Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-6/2025 10.02.2025 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudaşdırılması cəzasına məhkum olunmuş, Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 02 ay 05 günü, Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 01 il 01 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 28 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Xızı rayonunun Giləzi qəsəbəsində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdarda 1,130 qram miqdarında narkotik vasitə - heroin əldə edərək üzərində saxlamaqla daşımış, Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 29 avqust 2024-cü il tarixdə, saat 19:15 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində saxlanılıb, üzərində videoçəkilişlə aparılmış yoxlama zamanı əynindəki köynəyin sol cibindən bir ədəd qara rəngli sellofan bükümün içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 1,130 qram miqdarında narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdarda, blister kəsiyində “F/M 40” göstəricili iki ədəd tabletin tərkibində metadonun təsir maddəsi 0,08 qram təşkil edən narkotik vasitə - metadon əldə edərək üzərində saxlamaqla daşımış, Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 20 sentyabr 2024-cü il tarixdə, saat 16:30 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində saxlanılıb, üzərində videoçəkilişlə aparılmış yoxlama zamanı əynindəki şalvarın sol yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda cəmi iki ədəd tabletin tərkibində təsir maddəsi 0,08 qram miqdarında narkotik vasitə - metadon aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, təxminən 2024-cü ilin avqust ayının axırları yaşadığı Xızı rayonunun Giləzi qəsəbəsində yol gedərkən yerdə olan qara rəngli büküm diqqətini çəkmiş, içərisinə açıb baxdıqda “kakos” kimi tanıdığı narkotik vasitə - heroin olduğunu görmüşdür. Belə ki, narkotik vasitələrdən istifadə etdiyinə görə həmin bükümdə olan kütlənin heroin olmasını bilmişdir. O, tapdığı heroinin üzərindən az bir miqdarda götürüb istifadə etmiş və qalan hissəsini isə cibinə qoyub növbəti günlərdə də istifadə etməyə qərar vermişdir. Bir neçə gün sonra isə polis əməkdaşları onu saxlamış və üzərindən tapdığı narkotik vasitə - heroin aşkar olunmuşdur. Bundan başqa, keçən ilin sentyabr ayında yaşadığı qəsəbədə yolun kənarında qablaşdırılmış vəziyətdə iki ədəd həb görmüşdür. Həbləri yerdən götürüb diqqətlə baxdıqda narkotik tərkibli metadon həbləri olduğunu müəyyən etmişdir. Həmin həbləri gələcəkdə narkotik vasitələrdən asılılıq halında ağrısı olacağı təqdirdə istifadə etmək üçün cibinə qoyub yaşadığı evə getmişdir. Bir neçə gün sonra isə polis əməkdaşları onu saxlamış və üzərindən tapdığı metadon həbləri aşkar olunmuşdur. Narkotik vasitələri kiməsə satmaq fikri olmamış, öz istifadəsi üçün üzərində saxlamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilməmişdir. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsini nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, 2024-cü ilin avqust ayında daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Şahid1 və Kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti Şahid2lə birlikdə Giləzi qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs qəsəbə ərazisində saxlayıb, kamera cihazı vasitəsilə qeydə alınmaqla üzərinə baxış keçirilmiş və narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti Şahid2, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 Şahid6 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Giləzi qəsəbə sakini kimi tanımış, əvvəllər məhkum olunduğunu və narkotik vasitə istifadəçisi olmasını bilmişdir. 2024-cü ilin sentyabr ayında daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün RPŞ-nin CAB-ın rəisi Şahid4 və Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Giləzi qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs qəsəbə ərazisində saxlayıb, kamera cihazı vasitəsilə qeydə alınmaqla üzərinə baxış keçirilmiş və narkotik vasitə olan iki ədəd metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən şahidlər - Xızı RPŞ-nin CAB-ın rəisi Şahid4 və həmin RPŞ-nin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid3 Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-97-ci vərəqələrində olan 29 avqust 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı rayonu Giləzi qəsəbəsində saxlanılmış, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Sonra baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan köynəyin sol cibindən bir qutu “Argo” markalı siqaret, bir ədəd göy rəngli alışqan, bir ədəd cib dəsmalı və bir ədəd qara rəngli sellofan büküm aşkar edilmişdir. Həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə - heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin bükümün “kakos” olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - heroinə bənzər kütlə tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 1,30 qram olması müəyyən edilmişdir. Baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmışdır. Zərfin açıq yerləri DİN-in “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmişdir. Qablaşdırılmış predmetin olduğu zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə sözləri yazılmış, iştirakçılar tərəfindən imzalanmışdır. Bir qutu “Argo” markalı siqaret, bir ədəd göy rəngli alışqan və bir ədəd cib dəsmalı Təqsirləndirilən şəxs qaytarılmışdır. Yoxlama Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis leytenntı Şahid1 və əməliyyat müvəkkili, polis leytenantı Şahid6 tərəfindən aparılmış, Kriminalistik tədqiqatlar qrupunun inspektorkriminalisti, polis baş leytenantı Şahid2 tərəfindən kamera cihazı vasitəsilə qeydə alınmışdır. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Xızı rayonu, Giləzi qəsəbəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan köynəyin sol cibindən bir qutu “Argo” markalı siqaret, bir ədəd göy rəngli alışqan, bir ədəd cib dəsmalı və bir ədəd qara rəngli sellofan büküm aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 117-120-ci vərəqələrində olan 29 avqust 2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xızı RPŞ-nin xidməti iş otağında şöbənin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 təqdim etdiyi əşyalar üzərində baxış aparılmışdır. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirak etmişdir. Baxışın aparılması Xızı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti, polis baş leytenantı Şahid2 tərəfindən kamera cihazı vasitəsi ilə qeydə alınmışdır. Baxışa təqdim edilən ağ rəngli zərfin açıq yerləri DİNin “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, zərfin üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə” sözləri yazılmışdır. Zərf açılmış, içərisində qara rəngli sellofan büküm vardır. Həmin büküm açıldı, bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə - heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin kütlənin ona məxsus olduğunu, “kakos” adı ilə tanıdığı narkotik vasitə - heroin olduğunu, iranlıdan aldığını, heroini şəxsi istifadəsi üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını, satış məqsədinin olmadığını, saxlanılarkən və Xızı RPŞ-yə gətirilərkən polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını bildirmişdir. Şahid1 təqdim etdiyi narkotik vasitə - heroinə bənzər kütlə qablaşdırıldığı zərflə birlikdə ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, imzalanmış, ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 131-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4382 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində AR DİN-in “Zərflər üçün № 131” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş baş ə/m tərəfindən qablaşdırılmış narkotik vasitə - heroinə bənzər kütlə; 1) /imza/ Təqsirləndirilən şəxs; 2) /imza/ R.Yusifov; 3) /imza/ Şahid1; 4) Şahid6; 5) /imza/ Şahid2; Qablaşdırdı: /imza/ Ə.Məmmədov müstəntiq” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 1,130 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata 0,1 qram sərf edildikdən sonra narkotik vasitə - heroinin qalıq çəkisi 1,030 qram təşkil etmişdir. Cinayət işinin 130-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 60 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-cı vərəqəsində olan 30 avqust 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 1,030 qram narkotik vasitə - heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-10-cu vərəqələrində olan 20 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı rayonu, Giləzi qəsəbəsində saxlanılmış, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, saat 16:40 dəqiqədən saat 16:48 dəqiqəyədək olan müddət ərzində Xızı rayonu Giləzi qəsəbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş tətbiqi ilə yoxlama aparılmışdır. Saxlanılan Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan şalvarın sol yan cibindən bir qutu “Vegas” markalı siqaret, bir ədəd göy rəngli alışqan, bir ədəd cib dəsmalı və iki ədəd həb aşkar edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin həblərin metadon olduğunu, metadonu şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq məqsədinin olmadığını, evdə və ya başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həblər tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 1,29 qram olması müəyyən edilmişdir. Şahid5 tərəfindən zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmışdır. Zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmişdir. Qablaşdırılmış predmetin olduğu zərfin üzərinə “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metadona bənzər kütlə” sözləri yazılmış, iştirakçılar tərəfindən imzalanmışdır. Bir qutu “Vegas” markalı siqaret, bir ədəd göy rəngli alışqan və bir ədəd cib dəsmalı Təqsirləndirilən şəxs qaytarılmışdır. Yoxlama Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid5 və Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılmış, Cinayət axtarış bölməsinin rəisi Şahid4 tərəfindən kamera cihazı vasitəsilə qeydə alınmışdır. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Xızı rayonu Giləzi qəsəbəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan şalvarın sol yan cibindən bir qutu “Vegas” markalı siqaret, bir ədəd göy rəngli alışqan, bir ədəd cib dəsmalı və iki ədəd həb aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-34-cü vərəqələrində olan 20 sentyabr 2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xızı RPŞ-də xidməti iş otağında şöbənin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid5 təqdim etdiyi əşya üzərində baxış aparılmışdır. Baxışda şöbənin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid5, Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirak etmişdir. Baxışın aparılması Cinayət-axtarış bölməsinin rəisi Şahid4 tərəfindən kamera cihazı vasitəsi ilə qeydə alınmışdır. Baxışa təqdim edilən ağ rəngli zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, zərfin üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metadona bənzər kütlə” sözləri yazılmış və imzalanmış zərf açılır. Zərfin içərisində iki ədəd həbin olması, həblərin olduğu qabda “Methadone” sözləri yazılmışdır. Həblərin üzərində F-M/40 sözləri həkk edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin kütlənin ona məxsus olduğunu, həmin həbləri tapdığını, narkotik vasitə - metadon olduğunu, metadonu şəxsi istifadəsi üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını, satış məqsədinin olmadığını, saxlanılarkən və Xızı RPŞ-yə gətirilərkən polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını bildirmişdir. Şahid5 təqdim etdiyi narkotik vasitə - metadona bənzər kütlə qablaşdırıldığı zərflə birlikdə tərəfimdən ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, imzalanmış, ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4660 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və əməliyyat müvəkkili Şahid5 tərəfindən təqdim edilmiş narkotik vasitə - metadona bənzər kütlə..” yazılar olan bir ədəd zərfin içərisində üzərində “..Methadone..” yazısı olan blister kəsiyində “F/M 40” göstəricisi olan ümumilikdə 2 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletləri narkotik vasitə - metadondur, 2 ədəd dərman tabletlərinin tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram (üzərindəki göstəricilərə əsasən bir tabletdə 0,04 qram) təşkil edir. Tədqiqata 01 ədəd tablet sərf edildikdən sonra qalıq 01 ədəd metadon tablet təşkil etmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 80 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 46-cı vərəqəsində olan 21 sentyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 01 ədəd metadon tablet cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 188-189-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 12 sentyabr 2024-cü il tarixdə verilmiş 6208 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 172-174-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən, eləcə də işin 221-226-cı vərəqələrində olan müvafiq hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudaşdırılması cəzasına məhkum olunmuş, daha sonra Sumqayıt şəhər probasiya şöbəsinin təqdimatı əsasında Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(068)- 6/2023 saylı qərarına əsasən ona həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 02 ay 05 günü, Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 01 il 01 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 28 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-108-ci vərəqələrində olan 29 avqust 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 155-156-cı vərəqələrində olan 31 avqust 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-21-ci vərəqələrində olan 20 sentyabr 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 64-65-ci vərəqələrində olan 22 sentyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 240-253-cü vərəqələrində olan 12 dekabr 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində 31 avqust 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri və 22 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərarlar nəzərə alınmış, həmçinin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, habelə Təqsirləndirilən şəxs üzərində 29 avqust 2024-cü il tarixdə və 20 sentyabr 2024-cü il tarixdə yoxlama aparılarılmasının video çəkilişini özündə əks etdirən iki ədəd disk, eləcə də aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən iki ədəd disk, DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarının, zəng və smslərin olduğu bir ədəd disk sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 233-234-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün xeyli miqdarda narkotik vasitə - heroin və metadonu əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Həmçinin, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bununla da, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həyat şəraitini, onun tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halın olmamasını və ağırlaşdırıcı halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdən 31 avqust 2024-cü il tarixə tutulduğu (həbsdə saxlanıldığı) 02 gün və 20 sentyabr 2024-cü il tarixdən 22 sentyabr 2024-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, cəmi 04 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 10 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,030 qram təşkil edən narkotik vasitə - heroin və 01 ədəd metadon tablet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxsun üzərində yoxlama aparılarılmasının video çəkilişini özündə əks etdirən iki ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən iki ədəd disk, DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 140 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdən 31 avqust 2024-cü il tarixə tutulduğu (həbsdə saxlanıldığı) 02 gün və 20 sentyabr 2024-cü il tarixdən 22 sentyabr 2024-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, cəmi 04 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 10 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,030 qram təşkil edən narkotik vasitə - heroin və 01 ədəd metadon tablet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarılmasının video çəkilişini özündə əks etdirən iki ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən iki ədəd disk, DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 140 (yüz qırx) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-6/2025
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-6/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver