərinə gedərək birgə vurmağı təklif etdikdə, onu aparıb evə düşürməsini və bir daha buna görə onu narahat etməməsini xahiş etmişdir. Bundan sonra, Sərxan onu gətirib evinə düşürərək çıxıb getmişdir. Növbəti gün isə Sərxanın əmisinin evinə girib onun maşınını və arpasını oğurladığını, sonradan isə polislər tərəfindən saxlanıldığını eşitmişdir. Məhkəmə iclasında iştirak edən Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Xızı rayonu, Şorabad qəsəbə sakini kimi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Yaşadığı evin həyətində toyuq cücə saxlayır və həmin toyuqların dəni qurtardığından qəsəbədə müxtəlif adamlardan dən almışdır. xx xxxxxx 2019-cu il tarixdə dəqiq xatırlamadığı saatda Sərxan qonşuluğunda yaşayan əmisi arvadı Tikəzbanın avtomaşını ilə yaşadığı evə gələrək ona toyuqlar üçün dən axtardığını, öz toyuqlarını kəsdiyi üçün arpası çox qaldığını və satmaq istədiyini bildirmişdir. O da, Sərxanı bir qəsəbə sakini kimi tanıdığına və həmçinin, əmisi arvadı Tikəzbanın avtomaşını ilə gəldiyinə görə ona inanıb arpa gətirməsini ondan xahiş etmişdir. Sərxan da ondan ayrıldıqdan təxminən 15-20 dəqiqə sonra yaşadığı evə gələrək iki kisə arpanı ona 20 manata satmışdır. Sonuncu yenə də bir kisə arpasının qaldığını bildirdikdə, onu da gətirməsini ondan xahiş etmişdir. Sərxan yenə də ondan ayrılaraq bir neçə dəqiqədən sonra onun yaşadığı evə gəlmiş və bir kisə arpanı da ona 10 manata satmışdır. Ümumilikdə Sərxan ona 30 manat muqabilində üç kisə arpa satmışdır. Həmin gündən bir neçə gün sonra polis əməkdaşları onun yaşadığı evə gələrək Təqsirləndirilən şəxs ona satdığı arpaları əmisinin evindən oğurladığını bildirmişlər. O, sonradan Sərxan satan arpaların oğurluq olduğunu bilərək polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə bir qəsəbədə yaşasa da, onunla hər hansı bir ədavəti və düşmənçiliyi yoxdur. xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 11:20 radələrində şəxsi işləri ilə əlaqədar olaraq yaşadığı Xızı rayonu, Şorabad qəsəbəsi ərazisi ilə qəbirsanlığın yaxınlığından gedərkən mülki geyimdə şəxslər ona yaxınlaşıb polis əməkdaşları olaraq bir nəfəri saxladıqlarını və həmin şəxsin üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O da, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə onlardan aralıda saxlanılmış, sonradan tanıdığı Şorabad qəsəbəsində yaşayan Sərxan adlı şəxsin yanına getmişlər. Ondan başqa orada digər bir hal şahidi, həmkədlisi Ağarəşid adlı şəxsin də orada olduğunu görmüşdür. Onların və oraya dəvət olunmuş vəkilin iştirakı ilə Sərxana hüquq və vəzifələri izah edildikdən sonra üzərində narkotik vasitə olub-olmamasını və əgər varsa onlara təqdim olunmasını bildirmişlər. Sərxan da əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş maddəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükülünü açaraq içərisində olan kütləni onlara göstərdikdə, həmin qızılı kağızın içərisində toz halında qəhvəyi rəngdə maddə olduğunu görmüşlər. Polis əməkdaşları Sərxandan həmin maddənin nə olmasını soruşduqda, sonuncu həmin maddə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra, polis əməkdaşları Təqsirləndirilən şəxs cibindən çıxan bükülünü onların iştirakları ilə zərfə qoyaraq ağzını bağladıqdan sonra imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid X1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid9 ifadəsində göstərdi ki, Şahid6 və Təqsirləndirilən şəxs qəsəbə sakinləri kimi tanıyır, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təxminən 2020-ci ilin mart ayının əvvəllərində Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində Sərxanla qarşılaşdıqda söhbət zamanı ona satdıq televizoru olduğunu deyərək, ona almağa təklif etdikdə maddi imkanı olmadığını bildirmişdir. Lakin, həmin vaxt Sərxan televizoru satmağa ona köməklik etməyi ondan xahiş etmişdir. Sərxandan niyə görə televizoru satdığını soruşduqda, sonuncu yoldaşının və özünün işləyərək evdə olmadığı üçün televizora ehtiyac olmadığını və onlara pul lazım olduğu üçün satmaq istədiyini bildirmişdir. Daha sonra, Sərxan ona özü və arvadının mütəmadi olaraq evdə olmadıqlarını bildirərək televizoru yaşadığı evə aparmağı və oradan satmağı ondan xahiş etmişdir. O da, onunla razılaşdıqda Sərxan bir ədəd boz rəngli işlənmiş televizoru gətirib onun yaşadığı evə qoymuşdur. Bundan sonra, həmin gün onunla bir kənddə yaşayan Tərlanla qarşılaşdıqda ona satdıq televizor olduğunu bildirmişdir. Tərlan da razlıq verdikdən sonra, onlar birlikdə evə gedərək televizora baxmışlar. Həmin vaxt o, Tərlana televizorun özünə məxsus olmasını deyərək 45 manata satmışdır. Daha sonra, Sərxana televizorun pulunu verdikdə sonuncu ona həmin puldan bir qutu siqaret almışdır. Məhkəmə iclasında iştirak edən Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə bir qəsəbədə yaşayır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təxminən 2020-ci ilin mart ayında qəsəbə sakini Mehman adlı şəxs onda işlənmiş köhnə televizor olduğunu və həmin televizoru satdığnı, əvəzində özünə təzə televizor almaq istədiyini bildirmişdir. O, Mehmandan televizoru neçəyə satdığını soruşduqda, sonuncu həmin televizoru 50 manata satmaq istədiyini bildirmişdir. O, Mehmana televizora baxmaq istədiyini və qiymətini sonra razılaşacaqlarını bildirdikdə, sonuncu televizorun evdə olduğunu bildirərək etiraz etməmişdir. Bundan sonra, Mehmanla birlkdə televizora baxmağa getdikdə həmin vaxt Sərxan da oraya gəlmişdir. O, televizora baxıb çox köhnə olduğu üçün ona 45 manat pul verəcəyini bildirmişdir. Eyni zamanda, Mehmandan tevizorun oğurluq olub-olmamasını da soruşduqda, sonuncu televizorun oğurluq olmadığını və başı ilə cavabdeh olduğunu ona bildirmişdir. Həmin vaxt Mehmanın sözlərinə inanmış və televizoru 45 manata alıb, aparıb yaşadığı evdə quraşdırmışdır. Bir neçə gün sonra polis əməkdaşları onun evinə gələrək Mehmandan aldığı televizorun oğurluq olduğunu bildirdikdə, həmin televizoru polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır və onlar bir evdə yaşayırlar. Təqsirləndirilən şəxs isə onun qardaşı oğludur və onunla qonşuluqda yaşayır. O, Sərxan onun yaşadığı evdən oğurluq etməsindən bir neçə gün əvvəl Sumqayıt şəhəri Tağıyev qəsəbəsində yaşayan oğlu Valehə baş çəkməyə getmiş və həmin oğurluq hadisəsindən də, orada olarkən xəbər tutmuşdur. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə oğlunun evində olan vaxt həyat yoldaşı Tikəzban ona zəng vuraraq qarajda saxlanılan **-BA-*** dövlət nömrə nişanlı, QAZ 3110 markalı avtomaşının və arpaların oğurlandığını bildirmişdir. O da, Tikəzbana dərhal polisə məlumat verməsini tapşırmışdır. Həmin gün gec olduğundan yaşadığı Xızı rayonu, Şorabad qəsəbəsinə gələ bilməmiş, səhərisi gün evinə gəlmiş və bir neçə gün sonra isə baş vermiş oğurluq hadisəsinin qardaşı oğlu Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Oğurluq nəticəsində onlara məxsus QAZ 3110 markalı avtomaşın qaytarılsa da, bir tona yaxın arpanın dəyəri olan 350 manat maddi ziyan qaytarılmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 209-210-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 30803 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş yerli istehsal üyüdülməmiş arpanın 1 kloqramının 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti nümunə əsasında təxminən 0,38 manat müəyyən edilir. Cinayət işinin İ cildinin 208-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 9/1043 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd gümüşü rəngli, Supra markalı, üzərində ST20AA60S yazıları olan köhnə model televizorun istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 40 manat müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixdə verilmiş 28996 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən ...» sözlər və imzalar olan 01 ədəd bükümdə təmiz çəkisi - 0,289 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,239 qram təşkil etmişdir. Cinayət işinin İ cildinin 119-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixdə verilmiş 6/248 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,284 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respubikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,234 qram təşkil etmişdir. Cinayət işinin İ cildinin 39-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 40,91 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cildinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 3/180; 3/181 nömrəli məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli olmaqla, “İJ 18E» modelli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı «CO 7121» №-li hamar (yivsiz) təklüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, atəş açmaq üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş “CO 7121” №-li tüfəng kəsiyinin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Bu da onu göstərir ki, həmin tüfəng kəsiyindən atəş (atəşlər) açılmışdır. Müvafiq elimi metodika olmadığından açılan atəşin vaxtını müəyyən etmək mümkün deyil. Cinayət işinin İİ cildinin 80-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 130 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 94-95-ci vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmadan öncə Təqsirləndirilən şəxs və hal şahidlərinə hüquq və vəzifələri izah olunmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş toz halında, açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Daha sonra, protokol iştirakçılar tərəfindən imzalanmış və şəxsi axtarış zamanı rəqəmsal tipli “Panasonik” markalı fotoaparat vasitəsilə foto şəkillər çəkilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 24-26-cı vərəqələrində olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan göy rəngli cins şalvarın sol cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində toz halında, açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 30-32-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən toyuq hinində gizlətdiyi ağ un kisəsinin içərisində əlavə olaraq rəngli parçaya bükülmüş 1 ədəd lüləsi kəsilmiş, “İJ 18 E” markalı, "CO 7121" nömrəli, təkluləli ov tüfəngi aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi və götürmə başa çatdıqdan sonra protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 71-ci vərəqəsində olan AA seriyalı, 899756 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 31105” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1dır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 232-233-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 479 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 197-198-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 88-89-cu vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 177.2.3 və 185.1-ci maddəələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 140-141-ci vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 17-18-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 63-66-cı vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(068)-10/2020 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 185.1, 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 210-cu vərəqəsində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin xx xxxxxx 2019-cu il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 3 kisə arpa cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 75-ci vərəqəsində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin xx xxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,239 qram və 0,234 qram narkotik vasitə olan heroinlər cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 83-cü vərəqəsində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin xx xxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli olmaqla, “İJ 18E» modelli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı «CO 7121» №-li hamar (yivsiz) təklüləli odlu ov tüfəngi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 evindən oğurlanmış 01 ədəd gümüşü rəngli, Supra markalı televizor cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin İİ cildinin 97-112-ci vərəqələrində olan xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, eləcə də, Şahid6 və Şahid8 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə “QAZ 31105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs narkotik vasitəni satan Çingiz adlı şəxs barəsində ********* nömrəli cinayət işindən CM-nin 234.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, həmçinin Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD diski maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 xx xxxxxx 2020-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən, təqsirləndirilən şəxsdən hər hansı bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 xx xxxxxxxx 2020-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyindən, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncunun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 185.1, 228.1 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə tam təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 185.1, 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsini və həmin zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 185.1, 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkiləri 0,239 qram və 0,234 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli olmaqla, “İJ 18E» modelli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı «CO 7121» №-li hamar (yivsiz) təklüləli, odlu ov tüfəngi Azərbaycan Respublikası DİN-nin Təhcizat İdarəsinə təhvil verilməli, 01 ədəd gümüşü rəngli, Supra markalı televizor Zərərçəkmiş şəxs2, 03 kisə arpa isə Zərərçəkmiş şəxs1 qaytarılmalı, eləcə də, iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Zərərçəkmiş şəxs1 verilmiş “QAZ 31105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 335,91 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö km et d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.1, 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkiləri 0,239 qram və 0,234 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli olmaqla, “İJ 18E» modelli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı «CO 7121» №-li hamar (yivsiz) təklüləli odlu ov tüfəngi Azərbaycan Respublikası DİN-nin Təhcizat İdarəsinə təhvil verilsin, 01 ədəd gümüşü rəngli, Supra markalı televizor Zərərçəkmiş şəxs2, 03 kisə arpa isə Zərərçəkmiş şəxs1 qaytarılsın, eləcə də, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 verilmiş “QAZ 31105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 335,91 (üç yüz otuz beş manat doxsan bir qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-5/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-5/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver