Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-6/2024 04.03.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1974-cü il tarixdə Ermənistan Respublikasının Mehri rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Xızı rayonu Fındığan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda, Xızı şəhərində Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qohumunun işlədiyini yalan olaraq bildirib həmin şəxsin vasitəsi ilə İİ qrup əlillik dərəcəsi üzrə əvvəllər aldığı pensiyasını bərpa etdirəcəyini vəd verərək, həmin işin qarşılığında Zərərçəkmiş şəxs3 1200 manat pul istəmiş, o, 2022-ci ilin aprel ayının 8-də saat 09:00 radələrində Zərərçəkmiş şəxs3 Xızı şəhərində yerləşən Kapital Bank terminalından özünə məxsus “Kapital Bank” kartına göndərdiyi 700 manat pulu, 2022-ci ilin aprel ayının 19-da, saat 17:00 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs3 500 manat pul, cəmi 1200 manat pul aldadıb alaraq vədinə əməl etməməklə Zərərçəkmiş şəxs3 həmin məbləğ pulunu ələ keçirib qəsdən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 12 may 2022-ci il tarixdə. saat 15:00 radələrində Xızı rayonu Xələnc kəndində Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qohumunun işlədiyini yalan olaraq bildirib həmin şəxsin vasitəsi ilə İİ qrup əlillik dərəcəsi üzrə əvvəllər aldığı pensiyasını bərpa etdirəcəyini vəd verərək, həmin işin qarşılığında Zərərçəkmiş şəxs1 3500 manat pul istəmiş, o, 13 may 2022-ci il tarixdə, saat 09:00 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında Zərərçəkmiş şəxs1 3500 manat pul aldadıb alaraq vədinə əməl etməməklə Zərərçəkmiş şəxs1 həmin məbləğ pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə 2022-ci ilin aprel ayının 30-da saat 10:00 radələrində Xızı şəhərində Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qohumunun işlədiyini yalan olaraq bildirib həmin şəxsin vasitəsi ilə İİ qrup əlillik dərəcəsi üzrə əvvəllər aldığı pensiyasını bərpa etdirəcəyini vəd verərək, həmin işin qarşılığında Zərərçəkmiş şəxs2 3500 manat pul istəmiş, o, 2022-ci ilin aprel ayının 30-da, saat 10:00 radələrində Xızı şəhəri, M.Müşfiq küçəsi, ev 10-da Zərərçəkmiş şəxs2 1000 manat, 2022-ci ilin may ayının 13-də, saat 11:00 radələrində Xızı şəhəri, H.Əliyev prospektində, Poçtun yaxınlığında Zərərçəkmiş şəxs2 1000 manat, 09 iyun 2022-ci il tarixdə, saat 14:00 radələrində Xızı şəhəri, M.Müşfiq küçəsi, ev 10-da Zərərçəkmiş şəxs2 1500 manat pul, cəmi 3500 manat pul aldadıb alaraq vədinə əməl etməməklə Zərərçəkmiş şəxs2 həmin məbləğ pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, tarixi dəqiq yadında deyil, Zərərçəkmiş şəxs3 1200 manat, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə hərəsindən 3500 manat olmaqla, ümumilikdə 8200 manat məbləğində pulu aldadaraq almışdır. Belə ki, zərərçəkmiş şəxslərə yalan vəd verərək, onlara pensiya düzəldəcəyinə söz vermişdir. Hazırda etdiyi əməldən çox peşmandır. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq həmin pulları pensiya düzəltmək adı ilə aldığını, bu yaşında həbs olunmaq istəmədiyini, avtomobili qəzaya düşdüyündən imkan tapıb vurulmuş maddi ziyanı ödəyə bilmədiyini göstərmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, maddi imkanı olmadığından zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəyə bilmədiyinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Əlillərin Reabilitasiya mərkəzinə gedərək, əlilliyin bərpası üçün Mətanət Məmmədova ilə görüşmüş və sonuncu ona 5 il müddətinə epikriz verilmədiyi üçün yenidən xəstəxanada yatmalı olmasını bildirmişdir. Bundan sonra təsadüfən Təqsirləndirilən şəxslə görüşmüş və söhbət əsnasında pensiya aldığını, sonradan isə kəsildiyini Ələkbərə danışmışdır. Təqsirləndirilən şəxs isə ona həmin idarədə işləyən və bu işlə məşqul olan yaxın tanışının olduğunu bildirmişdir. O, Ələkbərə inanaraq pensiya məsələsinin düzəltməsinə razı olmuş və köçürmə yolu ilə Ələkbərə əvvəlcə 700 manat pul köçürmüşdür. Bir müddət sonra guya bankdan ona bildiriş gəlmiş və 25 mayda kartını ala biləcəyi qeyd olunmuşdur. Daha sonra da Təqsirləndirilən şəxs 500 manat pul vermişdir. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs cəmi 1200 manat pul verdiyini və verdiyi pul geri qaytarılmadığından təqsirləndirilən şəxsdən şikayətçi olduğunu göstərmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, 30 aprel 2022-ci ildə Təqsirləndirilən şəxslə telefonla danışaraq əlillik dərəcəsinin və təqaüdünün bərpa etdirmək istədiyini demiş, sonuncu da ona gəl, görüşüb həll edəcəyini bildirmişdir. Bundan sonra Ələkbərlə Xızı şəhərində görüşmüş və avtomobillə həyətə gedərək 1000 manat pulu ona vermişdir. Daha sonra ikinci dəfə 13 mayda yenə Ələkbər ona zəng edərək, həkimlərdən epikriz almaq üçün 1000 manat pulun lazım olduğunu bildirmiş və Xızı şəhərində, H.Əliyev prospektində yerləşən poçtun qabağında görüşmüşlər. Həmin vaxt Ələkbərin avtomobilində başqa bir ağsaqqal kişi də olmuş və maşının arxasına keçərək 1000 manat pulu Ələkbərə vermişdir. Bir dəfə isə iyun ayının 9-da Təqsirləndirilən şəxs ona zəng edərək, sənədləşmə işlərinin yükunlaşdığını və əlavə 1500 manat pul da vermək lazım olduğunu bildirmişdir. Bundan sonra Fındığandan maşın ilə gəlmiş və çörək sexinin yanında Ələkbərlə görüşərək 1500 manat pulu da ona vermişdir. Daha sonra dəfələrlə zəng etsə də, Ələkbər telefona cavab verməmişdir. Bundan əlavə müdafiəçinin sualına cavab olaraq verdiyi pul geri qaytarılmadığından təqsirləndirilən şəxsdən şikayətçi olduğunu göstərmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, onun aldığı pensiyası vaxtı bitdiyinə görə dayandırılmışdı. Bir gün Zərərçəkmiş şəxs3lə bu barədə söhbət edəndə ona “bir nəfər var pensiya düzəldir, bir az gözlə mənə mesaj gəlsin, iş həll olunsa sonra sənin pensiyanı da düzəldər” deyə bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək, pensiya işini həll edə biləcəyini bildirmiş, o isə cavabında hələ pulunun olmadığını Ələkbərə demişdir. 12 May 2022-ci ildə Təqsirləndirilən şəxs ona yenə zəng edərək, arxayın olmasını, pulu verərsə işi həll edəcəyini, atasının bibisi oğlunun nazirlikdə işlədiyini bildirmişdir. O da qardaşından 1000 manat borc pul almış, Sumqayıt şəhərinə gedərək, pulun qalan hissəni tamamlamış və 13 may 2022-ci il tarixdə, saat 09:00 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında 3500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Ələkbər ona “arxayın ol, mən gedirəm, ancaq 1 ay 20 gündən sonra sənə bankdan mesaj gələcək, gedib bankdan kartını götürərsən” demişdir. Bundan sonra isə işin üstü açılmış və ona bankdan hər hansı bir mesaj gəlməmişdir. Zərərçəkmiş şəxs2 ona mesajı göstərəndə isə sonuncuya bildirmişdir ki, pensiyanın təyin olunması barədə mesaj adi nömrədən yox, sistemdən gəlməlidir. Həmdə mesajı oxuyanda savadsız bir formada yazılmasını görmüş və başa düşmüşdür ki, bu işdə fırıldaqlıq var. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq verdiyi pul geri qaytarılmadığından təqsirləndirilən şəxsdən şikayətçi olduğunu göstərmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 qardaşıdır. 2022-ci ilin may ayında qardaşı İlqar onlara gələrək borca 1000 manat pul istəmiş, səbəbini soruşduqda isə pensiya işinin həll olunması üçün Fındığan kənd sakini Təqsirləndirilən şəxs verəcəyini bilmişdir. Sonradan Ələkbər qardaşının pulunu qaytarmasa da, qardaşı İlqar ondan aldığı borcu ona qaytarmışdır. Məhkəmə iclasında iştirak edən Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 qardaşıdır. Bu işdən məlumatlı olmuşdur. Belə ki, qardaşı Marif ona Xızı rayonu Fındığan kəndində yaşayan Təqsirləndirilən şəxslə danışdığını və 3500 manata pensiya işinin düzələcəyini bildirmişdir. O da öz növbəsində qardaşına ətraflı fikirləşib, götür-qoy etməyi məsləhət bilmiş, qardaşı isə artıq 3500 manat pulu Ələkbərə verdiyini demişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, qardaşı Fərid müddətdən artıq xidmət edən hərbi qulluqçudur və həmin vaxt Laçın rayonu ərazisində xidmət etmişdir. O, 2021-ci ildə Sumqayıt şəhərində mağazalardan birində şəxsiyyət vəsiqəsini təqdim edərək mobil nömrə almış və qardaşına göndərmişdir. Sonradan qardaşı polis şöbəsində ifadə verərkən bilmişdir ki, həmkəndliləri Təqsirləndirilən şəxs qardaşının telefonunu zəng etmək adı ilə almış və başqa şəxslərə mesaj göndərmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Xızı rayonu Fındığan kəndində qeydiyyatda olsa da, iş yeri ilə əlaqədar Bakı şəhərində yaşamışdır. 2021-ci ildə qardaşı Fəqana telefonla zəng edərək internetdə gördüyü ***-***-**-** saylı mobil nömrəni alaraq Laçın rayonuna göndərməyini xahiş etmişdir. Qardaşı daha sonra həmin nömrəni öz adına onun üçün alıb Laçın rayonuna göndərmişdir. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrəni isə təxminən 7 il istifadə etmişdir. 2022-ci ilin may-iyun aylarında məzuniyyətdə olmuşdur. Məzuniyyətini ailəsi ilə birlikdə Xızı rayonu Fındığan kəndində keçirmişdir. Həmin vaxtda həmkəndlisi Təqsirləndirilən şəxs konturu olmadığını bildirib ondan xahiş edərək telefonunu istəmiş və o da iki dəfə Ələkbərə telefonunu vermişdir. Sonradan Ələkbərin dələduzluq etdiyini, aldatdığı vətəndaşlara onun telefonu vasitəsilə sms göndərməsini öyrənmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 45-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 09:26:26-dan 09:26:49-dək, xx.xx.2022-ci il tarixdə saat 21:06:00-dan 21:08:29-dək və xx.xx.2022-ci il tarixdə saat 17:13:40-dan 17:15:01-dək telefon danışığı olması müəyyən olunmuşdur. Bundan başqa 11 may 2022-ci il tarixdə saat 13:53:38-də Şahid3 adına olan ***-***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Azərbaycan Respublikası Əmək və əhalinin sosial Müdafiəsi nazirliyi T.S.E.K.S.M.D.M. Verilməsi Soyadı. Qarayev Adı. Nazim Ata adı. Məmmədəli oğlu xx.xx.2022-ci il xızı rayon kapital bankına yaxılaşın şəxsiyət vəsiqəsini təqdim edin sosial təqauyut Kartınızı götürün” məzmununda sms gəlməsi müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 56-57-ci vərəqələrində olan diskə baxış keçirilməsi haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 15:36:06-dan 15:44:03-dək olan müddət ərzində 477 saniyə, 12 may 2022-ci il tarixdə saat 16:29:34-dan 16:31:29-dək olan müddət ərzində 115 saniyə, xx.xx.2022-ci il tarixdə saat 08:29:51-dən 08:31:03-dək olan müddət ərzində 72 saniyə və həmin tarixdə saat 09:03:16-dan 09:03:33-dən 17 saniyə telefon danışığı olması müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 50-51-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 10:15:34-dən 10:16:04-dək və 10:40:51-dən 10:41:10-dək, xx.xx.2022-ci il tarixdə saat 19:40:23-dən 19:43:06-dək, xx.xx.2022-ci il tarixdə saat 09:01:06-dan 09:02:39-dək, 09:36:58-dən 09:37:32-dək, 09:38:44-dən 09:41:53-dək, 11:33:21-dən 11:34:06-dək, xx.xx.2022-ci il tarixdə 09:52:38-dən 09:53:36-dək olan müddət ərzində telefon danışığı olması müəyyən olunmuşdur. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 09:18:09-da Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Şahid4 adına olan ***- ***-**-** saylı mobil nömrədən “Azərbaycan Respublikası Əmək və Əhalinin S.M.N. Tibbi_sosial E.K.S.M. bair vətəndaş. Zərərçəkmiş şəxs2 ALİ OĞLU Sizin təqaüd alnması öz təsdiqini tapmışdır 30 iyun da xızı rayon kapital banka şəxsiyət vəsiqəsi götrüb yaxınlaşın” məzmunda sms mətni daxil olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 avqust 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat cərimə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci il tarixdə cəzası icra edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 22-23-cü vərəqələrində olan 12 sentyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 81-82-ci vərəqələrində olan 14 sentyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 96-110-cu vərəqələrində olan 17 yanvar 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununda dəyişikliklər edilməklə ona həmin maddə ilə 17 yanvar 2024-cü il tarixdə yenidən ittiham elan edildiyi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində 14 sentyabr 2022-ci il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs, Şahid3, Şahid4 və Zərərçəkmiş şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi üzrə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci və həmin Məcəllənin 29, 312-ci maddələri üzrə cinayət təqibi rədd edilmiş, habelə iş üzə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən bir ədəd disk, diskə baxış ptotokolları və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 101-103-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Fındığan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 oktyabr 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki məlumatlardan görünür ki, himayəsində xx.xx.2008-ci il təvəllüdlü Qismət və xx.xx.2010-cu il təvəllüdlü Laləzar adında iki yetkinlik yaşına çatmayan övladı olan, Xızı rayonu, Fındığan kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Nəzərə alınmalıdır ki, oğurluq və dələduzluq cinayətləri tövsif edilərkən talamanın predmeti olan əmlakın nədə ifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin əmlaklarının (pullarının) əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətlərinə çatmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrar dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs islah edilməsi ona azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməklə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həm də nəzərə alınsa ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanı aradan qaldırmamış, bununla bağlı hər hansı cəhd göstərməmişdir, bu da bir daha həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 04 mart 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-6/2024
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-6/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver