Məhkəmə qərarları › İş №1(068)-6/2020

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-6/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-6/2020 17.09.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Tərcüməçi - X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü, 180.2.4-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Xızı rayonu, Altıağac qəsəbə sakini, əvvəllər tanımadığı, lakin tənha yaşadığını bildiyi vətəndaş Zərərçəkmiş şəxs əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxx 2019-cu il tarixdə, saat 06 radələrində onun yaşadığı evin arxa tərəfindən həyətə daxil olmuş, öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə evin həyətində olan kötüyün üzərinə qoyulmuş palazları götürərək həyətdə olan və çıxış qapısı ilə üzbəüz yerləşən qoz ağacının altına sərərək orada gizlənmiş və Zərərçəkmiş şəxs evdən çıxıb uzaqlaşmasını gözləmiş, təxminən 1 saat sonra Zərərçəkmiş şəxs evdən çıxaraq bağ istiqamətinə getməsini fürsət bilərək cinayətkar fəaliyyətini icra etmək üçün qanunsuz olaraq evə daxil olmuş və ilk olaraq girişdən solda yerləşən qonaq otağına keçib otaqda olan servant və şkafları axtarmış, otaqda sağda qoyulmuş şkafın dolabında diqqətini cəlb edən içərisində 950 manat pul olan qızılı rəngli dəmir qutunu götürüb açmış və içərisində pul olduğunu görmüş, pulları saymadan qutunun qapağını örtüb təcili şəkildə həmin otaqdan çıxıb evin girişi ilə üzbəüz yerləşən və Zərərçəkmiş şəxs məxsus yataq otağına girərək oranı da axtarmış, lakin heç nə tapmadığı üçün evdən çıxmaq istəyərkən qəfildən Zərərçəkmiş şəxs ilə qarşılaşmış, bu zaman zərərçəkmiş şəxs qorxduğu üçün qışqıraraq onun yaxasından yapışmış və onun əlindəki dəmir qutunu görüb öz əmlakının talanmasının qarşısının alınması məqsədilə tədbir görməyə çalışmış, ondan hüquqazidd hərəkətlərinin dayandırmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs cinayət əməlinin davamı olaraq zərərçəkmiş şəxsi itələyərək yıxmaqla zərərçəkmiş şəxsə sol əlin arxa səthinin, sol baldır nahiyəsinin yuxarı və aşağı 1/3-nin qançırları xəsarətləri yetirməklə hadisə yerindən qaçaraq uzaqlaşmış, bu hərəkətləri ilə yaşayış yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə 950 manat maddi ziyan vuraraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq şəkildə talama cinayət əməllərini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq, narkotik vasitə olan qurudulmuş marixuananı və narkotik vasitə olan tiryəki əldə etmiş, həmin narkotik vasitələri müvafiq olaraq kirayə yaşadığı evin qarşısında olan zibillərin arasında və evin damında saxlamış, xx xxxxxx 2019-cu il tarixdə, saat 11:20-də Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı həmin şəxsin kirayə yaşadığı evə və evin həyətinə baxış keçirilərkən evin qarşısında olan zibillərin arasında sellofan paketə qoyularaq gizlədilmiş təmiz çəkisi 440,5 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin evin damında gizlədilmiş təmiz çəkisi 41,747 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşamış, heç bir yerdə işləməmiş və X12 Xızı rayonu, Altıağac qəsəbəsində tək yaşadığından mütəmadi olaraq Altıağac qəsəbəsinə gəlib orada qalmışdır. xx xxxx 2019cu il tarixdə istirahət etmək üçün Altıağac qəsəbəsində yaşayan əmisi Şirbalanın evinə gəlmişdir. Qəsəbəyə mütəmadi olaraq gəlib getdiyinə görə qəsəbə sakinləri ilə münasibəti olmuşdur. Əvvəllər tanıdığı qəsəbə sakini Cəbinin anasının öldüyünü eşitmişdir. Düşünmüşdür ki, yas yerinə gedib Cəbiyə baş sağlığı versin. Bu niyyətlə Cəbinin evinə gedərək ona baş sağlığı verib daha sonra yasdan çıxmışdır. Qəsəbədə kənd arvadları söhbət edərkən tanımadığı qadınların birindən “Babulyanın əri rəhmətə gedib, hal-hazırda tək qalır” deyə eşitmişdir. Qadınların qapıya baxıb danışdıqlarından baxılan evin “Babulyaya” aid olduğunu başa düşmüşdür. Bundan sonra, 2 gün əmisigildə qaldıqdan sonra səhər saat təxminən 08:00 radələrində Altıağac qəsəbəsindən çıxaraq Bakı şəhərinə getmiş, yenidən xx xxxx 2019-cu il tarixdə Altıağac qəsəbəsinə gəlmişdir. Həmin vaxt əmisi Şirbalanın evdə olmadığını, “Məşəd” ziyarətində olduğunu bilmişdir. Belə ki, sonuncu dəfə əmisigildə qalarkən əmisi “Məşəd” ziyarətinə gedəcəyini ona bildirmişdir. Bu dəfə maddi vəziyyəti pis olduğuna görə konkret olaraq qəsəbədə yaşayan “Babulyanın” evinə girib oğurluq etmək niyyəti ilə gəlmişdir. Əmisi evdə olmadığından orada qalmaq istəməmiş, qəsəbədə kirayə ev axtarmışdır. Əvvəldən qəsəbə sakini kimi tanıdığı Nəbinin evini kirayə verdiyini öyrənmiş, Nəbi ilə görüşərək söhbət edib evin kirayəsini həftəyə 30 manata danışmışdır. Nəbinin evinin həyətində balaca ev olmuş, həmin evə özü ilə gətirdiyi paltarlarını yığmışdır. xx xxxx 2019-cu il tarixdə, saat təxminən 06:00 radələrində yuxudan duraraq “Babulya”nın evi istiqamətində hərəkət edib evin arxa tərəfindən həyətə daxil olmuş və ilk olaraq həyəti gəzmişdir. Həyətdə ağac kötüyünün üstündə palazlar görmüş, həmin palazları evin qarşısında olan qoz ağacının altına sərib, orada uzanıb “Babulya”nın yuxudan durmasını gözləmişdir. Orada olarkən şəhərdən aldığı “Winston Silver” siqaretindən 2-3 ədədini çəkmişdir. Təxminən bir saat sonra “Babulya” evin qapısını açıb evdən çıxıb yuxarı istiqamətdə hərəkət etmişdir. O, həmin vaxt qoz ağacının altında gizləndiyi üçün “Babulya” onu görməmişdir. “Babulya” evin yuxarı istiqamətində gedən kimi o, dərhal evə daxil olmuşdur. Evə daxil olarkən girişdən sol tərəfdə otaq görmüş, ilk olaraq həmin otağı axtarmışdır. Otağa girən kimi qarşıda servant yerləşmiş, servanta baxdıqda orada heç nə olmadığını görmüşdür. Daha sonra, sağ tərəfdə şkaf görmüş, şkafı açan kimi orada dolablar olmuş, bütün dolablara baxdıqda, ən sonuncu dolabda qızılı rəngdə, təxminən 30 sm uzunluğunda və 30 sm enində dəmir qutu görmüş, dəmir qutunu görən kimi açmış və içərisində pulları görmüşdür. Pulları saymadan həmin otaqdan çıxmış, təxminən 5 dəqiqə sonra o, otaqdan çıxıb girişlə üzbəüz otağa girmişdir. Həmin otağı axtarmış, lakin heç nə tapa bilməmişdir. Təxminən 2-3 dəqiqə sonra otaqdan çıxarkən qapıda “Babulya” ilə qarşılaşmışdır. O, “Babulya”nı görən kimi tez qapıdan qaçıb çıxıb getmişdir. Daha sonra, gəldiyi istiqamətlə Nəbinin evinə qayıtmışdır. Yolda gələrkən dəmir qabı açmış və orada olan pulları saymışdır. 1 ədəd 200 manatlıq əskinaz, 7 ədəd 100 manatlıq əskinaz və 1 ədəd 50 manatlıq əskinaz olduğunu görmüşdür. Elə evin həyətində olanda dəmir qutunu tullamışdır. xx xxxxxx 2019-cu il tarixdə Xızı rayon Altıağac qəsəbəsində Şahid1 evində olarkən Xızı rayon Polis Şöbəsinin əməkdaşları baş vermiş hadisə ilə əlaqədar oraya gəlmişlər. O, oğurluq əməlini etiraf edərək, onlara baş verənlər barədə izahat vermişdir. Lakin, sonradan o, həm Şahid1 evində, həm də Xızı rayon Polis Şöbəsində tanımadığı polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmışdır. Belə ki, həmin polis əməkdaşları ona işgəncə verərək, qeyd olunan narkotik vasitənin ona məxsus olmasını boynuna almağını, əks təqdirdə külli miqdarda narkotik maddə ilə ittiham olunacağını bildirmişlər. O da, qorxudan məcbur olaraq ona verilən həmin ittihamı qəbul etmişdir. Həmin vaxt o, saxlanılarkən üzərində olan 950 manat puldan 400 manatı qəbzlə Zərərçəkmiş şəxs verilsə də, qalan 550 manat pul hər hansı bir sənədləşdirilmə aparılmadan göy rəngli “ Nissan X-Trail” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı mayor rütbəli polis əməkdaşı tərəfindən götürülmüşdür. Bununla belə, oğurluq əməlindən peşmançılıq hissi keçirməsinin, vurulmuş maddi ziyanı tam olaraq ödəməsinin və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının, himayəsində azyaşlı övladının olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, ailəlidir və 1996-cı ildən narkotik vasitə qəbul edir. X12 Xızı rayonu, Altıağac qəsəbəsində tək yaşadığından mütəmadi olaraq Altıağac qəsəbəsinə gəlib orada qalmışdır. xx xxxx 2019-cu il tarixdə istirahət etmək üçün Altıağac qəsəbəsində yaşayan əmisi Şirbalanın evinə gəlmişdir. Qəsəbəyə mütəmadi olaraq gəlib getdiyinə görə qəsəbə sakinləri ilə münasibəti vardır. Əvvəllər tanıdığı qəsəbə sakini Cəbinin anasının öldüyünü eşitmişdir. Düşünmüşdür ki, yas yerinə gedib Cəbiyə baş sağlığı versin. Bu niyyətlə Cəbinin evinə gedərək ona baş sağlığı verib daha sonra yasdan çıxmışdır. Qəsəbədə kənd arvadları söhbət edərkən tanımadığı qadınların birindən “Babulyanın əri rəhmətə gedib, hal-hazırda tək qalır” deyə eşitmişdir. Qadınların qapıya baxıb danışdıqlarından baxılan evin “Babulya”ya aid olduğunu başa düşmüşdür. Bundan sonra, 2 gün əmisigildə qaldıqdan sonra səhər saat təxminən 08:00 radələrində Altıağac qəsəbəsindən çıxaraq Bakı şəhərinə getmiş, yenidən xx xxxx 2019cu il tarixdə Altıağac qəsəbəsinə gəlmişdir. Həmin vaxt əmisi Şirbalanın evdə olmadığını, “Məşəd” ziyarətində olduğunu bilirdi. Belə ki, sonuncu dəfə əmisigildə qalarkən əmisi “Məşəd” ziyarətinə gedəcəyini ona bildirmişdir. Bu dəfə maddi vəziyyəti pis olduğuna görə konkret olaraq qəsəbədə yaşayan “Babulya”nın evinə girib oğurluq etmək niyyəti ilə gəlmişdir. Əmisi evdə olmadığından orada qalmaq istəməmiş, qəsəbədə kirayə ev axtarmışdır. Əvvəldən qəsəbə sakini kimi tanıdığı Nəbinin evini kirayə verdiyini öyrənmiş, Nəbi ilə görüşərək söhbət edib evin kirayəsini həftəyə 30 manata danışmışdır. Nəbinin evinin həyətində balaca ev olmuş, həmin evə özü ilə gətirdiyi paltarlarını yığmışdır. xx xxxx 2019-cu il tarixdə, saat təxminən 06:00 radələrində yuxudan duraraq “Babulya”nın evi istiqamətində hərəkət edib evin arxa tərəfindən həyətə daxil olmuş və ilk olaraq həyəti gəzmişdir. Həyətdə ağac kötüyünün üstündə palazlar görmüş, həmin palazları evin qarşısında olan qoz ağacının altına sərib, orada uzanıb “Babulya”nın yuxudan durmasını gözləmişdir. Orada olarkən şəhərdən aldığı “Winston Silver” siqaretindən 2-3 ədədini çəkmişdir. Təxminən bir saat sonra “Babulya” evin qapısını açıb evdən çıxıb yuxarı istiqamətdə hərəkət etmişdir. O, həmin vaxt qoz ağacının altında gizləndiyi üçün “Babulya” onu görməmişdir. “Babulya” evin yuxarı istiqamətində gedən kimi o, dərhal evə daxil olmuşdur. Evə daxil olarkən girişdən sol tərəfdə otaq görmüş, ilk olaraq həmin otağı axtarmışdır. Otağa girən kimi qarşıda servant yerləşmiş, servanta baxdıqda orada heç nə olmadığını görmüşdür. Daha sonra, sağ tərəfdə şkaf görmüş, şkafı açan kimi orada dolablar olmuş, bütün dolablara baxdıqda, ən sonuncu dolabda qızılı rəngdə təxminən 30 sm uzunluğunda və 30 sm enində dəmir qutu görmüş, dəmir qutunu görən kimi açmış və içərisində pulları görmüşdür. Pulları saymadan həmin otaqdan çıxmış, təxminən 5 dəqiqə sonra o, otaqdan çıxıb girişlə üzbəüz otağa girmişdir. Həmin otağı axtarmış, lakin heç nə tapa bilməmişdir. Təxminən 2-3 dəqiqə sonra otaqdan çıxarkən qapıda “Babulya” ilə qarşılaşmışdır. O, “Babulya”nı görən kimi tez qapıdan qaçıb çıxıb getmişdir. Daha sonra, gəldiyi istiqamətlə Nəbinin evinə qayıtmışdır. Yolda gələrkən dəmir qabı açmış və orada olan pulları saymışdır. 1 ədəd 200 manatlıq əskinaz, 7 ədəd 100 manatlıq əskinaz və 1 ədəd 50 manatlıq əskinaz olduğunu görmüşdür. Elə evin həyətində olanda dəmir qutunu tullamışdır. O, uzun müddət narkotik istifadəçisi olduğuna görə həmin günü evə gələn kimi narkotik vasitə axtarmağa başlamış və əldə etdiyi puldan bir az xərcləmişdir. Axşam saat təxminən 23:00 radələrində qəsəbədə narkotik vasitə axtarmaq üçün gəzərkən klubun yanında bir nəfər şəxsin dayandığını görmüş, ona yaxınlaşmış və bir az söhbət etmişdir. Bundan sonra, həmin şəxsə ağrıdığını və narkotik vasitə axtardığını demişdir. Həmin şəxs ona narkotik vasitə tapa biləcəyini bildirmiş və ondan nə qədər narkotik vasitə almaq istədiyini soruşmuşdur. O, həmin şəxsə “nə qədər çox olsa, bir o qədər yaxşıdır” demişdir. Həmin şəxs ondan nə qədər pul verə biləcəyini soruşanda demişdir ki, “pulum var, sən malı gətir”. Söhbət əsnasında həmin şəxs ona “tiryək” və “qurudulmuş marixuana” tapa biləcəyini demişdir. O, həmin şəxsdən nə qədər tiryək, nə qədər qurudulmuş marixuana verə biləcəyini soruşmuş, tanımadığı şəxs ona “10-15 dəqiqə gözlə, gedib gəlirəm” demiş və o, da həmin şəxsi gözləmişdir. Həmin şəxs klubun arxası istiqamətinə hərəkət etmiş, o isə olduğu yerdə dayanmış və həmin şəxsin arxasınca getməmişdir. Həmin şəxs təxminən 20 dəqiqə sonra gəlmişdir. Gələn zaman əlində sellofan paket olmuşdur. Həmin şəxs paketdə təxminən 500 qram qurudulmuş marixuana və 40 qram tiryək olduğunu bildirmişdir. O, həmin şəxsdən narkotik vasitələri hansı qiymətə satmaq istədiyini soruşmuş, həmin şəxs isə bütün bunlara görə 700 manat pul istəmişdir. O, həmin şəxsə cəmi 500 manat pul verəcəyini demiş və son nəticə olaraq razılaşmışlar. Sellofan paketi alıb içinə baxmış, içərisində olan narkotik vasitənin qurudulmuş marixuana olduğuna əmin olmuşdur. Daha sonra, həmin şəxs ona balaca paketdə tiryək vermiş, həmin paketi də açıb baxmış və tiryək olduğundan əmin olmuşdur. Bundan sonra, cibində olan puldan 500 manatını həmin şəxsə vermişdir. Beləcə, narkotik vasitələri ondan götürüb birbaşa kirayə qaldığı evə gəlmiş və aldığı narkotik vasitələri orada gizlətmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Xızı rayonu, Altıağac qəsəbəsində son 11 ildir ki, tək yaşayır. Belə ki, 11 il öncə həyat yoldaşı vəfat etmişdir. Övladları isə Bakı şəhərində və Rusiya Federasiyasında yaşayırlar. Təqaüdçüdür, aldığı pensiya ilə dolanışığını təmin edir. Eləcə də, övladları tez-tez ona baş çəkir və qayğısına qalırlar. xx xxxx 2019-cu il tarixdə həmişə olduğu kimi səhər tezdən oyanıb ayaq yoluna getmək üçün evin həyətinə çıxmışdır. Təxminən 7-8 dəqiqə sonra geri qayıdaraq mətbəxdə özünə çay süzdükdən sonra qonaq otağına keçmişdir ki, konfet götürsün. Pərdəni açanda bir nəfərin onu görüb gizlənməsini görmüşdür. O, dərhal özünü itirmiş və fikirləşmişdir ki, səhər tezdən bu evində nə gəzir. Soruşmuşdur ki, bura necə daxil olmusan, həmin şəxs ona cavab verməmişdir. Eyvanın qapısından çıxanda oğlanı tutub saxlamaq istəmiş və qışqırmış, lakin o, əli ilə ağzını tutaraq onu vurub itələyərək yerə yıxmışdır. O, dartılaraq onun əlindən çıxmaq istəyəndə görmüşdür ki, buraxmır, onun barmağını dişləmiş, ondan sonra həmin şəxs onu buraxaraq hadisə yerindən çıxıb getmişdir. Dərhal o, qonşuluqda yaşayan Rizvan adlı şəxsi çağıraraq bu barədə telefon vasitəsilə Xızı rayon Polis Şöbəsinə məlumat verməsini xahiş etmişdir. Zəng etdikdən təxminən 20 dəqiqə sonra polis əməkdaşları, eləcə də rayon prokuroru onun evinə gəlmişlər. 2 gün sonra isə polis əməkdaşları onun evindən oğurluq edən şəxsi tutub gətirmiş və onu bir neçə digər şəxslərlə birlikdə tanınması üçün ona təqdim etmişlər. O da, dərhal həmin şəxsi tanımış və polis əməkdaşlarına onu göstərmişdir. Bundan sonra, polis əməkdaşları həmin şəxsi tutub aparmışlar. Üstündən bir müddət keçdikdən sonra isə polis əməkdaşları həmin şəxs tərəfindən oğurlanmış 950 manat pulun 400 manatını qızı Olqaya qəbzlə, təqsirləndirilən şəxsin qardaşı və anası isə qalan 550 manatı ona geri qaytarmışlar. Baş vermiş hadisə zamanı yerə yıxılan zaman elə də güclü xəsarət almamışdır. Hazırda ona dəymiş 950 manat maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə qaytarıldığından, sonuncudan şikayətçi deyil, habelə təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Şahid4 Şirizadə oğlu ifadəsində göstərdi ki, 26 ildir ki, X1 X16 Stansiyasında sürücü işləyir. Qayınanası Zərərçəkmiş şəxs son 11 ildir Altıağac qəsəbəsində tək yaşayır. Belə ki, 11 il əvvəl qayınatası Nikolay vəfat etmiş və o vaxtdan qayınanası həmin evdə tək yaşayır, təqaüdçüdür. O və arvadı Şahid5 tez-tez qayınanasına baş çəkərək qayğısına qalırlar. xx xxxx 2019-cu il tarixdə, gündüz saat 9-10 radələrində Xızı rayonu, Altıağac qəsəbəsində yayaşan qayınanası Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayan Rizvan onun mobil telefonuna zəng edib qayınanasının evinə oğru girdiyini və arvadın pullarını oğurladığını bildirmişdir. O, tez arvadı Olqa ilə birlikdə özünə məxsus avtomobillə Altıağac qəsəbəsinə gəlmişdir. Onlar gələndə artıq polis və prokurorluq orqanlarının əməkdaşları orada idilər. Qayınanasından öyrənmişlər ki, bir nəfər şəxs həmin gün səhər saatlarında onun evinə girib təqaüddən yığdığı pullarını qoyduğu dəmir qutunu götürüb evdən çıxan zaman qayınanası onunla qarşılaşmış və bu zaman qayınanası həmin oğrunu tutub saxlamaq istəyərkən o, arvadı itələyərək yıxmış və qaçaraq getmişdir. Həmin gündən iki gün sonra isə polis əməkdaşları rayon prokuroru ilə birlikdə hadisəni törətmiş ola biləcək 4 nəfər şəxsi gətirib qayınanasına təqdim etmişlər və qayınanası evindən soyğunçuluq edən şəxsi tanıyaraq onu polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları da, həmin şəxsi tutub aparmışlar. Sonra öyrənmişdir ki, həmin şəxs barəsində soyğunçuluq törətmə və narkotik vasitə saxlama maddələri ilə cinayət işi başlanmış və o, həbs olunmuşdur. Həbs olunanda həmin şəxs qayınanasının evindən oğurladığı 950 manat puldan 400 manatını istintaq orqanına təqdim etmişdir. Bir qədər sonra isə müstəntiq həmin pulu qayınanasının ərizəsinə əsasən qızı Olqaya qaytarmışdır. Daha sonra, isə tutulan şəxsin anası və qardaşı qayınanasının qalan 550 manat pulunu da, Polis Şöbəsində onlara təqdim etmişdir. Beləcə, cinayət əməlini törətmiş şəxs tərəfindən qayınanasına vurulan maddi ziyan tam ödənilmişdir. Lakin, buna baxmayaraq, onlar həmin şəxsin qanunla öz cəzasını çəkməsini tələb edirlər. Çünki, qayınanası yaşlı qadındır, tək qalır və hadisə zamanı oğru qayınanasını yerə yıxaraq ona sol əlin arxa səthinin, sol baldır nahiyəsinin yuxarı və aşağı 1/3-nin qançırları xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Şahid5 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir və özünə məxsus “Opel Astra” markalı, GK-824 dövlət qeydiyyat nişanlı avtomobillə özəl olaraq taksi fəaliyyəti ilə məşğul olur. Qardaşı Təqsirləndirilən şəxs 2014cü ildən evlidir, 1 azyaşlı övladı vardır. Anarın ara-sıra narkotik vasitə istifadə etdiyini bilmişdir. Dəfələrlə Anardan xahiş etmişdir ki, narkotik vasitə istifadə etməsin, lakin Anar hər dəfə bir daha istifadə etməyəcəyini desə də, yenə də narkotik vasitə istifadə etmişdir. Keçən ilin iyul ayının axırlarında Anar ata-baba kəndləri olan Xızı rayonu, Altıağac qəsəbəsinə getmişdir. Onların əsli həmin kənddəndir və onlar Yasamala oradan köçüb gəlmişlər. Hal-hazırda əmisi Şirbala həmin qəsəbədə qalır və onlar da ara-sıra ora qonaq gedirdilər. Keçən yay qardaşı Anar tez-tez Altıağac qəsəbəsinə getmiş, iyul ayının axırlarından isə bir neçə gün evdə görünməmişdir. Təxminən avqust ayının ilk günlərində əmisi Şirbaladan eşitmişdir ki, Anar qəsəbədə yaşlı rus qadının evindən oğurluq edib. Sonradan onu televizorda xəbərlərdə də görmüşdür. Daha sonra, Xızı rayon Polis Şöbəsi ilə maraqlanıb qardaşı barədə xəbər aldıqda məlum olmuşdur ki, Anar yaşlı rus qadının evindən 950 manat pul oğurlamış və oğruladığı pulun 400 manatı könüllü olaraq istintaqa təqdim etmişdir. Yaşlı qadının şikayətini geri götürməsi üçün o, anası Şahid3 ilə birlikdə borc-xərc edib qardaşının rus qadından oğurladığı pulun qalan hissəsini, yəni 550 manatı ona qaytarmışlar. X17 narkotik vasitə istifadə etdiyinə görə evinə qoymamış və Anara tapşırmışdır ki, nə qədər ki, narkotik vasitəni atmayıb, onun evinə gəlməsin. Əmisi dindar, “Məşədi” adamdır deyə, narkotik vasitə istifadə edən və spirtli içki içən adamlardan uzaq gəzir. Buna görə də, qardaşı Anar qəsəbədə qalmaq üçün kirayə ev tutmuşdur. O, özü də narkotik vasitədən tamamilə uzaqdır. Buna görə də, qardaşının həmin narkotik vasitələri nə vaxt, harada və kimdən əldə etməsi ilə bağlı heç bir təsəvvürü yoxdur. Onların Şahid1 ilə heç bir qohumluğu yoxdur. O, həmin şəxsi tanımır və onunla heç bir yaxın münasibəti olmamışdır. Qardaşının onlarda kirayə qaldığını sonradan bilmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, Xızı rayonu Altıağac qəsəbəsində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Arada fəhləlik etməklə məşğul olur və İ Qarabağ müharibəsi veteranıdır. Təqsirləndirilən şəxs çoxdan tanıyır. Belə ki, onun valideynlərinin əsli Altıağac qəsəbəsindəndir və sonradan Bakı şəhərinə köçüblər. Hal-hazırda Anarın əmisi Şirbala hələ də Altıağac qəsəbəsində yaşayır. Əvvəllər Anar tez-tez Altıağac qəsəbəsinə gəlib əmisigildə qonaq qalmış, lakin sonradan əmisi onu evdən qovmuşdur. Arvadı Bakı şəhərində çörək sexində işlədiyindən Yasamalda öz ata evlərində qalır. O, isə oğlu ilə birlikdə qalır və yay aylarında Cənnət Bağında fəhlə işləyir. Yay aylarında Altıağac qəsəbəsinə istirahət etmək üçün Bakıdan çoxlu sayda adam gəlir. Buna görə də, qəsəbə sakinlərinin çoxu ya evlərini bütünlüklə, ya da boş olan otaqlarını kirayə verirlər ki, dolanışıqlarını təmin etsinlər. O, da otağının biri çox vaxt boş olur deyə, yayda həmin otağı kirayə verir. İyul ayının axırlarında Anar qəsəbədə ona yaxınlaşıb evi kirayə verməyi ilə maraqlanmışdır. O, da Anara bildirmişdir ki, evi iki otaqlıdır, onun birini kirayə verir, digərində isə oğlu ilə özü qalır. Lakin, həmin vaxt oğlu Bakı şəhərinə anasının yanına getmişdir. Anar ondan otağı neçəyə kirayə verdiyini soruşduqda o, həftəsi 30 manata olduğunu bildirmiş, Anar da onunla razılaşmışdır. xx xxxx 2019-cu il tarixdə o, işdən çıxıb evdə işıq olmadığına görə yuyunmaq üçün qohumu Rafiqgilə getmişdir. Orada yuyunduqdan sonra gec olduğu üçün onlarda qalmışdır. Səhər oyanıb Rafiqlə birlikdə bayıra çıxanda görmüşdür ki, Rafiqin qonşuluğunda yaşayan Nadya xalanın evinin qarşısına adamlar yığılıb. Həmin vaxt evin içində polis əməkdaşları da var idi. Onlar nə olduğu ilə maraqlandıqda ora yığışanlar bildirdilər ki, Nadya xalanın evini yarıblar. Bundan sonra, orada qalmayıb Rafiqlə birlikdə öncə öz evinə baş çəkdik, daha sonra birbaşa qəsəbədə olan kafeyə getdik. Evə baş çəkərkən Anarın evdə olmadığını görmüşdür. Daha sonra, kafedə çay içib oradan çıxarkən Xızı rayon Polis Şöbəsinin rəis müavini Möhübbətdin Qorçiyevlə qarşılaşmışdır. Möhübbətdin müəllim onunla salamlaşıb Anarı xəbər almış, o da, bildirmişdir ki, evdə yoxdur, harasa gedib. Bu zaman rəis müavini ona bildirmişdir ki, Nadya xala oğrunu Anarın formasında təsvir edib, yəni onun kimi arıq və uzun. Möhübbətdin müəllim ona tapşırmışdır ki, Anar gələn kimi ona xəbər etsin. Bundan sonra, o, birbaşa Cənnət Bağına, Rafiq isə öz evinə getmişdir. Axşam evə qayıdanda yenə də Anarı görməmişdir. Həmin gün oğlu da Bakıdan gəlmişdir. Növbəti gün, yəni xx xxxx 2019-cu il tarixdə səhər oğlu ilə birlikdə oyanıb işə getmişdir. Axşam işdən çıxıb evə qayıdıb hamamda yuyunmağa gedəndə Anarın evə gəldiyini görmüşdür. O, Anara bildirmişdir ki, polis onu axtarır və Nadya xalanın evinin yarılmasında ondan şübhələnirlər. Anar isə israrla və hətta oğurluq edənin ünvanına nalayiq sözlər deyərək oğurluğun onun tərəfindən törədilmədiyini demişdir. Bundan sonra, o, Anara bir söz deməmişdir. Anar isə evdə qalmayaraq çıxıb harasa getmişdir. Telefonu olmadığına görə bu barədə Möhübbətdin müəllimə məlumat verə bilməmişdir. Gec olduğu üçün keçib yatmış və səhər yuxudan qapının səsinə oyanmışdır. Həyətə çıxıb görmüşdür ki, polis əməkdaşları gəliblər. Bir qədər sonra isə polis əməkdaşları Anarı evin həyətində olan hamamın damından düşürüb birbaşa Nadya xalanın evinə tərəf apardılar. Bundan sonra, Anarla heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində göstərdi ki, Xızı rayonu, Altıağac qəsəbəsində ailəsi ilə birlikdə yaşamaqla, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, lakin sonradan eşitdiyinə görə onun valideynlərinin əsli Altıağac qəsəbəsindəndir və Bakı şəhərinə köçüb orada yaşamışlar. Həmçinin, Anarın əmisi Şirbala hələ də Altıağac qəsəbəsində yaşayır. xx xxxxxx 2019-cu il tarixə küçədə gəzişərkən Xızı rayon Polis şöbəsinin rəis müavini Möhübbətdin müəllim ona yaxınlaşıb bir nəfər şəxsin onlar tərəfindən saxlanıldığını və həmin şəxsin üzərində şəxsi axtarış aparılacağını bildirərək, hal şahidi qismində onu hadisə yerinə dəvət etmişdir. O da, etiraz etməyərək onunla birlikdə baxışın keçiriləcəyi həmkəndlisi Nəbinin həyətinə doğru getmişdir. Altıağac qəsəbəsində yaşayan Nəbinin həyətinə daxil olarkən bir nəfər şəxsin saxlanıldığını və ondan başqa orada digər hal şahidinin də dəvət edildiyini görmüşdür. Bundan sonra, adının Anar olduğunu bildiyi saxlanılan şəxs kirayə yaşadığı Nəbinin evinin həyətindən və damından aşkar olunmuş selofanın içərisində olan kütlələrin, pul əskinazlarının, şpristlərin ona aid olduğunu bildirərək, selofan paketlərdə narkotik maddə olan marixuana və tiryəkin olduğunu səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs götürülmüş selofan paketlərin içəsində olan kütlələr və şprislər qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Həmin protokol onun və digər hal şahidinin imzası ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində yaşamaqla, heç bir yerdə işləmir və kəndlərdən metal yığmaqla sataraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, lakin sonradan kənd sakinlərindən eşitdiyinə görə onun valideynlərinin əsli Altıağac qəsəbəsindəndir və Bakı şəhərinə köçüb orada yaşamışlar. xx xxxxxx 2019-cu il tarixə Altıağac qəsəbəsinin içərisindən keçən küçə ilə gedərkən, Xızı rayon Polis Şöbəsinin əməkdaşı kimi özünü təqdim edən bir nəfər polis əməkdaşı ona yaxınlaşıb bir nəfər şəxsin onlar tərəfindən saxlanıldığını və həmin şəxsin üzərində şəxsi axtarış aparılacağını bildirərək, hal şahidi qismində onu hadisə yerinə dəvət etmişdir. O da, etiraz etməyərək polis əməkdaşı ilə birlikdə baxışın keçiriləcəyi həyətə doğru getmişdir. Altıağac qəsəbəsində yaşayan sonradan tanıdığı Nəbinin həyətinə daxil olarkən bir nəfər şəxsin saxlanıldığını və ondan başqa orada digər hal şahidinin də dəvət edildiyini görmüşdür. Bundan sonra, adının Anar olduğunu bildiyi saxlanılan şəxs kirayə yaşadığı Nəbinin evinin həyətindən və damından aşkar olunmuş selofanın içərisində olan kütlələrin, pul əskinazlarının, şpristlərin ona aid olduğunu bildirərək, selofan paketlərdə narkotik maddə olan marixuana və tiryəkin olduğunu səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs götürülmüş selofan paketlərin içərisində olan kütlələr və şprislər qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Həmin protokol onun və digər hal şahidinin imzası ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 04-07-ci vərəqələrində olan xx xxxx 2019-cu il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, baxış keçirilən yer ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evidir. Həyətin giriş qapısı göy rəngli dəmir materialdan olan darvazadan və darvaza ətrafında mişar daşı ilə tikilmiş hasardan ibarətdir. Darvazadan 8 metr məsafədə sağda ön tərəfdə aynabəndli fərdi yaşayış evi yerləşir. Evin giriş qapısı göy rəngli çərçivə içərisi şüşə ilə yığılmış bir laylı qapıdandır. Qapının üzərində kustar üsulu ilə hazırlanmış kilidlənən mexanizmi var. Həmin mexanizmin üstündə kilid yoxdur və tamlığı pozulmamışdır. Evə daxil olduqda evin mətbəxdən, dəhlizdən və bir-birinə paralel yerləşən iki otaqdan ibarət olması müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs deməsinə görə pulları saxladığı və naməlum şəxs tərəfindən götürülən girişdən sol tərəfdə yerləşən yataq otağıdır. Otağa baxış zamanı müəyyən olunmuşdur ki, giriş qapısından sol tərəfdə divan, otağın ortasında dairəvi masa, masa ilə üzbəüz dəmir çarpayı, çarpayının önündə bir ədəd servant və servantın yanında dəmir çarpayı vardır. Dəmir çarpayının üzərində yerləşən yorğanlar dağılmış vəziyyətdədir. Pulların saxlandığı narıncı rəngli paltar dolabı girişdən sağda, divarın önündə yerləşir. Dolab iki qapıdan ibarətdir. Həmin vaxt Zərərçəkmiş şəxs bildirmişdir ki, 950 manat pul əskinazlarını paltar rəfinin aşağıdan birinci pilləsinin dəmir qutusunun içərisinə qoymuşdur. Həmin hissədə qutu və pulların yerində olmadığı müəyyən olunur. Dolaba baxış zamanı orada olan paltarların və digər əşyaların tamlığının pozulmadığı müəyyən olunmuşdur. Evin giriş qapısı ilə üzbəüz otaq Korobovanın yatdığı otaqdır. Otaqda bir ədəd çarpayı, giriş qapısı ilə üzbəüz bir masa, girişdən solda televizor və televizor atlığı quraşdırılmışdır. Otağa baxış zamanı çarpayının üzərində bir qutu «Winston Silver» markalı siqaret olması müəyyən olunmuşdur. Korobova həmin siqaret qutusunun evə daxil olmuş şəxsin cibindən düşdüyünü bildirir. Siqaret qutusu iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü. Evin aynabəndinin üzərində 14 metr uzunluğunda bağ sahəsinin olduğu müəyyən olunmuşdur. Bağ sahəsində güllər və bir ədəd qoz ağacının olması görünür. Qoz ağacının altında bir ədəd göy rəngli üzərində başında tac olan oğlan şəkili çəkilmiş qolsuz yay köynəyi aşkar olunmuşdur. Həmin qoz ağacının altında 45x140 sm ölçüdə üzərində sarımtıl-qırmızı naxışlar olan palaz, bir ədəd 40x160 sm ölçüdə ağ rəngli palaz aşkar olunmuşdur. Bundan əlavə, həmin palazların aşkar edildiyi yerdə 1 ədəd çəkilmiş «Winston Silver» siqaret kötüyü müəyyən olunmuş və həmin siqaret kötüyü iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 45-48-ci vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, xx xxxx 2019cu il tarixdə Xızı rayonun Altıağac qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs evində baş vermiş soyğunçuluq hadisəsini törətməkdə şübhəli bilinən şəxsin Xızı rayonu Altıağac qəsəbəsində yerləşən Şahid1 evində gizlənməsi ilə əlaqədar qeyd edilən evə gedilmişdir. Evin həyətinə daxil olarkən sağ tərəfdə 8 metrin 10 metrə yaşayış evinin olması müəyyən olunur. Qarşıda sol tərəfdə 3 metr uzunluğunda, 3 metr enində köhnə tikilinin olması görünür. Evdə müvəqqəti yaşayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olundu. Baş vermiş hadisə ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs sorğu sual olunarkən törətdiyi cinayət əməlini, yəni xx xxxx 2019-cu il tarixdə qəsəbə sakini Zərərçəkmiş şəxs evinə girməsini və orada 950 manat pulun evin yataq otağında yerləşən dolabdan dəmir qutunun içərisindən oğırlamasını səmimi olaraq etiraf etmişdir. Üzərində oğurladığı puldan və ya hər hansı bir qeyri qanuni əşyanın olub-olmaması soruşulduqda səmimi olaraq oğurladığı pulların bir qisminin üzərində olmasını bildirir. Alt paltarında saxladığı 400 manat (1 ədəd 200 manatlıq, 2 ədəd 100 manatlıq) əskinazı çıxardıb istintaqa təqdim edir. Oğurladığı 550 manat pulun harada olması soruşulduqda, Xızı rayonu Altıağac qəsəbəsində tanımadığı şəxsdən 500 manata narkotik vasitə əldə etdiyini bildirir, daha sonra əldə etdiyi narkotik vasitələri könüllü olaraq istintaqa təqdim etmək istədiyini bildirir. Müvəqqəti yaşadığı evin sol tərəfində yerləşən taxta parçaları ilə örtülmüş hissəsindən köhnə vedrənin içərisində əsasən göy rəngdən ibarət sellofan paketdə qoyduğunu bildirir. Həmin paketi vedrənin içərisindən çıxardır. Əsasən göy rəngdən təşkil olunmuş sellofan paketin içərisində ağ rəngli sellofan paketdə nakotik vasitəyə bənzər qurudulmuş marixuananı istintaqa təqdim edir. Narkotik vasitə aludəçisi olduğunu və asılılığı olduğuna görə əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs bundan başqa Xızı rayonu Altıağac qəsəbəsində tanımadığı həmin şəxsdən təxminən 4 qr narkotik vasitə olan tiryək əldə etdiyini və həmin narkotik vasitəni evin damında gizlətdiyini bildirir. Evin damına baxış zamanı evin damının sağ tərəfində gizlətdiyi gümüşü rəngli kəsik borunun içərisində narkotik vasitə tiryəkə bənzər şəffaf sellofan paketdə olan maddəni təqdim edir. Bundan başqa, həmin damda yaşadığını bildirir. Baxış zamanı evin damının sol tərəfində özünün yatmağı üçün qırmızı rəngli, əsasən ağ və göy rənglərdən ibarət olan, ağ və tünt rəngli palazlardan ibarət yerin olduğu görünür. Qeyd edilən yerdə «More» markalı boş siqaret qutusu, «Winston Silver» markalı, içərisində 12 ədəd siqaret olan qutu və 5 ədəd 2 ml qramlıq «İnject» markalı şprist üzərində «boya» yazılan yazı qırılmış vəziyyətdə ampulda aşkar olunur. Bundan başqa, qeyd edilən yerdə bir ədəd qırmızı və bir ədəd göy rəngli yandıran aşkar olunur. Aşkar olunan predmetlər cinayət işi üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 91-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixdə verilmiş 19842 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “190790021 nömrəli cinayət işi ilə əlaqədar götürülmüş maddi sübut...” sözləri yazılmış polietilen torbada bir ədəd sellofanda təmiz çəkisi 440,5 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata 0,55 qram sərf edildikdən sonra narkotik maddə marixuananın qalıq çəkisi 439,95 qram təşkil etmişdir. Cinayət işinin İ cildinin 90-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 89 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 94-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixdə verilmiş 19843 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs...” yazısı olan paketdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 41,747 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir. Tədqiqata 0,1 qram sərf edildikdən sonra narkotik maddə tiryəkin qalıq çəkisi 41,647 qram təşkil etmişdir. Cinayət işinin İ cildinin 93-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 150-154-cü vərəqələrindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş 19/360R nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində, tədqiqata təqdim olunmuş 01 (bir) ədəd “Winston XS Silver” ticarət markalı siqaret kötüyünün sonluğu üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər insana məxsus bioloji mənşəli material (tüpürcək nümunəsi) mövcud deyildir. Bu səbəbdən həmin obyekt üzərində müqayisəli tədqiqatın keçirilməsi və mənşəyinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 169-170-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş 21451 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd palazların üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs götürülməsi qeyd olunan gödəkçənin tərkib liflərinə uyğun gəlir. Cinayət işinin İ cildinin 168-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 108,46 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 188-190-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında xx xxxxxx 2019-cu il tarixli, 29 saylı rəyindən görünür ki, 1937-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol əlin arxa səthinin, sol baldır nahiyəsinin yuxarı və aşağı 1/3-nin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx xxxx 2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 211-212-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş 2495 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cildinin 224-226-cı vərəqələrində olan arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır, ailə tərkibi- arvadı Gülnarə Cəfərovadan və qızı - xx xxxxxx 2015-ci il təvəllüdlü Aybikə Cəfərovadan ibarətdir, barəsində 42 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 126-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X4 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 65-66-cı vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.3-cüvə 234.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 118-120-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(068)-11/2019 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2019cu il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 121-122-ci vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin xx xxxxxx 2019-cu il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 41,747 (qalıq 41,647) qram narkotik vasitə olan tiryək və 440,5 (qalıq 439,95) qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 01 ədəd qara rəngli gödəkçə və 02 ədəd kiçik ölçülü palaz cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat hissəsinin saxlancına təhvil verilmişdir. Cinayət işinin İ cildinin 227-236-cı vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 180.2.3-cü, 180.2.4-cü və 234.1-ci maddələrinə tövsüf olunmuş, ona həmin maddələr ilə yenidən ittiham elan edilmiş, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, istintaq araşdırması zamanı toplanmış materiallarla Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı və narkotik vasitə olan tiryəki haradan və hansı şəraitdə əldə etməsini müəyyən etmək mümkün olmadığından, əldə edilmiş narkotik vasitələrin mənbəyinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar Xızı RPŞ-nin Cinayət Axtarışı Bölməsinə göndərilmişdir. Cinayət işinin İ cildinin 161-ci vərəqəsində olan Zərərçəkmiş şəxs xx xxxxxxxx 2019cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan, yəni 950 manat pul tam olaraq ona ödənildiyindən, təqsirləndirilən şəxsdən hər hansı bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Xızı rayon prokurorluğunun müstəntiqinin xx xxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Xızı Rayon Məhkəməsindən daxil olmuş Təqsirləndirilən şəxs cinayət haqqında məlumatına əsasən Xızı RPŞ-nin polis əməkdaşlarının Xızı rayonu, Altıağac qəsəbəsində hadisə yerindən Xızı RPŞ-yə gətirilərkən Təqsirləndirilən şəxs işgəncə verməsi, eyni zamanda, o, saxlanılarkən üzərində olan 950 manat puldan 400 manatı qəbzlə Zərərçəkmiş şəxs verilsə də, qalan 550 manat pulun hər hansı bir sənədləşmə aparılmadan göy rəngli “Nissan X-Trail” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı mayor rütbəli polis əməkdaşı tərəfindən götürülməsi öz təsdiqini tapmadığından, qulluq mənafeyi əleyhinə olan cinayətlərə dair hər hansı hal müəyyən edilmədiyindən, toplanmış materialda cinayət təqibini istisna edən hallar müəyyən olunduğundan və cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü, 180.2.4-cü və 234.1-ci maddələri iləona elan olunmuş ittiham üzrə tam təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.3-cü, 180.2.4-cü və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs soyğunçuluq əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.3-cü, 180.2.4-cü və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 41,647 qram təşkil edən narkotik vasitə olan tiryək və 439,95 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin, 02 ədəd palaz Zərərçəkmiş şəxs, 01 ədəd qara rəngli gödəkçə isə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 311,46 (üç yüz on bir manat qırx altı qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö km et d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü, 180.2.4-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü və 180.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 04 (dörd) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 41,647 qram təşkil edən narkotik vasitə olan tiryək və 439,95 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd palaz Zərərçəkmiş şəxs, 01 ədəd qara rəngli gödəkçə isə Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 311,46 (üç yüz on bir manat qırx altı qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar