Məhkəmə qərarları › İş №1(068)-9/2024

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-9/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-9/2024 11.03.2024 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Xızı rayonunun Giləzi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, üzərində məhkumluğu olan, Xızı rayonunun Giləzi qəsəbəsində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 oktyabr 2022-ci il tarixdə saat 19:00 radələrində Zərərçəkmiş şəxs məxsus Xızı rayonu Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub həyətdə torpağa basdırılmış vəziyyətdə olan uzunluğu 2,5 metr, diametri 15 sm, hazırlandığı dəmirin qalınlığı 1 sm, bir ədədinin qiyməti 85 manat olan, cəmi 425 manat dəyərində olan beş ədəd dəmir boruları torpaqdan çıxarıb apararaq həmin əmlakı gizli yolla talamaqla Zərərçəkmiş şəxs 425 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, təxminən 2022-ci ilin oktyabr ayında axşam vaxtı qonşuluqda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşaraq daxil olmuşdur. Həmin vaxt həyətdə üzüm tənəkləri üçün torpağa basdırılmış dəmir boruları oğurlayaraq, satmışdır. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq hazırki oğurluq hadisəsini barəsində əvvəlki cinayət işi üzrə hökm çıxarılmazdan əvvəl törətdiyini, hazırda etdiyi hərəkətin səhv olduğunu anladığını, tövbə etdiyini və hazırda hər hansı bir pis vərdişləri olmadığını, vurduğu maddi ziyanı ödədiyini bildirmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsinin və anasının ağır xəstəlikdən əziyyət çəkməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1999-cu ildə onun atası Mehman Bakı şəhərinə köçmüş və həmin vaxtdan onlar daimi olaraq həmin şəhərdə yaşamışlar. Xızı rayonu Giləzi qəsəbəsində yerləşən həyət evi onun atası Mehmanın adına olmuş və bir neçə il əvvəl ona bağışlamışdır. Bununla bağlı rəsmi olaraq sənədləşmə işləri aparılmamışdır. O, bəzi vaxt həmin həyətə gələrək nəzarət etmiş və abadlıq işləri aparmışdır. Sonuncu dəfə o, həyətdə 2022-ci ilin oktyabr ayının 10 və ya 11-də olmuş və müəyyən abadlıq işləri aparmışdır. Bundan sonra o, Bakı şəhərində olmuşdur. 18 oktyabr 2022-ci il tarixdə səhər saatlarında o, baxmaq və abadlıq işləri aparmaq üçün Giləzi qəsəbəsində yerləşən ona məxsus həyətə gəlmişdir. Həyətə daxil olanda üzüm tənəkləri üçün 2020-ci ildə quraşdırdığı dəmir boruların yerindən çıxarılaraq oğurlanmasını müəyyən etmişdir. O, atası Mehmana zəng edərək məlumat vermişdir. Atası isə oğurluq barədə polisə şikayət etməyini demişdir. O, mobil telefonu ilə DİN-in “102” xidməti zəng mərkəzinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Təxminən 25 dəqiqə sonra Xızı rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. O, həyətdən boruların oğurlanması barədə Xızı rayon polis şöbəsinə ərizə yazmışdır. Polis əməkdaşları həyətə baxış keçirmiş və fotoşəkillər çəkmişlər. Onun ərizəsi əsasında araşdırma aparılmış və ona məxsus boruları həmkəndlisi Təqsirləndirilən şəxs oğurlayıb Bəhruza satdığı müəyyən edilmişdir. Ona məxsus oğurlanmış iki ədəd boru aşkar edilərək götürülmüş və ona təqdim edilmişdir. O, boruları tanıyaraq ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və ailəsini həmkəndlisi və qonşusu kimi yaxşı tanımışdır. Tarixi dəqiq yadında deyil, təxminən 2022-ci ilin oktyabr ayında qardaşı Sərvərin evində olarkən Təqsirləndirilən şəxs ona zəng edərək, yaşadığı ünvana satmaq üçün dəmir əşyası gətirdiyini, dəmirləri həyətdə tərəzi ilə oğlu Bəhruzla birlikdə çəkdiyini, dəmirin qiymətinin cəmi 21 manat olduğunu bildirərək həmin məbləğdə pulu ondan istəmişdir. Təxminən 15 dəqiqə sonra Təqsirləndirilən şəxs onun yanına gəlmiş və o, Təqsirləndirilən şəxs 20 manat pul vermişdir. Belə ki, onun üzərində 1 manatlıq əskinas olmadığından Təqsirləndirilən şəxs 21 manat deyil, cəmi 20 manat pul vermişdir. Səhəri gün Xızı rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək Təqsirləndirilən şəxs satdığı boruların oğurluq olduğunu bildirmişlər və həmin dəmir boruları götürüb aparmışlar. Həmin dəmir boruların oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Giləzi kəndində doğulmuş və əvvəllər həmin kənddə yaşamışdır. O, 1999-cu ildən Bakı şəhərində yaşayır və qəssablıq fəaliyyəti ilə məşğul olur. Onun kiçik oğlu Zərərçəkmiş şəxs və arvadı X2 rayonu Giləzi qəsəbəsində yerləşən evində qeydiyyatda olmuşlar. Həmin ev sənədlə onun mülkiyyətində olsa da, o, həmin evi oğlu Miramilə bağışlamışdır. Bir neçə ildir mütəmadi olaraq Miramil anası Gülərlə birlikdə həmin evdə yaşamışlar. Giləzi qəsəbəsində yerləşən həyətdən oğurlanmış dəmir boruları 2020-ci ildə Miramil həyətə basdırmışdır. Həmin dəmir borular əkilmiş üzüm tənəkləri üçün istifadə edilmiş və istifadə üçün yararlı olmuşdur. 18 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Miramil Giləzi qəsəbəsində yerləşən evin həyətini abadlaşdırmaq üçün getmişdir. Həmin gün saat 08 radələrində Miramil onun istifadəsində olmuş mobil telefona zəng edərək həyətdə torpağa basdırılmış dəmir boruların yerindən çıxarılaraq oğurlanmasını demişdir. O, Miramilə oğurluq hadisəsi barədə polisə məlumat verməyi tapşırmışdır. Miramilin şikayəti əsasında aparılmış araşdırma zamanı boruları Giləzi qəsəbəsində yaşamış Təqsirləndirilən şəxs oğurladığı müəyyən edilmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Xızı rayonu Giləzi qəsəbəsində yaşayır və qəsəbədə yerləşən “AzərPetrol” yanacaqdoldurma məntəqəsində operator vəzifəsində çalışır. 17 oktyabr 2022-ci il tarixdə səhər saatlarında onun iş vaxtı bitdiyi üçün yanacaqdoldurma məntəqəsində növbəni təhvil verib istirahət etmək üçün yaşadığı evə getmişdir. Həmin gün axşam saatlarında həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gəlmişdir. Təqsirləndirilən şəxs ona satmaq üçün dəmir gətirdiyini demişdir. Təqsirləndirilən şəxs iki ədəd dəmir boru gətirmişdir. Təqsirləndirilən şəxs boruları yaşadığı evin həyətindən götürdüyünü və pula ehtiyacı olduğu üçün satmaq qərarına gəldiyini demişdir. Onun atası Bəxtiyar dəmir alveri ilə məşğul olduğu üçün Təqsirləndirilən şəxs boruları satmaq üçün onun yaşadığı ünvana gətirmişdir. Həmin vaxt atası Bəxtiyar evdə olmadığı üçün boruları o, almaq qərarına gəlmişdir. Boruların hər birinin uzunluğu təxminən 2-3 metr olmuşdur. O, iki ədəd borunu həyətdə olan qapan tərəzisi vasitəsilə çəkmişdir. Boruların çəkisi onun yadında qalmasa da həmin vaxt o, dəmirin alış qiymətinə uyğun olaraq hesablayaraq boruların cəmi 21 manat etdiyini demişdir. O, Təqsirləndirilən şəxs atası Bəxtiyarın evdə olmadığını, dəmir boruların pulunu atasından almasını demişdir. O, Təqsirləndirilən şəxs atası Bəxtiyarın əmisi Sərvərin yaşadığı evdə olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs getmişdir. Atası Bəxtiyar evə gəldikdən sonra Təqsirləndirilən şəxs satdığı borulara baxmış və Təqsirləndirilən şəxs 20 manat pu verdiyini demişdir. Atası boruları satmamış, yaşadıqları evin həyətində saxlamışdır. Səhəri gün Xızı rayon polis şöbəsinin əməkdaşları gələrək Təqsirləndirilən şəxs boru oğurlayıb onlara satdığını demişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs satdığı iki ədəd dəmir borunu götürüb aparmışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-13-cü vərəqələrində olan 18 oktyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri hesab olunan Xızı rayonu Giləzi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus evin həyətinə onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həyətin kənarların mişar daşı ilə hörülmüş 1,7-2 metr hündürlükdə hasarla əhatələndiyi müəyyən edilmişdir. Həyətə giriş ikitaylı dəmir darvazadandır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs beş ədəd dəmir boruların oğurlandığı həyətdə olan yerləri göstərmiş, boruların uzunluğunun 2,5 metr, diametrinin 15 sm, dəmirinin qalınlığının 1 sm olduğunu bildirmişdir. Həmin beş ədəd borunun çıxarıldığı torpağın səthində oyuq yerləri qalmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-cı vərəqələrində olan 18 oktyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı aşkar edilmiş iki ədəd dəmir boruya Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı borunun hər birinin uzunluğunun 2,5 metr, diametrinin 15 sm, dəmirinin qalınlığının 1 sm olduğunu müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin iki ədəd dəmir borunun ona məxsus olduğunu və həyətindən oğurlandığını bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-61-ci vərəqələrində olan 22 oktyabr 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, 2 ədəd dəmir boru cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Xızı RPŞ-nin saxlancına verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-ci vərəqəsində olan 16 dekabr 2022-ci il tarixli əşyanın verilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd dəmir boru Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 147-148-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 9/41 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 05 ədəd hər birinin uzunluğu 2,5 metr, diametri 15 sm, hazırlandığı dəmirin qalınlığı 1 sm olan dəmir boruların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 425,00 (85,0 x 5m) manat müəyyən edilir. Cinayət işinin 146-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 149-150-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 yanvar 2023-cü il tarixli tələbnaməsindən, eləcə də cinayət işinin 136-138-ci vərəqələrində olan müvafiq hökmün surətindən və iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər probasiya şöbəsinin 11 mart 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 06 dekabr 2022-ci il tarixdə şöbədə qeydiyyata alınmış və hazırda çəkilməmiş cəzası 01 il 08 ay 22 gün təşkil edir. Bununla da, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 38-39-cu vərəqələrində olan 21 oktyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-77-ci vərəqələrində olan 23 oktyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 170-177-ci vərəqələrində olan 08 fevral 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən xx.xx.2022-ci il tarixdə elan edilmiş ittihamın məzmununda dəyişikliklər edilməklə ona həmin maddədə nəzərdə tutulmuş yeni məzmunda yenidən ittiham elan edilməsi və barəsində 23 oktyabr 2022-ci il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, həmçinin əməlində Azərbaycan Respublikası CM-nin 157 və 177.2.1-ci maddələrində nəzərdə tutulan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından Şahid3 və Şahid1 barəsində cinayət işinin başlanması rədd edilmiş, habelə cinayətin predmeti olan istintaq zamanı aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus iki ədəd dəmir borunun 22 oktyabr 2022-ci il tarixli qərarla maddi sübut hesab edilməsi və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 141-142-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 yanvar 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Sağlamlıq Mərkəzinin koronar angioqrafiya protokolundan və Respublika Endokrinoloji Mərkəzinin ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs anası X1 şəkərli diabet və ürəyin işemik xəstəliyi diaqnozu ilə müalicədədir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də anasının şəkərli diabet və ürəyin işemik xəstəliyi diaqnozu ilə müalicədə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 oktyabr 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsi nəzərə alınmaqla residivini yaratmır, ona görə də belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halın olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(068)- 45/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla o, qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixdən 25 may 2022-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 2 (iki) gün müddət, 21 oktyabr 2022-ci il tarixdən 23 oktyabr 2022-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 2 (iki) gün müddət, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər probasiya şöbəsində əvvəlki hökm üzrə qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 2 ədəd dəmir borunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(068)-45/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixdən 25 may 2022-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 2 (iki) gün müddət, 21 oktyabr 2022-ci il tarixdən 23 oktyabr 2022-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 2 (iki) gün müddət, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində əvvəlki hökm üzrə qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(068)-45/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut olan 2 ədəd dəmir borunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar